Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1882/2025 22.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Şəmkir rayon 1 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əqd; etibarlı əqd; reyestrin həqiqiliyi va tamlığı prezumpsiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Şəmkir rayon 1 saylı notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-217/2025 nömrəli iş üzrə 14 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. JN–565 saylı Dövlət Aktından görünür ki, Şəmkir rayon AİK-nın xx.xx.1998–ci il tarixli 47 nömrəli qərarı ilə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.72 ha torpaq sahəsi X3 adına verilmişdir; 2. xx.xx.2023–cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən Çıxarışdan görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.4515 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ ilə X5 adına qeyd edilmişdir;
3. Ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2020 – ci il tarixdə vəfat etmişdir; 4. 16.02.2023–cü il tarixli 2V–344 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X5 vərəsəsi İddiaçı miras əmlakdan – Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.25 ha olan torpaq sahəsinin ona düşən hissəsindən və fərdi yaşayış evindən pay almışdır; 5. xx.xx.2023–cü il tarixli 2V–1810 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X5 vərəsəsi İddiaçı miras əmlakdan – Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.4515 ha olan torpaq sahəsindən tam hissədə pay almışdır;
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024–cü il tarixli arayışdan görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.72 ha torpaq sahəsinə dair sənəd əsasları: X2 adına AİK–nın xx.xx.1998–ci il tarixli 47 nömrəli qərarı ilə JN–565 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında ayrılmış 0,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,27 ha hissəsinə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış, 0.4515 ha hissəsinə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. 7. 3M-1012 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.4515 ha torpaq sahəsini 4000 manata Cavabdeh1 satmışdır; 8. xx.xx.2023 –cü il tarixli, ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.4515 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeyd edilmişdir; 9. xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, X7, X6, İddiaçı, X10 və X8 mülkiyyətlərində olan 2.3238 ha torpaq sahəsini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1292.1 maddəsinə uyğun olaraq adı çəkilən torpaq sahəsində mərhum xx.xx.2018-ci il tarixdə vəfat etmiş Cəfərov Bəhrəm Mütəllim oğluna aid Şəmkir rayon 1 saylı notariat ofisinin notariusu tərəfindən xx.xx.2023cü il tarixdə 2V-2600, 2607, 2608, 2609 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkiyyətlərinə verilmiş yuxarıda adı çəkilən torpaq sahəsindəki mira s payını Nümayəndə2 5000 manata satmışlar; 10. 13.11.2023–cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Nümayəndə2 və onun digər ailə üzvlərinin Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 2.3238 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən hər birinin payı 0.033969 ha olmaqla, mülkiyyət hüququ qeydə alınmışdır. Həmçinin, həmin çıxarışla müəyyən edilir ki, xx.xx.2023–cü il tarixdə 2.3238 ha torpaq sahəsinin 2.12 ha hissəsi X4 adına qeyd edilmişdir; 11. xx.xx.2023–cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, X7, İddiaçı, X6, X10, Nümayəndə2 mülkiyyətlərində olan 1.6633 ha torpaq sahəsini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1292.1 maddəsinə uyğun olaraq adı çəkilən torpaq sahəsində mərhum xx.xx.2018–ci il tarixdə vəfat etmiş Cəfərov Bəhrəm Mütəl lim oğluna aid Şəmkir rayon 1 saylı notariat ofisinin notariusu tərəfindən xx.xx.2023cü il tarixdə 2V2596, 2598, 2601, 2602 və 2603 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkiyyətlərinə verilmiş yuxarıda adı çəkilən torpaq sahəsindəki miras payını 33600 manata Cavabdeh1 satmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehlər Cavabdeh1, Şəmkir rayon 1 saylı notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəmkr Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2023–cü il tarixdə 2V–1810 saylı reyestrlə qeydə alınmış V– 142/2023 saylı vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış əsasında mülkiyyətinə verilmiş 0.4515 ha torpaq sahəsinin cavabdehə satılmasına dair Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə 3M–1012 saylı reyestrlə qeydə alınmış alğı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair xx.xx.2023–cü il tarixli **********0 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə 2V-1810 s aylı reyestrlə qeydə alınmış V142/2023 saylı vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2023–cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış əsasında mülkiyyətinə verilmiş 0.4515 ha torpaq sahəsinin cavabdehə satılmasına dair Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə 3M-1012 saylı reyestrlə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair xx.xx.2023–cü il tarixli **********0 qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi və vəkilə ödənilmiş 550 (beş yüz əlli) manat xidmət haqqının cavabdehdən alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon AİK- nın xx.xx.1998–ci il tarixli qərarı ilə və JN–565 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı əsasında ata nənəsi – xx.xx.2020–ci ildə vəfat etmiş X5 mülkiyətinə verilmiş 0.4515 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023–cü il tarixdə 2V– 1810 saylı reyestrlə qeydə alınmış və V-142/2023 saylı vərəsəlik işi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə miras əmlak olaraq ona verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair xx.xx.2023–cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış verilmişdir. Həmin torpaq sahəsi Şəmkir rayonu Qapanlı kəndinin ərazisində yerləşir. Bundan əlavə qeyd edir ki, Şəmkir rayon AİK–nın xx.xx.1998–ci il tarixli 47 saylı qərarı ilə və JN–564 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı əsasında ail əsinin mülkiyyətinə 4.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir ki, həmin torpağın 2,32 ha hissəsi ilk vaxtlardan ailəsinin mülkiyyətində və faktiki sahibliyindədir. Qalan 1.80 ha hissəsi isə yolun digər tərəfində olmaqla həmin sahənin 1.66 ha hissəsini həmkəndlisi X4 istifadəsinə vermişlər, lakin satmamışlar. Həmin sahənin 0.13 ha hissəsi də ailə üzvlərinin faktiki sahibliyində və istifadəsindədir. Həmin 1.66 ha torpaq sahəsinə bitişik vəziyyətdə isə mərhum ata nənəsi Qənirə Cəfərovanın mülkiyyətinə verilmiş 0.4515 ha torpaq sahəsi yerləşir. Həmin 0.4515 ha torpaq sahəsini nənəsi özü vəfat edənədək istifadə etmişdir. Nənəsinin vəfatından sonra Raqif Süleymanov onun anasına müraciət edərək özünün istifadəsində olan, lakin onun ailəsinin mülkiyyətindəki 1.66 ha torpaq sah əsi ilə Cavabdeh1 atası Müsbət Həsənovun mülkiyyətində olan və onların ailəsinin mülkiyyətindəki torpaq sahəsini qonşuluqda yerləşən torpaq sahəsinin bir hissəsi ilə dəyişdirmək istəməsini bildirmişdir. Anası Nümayəndə2 da Müsbətin təklifi ilə razılaşdıqdan sonra, Raqif Süleymanovun istifadəsində olan 1.66 ha torpaq sahəsinin dəyişdirilməsi üçün torpaq aktlarını evlərindən Müsbət Həsənov və Raqif Süleymanov aparmışlar. Ancaq həmin vaxt anası Nümayəndə2 Rusiya Federasiyasının SanktPeterburq şəhərində bacısının ərinin vəfatına görə hüzr mərasimində iştirak etmək üçün Rusiyaya getmişdir. Anası Rusiyadan qayıtdıqdan sonra Müsbət Həsənov torpaqların dəyişdirilməsi üçün lazım olan sənədlərin hazırlanmasını özü təşkil edərək Rusiyadakı bacısından etibarnamə gətizdirmiş və sonunda onların ailə üzv ləri notariat kontoruna aparılmışlar. Orada müvafiq sənədlərə imza etdirildikdən sonra evə qayıtmışlar, Raqiflə Müsbət onlara “biz aldığımız yerin çıxarışını özümüz tərtib etdirmişik, siz də özünüzün torpağınızın çıxarışını almalısınız” demişlər. Sabahı gün anası Nümayəndə2 ailələrinin pay torpağının aktlarını vətəndaşlara verilən subsidiyanın alınması üçün Kənd Təsərrüfatı idarəsinə təqdim etmişdir. Həmin vaxt orada işləyən əməkdaşlar anasına bildirmişlər ki, nənəsinin miras 0.4515 ha torpağı və Raqifin istifadəsində olan, onlara məxsus 1.66 ha torpaq sahəsi ailəsinin mülkiyyətindən çıxarılmış, Müsbət Həsənov tərəfindən isə onlara heç bir torpaq sahəsi satılmamışdır. Onu da əlavə edir ki, notariat kontorunda işləyən əməkdaşlar ona "xxxx"dan qəbzlə pul gəlməsi barədə verilən məlumat əsasın da Müsbət Həsənovla o, birlikdə "xxxx"a daxil olmuş və həmin qəbz əsasında bankdan verilən pulu Müsbət Həsənov özü götürmüş, notariat kontoruna qayıtdıqda həmin pulu Müsbət Həsənov özü ilə götürüb avtomaşında Raqif Süleymanova vermişdir. Yəni, onun adına tərtib edilmiş qəbzlə olan və miqdarını bilmədiyi pul ona verilməmiş, bankdan da Müsbət Həsənov özü götürüb küçədə dayanmış avtomaşınlarında Raqifə vermişdir. Hadisənin səhəri Raqif Süleymanovu və Müsbət Həsənovu evə çağırmışlar. Anası onlardan nəyə görə onları aldatmalarını, guya torpaq dəyişdirmək adı ilə nənəsinin və ailəsinin torpağını onlardan almaları barədə sənədlərə aldatma yolu ilə imza etdirmələrini və onun adına qəbz tərtib edilmiş pulun da Raqifə verilməsinin səbəbini soruşduqda, Müsbət Həsənov həmin pulun guya özünün mülkiyyət ində olan meyvə ağaclarına görə Rusiyada olan oğlu Rabil tərəfindən onun adına göndərilməsini, ancaq həmin pulun ona deyil, onun özünə çatmalı olmasını, həmçinin Raqif Süleymanov da ona acıqla lazım olan sənədləri tərtib etdirmələrini, artıq hara şikayət etsələr də, nəticəsinin olmayacağını tənəli şəkildə bildirmişdir. Bundan sonra məcbur olub məhkəməyə müraciət etmişdir. Bir daha qeyd edir ki, Şəmkir rayon AİK–nın xx.xx.1998–ci il tarixli qərarı ilə və JN-565 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı əsasında ata nənəsi, xx.xx.2020–ci ildə vəfat etmiş X5 mülkiyətinə verilmiş 0.4515 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2023– cü il tarixdə 2V-1810 saylı reyestrlə qeydə alınmış, V142/2023 saylı vərəsəlik işi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əs asında miras əmlak olaraq ona verilmiş 0.4515 ha torpaq sahəsini könüllü olaraq iradəsi əsasında Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2023–cü il tarixli 3M–1012 saylı reyestrlə qeydə alınmış alğı–satqı müqaviləsi əsasında cavabdehə satmamışdır. Həmin müqaviləyə ailəsinə məxsus və Raqif Süleymanovun istifadəsinə verdikləri 1.66 ha torpaq sahəsinin Müsbət Həsənova məxsus eyni həcmdəki torpaq sahəsi ilə dəyişdirilmək məqsədi ilə dəyişmə müqaviləsi olaraq imza etdirilmişdir. Nə də ki, sonradan müqavilə ilə tanış olarkən ona məlum olan və həmin müqavilədə qeyd olunan 4000 manat pul cavabdehin özü və ya etibarnamə üzrə nümayəndəsi atası Müsbət Həsənov tərəfindən ona verilməmiş, həmin pul qeyd etdiyi kimi həmkəndlisi Raqif Süleymanova verilmişdir. Beləliklə, cavabdehlə və onun etibarnamə üzrə nümayəndəsi Müsbət Həsənovla aralarında torpaq alğı-satqısı barədə hər hansı razılaşma olmamış, yalnız torpaqların dəyişdirilməsi barədə onların təklifinə ailəsi razılaşmış, ona görə həmin dəyişməyə dair sənədləşməyə imza etməsi üçün notariat kontoruna dəvət edilmiş və bu adla ona təqdim edilən sənədlərə imza etmişdir. Həmin vaxt nə cavabdehin nümayəndəsi, nə də notariatın əməkdaşları ona torpağı satmasına dair sənədlərə imza etməli olmasını bildirməmişlər. Eyni zamanda, cavabdehin əvəzindən sənədlərə imza edən nümayəndəsi də ona guya satdığı torpağa görə hər hansı məbləğdə pul ödəməmiş, formal olaraq alğı-satqı kimi sənədləşdirilmiş müqavilə üzrə cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ancaq onun vərəsəlik qaydasında mülkiyyətinə verilmiş 0.4515 ha torpağına müqavi lə əsasında və faktiki olaraq sahiblənmişdir. Belə olan halda hesab edir ki, xx.xx.2023-cü il tarixdə 2V-1810 saylı reyestrlə qeydə alınmış və V-142/2023 saylı vərəsəlik işi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras olaraq ona verilmiş 0.4515 ha torpaq sahəsinin satılmasına dair Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixli 3M–1012 saylı reyestrlə qeydə alınmış alğı-satqı müqaviləsi onun iradəsi ziddinə aldatma yolu ilə tərtib edildiyinə görə etibarsız hesab edilməli, həmin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair xx.xx.2023–cü il tarixli **********0 qeydiyyat nömrəli Çıxarış ləğv edilməlidir.
15. Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli 2(076)-2071/2024 nömrəli qətnaməsi ilə (h akim Zaur Allahyarov) iddianın rədd edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Şəmkir Rayon 1 saylı Dövlət Notariat Ofisinə və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 324.1, 324.2, 324.4, 337.1, 337.2, 337.3, 337.4, 339.2, 354.2 və 390.1-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında no tariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 160-1-ci maddəsinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iclasında özü və nümayəndələri olan anası Nümayəndə2 və vəkili Nümayəndə1 tərəfindən verilmiş izahatlarda qeyd edilmişdir ki, ata nənəsindən miras qalmış Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0,4515 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qanun üzrə vərəsəlik əsasında xx.xx.2023-cü il tarixli vərəsəlik haqda şəhadətnamə və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətinə verilmişdir. Həmçinin, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 47 saylı qərarı ilə və JN 564 Torpağa Mülkiyyət hüqüququna dair Dövlət aktı əsasında ailələrinin mülkiyyətinə verilmiş 4,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,32 ha hissəsi ailələrinin sahibliyində və istifadəsində olmuş, həmin sahənin qalan 1,80 hissəsi isə ara yolunun digər tərəfində yerləşməklə həmin sahənin 1,66 ha hissəsi atamın sağlığında ikən, hazırkı mülki iş üzrə 3cü şəxs qismində cəlb edilmiş, həmkəndlim X4 istifa də haqqı ödənilməklə istifadəsinə verilmiş, ancaq satılmamış, həmin sahənin qalan 0,13 ha hissəsi isə ailəmizin istifadəsində və sahibliyində olmuşdur. Ata nənmdən miras olaraq qalmış 0,4515 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini isə nənəsi sağlığında özü istifadə etmiş, vəfatından sonra isə o istifadə etmişdir. Üçüncü şəxs Raqif Süleymanov anası Nümayəndə2 müraciət edərək, atasının sağlığında ikən ona istifadə üçün verdiyi ailələrinə məxsus 1,66 ha torpaq sahəsini Cavabdeh1 atası mülki iş üzrə üçüncü şəxs Müsbət Həsənov torpaqla qonşuluqda yerləşən, ona məxsus torpaq sahəsinin bir hissəsi ilə dəyişmək istəməsini bildirmiş, anası da razı olmasına görə anasının Rusiyada olduğu zaman qeyd olunan torpaqların dəyişdirilməsi üçün evdə olan torpaq sənədlərini Raqif götürüb Müsbət Həsəno va vermişdir ki, anası Rusiyadan gələnədək dəyişmə müqaviləsi üzrə sənədlər notariat ofisində hazırlansın. Anasının Rusiyadan qayıtmasından sonra isə Müsbət Həsənov evlərindən apardığı sənədlər əsasında Şəmkir rayon Notariat Ofisində torpaq dəyişmə müqaviləsi artıq hazırlanmış olmasını və həmin sənədlərə imza etməli olmağını bildirmiş və Rusiyada yaşayan bacısından da anasının vasitəsilə etibarnamə alınmasına görə notariat ofisinə gedərək əməkdaşların təqdim etdikləri sənədlərə imza etmişlər. Ancaq, nənəmdən miras olaraq mənim mülkiyyətimə keçmiş, 04515 ha torpağın satılması və dəyişdirilmasi baradə nə Müsbət Həsənovla, nə Raqif Süleymanovla aramızda heç bir razılaşma olmamışdır. Ona görə də Müsbət Həsənov və Raqif Süleymanov tərəfindən ona hər hansı məbləğdə pul təklif edilməmiş və verilm əmişdir. Hətta notariat ofisinə bitişik yerləşən "xxxx" ASC-də onun adına Cavabdeh1 tərəfindən pul göndərilməsi, həmin pulun Müsbət Həsənova aid olması və yalnız onun adına göndərilməsinə görə həmin pul sənədinə imza etməli olmağı ona bildirilmişdir. Bu səbəbdən Müsbət Həsənovla birlikdə "xxxx" ASC-dəki onun adına pul göndərilməsinə dair sənədə imza etmiş, ancaq həmin pulu Müsbət Həsənov özü götürmüş və notariat ofisinin qarşısındakı yolda dayanmış maşında əyləşmiş Raqif Süleymanova vermişdir. Onu da qeyd edir ki, notariat ofisində sənədlərə imza edərkən ailəsinə məxsus 1,66 ha torpaq sahəsini Müsbət Həsənovla dəyişməyini bilmiş, ona görə ondan və aralarında vasitəçilik etmiş Raqif Süleymanovdan hər hansı məbləğdə pul tələb etməmişdir. Nə də onlar ona və ailə üzvlərinə heç bir məbləğdə pul verməmişlər. İfadələrində qeyd olunduğu kimi notariat ofisində təqdim olunan torpaq dəyişdirilməsinə dair sənədlərə imza edərək evlərinə qayıtmışlar. Səhəri günü pay torpaqlarına görə dövlət tərəfindən vətəndaşlara ödənilən subsidiyanı almaq üçün anası sənədləri kənd təsərrüfatı idarəsinə təqdim edərkən, idarənin əməkdaşları anasına bildirmişlər ki, ailələrinə məxsus 1,66 ha torpaq sahəsi də mülkiyyətlərindən çıxarılmış, əlavə olaraq nənəsindən ona miras qalmış və mülkiyyətində olan 0,4515 ha torpaq sahəsi də onun mülkiyyətindən çıxarılmış, ancaq Müsbət Həsənov tərəfindən mülkiyyətlərinə heç bir torpaq sahəsi keçirilməmişdir. Ona görə iş üzrə üçüncü şəxslər Müsbət Həsənovu və Raqif Süleymanovu evlərinə çağırıb nənəsinin torpağını hansı əsasla mülkiyyətdən çıxarılması, əgər torpaq dəyişilm işdirsə, Müsbət Həsənovdan ailələrinə hansı ölçüdə torpağın verilmiş olmasını soruşduqda. onlar kinayə ilə “onlara lazım olan sənədi tərtib etdirmələrini, artıq hara şikayət etsək də, nəticəsinin olmayacağını” bildirmişlər. Həmçinin, üçüncü şəxslər məhkəmə iclasında özləri də etiraf etdilər ki, tərtib edilmiş alğı-satqı müqaviləsi üzrə cavabdehin adından ona heç bir məbləğdə pul verməmişlər, onun adına Cavabdeh1 tərəfindən Rabitəbank vasitəsilə göndərilmiş pulun hamısını o, Rabitəbankın sənədinə imza etdikdən sonra həmin pulu bankın kassasından Müsbət Həsənov özü götürüb küçədəki maşında əyləşmiş Raqif Süleymanova vermişdir.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-217/2025 nömrəli iş üzrə 14 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (İ.Həsənov (sədrliyi və məruzəsi ilə ), hakimlər R.Məcidov və G.Cavadova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli 2(076)-2071/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən aşağıdakıları qeyd etmişdir:
21. İlk növbədə qeyd edilməlidir ki, mübahisələndirilən əqd səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Mübahisələndirilən alğı-satqı müqaviləsinin mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığı öz təsdiqini tapdığından məhkəmə kollegiyası həmin müqaviləni etibarlı əqd olaraq qiymətləndirir.
22. İddiaçı mübahisələndirilən alğı-satqı müqaviləsinin əslində ailələrini n birgə mülkiyyətində olan 1.65 ha torpaq sahəsi ilə bağlı olduğunu və Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.4515 ha torpaq sahəsini satmaq niyyətinin olmaması barədə dəlillər irəli sürmüşdür. Lakin, iddiaçının imzaladığı alğı-satqı müqaviləsinin mətnindən görünür ki, orada müqavilənin onun iradəsinə uyğun tərtib edildiyinə dair müddəa vardır. Bununla yanaşı, məsələnin obyektiv həlli baxımından diqqət yetirilməli haldır ki, mübahisələndirilən alğı-satqı müqaviləsi İddiaçı bilavasitə iştirakı ilə tərtib edilmişdir.
23. Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi bu maddənin tətbiqedilən olması üçün kontragent, tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır. Hazırkı işdə iddiaçının mübahisələndirilən əqdi aldadılma nəticəsində bağlamış olması öz təsdiqi ni tapmır.
24. «Torpaq sahəsinin dəyəri 4000 manat vəsaitin ödənilməməsi» barədə iddiaçının arqumentləri də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır.
25. Belə ki, mübahisələndirilən alğı-satqı müqaviləsinə təkcə onun hərfi mənası baxımından deyil, iş üzrə tərəflərin qarşılıqlı münasibətləri, müqaviləyə qədərki və sonrakı danışıqları, onun digər şərtləri və mənası baxımından qiymət verilməlidir.
26. Hazırkı işin müəyyən edilmiş və faktiki hallarından göründüyü kimi, iddiaçı, cavabdeh və üçüncü şəxslər arasında əldə edilmiş razılaşmaya əsasən üçüncü şəxs Raqif Süleymanov mülkiyyət hüququ ilə ona məxsus 2.12 ha torpaq sahəsini alğı-satqı müqaviləsi ilə iddiaçının anası Nümayəndə2 satmış, iddiaçı və onun ailə üzvləri isə mülkiyyətlərində olan 2.11 ha (0.4515 ha + 1.66 ha = 2.11 ha) t orpaq sahəsini alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışlar. Göründüyü kimi tərəflər arasında əldə edilmiş razılığa əsasən iddiaçı və onun ailə üzvləri onlara məxsus həmin ölçüdə torpaq sahələrinin əvəzində Raqif Süleymanovdan torpaq sahəsi əldə etmişlər. Yəni başqa sözlə faktiki olaraq torpaqların dəyişməsi əsasında mübahisə predmeti olan torpağın dəyəri cavabdeh tərəfindən Raqif Süleymanova ödənilmişdir.
27. Məhkəmə kollegiyası Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələri baxımından tərəflər arasındakı müqavilə şərtlərini təfsir edərək hesab edir ki, iddiaçı könüllü olaraq cavabdehlə mübahisələndirilən alğı-satqı müqaviləsini və onun nəticələrini bilərək bunu arzu etmişdir. Bir sözlə alğı-satqı müqaviləsi iddiaçının həqiqi iradə ifadəsini əks etdirmişdir.
28. «Tərəflər arasında ola n razılaşmaya əsasən iddiaçı 1.66 ha torpaq sahəsini Müsbətə, o da öz mülkiyyətində olan torpaq sahəsindən 1.66 ha hissəni iddiaçıya və onun ailə üzvlərinə verməli olmuşlar. İddiaçı 0,4515 ha torpaq sahəsini satmamışdır» barədə iddiaçı tərəfin arqumentləri də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır.
29. Belə ki, yuxarıda da göstərildiyi kimi üçüncü şəxs Raqif Süleymanov mülkiyyət hüququ ilə ona məxsus 2.12 ha torpaq sahəsini alğı-satqı müqaviləsi əsasında iddiaçının anası Nümayəndə2 satmışdır ki, bu da ağlabatan məhkəmə mühakiməsi əsasında belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı tərəf 0.4515 ha torpaq sahəsini digər 1.66 ha torpaq sahəsi ilə birlikdə (0.4515 ha + 1.66 ha = 2.11 ha) özgəninkiləşdirilməsinə dair öz iradəsi ilə sərəncam vermişdir.
30. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən alğı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğundur. Müqavilənin iddiaçının iradəsinə zidd bağlanmış olması barədə hazırkı iddia tələbi əsassızdır, alğı-satqı müqaviləsinin etibarsızlığı üçün hər hansı hüquqi əsas yoxdur. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir.
31. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, alğı-satqı müqaviləsinin etibarsızlığından irəli gələn digər tələb üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünki alğı-satqı müqavilələrinin etibarsız h esab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.
32. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 337.1, 337.3, 337.4, 339.2, 339.3, 567, MPM-nin 14.1, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayətində işin halları sadalanmış və qanunvericilik normalarına istinad olunmuş, əlavə olaraq qeyd edilmişdir ki, Nümayəndə2 iddaçı İddiaçı anası olsa da, ayrı təsərrüfatları var dır. Elçin X1 arasında heç bir dəyişmə müqaviləsi mövcud deyildir. Məhkəmə ehtimallara əsaslanaraq qətnamə çıxarmış və Azərbaycan Respublikasının MM-nin 662.1-ci maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkə məsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
38. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
39. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
40. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
41. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
42. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi m übahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
43. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
44. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə vermə yi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
47. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
48. Maddə 7 7.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və q iymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikay əti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-217/2025 nömrəli iş üzrə 14 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.