Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1871/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iddia tələbi: tikilinin (mal tövləsinin) sökülməsi Açar sözlər: tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-181/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açı q məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -Şəki şəhər İHB-nin Qoxmuq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 avqust 2019-cu il tarixli arayışdan görünür ki, 6 nömrəli təsərrüfatbaşına kitabın 46-cı səhifəsində İddiaçı yaşadığı fərdi yaşayış evinin 10 sot həyətyanı torpaq sahəsində 1930cu ildə tikildiyi qeyd edilmişdir. -15.06.2009-cu il tarixli, ****nömrəli torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon AİK-nın 16.12.1997-ci il tarixli, 41 saylı qərarına əsasən X10 Şəki rayonu, Qoxmuq kəndində fərdi yaşayış evi tikmək üçün 1113,42 kv.m. torpaq sahəsi verilmişdir. -15.06.2009-cu il tarixli, *** nömrəli torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, Şəki r ayon AİK-nın 16.12.1997-ci il tarixli, ** saylı qərarına əsasən X7 X.1 ünvanında fərdi yaşayış evi tikmək üçün 1000 kv.m. torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 29 avqust 2019-cu il tarixli məktubdan görünür ki, Xidmətin 12 saylı Şəki Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən sorğuda qeyd olunan şəxslərin adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş arxiv mat eriallarına əsasən X5 adına paylı mülkiyyətdə (2 nəfər ailə üzvü olmaqla) Şəki rayonu, Qoxmuq kəndində JN580 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı sənədinə əsasən 0.61 ha pay və A153983 saylı torpaq sahəsinin plan və ölçü sənədinə əsasən 0.10 ha həyətyanı torpaq sahələrinin olduğu aşkar edilmişdir. Ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş arxiv materiallarına əsasən X8 və İddiaçı adlarına paylı mülkiyyətdə (6 nəfər ailə üzvü olmaqla) Şəki rayonu, Qoxmuq kəndində **** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı sənədinə əsasən 1.23 ha pay və ****** saylı torpaq sahəsinin plan və ölçü sənədinə əsasən Q.1.113. həyətyani torpaq sahələrinin olduğu aşkar edilmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, Qoxmuq kənd sakini olan qonşusu Cavabdeh tərəfindən sahibsiz torpaq sahəsində tikdiyi mal tövləsinin tikinti normalarına uyğun olmadığını, antisanitariya qaydalarının pozulduğunu nəzərə alaraq həmin sahibsiz torpaq sahəsində tikdirdiyi mal tövləsinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tаrixli, 2(075)-1524/2019 saylı qətnaməsi ilə (hakim C.F.İmanov) İddiaçı Qoxmuq kənd sakini olan qonşusu Cavabdeh tərəfindən sahibsiz torpaq sahəsində tikdiyi mal tövləsinin tikinti normalarına uyğun olmadığını və antisanitariya qaydalarının pozulduğunu nəzərə alaraq onun həmin sahibsiz torpaq sahəsində tikdirdiyi mal tövləsinin sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi və ödənilmiş 10 (on) manat dövlət rüsumunu n iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-181/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.R.Rəfiyev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Şəki Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tаrixli, 2(075)1524/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat pulun İddiaçı tutularaq Kod 201025, VÖEN **********, SWİFT KOD AllBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, hesab AZ53AllB******************** hesаbınа ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlil ləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutları əlaqəli şəkildə şərh etməmiş, bu və ya digər sübutun qəbul edilibedilməsinin səbəblərini izah etməmiş,qanunsuz və əsassız olaraq verilmiş 23 sentyabr 2020-ci il tarixli ekspert rəyinə istinad etmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə zidd olaraq iddia tələbinin təmin edilməməsi barədə n əticəyə gəlmiş,”İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı və Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qi ymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus yaşayış evinin 0,6-1 metrliyində cavabdeh tərəfindən 9-10 metr uzunluğunda mal tövləsi tikilmişdir. Buna görə kəskin üfunət iyi, mal-qaranın səsi, milçəklər və antisanitariya iddiaçının ailəsinin sağlamlığına çox mənfi göstərir. Verilmiş iddia tələbi ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəki Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Ə.Hüseynovun 30 yanvar 2020-ci il tarixli, 20№-li məktubunda (i/v 103) aş ağıdakılar qeyd olunmuşdur: “Şəki Gigiyena və Epidemologiya Mərkəzi 17 yanvar 2020-ci il tarixli, 2(107)181/2020 saylı məktubunuza cavab olaraq bildirir ki, GEM-in həkim gigiyenisti Ş.Fərzəliyev, rayon Baytarlıq idarəsinin həkimi, Qoxmuq kəndi YƏD-nin və Qoxmuq kənd Bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə məktubunuzda qeyd olunan Zəkəriyəyev Yafəz Vahid oğluna məxsus həyətyanı sahədə inşa edilmiş mal tövləsinə sanitar baxış keçirmişlər. Baxış zamanı vətəndaşın mal tövləsini qonşusu, İddiaçı yaşadığı evin pəncərəsindən 1.5 metr aralıda inşa etdiyi aşkar olundu. AZDTN-nın 2.6-1 maddəsinin 4.20-ci bəndinə əsasən yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə bir və ya iki tikili olarsa-15 metrdən az olmamalıdır. Zəkəriyəyev Yaf əz Vahid oğlunun inşa etdiyi mal tövləsi AZDTN-nın tələblərinə cavab verməməklə, sanitar-gigiyenik baxımdan İddiaçı ailəsinin sağlamlığına mənfi təsir göstərə bilər”. Həmin məktuba 29.01.2020-ci il tarixdə tərtib olunmuş “Akt” əlavə olunmuşdur. Həmin akta əsasən tövləyə sanitar baxışı keçirilərək aşağıdakılar göstərilmişdir: “X18 və Epidemologiya Mərkəzinin sanitar şöbə müdiri X9, Şəki rayon Baytarlıq İdarəsinin aparıcı baytar həkimi X1, Qoxmuq kənd İƏD-nin nümayəndəsi X12, Qoxmuq kənd Bələdiyyəsinin sədri X14 oğlunun iştirakı ilə tərtib edirik aktı ondan ötrü ki, Şəki Apellyasiya Məhkəməsinin 17.01.2020-ci il tarixli, 2(107)-181/2020 №-li məktubuna əsasən Cavabdeh məxsus həyətyanı torpaq sahəsində inşa olunmuş tövləyə sanitar baxış keçirərək aşağıdakıları aşkar edirik: Vətəndaş Cavabdeh i nşa etdiyi tövlə qonşusu İddiaçı yaşadığı yaşayış evinin pəncərəsindən 1,5 metr aralıda inşa olunmuşdur. Tövlənin kanalizasiya xətti yoxdur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən: “Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır”. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə işin faktiki hallarını düzgün araşdırmayaraq sanitar-gigiyena normalarının tələbləri baxımından maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, m übahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-181/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1871/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1871/2021
20.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver