Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1861/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilənin etibarsız hesab olunması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8677/2021 nömrəli iş üzrə 04 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: Bakı şəhəri, Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən 6 saylı evin 7 saylı üç otaqlı mənzili 19 fevral 2010-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ əsasında X2 məxsus olmuşdur. 07 iyun 2015-ci il tarixdə həmin mənzilin X3 tərəfindən Cavabdeh1 bağışlanmasına dair müqavilə bağlanmış, müqavilə Bakı şəhərinin 6 saylı notariat kontorunda təsdiq olunmuşdur. 12 iyun 2015-ci il tarixdə Cavabdeh1 adına həmin mənzilə mülkiyyət hüququnu bildirən Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin yanvar ayında X3 Cavabdeh1 və 3-cü şəxs Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı iddia və dəqiqləşdirilmiş iddia ərizələri ilə məhkəməyə müraciət edərək b acısı X4 ilə renta müqaviləsi bağlamaq barədə razılaşmalarına baxmayaraq, bacısının əri Cavabdeh1 ilə aldatma təsiri altında bağışlama müqaviləsi bağlamasını, özünə məxsus mənzili Cavabdeh1 bağışlamaq niyyətində olmamasını, bacısı Samirə Xudatovanın razılaşdıqları renta müqaviləsi üzrə öhdəliklərini icra etməyərək ona baxmaması ilə əlaqədar həmin müqaviləni ləğv etdirmək üçün 2020-ci ildə notariat kontoruna müraciət etdikdə onunla bacısı arasında renta müqaviləsinin bağlanmamasını, aldadılaraq ona bağışlama müqaviləsinə imza etdirilməsini əsas göstərməklə onunla Cavabdeh1 arasında bağlanmış 07 iyun 2015-ci il tarixli bağışlama müqaviləsinin və onun əsasında Cavabdeh1 adına verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilib tərəflərin əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1135/2021 nömrəli, 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim: R.N.Qafarova) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı X3 apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8677/2021 nömrəli 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1135/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlan ılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı X3 iddia ərizəsinin dəlillərinə uyğun kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilə n hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 339.2 Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin Maddə 347.1 Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Maddə 354.2 Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zo rakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 M əhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edil məməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, iddiaçı Katiybə Bəhramova hazırkı iddia tələbində bağışlama müqaviləsinin aldatma təsiri altında bağlanmasını əsas göstərməklə müqavilənin etibarsız sayılmasını tələb etmişdir. Lakin işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, müqavilənin aldatma təsiri altında və yaxud vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilə r. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, bağışlama müqaviləsi bilavasitə iddiaçının iştirakı ilə notariatda bağlanmış, onun hüquqi nəticələri iddiaçıya izah olunmuş və müqavilə onun tərəfindən imzalanmışdır. Cavabdeh1 iddiaçı ilə renta müqaviləsinin bağlanması barədə razılaşmasının olmasını qəti inkar etmiş və bağışlama müqaviləsinin iddiaçının xahişi ilə bağlanmasını göstərmişdir. Azərbaycan Respublikasının MPM-in 77-ci maddəsinə görə hər bir tərəf öz tə ləblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Müəyyən olunduğu kimi iddiaçı bağışlama müqaviləsini bağlayarkən aldadılmasını sübuta yetirə bilməmişdir. İşdən göründüyü kimi bağışlama müqaviləsi 07 iyun 2015-ci ildə bağlanmış, iddiaçı tərəfindən isə müqavilənin etibarsız hesab edilməsi barədə tələb 2020-ci il yanvar ayında – 4 ildən artıq müddət keçdikdən sonra irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı tərəfindən müəyyən olunduğu kimi, eyni zamanda qanunda müəyyən olunmuş 1 illik müddət ötürülmüşdür. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8677/2021 nömrəli iş üzrə 04 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1861/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1861/2022
06.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver