Məhkəmə qərarları › İş №2(102)-1884/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1884/2025

07.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1884/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözləri: vəsiyyətnamənin etibarsız hesab edilməsi) 07.08.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-521/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı bacısı, Cavabdeh1 bibisi olan X2 harada yerləşməsində və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir.

2. Vəsiyyətnamə 7 fevral 2023-cü ildə Şəmkir rayon 1 saylı notariat ofisində 8İ-2262 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. X2 23 mart 2023-cü il tarixdə ölmüşdür. 3. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı ərizə ilə Şəmkir rayon 1 saylı notariat ofisinin notariusu tərəfindən qeyri-qanuni hərəkətlərə məruz qalması barədə müraciət etmiş və müraciət üzrə Şəmkir rayon 1 saylı notariat ofisinin notariusunun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 xx.xx.2023-cü il tarixdə verdiyi vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bacısı X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. O, vəfat etməmişdən əvvəl xx.xx.2023-cü il tarixdə Cavabdeh1 adına vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamədə qeyd olunur ki, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. Qeyd olunan vəsiyyətnamə qanunsuz və əsassızdır. İddia tələbinin hüquqi əsasını bir neçə istiqamətdə əsaslandırmaq istəyir. X1 öldüyü məqamədək xx.xx.2023-cü il tarixədək Gəncə şəhəri, Eminbəyli küçəsi, 10 saylı evə hər hansı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində q eydə alınmamışdır. Məhbubə Həsənova tərəfindən vəsiyyətnamə tərtib edilərkən və o, ölən gün Gəncə şəhəri, Eminbəyli küçəsi, 10 saylı evə dair hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu isə o deməkdir ki, gələcək əmlakın vəsiyyət edilməsindən söhbət gedə bilməz. Məhbubə Həsənova vəfat etməmişdən öncə ağır xəstəlikdən əziyyət çəkmişdir. Onun mədəsində bədxassəli şiş olmuşdur. Mədədə bəd xassəli şişin olması tibbdə hamıya məlumdur ki, xəstəlikdən əziyyət çəkən şəxsə necə ağrı verir. Vəsiyyətnamə verilərkən onun iradə ifadəsi olmamışdır. Vəsiyyətnamənin tərtib edilməsində kobud səhvə yol verilmişdir. Belə ki, notarius vəsiyyətnamədə qeyd edir ki, X2 vəsiyyətnaməni şəxsən onun iştirakı ilə qeyd etmişdir. Vəsiyyət edənin şəxsiyyəti müəyyən edilib, fəaliyyət qabil iyyəti yoxlanılıbdır. Əslində isə vəsiyyətnamə tərtib edilərkən xx.xx.2023-cü il tarixdə saat 17:45-də Cavabdeh3 Şəmkir şəhəri, Nizami küçəsi, 5-də yerləşən notariat ofisində olmuşdur. O, Şəmkir rayonu, Çinarlı qəsəbəsində olmamışdır. Bu fakt isə onu deməyə əsas verir ki, Cavabdeh3 Məhbubə Həsənovanı görməmiş və vəsiyyətnamə onun yanında tərtib edilməmişdir.

6. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən mülk mərhum babası Zaman Həsənova məxsus olmuşdur. Zaman Həsənovun Raxşəndə, Müsabir, Üzeyir və Məhbubə adlı 4 övladı olmuşdur. X3 1991-ci ildə vəfat etmişdir. X4 vəfatından sonra onun vərəsəsi kimi mirası qəbul etmişdir. Qeyd oluna ünvanda iddiaçı ilə babası və bibiləri arasında mübahisə olduğundan mərhum babası Zaman Həsənov övladları arasında mün asibətlərin daha da kəskinləşməməsi üçün evin iki yerə bölünməsinə etiraz etməmiş və İddiaçı mülkdən istifadə üçün ayrıca giriş-çıxış yolundan istifadə etməyə başlamışdır. Babası Həsənov Zaman Musa oğlu 27 sentyabr 2000-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra o və bibiləri vərəsəliyi faktiki qəbul etmişlər. Belə ki, babasının bütün əşyaların onların istifadəsində olan hissədə yerləşmişdir. Evdə gözəl qablar, şəkillər və xalçalar olmuşdur. Babasının vəfatından sonra mərhum bibisi Məhbubə həm evdə qalan əşyalara sahib çıxmaqla, həm də evi idarə etməklə vərəsəliyi qəbul etmişdir. Bibisi faktiki olaraq vərəsəliyi qəbul etdiyindən vərəsəlik açılan gündən onun mülkiyyətinə keçmişdir. X7 vəfat edərkən onun mülkiyyətində miras mülkün bir hissəsi olmuşdur. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması Məhbubə Həsənovanın vəsiyyətnamə qoymasını əngəlləməməlidir. Çünki qanunvericilikdə gələcək əmlakın vəsiyyət edilməsinin mümkünsüzlüyü qeyd edilir, Məhbubə Həsənovanın isə atası Zaman Həsənovun 27 sentyabr 2000-ci ildə vəfatı ilə əlaqədar vərəsəliyin açıldığı gündən mülkiyyət hüququ yaranmışdır. Ona görə də onun tərəfindən vəsiyyət edilə bilərdi. İddia ərizəsində irəli sürülən məsələlərdən biri də Məhbubə Həsənovanın mədəsində onkoloji xəstəliyin olması və bununla bağlı ağrı çəkməsi, vəsiyyətnamə verilərkən iradə ifadəsinin olmamasıdır. Bununla bağlı bildirir ki, Məhbubə Həsənovanın mədəsində hər hansısa bir ağrının və ya xəstəliyin olması onun anlaqsız olmasını istisna edir. Məhbubə Həsənova ölümünə qədər fəaliyyət qabiliyyətli olmuş, öz hərəkətlərinin mahiyyətini dərk et miş və onları anlamışdır. Hətta vəsiyyətnamə verdikdən sonra evin sənədləşməsini aparmaqdan ötrü ona etibarnamə də vermişdir. Məhbubə Həsənova ömrünün son günlərinə kimi əmək fəaliyyəti ilə məşğul olmuş, həkim müayinəsinə də öz getmişdir. Evdə tək yaşamış, bütün kommunal xərcləri ödəmişdir. Məhbubə Həsənova tərəfindən ona vəsiyyətnamə video görüntü ilə verilmiş, onun tərəfindən vəsiyyətnamə verilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Qeyd edilən vəsiyyətnamə Məhbubə Həsənovanın son iradə ifadəsi olmuşdur. Vəsiyyətnamənin tərtib edilməsi zamanı hər hansısa bir səhv onun ləğvi üçün əsas ola bilməz. Belə ki, bibisi Məhbubə Gəncə şəhərində qalan zaman onun qulluğunda heç kim durmadığından, daim Məhbubə Həsənovanın iddiaçı və onun ailə ilə aralarında mübahisə olduğundan digər bibisi nin yaşadığı Şəmkir rayonu Təzəkənd kəndinə apararaq orda baxmışlar. Həmçinin, qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə məhkəməyə müraciət edilmişdir. Belə ki, Məhbubə Həsənova vəfat etdikdən sonra onun əri və digər qohumlar tərəfindən iddiaçıya Məhbubə Həsənova tərəfindən ona vəsiyyətnamə verildiyi bildirilmişdir. Hətta 25 mart 2023-cü il tarixdə bibisi Məhbubənin üç mərasiminə hazırlıq görən zaman da iddiaçı arvadı ilə birlikdə onu nalayiq söyüşlərlə təhqir etmiş və bununla bağlı polis orqanında işləri olmuşdur. Buna səbəb isə bibisi tərəfindən ona verilən vəsiyyətnamə və etibarnamə olmuşdur. Ona görə də hesab edir ki, iddiaçı 1 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin rədd edilməsinə dair qə tnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh Şəmkir rayonu 1 saylı notariat ofisinin notariusu Cavabdeh3 iddianı qəbul etməyərək, verdiyi izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə notariat ofisindən kənar notariat hərəkətləri keçirilməsi üçün ona şifahi müraciət etmişlər. Həmin şəxslə görüntülü zənglə danışıb anlaqlı vəziyyətdə olmasını aşkar etdikdən sonra günün sonuna yaxın notariat hərəkətlərinin keçirilməsinə razılıq vermişdir. Həmin gün iş saatının sonlarına yaxın elektron sistem ilə qeydiyyat yaradıb müraciət edən şəxsin olduğu ünvana getmişdir. İlk öncə onlara Şəmkir rayonu, Çinarlı qəsəbəsində olduqlarını bildirmişlər. Lakin, whatsapp vasitəsi ilə məkan bildirişi göndərilən zaman ünvan 3 ünvana köməkçisi ilə birgə getmiş, vəsiyyət verən şəxs mərhum Məhbubə xanımın ş əxsiyyətini və anlaqlı vəziyyətdə olmasını müəyyən etdikdən sonra şahidlərin iştirakı və çəkilişlərin aparılması ilə vəsiyyətnaməyə imza edilmişdir. Vəsiyyətnamə təsdiq olunarkən X1 şəxsiyyəti müəyyən edilmiş, fəaliyyət qabiliyyəti yoxlanılmışdır. O tam şəkildə anlaqlı olmuş, öz iradəsini aşkar şəkildə və tam dürüst ifadə etmişdir. Bu aparılmış videoçəkilişdə də aydın görünür. Eyni zamanda xx.xx.2023-cü il tarixdə onun istifadəsində bir neçə mobil nömrə olduğundan həmin vaxt hansı nömrənin onun üzərində olmasını xatırlamır. Belə ki, iş vaxtının sonu olduğu üçün mobil nömrənin olduğu telefonu Notariat Ofisinin binasında da qoya bilər. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Şəmkir Rayon Məhkəməsinin e-2(076)2 042/2024 nömrəli, 11 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia təmin edilməmişdir.

9. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, X1 öldüyü məqamədək - xx.xx.2023-cü il tarixədək Gəncə şəhəri, Eminbəyli küçəsi, 10 saylı evə onun hər hansı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmin əmlakın miras kütləsinə daxil olub-olmaması hazırda mübahisələndirilən vəsiyyətnamədən müəyyən etmək olmur.

10. Belə ki, miras qoyan hər-hansı əmlakı yox bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. Qeyd edilən vərəsə tərəfindən isə Gəncə şəhəri, Eminbəyli küçəsi, 10 saylı evə dair hazırda heç bir şəhadətnamə alınmamışdır. Həmin əmlaka dair vərəsə tərəfindən hər hansı şəhadətnamə alınarsa, bu halda o şahadətnamə m übahisənin predmeti ola bilər. xx.xx.2023-cü il tarixli Çxarış əsasında Gəncə şəhəri, Eminbəyli küçəsi, ev 10 da yerləşən 0,0482 ha yaşayış məntəqəsi torpaq xüsusi mülkiyyət hüququ ilə Məhbubə Həsənovanın atası Həsənov Zaman Musa oğlunun tam mülkiyyətindədir.

11. Vəsiyyətnamə tərtib olunarkən vəsiyyət edənin iradə ifadəsinin olmaması ilə bağlı məhkəmə qeyd etmişdir ki, Məhbubə Həsənovanın vəfat etməmişdən öncə mədəsində bədxassəli şiş olmaqla ağır xəstəlikdən əziyyət çəkdiyini, həmin xəstəliyin ona ağır şəkildə ağrı verməsini və bu səbəbdən də vəsiyyətnamə verilərkən onun iradə ifadəsinin olmamasını qeyd etsələr də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Lakin hazırda iddiaçı vəsiyyət edənin vəsiyyətnaməni imzlayan zaman öz hərəkətlərinin mənasını başa düşmədiyini və ya onlara rəhbərlik edə bilmədiyini heç bir sübutla təsdiq edə bilməmişdir. İş materiallarında olan video görüntülərdən isə aydın olmuşdur ki, vəsiyyət edənin anlaqlılığını istisna edən, eyni zamanda öz hərəkətlərinin mənasını başa düşmədiyini və ya onlara rəhbərlik edə bilmədiyini göstərən hər hansı bir hal yoxdur. Vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə X1 özü tərəfindən imzalanmış və iki nəfər şəxsin şahidliyi ilə vəsiyyətnamə qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilərək notarius tərəfindən təsdiq olunmuş və vəsiyyətnamənin məzmunu onun həqiqi iradəsini əks etdirir. İddiaçının qeyd etdiyi üçüncü hal isə ondan ibarətdir olmuşdur ki, vəsiyyətnamə tərtib edilərkən Şəmkir rayon 1 saylı notariat ofisinin xüsusi notariusu vəsiyyət edən Məhbubə Həsənovanı görməmiş və vəsiyyətnamə o nun yanında tərtib edilməmişdir. Hazırda iddiaçı irəli sürdüyü halı təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə təsdiq olunur ki, notarial hərəkət vəsiyyət edən X1 olduğu evdə, notariusun və iki şahidin iştirakı ilə aparılmışdır.

12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1151.1, 1179.2, 1180.1, 1180.2, 1225.3, 1230-cu, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apelly asiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni yalnız məhkəməyə ilk daxil olmuş iddia ərizəsində qoyulmuş dəlillər əsasında əsaslandırmışdır. Çox təəssüflər olsun ki, bir neçə ay davam edən məhkəmə araşdırması zamanı iddiaçı tərəfin vəsatəti əsasında əldə edilmiş sənədlər və məhkəməyə iddia tələbinin hüquqi əsaslandırmasına dair təqdim edilmiş ərizəyə münasibət bildirilməmişdir. İddiaçı qeyd etmişdir, Cavabdeh1 israrla bildirmişdir ki, vəsiyyətnamədə ona Gəncə şəhəri, Eminbəyli küçəsi, 10 saylı ev vəsiyyət edilmişdir. Həmin vəsiyyətnaməni əsas götürərək Gəncə Şəhər Məhkəməsində mənə qarşı iddia qaldırmışdır. Cavabdeh3 əgər vəsiyyətnaməni vəsiyyət verənin yanında tərtib etmiş olsaydı, o miras kütləsinə daxil olmayan qanunsuz vəsiyyətnamə tər tib etməz və tərəfləri indiki mübahisəyə salmazdı. Məhkəmə iclasları zamanı vəkil tərəfindən notariusa sual verilmişdir ki, Məhbubə Həsənovanın vəsiyyətnamə verərkən adına daşınmaz əmlakı olub-olmamasını müəyyən etmisiniz sualına cavab verməmişdir. Əslində isə Mülki Məcəllənin 1152 və 1162-ci maddələrinə əsasən notarius miras qoyanın əmlakının olubolmamasını müəyyən etməli idi. Şahidlər Cavabdeh1 və Cavabdeh3 köməklik etmək üçün gəlsələrdə əslində iddia tələbinin əsaslı olmasını təsdiq etdilər. Mübahisələndirilən vəsiyyətnamənin məzmunu hər şeyi açıq-aşkar ifadə edir. xx.xx.2023-cü il tarixdə iş gününün sonunda saat 17:54:45-də elektron notariat informasiya sistemində təsdiq olunmuş mübahisələndirilən vəsiyyətnamədə şahidlərin anket məlumatları yerləşdirilmişdir. Şahidlər isə bildirirlər k i, Cavabdeh3 Raxşəndənin evində görmüşlər və həmin vaxt şəxsiyyət vəsiqələrini ona verərək vəsiyyətnaməyə imza etmişlər. Sual yaranır necə ola bilər ki, şahidləri görmədən öncə onların anket məlumatlarını informasiya sisteminə yükləmisən. Bu fakt onu təsdiq edir ki, vəsiyyətnamə şahidlərin və miras qoyanın yanında tərtib edilməmiş və onların fəaliyyət qabiliyyətlərinin olub-olmaması yoxlanılmamışdır. Məhkəməyə vəsiyyətnamənin verilməsinin təsdiqi olaraq cavabdehlər tərəfindən video görüntü təqdim edilmişdir. Həmin görüntü sübut kimi mötəbərliyi özündə əks etdirmir. Çünki, həmin görüntünün çəkilmə tarixi və saatı yoxdur. Həmin görüntüdə şahidlər və notarius görsənmir. Məhkəmə iclasları zamanı Cavabdeh1 israrla həmin görüntünün sübut kimi qəbul edilməsini bildirsə də, məhkəmə video görüntünü n tarixinin, saatının və şahidlərin orada görsənmədiyi bildirərək, dolayısı ilə həmin video görüntünün sübut kimi qəbul edilə bilməzliyini cavabdehə başa salırdı. Cavabdeh3 izahatından bu qənaətə gəlmək olur ki, xx.xx.2023-cü il tarixdə saat 17:54:45-də notariat ofisində vəsiyyətnamə təsdiq olunmuş, bundan sonra 20-25 dəqiqə müddətində vəsiyyətnaməni verən Məhbubə Həsənova və şahidlər tərəfindən imzalanmışdır. Notarius vəsiyyətnamənin informasiya sisteminə yüklənməsindən 20-25 dəqiqə sonra imzalanmasını onunla izah etmək istəmişdir ki, Notariat ofisindən Çinarlı qəsəbəsinə gedənək 20-25 dəqiqə vaxt sərf etmişlər. Notarius notariat ofisini tərk etməmişdir. Əgər o notariat ofisini tərk edərək ofisdən kənar əməliyyat aparmış olsaydı, onun notariat ofisində olarkən vəsiyyətnaməni elektron nota riat sisteminə salmağına zərurət olmazdı. Belə ki, Notariat hərəkətlərinin notariat ofisindən kənarda səyyar qaydada aparılması üçün notariuslar müasir avadanlıqla, o cümlədən kompüter, printer, skaner, kamera, portativ enerji ehtiyatı və 4G internet ötürücüsü ilə təchiz olunmuş, ciddi hesabat blanklarının və möhürün təhlükəsiz saxlanılması üçün xüsusi yeri olan, “Elektron notariat” informasiya sisteminə birbaşa qoşulan, 24 saata qədər fasiləsiz işləyən xüsusi çantalardan istifadə edirlər. Yuxarıda qeyd olunan təlimatın tələbinə görə notarius notariat ofisindən kənar notariat hərəkəti apararkən vəsiyyətnamə verən şəxs və şahidlərin imzalarının təsdiqi üçün 20-25 dəqiqə vaxt sərf etməsinə zərurət yoxdur. Digər maraqlı məqam isə ondan ibarətdir ki, Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilə n və notarius tərəfindən qeydə Vəsiyyətnamə verilərkən miras qoyanın adına hər hansı daşınmaz olmamışdır. Mülki Məcəllənin qeyd olunan tələbləri pozulmuşdur. Çünki, miras qoyan o əmlakı miras qoya bilər ki,miras qoyan və yaxud ölən günədək həmin əmlaka hüquqları dövlət qeydiyyatına alınsın. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları hər tərəfli, tam və obyektiv araşdımamış, qətnamədə yalnız cavabdehlərin mənafeyinə uyğun gələn sübutları göstərmişdir. Mülki iş materiallarında olan "xxxx" MMC-dən alınan məlumatları qəsdən qətnamədə göstərməmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-521/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Günay Cavadova (sədrlik edən və məruzəçi), Rəşad Mamedov və İslam Həsənov) apellyasiya şikayətləri təm in edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü dəlillər əsassızdır və 7 fevral 2023-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçının qeyd etdiyi birinci hala əsasən vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün iddiaçı sübut etməlidir ki, mərhum Məhbubə Həsənovada olan xəstəliyin mərhuma verdiyi ağrılardan o, vəsiyyət qoyduğu zaman öz hərəkətlərinin mənasını dərk etməmiş, hərəkətlərinə rəhbərlik edə bilməmişdir. Lakin iddiaçı qeyd edilən halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən hazırkı mübahisəyə yanaşdıqda müəyyən edilir ki, iki şahidin və notariusun i ştirakı ilə vəsiyyətini tərtib edən mərhum Məhbubə Həsənova həmin vaxt öz hərəkətinin mənasını başa düşə və öz hərəkətini idarə edə bilirdi. Bu halı həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi videoyazıda əks olunanlar da mərhum Məhbubə Həsənovanın vəsiyyət etdiyi zaman tam şüurlu olduğunu, öz hərəkətlərinin mənasını dərk etdiyini təsdiq edir.

17. Bundan başqa, mərhum Məhbubə Həsənovanın ölüm tarixinədək iş yerinə sərbəst gedib-gəlməsi, əmək funksiyalarını yerinə yetirməsi də, onun öz hərəkətlərinin mənasını başa düşdüyünü və onlara rəhbərlik edə bildiyini təsdiq edir. Belə olan halda vəsiyyətnamənin müzakirə olunan əsasla etibarsız hesab edilməsi mümkün deyil. Başqa sözlə apellyasiya şikayətində ifadə edilmiş bu dəlil əsassızdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda etibarlıl ığı mübahisələndirilən xx.xx.2023-cü il tarixli vəsiyyətnamədə mərhum Məhbubə Həsənova harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün əmlakı (daşınar və daşınmaz) cavabdehə vəsiyyət etmişdir. Göründüyü kimi vəsiyyətnamədə konkret ünvanlı əmlak, o cümlədən Gəncə şəhəri, Eminbəyli küçəsi, 10 saylı ev qeyd olunmamışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı ifadələri alınmış şahidlər öz ifadələrində vəsiyyətnamənin verildiyi vaxt notariusun iştirak etməməsinə dair iddiaçının dəlillərini təkzib etmişlər.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddiaçının iddiası əsassızdır və birinci instansiya məhkəməsi həmin iddianı sübuta yetməm əsi əsası ilə təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən çox səthi araşdırma aparılması, sübutları sona qədər araşdırmaması, əldə olunan sübutlara düzgün hüquqi qiymət verməməsi, iddianın təmin olunmasına yetərli olan sübutları subyektiv yanaşmasına görə cavabdehin xeyrinə şərh etməsi barədə dəlilləri əsassız hesab edilməlidir.

21. Məhkəmə kollegmyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1151.1, 1179.2, 1180.1, 1180.2, 1225.3, 1230-cu, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəl illəri

22. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur.

23. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edərək əlavə olaraq qeyd edilmişdir ki, qətnaməni qəbul etməklə məhkəmə kollegiyası eyni zamanda “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası qətnaməni qəbul edən zaman Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərinə göz yumaraq iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. İddiaçı hesab etmişdir ki, işə baxan məhkəmə kollegiyası sözügedən qətnaməni qəbul edə n zaman notarius tərəfindən vəsiyyətnamələrin tərtibi və təsdiqi ilə bağlı Mülki Məcəllənin 1180, 1188, 1225, 1226-cı maddələrinin tələblərin kobud surətdə pozulması hallarına hər hansı bir əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyası mirasın yalnız iddiaçı tərəfindən qəbul edilməsinə baxmayaraq, saxtakarlıqla verilmiş vəsiyətnaməni qüvvədə saxlamaqla mirası iddiaçının adına rəsmiləşdirməyə maneçilik törətmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

26. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda g östərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

27. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.

28. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.

29. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

30. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habe lə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

31. Maddə 1230-cu maddəsinə əsasən qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdinetibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. He ç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r.

39. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında o lan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəl illərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

44. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

45. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü dəlillər əsassızdır və 7 fevral 2023-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur.

46. Belə ki, iddiaçının qeyd etdiyi birinci hala əsasən vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün iddia çı sübut etməlidir ki, mərhum Məhbubə Həsənovada olan xəstəliyin mərhuma verdiyi ağrılardan o, vəsiyyət qoyduğu zaman öz hərəkətlərinin mənasını dərk etməmiş, hərəkətlərinə rəhbərlik edə bilməmişdir. Lakin, iddiaçı qeyd edilən halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən hazırkı mübahisəyə yanaşdıqda qeyd olunmalıdır ki, iki şahidin və notariusun iştirakı ilə vəsiyyətini tərtib edən mərhum Məhbubə Həsənova həmin vaxt öz hərəkətinin mənasını başa düşə və öz hərəkətini idarə edə bilirdi. Bu halı həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi videoyazıda əks olunanlar da mərhum Məhbubə Həsənovanın vəsiyyət etdiyi zaman tam şüurlu olduğunu və öz hərəkətlərinin mənasını dərk etdiyini təsdiq edir.

47. Bundan başqa, mərhum Məh bubə Həsənovanın ölüm tarixinədək iş yerinə sərbəst gedib-gəlməsi, əmək funksiyalarını yerinə yetirməsi də, onun öz hərəkətlərinin mənasını başa düşdüyünü və onlara rəhbərlik edə bildiyini təsdiq edir. Belə olan halda vəsiyyətnamənin müzakirə olunan əsasla etibarsız hesab edilməsi mümkün deyil. Başqa sözlə apellyasiya şikayətində ifadə edilmiş bu dəlil əsassızdır.

48. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda etibarlılığı mübahisələndirilən xx.xx.2023-cü il tarixli vəsiyyətnamədə mərhum Məhbubə Həsənova harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün əmlakını cavabdehə vəsiyyət etmişdir. Göründüyü kimi vəsiyyətnamədə konkret ünvanlı əmlak, o cümlədən Gəncə şəhəri, Eminbəyli küçəsi, 10 saylı ev qeyd olunmamışdır.

49. Apellyasiya instans iyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı ifadələri alınmış şahidlər öz ifadələrində vəsiyyətnamənin verildiyi vaxt notariusun iştirak etməməsinə dair iddiaçının dəlillərini təkzib etmişlər.

50. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddiaçının tələbi əsassızdır və birinci instansiya məhkəməsi iddianı sübuta yetməməsi əsası ilə təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən çox səthi araşdırma aparılması, sübutları sona qədər araşdırmaması, əldə olunan sübutlara düzgün hüquqi qiymət verməməsi, iddianın təmin olunmasına yetərli olan sübutları subyektiv yanaşmasına görə cava bdehin xeyrinə şərh etməsi barədə dəlilləri əsassız hesab edilməlidir.

51. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 fevral 2025-ci il tarixli, 2(104)-521/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar