Məhkəmə qərarları › İş №2(102)-1875/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1875/2020

02.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1875/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil3, Cavabdeh1 vəkili Vəkil2 və cavabdeh “xxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsindən İddiaçı İbrahim qızı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Xəlilov) xx.xx.2019-cu il tarixli, 2(006)*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər “xxxx” MTK-ya, Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzil tikintisi haqqında müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova, X.Cəmilova, İ.Kərimli) xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-*****/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin hal ları: İddiaçı cavabdehlər “xxxx” MTK-ya, Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzil tikintisi haqqında müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə “xxxx” MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli və Cavabdeh2 ilə “xxxx” MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kasasiya şikayətini onunla əsaslandırmışlar ki,məhkəmə qəbul etdiyi qətnamənin “əsaslandırıcı” hissəsində iddia ərizəsində göstərilmiş müqavilələrin etibarsız hesab edilməsinə dair halların məhkəmə baxışında sübut edilmədiyini göstərmi ş və onunla da iddianın təmin edilməməli olması qənaətinə gəlmişdir. Apelyasiya instansiyasında məhkəmə baxışı zamanı bu iş üzrə əsas cavabdeh olan “xxxx” MTK bu iddiaya dair münasibətini bildirən ərizəni məhkəməyə təqdim etmiş və həmin ərizədə Cavabdeh1 və Cavabdeh2 ilə “xxxx” MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli və xx.xx.2008-ci il tarixli müqavilələrin saxta olduğunu və həmin müqavilələrin heç bir səlahiyyəti olmayan şəxs tərəfindən rəsmiləşdirildiyini bildirmişlər. Yəni “xxxx” MTK açıq-aydın şəkildə və konkret olaraq həmin bu mübahisə predmeti olan müqavilələrin etibarsız və saxta olduğunu etiraf etmişdir. Amma çox qəribədir ki, məhkəmə qəbul etdiyi qətnamədə bir dəfə də olsa “xxxx” MTK-nın bu ərizəsini və iddianı qəbul etməsini göstərməmiş və buna hüquqi qiymət verməmişdi r. Bu faktın özü məhkəmə tərəfindən mənim iddiama birtərəfli qaydada baxdığını sübut edir. Eyni zamanda, qətnamənin bütün mətninə baxdıqda açıq-aydın görünür ki, məhkəmə qarşı tərəfin arqumentlərinə hüquqi don geyindirməyə çalışmış və onları sübut kimi qiymətləndirmişdir. Bundan əlavə, iddia ərizəsidə göstərilmiş həmin mənzilin alqısatqısı barədə müqavilədə dolların səhv olaraq 2008-ci ildə ABŞ dollarına nisbətdə məzənnəsinin hazırki kurs ilə göstərilməsini də məhkəmə əsassız olaraq texniki səhv kimi qiymətləndirmişdir. Təbii ki, bu da tamamilə absurd və məntiqsiz yanaşmadır. Əgər bu müqavilə həqiqətən həmin vaxt bağlansaydı, onda bu texniki səhvin görülməməsi qeyri-mümkün idi. Bu faktın özü də bir daha sübut edir ki, bu müqavilələr saxta müqavilələrdir. Həmçinin iddia ərizəsində bu çoxmər təbəli binanın ilkin layihə-smeta sənədlərində 18-ci mərtəbənin ümumiyyətlə olmadığı və təbii ki, belə bir halda da həmin 18-ci mərtəbədə yerləşən ərazilərin satılmasına dair müqavilələrin bağlanmasının qeyri-mümkün olduğunu göstərilmiş, lakin məhkəmə AR FHN- nin bu binanın 17 mərtəbəli olması və penhauzlu yaşayış binası olması barədə verdiyi arayışa əsasən həmin binanın mansarla birlikdə 18 mərtəbəli olması qənaətinə gəlmişdir. Bu faktın özü də bir daha sübut edir ki, məhkəmə qarşı tərəfin arqumentlərinə bütün vasitələrdən istifadə edərək hüquqi don geyindirməyə çalışmışdır. Tikinti sahəsində çalışan bütün mütəxəssislər bilirlər ki, mansar da hündürmərtəbəli binalarda mərtəbə kimi hesab olunmur. Adətən mansar da binanın dam örtüyü kimi nəzərdə tutulur. Eyni zamanda bildirilməlidir ki, məh kəmə AR Ədliyyə Nazirliyi tərəfindən təqdim edilmiş çıxarışa əsasən X2 2008- ci ildə “xxxx” MTK-nın sədri olması və buna görə də həmin müqavilələrə onun tərəfindən imza edilməsi qənaətinə gəlmişdir. Lakin kooperativin sədrinin R1 olması heç də mübahisə predmeti olan bu müqavilələrdə imzaların ona məxsus olmasını sübut etmir. Məhkəmə baxışında iştirak edən cavabdehlər özləri də etiraf etmişlər ki, bu müqavilə “xxxx” MTK-nın sədri olmuş Həşimov Rafiq tərəfindən tərtib edilməmiş, onun tərəfindən imza olunmamış və mənzilin dəyəri də ona ödənilməmişdir. Hər iki cavabdeh bu müqavilələrin X8 tərəfindən tərtib edildiyini və mənzilin dəyərinin də birbaşa ona ödənildiyini bildirmişlər. Beləliklə cavabdehlər özləri də “xxxx” MTK tərəfindən apelyasiya məhkəməsinə təqdim edilmiş halları etiraf etmişdil ər. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil3 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil1 kasasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası q ənaətini onunla əsaslandırmışdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi xx.xx.2008-ci il tarixli və xx.xx.2008-ci il tarixli müqavilələrinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; belə ki, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X7 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan aydın olur ki, “xxxx” MTK-nin xx.xx.2006-cı il tarixli protokolu ilə X1 sədri seçilmiş və xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək kooperativin sədri olmuşdur. Bu isə o deməkdir ki, müqavilələr bağlanan dövrdə R1 kooperativin sədri olmuş və həmin müqavilələri bağlamağa səlahiyyətinin olmuşdur. Müqavilələrin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməmiş, onları bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Apelyasiya kollegiyası iddiaçının əsas payçılar tərəfindən kooperativin kassasına hər hansı ödənişin edildiyini təsdiq edən sənədlərin olmaması ilə bağlı irəli sürdüklərinə dair qeyd etmişdir ki, bununla bağlı cavabdeh tərəfindən təqdim edilmiş sübutların (maliyyə arayışları) iş materiallarına əlavə edilmişdir. xx xxxxx 2008-ci il tarixli müqavilədə mansardın qiymətinin 108589 AZN- 847 00 ABŞ dollarına bərabər tutulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin məbləğlər göstərilərkən texniki səhvə yol verilmiş və yanlışlıqla manat və dollar məbləğlərinin yeri səhv yazılmışdır. Belə ki, müqavilə bağlanan dövrdəki manatın dollara olan məzənnəsi ilə hesablama aparıldıqda maliyyə arayışında texniki səhvə yol verildiyi anlaşılır. (84700 AZN: 0.78 = 108589 ABŞ dolları). Maliyyə arayışında texniki səhvə yol verilmişsə, həmin arayışın mötəbər olmadığına dəlalət etmir. Digər maliyyə arayışı ilə bağlı, yəni xx.xx.2008-ci il tarixli arayışın təsdiq olunmuş surətindən də görünür ki, 54093 AZN: 0.78 = 69350 ABŞ dolları ödəniş həyata keçirilmişdir. Odur ki, qeyd olunan valyuta mübadilələri 0.78 kursu ilə aparılmış və iddiaçının iddia etdiyi arayışdakı mübahisənin həmin dövrə düşdüy ünü, devalvasiyadan sonra yaranan valyuta fərqinin olmadığı öz təsdiqini tapmışdır. Apelyasiya kollegiyası mübahisə predmeti olan mansardın MTK-nın mülkiyyətində olmaması və Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihə-smeta sənədlərində öz əksini tapmaması arqumentlərini də əsassız hesab etmiş və qeyd etmişdir ki, iddiaçının sözügedən arqumenti binanın layihələndirilməsi və binada tikinti işlərinin aparılması ilə bağlıdır və iddiaçının irəli sürdükləri hazırki mübahisənin həllində heç bir rol oynamır. Çünki işin mübahisəsiz halı ondan ibarətdir ki, sözügedən binanın tikintisi başa çatdırılmış və bina istismara verilmişdir. Hazırki iddianın predmeti isə binanın layihəyə uyğun tikilib- tikilməməsi ilə bağlı deyil, müqavilələrin etibarsızlığı ilə bağlıdır. Bununla belə kolle giya qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı şəhər Memarlıq-Tikinti Nəzarət Müfəttişliyi tərəfində verilmiş xx.xx.2004-cü il tarixli “tikinti işləri aparmaq üçün” İcazədən görünür ki, sözügedən ünvanda 3 girişli 16 mərtəbəli (1-ci mərtəbəsi qeyri-yaşayış) yaşayış binasının tikintisinə icazə verilmişdir; yəni, tikintisinə icazə verilmiş bina ümumi 17 mərtəbədən (1 mərtəbəsi qeyri-yaşayış, qalan 16 mərtəbəsi isə yaşayış sahəsi olmaqla) ibarət olacaqdır. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi tərəfindən verilmiş 2008-ci il tarixli rəyi ilə sözügedən ünvanda “xxxx” MTK tərəfindən inşa edilmiş 3 girişli 17 mərtəbəli, penthauzlu yaşayış binasının tərti b olunmuş layihəyə uyğun inşa edildiyi hesab edilmişdir. Həmin rəydə binanın penthauzlu olduğu göstərilməklə binanın damında mansardın olduğu nəzərdə tutulmuş və bu da binanın mansardla birlikdə 18 mərtəbədən ibarət olduğu mənasına gəlir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri formal əsaslar üzərində qurulmuşdur. İş materiallarında olan sübutlar əsasında apelyasiya kollegiyası mübahisə üzrə düzgün hüquqi mövqedə olmuş və qeyd edilən qənaətə gələrkən maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki,kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təm in etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar