Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1861/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mənzil Mülkiyyəçilərinin Müştərək Cəmiyyətinin cavabdehin prosessual hüquqi varisi Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikinti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Mənzil Mülkiyyəçilərinin Müştərək Cəmiyyətinin cavabdehin prosessual hüquqi varisi Cavabdeh2 qarşı “özbaşına açılmış qapının bağlanması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-448/2023 nömrəli, 10 yanvar 202 3-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 3 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ağ şəhər “Yaşıl Ada” rayonu xx.xx.2013-cü il tarixli, 3d saylı müqavilənin surətindən görünür ki, alıcı Cavabdeh1 (bundan sonra cavabdeh) tərəfindən qeyri-yaşayış sahəsinin dəyəri tam ödənildikdən sonra "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Xaqani Rüstamov küçəsi 6 ünavnında inşa etdiyi 7 mərtəbəli, 8 girişli binada yerləşən giriş 3, 1-ci mərtəbədə C1-D1 aşrımı və 15-17 aşrımı arası yerləşən 40 kv.m qeyri-yaşayış sahəsi alıcı Cavabdeh1 təhvil verilməlidir.
2. İddiaçı Mənzil Mülkiyyəçilərinin Müştərək Cəmiyyətinin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinin Başçısına və Bakı şəhəri, Ağ Şəhər Layihəsinin rəhbərliyinə ünvanladığı xx.xx.2020-ci il tarixli 02/20 saylı məktubun surətindən görünür ki, qanunsuz açılmış qapının bağlanması və tikinti layihəsinə uyğun bərpasının təmin edilməsi xahiş edilmişdir.
3. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı MMCnin (bundan sonra iddiaçı) sədri Nümayəndə ünvanlanmış 1075 saylı, xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, ona payçılar və mülkiyyətçilər arasında yaranmış problemlərlə əlaqədar mövcud qanunvericiliyə uyğun məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
4. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx/xx-2185 saylı xx.xx.2020-ci il tarixli məktubun sur ətindən görünür ki, "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 3 ünvanındakı 6 mərtəbəli yaşayış binasının 1- ci mərtəbəsində yerləşən, Cavabdeh1 tərəfindən satın alınmış qeyri-yaşayış sahəsindən binanın 3-cü girişindəki ümumi istifadədə olan dəhlizə əlavə giriş təşkil edilərək qapı oyuğu açılmışdır.
5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 rəisi Cəbrayıl Xanlarov tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Xətai rayon İcra Hakimiyyətinə və Xətai rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli telefonoqramın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən, "xxxx" MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsində yükdaşıyan divarda əlavə qapı oyuğu açıldığı mütəxəssislər tərəfindən aşkar edilmişdir. Apar ılan işlərə dair icazəverici sənədlər təqdim edilməmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022 ci il tarixli 10/27 saylı ekspert və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəylərindən görünür ki, ünvan 6 ünvanda 1-ci mərtəbədə yerləşən Cavabdeh1 məxsus sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsində lift meydançasına doğru açılmış qapının yaşayış binasının layihəsində nəzərdə tutulmadığı müəyyən edilir. ünvan 6 ünvanda 1-ci mərtəbədə yerləşən Cavabdeh1 məxsus sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsində lift meydançasına doğru açılmış qapı daşıyıcı (ana) divarda (dəmir-beton diafraqamda) açılmışdır. Qeyd edilən qapının açılması texniki cəhətdən binaya hər hansı təhl ükə yaratmasını təyin etmək üçün bina tam müayinə olunmalı, xüsusi proqram vasitəsilə təsirlərin hesabatını nəzərə almaqla müəyyən oluna bilər. ünvan 6 ünvanda 1-ci mərtəbədə yerləşən Cavabdeh1 məxsus sahəsi 40 kv.metr olan qeyriyaşayış sahəsinə birbaşa (digər şəxslərə məxsus olan sahələrdən keçmədən) alternativ giriş-çıxış qapısının açılması texniki cəhətdən mümkündür, lakin bu məsələ “Ağ şəhər” layihəsinin rəhbərliyi, binada sakinlər tərəfindən yaradılmış Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti və layihəsinin baş mühəndisi ilə razılaşdırılmalıdır. ünvan 6 ünvanda 1-ci mərtəbədə yerləşən Cavabdeh1 məxsus sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsində lift meydançasına doğru açılmış qapı liftdən istifadə olunması zamanı yarana biləcək məhdudiyyətlər Azərbaycan Respublikasının müvafi q tikinti Norma və Qaydaları ilə tənzimlənir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı – ünvan 6 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh1 məxsus sahəsi 40 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsində yükdaşıyan divarda layihədən kənar dəyişiklik edərək lift meydançasına doğru özbaşına açılmış qapının onun hesabına mişar daşı ilə hörülərək bağlanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı işin hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 1120-MM7-0169 saylı qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. ünvan 7 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 7 mərtəbəli, 8 girişli yaşayış binasının iddiaçı il ə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış əmlakın təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən idarə olunmasına başlanılmışdır. Həmin binada mülkiyyətçi cavabdeh şəhərsalma haqqında qanunvericiliyin tələblərini və tikinti normalarını kobud şəkildə pozaraq özünə məxsus, 1-ci mərtəbədə yerləşən və sahəsi 40 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsində yükdaşıyan divarda layihədən kənar dəyişiklik edərək lift meydançasına doğru qanunsuz əlavə qapı açmışdır. Bu hal binanın təhlükəsizliyi baxımından bina sakinlərinin haqlı narazılığına səbəb olmuşdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən tikinti n ormalarının pozulmasına dair müvafıq rəylər alınmışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsində yükdaşıyan divarda layihədən kənar dəyişiklik edərək lift meydançasına doğru özbaşına açılmış qapı onun hesabına mişar daşı ilə hörülərək bağlanmalıdır.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-351/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hər bir şəxsin öz mülkiyyətində olan əmlakdan maneəsiz istifadə etmək hüququ qanunla qorunur. Bir şərtlə ki, belə istifadə üçüncü şəxslərə maneə yaratmasın. Hazırda sözügedən ünvanda açılmış mübahisəli qapının bina sakinləri üçün hər hansı maneə yaratması, liftdən istifad əyə məhdudiyyət törətməsi, həmçinin daşıyıcı divarda açıldığı üçün binanın təhlükəsizliyinin pozulması iş materialları ilə sübut olunmur. Bundan başqa, həmin qapının bağlanması isə mülkiyyətçi olan cavabdehin özünə məxsus daşınmaz əmlakdan sərbəst şəkildə istifadə etməsinə maneə yaratmaqla nəticələnə bilər. Lift meydançasına doğru açılmış qapının nə zaman və kim tərəfindən açılması müəyyən olunmur.
10. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir.
11. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4, 152.1, 152.5-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericili yi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan yerli müayinə protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, cavabdehə məxsus olan qeyri-yaşayış sahəsinin layihəyə uyğun qapısı mövcuddur (iş vərəqə 73 - 74, fotoşəkillər). Eyni zamanda, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə arvadının adına olan ayrıca küçəyə qapısı olan digər qeyri-yaşayış sahə si ilə bitişikdir ki, buradan da daha bir qapısı vardır. Beləliklə, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin mübahisələndirilən qanunsuz açdığı qapı ilə birlikdə 3 (üç) qapısı vardır. Bunu yerli müayinə protokolunun məzmunundan da mübahisəsiz müəyyən etmək mümkündür (iş vərəqə 69, protokol). İş materiallarında olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin xx/xx-2185 saylı xx.xx.2020ci il tarixli məktubundan və iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 rəisi Cəbrayıl Xanlarov tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Xətai rayon icra Hakimiyyətinə və Xətai rayon Polis idarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli telefonoqramın surətindən görünür ki, ünvan 5 ünvanında yerlə şən, "xxxx" MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının 1cimərtəbəsindəki qeyri-yaşayış sahəsində yükdaşıyan divarda əlavə giriş və ya əlavə qapı oyuğu açıldığı mütəxəssislər tərəfindən aşkar edilmişdir. Aparılan işlərə dair icazəverici sənədlər təqdim edilməmişdir. Göründüyü kimi söhbət məhz əlavə giriş və əlavə qapının açılmasından gedir. Məhkəmə isə sanki qeyri-yaşayış sahəsinin bu qanunsuz qapıdan başqa qapısının olmaması kimi görüntü yaratmağa çalışmışdır. Cavabdeh özünə məxsus qeyri-yaşayış sahəsini 11 aprel 2013-cü il tarixli, 3d saylı müqaviləyə əsasən əldə etmişdir. Həmin müqavilənin 2.4-cü bəndində qeyd edilmişdir ki, "...Alıcı" qeyri-yaşayış sahəsini təhvil aldıqdan sonra binanın fasadında dəyişikliklər apara bilməz..." (iş vərəqə 11- 12, müqavilə). İş materiallarında olan eski z layihənin surətindən görünür ki, cavabdehə məxsus olan 40 kv.m. sahəli qeyri-yaşayış sahəsinin lift meydançasına doğru qapısı nəzərdə tutulmamışdır (iş vərəqə 10, layihə). Həmin qapının açılmasına dair hər hansı icazəverici sənədlər cavabdeh tərəfindən təqdim edilməmişdir. Bu cür sənədlərin mövcudluğu barədə iş materiallarında hər hansı sübut da mövcud deyildir. Bundan başqa, iş materiallarında cavabdehə məxsus olan qeyri-yaşayış sahəsinin layihədə nəzərdə tutulan və hazırda xaricdən dəmir xətlərlə bağlanmış mövcud qapısının kim tərəfindən bağlanması və ya açılmasının qadağan edilməsi ilə bağlı hər hansı rəsmi sənəd və ya sübut mövcud deyildir. O qapıdan istifadə edilməsinin aradan qaldırılması ilə bağlı da cavabdehin harayasa müraciət etməsi müəyyən olunmur. Göründüyü kimi, cavabdehin h ərəkətləri və öz mülkiyyətindən maneəsiz və sərbəst istifadə hüququnu həyata keçirməsi bu halda digər şəxslərin hüququnu və ictimai maraqları pozur. Hazırkı halda, istinad edilən hüquq normalarının tələbləri birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Məhkəmənin guya cavabdehə məxsus olan qeyri-yaşayış sahəsinə açdığı qanunsuz qapının bağlanması halında onun öz mülkiyyətindən istifadəsinə maneə yaranacağı əsası ilə iddianı rədd etməsi əsassızdır, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun deyildir. Məhkəmə həmçinin ekspert rəylərində "...ünvan 9 ünvanda 1-ci mərtəbədə yerləşən cavabdehə məxsus sahəsi 40 kv metr olan qeyri-yaşayış sahəsində lift meydançasına doğru açılmış qapı liftdən istifadə olunması zamanı yarana biləcək məhdudiyyətlər Azərbaycan Respublik asının müvafiq tikinti Norma və Qaydaları ilə tənzimlənir..." ifadəsi ilə kifayətlənmiş, həmin norma və qaydalara əsasən cavabdehin lift meydançasına doğru açılmış qapının birgəyaşayış qaydalarını pozması ilə bağlı əhəmiyyətli faktiki halları aydınlaşdırmamışdır. Məhkəmə cavabdehin qanunsuz hərəkətləri üzrə heç bir faktiki mühüm əhəmiyyətli hal müəyyən etmək üçün cəhd etməmiş, bunu təsdiq edən xüsusatların olub-olmamasını aydınlaşdırmadan formal baxış keçirməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir.
14. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun direktoru Səxavət Əsədov tərəfindən İddiaçı MMMC-ya ünvanlanmış xx.xx.2022-ci il tarixli 37/36-00 saylı məktubdan görünür ki, ünvan 5 ünvanında yerləş ən, Cavabdeh1 məxsus 40 kv.m olan qeyri-yaşayış sahəsində yükdaşıyan divarda layihədən kənar dəyişiklik edilərək, lift meydançasına doğru açılmış qapı qeyri-qanuni olduğu üçün bağlanması zəruri hesab olunur. Bununla bağlı Xətai Rayon Məhkəməsinin tikinti-texniki ekspertizasının eksperti qarşısına qoyulmuş suallara cavab verilməsi üçün araşdırılmalar aparılmış, müvafiq mütəxəssis rəyi hazırlanmış və institutun xx.xx.2022-ci il tarixli 37/37- 00200 saylı məktubu ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə təqdim edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-448/2023 nömrəli 10 yanvar 2023-cü il ci il tarixli qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadı qov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh2 qarşı “özbaşına açılmış qapının bağlanması” tələbinə dair iddiası təmin edilmiş, ünvan 6 ünvanında birinci mərtəbədə yerləşən hazırda Cavabdeh2 prosessual hüquq varisi olan X4 məxsus sahəsi 40 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsində yükdaşıyan divarda layihədən kənar dəyişiklik edərək lift meydançasına doğru özbaşına açılmış qapının Cavabdeh2 tərəfindən onun öz hesabına sökülməsi və onun hesabına mişar daşı ilə hörülərək bağlanması, apellyatorun ödədiyi dövlət rüsumunun onun özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi təyin etdiyi və keçirilmiş ekspertiza rəyində ünvan 11 ünvanda 1-ci mərtəbədə yerləşən cavabdehə məxsus sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinə birbaşa (digər şəxslərə məxsus olan sahələrdən keçmədən) alternativ giriş-çıxış qapısının açılması texniki cəhətdən “Ağ şəhər” layihəsinin rəhbərliyi, binada sakinlər tərəfindən yaradılmış Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti və layihəsinin baş mühəndisi ilə razılaşdırıldığı halda mümkünlüyünün göstərilməsinə baxmayaraq bu razılığın olub-olmaması məhkəmə tərəfindən işin araşdırılmış halları müəyyən edilməmiş, yalnız iddiaçı tərəfin izahatına əsasən qeyriyaşayış sahəsinin həyətə çıxan alternativ giriş-çıxış qapısının açılmasına “Ağ şəhər” layihəsinin rəhbərliyi tərəfindən icazə verilməməsinin müəyyən e dilməsi göstərilmişdir. Halbuki, məhkəmə kollegiyası hesab edir ki, bu razılaşmanın olmaması tək iddiaçı tərəfin izahatı ilə deyil, işin araşdırılmış halları ilə olub-olmaması müəyyən edilməli idi.
17. Həmçinin birinci instansiya məhkəməsi göstərilən hal üzrə araşdırma aparmamaqla yanaşı iddiaçının göstərilən hal ilə bağlı izahatına da işin digər halları baxımından düzgün qiymət verməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi mübahisəli 40 kv.m qeyri-yaşayış sahəsinə baxış keçirmək üçün binanın Xəqani Rüstəmov küçəsinə baxan hissəsindən dəftərxana və ofis ləvazimatı satışını həyata keçirən mağazanın içərisindən keçərək daxil olmuşdur. Mağazanın içində olan pilləkənlərlə yuxarı qalxarkən mübahisəli qeyri-yaşayış sahəsinə daxil olunur. Həmin qeyri-yaşayış sahəsi müxtəlif otaqlara bölünər ək ofis təyinatı üçün istifadə edilir. Binanın həyətə baxan tərəfə mübahisəli qeyri-yaşayış sahəsinin giriş qapıları olsa belə, həmin qapılardan istifadə olunmur. Həmin qapılar dəmir xətlərlə bağlanmışdır. Tərəflər bunun səbəbi kimi həmin qapıların binanın layihəsində olmadığı səbəbindən istifadə olmadığını bildirdilər. Binanın içərisində liftə tərəf açılan qapı mövcuddur. Lakin həmin qapı nə lift tərəfdən, nə də ofislərin içərisindən açılmadı. Mübahisəli qeyri-yaşayış sahəsinin layihədə nəzərdə tutulmuş girişi ofis ləvazimatları mağazanın Xəqani Rüstəmov küçəsinə baxan hissəsindən mümkündür. Layihədə mübahisəli qeyri-yaşayış sahəsi texniki sahə kimi qeyd olunmuşdur.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qeyd edilən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu n cavabdehin adına dövlət qeydiyyatına alınmasına istinad etsə də həmin qeydiyyat əsasında verilmiş, cavabdeh tərəfin özünün apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi ünvan 6 ünvanda 1-ci mərtəbədə yerləşən sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinə dair texnik pasportda da həmin sahənin giriş qapısının sahənin yerləşdiyi binanın lift meydançasına doğru istiqamətdə nəzərdə tutulmadığı müəyyən edilmişdir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı – ünvan 6 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh1 (hazırda Cavabdeh2) məxsus sahəsi 40 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsində yükdaşıyan divarda layihədən kənar dəyişiklik edərək lift meydançasına doğru özbaşına açılmış qapının onun hesabına mişar daşı ilə hörülərək bağlanması barədə iddia ər izəsi əsaslıdır.
21. Cavabdeh tərəf mübahisəli sahənin mövcud vəziyyətdə, yəni, binanın yükdaşıyan divarında lift meydançasına doğru açılmış qapının olduğu vəziyyətdə alınmasını izahatlarında təkidlə israr etdiyi üçün sübutetmə yükü də artıq onun üzərinə düşür. Lakin cavabdeh tərəf göstərilən halı təsdiq edən, eləcə də bu qapının iddiaçı tərəfindən layihədən kənar dəyişiklik edilib açılaraq ona satılmasını sübut edə bilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.4, 152.1, 152.5, 157.4.-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1, 43.2.4, 109.5, 119.6, 123.0.7-ci maddələrinə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdehin prosessual hüquqi varisi (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, qeyd olunan qapı planda olmasa da, bina tikilərkən, yəni şəxs qeyri-yaşayış sahəsini əldə etməzdən əvvəl orda olması iddiaçı tərəfindən də təsdiq olunmuşdur və mübahisə predmeti deyildir. Digər tərəfdən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin lift meydançasına doğru açılmış qapının nə zaman və kim tərəfindən açılmasının müəyyən olunmaması kimi nəticəsinin əsaslarını göstərmədiyini bildirsə də, özü bu halı araşdırmamışdır. Eyni zamanda bu hal sözügedən qapının Cav abdeh1 tərəfindən açıldığını yenə də sübuta yetirmir. Bundan başqa apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan digər sənədlərlə yerli baxış zamanı müəyyən edilmiş hallar arasında ziddiyyətlərin səbəblərini araşdırılmadığını bildirsə də, özü bu ziddiyyətlərin nədən ibarət olduğunu göstərməmişdir.
25. Kassator əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən əsas göstərilmədən qapının cavabdeh tərəfindən bağlanmalı olduğu nəticəsinə gəlinsə də, bu nəticəyə gəlinərkən cavabdehin mülkiyyət hüququnun realizə edilməsi ilə bağlı məsələyə toxunulmamışdır. Belə ki, qapı cavabdehin mülkiyyət hüququnu realizə etməsi üçün yeganə vasitə kimi çıxış edir və bu zaman d i g ə r şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə heç bir xələl gəlmir. Qapının əsassız olaraq bağlanması halında o onun xüsusi mülkiyyəti üzərində olan hüquqları qanunsuz məhdudlaşdırılır və şəxs öz mülkiyyətinə daxil olmaq üçün digər şəxslərə məxsus olan sahələrdən istifadə etmək məcburiyyəti qarşısında qoyulur.
26. Apelyasiya məhkəməsi iş üzrə halları qarşılıqlı əlaqəli şəkildə araşdırmamış, tətbiq olunmalı olan xüsusi normanı düzgün müəyyənləşdirməmiş, iş üzrə mövcud olan halların araşdırılması üçün məhkəmənin səlahiyyəti daxilində olan imkanlardan lazımına istifadə olunmamış, məhkəmə sadəcə 2 sorğu verməklə kifayətlənmiş və bu sorğulara verilən cavablar iş üzrə əhəmiyyət kəsb edən heç bir halı müəyyən etməmiş, qeyri-yaşayış sahəsinə aparılan baxış üzrə isə yanlış nəticələrə gəlinmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikay ətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
31. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
32. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mənzil Məcəlləsi
33. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələr in daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
34. Maddə 43.2.4. Çoxmənzilli binanın idarəetmə üsulunu seçmək
35. Maddə 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.
36. Maddə 119.6. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti dövlət qeydiyyatından keçdiyi andan hüquqi şəxs hesab edilir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzərində öz adı həkk olunmuş möhürü, bankda hesablama və dig ər hesabları, həmçinin digər rekvizitləri vardır.
37. Maddə 123.0.7. Sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən üçüncü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək; Mülki Prosessual Məcəllə
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olar aq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırmas ı kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar k imi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
50. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarını n sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
51. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
54. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kas sasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-448/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.