Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1886/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Polad” kollektiv-bağçılıq cəmiyyəti) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1886/2023 (Açar sözlər: tikilinin sökülməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Polad” kollektiv-bağçılıq cəmiyyəti) “qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)1115/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 01 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt şəhəri, Yaşma Bağları massivi “Polad” Kollektiv Bağçılıq Cəmiyyətinin ərazisində 521 kv.metrlik torpaq sahəsindən ibarət olan 305 nömrəli bağ sahəsi xx.xx.2019-cu il tarixdə cavabdehin adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. 2. 06.11.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə, 5 saylı XİK-in rəisi İ.Nuriyev, 5 saylı XİK-in mühəndisi M.Mirzə yev və 5 saylı XİK-in xətt baxıcısı S.Əliyev tərəfindən tərtib edilmiş və imzalanmış aktlara əsasən, cavabdeh “Sumqayıt-Yaşma” magistral qaz kəmərinin 19-cu kilometrliyində 39 T 0374445; ******* koordinatı üzrə 530 mm diametrli magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 6 metr məsafədə yerləşən ev və daş hasar inşa etmişdir.
3. İddiaçının X1 Təşkili üzrə Dövlət Agentliyinə ünvanlanmış məktubuna cavab olaraq Agentliyin xx.xx.2019-cu il tarixli,**********19 saylı cavab məktubunda qanunsuz tikinti işləri ilə bağlı təqdim edilmiş faktların qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərildiyi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Azərbayca n Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Polad” kollektiv-bağçılıq cəmiyyəti) “qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 istismarında olan 530 mm diametrli “Sumqayıt QPS-Yaşma QPS” yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma Bağlar massivi adlanan ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən 39 T 0374445; ******* koordinatı üzrə inşa edilmiş daş hasar və fərdi yaşayış evinin onun hesabına sökülməsi, mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq id diaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırıİmışdır ki, cavabdeh tərəfindən iddiaçının Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli “Sumqayıt-Yaşma” yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma Bağlar massivi adlanan ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında kəmərdən 6 metr məsafədə daş hasar və 8 metr məsafədə yaşayış evi inşa edilmişdir. Müvafiq kəmərin mühafizə zonasında aparılan tikinti işlərinin qarşısının alınaraq sökülməsi və torpaq sahəsinə, eləcə də aparılan tikinti işlərinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin olub-olmamasının müəyyən edilməsi məqsədilə müvafiq köməklik göstərilməsi üçün iddiaçı tərəfindən 14 noyab r 2019-cu il tarixli məktubla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə rəsmi müraciət edilmişdir. Müraciətə Agentliyinin xx.xx.2019-cu il tarixli məktubu ilə cavab verilərək bildirilmişdir ki, “sözügedən ərazidə gedən qanunsuz tikinti işləri ilə bağlı təqdim etdiyiniz faktlar, qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilmişdir.” Lakin, bu günədək qeyd edilən həmin tikili ilə bağlı heç bir tədbir görülmədiyindən yaşayış evinin tikintisi başa çatdırılmışdır. Qeyd olunan tikinti işlərinin qarşısının alınaraq sökülməsi istiqamətində müvafiq köməklik göstərilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə məl umat verilməsi məqsədilə iddiaçı tərəfindən 14 noyabr 1219-cu il tarixli məktubla Sumqayıt şəhər İcra Hakimiyyətinə də müraciət edilmişdir. Lakin, bununla bağlı hər hansı tədbir görülməmişdir.
6. Birinci instansiya məhkəməsində icraat zamanı “Polad” Kollektiv Bağçılıq Cəmiyyəti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil. Mübahisəli ev onun xüsusi mülkiyyətindədir və rəsmi olaraq dövlət qeydiyyatına da alınmışdır. Həmin bağ sahəsi “Polad” Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən ona verilmiş və sonradan mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq çıxarış verilmişdir. Əgər ev qanunsuz tikili idisə, onun mülkiyyət hüququ rəsmiləşdirilərkən həmin əraziyə baxış keçirildikdə bu müəyyən edilərdi. Bu hal baş vermədiyindən iddia tələbini əsassız hesab edir.
8. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Emin Abdullayev) 2(060)-1280/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyi ilə bağlı bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən, sənəd üzrə sahəsi 0,06 ha, faktiki sahəsi 0,0521 ha olan yaşayış məntəqəsinin torpaq sahəsinə dair Cavabdeh adına Reyestr Xidməti tərəfindən 18 sentyabr 2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir və həmin sənədin verilməsinə əsas kimi 20 aprel 2008-ci il tarixli “Polad” BY, Bağçılıq, 305 göstərilmişdir. Bundan sonra 18 sentyabr 2019-cu il tarixli Çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən, 0,0521 ha yaşayış məntəqəsini n torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır. 06 noyabr 2019-cu il və 20 noyabr 2019-cu il tarixlərdə iddiaçının əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış aktlara əsasən, Cavabdeh tərəfindən “SumqayıtYaşma” magistral qaz kəmərinin 19-cu kilometrliyində 39 T 0374445; ******* koordinatları üzrə 530 mm diametrli magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 8 metr məsafədə evin və 6 metr məsafədə daş hasarın inşa edildiyi müəyyən edilmişdir.
10. Göründüyü kimi, cavabdeh tərəfindən qaz kəmərinin mühafizə zonasında hər hansı özbaşına tikinti işləri aparılmamış və iddiaçının sökülməsini tələb etdiyi hasarın və evin yerləşdiyi torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Bundan başqa, Cavabdeh tərəfindən özbaşına tikinti işləri aparılmış olsa belə, həmin tikilinin sökülməsini tələb etmək üçün iddiaçı müvafiq subyektiv hüquqa malik deyil və bu iddianı qaldırmaq səlahiyyəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə verilmişdir. Eyni zamanda, cavabdehə məxsus fərdi yaşayış evi və ya ərazidəki digər tikililər həqiqətən iddiaçının qeyd etdiyi kimi boru kəmərinin mühafizəsi zonasına düşürsə, həmin tikililərin yerləşdiyi torpaq sahələri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət ehtiyacları üçün geri alına bilər. Hazırki halda iddianın təmin edilməsi isə mülkiyyətçi kimi cavabdehin hüququnun pozulmasına səbəb olar.
11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 180.1, 180.2, 240.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən həmin tikintinin üzərində cavabdehin mülkiyyət hüququnun olmasını qeyd etmişdir. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunda nəzərdə tutulan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin tikintiyə mülkiyyət hüququ tanına bilməz. Cavabdeh həmin tikilini tikdirdikdə lazımi icazələr almamışdır. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Məhkəmə yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi tələbini rədd etməklə 30 iyun 1998-ci il tarixli 513-İQ nömrəli Qaz Təchizatı haqqında Qanunun tələblərini pozmuşdur.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2318/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə sədrlik edən və məruzəçi, Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci ins tansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı onun balansında olan qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən tikinti işləri aparıldığını bildirir və həmin tikilinin sökülməsini xahiş edir. Lakin, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən hər hansı özbaşına tikinti işləri aparılmamışdır. Belə ki, cavabdehin hasar və ev inşa etdiyi torpaq sahəsi onun mülkiyyətindədir.
16. Həmçinin apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tikinti obyektlərinin sökülməsi barədə iddia qaldırmaq səlahiyyəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə aiddir və iddiaçı həmin iddianı qaldırmaqda sübyektiv hüquqa malik deyil. Odur ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq no rmalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.9, 180, 238, 240cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat
18. Qətnamədən iddiaçı (Vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası nın 2(102)271/2022 saylı, 18 fevral 2022-ci il tariqli qərarı ilə (hakimlər Əhməd Əhmədov (sədrlik edən və məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2318/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
21. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
22. Belə ki, ünvan 1 ünvanda yerləşən yaşayış məntəqəsinə aid, sənəd üzrə sahəsi 0,06 ha, faktiki sahəsi 0,0521 ha olan torpaq sahəsinin cavabdehin xüsusi mülkiyyətində olması, həmin torpaq sahəsinin o na məhz fərdi yaşayış evinin tikintisi üçün ayrılması, cavabdehin torpaq sahəsini daş hasara alaraq orada fərdi yaşayış evi inşa etməsi, habelə həmin daş hasarın və fərdi yaşayış evinin, sözügedən magistral qaz kəmərinin mühafizə zonasına düşməsi, yəni mühafizə zonasından evin 8 metr, daş hasarın isə 6 metr məsafədə inşa edilməsi, işin mübahisə olunmayan hallarıdır və cavabdeh özü də bu halları inkar etmir.
23. Mülki qanunvericiliyə görə, tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində aparılmış olsa da, buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş tikililər özbaşına tikinti sayılır. Hər bir halda torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar ucalda bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.
24. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 180.1, 240.1-ci maddələrinin tələblərini pozaraq, torpaq sahəsinin mülkiyyətçisi kimi cavabdehin sözügedən tikililəri lazımi icazələr almaqla tikinti normalarını və qaydalarını gözləmək şərti ilə inşa edib-etmədiyini, bununla bağlı müvafiq icra hakimiyyəti orqanında məlumatlandırma icraatının aparılıb-aparılmadığını, habelə sökülməsi iddia olunan tikililərin sözügedən magistral qaz kəmərinin bilavasitə mühafizə zonasına düşüb düşmədiyini, yanğın təhlükəsizliyi baxımından bunun gələcəkdə cavabdehin və ailə üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə törədib-törətməyəcəyini müəyyən etmək üçün müva fiq ekspertizalar keçirib rəy almadan, torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün cavabdehə ayrılarkən bunun iddiaçının aidiyyəti qurumları ilə razılaşdırılıb razılaşdırılmadığını kifayət qədər araşdırmadan, bu növ iddialara məhkəmələrdə baxılarkən ilk növbədə insanların həyatı və sağlamlığının əsas tutulmasını nəzərə almadan, yalnız torpağın cavabdehin mülkiyyətində olmasına istinad birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.
25. Apellyasiya instansiyası məhkəməsi, sökülməsi iddia olunan tikililərin hüquqi statusuna aydınlıq gətirmədən, sözügedən magistral qaz kəməri ilə yüksək təzyiqli qazın nəql edilməsini nəzərə almadan, eləcə də magistral qaz kəmərinin gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısıalınmaz xoşagəlməz nəticələr doğuracağına və sözügedən magistral qaz boru kəmərinin torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsindən əvvəl inşa edilməsinə əhəmiyyət vermədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
26. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparması Mülki Məcəllənin 180-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur və bu halda ö zbaşına tikinti, maraqlı tərəfin müraciəti üzrə də qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən sökülə bilər.
27. Bu baxımdan, özbaşına tikilinin sökülməsini tələb etmək üçün iddiaçının müvafiq subyektiv hüquqa malik olmadığı və hazırki iddianı Fövqəladə Hallar Nazirliyinin qaldırmalı olduğuna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz.
28. Digər tərəfdən, iddiaçının cavabdehə qarşı hazırki tələbləri sonuncunun mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına yönəlməyib, onun tələbi magistral qaz kəmərinin mühafizə zonasına düşən özbaşına tikililərin sökülməsindən ibarətdir və iddiaçı, tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 180, 240cı maddələrinin tələblərinə istinad etmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi, iddianı r ədd edərkən Mülki Məcəllənin 157.9-cu maddəsinə, habelə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanuna istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
30. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 180 və 240-cı maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74, 80 və 90-cı maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
31. İşə apellyasiya icraatı qaydasında təkrar baxılan zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 oktyabr 2021-cil tarixli, 10/6335 nömrəli ekspert rəyi ilə Sumqayıt şəhəri, Yaşma Bağlar massivi, “Polad” Kollektiv Bağçılıq Cəmiyyətinin ərazisində yerləşən cavabdehə məxsus yaşayış evinin tikinti altı sahəsinin 25 kv.metrinin, mülkiyyətdə olan 521 kv.metr torpaq sahəsinin daxilində olduğu, həmin evinin 17 kv.metrinin qaz kəmərinin mühafizə zolağında inşa edildiyi və Sumqayıt şəhəri, Yaşma Bağları massivi “Polad” Kollektiv Bağçılıq Cəmiyyətinin ərazisindən keçən qaz kəmərinin diametrinin 500 mm olduğu müəyyən olunmuşdur.
32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1115/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Zahid Məmmədov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1280/2021 saylı, 23 aprel 2021-ci il tarixli qət naməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək Qaz İxrac İdarəsinin Abşeron Magistral X4 istismarında olan 500 mm diametrli “Sumqayıt QPS-Yaşma QPS” yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma Bağlar massivi adlanan ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasına daxil olan cavabdeh tərəfindən 39 T 0374445; ******* koordinatı üzrə inşa edilmiş fərdi yaşayış evinin 17 kv.metr hissəsinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
33. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı bildirmişdir ki, birinci instansiya məhkəməsi cavabdehə məxsus torpaq sahəsində inşa edilmiş tikilinin həmin ərazidən keçən “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 istismarında olan 500 mm diametrli “Sumqayıt QPS-Yaşm a QPS” yerüstü magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsinə dair işin hallarına düzgün hüquqi qiymət verməmişdir.
34. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır.
35. Birinci instansiya məhkəməsi fərdi yaşayış evinin lazımi icazə alınmadan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə olmadan tikilməsinə, həmin tikilinin sözügedən “Qaydalar”ın tələbləri pozulmaqla magistral qaz kəmərinin mühafizə zonasında inşa edilməsinə, bunun ilk növbədə gələcəkdə cavabdehin həyatı üçün yüksək təhlükə mənbəyi olacağına, sözügedən qaz kəməri ilə yüksək təzyiqli qaz nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nəticələr doğuracağına, magistral qaz boru kəmərinin torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsindən əvvəl inşa edilməsinə əhəmiyyət verməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
36. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 180-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər K abinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23, 2.24 və 2.7-ci bəndlərinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
37. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olmayan normanı tətbiq etmiş və qanunsuz qətnamə çıxarmaqla cavabdehin mülkiyyət hüquqlarını pozmuşdur. Apellyasiya məhkəməsi cavabdehə məxsus olan tikilinin - fərdi yaşayış evinin lazımi icazə alınmadan və müv afiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə olmadan tikilməsinə, həmin tikilinin sözügedən “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozulmaqla magistral qaz kəmərinin mühafizə zonasında inşa edilməsinə, bunun ilk növbədə gələcəkdə cavabdehin həyatı üçün yüksək təhlükə mənbəyi olacağına, sözügedən qaz kəməri ilə yüksək təzyiqli qaz nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nəticələr doğuracağına, magistral qaz boru kəmərinin torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsindən əvvəl inşa edilməsinə istinad etməklə həmin qətnaməni qanunsuz hesab etmiş və göstərmişdir ki, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində olması barədə hüquq müəyyənedi ci sənəd olsa da işin yuxarıda göstərilən halları iddianın əsaslı olmasını göstərir.
39. Mülkiyyət hüququ bütün hüquqlardan öndədir və cavabdehə mülkiyyət hüququna dair şəhadətnamə verilərkən müvafiq rəylər alınmış və çıxarış sonradan ləğv olunmamış, qüvvədədir. Lakin məhkəmə qeyd edilən tikilinin uzun müddət əvvəl inşasına, buranın insanların yaşayış yerinə çevrilməsinə əhəmiyyət verməmiş, əsassız olan bir iddianı təmin etməklə maddi hüquq normasını pozmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası.
40. Maddə 13, 1-ci bənd Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
41. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə et mək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
42. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
43. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
44. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
45. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
46. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında t əyin edilir.
47. Maddə 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir.
48. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
51. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.1. Məhkəməni n qətnaməsi qanuni və əsaslı olmalıdır.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətn amə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
60. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
61. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bundan əvvəl kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan apellyasiya instansiya məhkəməsi tərəfindən icra olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul ed ilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Məhkəmə kollegiyası kassasiya şikayətinin mülkiyyət hüququnun bütün hüquqlardan öndə olması, lakin məhkəmənin buranın insanların yaşayış yerinə çevrilməsinə əhəmiyyət verməməsi, əsassız olan iddianı təmin etməklə maddi hüquq normasını pozması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehin mülkiyyət hüququ pozulmamışdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 oktyabr 2021-cil tarixli, 10/6335 nömrəli ekspert rəyinə əsasən cavabdeh yaşayış evini öz mülkiyyətində olan torpaq sahəsinin kordinatlarını pozmaqla inşa etdirmiş, yaşayış evinin tikinti altı sahəsinin 25 kv.metri onun mülkiyyətdə olan 521 kv.metr torpaq sahəsinin daxilində olduğu halda, həmin evinin 17 kv.metri qaz kəmərinin mühafizə zolağında inşa edilmişdir.
65. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Mə hkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı ma ddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
69. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1115/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.