Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1886/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli 2(103)-9604/2018 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 Mustafayevna tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 06 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Ə.Məmmədov, iş № 2(011)-44/2018) iddiaçılar İddiaçı1 Mustafayevna və qeyrilərinin Cavabdeh Mustafaye vnaya qarşı N-dan paylarına düşən 74/96 hissənin ayrılması, yaşayış evindən istifadə etməsinə görə cavabdehdən onların xeyrinə 46.400 manatın tutulmasına dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.Ə.Baxışova, V.T.Həsənov və N.Ş.Cəfərov) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Xətai rayon məhkəməsinin 06 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Mübahisəli fərdi yaşayış evi ümumi paylı mülkiyyətdə olmaqla onun 22/96 hissəsi İddiaçı1 Mustafayevnanın, 46/96 hissəsi X2, 6/96 hissəsi X1, 22/96 hissəsi Cavabdeh Mustafayevnanın mülkiyyətindədir. Evin yerləşdiyi torpaq sahəsi isə tərəflərin istifadəsinə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsidir. İdd iaçılar cavabdehin payına cəmi iki otaq təşkil edən sahənin düşməsinə baxmayaraq, onlara məxsus yaşayış və qeyri-yaşayış sahələrinin də bir qismini qanunsuz zəbt etməklə istifadə etməsini əsas göstərməklə evin naturada bölünməsi və 2001-ci ildən 2012-ci ilin sentyabr ayınadək qanunsuz istifadə etdiyi sahələrə görə cəmi 46.400 manatın cavabdehdən alınaraq onlara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İşə baxan məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı1 Mustafayevna kassasiya şikayəti verərək ekspert rəyinin evin bölünmə variantlarının araşdırılmadan verilməsini, evin mülkiyyətçilərinin paylarına uyğun bölüşdürülməsinin mümkün olmasını, qətnamənin sübutlara düzgün qiymət verilm ədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, şikayət təmin olunm amalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, mübahisəli fərdi yaşayış evi ümumi sahəsi 111,18 kv.metr olmaqla 1923-cü ildə inşa olunmuşdur. İddia tələbində evin iki hissəyə bölünməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2.) Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3.). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, re al surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. (220.4) Mübahisəli fərdi yaşayış evinin tələb olunan qaydada bölünməsinin mümkünlüyü ilə əlaqədar bir neçə dəfə ekspert rəyi verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının nəticələri barədə verilmiş 15 avqust 2017-ci il tarixli rəyə görə evin 74/96 və 22/96 payları uyğun və minimum həddə paylardan kənara çıxmaq şərti ilə təcrid sahələr şəklində iki hissəyə bölünməsi inşaat norma və qaydalarının tələblərinə əsasən mümkün deyildir. Həmin Mərkəzin 11 fevral 2017-ci il tarixli rəyi ilə evin konstruktiv elemen tləri üzərində müəyyən dəyişikliklər (əlavə qapı və pəncərə oyuqlarının açılması, arakəsmələrin inşasının, pilləkən qəfəsinin inşa edilməsi və s.) aparılmaqla bölünməsi mümkün hesab edilsə də, onlar tərəfindən verilmiş 04 iyun 2018-ci il tarixli rəydə Fövqəladə Hallar Nazirliyinin rəyinə istinad olunmaqla evin yükdaşıyan konstruksiyalarında hər hansı dəyişikliklərin aparılması məqsədə uyğun deyildir. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəyindən görünür ki, fərdi yaşayış evinin istismar müddəti başa çatmaqla fiziki köhnəlməyə məruz qaldığından onun yükdaşıyan konstruksiyalarında hər hansı dəyişikliyin aparılması məqsədəuyğun deyildir. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərlə əlaqədar və eləcə də 46.400 manatın tutulması tələbinə dair hissədə iddianın təmin edilməsi üçün sübutların müəyyən olunmamasını əsas göstərməklə iddianın rədd olunmasını qanuni və əsaslı saymışdır. Kollegiya işin yuxarıda müəyyən olunmuş hallarını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və maddi hüquq normalarının tələbləri gözlənilməklə çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 18 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1886/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1886/2019
29.05.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver