Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1864/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Kürdəmir Rayon Notariat Kontoruna və X*5 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: miras əmlaka hüquq, vərəsəlik şəhadətnaməsinin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Kürdəmir Rayon Notariat Kontoruna və X*5 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismind ə cəlb edilməklə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)-285/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsindən X4 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X8 3*.08.2005-ci il tarixdə vəfat etmişdir.
2. Sonuncunun arvadı X4 (bundan sonra – üçüncü şəxs) Kürdəmir Rayon Notariat Kontoru (bundan sonra - Notariat Kontoru) tərəfindən təsdiq olunmuş, reyestrdə 2-V/969 nömrə ilə qeyd edilmiş 23.08.20*2-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında və X*5 Xidmət Mərkəzində Notariat Ofisində (bundan sonra – Notariat Ofisi) təsd iq olunmuş, reyestrdə 2V-405 nömrə ilə qeyd edilmiş *9.08.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, onun qanun üzrə vərəsəsi təyin edilmişdir.
3. Kürdəmir rayonu, Atakişili kəndində 0,07 ha torpaq sahəsində yerləşən sahəsi 76.9 kv.m olan fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) xx.xx.2022-ci il tarixdə üçüncü şəxsin adına dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) Notariat Kontoruna və Notariat Ofisinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Notariat Kontoru tərəfindən açılmış 966 saylı Vərəsəlik işi üzrə dövlət notariusu X*2 tərəfindən verilmiş, reyestrdə 2-V/969 nömrə ilə qeyd edilmiş 23.08.20*2-ci i l tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Notariat Ofisi tərəfindən açılmış V-966/20*2 saylı Vərəsəlik işi üzrə xüsusi notarius X*4 tərəfindən verilmiş, reyestrdə 2V-405 nömrə ilə qeyd edilmiş *9.08.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, *9.08.*964-cü il tarixdə Kürdəmir rayonunun Atakişili kəndində doğulmuşdur. X3, anası iş üzrə üçüncü şəxs X2r. O, ailə quraraq həyat yoldaşını atası evinə gətirmiş, uşaqları orada anadan olmuş və ora pasport qeydiyyatına alınmışlar. Atası öldükdən sonra onun məlumatı olmadan atasına məxsus mübahisəli ev anası tərəfindən öz adına rəsmiləşdirilmişdir. Bundan yalnız anası məhkəməyə müra ciət etdikdən sonra məlumatı olmuşdur. Belə ki, anası məhkəməyə müraciət edərək onların pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Bundan sonra notariata müraciət edərək vərəsəlik işinin təsdiq olunmuş surətini almışlar. Məlum olmuşdur ki, anası yeganə vərəsə kimi qeydiyyatdan keçmişdir. Halbuki o, atasının birinci dərəcəli vərəsəsidir. Əmlakdan vərəsə kimi ona da pay düşür.
6. Kürdəmir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(04*)-680/2023 nömrəli, *7 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Bayramov) iddia tələbi rədd olunmuşdur.
7. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, üçüncü şəxsə əri X6 ölümündən sonra vərəsəlik şəhadətnaməsi verilərkən qanunun tələblərinə riayət olunmuş, üçüncü şəxs əri vəfat etdikdən sonra qanuni vərəsə kimi mir ası qəbul edib idarə etmişdir.
8. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının mübahisəli miras əmlakda məcburi pay hüququ vardır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) **33.*, **33.2, **34.*, **45, **5*.*, **59.*.* və *243.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.*, 80, 2*7.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, onun vərəsə olaraq hüquqları pozulmaqla yanaşı, üstəlik, anası tərəfindən ona və ailə üzvlərinə qarşı mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi barədə məhkəmədə iddia qaldırılmışdır. X* birinci növbədə vərəsəsidir, atasından miras qalmış "xxxx" ASC-də olan *347 saylı əmanət hesabındakı pul vəsaitinin yarı hissəsindən, həmçinin, mübahisəli fərdi evinin yarı hissəsindən, eyni zamanda, 0.07 ha həyətyanı torpaq sahəsinin yarı hissəsindən birinci növbədə olan vərəsə anasına düşən pay qədər, ona da miras payı düşür və bu pay məhkəmə qaydasında ona verilməlidir.
12. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(*06)-285/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – T.Heydərov (sədrlik edən və məruzəçi), İ.Əsədov və S.Mayılov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin olunmuşdur.
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə raşılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxs tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Notariat Kontoruna ünvanlanmış ərizədə, yeganə vərəsə kimi onun adı göstərilmiş, iş üzrə digər vərəsələr olan iddiaçının, habelə X5 (*2.07.20*2-ci ildə vəfat etmişdir), Məmmədova (Şirinova) Süsən Abduləli qızının, Umudova (Şirinova) Aygün Abduləli qızının və X7 (2000-ci ildə vəfat etmiş və 2 övladı vardır) adları qeyd olunmamışdır.
14. Məhkəmə hesab etmişdir ki, X8 vəfat etdikdən sonra ondan vərəsəlik qaydasında miras qalan mübahisəli fərdi yaşayış evi və əmanət hesabındakı pul mərhumun vəfatından əvvəl birgə nikah dövründə əldə edildiyindən, həmin əmlaklardan üçüncü şəxsə çatası hissə istisna olmaqla, vərəsəlik qaydasında bölünməsi məsələsi həll edilməli idi. Həmçinin, X9 2000-ci ildə vəfat etsə də, onun 2 övladı ölənin vərəsəsi kimi qəbul edilib vərəsəlik haqqında şəhadətnamədə adları qeyd edilməli idi. Lakin birinci instansiya məhkəməsi iş üzrə digər vərəsələrin olub-olmadığını müəyyən etməmiş, iddiaçının mirasda məcburi payı olduğunu qeyd edərək dolayı yolla onun mübahisəli əmlak üzrə vərəsə olduğunu qəbul etsə də, vərəsəlik şəhadətnaməsinin hansı səbəbdən yalnız üçüncü şəxsin adına verildiyini düzgün tədqiq etməmişdir.
15. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı birinci növbə vərəsə kimi atası vəfat etdikdən sonra mirasda məcburi payından imtina etməsi ilə bağlı hər hansı iradə ifadəsini göstərməmiş, bu barədə notarial qaydada ərizə verməmişdir. Belə olan halda üçüncü şəxsin vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət ərizəsində digər vərəsələrin, o cümlədən, iddiaçının adının göstərilməməsi, Notariat Ofisinin xüsusi notariusu X*4 tərəfindən reyestrdə qeyd edilmiş *9.08.2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında” şəhadətnamə verilərkən mübahisəli əmlak üzrə digər vərəsənin olub-olmamasının aydınlaşdırılmaması, nəticədə iddiaçının və digər vərəsələrin vərəsə kimi kənarda qalmasına səbəb olmuşdur ki, bu hal qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsasdır.
16. İddiaçının Notariat Kontoru tərəfindən açılmış vərəsəlik işi üzrə dövlət notariusu tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibars ız hesab edilməsi tələbi də əsaslıdır. Belə ki, gələcəkdə vərəsəlik qaydasında əmlakın bölgüsü ilə bağlı iddia verilərsə X6 vəfatından sonra ondan miras qalan "xxxx" ASC-də *347 saylı əmanət hesabındakı pul yasın zəruri xərcləri ilə bağlı istifadə olunmuş hissəsi nəzərə alınmaqla vərəsələr arasında bərabər bölünməlidir.
17. Məhkəmə apellyasiya şikayətinin “şəhadətnamə əsasında verilmiş 27220097*8 saylı xx.xx.2022-ci il tarixli çıxarış da etibarsız hesab edilməlidir” dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsində məhkəmə baxışı mərhələsində MPMin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsi barədə iddia ərizəsinə əlavə etmiş, lakin birinci instansiya məhkəməsi verilmiş tələbin MPM-in tələblərinə uyğun, yəni iddiaçının işin məhkəmədə baxılmağa ha zırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa hüququ olduğu halda bu hüququndan istifadə etmədiyindən, hazırda isə tələbin həcminin artırılması üçün əsasların məhkəmə baxışı mərhələsində yaranmadığından protokol qərarı ilə iddia ərizəsinə əlavəni icraata qəbul etməkdən imtina etmiş, iddiaçı isə bunu mübahisələndirməmiş, məhkəmə haqlı olaraq iddiaçın ilkin verdiyi iddiası üzrə məhkəmə baxışını davam etdirmişdir.
18. Həmçinin, iddiaçı iddia tələbinin məzmununda onun da vərəsə olmasını və ona da miras pay verilməsini qeyd etsə də, iddianın xahiş hissəsində yalnız 23 avqust 20*2-ci il tarixli və *9.08.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini məhkəmədən xahi ş etmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin **45, **46, **33.*, **33.2, **34.*, **5*.*, **5*.2, **59.*, *243.*, *243.2, *243.3, *246, *248.*-ci, Mülki Məcəllənin *246 və *273-*-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26.*2.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə, MPM-in *4.2, 77.*, 88, 2*7.*, 2*7.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Üçüncü şəxs (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı *9 ilə yaxın bir müddətdə mirasın qəbulu ilə bağlı mirasın açıldığını bildiyi halda (iddiaçı atasının dəfnində iştirak etmişdir) notariata müraciət etməmiş və mirasın üçüncü şəxs şəksiz və faktiki qəbul etməsinə etiraz etməmişdir. İddiaçı ailəsi ilə birgə başqa mənzildə yaşayır.
22. Üçüncü şəxs mirasqoyan ölənə qədər mübahisəli evdə yaşamış, indi də orada yaşayır. Miras əmlakı qəbul və idarə etmişdir, təmir işləri aparmışdır. İddiaçı və digər övladları bununla bağlı hər hansı etirazlarını bildirməmişlər. Birinci instansiya məhkəməsi bunu vərəsələrin susması kimi qəbul etmiş və haqlı olaraq iddia tələbini rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdı r. Tətbiq edilən hüquq Mülki Məcəllə
24. Maddə **45. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
25. Maddə **46. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
26. Maddə **33.*. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
27. Maddə **33.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
28. Maddə **34.*. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulm uş uşaqları ola bilərlər.
29. Maddə **5*.*. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
30. Maddə **52.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
31. Maddə **59.*.*. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
32. Maddə **59.*.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
33. Maddə *243.*. Mirası istər q anun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
34. Maddə *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
35. Maddə *243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
36. Maddə *248.*. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmə dən də qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26.*2.2023-cü il tarixli qərarı
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən *246 və *273-*-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
39. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Mülki Prosessual Məcəllə
40. Maddə 4.*. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər
41. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi is tinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
50. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26.*2.2023-cü il tarixli qərarının qəbul edildi yi dövrdə hazırkı işin məhkəmənin icraatında olduğunu nəzərə alaraq, həmin qərarın nəticə hissəsinə istinadla onun hazırkı işə tətbiq edilməli olduğu barədə düzgün qənaətə gəlmişdir.
51. Həmin qərarda Konstitusiya Məhkəməsi hesab etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin *273-*-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mül ki Məcəllənin *30*-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
52. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı miras əmlakdan qanunla müəyyən edilmiş müddət ərzində imtina etməmiş və bununla da miras əmlakın bir hissəsinə mülkiyyət hüququ yaranmışdır. Bu baxımdan iddia əsaslıdır və təmin edilməlidir.
53. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilə nlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Üçüncü şəxs X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)-285/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.