Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1880/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): alqı-satqı müqaviləsi, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı xam pambığın alqı-satqı müqaviləsi əsasında yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 dekabr 2024-cü il tarixli 2(104)-2376/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfin dən verilmiş kassasiya şikayətinə dair işə 31 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı MMC-nin “MKT-Tərtər” filialı (“alıcı”) və Cavabdeh (“satıcı”) arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli ********* saylı “2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqı müqaviləsi”nin 2.1.2-ci bəndinə əsasən, cavabdeh 9 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür.
2. MKT İstehsalat Kommersiya” MMC-nin “MKT-Tərtər” filialın direktoru tərəfindən Cavabdeh pretenziya göndərilərək qeyd edilmişdir ki, cavabdehə cəmiyyət tərəfindən avans olaraq cəmi 13725 manat 20 qəpik dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətl ər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, tədarük mövsümü vaxtı alınan avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verilən xam pambığın dəyərindən çıxılmalıdır. Nəticədə cavabdeh tərəfindən 9913 kq, 7930 manat 4 qəpik dəyərində xam pambıq təhvil verilmişdir ki, bu da, həm müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Əlavə olaraq, 7918 manat 50 qəpik dəyərində avans vəsaitləri Cəmiyyətə geri təhvil verilmişdir. Son nəticədə Cəmiyyətə təhvil götürülən avans vəsaitlərin dəyərinə görə 5806 manat 71 qəpik əsas borcu yaranmışdır. 3. “Azərtac” - Azərbaycan Dövlət İnformasiya Agentliyinin rəsmi xəbər saytının 25 avqust 2023-cü il tarixə yayımladığı “Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı birgə bəyanat yayılıb ” başlıqlı məlumatda qeyd edilmişdir ki, “Ermənistan və onun himayə etdiyi qüvvələr ekoloji təcavüzlə yanaşı, böyük kənd təsərrüfatı potensialı və münbit torpaq ehtiyatlarına malik Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının ərazilərinə suvarma tələb olunan mövsümlərdə su anbarından qərəzli şəkildə suyun verilməsinə mane olaraq Azərbaycanın iqtisadiyyatına külli miqdarda ziyan vurmuş və vurmaqda davam edir. Sərsəng su anbarının öz təyinatı üzrə istifadə olunmaması nəticəsində yaranan su çatışmazlığı səbəbindən həmin rayonların ərazisində 100 min hektar əkin sahəsi aktiv kənd təsərrüfatı dövriyyəsinə cəlb edilə bilmir. Eyni zamanda, əhalinin içməli suya olan tələbatının ödənilməsi və qismən suvarılmanın aparılması məqsədilə yeraltı sulardan intensiv istifadə edilməsi təb ii resursların tarazlığının pozulmasına səbəb olub”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 5806,71 manat, hesablanmış cəriməyə görə 1163,53 manat və ödənilmiş dövlət rüsumuna görə 89,70 manat olmaqla, cəmi 7059,94 manat pulun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC, “MKT-Tərtər” filialı və cavabdeh arasında bağlanmış ********* saylı “2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsi”nə əsəsən, cavabdeh 9 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlər inə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 15620,11 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə, yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq, təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə cavabdehin iddiaçıya 5806,71 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam pambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda, müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1 faizi məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 1163,53 manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Bununla da, cavabdeh, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1 və 385.1-ci maddələrinin tələblərini pozmuşdur.
7. Cavabdeh yazılı etirazında iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş və göstərmişdir ki, iddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış 27 dekbar 2022-ci il tarixli ********* saylı müqavilənin butün şərtləri onun tərəfindən dürüst va vicdanla icra edilmişdir. İddiaçı "xxxx" MMC-nin iddia ərizəsində qeyd etdiyi 7059,49 manat pul tələbini əsaslı tələb olaraq qəbul et mir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış 27 dekabr 2022-ci il tarixli ********* saylı müqavilənin 2.1.7-ci bəndinə əsasən satıcı (yəni onun) tərəfindən xam pambığın istehsal prosesində zəruri aqrotexniki tədbirlərin aparılması zamanı tətbiq ediləcək şərtlər müəyyən edilmişdir. Həmin müqavilənin 5-ci bəndi müqavilə öhdəliklərinə fors major hallarının tətbiqi ilə bağlıdır. Müqavilənin bu barədə bəhs olunan fors major hallar bəndində “hərbi vəziyyət” ifadəsi də yer almışdır. Onun istifadəsində olan torpaq sahəsi 9 hektar təşkil edir, həmin torpaq sahəsi Tərtər rayonunun Buruc kəndi ərazisində yerləşir; həmin kəndin ərazisində kənd təsərrüfatı torpaqlarının suvarılmasında ciddi su çatışmamazlığı, su ehtiyatlarının olmaması problemi vardır. Bu vəziyyətlə bağlı 25 avqust 2023-cü il tarixdə Tərtər DAİM-in sektor müdiri Arif Behbudovun istirakı ilə akt tərtib edilmişdir. Həmin aktda onun istifadəsində olan torpaq sahəsinin məhsuldarlığının gözlənilən nəticələri verməməsi səbəbi olaraq “kanal suyunun olmaması və artezian növbəliyi” qeyd edilir. Bundan basqa, onda əkin yerində Arif Behbudovun istirakı ilə çəkilmiş video görüntülər də vardır ki, həmin video görüntülərdə də Arif Behbudov özü yaranmış vəziyyətlə əlaqədar həmin görüntülərdə vəziyyətin onun (cavabdehin) iradəsindən asılı olmadığını, yəni suyun olmadığını, suyun verilmədiyini təsdiq edir. Həmçinin qeyd edir ki, su çatışmazlığı və artezian problemləri ilə əlaqədar bu sadalanan problemlərin aradan qaldırlması üçün şəxsən onun (cavabdehin) tərəfindən yuxarı instansiyalara, o cümlədən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səd rinə yazlı müraciətləri olmuşdur, yəni o, müqavilə ödhdəliyinin icrasından irəli gələn tələblərin onun iradəsindən asılı olmayan səbəblərə görə icra edilməməsi üçün məsul olmadığı qənaətindədir, çünki kəndli nə artezian vurur, nə su kanalı çəkir, bu məsələlər dövlətin üzərinə götürdüyü öhdəliklərdəndir.
8. Müqavilənin fors majorla bağlı müddəalarına münasibətdə cavabdeh etirazında qeyd etmişdir ki, torpaq sahəsinin yerləşdiyi kəndin ərazisindəki torpaqlanın suvarılmalı olduğu vaxtlarda erməni işğalında olan Sərsəng su anbarının suyu ilə suvarılan ərazilər də olmuşdur, lakin hamıya bəlli olan haldır ki, ermənilərin uzun illər Ağdərə rayonu ərazisindəki yüksəkliklərdə yerləşən su mənbələrini nəzarətdə saxlaması həmin su hövzəsində olan torpaqların keyfiyyətli şəkildə su ilə təmininə ciddi ma neələr yaratmışdır. Onunla müqavilə bağlanarkən də adıçəkilən ərazilər hələ də separatçı terrorçu erməni silahlı dəstələrinin nəzarəti altında idi. Bu səbəbdən də, yuxarıda qeyd etdiyi kimi, 25 avqust 2023-cü il tarixdə Tərtər DAİM-in sektor müdiri Arif Behbudovun iştirakı ilə tərtib edilən aktda da ərazinin suvarma suyu ila təminində ciddi problemlərin yarandığı öz təsdiqini tapmışdır. Yalnız 19 sentyabr 2023-cü ildə Qarabağda Azərbaycan Silahlı Qüvvələri silahlı erməni separatçı dəstələrinə qarşı uğurlu antiterror əməliyyatı keçirdikdən sonra Azərbaycan Respublikasının ərazi suverenliyi tam təmin edildikdən sonra suvarma ilə bağlı münbit imkanlar olan ərazilər, o cümlədən dövlət üçün çox əhəmiyyətli olan Sərsəng su anbarı işğaldan azad edilmişdir. Bu fakt onu deməyə əsas verir ki, onun la bağlanmış 27 dekabr 2022-ci il tarixli ********* saylı müqavilənin 5-ci bəndi üzrə iddiaçı tərəf ona qarşı heç bir halda pul tələbi ilə bağlı iddia ilə çıxış etmək hüququna malik deyildir.
9. Cavabdeh etirazında həmçinin Mülki Məcəllənin 404.1 və 425.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, hüquq praktikasına əsasən, əgər fermer məhsulun satışı üçün müqavilə bağlamışsa, lakin əkinlərin suvarılması üçün su çatışmazlığı səbəbindən öz öhdəliklərini yerinə yetirə bilmirsə, hüquqi prinsiplərə və müqavilənin özünün şərtlərinə əsaslanan hadisələrin inkişafının bir neçə ssenarisi mümkündür: bu, fors-major hallarında öhdəlikdən azad olunma və müqavilənin şərtlərinin ləğv edilməsi və ya dəyişdirilməsidir. Fors-major müqavilə iştirakçıları tərəfindən gözlənilə bilməyən və qarşısı alına bilməyə n hallardır (məsələn: təbii fəlakətlər, quralıq da daxil olmaqla).
10. Cavabdeh məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək və məhkəməyə göndərdiyi yazılı etirazını müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, o, İddiaçı MMC ilə 27 dekabr 2022-ci il tarixdə xam pambığın alqı-satqına dair müqavilə bağlamışdır. O, müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirsə də, 2023-cü ildə fors-major hadisə baş vermiş, ermənilər tərəfindən Tərtərçayın suyu süni surətdə kəsildiyindən torpaq sahəsini suvarmaq mümkün olmamışdır. Bununla bağlı bir sıra aktlar da qəbul edilmiş, o cümlədən 25 avqust 2023-cü il tarixdə Tərtər Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində çalışan Natiq Musayev, Tərtər DAİM-in Bitkiçilik sektorunun müdiri Arif Behbudov, “MKTTərtər” filialının baş aqronomu Z abil Quliyev, “MKT- Tərtər” filialının aqronomu Füzuli Yusibov və “MKT-Tərtər” filialının aqronomu Baxşeyiş Mehtiyevin iştirakları ilə müvafiq akt tərtib edilmişdir. Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və X3 Agentliyi 25 avqust 2023-cü il tarixdə “AzərTac”da birgə bəyanat da yaymışlar. Həmin bəyanat demək olar bütün televiziya kanallarında və internet şəbəkələrindəki rəsmi xəbər saytlarında da elan və dərc olunmuşdur. Yəni ondan asılı olmayan obyektiv səbəblərdən, o, torpaq sahəsini suvara bilməmiş və lazımı miqdarda məhsul götürə bilməmişdir. Əldə etdiyi məhsulun da hamısını iddiaçıya təhvil vermişdir. Hazırda ona qarşı irəli sürülən iddia tamamilə əsassızdır. İddianın rədd edilməsini xahiş edir.
11. İddiaçı MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, əkin mövsümünün quraq keçməsi fors major hal kimi qiymətləndirilə bilməz, belə ki, bu, qanunvercilikdə nəzərdə tutulmamışdır. Bundan başqa, cavabdeh ilə ərazi üzrə fəaliyyət göstərən suvarma idarəsi arasında suvarma suyunun təchizatı ilə bağlı hər hansı müqavilə bağlanmamışdır, belə olan halda cavabdeh öhdəliyin lazımi qaydada icra edilməməsinə görə mülki məsuliyyət daşıyır.
12. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(040)-834/2024 saylı qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddianın rədd edilməsi qət edilmişdir.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan asılı olmayan obyektiv səbəbdən – Azərbaycan Respublikasının Ermənistan silahlı birləşmələrinin müvəqqəti nəzarətində olduğu ərazidən Tərtərçayın suyunun təbii axarının süni surətdə dəyişdirilməsi və nəticədə Tərtərçay hövzəsi ərazisində lazımi suvarmanın aparıla bilməməsi səbəbindən üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmişdir. Qeyd olunan hal da fors major olaraq, yəni pozuntunun cavabdehdən asılı olmayan haldan irəli gəldiyi və müqavilə bağlanarkən cavabdehin həmin halı nəzərə ala biləcəyini gözləməyin mümkün olmadığı hal kimi qiymətləndirilməli və tərəflər arasında bağlanan 27 dekabr 2022-ci il tarixli ********* saylı “2023-cü il mövsümü üzrə xam pambığın alğı-satqı müqaviləsi”nin 5.2-ci bəndinin şərtinə əsasən, cavabdeh öhdəliyin yerinə yetirilməsindən azad edilməlidir.
14. Məhkəmə iş üzrə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390, 442, 443, 448-ci və 567-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı MMC apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(040)-834/2024 saylı qətnaməsininin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsinin başlıca səbəbi fors-major halının mövcud olması ilə bağlı olmuşdur. Belə ki, məhkəmənin mövqeyinə görə Sərsəng su anbarı erməni işğalı altında olduğu üçün ca vabdehə məxsus torpaq sahəsinin suvarılması qeyri-mümkün olmuş və müqavilə üzrə öhdəliyin icra edilməməsi cavabdehin iradəsindən asılı olmayan haldan irəli gəlmişdir. Eyni zamanda, məhkəmə iş materiallarında mövcud olan 25 avqust 2023-cü il tarixli akta istinad edərək belə nəticəyə gəlmişdir ki, cavabdehə məxsus əkin sahələrinin suvarılmamasının əsas səbəbləri həmin ərazinin suvarılmasında istifadə olunan artezianların növbəliyinin nəzarətsizliyi və magistral Goranboy kanalının təmirə dayanması olmuşdur. Beləliklə, məhkəmə nəticəyə gələrkən bir-birinə zidd olan hallar əsasında qətnamə qəbul etmişdir. Məhkəmənin yuxarıda qeyd edilən dəlilinə münasibətdə qeyd edilməlidir ki, fors-major vəziyyətlərinin müxtəlif xüsusiyyətləri var. Fors-major hallarının tətbiq edilməsi üçün aşağıda qeyd edilən üç şərt tələb edilir: ekstremallıq və gözlənilməzlik, yəni ani surətdə konkret həyat şəraitində müstəsna, gözlənilməz qeyri-adi bir hal baş verir, baş verən hadisə ilə öhdəliklərin icrasının mümkünsüzlüyü arasında olan səbəbli əlaqə mövcud olur və vicdanlılıq, yəni fövqaladə vəziyyətə istinad edən tərəf vicdanla hərəkət etməli və qarşı tərəfin itkisini artırmamalıdır. Xüsusilə, fors-major vəziyyət barədə məlumat vaxtında verilməlidir. Bununla da, yuxarıda sadalanan şərtlərdən müəyyən etmək olar ki, Sərsəng su anbarının erməni işğalı altında olması faktı fors-major şəraitinə aid edilə bilməz. Belə ki, hamıya bəlli olan haldır ki, ermənilər 30 ildən artıqdır ki, Ağdərə rayonu ərazisindəki yüksəkliklərdə yerləşən su mənbələrini nəzarətdə saxlayıblar və həmin su hövzəsinin yaxınlığında yerləş ən torpaqların su ilə təminatına ciddi maneələr törədiblər. Beləliklə, Sərsəng su anbarının gözlənilmədən ermənilər nəzarəti altına keçməsi faktı müəyyən edilməmiş və sözügedən hal 30 il müddətində davam etmişdir. Bundan başqa, Sərsəng su anbarının erməni işğalı altında olması ilə cavabdehə məxsus torpaq sahəsinin suvarılmaması arasında səbəbli əlaqənin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Eyni zamanda, cavabdeh fors-major şəraiti barədə iddiaçını məlumatlandırmamış və bununla da qarşı tərəfin zərərinin artmasına şərait yaratmışdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Sərsəng su anbarı 30 ildən artıqdır ki, ermənilərin işğalı altında olmuş və cavabdehin də hamı kimi bu haldan xəbəri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Yuxarıda qeyd olunan işin hallarından müəyyən etmək olar ki, cavabdeh xam-pambığın alqı-satqısına dair müqavilə bağlayarkən Sərsəng su anbarından torpaq sahəsinin suvarılması ilə bağlı müəyyən çətinliklərin olduğunu qabaqcadan görmüş və bununla bağlı heç bir qabaqlayıcı tədbirlər görməmişdir. Beləliklə, Sərsəng su anbarının erməni işğalı altında olması uzun müddət davam etdiyindən və gözlənilmədən baş vermədiyindən fors-major şəraitinə aid edilə bilməz. Həmçinin cavabdeh özünəməxsus torpaq sahəsinin suvarılması ilə əlaqədar aidiyyəti üzrə Sukanal İdarəsinə mür aciət etməmiş və su təchizatı ilə bağlı alqı-satqı müqaviləsi bağlamamışdır. Halbuki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödənilməsi şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Eyni Qanunun 14.4-cü bəndinə görə, bu maddədə nəzərdə tutulan obyektlərin su ilə təchiz olunması şərtləri və müddətləri tərəflərin bağladığı müqaviləyə əsasən, belə müqavilə olmadıqda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyənləşdir ilir. Əlavə olaraq, iş materiallarında mövcud olan 25 avqust 2023-cü il tarixli aktdan müəyyən etmək olar ki, cavabdehə məxsus əkin sahələrinin suvarılmamasının əsas səbəbləri həmin ərazinin suvarılmasında istifadə olunan artezianların növbəliyinin nəzarətsizliyi və magistral Goranboy kanalının təmirə dayanması olmuşdur. Beləlilkə, əgər cavabdeh vaxtında aidiyyəti üzrə Sukanal İdarəsi ilə su təchizatı ilə əlaqədar alqı-satqı müqaviləsi bağlasa idi, bu zaman tərəflər arasında mövcud olmuş müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı cavabdeh ona dəymiş zərəri məhkəmə yolu ilə Sukanal İdarəsindən tələb edə bilərdi. Əfsuslar olsun ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və sonradan müxtəlif bahənələr gətirərək məsuliyyətdən yayınmaq istəmişdir. Birinci instansiya məh kəməsi qətnamə qəbul edərkən mülki prosessual qanunvericiliyin normasını səhv təfsir etmişdir. Belə ki, Sərsəng su anbarının erməni işğalı altında olması faktı uzun müddət davam etdiyindən, qabaqcadan hamıya məlum olduğundan və eyni zamanda gözlənilmədən baş vermədiyindən fors-major hallarına aid edilə bilməzdi. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında mövcud olmuş sübutların məcmusuna səhv hüquqi qiymət verilmiş, mülki məhkəmə icraatı zamanı sübutların obyektiv və ədalətli araşdırılması təmin edilməmiş, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlməmiş və maddi hüquq normaları səhv təfsir edilmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X1 edənin suallarına cavab olaraq bildirmişdir ki, həmin hal fors-major hallarına aid edilə bilməzdi. Cavabdeh vəziyyət barədə iddiaçıya heç bir məlumat verməmişdir. Su problemi ilə bağlı cavabdeh onlara müraciət etməmiş, müqavilə şərtlərində belə bütün texniki işlərin cavabdeh tərəfindən həll edilməsi nəzərdə tutulmuşdur. Müqavilə 9 hektar ərazi üçün bağlanmışdır. Onlar cavabdehdən faiz və ya cərimə tələb etməmişlər.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh verilən suallara cavab olaraq bildirmişdir ki, o, vəziyyət barədə şirkətin qaynar xəttinə dəfələrlə müraciət etmişdir. May ayında suvarmış, lakin sonra su olmadığı üçün suvarma işi apara bilməmişdir. Əkin isə ən azı 3 dəfə suvarılmalı idi.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(104)-2376/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər-Mustafa Mustafayev, Fikrət Mehtiyev, Rəhman Muradov) apellyasiya şikayətinin qismən təmin edilməsi, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(040)-834/2024 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh əsas borca görə 5806,71 manat, 63 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 76 manat olmaqla, cəmi 5.945,71 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd etmişdir ki, hamıya bəlli olan haldır ki, ermənilər 30 ildən artıqdır ki, Ağdərə rayonu ərazisindəki yüksəkliklərdə yerləşən su mənbələrini nəzarətdə saxlayıb və həmin s u hövzəsinin yaxınlığında yerləşən torpaqların su ilə təminatına ciddi maneələr törədib. Beləliklə, Sərsəng su anbarının gözlənilmədən ermənilər nəzarəti altına keçməsi faktı müəyyən edilməmiş və sözügedən hal 30 il müddətində davam etmişdir. Sərsəng su anbarının erməni işğalı altında olması faktı fors-major şəraitinə aid edilə bilməz. Bundan başqa, Sərsəng su anbarının erməni işğalı altında olması ilə cavabdehə məxsus torpaq sahəsinin suvarılmaması arasında səbəbli əlaqənin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Eyni zamanda, cavabdeh fors-major şəraiti barədə iddiaçını məlumatlandırmamış və bununla da, qarşı tərəfin zərərinin artmasına şərait yaratmışdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Sərsəng su anbarı 30 ildən artıqdır ki, ermənilərin işğalı altında olm uş və cavabdehin də hamı kimi bu haldan xəbəri olmuşdur.
21. Məhkəmə kollegiyaya qeyd etmişdir ki, cavabdeh məhkəmə iclasında vəziyyətlə bağlı iddiaçının qaynar xəttinə məlumat verməsini bildirsə də, bu barədə sübut təqdim edə bilməmişdir.
22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh mübahisəli ərazini may ayında suvardığını bildirmişdir. Lakin sonradan su olmadığı üçün suvarma işlərini apara bilmədiyini, əkinin isə ən azı 3 dəfə suvarılmalı olduğunu qeyd etmişdir. Cavabdeh müqavilə bağlayarkən ərazinin yerləşdiyi yeri və müqavilənin şərtlərini bilmiş, mövcud riski qəbul edərək həmin müqaviləni könüllü surətdə bağlamışdır.
23. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ********* saylı “2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsi ”nə əsəsən, cavabdeh 9 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə, yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh müqaviləyə əsasən malları istehlakçıya qismən vermiş, bununla da, iddiaçının ödənişlərin geri qaytarılmasını borcverəndən tələb etmək hüququ yaranmışır. Nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 5806,71 manat əsas borcu yaranmışdır.
24. Məhkəmə kollegiyası iş üzrə g əldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 427, 442, 443.1, 443.7, 448.1, 448.4, 746-6.1, 746-6.1.1, 7466.1.2, 746-6.2, 746-6.3, 746-6.3.1, 746-6.3.2, 746-6.3.3, 746-6.4 və 746-6.5-ci Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 81, 88, 217.3 və 385.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil İnqlab oğlu) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2376/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və ona qarşı verilmiş iddianın tamamilə rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti iddia tələbinə etirazla analoji məzmunda əsas landırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
28. Maddə 385.1. Öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə
425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
30. Maddə
427. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutur sa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.
31. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhd əliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
33. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun c avabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.
36. Maddə 746-6.1. Müəyyən malların alqı-satqısı və ya xidmətlərin göstərilməsi üzrə müqavilənin maliyyələşdirilməsi üçün bağlanan və həmin müqavilə ilə iqtisadi əlaqəsi olan istehlak krediti müqaviləsi əlaqəli kredit müqaviləsi hesab olunur. İqtisadi əlaqə aşağıdakı hallardan birinin mövcudluğu ilə şərtləndirilir: - kredit müqaviləsinin hazırlanması və bağlanması ilə əlaqədar olaraq borcverən satıcının (xidmət göstərənin) xidmətlərindən istifadə edir; - müəyyən malın alqı-satqısı (xidmətin göstərilməsi) kredit müqaviləsində aşkar göstərilir.
37. Maddə 746-6.2. Əlaqəli kredit müqaviləsi ilə əhatə olunan mallar istehlakçıya verilmədikdə (xidmətl ər göstərilmədikdə), qismən verildikdə (xidmətlər qismən göstərildikdə), yaxud alqı-satqı (xidmət) müqaviləsinə uyğun olmadıqda, istehlakçının əlaqəli kredit müqaviləsindən yaranan öhdəliklərinin icrasını dayandırmaq və ödənişlərin geri qaytarılmasını borcverəndən tələb etmək hüququ vardır.
38. Maddə 746-6.3. İstehlakçı bu Məcəllənin 746-6.2-ci maddəsində göstərilən hüquqlarını yalnız aşağıdakı hallarda həyata keçirə bilər: - istehlakçı alqı-satqı (xidmət) müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə dair satıcıya (xidmət göstərənə) müraciət etmişdir və bu müraciət tarixindən sonra bir ay müddətində müvafiq alqı-satqı (xidmət) müqaviləsinin şərtləri yerinə yetirilməmişdir; - alqı-satqı müqaviləsi malların lazımi keyfiyyətdə olmaması səbəbindən ləğv edildiyi halda, bu şərtlə ki, istehlakç ı borcverənə malların lazımi keyfiyyətdə olmaması barədə müraciət etmişdir; - alqı-satqı (xidmət) müqaviləsinə satıcı (xidmət göstərən) tərəfindən malların verilməməsi (xidmətlərin göstərilməməsi) səbəbindən xitam verilməsi halları istisna olmaqla, istehlakçı ləğv edilmiş alqı-satqı (xidmət) müqaviləsi əsasında aldıqlarını qaytarmışdır.
39. Maddə 746-6.4. İstehlakçı bu Məcəllənin 746-6.3-cü maddəsində göstərilən halların baş verməsi ilə bağlı borcverənə müraciət etdikdə, borcverən 10 (on) iş günü ərzində istehlakçıya ödənişləri geri qaytarır və satıcıdan (xidmət göstərəndən) istehlakçıya geri qaytarılmış ödənişləri və digər xərcləri tələb etmək hüququnu əldə edir.
40. Maddə 746-6.5. Bu Məcəllənin 746-6-cı maddəsində xidmətlərin göstərilməsi üzrə müddəalar işlərin görülməsi üzrə münasibət lərə də şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasın a, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara və cavabdehin dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, ermənilər 30 ildən artıqdır ki, Ağdərə rayonu ərazisindəki yüksəkliklərdə yerləşən su mənbələrini nəzarətdə saxlayıb və həmin su hövzəsinin yaxınlığında yerləşən torpaqların su ilə təminatına ciddi maneələr törədib. Sərsəng su anbarının gözlənilmədən ermənilər nəzarəti altına keçməsi faktı müəyyən edilməmiş və sözügedən hal 30 il müddətində davam etmişdir. Sərsəng su anbarının erməni işğalı altında olması faktı fors-major şəraitinə aid edilə bilməz. Bundan başqa, Sərsəng su anbarının erməni işğalı altında olması ilə cavabdehə məxsus torpaq sahəsinin suvarılmaması arasında səbəbli əlaqənin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Eyni zamanda, cavabdeh fors-major şəraiti barədə iddiaçını məlumatlandırmamış və bununla da, qarşı tərəfin zərərinin artmasına şərait yaratmışdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Sərsəng su anbarı 30 ildən artıqdır ki, ermənilərin işğalı altında olmuş və cavabdehin də hamı kimi bu haldan xəbəri olmuşdur. Cavabdeh məhkəmə iclasında vəziyyətlə bağlı iddiaçının qaynar xəttinə məlumat verməsini bildirsə də, bu barədə sübut təqdim edə bilməmişdir. Cavabdeh mübahisəli ərazini may ayında suvardığını bildirmişdir. Lakin sonradan su olmadığı üçün suvarma işlərini apara bilmədiyini, əkinin isə ən azı 3 dəfə suvarılmalı olduğunu qeyd etmişdir. Cavabdeh müqavilə bağlayarkən ərazinin yerləşdiyi yeri və müqavilənin şərtlərini bilmiş, mövcud riski qəbul edərək həmin müqaviləni könüllü surətdə bağlamışdır.
54. Cavabdehin kassasiya şikayətinin dəlilləri eyni məzmunlu olm uş göründüyü kimi apellyasiya məhkəməsi həmin dəlilləri tam şəkildə araşdırmış və qiymətləndirmişdir.
55. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
56. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının araşdırılmaması, iddianın sübut olunmamasına dair kassasiya şikayətinin dəlil ləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ve rilmir.
57. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2(104)-2376/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın