Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1863/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun ləğv olunması və işığın bərpası” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadından cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu i l tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia təmin edilmiş, “xxxx” ASC tərəfindən ünvan 1 ünvanında yaşayan İddiaçı hesablanmış 1000 (bir min manat) manat məbləğində borcun silinməsi və həmin ünvana elektrik xəttinin verilməsi bərpa olunaraq, istehlakçının elektrik enerjidən istifadə edilməsinin təmin olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən F.Talışinski, hakimlər Z.Əliyev və R.Eyvazov) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və mülkin işin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh “xxxx” ASC kassasiya şikayəti ilə Azərbayc an Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini və cavabdeh “xxxx” ASC-nin apelyasiya şikayətinə yenidən baxılması üçün işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “kommunal xərclərlə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evində i stifadı etdiyi elektrik enerjisini cavabdeh “xxxx” ASC tərəfindən xx xxx 2013-cü il tarixdən qanunsuz kəsildiyinə görə təmin olunmasını və ondan ödənilməsi qeyri-qanuni tələb olunan 1000 (bir min) manat borcun silinməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, “xxxx” ASC tərəfindən ünvan 1 ünvanında yaşayan İddiaçı hesablanmış 1000 (bir min manat) manat məbləğində borcun silinməsi və həmin ünvana elektrik xəttinin verilməsi bərpa olunaraq, istehlakçının elektrik enerjidən istifadə edilməsinin təmin olunması qət edilmişdir. Qətnamədən cavabdeh “xxxx” ASC apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və mülkin işin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qət edilmişdir. Cavabdeh “xxxx” ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehe xx.xx.2019-cu il tarixdə çatdırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən şikayət verilməsi tarixi məhz həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. “xxxx” ASC Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə xx.xx.2019-cu il tarixində daxil olmuşdur. Bununla da prossesual qanunvericilikdə müəyyən edilən birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti v erilməsi müddəti ötürülmüşdür. Eyni zamanda buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də təqdim olunmamışdır. Mülki Prossesual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardadın ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1863/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1863/2020
09.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver