Məhkəmə qərarları › İş №2(102)-1874/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1874/2022

03.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1874/2022 03.03.2022 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(103)10056/2021 nömrəli qətnaməsindən İddiaçı, həmçinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “Təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizə si ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış 02 may 2012-ci il tarixli, 99 nömrəli təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış 02 may 2012-ci il tarixli 101 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri 14 nömrəli notariat kontorunun 11 iyul 2020-ci il tarixli 7518 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 oktyabr 2020-c i il tarixli, 2(005)-3376/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(005)3376/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1664/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegi yasının 14 iyul 2021-ci il tarixli, 2(102)-4196/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1664/2021 saylı mülki iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi qismən–tərəflər arasında bağlanmış 02 may 2012-ci il tarixli ipoteka müqaviləsinin etibarsız sayılması və 14 saylı notariat kontoru tərəfindən verilmiş 11 iyul 2020-ci il tarixli icra qeydinin ləğv edilməsi tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (103)-10056/2021 saylı 10 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apelly asiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(005)-3376/2020 saylı qətnaməsi mübahisələndirilən-icra qeydinin ləğv edilməsinin təmin olunmayan hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilmiş, Bakı şəhəri 14 nömrəli notariat kontoru tərəfindən 03 iyul 2020-ci il tarixdə verilmiş, 8İ-7518 saylı reyestrdə qeydə alınmış icra qeydi ləğv edilmiş, qətnamə mübahisələndirilən- 02 may 2012-ci il tarixli, 101 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı və vəkili Vəkil3, həmçinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və vəkili Vəki l4 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayətlərində apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi qeyd edilsə də, həmin pozuntuların nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etmə yə yol verilmir. Maddə 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Maddə 408.2. Bu Məcəllənin 408.1.1. və 408.1.3.- 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Maddə

409. Apellyasiya ins tansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətlərinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayətləri kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətlərinin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamadan, şikayətlər kassasiya instansiya məhkəməsinə göndərmişdir. He sab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.5-ci maddəsinin tələbinə əsasən kassasiya şikayətlərinin icraata qəbulundan imtina edilməli, şikayətlər işlə birlikdə onların geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.5, 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(103)10056/2021 nömrəli qətnaməsindən İddiaçı, həmçinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayətləri icraata qəbul edilməsin. Kassasiya şikayətləri geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar