Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1883/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanun üzrə vərəsəlik Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (məruzəçi), X10 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qusar rayon Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəl ələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsi) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik müəyyən olunmaqla miras payının ayrılması tələblərinə dair iddia ərizsəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-97/2023 nömrəli iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Miras qoyan X3 18 oktyabr 1981-ci ildə ölmüşdür.
2. Ondan miras qalmış əmlak ünvan-də 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsidir.
3. Miras açılan anda onun 6 nəfər qanun üzrə vərəsəsi olmuşdur: mi ras qoyanın arvadı Cavabdeh, övladları XXX, XXX, XXX, XXX və XXX.
4. XXX 10 mart 1990-cı il tarixdə vəfat etmişdir.
5. XXX xx.xx.2004-cü ildə tarixdə notarial qaydada miras payından imtina etmişdir. 6. 25 mart 2004-cü ilə tarixdə Qusar rayon dövlət notariat kontorundan Cavabdeh adına birgə nikah dövründə əldə edilmiş ünvan-də 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə, 1/2 hissəsinə isə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 7. xx.xx.2013-cü ildə həmin torpaq sahəsi və üzərindəki ev daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır.
8. Sözügedən fərdi yaşayış evi xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditor "xxxx" ASC-nin tələb hüququnun təminatı kim i xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ipoteka ilə yüklü edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar cavabdehə qarşı məhkəməyə müraciət edərək, Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş 25 mart 2004-cü il tarixli 2V-1-XXX reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən həmin şəxsin adına verilmiş xx.xx.2013-cü il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanda 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mərhum atalarına məxsus hissəsinin onların tərəfindən qəbul edilməsi müddətinin uzadılması və miras paylarının ayrılıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
10. İddianın əsaslarına görə, miras açıldıqda 19 yaşı olan İddiaçı2, 14 yaşı olan XXX və 5 yaşı olan İddiaçı1 anaları Cavabdeh və digər bacı-qardaşları ilə həmin evdə yaşamışlar. Sonralar Rusiya Federasiyasında yaşasalar da, hər yay gəlib orada qalmış, evi öz vəsaitləri ilə bərpa və əsaslı təmir etmişlər, mübahisəli evin atalarından qalan əmlak kimi vərəsəlik qaydasında bölünməsini gözləmişlər. 2019-cu ilin ortalarında onlara məlum olmuşdur ki, həmin ev vərəsəlik qaydasında bütövlükdə anaları Cavabdeh adına rəsmiləşdirilmişdir. İddiaçılar özlərinin vərəsəlik hüquqlarının pozulmasına istinad edərək aşağıdakı iddia tələblərini irəli sürmüşlər.
11. Qusar Rayon Məhkəməsinin (hakim A.Vəliyev) 2(029)-96/ 2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş 25 mart 2004-cü il tarixli 2V-1-XXX reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən həmin şəxsin adına verilmiş RX ******* nömrəli xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mərhum X1 məxsus 1/2 (50 faiz) hissəsinin miras əmlak kimi iddiaçılar tərəfindən qəbul edilməsi müddəti, ötürülmənin səbəbləri üzrlü sayılaraq uzadılaraq, vərəsəlik hüquqlarının tanınması və 1/2 (5 0 faiz) hissədən ibarət həmin mirasın 1/4 hissəsinin İddiaçı2, 1/4 hissəsinin iddiaçı nın, 1/4 hissəsinin İddiaçı1, 1/4 hissəsinin Cavabdeh mülkiyyətinə verilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh və üçüncü şəxs DƏDRX ondan apellyasiya şikayətləri vermişlər.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) 2(105)-1713/21 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə hər iki apellyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. c) Kassasi ya instansiyası məhkəməsində icraat
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı1 ondan kassasiya şikayəti vermişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Z.Əliyev (sədrlik edən və mərizəçi), A.Hüseynov və İ.Xələfov) 2(102)-124/2022 nömrəli iş üzrə 26 yanvar 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
16. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, “... apellyasiya instansiyası məhkəməsi xx.xx.1981-ci ildə XXXun ölümü ilə açılmış miras üzrə vərəsəlik hüququna dair mübahisəyə həmin tarixdə qüvvədə olan Mülki Məcəllənin deyil, 2000-ci ildən sonra qüvvəyə minmiş Mülki Məcəllənin normalarını tətbiq etmişdir. Halbuki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır (§ 29). 1981-ci ildə qüvvədə olan Mülki Məcəlləyə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar, ər (arvad) birinci növbə vərəsələr hesab olunurlar. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir (§ 23-27). Apellyasiya məhkəməsi qətnam əsində göstərmişdir ki, iddiaçılar mirasın qəbulu barəsində heç bir hərəkət etməmişlər. Bununla yanaşı, həmin məhkəmə müəyyən etmişdir ki, mirasın açıldığı 18 oktyabr 1981-ci ildə iddiaçılardan İddiaçı2 19 yaşı olmuş, XXX və İddiaçı1lar isə yetkinlik yaşına çatmamışdılar. Eyni zamanda Cavabdeh məhkəməyə bildirmişdir ki, əri vəfat etdikdən sonra beş övladını təkbaşına böyütmüşdür. Beləliklə, əgər iddiaçıların miras açıldıqdan sonra mübahisə predmeti olan evdə cavabdehlə birlikdə yaşamaları mübahisə olunmursa, onların mirası faktiki qəbul etməmələri barədə apellyasiya məhkəməsinin gəldiyi qənaət qanunvericiliyə uyğun hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, istinad olunan qanuna görə, qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur (§ 27). Bu hal ona dəlalət edi r ki, vərəsə mirası hər hansı formada qəbul etdikdən sonra əmlak üzərində mülkiyyət hüququ əldə edir. Mülkiyyət hüququna isə qanunvericiliklə təminat verilir, mülkiyyətdə olan əşyadan müəyyən müddət ərzində istifadə olunmaması həmin hüququ aradan qaldırmır. Bundan əlavə, iddiaçılar mübahisəli evi öz vəsaitləri ilə bərpa və əsaslı təmir etdiklərini, cavabdeh tərəf isə evi yenidən tikdiyini bildirmişdir. Apellyasiya məhkəməsi qətnaməsində təxminən 2000-ci ildə köhnə ev sökülərək yerində Cavabdeh tərəfindən oğlu XXXın köməkliyi ilə hazırkı evin tikildiyini qeyd etsə də, əvvəla, bunun hansı mötəbər sübutlarla təsdiqləndiyini göstərməmişdir. İkincisi, həmin fakt sübuta yetirildiyi halda bunun mübahisənin hüquqi həlli baxımından əhəmiyyəti, daşınmaz əmlakın dövlət reyestrində əvvəlki evə dair qeydin silinib-silinməməsi, yenisinə dair qeyd aparılıb-aparılmaması, nəticə etibarilə yeni bir daşınmaz əşyanın əmələ gəlib-gəlməməsi, əgər gəlmişsə miras kütləsinə daxil olan torpaq sahəsində yerləşən tikilinin hüquqi statusunun nədən ibarət olması və onun üzərində tərəflərin hansı əşya hüquqlarının yaranması təhlil edilməmiş, istinad olunan həmin xüsusata mülki qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməmişdir. Məhkəmələr tərəfindən o da müəyyən olunmuşdur ki, sözügedən fərdi yaşayış evi xx.xx.2013- cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi həmin hala istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apell yasiya məhkəməsi, rayon məhkəməsinin qətnaməsini ləğv edərkən sözügedən yüklülüyə istinadən qeyd etmişdir ki, “Məhkəmə mübahisəni həll edərkən hər şeydən əvvəl daşınmaz əmlakın cavabdehin mülkiyyətdə olub-olmamasını, özgəninkiləşdirilməsini, həbsdə, yüklü olub- olmamasını araşdırmamışdır”. Kollegiya bildirir ki, əvvəla, apellyasiya instansiyası məhkəməsinin “daşınmaz əmlakın cavabdehin mülkiyyətdə olub-olmaması”, “özgəninkiləşdirilməsi” barədə fikirləri həm hüquqi baxımdan, həm də işin müəyyən edilmiş hallarına aidiyyəti baxımından anlaşılmazdır, bu ifadələrin hansı məsələlər üçün işlədildiyi aydın deyil. Halbuki, məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir (§ 32). Bundan əlavə, a pellyasiya məhkəməsi məhdud əşya hüququ olan ipotekanın yaranma əsaslarını, habelə daşınmaz əşyanın dövlət reyestrindəki məlumatlara güvənərək əşya hüququ əldə edən vicdanlı şəxslərin hüquqlarının müdafiəsinə dair mülki qanunvericiliyin tələblərini də nəzərdə saxlamaqla, mübahisə predmeti olan daşınmaz əşyanın kreditorun xeyrinə ipoteka ilə yüklü edilməsinin hazırkı iş üzrə vərəsəlik mübahisəsinə təsirini, bu çərçivədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin apellyasiya şikayətinin mümkünlüyünü yenidən təhlil etməmişdir. Məlum olduğu kimi, MPM-nin 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiy a baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və İ.Dəmirov) 2(105)-97/2023 nömrəli iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Qusar Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş 25 mart 2004-cü il tarixli 2V-1-XXX reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən onun adına verilmiş RX ******* saylı xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, ünvan 2 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mərhum X1 məxsus 1/2 (50 faiz) hissədən ibarət həmin mirasda 1/4 hissədə İddiaçı2, 1/4 hissədə iddiaçı nın, 1/4 hissədə İddiaçı1, 1/4 hissədə isə Cavabdeh payları müəyyən edilməklə miras əmlak onların mülkiyyətinə verilməsi qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Daha öncə qeyd olunduğu kimi mirasqoyan X3 18 oktyabr 1981-ci ildə vəfat etmişdir. Həmin vaxt İddiaçı2 19, iddiaçı X2 13, İddiaçı1 isə 5 yaşı olmuşdur. Başqa sözlə, iddiaçılar ataları vəfat edərkən həmin evdə yaşamaqla mirası qəbul etmişlər. Bu fakt cavabdehin özünün izahatı ilə də təsdiqini tapır. Belə ki, o, birinci instansiya məhkəməsində verdiyi izahatında təkbaşına 5 övlad böyütdüyünü, onları, o cümlədən XXXni öz zəhməti ilə oxutduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində tərəflərin izahatlarından məlum olur ki, XXX 2003-cü ilədək mübahisəli evdə yaşamış, həmin il Rusiya Federasiyasına getmişdir. Beləliklə, istinad olunan maddi hüquq normasına əsasən miras əmlak 18 oktyabr 1981-ci ildən onu qəbul edən şəxslərə, yəni iddiaçılara və cavabdehə məxsus hesab olunur. İşdən göründüyü kimi Cavabdeh notariusa mirasın qəbulu ilə bağlı ərizə verərkən özündən və oğlu XXXdan başqa vərəsələrin olmadığını bildirmiş, digər vərəsələr barədə notariusa məlumat verməmişdir.... İşin tədqiq olunan faktiki hallarından görünür ki, no tarius da mübahisəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni verərkən üzərinə düşən vəzifələri tam yerinə yetirməmiş, Cavabdeh ondan və oğlu XXXdan başqa vərəsələrin olmaması barədə ərizəsinə inanaraq, digər vərəsələrin mövcudluğu ilə bağlı tədbir görməmişdir, halbuki bu, onun vəzifə borcu olmuşdur.... “Notariat haqqında” AR Qanununun 55-ci maddəsinin tələblərinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Yenə həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüqu qu haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qeyd olunanlardan göründüyü kimi yol verilmiş qanun pozuntuları səbəbindən iddiaçıların vərəsəlik hüquqları pozulmuş, dolayısı ilə onlara çatmalı olan miras paydan mərhum olmuşlar.... Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş 25 mart 2004-cü il tarixli, 2V-1XXX reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan səbəbdən də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin şəxsin adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da etibarsız hesab edilməlidir. Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir.... Hər şeydən əvvəl, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar tərəfindən miras əmlakın qəbul edilməsi müddə tinin uzadılaraq vərəsəlik hüquqlarının tanınması üçün əlavə qərar qəbul etməyə zərurət yoxdur. İşin daha öncə sadalanan hallarından göründüyü kimi iddiaçılar miras əmlakı vaxtında faktiki olaraq qəbul etmişlər və qəbul edildiyi vaxtdan miras əmlak onlara məxsusdur. İşdən göründüyü kimi mərhum Nəsrəddin Kiçbəyovun ölümündən sonra 6 vərəsəsi qalmışdır: arvadı Cavabdeh, oğlu XXX, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2. Digər vərəsə X4 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Həmin şəxsin XXX adlı bir övladı qalmışdır. XXX adlı şəxs hazırda anasının ikinci həyat yoldaşı tərəfindən övladlığa götürülmüşdür. Yenə işdən məlum olur ki, vərəsələrdən XXX Qusar rayon dövlət notariusuna xx.xx.2004-cü il tarixli ərizə ilə müraciət edərək mərhum atası XXXdən miras qalmış ünvan 3 ünvanda yerləşən ev dən ona düşən miras əmlak payından imtina etmişdir. xx.xx.2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 557-ci maddəsinə əsasən vərəsə mirasdan imtina etdiyi halda və vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə onun payına düşən miras hissəsi qanun üzrə vərəsəliyə çağırılan vərəsələrin sərəncamına keçir və onların arasında bərabər payda bölünür.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin qismən, iddia təmin olunan hissədə ləğv edilib, iddianın tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayətinin dəlillərinə görə, vərəsələrdən heç biri miras əmlakı qanuni formada qə bul etməmişlər. Yalnız Cavabdeh və XXX həmin evdə yaşamaqla miras əmlakı faktiki qəbul etmişlər. Digər 4 vərəsə - XXX yetkinlik yaşına çatmasına baxmayaraq, XXX, XXX, XXX miras əmlakı yetkinlik yaşına çatandan sonra qanuni olaraq qəbul etməmişlər. Eyni zamanda, onların miras əmlakı faktiki qəbul etmələri də sübut olunmur. Belə ki, onların anaları Cavabdeh baş çəkmələri, yaxud bir neçə gün onun yanında qalmaları miras əmlakın faktiki qəbulu demək deyil. Miras əmlak sayılan evin sökülərək yerində yeni ev tikilməsindən 20 il ərzində iddiaçılar miras əmlakın qəbulu ilə maraqlı olmamış, yalnız 20 ildən sonra hazırkı iddia tələbini irəlisürmüşlər. Bu isə onu sübuta yetirir ki, iddiaçılar miras əmlakı miras qoyanın ölümündən 39 il sonra mübahisələndirmiş və bu müddətdə mirasın faktiki qəbulu ilə bağlı hər hansı bir hərəkət aparmamışlar. Mirasın faktiki qəbulu miras əmlakı faktiki qəbul edən şəxslər - Cavabdeh və XXX tərəfindən həyata keçirilmişdir və bu səbəbdən də mirasa məhz onların çağırılması tam qanunidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 23. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 24. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. 25. 11.09.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyat a keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin; Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur; Maddə
530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər; Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir; Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur; Maddə
557. Vərəsə mirasdan imtina etdiyi halda və vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə onun payına düşən miras hissəsi qanun üzrə vərəsəliyə çağırılan vərəsələrin sərəncamına keçir və onların arasında bərabər payda bölünür.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı dır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarı: “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırmas ı kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində qətnamənin qismən ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı həmin hissədə və şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımd an, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətlərinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
33. İlk olaraq, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçiril məsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakı n müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yükl ülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək.
34. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq formal mülahizələrə əsasən bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin subyektiv hüququnun olmaması səbəbi ilə ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.
35. Kassasiya şikayətinə gəldikdə, şikayətin dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Digər tərəfdən, dəlillərdə istinad olunan faktlara apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
36. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-97/2023 nömrəli iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.