Məhkəmə qərarları › İş №2(102)-186/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-186/2024

22.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-186/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə (mübahisə predmeti barədə müstəqil tələb etməyən üçüncü şəxslər Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 54 saylı Notariat Kontoru cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-186/2024 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babaye v Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə (mübahisə predmeti barədə müstəqil tələb etməyən üçüncü şəxslər Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 54 saylı Notariat Kontoru cəlb edilməklə) qarş “müqavilələrinin etibarsız hesab edilməsi, onlardan doğuran hüquqi nəticələrin ləğv edilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiaları ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4933/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 22 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı1 xx.xx.2013-cü il tarixdə 30 il müddətinə, İddiaçı2 isə xx.xx.2015-ci il tarixdə 50 il müddətinə övladları Cavabdeh2 etibarnamələr verərək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı və digər hərəkət ləri etməyi etibar etmişlər. Həmin etibarnamələrdə verilmiş səlahiyyətlərin başqa şəxslərə verilə bilməsi qeyd edilmişdir. Hazırda etibarnamələr qüvvədədir. Bundan sonra Cavabdeh2 həmin etibarnaməyə istinad etməklə xx.xx.2020-ci il tarixdə X3 6 ay müddətinə etibarnamə vermişdir. Etibar edilmişi başqasına etibar etmə qaydasında verilən bu etibarnamədə X12 DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İddiaçı1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanında yerləşən qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair arayış forma 1 almağı, mülkiyyət üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, ərizə verməyi və bu tapşırıqların həyata keçirilməsi ilə əlaqədar digər zəruri hərəkətləri etməyi etiba r etmişdir. Xəqani Əzimov bu etibarnamədən istifadə edərək İddiaçı1 məxsus olan ünvan 1həsi 131,2 kv.m. olan və 596,4 kv.m. olan qeyri-yaşayış sahələrini Cavabdeh3 MMC-yə 131.200 manat və 596.400 manat qiymətinə satmış və bununla bağlı tərtib olunmuş xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsini imzalamışdır. Cavabdeh2 İddiaçı2 əvəzinə xx.xx.2020-ci il tarixdə notariat ofisinə ərizələr ünvanlayaraq ünvan 1həsi 596,4 kv.m. və 131,2 kv.m. olan qeyri-yaşayış sahələrinin satılmasına etiraz etmədiyini və razı olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixdə etibarnamə üzrə çıxış edən Xəqani Əliyevlə Cavabdeh3 MMC arasında xx.xx.2020-ci il tarixli, 4Ə/532 reyestr nömrəli və 4Ə/533 reyestr nömrəli alğı-satqı müqavilələrinin ləğvinə dair sazişlər bağlanmışdır. Sazişlərə g örə tərəflərin ümumi razılığına əsasən Bakı şəhəri 54 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli, 4Ə/532 reyestr nömrəli və 4Ə/533 reyestr nömrə ilə təsdiq olunmuş alğı-satqı müqavilələrinə xitam verilmiş, alğı-satqı müqavilələrinə əsasən müqavilə məbləği notariusun bankda açdığı depozit hesabı vasitəsilə geri qaytarılmış, MMC isə qəbul etmişdir. Müqavilələr ləğv edildikdən sonra Bakı şəhəri 54 saylı Notariat Ofisinin müraciətinə əsasən Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 131,20 kv.m. və 597,40 kv.m. olan qeyri-yaşayış sahələrinə dair İddiaçı1 adına yeni çıxarışlar verilmişdir. Yəni, 131,20 kv.m. və 597,40 kv.m. olan qeyri-yaşayış sahələri üzərində İddiaçı1 mülkiyyət hüququ bərpa olunmuşdur. Bundan sonra xx.xx.2020-ci il tarixli etibarnamə üzrə çıxış edən Xəqani Əzimov xx.xx.2020-ci il tarixdə mübahisəli qeyri-yaşayış sahələrinin alğı-satqısına dair Cavabdeh1lə AN-İ № ******* nömrəli və ******* nömrəli müqavilələr bağlayaraq qeyriyaşayış sahələrini 131.200 manat və 596.400 manat qiymətinə sonuncuya satmışdır. ünvan 2 ünvanında yerləşən 131,20 kv.m. və 597,40 kv.m. olan qeyri-yaşayış sahələrinə dair Cavabdeh1 adına çıxarışlar verilmişdir. X5 vəfat etmişdir.

2. ASC “Xalq” Bank ilə "xxxx" MMC (direktoru Cavabdeh1) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, DKM/025N16L01687222 saylı kredit xətti müqaviləsi ilə MMC-yə 36 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, kredit müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixli, DKM/025N16L01687222/İM saylı ipoteka müqaviləsi üzrə ünva n 1həsi 131,2 kv.m. olan və 596,4 kv.m. olan qeyri-yaşayış sahələrinin bazar qiyməti 262.000 manat və 1.252.000 manat olaraq müəyyən edilmişdir. Bu zaman həmin əmlaklar birgə nikah dövründə əldə edildiyi üçün Cavabdeh1 həyat yoldaşı X2 razılıq ərizəsi alınmışdır. Mübahisəli qeyri-yaşayış sahələrindən başqa da Cavabdeh3 MMC tərəfindən ASC “Xalq” Banka başqa əmlaklar ipotekaya qoyulmuşdur.

3. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin vəzifələri şəxsləri barəsində istintaq aparılan zamanı xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin direktoru Rəsul Əhmədov ərizə ilə müraciət edərək MMC tərəfindən inşa olunan ünvan 3 ünvanında tik ilməkdə olan çoxmərtəbəli yaşayış binasında yerləşən MMC-nin təsisçisi Cavabdeh2 atası İddiaçı1 xüsusi mülkiyyətində olan 596,4 və 131,2 kvadrat metr olan qeyri-yaşayış sahələrinin Cavabdeh1 tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyini və sonuncunun adına hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarış verildiyini bildirmişdir. Müraciətdə göstərilən xüsusatlar cinayət işinin istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmaqla qanuna müvafiq qərar qəbul ediləcəkdir.

4. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Ədalət” Vəkil Bürosuna ünvanlandığı və apellyasiya baxışı zamanı işə baxan məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı1 xüsusi mülkiyyətində olan 596,4 və 131,2 kvadrat metr qeyri-yaşayış sahələrinin Cavabdeh1 tərəfindən d ələduzluq yolu ilə ələ keçirilməsi faktı müəyyən olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçılar İddiaçı1 (bundan sonra birinci iddiaçı) və İddiaçı2 (bundan sonra ikinci iddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra birinci cavabdeh), Cavabdeh2 (bundan sonra ikinci cavabdeh), Cavabdeh3 MMC-yə (bundan sonra üçüncü cavabdeh və ya MMC) qarşı (üçüncü şəxslər: ASC “Xalq” Bank, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 54 saylı Notariat Kontoru) iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, birinci iddiaçının adından üçüncü cavabdehlə bağlanılmış xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli alğı-satqı müqavilələrinin, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, 4Ə/532 nömrəli alğı-satqı müqavilələrinin ləğvinə dair və xx.xx.2020-ci il tarixdə 20 noyabr 2020-ci il tarixli, 4Ə/533 nömrəli alğı-satqı müqavilələrinin ləğvinə dair sazişlərin və birinci iddiaçının adından birinci cavabdehlə xx.xx.2020-ci il tarixdə bağlanılmış AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixdə bağlanılmış AN-İ № ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, bu hərəkətlərdən irəli gələn hüquqi nəticələrin ləğv edilməsi, ünvan 1həsi 596,4 kv.m. və 131,2 kv.m. olan qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

6. İddia tələbi onunl a əsaslandırılmışdır ki, onlar oğulları Cavabdeh2 özlərinə məxsus olan daşınmaz əmlakla bağlı bank məsələlərinin həyata keçirilməsi üçün etibarnamə vermişlər. Onların xəbəri olmadan, eyni zamanda, qanuni maraq və mənafelərinə zidd olaraq oğulları Cavabdeh2 Xəqani Əzimova etibarnamə vermiş və sonuncu onların birgə mülkiyyətində olan ümumi sahəsi 596,4 kv.m. və 131,2 kv.m. olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanda qeyri-yaşayış sahəsini xx.xx.2020-ci il tarixində alğı-satqı müqaviləsi əsasında üçüncü cavabdehə satmışdır. xx.xx.2020-ci il tarixdə isə Xəqani Əzimov etibarnamədən təkrarən istifadə edərək xx.xx.2020-ci il tarixli, 4Ə/532 nömrəli alğı-satqı müqaviləsinin ləğvinə dair saziş bağlamışlar. Daha sonra xx.xx.2020-ci il tarixdə Xəqani Əliyev birinci iddiaçının adından tanımadıqları birinci cavabdehlə hər iki qeyri-yaşayış sahəsini alğı-satqı müqaviləsi ilə rəsmiləşdirərək öz adına keçirmişdir. Oğulları Cavabdeh2 verdikləri etibarnamədən istifadə edilərək tanımadıqları şəxslər vasitəsi ilə əmlaklarının başqa şəxsə satılması yolverilməzdir. Bu məsələnin mövcudluğundan xəbər tutan kimi araşdırma aparmış və məlum məsələni aşkara çıxarmışlar. Daha sonra Notariat Ofisinə müraciət etdikdən sonra sənədlərlə tanış olunmuşdur. İkinci cavabdehə verilmiş etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmamışdır. Həmin etibarnamədə və bu etibarnamə əsasında baş tutmuş hüquq münasibətində (ipoteka müqaviləsinin bağlanmasında) təmsil edilən şəxs kimi onların iradə və maraqları müəyyən şəkildə ifadə olu nmamışdır. Ümumiyyətlə, Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanında yerləşən qeyri-yaşayış sahələrinə dair etibarnamə verilən zaman təmsil edilən şəxs kimi iddiaçılar təmsilçi Cavabdeh2 bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Cavabdeh2 özünün maraqları daxilində deyil, iddiaçıların maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə bağlanılmış alğı-satqı müqaviləsi, xx.xx.2020-ci il tarixdə isə alğı-satqı müqaviləsinin ləğvinə dair saziş və xx.xx.2020-ci il tarixdə bağlanılmış alğı-satqı müqaviləsi iddiaçıların maraqlarına zidd olaraq bağlanmışdır. Yəni, birinci iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanında yerləşən qeyri-yaşayış sahələrinə dair (öhdə liyi təmin edən) alğı-satqı müqavilələri onun etibarnaməsi əsasında ikinci cavabdeh tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında kənar şəxsin öhdəliklərinin təmin olunması üçün bağlanmışdır.

7. Birinci instansiya məhkəməsində mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC “Xalq” Bankın vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2023cü il tarixdə iddia tələbinə etiraz verərək iddiasının rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıların iddialarının əsassız olması qeyd olunan hallar ilə sübuta yetirilir, bu səbəbdən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət X7 şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən birinci cavabdehin adına verilmiş çıxarışlardan görünü r ki, ünvan 3 ünvanında yerləşən 131 kv.m. və 596,4 kv.m. sahədən ibarət qeyri-yaşayış sahələri onun xüsusi mülkiyyətindədir. Sözügedən qeyri-yaşayış sahələri ASC “Xalq” Bankı ilə birinci cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DKM/025N16L01687222 saylı kredit xətti müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixli, DKM/025N16L01687222/İM saylı ipoteka müqaviləsi ilə ASC “Xalq” Bankının xeyrinə yüklü edilmişdir. Bank mübahisə edilən əmlakı ipoteka ilə yüklü edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-ci maddəsini, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası tələblərini rəhbər tutaraq xx.xx.2022-ci il tarixli, DKM/025N16L01687222/İM saylı ipoteka müqaviləsini imzalamış, külli miqdarda vəsaiti bocalana vermişdir. Hazırki iddia ərizəsindən d ə göründüyü kimi, iddiaçılar heç bir hüquqi əsaslandırma etmədən, öz subyektiv mülahizələrinə söykənən və tamhüquqlu etibarnamə ilə sözügedən qeyriyaşayış sahələrini öz övladları Cavabdeh2 etibar etmiş (hüquqi nəticələri onlara əvvəlcədən məlum olan) olduğu halda alğı-satqı müqavilələrinin etibarsızlığına dair iddia qaldırmış, eyni zamanda onun hüquqi nəticələrinin ləğv edilməsini və qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsini məhkəmədən xahiş etmişlər. Yəni, iddiaçılar şüurlu surətdə, mülkiyyətlərində olan qeyri-yaşayış sahələrini övladları Cavabdeh2 özgəninkiləşdirmə səlahiyyəti də daxil olmaqla, tam hüquqlu etibarnamə ilə etibar etmiş və bu etibarnamə hər kəsin imzasına etimad etdiyi notariusun imzası ilə təsdiq edilmişdir. Məlum olduğu kimi, notariat ofislərində istənilən etibarnamənin verilməsi zamanı onun məzmunu və hüquqi nəticələri etibar edənə izah olunur. Lakin 2 ildən daha artıq müddət keçdikdən sonra dəyəri 1 milyon manatdan artıq qiymətləndirilən əmlakları iddiaçıların yadına düşmüş və cavabdeh tərəfindən təmirinə yüz minlərlə vəsait qoyulduqdan və həmin əmlaklar ipoteka ilə yüklü edildikdən sonra həmin əmlakları geri qaytarmaq niyyətinə düşmüşlər.

9. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, o, tərəfləri atası Əzimov Xəqaninin vasitəsilə qiyabi şəkildə tanıyır. Atasının tərəflərlə olan münasibətləri ilə bağlı çox da maraqlanmamış, atası dünyasını dəyişdikdən sonra bu qeyri-yaşayış sahəsi ilə bağlı məsələ ortaya çıxmışdır. Düzü, atası bu münasibətləri, əlaqələri ilə də bağlı çox da dan ışmırdı. Qeyri-yaşayış sahəsinin hansı olduğunu bilməsə də onların evinə bununla bağlı hər hansı pul gəlib çatmamışdır. Onu Korrupsiyaya qarşı Mübarizə üzrə Baş İdarəsindən də çağırmış, ona həmin bu qeyriyaşayış sahəsi ilə bağlı, belə bir obyektlərinin olub-olmaması, nə vaxt alınması tərzdə suallar vermişlər. O, orada da bu məsələ ilə bağlı ifadə vermişdir. Elə qeyri-yaşayış sahələri barədə də idarədən çağırıldığı zaman məlumatı olmuşdur. O, mübahisəli qeyriyaşayış sahəsinin Nizami rayonunda bir binanın aşağı hissəsində yerləşdiyini bilir. Onların imkanları olmadığı üçün atası qeyd olunan obyekti ala bilməzdi. Atası vəfat etdikdən sonra da sıxıntıları davam etmişdir. Atasının daimi bir işi, müəyyən bir biznesi olmamışdır.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci inst ansiya məhkəməsi) 2(007)-949/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, ünvan 2 ünvanında yerləşən 131,20 kv.m. və 597,40 kv.m. olan qeyri-yaşayış sahələrinə dair alğı-satqı müqavilələri və sazişlər 2020-ci il tarixdə bağlanmış, lakin iddiaçılar hazırkı tələblə məhkəmədə həmin tarixdən 2 ildən artıq müddət keçdikdən sonra, yəni, xx.xx.2023-cü il tarixdə iddia qaldırmışlar. Məhkəmə tələbə mahiyyəti üzrə də qiymət verərək belə nətcəyə gəlmişdir ki, alğı-satqı müqavilələri bağlanan vaxt, yəni 2020ci il tarixdə etibarnamə qüvvədə olmuş və etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmamışdır. İddiaçılar tərəfindən verilmiş etibarnamələrdə bü tün əmlakları öz mülahizələrinə görə almaq, satmaq, onun adından ərizə vermək, imza etmək, işləri aparmaq və digər hərəkətləri etmək etibar edilmiş, ikinci cavabdeh də birinci iddiaçının adından etibarnamə əsasında verilmiş hüquqlar əsasında alğı-satqı müqavilələri bağlamış, ikinci iddiaçının adından mübahisəli əmlakların satılmasına etiraz etməməsi barədə ərizə verilmiş, birinci iddiaçının ona vermiş olduğu etibarnaməsinə əsasən başqa şəxsə etibarnamə vermişdir. Göründüyü kimi, müqavilə və sazişlər rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh2 və Cavabdeh1 barəsində də cinayət işi yekunlaşmamış və onların əməllərinin qanunsuz olması barədə rəsmi qərar mövcud deyildir. Beləliklə, şifahi olaraq məhkəmə iclaslarında bildirilənlər qeyd olunan müqavilələrin et ibarsız hesab olunmasına dəlalət etmir. Hansıki, məhkəmə iclasında mübahisəli əqdlərin ikinci cavabdehin Cavabdeh1 olan borclarını pərdələmək məqsədilə və ya ikinci cavabdehin onun tərəfindən hüquqi şəxsdə təsisçi və ya onun idarə edilməsində iştirak etmək üçün bağlanması bildirilsə də, qeyd olunan hallar məhkəmə araşdırılması zamanı sübuta yetirilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Cavabdeh1 "xxxx" MMC-nin hazırkı qanuni təmsilçisi olması və MMC-nin xx.xx.2018-ci il tarixdə qeydiyyata alınması müəyyən olunmuşdur. İş üzrə cavabdeh qismində cəlb olunmamış "xxxx" MMC tərəfindən iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs ASC “Xalq” Bankdan götürülmüş kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 mübahisəli əmlakları ipotekaya qoymuşdur. Göründüyü kim i, iş üzrə Cavabdeh3 MMC ilə "xxxx" MMC eyni hüquqi şəxslər olmamışdır.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 359, 362.1, 366.2-ci maddələrinə, “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarı, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 sentyabr 2014-cü il t arixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. Qətnamədən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, iddiaçılar təsadüfən bu yaxınlarda qeyri-yaşayış sahəsinin yanından keçəndə oranı “Araz market”in işlətdiyini görmüşlər. Daha sonra araşdırıb əmlaklarının satıldığını ortaya çıxarmışlar. Mübahisəli məsələ ilə bağlı Korrupsiyaya qarşı mübarizə üzrə Baş İdarəsində araşdırma aparılmış, araşdırma zamanı birinci cavabdehlə yanaşı mərhum Xəqaninin oğlu X4 da dəvət olunmuşdur. Görünən odur ki, ikinci cavabdeh, dolayı yolla isə birinci iddiaçını aldadılıb. Hamıya məlumdur ki, Nizami rayon ərazisində olan qeyri-yaşayış sahəsinin məbləği bu deyildir. Alğı-satqı məbləği formal məbləğdir. Hesab edir ki, həqiqətən Cavabdeh1 həmin əmlakı banka girov qoymaqla nə qədər pul götürdüyü müəyyən edilməlidir. Burada birinci iddiaçının əmlakı əldən çıxmışdır. Bu onun hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına gətirib çıxarır. Cavabdeh1 isə alğı-satqı müqaviləsini əsas gətirir. Lakin o, notariat hərəkətlərinin aparılmasından xəbərdardır. Belə ki, alğı-satqı müqaviləsi bağlanan zaman notariat kontorunda depozit hesabına pul qoyulmalıdır. Amma qoyulan pul əmlakın faktiki dəyərində olmamışdır. Çox təəssüf ki, alğı-satqı müqaviləsi bağlanarkən müqavilənin ləğvi nəzərdə tutulmamışdır. Nəticə etibarilə Nizami Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə iddiaçıların hüquqlarını pozaraq, mülki dövriyyədə onların qanunla qorunan mənafelərinə də zərər yetirir. Buna görə də, həmin qətnamə tamamilə əsassız və qanunsuzdur. İkinci iddiaçı isə başqa bir işlə bağlı razılıq vermiş, verdiyi razılıq ərizəsini də həmin işdən çıxarıb bu işin içinə qoymuşlar. Qarşı tərəf bildirmişdir ki, əmlak ona 500.000 manata satılmışdır. Lakin maraqlısı ondadır ki, həqiqətən də qarşı tərəfin dediyi kimi olmuşdursa, nə üçün birinci cavabdeh 500.000 manat ödəyib əmlak alsa da, bu qədər vəsait verdiyi əmlakın sahibi Rəhimin kim olması və əmlakla bağlı onun iradə ifadəsinin olub-olmaması barədə maraqlanmamışdır. Eyni zamanda nəyə görə üçüncü cavabdehə satılmalı olan əmlakı Bilala satmışlar və üçüncü cavabdehlə bağlanan müqavilə lə ğv edilmişdir? Cavabdeh1 birinci iddiaçının adına olan əmlaka görə nə üçün Xəqani Əzimova pul ödəyir? Buradan da görünür ki, alğı-satqı formal olmuş, ortada yarım milyon vəsait olmamışdır. Bundan başqa Xəqani Əzimovun adına heç avtomobil belə yoxdur, onun evinin qiyməti 30-40 min manat olmuşdur. Beləliklə, o, yarım milyonluq əmlakı ala bilməzdi.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-4933/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi iş materiallarına əsasən qeyd etmişdir ki, birinci iddiaçı xx.xx.2013-cü ildə və ikinci iddiaçı xx.xx.2015-ci ildə öz oğulları Cavabdeh2 etibarnamə verərkən mübahisəli qeyri-yaşayış sahələri üzərində birinci iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində hələ qeydə alınmamışdı və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu ildə qeydə alınmışdır. Birinci iddiaçının ikinci cavabdehə verdiyi xx.xx.2013-cü il tarixli etibarnamədə xx.xx.2019-cu ildə yaranmış mülkiyyət hüququna dair sərəncam verilməsinə dair səlahiyyət təbiiki nəzərdə tutula bilməzdi. Lakin həmin etibarnamənin məzmunundan göründüyü kimi, birinci iddiaçı ikinci cavabdehə ona məxsus bütün əmlaklar üzərində sərəncam verilməsi ilə bağlı ümumi səlahiyyət vermişdir. İkinci cavabdeh bu etibarnamədən istifadə edərək mübahisəli qey ri-yaşayış sahələri üzərində sərəncam verilməsi ilə bağlı Xəqani Əzimova etibar edilmişi başqasına etibar etmə qaydasında etibarnamə vermiş və nəticədə mübahisələndirilən alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilələr bağlanarkən etibarnamələr ləğv edilməmiş, qüvvədə olmuşdur.

17. Məhkəmə kollegiyası etibar edilmişi başqasına etibar etmə qaydasında verilmiş xx.xx.2020-ci il tarixli etibarnaməni nəzərdən keçirərkən müəyyən etmişdir ki, həmin etibarnamədə Cavabdeh2 Xəqani Əzimova DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli (**********42-05301-083001 reyestr nömrəli, qeydiyyat **********) çıxarışa əsasən birinci iddiaçıya məxsus olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair arayış forma 1 almağı, mülkiyyət üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, ərizə verməyi və bu tapşırıqların həyata keçirilməsi ilə əlaqədar digər zəruri hərəkətləri etməyi etibar etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi ləğv edildikdən sonra birinci iddiaçının adına xx.xx.2020-ci ildə yeni çıxarış verilmişdir və xx.xx.2019-cu il tarixli çıxarış artıq qüvvədə olmamışdır. xx.xx.2020ci ildə birinci cavabdehlə alğı-satqı müqaviləsi bağlanarkən bu çıxarış qüvvəsini itirmiş olmuşdur.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən əqdlərin rəsmiləşdirilməsi zamanı müəyyən pozuntulara yol verilmiş olsa da, iddiaçılar tərəfindən həmin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 354.2-ci mad dəsində nəzərdə tutulan bir illik kəsici müddət buraxıldığından bu pozuntular əsas götürülməklə onların iddiası təmin oluna bilməz. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz.

20. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 362.1, 359.1, 366.2-ci və Mülki Prosessual Məcəllənin 372, 382, 384.0.1, 392 və 402-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

21. Qətnamədən iddiaçılar (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddianın təmin edilməsini barədə qərar qəbul olunmasını xahiş etmişlər.

22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi iddiaçıların təqdim etdiyi faktları təhrif etməklə qətnamə qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsinin də bu əsasla çıxardığı qətnamə qanunsuz və ədalətsizdir.

23. Qeyd edilməlidir ki, nədənsə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edilmədən məhkəmə öz təşəbbüsü ilə iddia müddətinin ötürülm əsi qənaətinə gəlir və apellyasiya instansiya məhkəməsi isə bunu təsdiq edir.

24. İddiaçılar təsadüfən bu yaxınlarda qeyri-yaşayış sahəsinin yanından keçəndə oranı “Araz market”in işlətdiyini görmüşlər. Daha sonra araşdırıb əmlaklarının satıldığını ortaya çıxarmışlar. Mübahisəli məsələ ilə bağlı Korrupsiyaya qarşı mübarizə üzrə Baş İdarəsində araşdırma aparılmış, araşdırma zamanı birinci cavabdehlə yanaşı X4 da dəvət olunmuşdur. Belə ki, birinci cavabdehlə alğı-satqı müqaviləsi mərhum Xəqaninin etibarnamə verdiyi oğlu X4 arasında bağlanmışdır. Görünən odur ki, ikinci cavabdeh, dolayı yolla isə birinci iddiaçı aldadılıb. Hamıya məlumdur ki, Nizami rayon ərazisində olan qeyri-yaşayış sahəsinin məbləği bu deyildir. Alğı-satqı məbləği formal məbləğdir. Burada birinci iddiaçının əmlakı əldən çı xmışdır. Bu hallar onun hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına gətirib çıxarır. Birinci cavabdeh isə alğı-satqı müqaviləsini əsas gətirir. Alğı-satqı müqaviləsi bağlanan zaman notariat kontorunda depozit hesabına pul qoyulmalıdır. Amma qoyulan pul əmlakın faktiki dəyərində olmamışdır. Çox təəssüf ki, alğısatqı müqaviləsi bağlanarkən müqavilənin ləğvi nəzərdə tutulmamışdır. Nəticə etibarilə apellyasiya məhkəməsinin qəbul etdiyi qətnamə iddiaçıların hüquqlarını pozaraq, mülki dövriyyədə onların qanunla qorunan mənafelərinə də zərər yetirir. Buna görə də, həmin qətnamə tamamilə əsassız və qanunsuzdur. Apellyasiya məhkəməsinin bu əsasla çıxardığı qərar qanunsuz və ədalətsizdir.

25. Məhkəmə yalnız birinci cavabdehin göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, düzgün a raşdırma aparmamış, sübutlar əlaqələndirilməmiş və əsaslandırılmamış qətnamə qəbul edilmişdir.

26. Qətnamədə işə aid edilən və təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarını təhrif edir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında bildirir ki, birinci cavabdehin girov qoyduğu əmlaklar götürdüyü pulu ödəmir. Birinci növbədə qeyd edilməlidir ki, heç bir bank girov götürdüyü əmlakın 100 % dəyərində kredit xətti açmır. "xxxx" ASC kredit xətti üzrə mübahisəli qeyri-yaşayış sahəsindən başqa-başqa girovlarda qəbul etmişdir. Məhkəmə sorğusu zamanı məlum oldu ki, birinci cavabdeh mübahisəli əmlakdan başqa 3 əmlak banka girov q oymuşdur ki, həmin əmlaklarda kredit xətti üzrə borcu ödəyir. Lakin məhkəmə bu hissəni belə araşdırmamışdır.

27. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar yalnız cavabdehin leyhinə təfsir edilmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə, birinci cavabdehin əsaslanmamış yalan məlumatlarına əsaslanmaqla qətnamə qəbul etmişdir. Birinci cavabdeh bildirir ki, etibarnamədə olan razılıq düzgün qaydada verilmişdir. Lakin notariat işindən görünür ki, mübahisəli qeyri yaşayış sahəsinə 2020-ci il tarixdə yeni çıxarış verilib. Apellyasiya instansiya məhkəməsi bu pozuntunu aşkar etsədə iddia tələbinin təmin edilməməsini müddət axımına bağlayır. Lakin apellyasiya instansiya m əhkəməsi araşdırmır ki, niyə görə iddia müddətinin tətbiq edilməsi barədə ərizə birinci cavabdeh tərəfindən verilməmişdir? Birinci instansiya məhkəməsi hansı əsaslarla özü iddia müddətinin tətbiqi qənaətinə gəlmişdir? Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

28. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Maddə

29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş m üqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

32. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

33. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

34. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

35. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə icla sında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlilləri ndən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərə k işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

50. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

51. İşə baxmış apellyasiya məhkəməsi də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

52. Apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırki qərarın 16-19-cu paraqraflarında qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, birinci iddiaçı xx.xx.2013-cü ildə və ikinci iddiaçı xx.xx.2015-ci ildə öz oğulları Cavabdeh2 etibarnamə verərkən mübahisəli qeyri-yaşayış sahələri üzərində birinci iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində hələ qeydə alınmamışdı və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu ildə qeydə alınmışdır. Birinci iddiaçının ikinci cavabdehə verdiyi xx.xx.2013-cü il tarixli etibarnamədə xx.xx.2019-cu ildə yaranmış mülkiyyət hüququna dair sərəncam verilməsinə dair səlahiyyət təbiiki nəzərdə tu tula bilməzdi. Lakin həmin etibarnamənin məzmunundan göründüyü kimi, birinci iddiaçı ikinci cavabdehə ona məxsus bütün əmlaklar üzərində sərəncam verilməsi ilə bağlı ümumi səlahiyyət vermişdir. İkinci cavabdeh bu etibarnamədən istifadə edərək mübahisəli qeyri-yaşayış sahələri üzərində sərəncam verilməsi ilə bağlı Xəqani Əzimova etibar edilmişi başqasına etibar etmə qaydasında etibarnamə vermiş və nəticədə mübahisələndirilən alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilələr bağlanarkən etibarnamələr ləğv edilməmiş, qüvvədə olmuşdur. Bağlanmış müqavilələrin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas yoxdur.

53. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd ol unanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

54. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

55. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgü n tətbiq olunmuşdur.

56. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələr in işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 57. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi o nda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

59. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4933/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar