Məhkəmə qərarları › İş №2(102)-1883/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1883/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1883/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Masallı Regional "ASAN Xidmət” Mərkəzində Notariat ofisinə, Masallı rayon İHB-nin Türkoba ərazi nümayəndəliyinə, Cavabdeh4 (Maraqlı şəxs) qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı, əmlaklara dair çıxarışın və alqı-satqı müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Masallı Regional "ASAN Xidmət” Mərkəzində Notariat ofisinə, Masallı rayon İHB-nin Türkoba ərazi nümayəndəliyinə, Cavabdeh4 (Maraqlı şəxs) qarşı “miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsinin, miras əmlaka dair daşınmaz əmlaklara çıxarışların etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)257/2024 nömrəli iş üzrə 08 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiy a şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Miras qoyan X13 xx.xx.2020-ci ildə vəfat etmişdir. Miras qoyan vəsiyyətnamə qoymamışdır. Miras qoyanın vəfatından sonra birinci növbədə vərəsələri olmamışdır. Lakin miras qoyanın ikinci növbə vərəsələri qalmışdır. Miras qoyanın ikinci növbə vərəsələrinin dairəsi isə tam müəyyən edilməmişdir. Lakin müəyyən olunur ki, İddiaçı miras qoyanın qardaşı oğlu və Cavabdeh4 miras qoyanın bacısı olmaqla onun ikinci növbədə vərəsələridir.

2. Miras qoyandan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi ümumi sahəsi 0.09 ha olan torpaq sahəsi və ünvan 1ində 0.15 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi qalmışdır.

3. Cavabdeh4 miras qoyan X7 bacısıdır. Mərhumun arvadı X2 miras qoyandan əvvəl yəni, xx.xx.2004-cü ildə vəfat edib. Miras qoyanın vəfatından sonra Cavabdeh4 29 mart 2021-ci ildə Notariat Ofisinə ərizə verərək xx.xx.2020-ci ildə ölmüş qardaşı X5 miras qalmış əmlaka Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsini xahiş etmişdir. Notarius tərəfindən 04 iyun 2021-ci ildə Miras qoyandan miras qalmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi ümumi sahəsi 0.09 ha olan torpaq sahəsinə, həmçinin ünvan 1ində 0.15 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinə dair 4 iyun 2021-ci il tarixli 2V-245, 2V-247 və 2V-248 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.

4. Bundan sonra Cavab deh4 həmin əmlaklara dair xx.xx.2021 tarixli, ********** qeydiyyat nömrəli (0.15 ha k/t torpaq) və xx.xx.2021 tarixli, ********** qeydiyyat nömrəli (fərdi yaşayış evi və evin yerləşdiyi 0.09 ha torpağa) Çıxarışlar almışdır.

5. Həmçinin Cavabdeh4 ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətində olan ünvan 1i ünvanında 0.09 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evini 16 dekabr 2021-ci il tarixdə Maraqlı şəxs satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinin Cavabdeh4 miras əmlaka dair vermiş olduğu vərəsəlik şəhadətnaməsinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmla k Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş ********** və ********** saylı Çıxarışların, həmin çıxarışlar əsasında bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının doğma əmisi olan X13 xx.xx.2020-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Əmisi vəfat edənə qədər qanunla birinci növbəli vərəsəsi qalmamışdır. Əmisi vəfat etdikdən sonra nə sağlığında vəsiyyətnamə qoymuş, nədəki qalmış mirası faktiki qəbul edib sahiblik edən qanuni vərəsələri olmamışdır. Əmisinin ikinci növbəli vərəsəsi kimi o, Rusiya Federasiyasında yaşamı şdır. Pandemiyaya görə Rusiyadan Azərbaycana gələ bilməmişdir. Lakin miras əmlak barəsində çoxlu mübahisələri olmuşdur. Bütün bunlara baxmayaraq Masallı rayon İHB-nin Türkoba ərazi nümayəndəliyinin qanunsuz olaraq verdiyi vərəsələrin dairəsi barədə arayışına əsasən Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinin Notariusu miras əmlaklara vərəsəlik şəhadətnaməsini yazıb vermişdir. Həmin vərəsəlik barədə verilən şəhadətnaməyə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən maraqlı şəxslərə miras qalmış daşınmaz əmlaklara Dövlət Reyestrindən Çıxarışlar verilmişdir. Həmin çıxarışlara əsaslanaraq daşınmaz əmlaklar ayrı-ayrı şə xsə satılmışdır. X5 miras qalmış əmlakına vərəsəlik barədə verilmiş şəhadətnamə ilə qanunda nəzərdə tutulmuş vərəsə olmayan şəxs Cavabdeh4 yeganə qanuni vərəsə kimi tanınmışdır. Əslində isə Cavabdeh4 miras qoyanın qanuni vərəsəsi kimi tanına bilməz. Çünki, Cavabdeh4 miras qoyan X7 ögəy bacısıdır. Cavabdeh4 anası X3r. X7 anası isə Mehri Rzayevadır. Doğum haqqında şəhadətnamələrdən də açıq-aydın görünür ki, özünü yeganə qanuni vərəsə kimi sayan müxtəlif yollarla vərəsəlik şəhadətnaməsini əldə edən Cavabdeh4 verilmiş vərəsəlik haqqında şəhadətnamə qanun üzrə birinci növbəli vərəsəlik hüququna malik deyildir. Miras qoyanın birinci növbəli vərəsəsi mövcud deyildir. Lakin iddiaçı özü miras qoyanın ikinci növbəli vərəsəsi kimi onun doğma qardaşı oğludur. Mirasın açıldığı vaxt miras qoyanın vərəsə si olacaq valideyni, yəni X14 09 oktyabr 2009-cu ildə vəfat etmişdir. Ona görə də, qanuni miras qoyanın 2-ci növbəli vərəsəsi hesab olunur. Ümumiyyətlə, istər vərəsələrin dairəsi barədə Türkoba kənd ərazi mümayəndəsinin arayışı, istərsə də Notariat Kontorunun vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsində vərəsələrin vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, qanun üzrə vərəsələrin vərəsəliyə çağrılmaq üçün əsasların olmasını təşkil edən sənədləri tələb etməmişdir. Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsini kobud şəkildə pozaraq nəticədə qanunsuz vərəsəlik şəhadətnaməsi verilmişdir. Ona görə də, vərəsələrin gəlməsini gözləmədən qanuni vərəsə olmayan Cavabdeh4 birinci növbəli vərəsəlik barədə şəhadətnamə vermişdir. Həmin şəhadətnamədən istifadə edən Cavabdeh4 əvvəlcə Daşınmaz Əmlak barədə miras əmlaka dair tam mülkiyyət hüququ əldə etmişdir. Daşınmaz Əmlaka dair hüquqları əldə etdikdən sonra həmin əmlaklarını maraqlı şəxslərə 8000 (səkkiz min) manat dəyərində alğı-satqı etmişdir. Əmisinin ölümündən sonra miras qalmış əmlaklarına vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh4 adına verilmiş Çıxarış və həmin Çıxarış əsasında Maraqlı şəxs və X9 adına bağışlama müqavilələri əsasında bağışlanmış daşınmaz əmlaklara dair Çıxarışlar etibarsız hesab edilməlidir.

8. Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qətnaməsi ilə (hakim Z.Zeynalov) iddia təmin edilməmişdir.

9. Məhkəmənin mövqeyi belə olmuşdur ki, mübahisələndirilən 04 iyun 2021- ci il tarixli, 2V-247 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəha dətnamə və 04 iyun 2021-ci il tarixli, 2V-245 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilərkən Mülki Məcəllənin və Notariat haqqında Qanunun tələblərinə əməl edildiyi üçün etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir və bu əsasla da miras əmlaka dair daşınmaz əmlaklara çıxarışların etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. Bundan başqa, iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı barədə iddia tələbini irəli sürərkən Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iş materiallarından görünür ki, Masallı Regional "ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 04 iyun 2021-ci il tarixdə 2V-245, 2V-247, 2V-248 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr verilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəlləsinin 1133.2, 1134.1, 1151.1, 1159.1.1, 1159.1.3, 1159.2, 1160, 1225.1, 1225.2, 1225.3, 1243.1, 1243.2, 1243.3, 1246, 181.1, 181.4, 182.1, 19, 140, 375.2, 1272, “Notariat haqqında” Qanunun 59-cu maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

11. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edi lmişdir. Belə ki, məhkəmə qətnamə qəbul edərkən sübutları düzgün qiymətləndirməmişdir. Cavabdeh4 yeganə vərəsə deyil, iddiaçı da əmisi X7 vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ikinci növbə vərəsələr - ölənin bacıları və qardaşlarıdır. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Əmisi öldüyü zaman atası sağ olmadığına görə o, atasına çatası paya vərəsə olmuşdur. Lakin vərəsəlik işi açıldığı zaman bu hal nəzərə alınmamışdır. Həm də Cavabdeh4 mərhum əmisi X7 ögey bacısıdır. Həmçinin onun atalığı mü əyyən olunmadığı üçün ilk öncə məhkəmədə atalığın müəyyən olunması barədə iddia qaldırmışdır. (bununla bağlı məhkəmə qətnaməsi vardır). Həm də əmisi xx.xx.2020-ci ildə vəfat etmişdir. Həmin vaxt isə Covid 19 pandemiyası olmuşdur, o isə həmin vaxt Rusiya Federasiyasında yaşamışdır. Bu səbəbdən də vaxtında iddia tələbi ilə məhkəməyə müraciət edə bilməmişdir. Pandemiyaya görə Rusiyadan Azərbaycana gələ bilməmişdir.

13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-257/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər C.İmanov (sədrlik edən və məruzəçi) P.Əhmədov və T.Kərimov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilmiş, Masallı Regional "ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X4 adına verilmiş 04 iyun 2021-ci il tarixli, 2V-245 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, X4 adına verilmiş 04 iyun 2021-ci il tarixli, 2V-247 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və X4 adına verilmiş 04 iyun 2021-ci il tarixli, 2V-248 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş, Masallı Rayonu, Türkoba kəndində 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; Masallı Rayonu, Türk oba kəndində 73,1 ha torpaq sahəsinin 0,09 ha hissəsində yerləşən fərdi yaşayış evinin Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi-50 (əlli) manat Cavabdeh4 tutularaq İddiaçı ödənilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

15. İddiaçı miras qoyanın qardaşı oğlu, Cavabdeh4 isə bacısıdır. Belə olan halda qanun üzrə vərəsəlik şəhadətnaməsi miras qoyanın bütün ikinci növbə vərəsələrinin müəyyən olunaraq qanunvericiliyə uyğun olaraq verilməli olduğu halda, həmin vərəsələrdən yalnız m iras qoyanın bacısı vərəsəliyə cəlb edilmiş və ona miras qoyanın bütün əmlakları barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da Notarius tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur.

16. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, notarius tərəfindən 04 iyun 2021-ci ildə Miras qoyandan miras qalmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi ümumi sahəsi 0.09 ha olan torpaq sahəsinə, həmçinin ünvan 1ində 0.15 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinə dair verilmiş 4 iyun 2021-ci il tarixli, 2V-245, 2V-247 və 2V-248 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməlidir.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, Maraqlı şəxs bura da vicdanlı əldə edəndir.

18. İddiaçının iddia tələbinə nəzər saldıqda müəyyən edilir ki, iddia tələbi “cavabdeh Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinin Cavabdeh4 miras əmlaka dair vermiş olduğu vərəsəlik şəhadətnaməsinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş ********** və ********** saylı Çıxarışların, həmin çıxarışlar əsasında bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən verilmiş çıxarışların etibarsız hesab edilməsi”-ndən ibarətdir.

19. Göründüyü kimi iddiaçı iddia tələbinin xahiş edirəm hissəsində vərəsəlik şəhadətnaməsinin, çıxarışların, həmin çıxarışlar əsasında bağlanmış alqı-sat qı müqaviləsinin və həmin müqaviləyə əsasən verilmiş çıxarışların etibarsızlığını xahiş edir.

20. Belə ki, müliki prosessual hüquqda hakimin tələblə bağlı olması prinsipi hakimi qətiyyən iddiaçının iddia predmetinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı hala gətirmir. Belə ki, hakimin tələbə bağlı olması prinsipi hakimin iddiaçının istədiyindən çoxunu və ya istədiyindən başqa bir tələbin təmin edə bilməyəcəyini bildirir. Tərəflərin (əsas etibarı ilə də iddiaçının) istəyinin nə olması isə, təkcə iddia ərizəsinin son (“xahiş edirəm”) hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, onların bütövlükdə iddia ərizəsinin ümumi mətni içərisində öz əksini tapan ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Hakimin tələblə bağlılığı prinsipi hakimin məhz tərəfl ərin bu qeyd olunan həqiqi məqsəd və istəyini nəzərə almalı olduğu və bu çərçivədə qərar qəbul etməli olduğunu bildirir. Yoxsa, hakimin tərəflərin ərizələrinin ümumi mətni içərəsində öz əksini tapan həqiqi istəklərinə əhəmiyyət vermədən sadəcə ərizədəki ifadələrin hüquq elminə aid terminologiyada onların həqiqi istəklərindən ayrı bir məna ifadə etməsini əsas gətirib “tələbə bağlılıq prinsipi” adı altında iddiaların rədd olunması və ya mümkünlüyünə dair qərar çıxartması həm haqların (hüquqların) məhkəmə müdafiəsi ilə bağlı təməl konstitusion əsaslara ziddir, həm aşkar ədalətsizlikdir, həm də tələbə bağlılıq prinsipinin sıx bağlı olduğu “prosessual qənaət” prinsipinə ziddir.

21. Bununla bağlı məhkəmə təcrübəsində ən çox qarşılaşılan pozuntu hallarından biri də iddia icraatının aqibətinin idd ia ərizələrinin son hissəsində “etibarsızlıq” və “ləğvetmə” ifadələrindən asılı olması ilə bağlı olan səhv bir yanaşmadır. Belə ki, məhkəmə təcrübəsində iddia ərizəsindən faktiki olaraq əqdin etibarsızlıq hallarına istinad edildiyi açıqca məlum olduğu halda sırf ərizəsinin nəticə hissəsində “əqdin ləğv edilməsi” ifadəsi işlədildiyinə görə məhkəmələr tərəfindən etibarsızlıq məsələsi araşdırılmadan yalnız əqdin ləğv edilməsi üçün əsasların olmadığına istinad edilərək iddia tələblərinin rədd olunduğuna şahid olunur.

22. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1151.1, 1159.1.1, 1159.1.3, 1159.2, 1160, 1243.1, 1243.2, 1243.3, 152.1, 152.2, 152.3, 152.4, 181.2, 181.4, 182.1, 182.2, 19, 140, 560.1, 425.1, 324.1, 337.1, 337.2, 337.3, 337.4, 389.1, 389.2, 646.1, 646.2, 139-1.1.3, “Notariat haqqında” Qanunun 59, Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək işin Maraqlı şəxs ilə X10 arasında bağlanmış alğısatqı müqaviləsinin ləğv edilməsi və həmin alğı-satğı müqaviləsi bağlandıqdan sonra Maraqlı şəxs adına dövlət reyestrindən verilmiş Çıxarışın və həmin alğı-satqı müqaviləsindən doğan digər sənədlərin (bağışlama müqaviləsi və çıxarışın) ləğv edilməsi hissəsində işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya ş ikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılma aparılmamışdır. X10 əmisi X7 vərəsəsi ola bilməz. Onun bununla bağlı subyektiv hüququ yoxdur. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarının 9-cu səhifəsində olan iş materiallarına nəzər salınsa görünər ki, X6 məxsus doğum haqqında arayışında onun atasının X17 anasının isə X8 olması qeyd edilmişdir. Lakin Masallı Rayon Qeydiyyat Şöbəsindən əldə olunmuş sənədlərdən (arayış, çıxarış) görünür ki, Masallı rayon Qeydiyyat şöbəsi və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X17 ilə X8 arasında rəsmi nikah olmadı ğı, eləcədə X4 atalığının müəyyən edilmədiyi öz təsdiqini tapmışdır.

25. Vicdanlı alıcı məsələsinə gəldikdə is Maraqlı şəxs vicdanlı alıcı ola bilməz. Çünki o da əmisi X7 vərəsəlik hüququ ilə bağlı qanun üzrə ikinci növbə vərəsəsidir. Eləcə də İddiaçı ilə X10 arasında əvvəllər mübahisəli miras əmlakla bağlı mübahisələri olmuşdur. Həmçinin Maraqlı şəxs, X15 və X10 bildirirlər ki, əmisi X7 vərəsəsi təkcə X10 deyil, eyni zamanda o, və miras qoyanın, yəni əmisi Qiyasın başqa qardaşı və bacısı uşaqları vərəsədirlər. Maraqlı şəxs ilə X15 əmioğlu - əmiqızıdırlar və ər-arvaddırlar. Eləcə də X1 Daşdəmir Əhməd oğlunun qardaşıdır. Bütün bunlar isə onu sübut edir ki, Maraqlı şəxs vicdanlı alıcı ola bilməz. Çünki qanunla vicdanlı alıcı o şəxs sayılır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıd a əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. O şəxs vicdanlı sayıla bilməz ki, alqı-satqı anında alqı-satqının predmeti barəsində 3-cü şəxslərin iddiaları barədə məlumatı olsun və həmin iddialar sonradan təmin olunmuş olsun.

26. Masallı rayon İHB-nin Türkoba ərazi nümayəndəliyinin nümayəndəsi Nümayəndə2 təkcə bu işlə bağlı deyil, bir çox vərəsəlik işləri ilə bağlı vərəsələrin dairəsi barədə saxta arayışlar vermişdir. Buna görə də, onun barəsində rayon prokurorluğuna müraciət hazırlanmaqdadır. Notariat Ofisinin Notariusuna gəldikdə isə Notariat Ofisinin Notariusu nə birinci instansiya məhkəməsində nə də apellyasiya məhkəməsində məhkəmə proseslərinə gəlməmişdir. Onun bu hərəkəti sübut edir ki, bütün bu baş verənlər əvvəlcədən düşünülmüş, şüurlu olaraq atılmış bir addımdır. Eləcə də nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiyası məhkəməsində Notariat Ofisinin Notariusunun məhkəmə prosesində iştirakının vacibliyi nəzərə alınmamışdır. Həmçinin məhkəmə əmlakın reyestrdə qeydiyyata alınmasından hansı hüquqi nəticələrin əmələ gəlməsi, qiymətin əmlakın həqiqi dəyərindən xeyli az olması və əmlakın həqiqi dəyərinin müəyyən edilməsi istiqamətində araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırki kasassiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə, iddia tələbinin təmin edilməyən hiss əsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə

19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il f asiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir.

33. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

34. Maddə 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud ə ldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur.

35. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

37. Maddə 337.2 əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı müba hisə edilir.

38. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

39. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

40. Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

41. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

42. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

43. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının a şağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

44. Maddə 1133.1. Vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir.

45. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

46. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

47. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

48. Madd ə 1151.1. Mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir.

49. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar.

50. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

51. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

52. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

53. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

54. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

55. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olma yaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

58. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ist inad etdiyi halları sübut etməlidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhk əməsinin mövqeyi

63. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir.

64. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, q ərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

65. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Maraqlı şəxs vicdanlı əldə edən deyildir. Çünki o da əmisi X7 vərəsəlik hüququ ilə bağlı qanun üzrə ikinci növbə vərəsəsidir.

66. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini qismən təmin edərkən, mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı miras qoyanın qardaşı oğlu, Cavabdeh4 is ə bacısıdır. Belə olan halda, qanun üzrə vərəsəlik şəhadətnaməsi miras qoyanın bütün ikinci növbə vərəsələrinin müəyyən olunaraq qanunvericiliyə uyğun olaraq verilməli olduğu halda, həmin vərəsələrdən yalnız miras qoyanın bacısı vərəsəliyə cəlb edilmiş və ona miras qoyanın bütün əmlakları barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da Notarius tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Buna görə də, Notarius tərəfindən 04 iyun 2021-ci ildə Miras qoyandan miras qalmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi ümumi sahəsi 0.09 ha olan torpaq sahəsinə, həmçinin ünvan 1ində 0.15 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinə dair verilmiş 4 iyun 2021-ci il tarixli 2V-245, 2V -247 və 2V-248 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməlidir. İddia tələbinin təmin edilməmiş hissəsinə, yəni Maraqlı şəxs ilə X10 arasında bağlanmış alğı-satqı müqaviləsini etirabsız hesab edilməsinə dair isə mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh4 ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətində olan ünvan 1i ünvanında 0.09 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evini 16 dekabr 2021-ci il tarixdə Maraqlı şəxs satmışdır və Maraqlı şəxs burada vicdanlı əldə edəndir.

67. Kassasiya kollegiyası iddiaçının kassasiya şikayətinin dəlili əsasında apellyasiya instansiyası məhkəməsinin Maraqlı şəxs vicdanlı əldə edən olması və bu səbəbdən X10 arasında bağlanmış alğı-satqı müqaviləsini etirabsız hesab edilə bilməm əsi barədə gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmə aparılmasını zəruri hesab edir.

68. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən, miras qoyandan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi ümumi sahəsi 0.09 ha olan torpaq sahəsi və ünvan 1ində 0.15 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi qalmışdır. Mərhumun arvadı X2 miras qoyandan əvvəl yəni, xx.xx.2004-cü ildə vəfat edib. Miras qoyanın vəfatından sonra Cavabdeh4 29 mart 2021-ci ildə Notariat Ofisinə ərizə verərək xx.xx.2020-ci ildə ölmüş qardaşı X5 miras qalmış əmlaka Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsini xahiş etmişdir. Notarius tərəf indən 04 iyun 2021-ci ildə Miras qoyandan miras qalmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi ümumi sahəsi 0.09 ha olan torpaq sahəsinə, həmçinin ünvan 1ində 0.15 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinə dair 4 iyun 2021-ci il tarixli 2V- 245, 2V-247 və 2V-248 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bundan sonra, Cavabdeh4 həmin əmlaklara dair xx.xx.2021 tarixli, ********** qeydiyyat nömrəli (0.15 ha k/t torpaq) və xx.xx.2021 tarixli, ********** qeydiyyat nömrəli (fərdi yaşayış evi və evin yerləşdiyi 0.09 ha torpağa) Çıxarışlar almışdır. Həmçinin Cavabdeh4 ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətində olan ünvan 1i ünvanında 0.09 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evini 16 dekabr 2021-ci il tarixdə Maraqlı şəxs satmışdır. İddiaçı miras qoyanın qardaşı oğlu, Cavabdeh4 isə bacısıdır. Maraqlı şəxs isə miras qoyanın qardaşı qızıdır.

69. Kassasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

70. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan baş qa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı).

71. Yuxarıda göstərilən qanunvericilik normasının və qeyd edilən Plenum qərarında ifadə olunmuş hüquqi mövqeyin hazırkı işlə anoloji təhlili onu deməyə əsas verir ki, Maraqlı şəxs vicdanlı alıcı ola bilməz. Çünki o, əmi si X7 vərəsəlik hüququ ilə bağlı qanun üzrə ikinci növbə vərəsəsidir.

72. Bu səbəbdən də kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Maraqlı şəxs məhz Mülki Məcəllədə təsbiti tapmış “vicdanlı əldə edən” kateqoriyasına aid edilib-edilməsi məsələsi tam, ətraflı araşdırılmamış, bu məsələyə hüquqi aydınlıq gətirilməmişdir.

73. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi əgər qanunda göstərilən müstəsna hallar mövcud deyilsə, yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar qəbul etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və oby ektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

74. Eyni zamanda, prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

75. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə a laraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.

76. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2024-cü il tarixli, 2(106)-257/2024 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar