Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1860/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2ə qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi üzrə öhdəliklərin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2ə qarşı “lizinq müqaviləsi üzrə öhdəliklərin icrası” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-114/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2024cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Lizinq Şirkəti QSC (bundan sonra – iddiaçı) ilə Cavabdeh1 MMC (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2014-cü il tarixli daxili lizinq müqaviləsinə və 1 saylı əlavəyə əsasən Cavabdeh1 MMC-yə “Maqni RTH 5.23” markalı teleskopik yükləyici verilmişdir və cavabdeh öz öhdəliyini tam şəkildə ödəniş gününün məzənnəsinə uyğun olaraq ABŞ dolları ilə yerinə yetirməyi öhdəsinə götürmüşdür. 2. 2014-cü il buraxılışı olan Az10-Z-182 dövlət qeydiyyat nişanlı “Maqni RTH 5.23” markalı teleskopik yükləyicinin mülkiyyətçisi "xxxx" Lizinq Şirkəti QSC-dir. 3. "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh2 ilə bağlanılmış zaminl ik müqaviləsinə əsasən, o, Cavabdeh1 MMC-nin daxili lizinq müqaviləsi üzrə götürdüyü öhdəliyə görə zamin durmuşdur.
4. Cavabdeh1 MMC tərəfindən xx.xx.2015-ci il tarixdə lizinq obyekti "xxxx" Lizinq Şirkəti QSC-yə geri təhvil verilmişdir. 5. 31.03.2022-ci il tarixli tələbin güzəşti müqaviləsinə əsasən Cavabdeh1 MMC ilə iddiaçı arasında bağlanmış lizinq müqaviləsi üzrə tələb hüquqları iddiaçı tərəfindən "xxxx" KB ASC-yə ötürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı2 QSC ("xxxx" MMC) hüquq varisi "xxxx" KB ASC ilə əvəz edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Lizinq Şirkəti QSC lizinq şirkəti ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 2621T/14/B saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2dən dəymiş ziyan üzrə 5.339,03 ABŞ dolları vaxtı keçmiş qalıq, 3.957 ABŞ dolları faiz, 1.532 ABŞ dolları dəbbə pulu borcunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli 2621T/14/B saylı daxili maliyyə lizinq müqaviləsinə xx.xx.2015-ci il tarixli restrukturizasiya haqqında əlavə razılaşmaya əsasən Cavabdeh1 MMC 170510 USD məbləğində borcu illik 16% olmaqla, 30 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda daxili maliyyə lizinq müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmi ni üsulu olaraq Cavabdeh2 ilə kreditor arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. xx.xx.2014-cü il tarixli təhvil-təslim aktı ilə lizinq obyekti 2014-cü il buraxılışı olan Az10-Z-182 dövlət qeydiyyat nişanlı “Maqni RTH 5.23” markalı teleskopik yükləyici cavabdehə təhvil verilmişdir. Cavabdehlər lizinq müqaviləsinə 1 saylı əlavədə (lizinq ödənişləri cədvəli) göstərilmiş illik 16% olmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmişlər və bununla da öhdəliklərini vaxtında və lazımı qaydada icra etməmişlər. Bundan sonra Cavabdeh1 MMC tərəfindən x x.xx.2015-ci il tarixdə lizinq obyekti "xxxx" Lizinq Şirkəti QSC-yə təhvil verilmişdir. Nəticədə cavabdehin daxili maliyyə lizinq müqaviləsi üzrə lizinq obyekti təhvil verilən tarixə kimi öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə xx.xx.2015-ci il tarixə 5.339,03 ABŞ dolları vaxtı keçmiş qalıq, 3.957 ABŞ dolları faiz və 1.532 ABŞ dolları dəbbə pulu borcu yaranmışdır.
8. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına əsasən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 12664 nömrəli rəyi ilə Cavabdeh1 MMC-nin iddia tarixi üzrə xx.xx.2015-ci il tarixinə iddiaçı "xxxx" Lizinq Şirkəti” QSC-yə olan borcu - əsas borc üzrə 147.092,98 ABŞ dolları, faiz borcu üzrə 2091,99 ABŞ dolları olmaqla ümumilikdə 149184,97 ABŞ dolları məbləğində müəyyən edilmişdir.
9. Daha sonra, məhkəmənin qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 26398 nömrəli rəyinə əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə Cavabdeh1 MMC-nin borcu - əsas borc üzrə 147.092,98 ABŞ dolları, faiz borcu üzrə 48.311,87 ABŞ dolları müəyyən edilmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(060)-46/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ( hakim Ə.Ələkbərov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2dən milli manat ekvivalentində dəymiş ziyan üzrə 5.339,03 ABŞ dolları keçmiş qalıq, faiz məbləği üzrə 3.957 ABŞ dolları, 500 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 9.796,03 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumundan 27 manat pulun "xxxx" Lizinq Şirkəti QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi işin faktiki hallarına istinadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, xx.xx.2014-cü il tarixli 2621T/14/B saylı daxili maliyyə lizinq müqaviləsinə xx.xx.2015-ci il tarixli restrukturizasiya haqqında əlavə razılaşmaya əsasən Cavabdeh1 MMC 170510 ABŞ dolları məbləğində borcu illik 16% olmaqla, 30 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüş, lakin verdiyi vədə əməl etmədiyindən, kreditorun, dəymiş ziyanın və ona hesablanmış faiz borclarını cavabdehlərdən tələb etməsi tam əsaslıdır və iddia tələbi bu hissədə təmin olunmalıdır. Müvafiq ekpertin rəyinə əsasən dəymi ş maddi ziyan və ona hesablanmış faiz dərəcələri tələb edilən məbləğdən dəfələrlə çoxdur.
12. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 425, 427, 439, 442, 448, 449, 472, 739 və 741-ci maddələrinə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
14. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən işə baxılmasının vaxtı barədə Cavabdeh1 MMC-yə məlumat verilməmiş və iştirakı olmadan işə baxılaraq iş üzrə yuxarıda qeyd olunan qətnamə çıxarılmışdır. Cavabdeh1 MMC qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədə cəmiyyətin hüquqlarını müdafiə edə bilməmi şdir. Yalnız Sumqayıt icra və probasiya şöbəsinin icra məmuru tərəfindən Cavabdeh1 MMC-nin hesablaşma hesabına tutma barədə sərəncam qoyulduğu zaman məlumat əldə etmişdir. Cavabdeh1 MMC Qaradağ rayonu Səlyan şosesi 15 ünvanında yerləşir. Məhkəmə prosesində Cavabdeh1 MMC iştirak etmədiyindən işin həqiqi halları məhkəmənin diqqətinə çatdırılmamışdır. Belə ki, həmin nəqliyyat vasitəsi cərimənin hesablandığı dövrdə Cavabdeh1 MMC-nin öhdəliyində olmamışdır. Şirkətin direktoru X3 tərəfindən müqavilədə göstərilən lizinq obyekti 2014-cü il buraxılışı olan Az10-Z-182 dövlət qeydiyyat nişanlı “Maqni RTH 5.23” markalı teleskopik yükləyici lizinq şirkətinə təhvil verilmişdir. X3 müvafiq lizinq şirkətinin rəhbərinin qohumu (əmisi oğlu) olduğundan onlar arasındakı neqativ danışıqlara əsasən həmin nəql iyyat vasitəsi sonradan X3 tərəfindən təsis edilmiş başqa bir şirkətə verilmişdir. Məsələ ondan ibarətdir ki, X3 Cavabdeh1 MMCdə direktor olduğundan sui-istifadə edərək həmin lizinq obyekti olan Az10-Z-182 dövlət qeydiyyat nişanlı “Maqni RTH 5.23” markalı teleskopik yükləyicini lizinq şirkətinə təhvil vermiş və ordan da öz şirkətinə götürsə də bir müddət Cavabdeh1 MMC-dən ödəmiş, daha sonra borclandırmışdır. Halbuki, həmin dövrdə lizinq obyekti Orxan Məmmədovun təsis etdiyi şirkətdə fəaliyyət göstərirdi. X1 bu cür əməllərinə görə ona qarşı iddia qaldırılmış, iddiaya Səbail Rayon Məhkəməsində baxılmışdır. Aidiyyat hüquqlarına görə Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli, 2(103)-917/2023 saylı qərardad qəbul edilərək iddia ərizəsinin Bakı Kommersiya Məhkəməsinə göndəri lməsi qərara alınmışdır. "xxxx" Lizinq Şirkəti QSC kommersiya şirkəti olmaqla, kommersiya məqsədi ilə İizinq obyekti olan Az10-Z-182 dövlət qeydiyyat nişanlı “Maqni RTH 5.23” markalı teleskopik yükləyicini kommersiya şirkəti olan Cavabdeh1 MMC-yə gəlir əldə etmək məqsədilə lizinqə vermişdir. Lakin nədənsə kommersiya məhkəməsinə deyil, Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Hesab edirlər ki, məhkəmə aidiyyəti pozulmuşdur. MPM-in 24.2, 26.1, 30-cu maddələrinin və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn" mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının tələbləri nəzərə alınmamışdır.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-114/ 2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və İlqar Dəmirov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu hissəsində dəyişdirilmiş, xx.xx.2014-cü il tarixli, 2621T/14/B saylı daxili maliyyə lizinqi müqaviləsi və 31 mart 2015-ci il tarixli 1 saylı əlavə saziş üzrə cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2dən faiz məbləği üzrə 15,01 (on beş dollar, sıfır bir sent) ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə tutularaq "xxxx" Lizinq Şirkəti QSC-yə verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya şikayətinin işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması barədə dəl illəri ilə bağlı kollegiya qeyd etmişdir ki, mövcud iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2017-ci il tarixdə təqdim edilmiş və işə mahiyyəti üzrə baxılaraq xx.xx.2019-cu il tarixdə qətnamə çıxarılmışdır. Birinci instansiya məhkəməsi mövcud işi aidiyyət qaydalarına riayət etməklə öz icraatına qəbul etmiş və aidiyyət qaydalarını pozmamışdır.
17. İş materiallarından həmçinin müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh tərəfə məlumat göndərilmiş, cavabdeh tərəf məhkəmə icraatından məlumatlı olmuş, ərizə və vəsatətlər təqdim etmişdir. 18.Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında göstərilmiş müddəalara əsasən bağlanmış lizinq müqaviləsindən irəli gələn münasibətlər yaranmış və iddiaçı qa nunvericiliyin bu tələblərinə uyğun olaraq tələblərini irəli sürmüşdür. Müqavilələr üzrə müəyyən edilmiş əmlakı iddiaçı cavabdehin istifadəsinə vermiş, cavabdeh isə həmin əmlakı qəbul etmişdir. Cavabdeh1 MMC tərəfindən xx.xx.2015-ci il tarixdə lizinq obyekti "xxxx" Lizinq Şirkəti QSC-yə təhvil verilmişdir. Lakin həmin tarixə yaranmış borcu ödəməmişdir. 19.Apellyasiya qaydasında baxan məhkəmə kollegiyası əvvəlki ekspert rəylərində tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə yaranmış vaxtı keçmiş qalıq borcunun məbləğinin müəyyən edilməməsinə görə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. 20.01 dekabr 2023-ci il tarixli 9/8014 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli, 2621T/14/B saylı daxili maliyyə l izinqi müqaviləsi və 31 mart 2015ci il tarixli 1 saylı əlavə saziş üzrə Cavabdeh1 MMC-nin 30 noyabr 2015-ci il tarixə "xxxx" Lizinq Şirkəti QSC-yə olan əsas borc (vaxtı keçmiş) 5339,21 ABŞ dolları (26.002,00 ABŞ dolları - 20.662,79 ABŞ dolları), lizinq şirkətinin gəliri üzrə (faiz) borcu - 15,01 ABŞ dolları (17.156,00 ABŞ dolları - 17.140,99 ABŞ dolları) təşkil edir. 21.Məhkəmə hesab etmişdir ki, vaxtı keçmiş əsas borc məbləği tələbdən yüksək, faiz borcu isə aşağıdır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Ona görə də, kollegiya əsas borcun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, lakin faiz bo rcunun rəyə uyğun hesablanmalı olması qənaətinə gəlmiş və hesab etmişdir ki, qətnamə faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir.
22. Apellyasiya instansiyası məhkəməsi cərimə borcuna münasibətdə qeyd etmişdir ki, cavabdehdən tərəflər arasında bağlanmış müqavilə üzrə cərimə borcunun tutulması nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Kollegiya qeyd edilən hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Az10-Z-182 dövlət qeydiyyat nişanlı “Maqni RTH 5.23” markalı teleskopik yükləyicinin lizinq şirkətinə təhvil verilməsi və həmin Az10-Z-182 dövlət qeydiyyat nişanlı “Maqni RTH 5.23” markalı teleskopik yükləyicinin üçüncü şirkətin istifadəsinə verilməsi (Cavabdeh1 MMC-nin həmin vaxt direktoru Orxan Məmmədov ilə iddiaçının rəhbərinin əmioğlu olması və Orxan Məmmədovun bilərəkdən cavabdehi borclandıraraq teleskopik yükləyicini özünə məxsus digər şirkətdə istifadə etməsi) faktı araşdırılmamışdır. Qeyd edilənlər iddiaçı tərəfindən belə inkar edilmir.
25. Kassasiya şikayətinə əlavə isə onunla əsaslandırılmışdır ki, vəkil sorğusuna Aqrar Xidmətlər Agentliyinin 06 aprel və 26 aprel 2024-cü il tarixli cavab məktublarına əsasən Az10-Z-182 dövlət qeydiyyat nişanlı “Maqni RTH 5.23” markalı teleskopik yükləyici xx.xx.2016-cı il tarixdə lizinq şirkəti adından X2 adına, xx.xx.2018-ci il tarixdə "xxxx"MMCnin adına dövlət qeydiyyatına alınmışdır. 2014-2016-cı il 19 aprel tarixləri arasında sözügedən texnika üzərində heç bir əməliyyat qeydə alınmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclud an vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
29. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
30. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizin q verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğu n olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zə rurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətini cavabdehlərdən biri verdiyindən qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmama sı halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin əsas və faiz borcunun məbləği ilə bağlı gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iş üzrə ödənilməli olan əsas və faiz məbləğləri lizinq obyektindən istifadə edildiyi müddət üçün, yəni xx.xx.2015-ci il tarixədək hesablanmış və ekspert rəyi ilə müəyyən edilmişdir.
40. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ola bilər ki, araşdırma zamanı hazırkı ekspert r əyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.
41. Lizinq obyektinin başqa şəxsin istifadəsində olması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu barədə sübutları araşdırmaq səlahiyyəti olan məhkəmələrə hər hansı sübut təqdim edilməmişdir. Kassasiya şikayətinə əlavədə təqdim edilən sənədlərlə bağlı məhkəmə kollegiyası bildirir ki, kassasiya instansiya məhkəməsi yeni sübut qəbul etmir. Texnikanın xx.xx.2015-ci il tarixdək cavabdeh hüquqi şəxsin istifadəsində olması işdə olan müvafiq təhvil-təslim aktları ilə təsdiq edilir.
42. Məhkəmə k ollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
43. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-114/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.