Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1862/2020 22.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), X22 və X7 ibarət tərkibdə, X31 oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, üçüncü şəxslər X8 və X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2na, X5nə qarşı “müqavilənin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, qeydiyyat yazılarının pozulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İdd iaçı cavabdehlər Cavabdeh2na, X5nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ilə İddiaçı arasında Cavabdeh2 01.04.1991-ci il tarixində (D-3-680 reyestr nömrəli) bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, Rayon (şəhər) sovetinin icraiyyə komitəsinin texniki inventarizasiya bürosu tərəfindən verilmiş (Kitab № 228, səhifəsi № 14552, qeydiyyat nömrəsi 30/1044 olan 10.04.1991-ci il tarixli) qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və müvafiq qeydiyyat yazısının pozulması, 25.07.2000-ci il tarixli Vərəsəlik işinin 4cü səhifəsində Bakı şəhər İcra hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin MH seriyalı 157973,30 nömrəli 1203 saylı, 15.12.1975-ci il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və müvafiq qeydiyyat yazısının pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, X5ndəki 1 (köhnə 578) saylı yaşayış evi 601.1 kv.m olan torpaq sahəsində yerləşir, tikililərin ümumi sahəsi 417,4 kv.m təşkil edir. Ev ilkin olaraq atası X5 adına qeydə alınmışdır. Onun ölümündən sonra evi anası X5 və iddiaçı qanuni vərəsə olaraq miras əmlakı kimi qəbul etmiş, 15.12.1975-ci ildə mülkiyyət hüquqları qeydə alınmışdır. Real rəsmi bölgü aparılmasa da, evin yarı hissəsinin və orada hansı otaqların və digər qeyri-yaşayış sahələrinin ona məxsusluğu hamı tərəfindən qəbul edilmişdir. Anası özünün istifadə etdiyi 7,72 kv.m olan bir yaşayış otağı və 10,39 kv.m olan köməkçi sahəni ona bağışlamış və bu barədə 01.04.1991-ci ildə Cavabdeh2 bağışlama müqav iləsi bağlamışlar. Ona düşən pay artmalı olduğu halda, qeydiyyat vəsiqəsində onun payı ancaq 1 otaqdan ibarət olduğu qeyd edilmişdir. O və anası savadsız olmuş, hətta anası müqavilə bağlanarkən xəstə olduğu üçün müqaviləni şəxsən imzalamamışdır. Anası 2000-ci ildə vəfat etdikdən sonra qardaşları ondan xəbərsiz vərəsəlik hüququ əsasında evə hər birinə 1/3 pay olmaqla mülkiyyət hüququ əldə etmişlər. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (hakim Anar Rzayev) 25 may 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov və İlham Kərimli) 16 oktyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsi ilə işdə iştirak etməyə cəlb edilməyən X9, X15, X3 tərəfindən ayrı-ayrılıqda verilmiş ape llyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin X5 saylı 25 may 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2na, X5nə qarşı “müqavilənin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, qeydiyyat yazılarının pozulması” tələbinə dair iddia təmin edilməmiş, İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu özünə aid edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyas iya instansiya məhkəməsinin adıçəkilən qətnaməsi iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktlara və hallara ziddir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə tətbiq edilən maddi hüquq normaları düzgün şərh edilməyib, prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, ona görə də Bakı Apellyasiya Məhkəməsinin X5 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi əsaslı və qanuni hesab edilə bilməz. Mülki işin materiallarından da görünür ki, iş üzrə yekun nəticəyə gələrkən məhkəmə kollegiyası nəzərə almamışdır ki, hazırkı iş üzrə iddia tələbi tərəflər arasında olan digər məhkəmənin icraatında olan mülki mübahisənin düzgün həll edilməsi zərurətindən yaranmışdır. Həmin mübahisə üzrə İddiaçı yenə də iddiaçı qismində cavabdehlər- X6, Quliyev X13, Məmmədov X21 və qeyrilər inə qarşı X5nın adından tərtib edilmiş və 17 saylı DNK-da təsdiq edilərək, 2B-08 reyestrlə qeydə alınmış 15 yanvar 1999-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi; vəsiyyətnamə əsasında 25.07.2000-ci il tarixində Bakı şəhər 17 saylı DNK tərəfindən təsdiq edilmiş 2V/29 və 2V/93 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması və həmin şəhadətnamələr əsasında Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi, X5 küçəsində yerləşən 1 saylı fərdi yaşayış evinə 1/3 payda-X4, 1/3 payda X10, 1/3 payda Məmmədov X17 və 7.72 kv. m olan bir yaşayış otağı və 10.39 kv.m olan köməkçi sahənin - İddiaçı adına paylı mülkiyyət hüququ ilə Bakı şəhəri, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən aparılmış qeydiyya t yazısının pozulması və müvafiq Qeydiyyat Vəsiqəsinin ləğv olunmasının ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə həvalə edilməsi; Bakı şəhər X2 bürosu tərəfindən İddiaçı və anası X5nın adına verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasportuna (Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən Çıxarışa əsasən) və rayon (şəhər) sovetinin icraiyyə komitəsinin texniki inventarizasiya bürosunun- (Kitab № 228, səhifəsi № 14552, qeydiyyat nömrəsi 30/1043 olan 15 dekabr 1975-ci il tarixli) Qeydiyyat Vəsiqəsinə əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, X5 küçəsində yerləşən 1 saylı evin ½ hissəsinə mülkiyyət hüquqları bərpa edilməsi, mübahisəli evin X5nın payına düşən ½ hissəsinin qanun üzrə vərəsələr İddiaçı, X9, X18 ( onu n qanuni vərəsəsi) və Məmmədov X27 arasında bərabər şəkildə bölünməsi tələblərinə dair 2015-ci ilin 09 sentyabr tarixində verdiyi iddia Ərizəsi Sabunçu rayon məhkəməsinin 05 may 2016-cı il tarixli, 2(008)-l94/2016 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti əsasında işə baxan apellyasiya məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iş materiallarında mübahisə obyektinə yəni Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi, X5 küçəsində yerləşən 1 saylı fərdi yaşayış evinə aid İddiaçı mülkiyyət hüququnu müəyyən edən bir neçə qeydiyyat vəsiqəsi vardır. Birincisi, Bakı şəhəri, Sabunçu rayonu, X5 küçəsində yerləşən 1 saylı evə dair hal-hazırda qüvvədə olan Rayon (şəhər ) sovetinin icraiyyə komitəsinin texniki inventarizasiya bürosu tərəfin dən verilmiş ( Kitab № 228, səhifəsi № 14552. reyestr nömrəsi 30/1043 olan 10 aprel 1975-ci il tarixli ) Qeydiyyat Vəsiqəsi. X12 Bakı şəhəri, Sabunçu rayonu. X5 küçəsində yerləşən 1 saylı evinə paylar müəyyən edilmədən iki nəfərin-hazırkı iş üzrə İddiaçı və X5nın mülkiyyət hüququ öz əksini tapmışdır. Həmin qeydiyyat vəsiqəsi heç kim, o cümlədən hazırkı iş üzrə üçüncü şəxslər tərəfindən mübahisələndirilməyib. İkincisi, rayon (şəhər) sovetinin icraiyyə komitəsinin texniki inventarizasiya bürosu tərəfindən verilmiş (Kitab № 228, səhifəsi № 14552, qeydiyyat nömrəsi 30/1044 olan 10 aprel 1991-ci il tarixli) Qeydiyyat Vəsiqəsi. Həmin 30/1044 reyestr nömrəli, 10.04.91-ci il tarixli qeydiyyat vəsiqəsində Bakı şəhəri, Sabunçu rayonu, X5 küçəsində yerləşən 1 saylı evin yalnız sahəsi 7,72 kv. metrdən ibarət 1 otağına hazırkı iş üzrə İddiaçı payı müəyyən edilmiş, evin yerdə qalan hissəsinə isə X5na məxsus olduğu göstərilmişdir. Üçüncüsü, 2000-ci ildə ölmüş X5na aid 2B/29 nömrəli, 25.07.2000-ci il tarixli Vərəsəlik işinin 7-ci səhifəsində Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 157973, 30 nömrəli 1203 saylı, 15 dekabr 1975-ci il tarixli Qeydiyyat Vəsiqəsi. X12 isə Bakı şəhəri, Sabunçu rayonu, X5 küçəsində yerləşən 1 saylı evin 7, 72 kv.metrdən ibarət 1 ( bir ) yaşayış otağının və 10,39 kv. metrdən ibarət köməkçi sahəsinin hazırkı iş üzrə İddiaçı, evin qalan hissəsinin isə mərhum X5na aid olduğu göstərilib. Qeydiyyat vəsiqəsinin aşağı hissəsində Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsin in rəisi X5un imzası vardır. Həm də üçüncü Qeydiyyat Vəsiqəsinin tarixi birinci, yəni qeydiyyat nömrəsi 30/1043 olan Qeydiyyat Vəsiqəsi ilə eyni 15 dekabr 1975-ci il kimi qeyd edilsə də, X12ki mülkiyyət hüququna paylar isə ikinci, yəni qeydiyyat nömrəsi 30/1044 olan 10 aprel 1991-ci il tarixli Qeydiyyat Vəsiqəsində olan paylarla eyni olaraq göstərilmişdir. Məhkəmə kollegiyası 16.10.2019-cu il tarixli qətnaməsində iddiaçının iddia müddətini ötürdüyünü göstərsə də, nəzərə almamışdır ki, ünvan 1 ünvanında yerləşən mübahisə obyekti ilə əlaqədar tərəflər arasında 2011-ci ildən başlayaraq arasıkəsilmədən mülki mübahisələr üzrə məhkəmə çəkişmələri davam etməkdədir. Həmin mülki mübahisələr zamanı qəbul edilmiş bəzi məhkəmə qətnamələri qüvvəyə minmişdir. Həmin qüvvəyə minmiş qətnamələrlə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi bağlı X5 tərəfindən vəsiyyətnamənin tərtib edilməsndən və həmin vəsiyyətnamə ilə əlaqədar tərtib edilmiş vərəsəlik işində fərqli, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran Qeydiyyat Vəsiqəsinin olmasından iddiaçı yalnız məhkəmə prosesləri zamanı xəbərdar olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda nəzərə almamışdır ki, iddiaçı tərəfindən irəli sürülən iddia tələbləri bilvasitə onun mülkiyyət hüquqlarının bərpası, onun Bakı şəhəri Maştağa qəsəbəsi 1 saylı fərdi yaşayış evinə olan mülkiyyət hüquqlarının pozulmasının qarşısının alınması ilə əlaqədar olmuşdur ki, MM-nın 384.0.4-ci maddəsinə görə həmin pozuntuların aradan qaldırılması ilə bağlı tələblərə də iddia müddəti şamil edilmir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi iş in həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmayıb, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin, eyni zamanda İnsan hüquqları və əsas azadlıları haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərini də pozulmuşdur. Beləliklə Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normaları düzgün şərh edilməmiş, kobud prosessual hüquq pozuntularına yol verilmiş, eyni zamanda maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasında üçüncü şəxslər X15 və X3 vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci m addəsinə əsasən məhkəmə kollegiyası onların izahatını dinləməmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin araşdı rılmış halları ilə müəyyən etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 578 saylı (hazırda 1 saylı) yaşayış evinə 30.09.1957-ci ildə X5 mülkiyyət hüququ qeydə alınmışdır. Lenin rayon Xalq Məhkəməsinin 2-465 saylı 25.10.1990-cı il tarixli qətnaməsi ilə Lenin rayonu Məişət Xidməti Kombinatının qanunsuz istifadəsində olan 13 nömrəli bina və X33 Kooperativinin nəzdində 5 №-li maqazinin qanunsuz istifadəsində olan yardımçı binası onların sərəncamından alınıb şəxsi mülkiyyət hüququ əsasında Hökumə Cəbrayıl qızının mülkiyyətinə verilməsi qət edilmişdir. 02.12.1975-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, X5ndəki 1 (köhnə 578) saylı yaşayış evi arvadı X5na miras qalmışdır. X5 və İddiaçı mülkiyyət hüququnun qeydə alınması 15.12.1975-ci il t arixli qeydiyyat vəsiqəsində təsbit edilmişdir. Bakı şəhəri 17 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 01.04.1991-ci il tarixli bağışlama müqaviləsinə əsasən X5 Bakı şəhəri, X5ndə yerləşən 1 saylı evin 10,39 kv.m sahəsi olan eyvan, 7,72 kv.m. yaşayış sahəsi, 116,60 kv.m olan saray anbarını İddiaçı bağışlamışdır. 10.04.1991-ci il tarixli qeydiyyat vəsiqəsinə həmin evin 1 otağı İddiaçı, qalan hissəsi isə X5nın mülkiyyət hüququ üzrə qeydə alınmışdır. X5 Bakı şəhəri, X5ndə yerləşən 1 saylı evi, torpağı Məmmədov X27, X9 və X13 vəsiyyət etmişdir. X5 09.01.2000-ci ildə ölmüşdür. Vərəsəlik hüququna əsasən sözügedən ünvan Məmmədov X27, X9 və X10 hər birinin ayrı-ayrılıqda 4 otaqdan 1/3 hissə olmaqla, İddiaçı isə 1 otaq y/s 7,72 kv.m, k/s 10,39 kv.m. olan “B” tikilisi mülkiyyətindədir. Bi rinci instansiya məhkəməsi ümumi mülkiyyətdə olan əmlakda mərhum X5nın payı müəyyən edilmədən evin 1 otağına sərəncam verməsini qanunsuz hesab etmiş və iddiaçının bunun nəticəsində hüququnun pozulmasını bu yaxınlarda bildiyinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırmaları zamanı iddiaçı mübahisələndirdiyi sənədlər və həmin sənədlər əsasında hüquqlarının pozulması barədə bu yaxınlarda məlumatının olmasını əsaslandıra bilməmiş, bu barədə müvafiq sübutları təqdim edə bilməmişdir. Əksinə, apellyasiya baxışı zamanı müəyyən olundu ki, hazırki işdə iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı mübahisələndirdiyi qeydiyyat vəsiqələri, bağışlama müqaviləsi barədə uzun müddət m əlumatlı olmasına baxmayaraq, bu qədər zaman sonra məhkəmədə iddia qaldırmasını ağlabatan şəkildə əsaslandırmamışdır. Mübahisələndirilən sənədlərin verilməsindən 25 ildən çox müddət keçmişdir və bu müddət ərzində həmin mübahisəli miras əmlakda ayrı-ayrı ailələr yaşayır, onların mülkiyyət hüququ qeydə alındığı təqdirdə sözügedən sənədlərin hazırda mübahisələndirilməsi heç bir məntiqə sığmır, belə ki, həmin sənədlərin mübahisələndirilməsi ilə bağlı iddianın təmin olunması gələcəkdə çoxsaylı məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxara bilər və maraqlı şəxslərin qanunla qorunan hüquq və mənafelərinin pozulması ilə nəticələnə bilər. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən hazırki iddia qaldırılarkən mübahisələndirilən sənədlərin tərtib edildiy i dövrdə qüvvədə olan mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin buraxılmasına istinad edərək iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, tərəflər arasında mübahisəli münasibətlərin yarandığı dövrdə qüvvədə olan 1964-cü il redaksiyalı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111-ci maddəsinə əsasən əmlak ümumi mülkiyyət hüququ əsasında iki və ya bir neçə kolxoza və kooperativ və ya sair ictimai təşkilatlara, yaxud dövlətə və bir və ya bir neçə kolxoza və ya kooperativ və sair ictimai təşkilatlara, yaxud iki və ya bir neçə vətəndaşa məxsus ola bi lər. Ümumi mülkiyyətin paylar məlum olan (paylı mülkiyyət) və paylar məlum olmayan (birgə mülkiyyət) növləri vardır. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən paylar məlum olan ümumi mülkiyyətin hər bir iştirakçısı, özünün ümumi mülkiyyətdə olan payını özgəninkiləşdirmək hüququna malikdir. 1964-cü il redaksiyalı Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən hüququpozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bu qaydadan istisnalar, habelə id dia müddətinin dayandırılması və iddia müddətində fasilə, SSR İttifaqı qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilir. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. (73,77, 78 və 82-ci maddələr). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərli yinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında daşınmaz əmlaka dair bağışlama müqaviləsi bağlanarkən həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Eyni zamanda, həmin bağışlama müqaviləsinin, onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin, həmçinin 15.12.1975-ci il tarixli qeydiyyat vəsiqəsinin mübahisələndirilməsi üçün yuxarıda qeyd edilən 3 illik iddia müddəti buraxılmışdır. İddiaçı bağışlaa müqaviləsinin tərəfi olmaqla, onun bağlanmasından və onun adına verilmiş qeydiyyat vəsiqələrindən vaxtında məlumatlı olmuş və həmin sənədləri vaxtında mübahisələndirməmiş dir. İddiaçı kassasiya şikayətində Mülki Məcəllənin 384.0.4-ci maddəsinə görə qeyd edilən pozuntuların aradan qaldırılması ilə bağlı tələblərə də iddia müddətinin şamil edilmədiyini, ünvan 1 ünvanında yerləşən mübahisə obyekti ilə əlaqədar tərəflər arasında 2011-ci ildən başlayaraq mülki mübahisələr üzrə məhkəmə çəkişmələrinin davam etdiyini və iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran Qeydiyyat Vəsiqəsinin olmasından iddiaçının yalnız məhkəmə prosesləri zamanı xəbərdar olduğunu göstərmişdir. Kassasiya şikayətinin bu dəlilləri əsassızdır. Belə ki, mübahisəyə hazırda qüvvədə olan Mülki Məcəllənin müdəalları tətbiq edilə bilməz. Belə ki, MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qü vvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Eyni zamanda, oxşar müddəa mübahisəli münasibətlərin yarandığı dövrdə qüvvədə olan 1964-cü il redaksiyalı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 85-ci maddəsində təsbit edilsə də, hazırki mübahisə əqdin etibarsız hesab edilməsi, qeydiyyatın düzgün aparılmaması barədə olduğundan mübahisə həmin müddəada nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməyən tələblərə aid deyil. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nət icəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azər baycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1862/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1862/2020
22.05.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver