Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1870/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı qanunsuz qoyulmuş darvazanın cavabdehlərin öz hesablarına sökülməsi və yolun açılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 2(107)187/2024 nömrə li qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Tərəflər Şəki rayonun Kiş kəndində yaşayır və qonşudurlar.
2. İddiaçı onun yaşadığı evin mərhum anası X1 qaldığını bildirir və iddia ərizəsinə X2 adına tərtib olunmuş texniki pasportu əlavə etmişdir.
3. X3 xüsusi mülkiyyətində də Şəki rayonu, Kiş kəndində yerləşən 0.0567 hektar torpaq sahəsi var. Həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 17 fevral 2023-cü il tarixdə **********80 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı Şəki rayonu Kiş kəndində yerləşən fərdi yaşayış evinin qonşuluğunda yerləşən, Kiş bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində cavabdehlərin qanunsuz olaraq qoyduqları darvazanın onların öz vəsaiti hesabına sökülməsi və yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər digər küçəyə çıxmaq üçün nəzərdə tutulmuş yolu bağlamış, mülkiyyətlərində olmayan torpaq sahəsində qanunsuz olaraq darvaza qoyaraq zəbt etmişlər. Cavabdehlər həmin torpaq sahəsini rəsmi qaydada almamışdan, həmin torpaq sahəsinə mülkiyyət, istifadə və ya hər hansı bir sərəncam hüququ tanınmamışdan həmin torpaq sahəsində qanunsuz darvaza qoyaraq küçəni (dalanı) qanunsuz zəbt etmişlər. Məhz cavabdehlə rin yaratdıqları maneələrə görə evinə təbii qazın verilməsi gecikdirilir. Bundan başqa Kiş kəndi dağlıq ərazidə yerləşdiyindən ilin payız-qış aylarında hazırda yol kimi istifadə etdiyi 60 metr uzunluğunda, 3,6 metr enində torpaq sahəsinin maili olması və 20 metrinə (1/3 hissəsinə) digər qonşunun evinin damından tökülən yağış suları və qar topaları səbəbindən küçəyə çıxmaq üçün həmin yoldan istifadə etməsi mümkünsüz olur. Ona görə də, alternativ yola ehtiyac yaranmışdır. Əslində isə həmin torpaq sahəsi ümumi istifadədə olan bələdiyyə torpaqlarına aid olduğundan həmin torpaq sahəsi xüsusi mülkiyyətə verilə də bilməzdi. Qonşuluğundakı yola qanunsuz olaraq qoyulmuş darvaza maneə yaratdığından bələdiyyə mülkiyyətindəki ümumi istifadədə olan torpaq sahəsindən qanunauyğun şəkildə istifadə edə bil mir.
6. İddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında əlavə olaraq bildirmişdir ki, darvaza qoyulan hissədə özü yola çıxışının olmasını istəyir. İndiki darvazasından yola olan məsafədə qar yağanda maşını həyətinə salmaqda çətinlik çəkir. Maşını yoxdur, lakin gələcək üçün maşın almaq niyyətindədir. Bundan başqa ona qaz xəttinin darvaza qoyulan yerdən çəkilməsini istəyir. Mübahisəli darvazanın təxminən 15 metr geriyə çəkilməsini xahiş edir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, 35 ildir onların həyətlərinin qapısı olmuşdur. 5-6 il qapını bir neçə metr önə çəkmişlər. Hazırda onların yaşadığı evin torpağı digər cavabdeh X3 mülkiyətindədir. Mübahisəli darvazanın onların torpağının sərhədlərində olub-olmamasını bilmir. Əgər darvaza onların mülkiyyətində olan to rpaq sahəsinin hüdudlarından kənarda yerləşirsə, darvazanı geri çəkə bilər yalnız torpaqlarının sərhəddinə qədər. O və yoldaşı Cəmil qonşu kimi iddiaçıya heç bir maneələr yaratmırlar.
8. Şəki Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(075)-183/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia tələbi rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının sökülməsini tələb etdiyi darvaza onun evinə gedən yolda deyil, onun evinin arxasında və ona aidiyyəti olmayan, cavabdehlərin evlərinə gedən yol olmaqla, Kiş bələdiyyəsinin mülkiyyətindədir. İddiaçı isə həmin darvazanın yerləşdiyi yerə münasibətdə ona olan maneənin nədən ibarət olmasını, gözlənilən mülkiyyət hüququ ilə əmlakdan istifadə etməsinə maneələrin olmasını əsaslandıra bilməmişdir. Belə ki, İddiaçı iddia tələbində cavabdehlər tərəfindən qoyulmuş darvaza nəticəsində onun evinə qaz xəttinin çəkilməsinə maneələr yarandığını qeyd etmişdir. Lakin məhkəmənin soruğusuna “Azəriqaz” İB tərəfindən məhkəməyə verilmiş cavab məktubu və təqdim edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı yaşadığı fərdi yaşayış evinin və mənzilədək küçə qaz xətləri çəkilmişdir. Küçə qaz xətti İddiaçı mənzilinədək keçən ərazidə kəmərin bir hissəsi küçədə dayaqlar üzərində, bir hissəsi isə Cavabdeh məxsus hasarın üzəri ilə aparılmış və cavabdeh, iddiaçının fərdi yaşayış evinin qazlaşdırılması zamanı çəkiləcək qaz xəttinin həyət hasarından keçməsinə rəsmi qaydada razılıq vermişdir. Məktubda həmçinin qeyd edilmişdir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinin və mənzilə qədər küçə qaz x əttinin çəkilməsi zamanı qonşular tərəfindən hər hansı maneə və ya narazılıq qeydə alınmamışdır. Bundan başqa iddiaçının evinə digər tərəfdən yoldan giriş var və həmin hissədə yola olan darvazası da mövcuddur.
10. Beləliklə, nəinki cavabdehlər tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə qaz çəkilməsinə maneələr törədilməmiş, əksinə həmin qaz xəttinin bir hissəsinin cavabdehlərin həyət hasarından keçməsinə onlar tərəfindən qonşu olaraq razılıq verilmişdir. Belə olan təqdirdə məhkəmə qeyd etmişdir ki, iddiaçıya, onun öz mülkiyyətindən istifadə edilməsinə cavabdehlər tərəfindən hər hansı maneə yaradılması müəyyən olunmur.
11. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, iddiaçı ekspertizanın aparılması məqsədi ilə zəruri olan mütəxəssis rəyinin verilməsi üçün ödənilməli olan məbləği ödəmədiyin dən qeyd olunan hallar onun əleyhinə şərh olunmalıdır. Belə ki, iş üzrə sübut təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda o, iddianın əsaslılığına dair məhkəməyə sübut təqdim etməkdən boyun qaçırmışdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 və 158-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlliləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə icraatı lüzumsuz uzadılmış, xx.xx.2022-ci il tarixli qərardadla münahisələndirilən torpaq sahəsinin cavabdehlərin və ya digər şəxslərin adına rəsmiləşdirilməsi (özgəninkiləşdirilməsi) qadağan edilsə də, cavabdehlərə qanunsuz olaraq xx.xx.2023-cü il tarixli, **********80 reyestr nömrəli çıxarış verilmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iddiaçı ona verilən suala cabab olaraq bildirmişdir ki, iş üzrə ekspertiza təyin olunmasını istəmir. Bilir ki, qarşı tərəf həmin torpaq sahəsini özəlləşdirib. Artıq həmin torpaq sahəsi bələdiyyənin mülkyyətində deyil, iddiaçının mülkiyyətindədir. Ona görə də əlavə xərcə düşmək istəmir.
16. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 2(107)-187/2024 nömrəli qətnaməsi ilə (hakimlər X7 (sədrlik edən və məruzəçi), X8 və X6) iddiaçının аpellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 25 sentyabr 2023-c ü il tarixli 2(075)-183/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərinin təkrarı olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsində nə ilə razılaşmadığı göstərilməmiş, yalnız işə baxılmasının uzadılmasından narazılıq etmişdir.
18. Bununla bağlı kollegiya qeyd etmişdir ki, işə obyektiv baxılması məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir ki, ekspertizanın keçirilməsi də iddiaçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində mümkün olmamışdır. İddiaçının həmin hərəkətsizliyi də işə baxılmasının uzanmasına səbəb olmuşdur.
19. İddiaçı darvazanın qoyulduğu torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olduğunu qeyd etsə də, iş materiallarından gör ünür ki, 17 fevral 2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu, Kiş kəndində yerləşən **********80 reyestr nömrəli, 0.0567 hektar torpaq sahəsi X3 xüsusi mülkiyyətinə verilmişdir.
20. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində xx.xx.2022-ci il tarixdə e-2(075)-18/2022 nömrə ilə çıxarılmış qərardada istinad etsə də, belə bir qərardadın mövcudluğu aşkar edilmir. İddiaçı məhkəmə kollegiyasına da elə bir qərardad təqdim etməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.2, 152.3, 152.4, 152.5, 157.4, 158.1.2-ci və Mülki Prosessual Məcəlləsinın (bundan sonra-MPM) 9.1,9.3,14.2,77.1,88,217.1-217.4,218.1-ci maddələri ilə əsaslandırmış dır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq aşağıdakılar qeyd olunmuşdur: - Məhkəmə mübahisələndirilən iş üzrə müvafiq ekspertiza keçirmədən torpaq sahəsinin X3 xüsusi mülkiyyətinə verilməsi qənaətinə gəlmişdir. - Məhkəmə “tikinti-texniki ekspertizası" təyin edib. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2012-ci il tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisas ının verilməsi haqqında Əsasnamə”yə 1 nömrəli əlavədəki "Məhkəmə Ekspertizası Mərkəzində məhkəmə eksperti ixtisası verilən məhkəmə ekspertizası növlərinin və ekspert ixtisaslarının Siyahısı"nda "məhkəmə tikinti-texniki ekspertizası" adlı məhkəmə ekspertizasının növü yoxdur, "məhkəmə mühəndis-texniki ekspertizası" adlı məhkəmə ekspertizasının növü var. - Ekspertizanın aparılması məqsədi ilə zəruri olan mütəxəssis rəyinin verilməsi üçün ödənilməli olan məbləğlə bağlı DƏDKR PŞH 12 saylı Şəki Ərazi İdarəsinin hesabfakturasında "Kimə" sətrində "Şəki Rayon Məhkəməsi" sözləri göstərilmişdir. Hesabfakturanın formasında düzəliş edilərək “Ödəyən” sətri “Kimə” sətri ilə əvəz edilmişdir b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilə n hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
26. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
27. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
30. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.
31. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələ rindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
32. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldil ir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
33. Maddə 47, 3-cü hissə. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
34. Maddə 111, 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
38. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlm ir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
39. Maddə 217.4 məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 416.1 kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır.
41. Maddə 416.2 apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 417.1.1 kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
43. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
44. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsini n “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
47. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin əksər dəlilləri cavabdehin apelyasiya şikayətində irəli sürdüyü dəlillərlə eyni məzmundadır. Apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri araşdıraraq qiymət vermiş və işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşır.
48. Kassatorun bəzi dəlilləri (apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdıma aparmaması, gəlinən nəticənin iş materiallarına uyğun olmaması və s.) işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına aid dəlillərdir və həmin dəlillər kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir.
49. Kassatorun «iş üzrə müvafiq ekspertiza keçirmədən torpaq sahəsinin X3 xüsusi mülkiyyətinə verilməsi qənaətinə gəlməsi», ekspertizanın aparılması məqsədi ilə zəruri olan mütəxəssis rəyinin verilməsi üçün ödənilməli olan məbləğlə bağlı hesab-fakturanın tərtib olunmasında yol verilən qüsurlar, habelə "məhkəmə tikinti-texniki ekspertizası" adlı məhkəmə ekspertizasının növünün olmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər apelyasiya şikayətində irəli sürülməmişdi, buna görə də apelyasiya araşdırmasının predmeti deyildir. Kassasiya məhkəməsində apelyasiya araşdırmasının predmeti olmayan dəlillərin araşdırlmasına yol verilmir.
50. Məhkəmə kollegiyası bununla yanaşı qeyd edir ki, mübahisəli torpaq sahəsinin cavabdehlərin mülkiyyətinə verilməsi və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının qanunsuz olması barədə dəlillər hazırki iş üzrə araşdırıla bilməz. Çünki həmin torpağa mülkiyyət hüququnun yaranmasına əsas olmuş əqdin və ya inzibati aktın etibarsızlığı və ya ləğvi tələbi irəli sürüldüyü halda, aidiyyəti məhkəmə tərəfindən həmin dəlillər araşdırıla bilər.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
52. Məhkəmə kollegiyası hesab edir ki, apelly asiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 2(107)-187/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.