Məhkəmə qərarları › İş №2(102)-1880/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1880/2022

24.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1880/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh2 oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1880/22 Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(103)9245/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları qərarı müəyyən etdi. İşin halları Bakı şəh əri, Xətai rayonu, ünvan 1 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının 707 saylı, 1 otaqlı, sahəsi 63,5 kv.metr olan mənzili 04 iyun 2011-ci il tarixdə Cavabdeh1 adına əldə edilib, həmin vaxt sonuncu Cavabdeh2 ilə nikahda olub, 2015-ci ildə onların nikahları pozulub, 04 iyun 2019-cu ildə mənzil Cavabdeh1 tərəfindən Cavabdeh3 adına rəsmiləşdirilib, həmiçinin Cavabdeh2 notarial qaydada qeyd olunan rəsmiləşdirməyə yazılı razılıq verib. Cavabdeh3 isə Cavabdeh1 və Cavabdeh2 gəlinidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh2 Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınıb. Sonradan həmin qərardad Bakı Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2019-cu il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılılıb. Qanuni qüvvəyə minmiş Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 19 avqust 2019cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “nikahın pozulması və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, borcun birgə nikah dövründə əldə edilmiş əmlaka yönəldilməsi” barədə iddiası rədd edilib. Həmçinin, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qətnaməsi ilə borclu Cavabdeh2 ödəniş günü milli manata məzənnədə 63.524 ABŞ dollarının tutulub tələbkar İddiaçı verilməsi qət edilib. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli qərarı ilə Sabunçu rayon Polis İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 fevral 2016-cı il tarixli qərarın ləğv edilməsi, qərarda əks olunmuş hallar üzrə şikayətə cinayətprosessual qanunvericiliyinə uyğun zəruri hərəkətlər yerinə yetirilməklə hüquqi qiymət verilməsi və material üzrə əlavə araşdırma aparılması üçün Sabunçu rayon Polis İdarəsinə qaytarılması, ərizənin cinayət-prosessual qanunvericiliyə uyğun araşdırılmasına nəzarət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabunçu rayon prokuroruna həvalə edilməsi qərara alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə Cavabdeh2 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh1 arasında 04 iyun 2011-ci il tarixdə Bakı şəhəri, Xocalı prospekti, 29 çoxmənzilli yaşayış binasının V mərtəbəsində 1 otaqlı 707 saylı sahəsi 63.5 kv.metr olan mənzilə dair bağlanmış müqavilə əsasında əldə edilən mənzilin Cavabdeh1 ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri əmlak olmasının müəyyən edilməsi, 24 iyul 2020-ci il tarixli cavab məktubu ilə müəyyən olunan Cavabdeh4 MTK ilə Cavabdeh3 arasında bağlanmış sözügedən mənzilə dair 04 iyun 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 mülki iş üzrə borclu olduğu müddətdə notarial qaydada hər hansı bir əmlakın digər şəxsin adına keçməsinə etiraz etməməsinə dair ərizə verməsinin qadağan edilməsi, habelə 23 saylı notariat ofisində 8İ-3079 nömrəli reyestrdə 01 iyun 2019-cu il tarixdə qeydiyyatdan keçmiş ərizənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edə rək, digər tələblərlə yanaşı Cavabdeh2 Bakı şəhəri, Xocalı prospekti 29 ünvanındakı mənzildə ikidə bir payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim L.E.Rəhimli) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslanıdrıb ki, mübahisəli mənzil Cavabdeh1 adına əldə edilmiş əmlak olsa da, mənzil Cavabdeh3 adına rəsmiləşdirilməsəydi belə, həmin mənzilin Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahları dövründə əldə edilmiş əmlak olub-olmaması, həmin mənzilin Cavabdeh2lə Cavabdeh1 birgə nikahları dövründə əldə edilmiş əmlak olmasının müəyyən edilməsi və mənzildə Cavabdeh2 ½ hissədə payının müəyyən edilməsi tələbləri üzrə İddiaçı məhkəmədə mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Həmçinin, "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 04 iyun 2019-cu il tarixli müqavilənin və Cavabdeh2 tərəfindən mənzilin Cavabdeh1 tərəfindən digər şəxsin adına rəsmiləşdirilməsinə etiraz etməməsinə dair 8i-3079 saylı ərizənin etibarsız hesab edilməsinə dair iddiaçının hazırki iddia tələbləri ilə çıxış etməyə subyektiv hüququ olmadığı kimi, onun iddia tələblərinin də hüquqi əsası yoxdur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsinin, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin və digər maddi və prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barəd ə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və A.N.İmanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3-cü maddələrinin və digər maddi, prosessual hüquq norma larının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməyib, mübahisəli mənzilin Cavabdeh2 və Sevda Əliyevanın birgə nikahları dövründə birgə vəsaitləri hesabına əldə olunub. Cavabdeh2 iddiaçıya 63.524 ABŞ dolları borcunun olması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldilməsi ilə Cavabdeh2 həmin mənzilin özgəninkiləşdirilməsinə etir az etməməsi (faktiki olaraq öz payından imtina etməməsi) barədə ərizə verməsi arasında qərəzli bağlılığı və iş üçün əhəmiyyət kəsb edən digər halları araşdırmayıb. Birinci instansiya məhkəməsi yalnız hazırki iddia tələblərini irəli sürmək üçün iddiaçının subyektiv hüququnun olmaması barədə iş üzrə səhv nəticəyə gəlib. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozub, maddi hüquq normalarını düzgün tətbiq etməyib. Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinə əməl etməyib və işdə olan sübutları hərtərəfli və tam araşdırmayıb, həmin sübutlara tətbiq etməli olduğu maddi hüquq normalarına uyğun hüquqi qiymət verməyib və gəldiy i nəticəni əsaslandırmayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırıb ki, kassasiya şikayəti tamamilə əsassızdır. Belə ki, mübahisəli mənzil Cavabdeh1 adına əldə edilmiş əmlak olsa da, mənzil Cavabdeh3 adına rəsmiləşdirilməsəydi belə həmin mənzilin Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahları dövründə əldə edilmiş əmlak olub-olmaması, həmin mənzilin Cavabdeh2lə Cavabdeh1 birgə nikahları dövründə əldə edilmiş əmlak olmasının müəyyən edilməsi və mənzildə Cavabdeh2 ½ hissədə payının müəyyən edilməsi tələblərini məhkəmədə mübahisələndirmək üçün iddiaçının müvafiq subyektiv hüququ yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Pro sessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası mə hkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməli dir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və iddiaçının kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxa rkən maddi, prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlili ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qətnaməsi ilə borclu Cavabdeh2 milli manata məzənnədə 63.524 ABŞ dollarının tutulub İddiaçı verilməsi qət edilib. Qanuni qüvvəyə minmiş Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 19 avqust 2019cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “nikahın pozulması və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, borcun birgə nikah dövründə əldə edilmiş əmlaka yönəldilməsi” barədə iddia tələbləri rədd edilib. Həmin qətnamədən müəyyən edilir ki, iddia tələblərindən biri Bakı şəhəri, ünvan 3 ünvanda 9-cu blok 5-ci mərtəbədə 60 min manata alınmış mənzilin (hazırki iş üzrə mübahisəli mənzil) üzərində hər hansı bir hərəkətin 63.524 ABŞ dolları məbləğində borcun tam ödənənə qədər edilməsinin qadağan edilməsi olub və iddia tələbinin bu hissəsinə məhkəmə belə münasibət bildirib ki, Bakı şəhəri, ünvan 3 ünvanda 5-ci mərtəbədəki mənzilin üzərində hər hansı bir hərəkətin 63.524 ABŞ dolları borcun tam ödənənə qədər qadağan edilməsi tələbi əsassızdır. Həmin mənzilə dair müqavilə 2011-ci ildə Cavabdeh1 ilə bağlanıb. İddiaçı hazırki tələblə çıxış etməkdə məqsədi Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qətnaməsinin icrasını təmin etməkdir. Məhkəmə araşdırması nəticəsində Cavabdeh2 payının bu mənzildə olduğu müəyyən edilib. Lakin, sözügedən mənzil borclu Cavabdeh2 yeganə yaşayış yeri olduğundan, İddiaçı tələbkar kimi çıxış etdiyi icra sənədi üzrə icrasında tələbin bu mənzilə yönəldilməsinə qanunvericiliklə yol verilmir. Bu səbəbdən Cavabdeh1 adına olan mənzil üzərində Cavabdeh2 İddiaçı olan borcunu tam ödəyənə qədər hər hansı bir hərəkətin aparılmasının qadağan edilməsi Cavabdeh1 hüquqlarını pozmuş olar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq olunmuş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının 1 -ci bəndində göstərilir ki, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmişdir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığı üçün birinci instansiya məhkəməsi İddiaçı iddia tələblərini təmin etməməkdə haqlı olub. Həmçinin, “Nikahın pozulması haqqında” Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2lə Cavabdeh1 arasında 17 noyabr 2015-ci il tarixdə bağlanmış nikah pozulub. “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 04 iyun 2011-ci il tarixli podratçı "xxxx" MMC ilə sifarişçi Cavabdeh1 arasında bağlanmış müqavilənin surətindən görünür ki, podratçı sözügedən mənzili tik ib sifarişçiyə təhvil verməyi, sifarişçi isə mənzili qəbul edib haqqını ödəməyi öz öhdəsinə götürüb. Cavabdeh1 və Cavabdeh2 tərəfindən "xxxx" MMC ünvanlanmış ərizələrdən (notarial qaydada təsdiq edilmiş) görünür ki, Cavabdeh1 öz adına olan mənzilin Cavabdeh3 adına rəsmiləşdirilməsini xahiş edib və Cavabdeh2 mənzilin özgəninkiləşdirilməsinə etiraz etmədiyini bildirib. “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 04 iyun 2019-cu il tarixli podratçı Cavabdeh4 MMC ilə sifarişçi Cavabdeh3 arasında bağlanmış müqavilənin surətindən görünür ki, podratçı qeyd olunan mənzili tikib sifarişçiyə təhvil verməyi, sifarişçi isə mənzili qəbul edib haqqını ödəməyi öz öhdəsinə götürüb. Bundan sonra Cavabdeh4 MMC ilə Cavabdeh3 arasında həmin mənzilə dair 13 noyabr 2020-ci il tarixli müqavil ə bağlanıb və 21 dekabr 2020-ci il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. 23 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 sözügedən mənzili 65.000 manata Azər Tağıyevə satıb və mənzil 15 yanvar 2021 -ci il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının hazırki iddianı qaldırmaqda məqsədi Cavabdeh2 ona olan 63.524 ABŞ dolları borcunu ödəməsinin təmin edilməsinə yönəlib. Qanuni qüvvəyə minmiş məhkəmə qətn aməsi ilə Cavabdeh2 mübahisəli mənzildə payının olması müəyyən edilir, lakin, həmin mənzil onun yeganə yaşayış yeri olduğu üçün, İddiaçı tələbkar kimi çıxış etdiyi icra sənədi üzrə tələbin bu mənzilə yönəldilməsinə qanunvericiliklə yol verilmədiyi və bu səbəbdən də Cavabdeh1 adına olan mənzil üzərində Cavabdeh2 İddiaçı olan borcunu tam ödəyənə qədər hər hansı bir hərəkətin aparılmasının qadağan edilməsi Cavabdeh1 hüquqlarının pozulması kimi qiymətləndirilir. Həmin iş üzrə məhkəmə aktları ilə İddiaçı bu iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığı müəyyən edilir. Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə proses ində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mənzil Cavabdeh1 adına əldə edilmiş əmlak olsa da, mənzil Cavabdeh3 adına rəsmiləşdirilməsəydi belə, həmin mənzilin Cavabdeh1 ilə Cavabdeh2lə birgə nikahları dövründə əldə edilmiş əmlakın olub-olmaması, həmin mənzilin Cavabdeh2lə Cavabdeh1 birgə nikahları dövründə əldə edilmiş əmlak olmasının müəyyən edilməsi və mənzildə Cavabdeh2 payının müəyyən edilməsi tələbləri üzrə İddiaçı məhkəmədə mübahisələndirmək üçün müvafiq subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Digər tərəfdən, mübahisəli mənzil 23 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən Əli Tağıyevə satılıb və hazırda mənzil sonuncunun mülkiyyətindədir və o, mənzili reyestr məlumatl arı əsasında əldə edib. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Plenum Qərarında göstərilmişdir: "Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazınının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcud luğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdəəqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinəəməl etmək üçün şərait yaradır”. “X1 şikayəti iləəlaqədar Azərbaycan Respublika sı Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il taraixli Qərarında göstərilmişdir ki, "vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir- birinə olan inamının da azalmasına gətirib çıxarardı.” Göründüyü kimi, şəxs o halda vicdanlı alıcı hesab edilir ki, əm lakı əldə etdiyi zaman onda bağladığı əqdin legitimsizliyi şübhə yaratmasın, həmin əmlaka başqa şəxslərin mümkün iddalarından xəbəri olmasın. Əmlakı əldə edən xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməlidir. Əli Tağıyev mənzili reyestr məlumatları əsasında əldə edərək, həmin əmlaka başqa şəxslərin iddiasının olmasından məlumatlı olmadığından, göstərilən hallar müəyyən edilərək, vicdanlı əldə edən hesab edilir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdırılmasına lüzum yoxur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(103)-9245/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar