Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1853/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firuddin oğlundan ibarət tərkibdə, X25 oğlunun katibliyi, İddiaçının vəkili Xnun, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər X2na, Cavabdeh3 və X9 (3-cü şəxs Azərbaycan Respublikası DİN BDYPİ) qarşı “müqavilələrin etibarsız hesab edilməsi, pul və birgə nikah dövründə əldə olunmuş əmlaka dair payın müəyyən edilməsi” barədə ilkin, Cavabdeh1 İddiaçına qarşı “kompensasiyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mü lki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli 2(103)10580/2018 saylı qətnaməsindən İddiaçı və vəkili X tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi, sonradan isə X18, Cavabdeh3, X5 və X7 cavabdehlər qismində göstərildikləri iddia tələblərinin dəqiqləşdirilməsi (dəyişdirilməsi) barədə ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh1la birgə nikah dövründə əldə etdikləri “Nissan Sunny” minik markalı **-TV-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, gümüşü rəngli, mühərrik nömrəsi 405533, ban nömrəsi KNMC4C2HMBP877668 olan avtomobillə bağlı Cavabdeh1 ilə X24 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən avtomobilin satış qiymətinin yarısının, yəni 3500 manatın, “Toyot a Corolla” minik markalı **-EO-*** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, tünd göy metallik rəngli, mühərrik nömrəsi 391244, ban nömrəsi JTNBV58E102061560 olan avtomobillə bağlı Cavabdeh1 ilə X11 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən avtomobilin satış qiymətinin yarısının, yəni 4000 ABŞ dolları məbləğində pulun Cavabdeh1 onun xeyrinə tutulması, “Nissan Sunny” minik markalı **-TV-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı, gümüşü metallik rəngli, mühərrik nömrəsi 391244, ban nömrəsi JN1BEAN16Z0000283 olan avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında, “Nissan Sunny” minik markalı **-NF-*** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, gümüşü metallik rəngli, mühərrik nömrəsi 428725, ban nömrəsi JN1CFAN16Z0111793 olan avtomobilə dair Cavabdeh1 ilə X14 arasında bağlanmış alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobillərə ½ hissədə payının müəyyən olunması, habelə 40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırılmışdır ki, Cavabdeh1la 2006-cı ildə ailə həyatı qurmuş, faktiki nikahlarından 13 sentyabr 2007-ci il tarixdə X3 adını verdikləri qızları dünyaya gəlmiş, nikahları 12 may 2011-ci il tarixdə rəsmiləşdirilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.11.2017-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Nikah münasibətlərində olduqları dövrdə Cavabdeh1 adına nəqliyyat vasitələri qeydiyyata alınmış, lakin onun razılığı olmadan həmin avtomobillər alqı-satqı müqavilələrinə əsasən digər şəxslər in adlarına rəsmiləşdirilmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğunun cavabında “Nissan Sunny” minik markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 7000 manata, “Toyota Corolla” minik markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə 8000 ABŞ dollarına satıldığı qeyd olunmuş, “Nissan Sunny” minik markalı **-TV-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı, gümüşü metallik rəngli, mühərrik nömrəsi 391244, ban nömrəsi JN1BEAN16Z0000283 olan avtomobil və “Nissan Sunny” minik markalı **-NF-*** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, gümüşü metallik rəngli, mühərrik nömrəsi 428725, ban nömrəsi JN1CFAN16Z0111793 olan avtomobilə dair müqavilələr isə təqdim olunmamaqla həmin əmlakların hansı qiymətə satılması barədə məlumat əldə edilməmişdir. Buna görə də satış qiyməti məlum olan avtomobillərin dəyərinin yarısı Cavabdeh1 tutularaq ona ödənilməli, digər avtomobillərə münasibətdə isə alqı – satqı müqavilələri etibarsız hesab olunmalıdır. Cavabdeh1 isə İddiaçı na qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə birgə nikah dövründə birgə təsərrüfat apardıqları Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, 73-cü korpusda yerləşən 82 A saylı evin inşa edilməsinə, tam olaraq təmir edilməsinə, mebellərlə, texnika ilə və digər ev əşyaları ilə təmin edilməsinə xərclənmiş vəsaitdən 15000 manat məbləğində kompensasiyanın sonuncudan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, hazırda İddiaçı yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 2-c i mədən, 73-cü korpusda yerləşən 82A saylı ev birgə nikah dövründə onun və anası X6 vəsaiti hesabına inşa edilmiş, evin yerləşdiyi torpaq sahəsini qayınanası X12 4000 manata almış, bunun üçün mülkiyyətindəki “Nissan Sunny” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmışdır. Həmin torpaq sahəsində ev tikintisi zamanı anası ona kömək məqsədilə “xxxx” ASC-dən 11000 manat məbləğində kredit götürmüş, evi tam təmin etdirmiş, məişət texnikası ilə təmin etmişdir. Bundan başqa, avtomobil alqı-satqısı ilə məşğul olduğundan DBYPİ-nin çıxarışında adına bir neçə avtomobil olduğu göstərilmiş, avtomobillərin hər biri onun adına qeydiyyata alındıqdan sonra etibarnamə əsasında başqa şəxslərə satılmış, əldə olunmuş vəsait ailənin ehtiyaclarına xərclənmiş həmin avtomobillər sonradan digər şəxs lərə özgəninkiləşdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fərrux Qasımov) 17 may 2018ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elnur Həsənov sədrlik edən və məruzəçi, Xumar Mərdanova və İsmayıl Xəlilov) 03 oktyabr 2018-ci il tarixli 2(103)-10580/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1817/2018 saylı iş üzrə 17 may 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili X kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli 2(103)-10580/2018 saylı qətnaməsinin ilkin iddia tələbinin rədd edilməsi hissəsin də ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə apellyasiya şikayətinin təmin olunmamasının faktiki və hüquqi meyarı olaraq, apellyasiya instansiyası ancaq Binəqədi rayon Məhkəməsinin qətnaməsini təkrarlamaqla kifayətlənmiş, işdə olmayan və uydurma fikirlərlə özünün istədiyi şəkildə faktiki hal yaradaraq, qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qanunvericiliyin tələblərini kobud pozması və işə aid olmayan hallara istinad etməsi barədə apellyasiya şikayətində ətraflı qaydada istinad edilməsinə baxmayaraq, həmin dəlillər kənarda qalmış, ancaq özlərinin uydurduğu və qarşı tərəfin vermiş olduğu ifadələri əsas gətirərək qərarlar qəbul etmişlər. Ancaq irəli sürülmüş fikir və hallar cavabdeh tərəfindən sübut olunmalı olduğu halda, heç bir sübut və ya əsas gətirilməmişdir. Belə ki, verilmiş ilkin iddia tələbi mahiyyəti üzrə birgə nikah dövründə əldə edilmiş əmlaklara dair hüquqlar əsasında pul vəsaitlərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və əmlaklar barəsində bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi olmuşdur. Nəqliyyat vasitələrinin birgə nikah dövründə əldə edilməsinin mübahisələndirilmədiyi də məhkəmənin özü tərəfindən belə qeyd edilir. Nikah dövründə cavabdehlə birgə əmlaklar (nəqliyyat vasitələri) alınmasına baxmayaraq, cavabdeh tərəf mülkiyyətçi kimi iddiaçının razılığı olmadan onların hamısına sərəncam vermiş və nəticədə, mülkiyyət hüququ ilə ona məxsus olan əmlaklardan məhrum olmuşdur. Mübahisəli nəqliyyat vasitələri daşınar əşyalar olmaqla həm də rəsmi reyestrdən qeydiyyatdan keçməli olan əşyalardır. Belə ki, AR-nın Prezidentinin 11.04.2007-ci il tarixli, 564 nömrəli Fərmanına ("Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydalan"nın təsdiq edilməsi barədə) əsasən, nəqliyyat vasitələrinin rəsmi reyestrini aparan dövlət orqanı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyidir. Deməli, nəqliyyat vasitələri təkcə daşınar əşya olması ilə yekunlaşmır, onlar həm də rəsmi reyestrdən qeydiyyatdan da keçirilirlər. Nəticədə, bu növdən olan daşınar əşyalarla bağlı alqı-satqı müqaviləsinin bağlanması zamanı hüquq normalarının tətbiqini önə çəkir. Yəni, AR-nın MM-nin 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyala rın alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Deməli, nəqliyyat vasitələrinin alqı-satqısı zamanı alqı-satqı müqaviləsi bağlanarkən müqavilə notarial qaydada təsdiq edilməklə bərabər, ərin (arvadın) razılığının alınması vacibdir. Bu göstərilən hüquq normasının imperativ tələbidir. Həmçinin, mülkiyyət hüququnu tənzimləyən digər normaların da möhkəmləndirilməsinə xidmət edir. İlk olaraq, məhkəmələr nəqliyyat vasitələrinin nikah dövründə əldə edilməsinin mübahisəsiz olduğunu qeyd edir və həqiqətən də bu mübahisə predmeti olmamışdır. Daha sonra, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.1-ci və 36.3-cü maddələrinə istinad etmişdir. Həmin maddələr nikah dövründə əldə edilmiş əmlakın bölünməsinin hüquqi qaydasını, mexanizmini müəyyən edir. Yəni, hazırki mübahisənin y ekun həlli üçün tətbiq edilə bilən norma olmamışdır. Çünki Ailə Məcəlləsinin 36.1-ci maddəsi əmlakın bölünməsi barədə iddia tələbinin irəli sürülməsi məqamını, eləcə də, bu bölünmənin məhkəmə qaydasında (Ailə Məcəlləsinin 36.3-cü maddəsi) həyata keçirilib-keçirilməməsi ilə bağlı tərəflər arasında mübahisə olmamışdır. İlkin iddianın rədd edilməsinin hüquqi əsası kimi MM-nin 225.6-cı maddəsinə istinad edilmişdir. Məhkəmə tərəfindən istinad edilmiş digər hüquq normalarına gəlincə, həmin normalar ilkin iddia tələbi üzrə iddiaçının haqlı olduğunu, iddia tələbinin əsaslı şəkildə təmin olunmasına xidmət edən hüquq normaları olmuşdur. Yəni, AR-nın MM-nin 225.1-ci, 222.2-ci və 222.3cü maddələri və AR-nın Ailə Məcəlləsinin 32.1-ci maddəsi cavabdehlə iddiaçı birgə nikah dövründə əldə etmiş olduqları və hazırkı mübahisə üzrə olan nəqliyyat vasitələrinin birgə nikah dövründə əldə etdiklərini, həmçinin bu nəqliyyat vasitələri üzrə hər hansı bir sərəncamın verilməsində onun razılığının vacibliyi barədə olan imperativ hüquq normalarıdır. Məhkəmə mübahisəli hüquq münasibətinə düzgün hüquq normasını tətbiq etməmişdir. İşə baxan hər iki instansiya məhkəməsi verilmiş iddia tələblərinə tam şəkildə hüquqi qiymət verməmiş və ancaq ilkin iddia tələbinin bir qismi hesab edilən, alqı-satqı müqavilələrinin etibarsızlığı barədə olan tələbə münasibət bildirmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçının vəkili X kassasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında Cavabdeh1 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublika sının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti verdiyindən kassasiya b axışının predmetini iddiaçının şikayəti əsasında qətnamənin ilkin iddianın rədd edilməsi hissəsinin yoxlanılması təşkil edir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki,İddiaçı ilə Cavabdeh1 2006-cı ildə faktiki nikah münasibətlərinə daxil olmuş, 13 sentyabr 2007-ci il tarixdə X3 adını verdikləri qızları dünyaya gəlmiş, nikahları 12 may 2011-ci il tarixdə rəsmiləşdirilmiş, 17.04.2015-ci il tarixdə Fərid adını verdikləri uşaqları doğulmuş, Bakışəhəri Nəsimi Rayon Məhkəməsinin 30.11.2017-ci il tarixli qətnaməsinəəsasən nikahları pozulmuşdur. İlkin iddiaçının iddia tələbinin predmetini təşkil edən “Nissan Sunny” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı, gümüşü metallik rəngli avtomobil 06.01.2015-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alı nmış, 14.04.2015-ci il tarixdə qeydiyyatdan çıxarılmış, “Nissan Sunny” markalı, 2011-ci il buraxılışlı, gümüşü rəngli, **TV-*** dövlət qeydiyyat nişanlı avtomobil 28.04.2015-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış, 30.12.2015-ci il tarixdə avtomobilə dair X4 etibarnamə verilmiş, 03.03.2016-cı il tarixdə sonuncu tərəfindən alqı-satqı müqaviləsi ilə 7000 manata X3, “Toyota Corolla” markalı, 2007-ci il buraxılışlı, tünd göy metallik rəngli, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil 18.07.2013-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış, 19.11.2013-cü il tarixdə avtomobilə dair X4na, X15 və 27.12.2013-cü il tarixdə X8 etibarnamə verilmiş, 25.07.2015-ci il tarixdə Cavabdeh1 tərəfindən alqı-satqı müqaviləsi ilə 8000 manata X2, “Nissan Sunny” markalı, 2007-ci il buraxılışlı, gümü şü metallik rəngli, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil 19.11.2016-cı il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış, 25.11.2016-cı il tarixdə avtomobilə dair X13, 11.12.2016-cı il tarixdə X10 etibarnamə verilmiş, 12.12.2016-cı il tarixdə Cavabdeh1 tərəfindən X1. Apellyasiya instansiyası məhkəməsi avtomobillərin satışından əldə edilmiş pulun bölünməsi tələbi üzrə X5un ilkin iddiaya etirazının əsası kimi irəli sürdüyü və birinci instansiya məhkəməsinin də əsaslı hesab etdiyi arqumentlərlə razılaşaraq göstərmişdir ki, birincisi, avtomobillərə dair bağlanmış əqdlərin xronoloji ardıcıllığı nəzərdən keçirildikdə, onlardan birinə dair müqavilə bağlanmasının və ya etibarnamə verilməsinin digər avtomobilə dair əqdin bağlanmasından sonrakı dövrə təsadüf etdiyi müəyyən olunur, bu isə bir avt omobilin satışından əldə olunan vəsait hesabına digərinin əldə edildiyi qənaətinə gəlməyə imkan verir. Digər tərəfdən, işin hallarından tərəflərin münasibətlərinin 2017-ci ilin əvvəllərinə kimi normal olduğu və onların birgə təsərrüfat apardıqları aydın olur. Bu isə o qənaətə gəlməyə imkan verir ki, ağlabatan mühakimə əsasında avtomobillərin satışından əldə olunan vəsaitin onların ailə həyatının gərəkli səviyyədə saxlanılması üçün məsrəf olunduğu qəbul olunmalıdır. İlkin iddiaçının “avtomobillərə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və avtomobillərə payının müəyyən edilməsi” tələblərinə münasibətdə isə apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, “Nissan Sunny” minik markalı **-TV*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı, gümüşü metallik rəng li, mühərrik nömrəsi 391244, ban nömrəsi JN1BEAN16Z0000283 olan avtomobilin hazırkı mülkiyyətçisi Cavabdeh3, habelə “Nissan Sunny” minik markalı **-NF-*** dövlət qeydiyyat nişanlı, 2007ci il buraxılışlı, gümüşü metallik rəngli, mühərrik nömrəsi 428725, ban nömrəsi JN1CFAN16Z0111793 olan avtomobilin hazırkı mülkiyyətçisi X14 həmin avtomobilləri vicdanlı əldə etmişlər və onların avtomobillər üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən alqı-satqı müqavilələrinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını dəqiq aydınlaşdırmış, iş üzrə gəldiyi nəticələri qətnamədə əsaslandırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qa nuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 32-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.1.). Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlar ına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir (maddə 32.2.2.). - 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. İddiaçının iddia tələbinin əsası ondan ibarətdir ki, cavabdeh b irgə nikah dövründə əldə edilmiş avtomobillərə onun razılığı olmadan sərəncam vermiş, bununla da onu mülkiyyət hüququndan məhrum etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın predmetini təşkil edən avtomobillər rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar hesab edildiyindən və onların dövlət qeydiyyatından keçirilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə tənzimlədiyindən nəqliyyat vasitələri ilə əlaqədar müqavilələr bağlanan zaman belə bir razılığın olması qanunvericiliklə tələb edilmir. Azərbayca n Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 546 Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı"nın 2-ci bəndinə görə, hüquqi və fıziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyata alınır. Eyni zamanda, həmin avtomobillər tərəflərin birgə təsərrüfat apardıqları dövrdə əldə edilmiş və satılmışdır. Bu isə o deməkdir ki, həmin avtomobillə rin satışından əldə edilmiş vəsait birgə nikah dövründə xərclənmiş vəsait hesab olunur. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri və iddiaçı tərəfindən payının müəyyən edilməsini tələb etdiyi avtomobillər vicdanlı alıcılar tərəfindən əldə etmişlər və onların avtomobillər üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən alqı-satqı müqavilələrinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Mülki Məcəllənin 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Bir gə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 7 7, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, ilkin iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə qərarın əsaslandırma hissəsində göstərilənlərə əsasən əsassızdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nın kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli 2(103)-10580/2018 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1853/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1853/2019
13.05.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver