Məhkəmə qərarları › İş №2(102)-1886/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1886/2025

23.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1886/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (Bərdə rayonu Yeni Əyricə kənd bələdiyyəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiaları ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi və yolun açılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), X2 və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bərdə rayonu Yeni Əyricə kənd bələdiyyəsi mübahisə pred meti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “tikilinin sökülməsi və yolun açılması” tələbinə dair iddiaları ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-49/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkili X3) tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 372, 373 və 374 saylı arayışlara əsasən, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Bərdə rayon Yeni Əyricə kəndində yaşayırlar.

2. Həmin N ümayəndəliyin xx.xx.2021ci il tarixli, 401 saylı arayışına əsasən, Quliyeva X8 rayon Yeni Əyricə kəndində yaşayır. Cavabdeh1 Cavabdeh2 qayınatasıdır. 3. 11.06.2020-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsinə əsasən, X5 tam mülkiyyət hüququ üzrə ona məxsus olan Bərdə rayon Yeni Əyricə kəndində yerləşən ümumi sahəsi 106,3 kv.m., yaşayış sahəsi 47,9 kv.m., yardımçı sahəsi 58.4 kv.m. olan 3 otaqlı fərdi yaşayış evini və Bərdə rayon Yeni Əyricə kəndində yerləşən 0,15 ha torpaq sahəsini 17.000 manata Cavabdeh2 Hafis qızına satmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Yeni Əyricə kəndində 0,15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 106,3 kv.m. olan fərdi yaşayış evi Cavabdeh2 Hafis qızının tam mülkiyyətindədir.

5. Bərdə rayon X4 məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mübahisəli yol iddiaçıların hərəkətinə maneçiliyi yoxdur, tikilən tikilinin yola heç bir aidiyyəti yoxdur və tikilinin sökülməsində bələdiyyənin marağı yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) Cavabdeh1 (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 qeyri-qanuni hərəkətlərinə son qoyulması, Cavabdeh1 qanunsuz olaraq tikm iş olduğu tikilinin dayandırılması, sökülməsi və yolun açılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

7. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçıların nümayəndəsi və vəkili X7 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh1 qanunsuz olaraq tikmiş olduğu tikilinin sökülməsi və yolun açılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar Bərdə rayon Yeni Əyricə kəndində yaşayırlar. Yeni Əyricə kənd Bələdiyyəsi tərəfindən onların mülkiyyətinə, ümumi istifadəsinə torpaq sahəsi verilmişdir. Lakin Bərdə rayon Yeni Əyricə kənd sakini hazırki iş üzrə Cavabdeh1 uzun müddətdir ki, onların istifadəsində olan torpaq sahəsinin 130 kv.m. yolunu zəbt etmiş və hal-hazırda orada qanunsuz tikinti işləri aparır. Ca vabdehin ailə üzvlərinin adına 15 sot torpaq sahəsi olmasına baxmayaraq əlavə olaraq da yola aid olan hissənin 130 kv.m. hissəsini zəbt etmişdir. Cavabdeh1 onların icazəsi olmadan orada qanunsuz olaraq tikinti işləri aparır. Dəfələrlə belə bir hərəkəti etməməsini bildirsələr də heç bir faydası olmamışdır. Cavabdehin etdiyi hərəkət nəticəsində isə onların gediş-gəliş yolunda maneçilik yaranmışdır. Onlar gediş-gəliş yolundan rahat istifadə edə bilmirlər. Bundan əlavə, yolda suvarma məqsədi ilə istifadə olunan arxın mövcudluğu və torpaq sahəsinin yol kəsişməsində yerləşməsi həmin yolda avtomobillərin, yük maşınlarının, kənd təsərrüfatı texnikalarının və mal-qaralarının təhlükəsiz hərəkətlərinə mane olur. Hər hansı bir hadisə baş verərsə iki avtomobilin hərəkətində maneçilik yaranır. Kənd bələ diyyəsinə isə bu barədə məlumat verdikdə “mənlik heç bir şey yoxdur nə edirsiz özünüz edin” deyə bildirir. Bununla bağlı Bərdə rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etdikdə isə heç bir nəticəsi olmamışdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən baxılmış, həmin ərazinin ümumi istifadədə olan yola aid olduğu təyin edilmiş, yerli icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə qanunsuz zəbt və tikinti faktının aşkarlanması ilə bağlı AKT tərtib edilmişdir.

9. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh2 cavabdeh qismində, Bərdə rayonu Yeni Əyricə kənd bələdiyyəsi isə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsinin 11 nömrəli 07 fevral 2022-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı1 İsa oğlunun iddia ərizəsində qeyd edilən yol hal-hazırda naturada mövcuddur. Cavabdeh1 mülkiyyətinə **********66-10301 reyestr nömrəli Çıxarışla 0,15 torpaq sahəsi verilsə də, fakt naturada istifadəsində 0,1733 ha torpaq sahəsi vardır. Cavabdeh naturada mübahisəli yolla istifadə etdiyi həyətyanı torpaq sahəsi arasında mövcud olan su arxına tərəfə artıraraq yarımçıq tikili və mişar daşı ilə hasar çəkmişdir. Cavabdehin faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin həndəsi ölçüləri, koordinatları naturada təyin edilərək Hüquqi subyekt kimi Cavabdeh2 **********6 6-10301 reyestr nömrəsi ilə adına qeydiyyata alınmış texniki pasportdakı həyətyanı torpaq sahəsinin həndəsi ölçüləri ilə müqayisə edildi. Texniki pasportda koordinat göstəriciləri əks olunmadığından yalnız mübahisələndirilən həyətin faktiki en və uzunluq olçüləri ilə Texniki pasportda göstərilən həyətin en və uzunluq ölçüləri arasında fərqi təyin etmək mümkündür. Belə ki, Texniki pasportda göstərilən həyətin şimali-qərb hissəsi 30,15 m göstərilib, lakin naturada isə həmin həyətin şimali-qərb tərəfinin uzunluğu 35,0 m-dir. Texniki pasportdakı planda göstərilən həyətin cənub-şərq tərəfinin uzunluğu 31,2 m-dir, lakin naturada həmin tərəfin uzunluq ölçüsü 36,0 m-dir.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı v ə Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş həmin İdarənin mütəxəssisi tərəfindən verilmiş rəydən görünür ki, Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən torpaq sahəsində tikilən tövlənin 4,0 metr hissəsi, Cavabdeh2 mülkiyyətində olan 0,15 ha torpaq sahəsindən kənara çıxmışdır.

12. Məhkəmənin xx.xx.2022-ci il tarixli yerli baxış protokolundan görünür ki, Cavabdeh2 mülkiyyətində olan 0,15 ha torpaq sahəsində yarımçıq tikili olan tövlə tikilmişdir. İddiaçılar iddia edirlər ki, həmin tikiliyə görə yol daralmışdır. Məhkəmə müəyyən etdi ki, həmin yol ilə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi arasında kəndin ümumi istifadə etdiyi su arxı da var. Həmçinin Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində yola istiqamətdə çəkilmiş sərhədinin davamı olaraq başqa bir qonşu eyni xətt üzrə özünə məxsus (yəni qonşu) torpaq sahəsini hasara almışdır.

13. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, gedən yol kifayət qədər geniş olmaqla gediş-gəliş istiqamətində hər iki maşın yanaşı olduğu təqdirdə rahatlıqa hərəkət edə bilərlər.

14. Bərdə Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(021)-151/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia tələbi təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli yol bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadəyə aid olan torpaqlardır. Bu iddianın irəli sürülməsi üçün birbaşa subyektiv hüquq bələdiyyə məxsusdur. Məhkəmə iddiaçıların iddia tələbinə münasibətdə qeyd edir ki, onlar neqator iddia hüququndan istifadə edərək hazırkı iddianı irəli sürmüşlər. Yeni Əyricə kəndində həmin yoldan təkcə iddiaçılar deyil, bütün kənd əhalisi istifadə edir. Digər hər hansı şəxslərin həmin iddia ilə bağlı müraciətləri olmamışdır. Belə olan halda məhkəmə Cavabdeh1 məhkəmə iclasında verdiyi ifadəsini də işin hallarına münasibətdə qiymət verməyi zəruri bilir. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, həmin torpaq sahəsini təzə almışlar. Onlar həmin kənddə amma başqa ərazidə yaşayırlar. İddiaçılardan İddiaçı1 da ona bildirmişdir ki, həmin torpağı o almaq istəyib, lakin bələdiyyə ona satmadığından İddiaçı1 onlara orada məskunlaşmağa imkan verməyəcəyini bildirmişdir.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cu maddələrinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 7, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2, Torpaq Məcəlləsinin 47.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 170.1, 170.2, 152.1, 425.1, 16.1, 560.1, 560.2, 560.3-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

17. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.

18. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsasland ırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində küçə döngələrində görmə imkanı məhdudlaşmışdır. Kənd 1953-cü ildə salınmışdır və kəndin yolları həmişə geniş olmuşdur. Cavabdeh özü də etiraf edir ki, yolda olan su arxı əvvəllər həmin həyətdən keçirdi. Ekspert rəyindən də göründüyü kimi cavabdeh 225 kv.m. ərazini zəbt edərək 4,90 metr yola tərəf irəliləmişdir. İşdə olan sənədlərlə müəyyən olunur ki, cavabdehin mülkiyyətində 0,15 ha torpaq sahəsi olmasına baxmayaraq, faktiki istifadəsində 0,1733 ha torpaq sahəsi mövcuddu r, eləcə də tikilinin 4,70 metr hissəsinin də 0,15 ha torpaq sahəsindən kənarda inşa edildiyi müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı İdarəsinin məktubundan da müəyyən olunur ki, mübahisəli ərazi ümumi istifadədə olan torpaq sahəsinə aiddir.

19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-673/2023 nömrəli, 11 aprel 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə), iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandı rmışdır ki, iddiaçıların tikilinin sökülməsi və yolun açılmasını tələb etdiyi ümumi istifadədə olan yolun yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun. Bu baxımdan araşdırılmalı olan hallardan biri də iddiaçının müvafiq iddia ilə çıxış etməyə subyektiv hüququnun olub-olmamasıdır. Burdan belə nəticəyə gəlmək olur ki, mübahisəli torpaq sahəsinin buraxılması barədə iddia vermə hüququ bələdiyyəyə məxsusdur. Lakin bələdiyyə tərəfindən iddia qaldırılmaması, tikilinin sökülməsi və yolun açılması üçün iddiaçının özü tərəfindən iddia verməsinə mane olan hal deyildir. Mülkiyyətə qəsd və maneələrin ar adan qaldırılması üçün mülkiyyətçinin məhkəmə müdafiəsindən istifadə etməsi üçün hər hansı məhdudiyyət qoyulması yolverilməzdir. Bu cür məhdudiyyətlər yalnız qanunvericilikdə bilavasitə müəyyən olunduğu hallarda nəzərdən keçirilə və mülkiyyət hüququnun konstitusiya əhəmiyyəti baxımından qiymətləndirilə bilər. İşdə cavabdehlər tərəfindən iddiaçılara məxsus hər hansı torpaq sahəsinin zəbt olunması və ya kəndin ümumi istifadəsində olan yola maneələr törədilməsi sübut olunmur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edib ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 1 57.4, 170.2-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunun 2.1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3-cü və 7-ci hissələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat:

22. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı3 (vəkili X10) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.

23. Kassasiya şikayəti apellyasiya şikayətində göstərilənlərə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi və apellyasiya işə baxarkən iddia tələbinin əsaslandırıldığı və məhkəmə araşdırmasına təqdim edilmiş sübutları sübut kimi qəbul etməməklə və onları sübut kimi qiymətləndirməməklə, obyektiv araşdırma aparmamış, işə qərəzli yanaşmış, bununla da iddiaçıların qərəzsiz məhkəmə müdafiəsinə təminat verilməsi kimi konstitusion hüququnu pozmuşdur. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. İş materiallarında cavabdehin X4 mülkiyyətində olan 0,225 ha torpaq sahəsini qanuni yolla əldə edilməsi ilə bağlı heç bir sənəd yoxdur əksinə həmin yolun bələdiyyənin mülkiyyətində olması ilə bağlı kifayət qədər sübutlar mövcuddur. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz. Ümumi istifadədə olan bələdiyyə yollarının yerləşdiyi torpaq sahələri də bələdiyyə mülkiyyətinə aid edilir. Qanunvericiliyin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır lakin məhkəmə heç bir ciddi əsaslandırma etmədən sadəcə cavabdehin formal mülahizələrinə əsaslanıb qiymət verərək qərar çıxarmışdır. Məhkəmə bir tərəfdən, yalnız cavabdehin formal mülahizələrini və gümanlarını qeyd edib, eləcə də gəldiyi nəticənin hansı sübutlara söykəndiyini əsaslandırmayıb. Digər tərəfdən, qanunvericiliyin tələblərini pozaraq, iddiaçıların istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün heç bir dəlil gətirməyib.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3780/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Zaur Əliyev (məruzəçi), Aqil Abbasov və İddiaçı1) kassasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

25. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən olunan halları nəzərə alındıqda, iddianın qanuni əsası k imi Mülki Məcəllənin 157.4 və 180.4-cü maddələri nəzərdən keçirilə bilər. Həmin normalara əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.

26. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi sur ətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

27. Belə olan halda, hazırkı mübahisənin düzgün həlli üçün mübahisəli tikililərlə ümumi istifadədə olan yola müdaxilə edilib-edilməməsinin ixtisaslı şəxslərin rəyi ilə müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb etmişdir.

28. Bu məqsədlə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edərək sözügedən yolun zəbt olunub-olunmaması, əgər olunmuşsa yolun nə qədər sahəsinin, kim tərəfindən zəbt edilməsini müəyyənləşdirməyi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə etmişdir.

29. Həmin Xidmətin "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsinin 11 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, iddia ərizəsində qeyd edilən yol hal-hazırda naturada mövcuddur, Cavabdeh1 mülkiyyətinə **********66-10301 reyestr nömrəli çıxarışla 0,15 torpaq sahəsi verilsə də, fakt naturada istifadəsində 0,1733 ha torpaq sahəsi vardır. Cavabdeh naturada mübahisəli yolla istifadə etdiyi həyətyanı torpaq sahəsi arasında mövcud olan su arxına tərəfə artıraraq yarımçıq tikili və mişar daşı ilə hasar çəkmişdir.

30. Eyni zamanda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publk hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydən görünür ki, Bərdə rayon Yeni əyricə kəndində yerləşən torpaq sahəsində tikilən tövlənin 4,70 metr hissəsi, Cavabdeh2 mülkiyyətində olan 0,15 ha torpaq sahəsindən kənara çıxmışdır.

31. Beləliklə, yuxarıda qeyd olunan rəylərlə, cavabdehin mülkiyyətində olan sahədən yola tərəf 4,70 metr hissədə artırma edərək tikili inşa etdiyi təsdiqlənsə də, həmin sahənin bələdiyyə torpağı olması, tikililərin yola aidiyyətinin olmamasına dair bələdiyyənin məlumatına, yolun kifayət qədər geniş olması barədə yerli baxış protokoluna istinadən iddia rədd edilmişdir.

32. Bununla belə, məhkəmələr nəzərə almamışlar ki, yolun zəbt olunub-olunmaması, əgər olunmuşsa yolun nə qədər sahəsinin kim tərəfindən zəbt edilməsi barədə ekspertiza qarşısında qoyulmuş suallar cavablandırılmamışdır. Bu hal iddiaçıların tələblərinin əsası kimi irəli sürdükləri dəlillərə mötəbər və kifayətedici sübutlarla hüquqi qiymət verilmədiyinə dəlalət edir.

33. Halbuki, ekspertin rəyinin zəruri olmasına baxmayaraq, həmin rəy kifayət qədər aydın və ya tam olmadıqda, ekspertin rəyi ilə razı laşmadıqda məhkəmə əlavə ekspertiza keçirməli, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi digər şəraiti yaratmalı, zəruri olduqda mütəxəssisin məsləhəti və şərhini dinləməli, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmalıdır.

34. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etmədən, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun qaydada qiymət vermədən çıxarılan qətnamə əsaslandırılmış məhkəmə aktı ki mi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:

35. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 7 noyabr 2024-cü il tarixli 3-16-16/2-10/7741 nömrəli rəyində göstərilmişdir ki, - mübahisəli ərazidə yerləşən ümumi istifadəli yol Bakı təsərrüfatı ərazisində aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən ümumi istifadəli su arxı və gediş-gəliş yolunun ümumilikdə 14,30 metr olduğu müəyyən edilmişdir. - “Azərbaycan Respublika sında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən, vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq, faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu (TEKUİS) işləri aparılmış və həmin məlumatlar elektron məlumat bazasına yerləşdirilmişdir. Odur ki, TEKUİS məlumat bazasına əsasən mübahisəli hissədə ümumi istifadəli su arxı nəzərə alınmaqla gediş-gəliş yolu ümumilikdə eni 8,70 metr müəyyən edilmişdir. 348 kv.m. ölçüdə olan mübahisəli yarımçıq tikilinin 165 kv.m hissəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daş ınmaz əmlakın dövlət reyestrindən **********66-10301 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsi üzərində, qalan 183 kv.m. hissəsi isə Texniki passportda göstərilmiş, mülkiyyətdən artıq qalan, tutulmuş torpağında inşa edilmişdir. 2011-ci il və 2024-cü il ortofoto materillarına əsasən yolun eni mübahisəli ərazidə 8,70 metr ölçüsündə olduğu müəyyən edilmişdir. Tikilinin bir hissəsi mülkiyyətdən artıq qalan torpaq sahəsində tikilsə də, yola müdaxilənin olub-olmamasını təyin etmək mümkün olmadığı müəyyən edilir.

36. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-49/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Rəhman Məcidov və Günay Cavadova) iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfind ən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 6 iyul 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında Cavabdeh2 məxsus Bərdə rayonu Yeni Əyricə kəndində 0,15 ha torpaq sahəsinin cənub qərb sərhədində eni orta hesabla 4,675 metr (bir tərəfi 4,70 metr, digər tərəfi 4,65 metr), uzunluğu 47,30 metr ümumi istifadədə olan torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi və ümumi istifadədə olan yolun açılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tədqiq edilmiş sübutlarla tə sdiq olunur ki, həqiqətən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********66-10301 reyestr nömrəli çıxarışla Cavabdeh2 mülkiyyətinə 0,15 ha həyətyanı torpaq sahəsi verilmiş, bu texniki pasportda qeyd edilmiş, eyni zamanda torpaq sahəsi sənəd üzrə olduğundan 225 kv.m artıqdır, artıq torpaq sahəsi ştrixlənmişdir və torpaq sahəsinin cənub-qərb sərhəddində yerləşməsi qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı da Cavabdeh2 məxsus torpaq sahəsinin cənub qərb sərhədində eni orta hesabla 4,675 metr (bir tərəfi 4,70 metr, digər tərəfi 4,65 metr), uzunluğu 47,30 metr ümumi istifadədə olan torpaq sahəsinin zəbt edildiyi, torpaq sahəsinin zəbt olunmuş hissələrində müəyyən tikinti işlərinin görüldüyü, bununla da iddaçıların fərdi yaşayış evinə gedən avtomaşın yolun u daraltdığı müəyyən olunmuşdur. İşə baxmış birinci instansiya məhkəməsi iddiaçıların istifadəsində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən yolda tikili tikməklə həmin yolu daraltmasına, ümumi istifadədə olan torpaq sahəsini (yolu) özbaşına tutmasına əhəmiyyət verməyərək iddia tələbini təmin etməmişdir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan nəticəyə iş üzrə hərtərəfli araşdırma aparmadan, müvafiq rəy almadan qeyri dəqiq yekun nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi tamamilə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə da ir yeni qətnamə çıxarılaraq Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 6 iyul 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında Cavabdeh2 məxsus Bərdə rayonu Yeni Əyricə kəndində 0,15 ha torpaq sahəsinin cənub qərb sərhədində eni orta hesabla 4,675 metr (bir tərəfi 4,70 metr, digər tərəfi 4,65 metr), uzunluğu 47,30 metr ümumi istifadədə olan torpaq sahəsində inşa edilmiş tikililər sökülməklə ümumi istifadədə olan yol açılmalıdır.

39. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 14.1, 17.1, 18-ci, Torpaq Məcəlləsinin 82, 18, 47, 86, 84, 111-ci və, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 384.0.2, 385.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayə tinin dəlilləri:

40. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkili X3) kassasiya şikayəti və kassasiya şikaytinə əlavə verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın tam rədd edilməsi barədə qərar qərar qəbul olunmasını xahiş etmişlər.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sonuncu apellyasiya məhkəməsinin icraatından əvvəlki apellyasiya instansiyasında müəyyən edildiyi kimi iddiaçılar onların mülkiyyətinə kassatorlar tərəfidnən heç bir maneə yaradılmadığı halda və ümumiyyətlə iddiaçılaırn mübahisəli yola aidiyyətlərinin olmadığı halda neqator iddiadan əsassız yerə yararlanmağa çalışıblar.

42. Neqator iddia (lat. negaterius – “mənfi”) - əmlaka sahib olan mülkiyyətçinin və əmlakın digər qanuni sahibinin (icarədarın) əmlakdan is tifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması üçün üçüncü şəxslərə qarşı müqavilədənkənar tələbidir ki, belə bir hal hazırkı mülki işin faktiki hallaırna görə iddiaçılara şamil oluna bilməz.

43. Sual olunur, koordinatlar mümkün deyilsə, ekspert necə müəyyən etdi ki, kassatorlar zəbtə yol veribdir? Üstəlik, hazırkı mübahisələndirilən qətnamədə məhkəmə özü göstərir ki, işdə olan Bərdə rayonu Yeni Əyricə kənd bələdiyyəsinin məktubundan görünür ki, mübahisəli yolun iddiaçıların hərəkətinə maneəçiliyi yoxdur, tikilən tikilinin yola heç bir aidiyyəti yoxdur və tikilinin sökülməsində bələdiyyənin marağı yoxdur.

44. Həmçinin, apellyasiya məhkəməsi işin əvvəlki materiallarında olan ekspertiza rəyinin şübhəli olması qənaətinə nəyə əsasən və necə gəl ə bilərdi ki, məhkəmə AR MPMnin 202.1.-ci maddəsinə əsasən yerində müayinə həyata keçirməmişdir?

45. Ancaq apellyasiya instansiya məhkməəsindən fərqli olaraq birinci instansiya məhkəməsi yerində müayinə edərək aşağıdakı mötəbər faktlarla iddiaçıların iddasının əsassızlığını qət etmişdir.

46. İş materiallarına əlavə olunmuş X4 məhkəməyə ünvanlanmış məktubundan görünür ki, mübahisəli yol iddiaçıların hərəkətinə maneçiliyi yoxdur, tikilən tikilinin yola heç bir aidiyyəti yoxdur və tikilinin sökülməsində bələdiyyənin marağı yoxdur. İş materiallarına əlavə olunmuş yerli baxış protokolundan görünür ki, Cavabdeh2 mülkiyyətində olan 0,15 ha torpaq sahəsində yarımçıq tikili olan tövlə tikilmişdir. İddiaçılar iddia edirlər ki, həmin tikiliyə görə yol daralmışdır. Məhkəmə müəyyən etdi ki, həmin yol i lə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi arasında kəndin ümumi istifadə etdiyi su arxı da var. Həmçinin Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində yola istiqamətdə çəkilmiş sərhədinin davamı olaraq başqa bir qonşu eyni xətt üzrə özünə məxsus (yəni qonşu) torpaq sahəsini hasara almışdır.

47. İddiaçılar iddia edirlər ki, həmin tikiliyə görə yol daralmışdır. İşə baxan birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, həmin yol ilə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi arasında kəndin ümumi istifadə etdiyi su arxı da var. Həmçinin Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində yola istiqamətdə çəkilmiş sərhədin davamı olaraq başqa bir qonşu eyni xətt üzrə özünə məxsus (yəni qonşu) torpaq sahəsini hasara almışdır. Həmin yol kifayət qədər geniş olmaqla gediş-gəliş istiqamətində hər i ki maşın yanaşı olduğu təqdirdə rahatlıqla hərəkət edə bilər. Beləliklə, hazırkı iş üzrə sonuncu apellyasiya icraatında məhkəmə yalnız və yalnız özünün qeyri obyektiv mülahizələrinə əsaslanan maddi və prosessusal hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnən qərar qəbulu reallaşdırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

48. İddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2 cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək şikayətin əsassız olduğundan təmin edilməməsini, apellyasiya instansiyasısı məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

49. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mül ki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

50. Maddə 17.1 bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar.

51. Maddə 18 mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

52. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövl ət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

53. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

54. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin h ərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

55. Maddə 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.

56. Maddə 153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir.

57. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

58. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqlar ı eyni bərabərdə müdafiə edilir.

59. Maddə 156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir.

60. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

61. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

62. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin on dan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

63. Maddə 18. 1-ci hissə.

1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilmə sinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və tari x-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri.

64. Maddə 47.

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hid rotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

65. Maddə

49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququtorpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

66. Maddə

82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyə tçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.

67. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

68. Maddə 86.2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz.

69. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

71. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

72. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

74. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

75. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

76. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

77. Hakim. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etm əyə yol verilmir.

79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

80. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

81. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

82. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qə rardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

83. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

84. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

85. Kasasiya şikayətində cavabdehlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırkı kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin bütünlüklə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

87. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi halla rına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

88. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

89. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi ap ellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsa s ola bilməz.

90. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

91. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

92. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-49/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qətnamə si dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar