Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1860/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Məlikli (Əkbərova) Reyhan Əbilağa qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1860/21 (Açar sözlər: birgə fəaliyyətə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil1, Cavabdeh: Məlikli (Əkbərova) Reyhan Əbilağa qızının vəkili X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli, 2(105)-2501/2020 saylı qətnaməsindən cavabdeh Məlikli (Əkbərova) Reyhan Əbilağa qızının kasasiya şikayəti üzrə işə 27 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, onunla iddiaçı arasında 08 dekabr 2018-ci il tarixdə bağlanmış birgə fəaliyyət haqqında müqaviləyə xitam verilməsi, cavabdehdən müqavilə üzrə öhdəliklə bağlı 20.000 manat, çəkilmiş əlavə xərclərə görə 10.000 manat, mənəvi ziyana görə 5.000 manat, ümumilikdə 35.030 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh isə məhkəmədə iddiaçıya qarşı qarşılıqlı iddia qaldıraraq, onunla iddiaçı arasında rəsmiləşdirilmiş 08 dekabr 2019-cu il tarixli “birgə fəaliyyət haqqında” müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Abşeron Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim H.Y.Əhmədov) ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilərək, tərəflər arasında 08 dekabr 2018ci il tarixdə bağlanmış “birgə fəaliyyət haqqında müqavilə”yə xitam verilməsi, cavabdehdən həmin müqavilə üzrə öhdəliklə bağlı 20.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə ilk iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında “birgə fəaliyyət haqqında” müqaviləyə əsasən öhdəlik hüquq münasibətləri yaranıb. Həmin müqaviləyə əsasən cavabdeh öhdəliklərini yerinə yetirməyib. Sözügedən müqavilənin şərtlərinə görə, müqavilə müddəti başa çatanadək cavabdeh qeyri-yaşayış sahəsində “birgə fəaliyyət”lə məşğul olmaq istəmədiyi üçün iddiaçıya 20.000 manat kompensasiya ödəməyə borcludur. Həmçinin tərəflər arasında bağlanmış həmin müqavilənin etibarsızlığı üçün qanuni əsaslar yoxdur. Ona görə də ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 399.1, 425.1, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın qismən təmin edilən hissəsində ləğv edilib, qarşılıqlı iddianın təmin edilməsi barədə ye ni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, T.O.Quliyev və G.F.Tağızadə) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 421.2, 442-ci maddələrinin və digər maddi, prosess ual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunan hissəsində ləğv edilib, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cav abdeh Reyhan Məliklinin (Əkbərova) vəkili Aslan Heydərov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı vəkili Vəkil1 məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Reyhan Məlikli (Əkbərova) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsində göstərilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyən ləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdır ma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallar ını araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilməsinə və apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə dəyişidirlmədən saxlanılmasına baxmayaraq, iddiaçı qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kasasiya şikayəti verməyib, cavabdehi isə kasasiya şikayətində qətnaməni ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması hissəsində mübahisələndirib. Ona görə də kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı cavabdehin kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, ilk iddianın təmin olunan hissəsində rədd, qarşılıqlı iddianın təmin olunması üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəmə si tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında notarial qaydada bağlanmış “birgə fəaliyyət haqqında” 08 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən “Salon de Coifture” gözəllik salonunda cavabdehə bu müqavilə ilə müəyyən edilmiş müddətdə, qaydada və şərtlər daxilində “manikur ustası” fəaliyyəti ilə məşğul olmasına icazə verməyi, cavabdeh isə əldə olunan gəlirdən bu müqavilə ilə müəyyən edilmiş müddətdə, qaydada və şərtlər daxilində iddiaçıya haqq ödəməyi öhdəsinə götürüb. Həmin Müqavilənin 2.3.6-cı bəndinə əsasən cavabdeh müqavilə müddəti başa çatanadək qeyri-yaşayış sahəsində fəaliyyətlə məşğul olmaq istəmədiyi halda bu müqavilə ilə müəyyən edilmiş miqdarda iddiaçıya 20.000 manat kompensasiya təzminatı öd əməyi öz öhdəsinə götürüb. Həmin Müqavilənin 3.1-ci bəndinə görə tərəflər bu müqavilənin şərtlərini yerinə yetirmədikdə və ya lazımi qaydada icra etmədikləri halda əmlak məsuliyyəti daşıyırlar. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən tərəflərdən biri müqavilənin şərtlərini pozduğu halda müqavilə digər tərəfin tələbinə əsasən məhkəmə qərarına əsasən pozula bilər. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və 3 il ərzində qüvvədədir. İşə əlavə edilmiş 07 sentyabr 2019-cu il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə aralarında bağlanmış 08 dekabr 2018-ci il tarixli müqavilənin şərtlərinə əməl etməsi barədə xəbərdarlıq edilib və müqavilə üzrə cavabdehdən öhdəliklə bağlı 20.000 manat, çəkilmiş əlavə xərclərə 10.000 manat, ümumilikdə 3 0.000 manat ödənilməsi tələb edilib. Pretenziya məktubu 21 sentyabr 2019-cu il tarixdə xəbərnaməyə imza etməklə cavabdeh tərəfindən qəbul edilib. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında sözügedən müqaviləyə əsasən öhdəlik hüquq münasibətləri əmələ gəlib. Cavabdeh həmin müqavilənin şərtlərini pozaraq öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. Belə ki, cavabdeh, sözügedən müqaviləyə əsasən iddiaçınin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən “Salon de Coifture” gözəllik salonunda bu müqavilə ilə müəyyən edilmiş qaydada və şərt lər daxilində, 3 il müddət ərzində “manikur ustası” kimi fəaliyyət göstərməli olduğu halda, həmin müqavilənin şərtlərini pozaraq sözügedən gözəllik salonunu vaxtından əvvəl tərk edib. Apelyasiya instansiyası məhkəməsi cavabdehin gətirdiyi arqumentlərlə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, cavabdeh qeyd olunan müqavilə müddəti başa çatanadək qeyri-yaşayış sahəsində fəaliyyətlə məşğul olmaq istəmədiyi üçün həmin müqavilə ilə müəyyən edilmiş 20.000 manat miqdarda iddiaçıya kompensasiya təzminatı ödəməyə borcludur. Ona görə də ilk iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin etibarsız hesab edilməsin ə dair qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qarşılıqlı iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Belə ki, Mülki Məcəlləsinin 5.1-ci maddəsində istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslərin mülki hüquq münasibətlərinin subyektləri ola bilmələri təsbit edilib. Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndinə əsasən, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir. Apelyasiya instansiyası məhkəməsi sadalanan normaların tələblərini nəzərə alıb qeyd etmişdir ki, tərəflər arasında bağlanmış sözügedən müqavilə notariat kontorunda təsdiq edilib və tə rəflər həmin müqavilənin mühüm şərtlərini öz aralarında razılaşdırmışlar və notariat hərəkətlərinin aparılmasının nəticələri onlara izah edilib. Fotoşəkillər çəkilərək müqaviləyə əlavə edilib və müqaviləni müvafiq şəkildə tərəflər imzalayıblar. Apelyasiya instansiyası məhkəməsi cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, istər tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri baxımından, istərsə də qanunvericiliyin tələbləri baxımından tərəflər arasında hər hansı əmək münasibəti yaranmayıb. Belə ki, cavabdeh, iddiaçı tərəfindən işçi kimi işə götürülməyib və cavabdeh sözügedən müqavilənin şərtlərinə uyğun olaraq “Salon de Coifture” gözəllik salonunda müqavilə ilə müəyyən edilmiş müddətdə, qay dada və şərtlər daxilində “manikur ustası” kimi fəaliyyətə başlayıb. Həmin müqaviləyə əsasən cavabdeh qeyd olunan gözəllik salonundan əldə ediləcək gəlirdən bu müqavilə ilə müəyyən edilmiş müddətdə, qaydada və şərtlər daxilində cavabdehə haqq ödəməli idi. Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göründüyü kimi tərəflər arasında bağlanmış “birgə fəaliyyət haqqında” 08 dekabr 2018-ci il tarixli müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərə əməl olunmaqla bağlanıb və həmin müqavilənin eitbarsızlığı üçün əsaslar mövcud deyil. Cavabdeh kasasiya şikayətində sözügedən müqavilənin bağlanması məqsədi ilə iddiaçı tərəfindən aldadıldığın ı göstərsə də, onun bu arqumenti Mülki Məcəllənin 339.2-ci maddəsinin tələblərinə uyğun deyil. Belə ki, həmin maddənin mənasına görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Maddənin mənasına görə aldatma dedikdə- şəxsin əsl həqiqəti gizlətməsi, müqavilə üzrə digər tərəfi hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etməsi anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur və bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Buna görə də belə əqdləri aldadılmış tərəf mübahisələndirə bilər. Müqavilən in etibarsızlığı dedikdə- onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda müqavilə müəyyən hüquqi nəticə doğurmaya bilər. Nəzərə alınmalıdır ki, müqavilədə tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir və müqavilənin etibarlılığı üçün: müqavilənin subyektiv tərkibinin qanuniliyi; müqavilənin məzmununun qanuniliyi; müqavilə üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; həmçinin müqavilənin formasının qanuniliyi şərtlərinin olması zəruridir. Müqavilənin subyektiv tərkibinin qanuniliyi- müqavilənin hüquq və fəaliyyət qabiliyyətinə malik olan şəxslər tərəfindən bağlanmasını nəzərdə tutur. Müqavilənin məzmunu dedikdə- müqavilədə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən o lunmuş tələblərə cavab verməlidir. Hər bir halda müqavilədə iradə və iradə ifadəsinin vahidliyi, yəni üst-üstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, müqavilə mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər. İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, lakin onu formalaşdıran daxili iradə olmur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxslərin bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan sui-istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, Mülki Məcəllənin 339.1, 339.3, 339.4-cü maddələri). Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətində göstərdiyi digər dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkr ar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh Məlikli (Əkbərova) Reyhan Əbilağa qızının kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli, 2(105)-2501/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1860/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1860/2021
27.04.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver