Məhkəmə qərarları › İş №2(102)-1876/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1876/2022

19.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1876/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2928/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhəri, Saray bağlar massivi 4576 C ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X4 mülkiyyətində olmuşdur. Tahir Mollayevin etibarnamə üzrə nümayəndəsi Nümayəndə həmin torpaq sahəsini 20 sentyabr 2014-cü il tarixli alğı-satqı müqaviləsi bağlamaqla İddiaçı satmış, torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Tərəflərin arasında həmin torpaq sahəsində yerləşən evin alğı-satqı müqaviləsinin predmeti olması ilə bağlı mübahisə yaranmış, İddiaçı müqavilə bağlanarkən torpaq sahəsi ilə yanaşı orada yerləşən evi də aldığını, Tahir Mollayev isə müqavilə ilə yalnız torpaq sahəsinin satıldığını bildirmişdir. Buna görə də İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X8 bağlar massivi 4576C ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsinə son qoyulması, həmin evdən və torpaq sahəsindən çıxarılması və s. barədə qətnamə çıxarılmasını tələb etmişdir. Həmin işə baxılarkən Tahir Mollayev də qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 20 sentyabr 2014-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız sayılması, bu müqavilə əsasında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın etibarsız sayılmasını xahiş etmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5348/2015 saylı, 30 iyul 2015-ci il tarixli qətnaməsi ilə X4 Sumqayıt şəhəri, Saray bağlar massivi 4576C ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsinə son qoyulması, həmin evdən və torpaq s ahəsindən çıxarılması, iddiaçının icazəsi olmadan tikilmiş daş hasarın sökülməsi, evin boşaldılması və torpaqla birlikdə İddiaçı təhvil verilməsi vəzifəsinin T.H.Mollayevə həvalə edilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir.

4. Tahir Mollayev həmin qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-l881/2015 saylı, 16.12.2015-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2015-ci il tarixli qətnaməsi T.H.Mollayevin Sumqayıt şəhəri, Saray bağlar massivi 4576C ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsinə son qoyulması, T.H.Mollayevin evdən çıxarılması, evin boşaldılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, mübahisə predmeti olan torpaq s ahəsində yerləşən fərdi yaşayış evi həmin alğı-satqı müqaviləsindən əvvəl inşa edilmişdir və torpaq sahəsi satılarkən alğısatqının predmeti olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Saray bağlar massivi, 4576C ünvanında 0,06 ha torpaq sahəsinin üzərində yerləşən qanunsuz tikilinin sökülməsi və cavabdehlərə məxsus əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 25.09.2014-cü il tarixdə Saray bağlar massivi, 4576C ünvanında yerləşən fərdi yaşayış evini və 0,06 ha torpaq sahəsini almış və müvafiq çıxarı ş əldə etmişdir. Torpaq sahəsi alınarkən orada mübahisəli ev olmuş, lakin evdə heç kim yaşamamışdır. Hazırda həmin evdə cavabdehlərin əşyaları mövcuddur. Cavabdehlər bundan sui-istifadə edərək onun torpaq və evdən istifadəsini məhdudlaşdırırlar. O, cavabdehlərdən əşyaların çıxarılmasını tələb etsə də, bu günədək çıxarılmamışdır. Əvvəl də həmin əmlaka dair cavabdeh X5 ilə arasında məhkəmə mübahisəsi olmuş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 16.12.2015-ci il tarixli, 2(105)-l881/2015 saylı qətnaməsinə əsasən cavabdehin mübahisəli evdən istifadəsinə son qoyulması, evin boşaldılması, cavabdeh tərəfindən tikilmiş daş hasarın sökülməsi və cavabdehin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması və evin ona təhvil verilməsi tələbi rədd edilmişdir. Cavabdehlərin hərəkətləri nəticəs ində mülkiyyətindən istifadə edə bilmir. Mərhum T.Mollayev qeyd olunan 6 sot torpaq sahəsi ilə əlaqədar onun adına etibarnamə vermişdir.

7. Cavabdeh Cavabdeh1 birinci instansiya məhkəməsinin iclaslarında bildirmişdir ki, mərhum atası iddiaçının atası ilə otuz ilin dostu olmuşlar, atasının bank borcuna görə iddiaçının atasının evi hərraca çıxarıldığından atası onlara məxsus bağ sahəsinin 12 sotunu iddiaçının adına rəsmiləşdirmiş, qalan 9 sotun sənədləri olmadığı üçün həmin hissəni atası öz adına rəsmiləşdirmək üçün dostu olan iddiaçının atasına etibarnamə vermiş, lakin iddiaçının atası olan hazırda iş üzrə nümayəndəsi 9 sot torpağın 6 sotunu onların xəbəri olmadan oğlu olan iddiaçının adına rəsmiləşdirmiş və bundan sonra atası ilə iddiaçının atasının münasibətləri pisləşdiyinə görə məhkəmə mübahisələri başlamışdır. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(060)-5873/2019 nömrəli qətnaməsi ilə (hakim C.Məmmədov) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1881/2015 saylı, 16.12.2015-ci il tarixli qətnaməsi ilə iddiaçının tikili ilə bağlı subyektiv hüququnun olmaması öz əksini tapmışdır. İddiaçının məhkəməyə müraciət etmiş iddia tələbi ilə subyektiv hüququ olsa belə, qeyd olunan tikilinin dəyəri həmin tikilinin faktiki sahiblərinə ödənilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 152.1, 157.2, 180.1, 240.1, 243.1, 243.2. və Azərbaycan Resp ublikası Torpaq Məcəlləsinin 58, 111, 111.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər ona mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyə mane olur. Buna əsas kimi isə ona məxsus torpaq sahəsində mövcud özbaşına tikiliyə istinad edirlər. Halbuki, əslində özbaşına tikili olsa da, torpaq sahəsini əldə edərkən həmin tikilinin də dəyərini ödəmişdir. Lakin hazırda həmin qanunsuz tikili ona lazım deyil və sökülməlidir. Cavabdehlər imtina edərlərsə həmin qanunsuz tikilini özü də sökdürə bilər və həmin t ikinti materiallarını onlara verər.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-271/2020 nömrəli iş üzrə 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov) cavabdeh X2 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 4576C ünvanında 0,06 ha torpaq sahəsinin üzərində yerləşən qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi, onlara məxsus əşyaların həmin sahədən çıxarılması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157.2, 164.1, 164.2, 243.1, 244 və 180-ci maddələrinə istinadən bildirmişdir ki, bu maddi hüquq normalarına əsasən iddiaçı mülkiyyət ində olan torpaq sahəsindən cavabdehlərin qanunsuz istifadəsinə son qoyulmasını və ərazinin boşaldılaraq ona qaytarılması üçün orada olan özbaşına tikilinin sökülməsini tələb etməkdə haqlıdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Cavabdeh1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3117/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.K.Dəmirov, Ə.A.Əhmədov və V.T.Həsənov) Cavabdeh1 verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin apellyasiya insta nsiya məhkəməsinə qaytarılmışdır.

17. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-l881/2015 saylı, 16.12.2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, mübahisə predmeti təşkil edən torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi satılarkən alqı-satqının predmeti olmamış, həmin alqı-satqı müqaviləsindən əvvəl tikilib inşa edilmişdir.... İlkin iddiaçı mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində mülkiyyət hüququna malik olsa da, həmin torpaq sahəsində yerləşən ilkin iddia üzrə cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evi üzərində hər hansı bir hüququ yaranmadığından həmin fərdi yaşayış evi özbaşına tikili olsa da, cavabdehin çıxarılması üçün ilkin iddiaçının ilk növbədə onun həmin əmlaka qanunla müəyyən edilmiş qaydada subyektiv hüququ olmalıdır. Lakin iddiaçı həmin fərdi yaşayış evinə münasibətdə heç bir hüquqa malik deyil.

18. Kassasiya instansiyası onu da qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni qüvvədə olan apellyasiya instansiyası məhkəməsinin 16.12.2015-ci il tarixli, 2(105)-1881/2015 saylı qətnaməsi ilə işin müəyyən olunmuş faktiki halını, yəni mübahisə predmeti təşkil edən torpaq sahəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi satılarkən alğı-satqının predmetinin olmamasını, həmin alğı-satqı müqaviləsindən əvvəl tikilib inşa edilməsini nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamə si ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.3-cü maddəsinə görə əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-493/2021 nömrəli, 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(060)-5873/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 4576C ünvanında 0,06 ha torpaq sahəsinin üzərində yerləşən qanunsuz tikilinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hesabına sökülməsi və onlara məxsus əşyaların həmin sahədən çıxarılması qət edilmişdir.

20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 25 sentyabr 2014-cü ildə Saray bağlar massivi 4576C ünvanında yerləşən 0,06 ha torpaq sahəsini almış və müvafiq çıxarış əldə etmişdir. Həmin torpaqda özbaşına tikili mövcud olmuş, həmin tikilinin pulu iddiaçı tərəfindən ödənilmişdir və hazırda həmin evdə cavabdehin əşyaları mövcuddur.

21. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddiaçının belə bir tələb irəli sürmək üçün subyektiv hüququnun olmamasını qeyd edərək, iddianı rədd etmişdir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243.1-ci maddəsinin tələblərinə görə başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.

23. Cavabdehlər hazırda iddia etdikləri tikilinin altında yerləşən torpaq sahəsinin o vaxt iddia edə bilərdilər ki, həmin tikili onların mülkiyyətində olmuş olsun və bu hal isə istisna olunur. 2) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Cavabdeh1 kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3638/2020 saylı, 07 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər A.G.Quliyev (sədrlik edən və məruzəçi), İ.R.Xələfov və Z.Ə.Əliyev) Cavabdeh1 verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır.

26. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərinin işə yenidən baxan məhkəmə üçün məcburiliyi barədə Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə riayət etməyərək belə nəticəyə gəlmişdir ki, iddiaçı 25 sentyabr 2014-cü ildə Saray bağlar massivi, 4576C ünvanında yerləşən 0,06 ha torpaq sahəsini almış və müvafiq çıxarış əldə etmişdir. Həmin torpaqda özbaşına tikili olmuş, həmin tikilinin pulu iddiaçı tərəfindən ödənilmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi tərəflər arasında əvvəlki məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğunu isə ümumiyyətlə nəzərə almamışdır. Həmin məhkəmə qətnaməsi ilə İddiaçı cavabdelərin sahibliyində olan fərdi yaşayış evinə hər hansı bir hüququnu n olmadığı müəyyən edilmişdir. Mülki Prosessual Məcəlləsinin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən 82-ci maddəsinin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 2) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

27. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2928/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Ağayev (sədrlik edən və məruzəçi), H.Ş.Babayeva və Z.İ.Məmmədov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(060)-5873/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasi ya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5348/2015 saylı, 30 iyul 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı ilə X5 arasında mübahisəli bağ sahəsinin alqı-satqısına dair müqavilə bağlanarkən orada yalnız torpaq sahəsi göstərilmiş, həmin torpaq üzərində yerləşən bağ evi alğı-satqı predmeti olmamışdır. Eyni zamanda həmin məhkəmə qətnaməsi ilə İddiaçı cavabdehlərin sahibliyində olan fərdi yaşayış evinə hər hansı bir hüququnun olmadığı müəyyən edilmişdir.

29. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı apellyasiya şikayətində istinad edilən dəlillər əsaslı hesab edilə bilməz ona görə ki, işin təsdiq olunan hallarından göründüyü kimi mübahisəli tikilinin altında və ətrafında yerləşən torpaq sahəsi mərhum Ta hir Mollayevin faktiki sahibliyində olmuş və onun tərəfindən özgəninkiləşdirilmiş, sonradan həmin torpaq sahəsi iddiaçıya satılsa da, mövcud tikili cavabdehlərin mərhum atasının sahibliyində saxlanılmış, həmin tikiliyə hər hansı bir sahiblik hüququ iddiaçıya verilməmişdir. Bu fakt tərəflər arasında bundan əvvəl olmuş məhkəmə çəkişməsi nəticəsində də məhkəmə aktları ilə təsdiq edilmişdir.

30. Apellyasiya instansiyası öz mövqeyini “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına və MPM-nin 14.2, 77.1, 80, 82.3, 106.1,217-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona qanuni əsaslarla məxsus olan torpaq sahəsində yerləşən dövlət qeydiyyatından keçməyən yaşayış sahəsinin mövcudluğu birbaşa onun qeyd edilən mülkiyyətindən istədiyi şəkildə istifadə hüququnu pozur. Halbuki, o, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4576C ünvanında yerləşən torpaq sahəsini alğı-satqı müqaviləsi əsasında əldə edərkən torpağın üzərində qeydiyyatsız olan yaşayış sahəsinin dəyərini əvvəlki sahiblərinə ödəmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etira z daxil olmamışdır. Prosessual məsələlər

34. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

35. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən tör ədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə

180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

38. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətin də işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

39. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin v ə ya nəticələnə bilsin (maddə 418.3).

40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Belə ki, iddiaçı ona məxsus olan Saray bağlar massivi, 4576C ünvanında 0,06 ha torpaq sahəsinin üzərində yerləşən qanunsuz tikilinin sökülməsi və cavabdehlərə məxsus əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

44. İddiaçı tələbini onunla əsaslandırır ki, 20 sentyabr 2014-cü il tarixli alğı-satqı müqaviləsi əsasında X3 Sumqayıt şəhəri, Saray bağlar massivi 4576 C ünvanında yerləş ən 0,06 ha torpaq sahəsini alarkən həmin torpaq sahəsində yerləşən tikilini (yaşayış evini) də almışdır. Lakin cavabdehlərdən həmin evdə olan əşyalarını çıxarıb boşaltmalarını tələb etsə də, cavabdehlər bundan imtina edirlər.

45. İddiaçının bu tələbinin maddi-hüquqi əsasını özünün də qeyd etdiyi kimi Mülki Məcəllənin 152-ci maddəsi təşkil edir. Lakin həmin tikiliyə iddiaçının hüququnun yaranması tərəflər arasında (hazırki işdə olan cavabdehlər, tikinti ilə bağlı iddiaçının əvvəlki iddiaları üzrə cavabdeh olmuş Tahir Mollayevin varisləridirlər) əvvəllər yaranmış məhkəmə mübahisəsində araşdırma predmeti olmuşdur (bax: bu qərarın 2-4-cü bəndləri).

46. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1881/2015 saylı, 16.12.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, T.Mollayev torpaq sahəsi üzərində olan fərdi yaşayış evini deyil, mübahisə predmetini təşkil edən torpaq sahəsinin İddiaçı satmışdır. Mübahisə predmeti olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi satılarkən alğı-satqının predmeti olmamış, həmin alğı-satqı müqaviləsindən əvvəl inşa edilmişdir.... İlkin iddiaçı mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində mülkiyyət hüququna malik olsa da, həmin torpaq sahəsində yerləşən ilkin iddia üzrə cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evi üzərində hər hansı bir hüququ yaranmadığından həmin fərdi yaşayış evi özbaşına tikili olsa da, cavabdehin çıxarılması üçün ilkin iddiaçının ilk növbədə onun həmin əmlaka qanunla müəyyən edilmiş qaydada subyektiv hüququ olmalıdır. Lakin iddiaçı həmin fərdi yaşayış evinə münasibətdə heç bir hüquqa malik deyil.

47. İşin bu halına görə apellyasiya instansiyası haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin sübut etməkdən azad olmaq üçün əsaslarını müəyyən edən 82-ci maddəsinin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 48. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktl arın və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipi baxımından artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyi və davamlılığı ədalət mühakiməsi sistemində əhəmiyyətli konstitusiya şərti hesab edilir. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesinin səmərəsizliyini yaradır. Məhkəmə təcrübəsində iddia vermək hüququndan sui-istifadə halları qanunvericiliyin t ələblərindən yayınmağa xidmət edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir.

49. Məhkəmə kollegiyası Avropa Məhk əməsinin və eləcə də Konstitusiya Məhkəməsinin qərarlarında əks edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş məhkəməyə müraciət etmək hüququ qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qət edilmiş nəticənin başqa məhkəmə posesində mübahisələndirilməklə fərqli nəticə əldə edilməsinə əsas vermir. Məhkəmə təcrübəsində bu cür hallar hüquqi müəyyənlik prinsipinə xələl gətirərək sonda məhkəmə aktlarının icrasını mümkünsüz edir.

50. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşır. Nəzərə alınmalıdır ki, preyudisiallıq prinsipi əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir.

51. Məhkəmə k ollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(105)-2928/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar