Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1873/2019 15.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Musayeva Gülnarə Eldar qızının katibliyi, İddiaçı və onun vəkili Həsənov Nuralı İlyas oğlunun iştirakları ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti ve rərək, qətnamənin ləğv edilməsini, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 14 fevral 2018-ci il tarixli qətnaməsinin qüvvəsində saxlanılmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə, Bakı şəhəri 11 saylı Notariat kontoruna, Bakı şəhəri 40 saylı Notariat kontoruna və Bakı şəhəri 46 saylı Notariat kontoruna qarşı müqavilələrin və mülkiyyət hüququna dair şəhadətnamələri etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 14 fevral 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Qasımov, iş 2(001)-1326/2018) İddiaçı iddiası təmin edilmiş, 17 iyul 2004cü il, tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda X6 ilə Cavabdeh1 arasında bağlanmış əmlak bölgüsü haqqında müqavilə, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş 20 iyul 2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə, 02 noyabr 2005-ci il tarixdə Bakı şəhəri 40 saylı Notariat kontorunda Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 07 noyabr 2005-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.İmanov, iş № 2(103)-6620/2018) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 14 fevral 2018-ci il tarixli qətnaməsinin ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı 17 iyul 2004-cü il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda X6 ilə Cavabdeh1 arasında bağlanmış əmlak bölgüsü haqqında müqavilənin, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş 20 iyul 2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin, 02 noyabr 2005-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat kontorunda Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 07 noyabr 2005-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 14 fevral 2018-ci il tarixli qətnaməsinin qüvvəsində saxlanılmasına dair yeni qərar çıxarılmasını xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Həsənov Nu ralı İlyas oğlu göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 14 fevral 2018-ci il tarixli qətnaməsinin qüvvəsində saxlanılmasına dair yeni qərar çıxarılmasını xahiş edir. İddiaçı göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, Bakı şəhəri Binəqədi rayon məhkəməsini n 14 fevral 2018-ci il tarixli qətnaməsinin qüvvəsində saxlanılmasına dair yeni qərar çıxarılmasını xahiş edir. Digər şəxslərməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 01 sentyabr 2006-cı il tarixli arayışa görə, X6 ilə İddiaçı 25 iyun 198 1-ci il tarixdə nikahlarını bağlamışlar. 30 dekabr 2003-cü il tarixli, 46102 №-li hərrac protokoluna görə, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 12 saylı mağaza 69150000 köhnə Azərbaycan manatına X1. X6 ilə Cavabdeh1 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 557,3 kv.m olan 12 saylı mağazanın 278,65 kv.m hissəsinin Cavabdeh1, 278,65 kv.m olan hissəsinin R.Ə.Kərimovun mülkiyyətinə keçməsi ilə bağlı razılığa gəlmişlər. 15 iyul 2004-cü il tarixli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə görə, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 557,3 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1 və X2 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. 20 iyul 2004-cti il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə görə, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 278,65 kv.m qe yri-yaşayış sahəsi X2 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. 02 noyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə görə, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 278,65 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. 07 noyabr 2005-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə görə, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 278,65 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh2 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. X6 28 aprel 2010-cu il tarixdə vəfat etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin iddia tələbinin təmin olunması barədə qətnaməsini ləğv edərək iki əsasa görə iddia tələbini təmin etməmişdir: 1) İddiaçı iddia qaldırmağa subyektiv hüquqa malik olmamışdır; 2) İddiaçı tərəfin dən mübahisələndirilən alqı-satqı müqavilələri mülki qanunvericilikdə nəzərdə tutulmuş notariat formaya əməl edilməklə bağlanmış və alqı-satqı müqaviləsi bağlanarkən qanunvericilikdə nəzərdə tutulmuş tələblər pozulmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunub, iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbini rədd etmə əsaslarına ayrı-ayrılıqda münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. İddiaçı iddia qaldırmağa subyektiv hüquqa malik olmaması ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə istinad edərək məhkəmələr tərəfindən mülki məhkəmə icraatı həyata keçirilərkən ilkin olaraq iddiaçının subyektiv hüquqa malik olub olmamasının yoxlanılması zəruriliyi barədə dəlili ilə razılaşır. Çünki iddia qaldırmağa subyektiv hüququ olmayan şəxsin iddia tələbinin təmin olunması istisna olunur və belə hüquqa malik olmayan şəxsin iddiası əsasında mülki məhkəmə icraatının aparılması məhkəmə işinin səmərəsizliyi ilə nəticələndiyindən faydalı hesab oluna bilməz. Lakin işə baxan məhkəmə iddiaçının subyektiv hüquqa malik olmaması əsasına görə iddia tələbini rədd edərkən mövqeyini əsaslandırmalıdır. İddia qaldırmağa subyektiv hüququn olmaması onda ifadə olunur ki, iddiaçının iddia tələbi ilə iddiaçının maraqları arasında heç bir bağlılıq mövcud deyil və iddia tələbinin təmin olunması iddiaçıya heç bir fayda gətirə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunduğu kimi subyektiv hüququn xarici cəhəti öz hərəkətlərinə hüquqi ixtiyar, başqa şəxslərdən tələb etmək hüququ və müdafiə hüququnun məcmusunda öz ifadəsini tapır. Mülki işin materialları ilə müəyyən edilir ki, İddiaçı əri 30 dekabr 2003-cü il tarixli hərrac protokoluna əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 12 saylı mağazanı 69150000 köhnə Azərbaycan manatına almışdır. Həmin vaxt İddiaçı və X6 qanuni nikahda olmuş və mağazanın alınması üçün ödənilmiş pul vəsaiti onların birgə əmlakını təşkil etmişdir. Artıq bu cəhət həmin mağaza ilə bağlı bağlanmış müqavilələrin, verilmiş mülkiyyət sənədlərinin İddiaçı maraqlartına təsir göstərməsini və onun həmin sənədlərlə bağlı subyektiv hüquqa malik olmasına dəlalət edir. Bundan əlavə mülki işə əlavə olunmuş Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 30 dekabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, X2 mülkiyyətində olmuş, miras əmlak - Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 278,65 kv.m qeyri-yaşayış sahəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsindən Bakı şəhəri 27 saylı Notariat Kontorunun 16 avqust 2016-cı il tarixli, 439 №li məktuba əsasən imtinası qanunsuz hesab edilmiş, Notariat Kontoru tərəfindən vərəsələrin dairəsinin müəyyən edilərək vərəsəlik şəhadətnaməsinin verilməsi qət edilmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi qeyd olunan xüsusatları araşdırmadan İddiaçı iddia qaldırmağa subyektiv hüquqa malik olmaması barədə qənaətə gəlməsi əsassız hesab olunmalıdır. Bundan əlavə İddiaçı iddia ərizəsində qeyd edir ki, həyat yoldaşı X6 vəfat edəndən o həmin qeyri-yaşayış obyektini fərdi sahibkar kimi işlədir. Həmçinin hal-hazırda da onun istifadəsindədir. Mülki işə əlavə olunmuş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq sənədləri ilə də bu xüsusat təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi bu xüsusatı da yoxlamadan İddiaçı subyektiv hüquqa malik olmaması barədə qərara gəlməklə mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı tərəfindən mübahisələndirilən alqı-satqı müqavilələrinin mülki qanunvericilikdə nəzərdə tutulmuş notarial formaya əməl edilməklə bağlanması və alqı-satqı müqavilələri bağlanarkən qanunvericilikdə nəzərdə tutulmuş tələblərin pozulmama sı ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təkcə müqavilələrin notarial qaydasında bağlanmasını əsas gətirərək həmin müqavilələrin bağlandığı vaxt mülki qanunvericilikdə müəyyən edilmiş qaydaların pozulmaması qənaətinə gəlməsini düzgün hesab etmək olmaz. Çünki alqı-satqı müqavilələri notarial qaydasında bağlanmaqla yanaşı mülki qanunvericiliyin digər tələblərinə də cavab verdikdə qanuni hesab oluna bilər. İddiaçı tərəfindən mübahisələndirilən müqavilələrdə tərəf olan Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, “...X3 mənim tələbə yoldaşım olub, 2004cü ilin sonlarına qədər keçmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyini tərkibində olan Əmlak Komitəsinin kiçik özəlləşdirmə idarəsini rəisi işləyib və onunla yaxın do st kimi münasibətlərimiz olub. Təxminən 2004-cü ilin iyul ayında Mirməcid mənə bildirdi ki, dövlət mülkiyyətində olan bir obyekt var, həmin obyekt mənim adıma özəlləşdiriləcək ki, sonradan başqa şəxsin adına keçirmək mümkün olsun. Mirməcidlə dost olduğumuza görə mən buna razılıq verdim. Lakin həmin obyektin harada yerləşməsi, kimin istifadəsində olması barədə mənim heç bir məlumatım olmayıb. Bundan sonra Mirməcid məni X6 ilə tanış etdi. Rəfail məni mağazada xatırlamadığım vəzifəyə işə götürdü. Lakin mən özəlləşdirmə üçün hər hansı pul vəsaiti ödəmədim və heç bir auksionda, hərracda iştirak etməmişəm. Mənim adıma şəhadətnamənin verilməsindən də xəbəri olmayıb. Təxminən 2005-ci ilin sonlarında İqtisadi İnkişaf Naziri Fərhad Əliyev və nazirliyin digər işçiləri həbs olundular və Mirməcid onlar ın həbsindən əvvəl işdən azad edilmiş. Təxminən 2006-cı ilin aprel-may aylarında Mirməcid mənə bildirdi ki, X4 məxsus 12 №li mağazanın yarı hissəsinin 278,5 kv.m hissəsinin mənim adıma verilməsi barədə şəhadətnamə var, Əmlak Komitəsində adını bildirmədiyim şəxslər Xətai rayon ərazisində yerləşən Notariat Kontorunda mənimlə görüşəcəklər və öz adıma olan hissəni başqa şəxsə satacaq. Buna görə də mən Mirməcidin göstərişi ilə həmin Notariat Kontoruna getdim, orada Əmlak Komitəsinin adını bilmədiyim işçisi və bir nəfər qeyri-rəsmi işçi ilə görüşdüm, sonra qeyrirəsmi işçi ilə mən müqavilələri imzaladıq, ancaq mənə pul verilmədi.” Cavabdeh1 sonrakı izahat və şikayətlərində onun iştirakı ilə alqı-satqı müqavilələrinin formal olaraq bağlandığını, onun 12 saylı mağazanın özəlləşdirilməsi və özgənink iləşdirilməsi ilə bağlı heç bir bağlılığının olmamasını qeyd etmiş və iddia tələbinin təmin olunmasını xahiş etmiş, birinci instansiyası məhkəməsinin iddia tələbinin təmin olunması barədə qətnaməsindən apelyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təkcə bu xüsusat mübahisələndirilən müqavilələrin mülki qanunvericiliyin tələblərinə müvafiq qaydada bağlanmamasını təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən gəldiyi nəticə, yəni mübahisələndirilən müqavilələr bağlanarkən qanunvericiliyin tələblərinin pozulmaması əsaslı hesab oluna bilməz. İş üzrə digər cavabdeh X3 mülki məhkəmə icraatı zamanı məhkəmə baxışında iştirak etməmiş və izahat verməmişdir. Lakin onun mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi izahatından məlum olur ki, 12 saylı mağaza özəlləşdirilərkən o, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması Departamentində əqdlərin qeydiyyat şöbəsinin rəisi işləmiş, Cavabdeh1 həmin mağaza ilə heç bir bağlılığı olmamış, mağazanın hərraca çıxarılmasında və alınmasında iştirak etməmişdir. Cavabdeh1 onun yaxın tanışı kimi bu prosesə cəlb olunmuş, hərrac barədə şəhadətnamayə adı yazılaraq mağazanın ½ hissəsi onun adına sənədləşdirilmişdir. Sonradan mağazanın ½ hissəsinin Cavabdeh1 Cavabdeh2 keçirilməsi də formal olaraq həyata keçirilmiş, real alqı-satqı baş verməmişdir. Cavabdeh2 məhkəmə proseslərinə gəlməmiş, birinci instansiyası məhkəməsi tərəfindən onun mülkiyyətində olan əmlakla bağlı mü qavilə və 07 noyabr 2005-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsə də birinci instansiyası məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verməmişdir. Bu da Cavabdeh2 da iddia tələbi və birinci instansiyası məhkəməsinin qətnaməsi ilə razı olmasına dəlalət edir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən maddi hüquq normalarının tələblərini pozmaqla yanaşı, belə bir xüsusata da diqqət yetirməmişdir ki, iddia tələbinin rədd olunması qanunvericilinin tələblərinin pozulması və saxtakarlıqla Cavabdeh2 adına sənədləşdirilmiş - Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 12 saylı mağazanın ½ hissəsinin qanunsuz olaraq ona hüququ olmayan şəxsin mülkiyyətində qalmasına səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüquq normalarının tələblərini pozmuş, prosessual qanun pozuntularına yol vermişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2018-ci iltarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1873/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1873/2019
15.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver