Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1866/2020 17.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən İddiaçı qanuni nümayəndəsi (atası) X8 Dhuhanın nümayəndəsi və vəkili X10 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi (atası) X8 Dhuha Bakı şəhəri 5 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı iddia qaldıraraq, xx.xx.2018-ci il tarixdə Bakı şəh ərində ölmüş xx.xx.1976-cı il təvəllüdlü X3 miras əmlakından atası Cavabdeh2 1/6 hissədə, xx.xx.2012-ci il təvəllüdlü qızı İddiaçı 5/6 hissədə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əliyev X2 Layali Dhahı qızına (qanuni nümayəndəsi (atası) X8 Dhuha) və cavabdeh Bakı şəhəri 5 saylı Notariat Kontoruna qarşı qarşılıqlı iddia qaldıraraq, xx.xx.2018-ci il tarixdə vəfat etmiş qızı - X1 miras qalmış xnömrəli mənzil və x nömrəli evin 117 nömrəli mənzildən ibarət miras əmlakda onun payının 1/3 hissədə, 2/3 hissədə isə xx.xx.2012-ci il təvəllüdlü İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim V.Hacıyev) xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddiaların qismən t əmin edilməsi, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 miras qalmış xnömrəli mənzili və x nömrəli evin 117 nömrəli mənzili - onun qanun üzrə birinci növbə vərəsələri olan atası - Cavabdeh2, qızı - xx.xx.2012-ci il təvəllüdlü İddiaçı və əri - X8 Dhuhanın arasında payları bərabər olmaqla bölünməsi, onların hər birinin payı 1/3 (üçdə bir) hissədə müəyyən edilməsi, ilk və qarşılıqlı iddiaların qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-İ.Kərimli (sərlik edən və məruzəçi), İ.Xəlilov və X.Cəmilova) xx.xx.2019-ci il tarixli, xnömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilm ədən saxlanılması, apelyasiya şikayəti verilməsi üçün 10 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, tərəflər arasında rəsmi nikah xx.xx.2015-ci il tarixdə qeydə alınsa da, onlar faktiki olaraq x xxxxxx 2008-ci il dən nikaha daxil olmuşlar, bu barədə iddiaçı tərəf müvafiq sənəd məhkəməyə təqdim etmişdir. Həmin vaxtdan onlar birgə təsərrüfat idarə edirlər və xx xxxxxx 2012-ci ildə həmin nikahdan qızı İddiaçı anad an olmuşdur. xnömrəli mənzili və x nömrəli evin 117 nömrəli mənzili nikah dövründə olan müddətdə alınmışdır. Həmin mənzillər iddiaçının vəsaitinin hesabına alınmış və cavabdeh Sevil Niftalıyevanın adına rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında Cavabdeh2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən, onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş lər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdə olan sənədlərdən görünür ki, X4 ilə Mərhum Sevil X8 Dhuha xx.xx.2008-ci il tarixdə faktiki nikaha girərək ailə qurmuşlar, onların faktiki nikahdan xx.xx.2012-ci il təvəllüdlü İddiaçı adlı bir uşağı var. X4 ilə X8 Dhuha aralarında xx.xx.2015-ci tarixdə Bakı şəhəri Yasamal rayonu Qeydiyyat Şöbəsində 81 nömrəli akt qeydi ilə rəsmi nikah bağlamışlar. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********08 nömrəli məktubla, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla və xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla təsdiq edilir ki, xnömrəli mənzili xx.xx.2011-ci ildən və x nömrəli evin 117 nömrəli mənzili xx.xx.2011ci ildən daşınmaz əmlakın dövlət reyestrində X3 adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi hər iki mənzil X4 ilə X8 Dhuha rəsmi nikaha daxil olduqları xx.xx.2015-ci tarixədək əldə etdiyinə görə, həmin mənzillər onların birgə nikah dövründə əldə edilmiş əmlakı deyil, X3 fərdi mülkiyyətidir. Bu səbəbdən həmin mənzillər tam şəkildə X1 miras qalmış əmlak hesab edilir. Çünki, Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. X4 xx.xx.2018-ci ildə vəfat etmişdir (xx.xx.2018-ci il tarixli AZ-İ № 941527 nömrəli ölüm haqqında şəhadətnamə), onun ölümündən sonra xüsusi mülkiyyətində olan xnömrəli mənzili və x nömrəli evin 117 nömrəli mənzili miras qalmışdır. X4 miras əmlaklarına dair vəsiyyətnamə qoymamışdır. Bu səbəbdən miras əmlak onun qanun üzrə vərəsələrinə keçir. X3 öldüyü anda sağ olan qanun üzrə birinci növbə vərəsələri atası - Cavabdeh2, qızı İddiaçı və əri X5muşlar. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sırasına daxildirlər. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlak a sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü və 1255-ci maddələrinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına yuxarıda qeyd edilən hüquq normalarının tətbiqi ilə miras əmlaka Cavabdeh2 1/3 payının müəyyən edilməsi qanuni və əsaslıdır. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız olmaqla apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv e dilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1866/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1866/2020
17.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver