Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1867/2020 24.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh Mənzil Tikinti Kooperativinə, X3 və X2 qarşı iddia qaldıraraq, Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə inşa etdiyi ünvan 1 ünv anında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbədə ümumi sahəsi 215 kv.metr olan 4 otaqdan ibarət mənzilə görə qalan 11.815 (on bir min səkkiz yüz on beş) ABŞ dolları ödənişi ondan qəbul etməklə, həmin mənzili ona təhvil vermək öhdəliyinin qoyulması; cavabdehdən ona vurulan maddi ziyanın əvəzi kimi 76.800 (yetmiş altı min səkkiz yüz) manatın, mənəvi ziyanın əvəzi kimi 20.000 (iyirmi min) manatın, dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manatın, cəmi 96.830 (doxsan altı min səkkiz yüz otuz) manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativi İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx xxxxx 2006-cı il tarixli Daş ınmaz əmlakın sifarişi üzrə 2 nömrəli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.Əsədova) xx xxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh Mənzil Tikinti Kooperativinə, X3 və X2 qarşı “müqavilə öhdəliyinin icra edilməsi” tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməsi, Cavabdeh Mənzil Tikinti Kooperativinin İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsi, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx xxxxx 2006-cı il tarixli Daşınmaz əmlakın sifarişi üzrə 2 nömrəli müqavilənin ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegi yasının (hakimlər-Ş.Məmmədova (sərlik edən və məruzəçi), V.Həsənov və X.Sarıyev) xx xxxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qərar və ya işi yeni apelyasiya qaydasında baxılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bununla belə, İddiaçı kassasiya şikayətindən imtina barədə xx.xx.2020-ci il tarixli ərizə verərək bildirmişdir ki, tərəflər arasında notarial qaydada bağlanmış barışıq sazişinə əsasən Cavabdeh tərəfindən 92.000 ABŞ dolları məbləğində pul vəsaiti ona ödənildiyindən hazırkı kassasiya şikayətindən imtina edir. Mülki Prosessual Məcəllə nin 261.0.2 və 410.2-ci maddələrinin tələbləri ona izah edilmişdir. İddiaçı, kassasiya şikayətindən imtinasının qəbul edilməklə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmin ərizə eyni tarixdə notarial qaydada təsdiqlənmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili X4, kassasiya şikayətindən imtinanın qəbul edilməsini və kassasiya icraatına xitam verilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya nəzərə alır ki, kassator şikayətindən imtina etməsi barədə iradə ifadəsini yazılı formada tərtib edərək notarial qaydada təsdiqlənmiş ərizə ilə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Belə olan halda, İddiaçı ərizəsi təmin olunaraq, Bakı Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilməli və kassasiya instansiyasında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin və kassasiya instansiyasında icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1867/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1867/2020
24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver