Məhkəmə qərarları › İş №2(102)-189/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-189/2024

17.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-189/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4555/2023 nömrəli, xx.xx.2023-cü il qətnaməsindən i ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 17 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 18 iyul 2000-ci il tarixli 689 saylı sərəncamına əsasən Bakı şəhər XDS İK-nın 27 yanvar 1989-cu il tarixli 13/713 saylı qərarına müvafiq olaraq Ələt qəsəbəsi K.Məmmədov küçəsi 1 saylı evin 4-cü mənzilində yaşayan S.B.Məmmədovaya fərdi yaşayış evinin tikintisi üçün Şıxlar massivindən 600 m2 torpaq sahəsi ayrılmışdır.

2. S.B.Məmmədova cavabdehin nənəsi olmuş, torpaq sahəsini cavabdehin anası miras əmlak kimi faktiki olaraq qəbul etmişdir. Həmin torpaq sahəsində tikilini isə cavabdeh inşa etmişdir və bu günədək ailəsi ilə həmin evdə yaşayır. 3. 05 aprel 2021-ci il tarixli akta əsasən iddiaçının əməkdaşları əraziyə baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, X1 istismarında olan Daşgil-Lökbatan Dş 300 mm-lik yerüstü neft kəmərinin 1.4-cü km-də kəmərdən 43 metr aralı (Şirvan-Bakı Dş 500 saylı yerüstü, neft kəmərinin 48-ci km-də 39 T 398497 ******* saylı koordinat üzrə) məsafədə Qaradağ rayonu Qobustan qəsəbəsi Təzə yurdlar ünvanında yaşayan Cavabdeh Seyidbaş oğluna məxsus köhnədən olan hasarın üstünə üç mişar daşı hörülməsi aşkarlanmışdır. Aparılan işlərin dayandırılması barədə xəbərdarlıq olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Daşgil -Lökbatan DŞ 300 mm-lik yerüstü neft kəmərinin 1.4-cü kilometrində, kəmərdən 43 metr aralı məsafədə, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Təzə yurdlar ünvanında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş bütün tikililərin onun hesabına sökülərək, ərazidən çıxarılması və mülkiyyəti təsdiq edən sənəd olmadan həmin ünvanda tikinti-quraşdırma işlərinin aparılmasının ona qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan yerüstü neft kəmərindən 43 metr aralı məsafədə cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, s ənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Resp ublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü il tarixdə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu Qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında qeyd olunan işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması; heyvan saxlamaq; balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılm ası; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2002-ci il tarixli, 685 saylı Fərmanında, eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 saylı Qərarında ixrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə, Cinayət Məcəlləsinin 222-2-ci maddəsinə əsasən müvafiq icazə almadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.

6. Cavabdeh Seyidabbas oğlu məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 18 iyul 2000-ci il tarixli 689 saylı sərəncamına əsasən Bakı şəhər XDS İK-nın 27 yanvar 1989-cu il tarixli 13/713 saylı qərarına müvafiq olaraq Ələt qəsəbəsi K.Məmmədov küçəsi 1 saylı evin 4-cü mənzilində yaşayan S.B.Məmmədovaya fərdi yaşayış evinin tikintisi üçün Şıxlar massivindən 600 m2 torpaq sahəsi ayrılmışdır. S.B.Məmmədova onun nənəsi olmuş, təqribən 20 il bundan öncə vəfat etmiş, nənəsinin ölümündən sonra həmin torpaq sahəsi faktiki olaraq vərəsəlik qaydasında anası X2 tərəfindən qəbul edilmiş, 5-6 il bundan öncə isə anası vəfat etmişdir. 2000-ci ildə həmin torpaq sahəsində onun tərəfindən mübahisəli yaşayış evi inşa edilmiş və bu vaxtadək ailəsi ilə birlikdə həmin yaşayış sahəsində yaşayır. Ötən 23 illik müddət ərzində isə iddiaçı təşkilat tərəfindən həmin tikili ilə bağlı ona qarşı hər hansı iddia irəli sürülməmişdir.

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli qərardad qəbul edilərək, iş üzrə məhkəmə mühəndis-texniki ek spertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2023-cü il tarixli 10/7312 saylı ekspert rəyindən görünür ki, mübahisə predmeti olan hasar tikilisi ilə neft kəməri arasındakı məsafənin 42,3 metr təşkil etdiyi müəyyən olunur. Tədqiq olunan ünvanda neft kəmərinin mühafizəsi zonasında başqa tikili aşkar edilməmişdir (qərardadın 1-ci və 2-ci sualları üzrə). 14 noyabr 2022-ci il tarixli ekspert vəsatətində qeyd olunan əlavə materiallar Mərkəzə təqdim edilmədiyindən qərardadın üçüncü sualının cavablandırılması mümkün olmamışdır.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 may 2023-cü il tarixli, e-2(002)-30/2023 nömrəli qətnaməsi ilə (hakim K.Əsədov) iddia tələbi təmin olunmamışdır.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 18 iyul 2000-ci il tarixli sərəncamına müvafiq olaraq Ələt qəsəbəsi K.Məmmədov küçəsi 1 saylı evin 4-cü mənzilində yaşayan S.B.Məmmədovaya fərdi yaşayış evinin tikintisi üçün Şıxlar massivindən 600 m2 torpaq sahəsi ayrılmışdır. S.B.Məmmədova cavabdehin nənəsi olmuş, 20 il öncə vəfat etmişdir. Torpaq sahəsini cavabdehin anası miras əmlak kimi faktiki olaraq qəbul etmişdir. Həmin torpaq sahəsində tikilini isə cavabdeh inşa etmişdir və bu günədək ailəsi ilə həmin evdə yaşayır. Torpaq sahəsinin cavabdehin nənəsinə ev tikintisi üçün ayrılması barədə sərəncam hazırda qüvvədədir. Belə olan halda, iddia tələbi təmin edilə bilməz.

10. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddiaçıya qarşı birmənalı olaraq formal mövqe nümayiş etdirməklə, mülki işə birtərəfli baxmış, iddiaçının təqdim etdiyi dəlillərə və sübutlara əhəmiyyət vermədən, yalnız cavabdehin hüquqlarını müdafiə xarakterli mövqeyi ilə çıxış edərək, mübahisəli tikili özbaşına tikili olduğu halda, iddiaçının qanuni iddiasını təmin etməmişdir. İddiaçı SOCAR İddiaçı SOCAR-ın tərkibində yaradılmış İdarədir və özünün N izamnaməsi əsasında fəaliyyət göstərir. Bununla bağlı dövlət tərəfindən Şirkətə təminat və öhdəliklər verilmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, mübahisəli torpaq üzərində özbaşına tikililər inşa edilməklə idarəyə dövlət tərəfindən verilmiş hüquq və təminatlar pozulmuş və eyni zamanda neft-boru kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İnşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2023-cü il tarixli 10/7312 saylı ekspert rəyindən görünür ki, mübahisə predmeti olan hasar tikilisi ilə neft kəməri arasındakı məsafənin 42,3 metr təşkil etdiyi müəyyən olunur. Tədqiq olunan ünvanda neft kəmərinin mühafizəsi zonasında başqa tikili aşkar edilməmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 18 iyul 2000-ci il tarixli, 689 saylı sərəncamından görünür ki, Bakı şəhər XDS İK- nın 27 yanvar 1989-cu il tarixli, 13/713 saylı qərarına müvafiq olaraq Ələt qəsəbəsi K.Məmmədov küçəsi 1 saylı evin 4-cü mənzilində yaşayan S.B.Məmmədovaya fərdi yaşayış evinin tikintisi üçün Şıxlar massivindən 600 m2 torpaq sahəsi ayrılmışdır. Sərəncamla yaşayış evinin tikintisinin fərdi və yaxud birtipli layihə əsasında aparılması qərara alınmışdır. Vətənda şa tapşırılmışdır ki, fərdi yaşayış evinin tikintisi üçün rayon MKTB ilə müqavilə bağlasın. Sərəncamda həmçinin göstəriş qoyulmuşdur ki, fərdi yaşayış evinin tikintisi yerli icra hakimiyyəti başçısının sərəncamından sonra 3 il müddətinə başa çatdırılsın. Lakin 05 aprel 2021-ci il tarixli aktdan da aydın olur ki, cavabdeh qanunsuz tikinti işlərini davam etdirməkdədir. Cavabdeh dəfələrlə xəbərdar edilmişdir. Bu barədə yerində aktlar tərtib olunmuşdur. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi məlum neft kəmərləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və ölkədə neft əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsindədir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə qəbul e dilməlidir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22(103)-4555/2023 nömrəli, xx.xx.2023-cü il qətnaməsi ilə (hakimlər İlham Cəfərov (sədrlik edən və məruzəçi) Xəyal Sarıyev və Fuad Abdıyev) apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, e-2(002)-30/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehə qarşı iddia tələbi ilə müraciət edərkən, habelə apellyasiya şikayəti verərkən, müvafiq olaraq öz tələbinin predmetini və apellyasiya şikayətinin dəlillərini qanunsuz hesab etdiyi tikili üzərində qurmuş, lakin tikilinin qanunsuz olmasını sübuta ye tirə bilməmişdir. Belə ki, qeyd olunan faktın əsaslandırılması üçün ilk növbədə qanunvericilikdə iddiaçının tələbinin predmetini və apellyasiya şikayətinin dəlilini təşkil edən “qanunsuz tikili” yəni “özbaşına tikili” anlayışının necə təsbit olunduğunu müəyyənləşdirmək zəruri haldır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak o halda özbaşına tikinti hesab edilə bilər ki, həmin yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun. Göründüyü kimi qeyd olunan Məcəllədə tikintinin hansı hallarda özbaşına hesab edilməsi müəyyən e dilmişdir. Lakin iş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli sərəncamı ilə cavabdehin nənəsi S.B.Məmmədovaya fərdi yaşayış evinin tikintisi üçün Şıxlar massivindən 600 m2 torpaq sahəsi ayrılmış, elə həmin ildən cavabdeh tərəfindən qeyd olunan sərəncama əsasən tikinti işləri başlanılmışdır. S.B.Məmmədova xx.xx.2005-ci il tarixdə ölmüşdür və sonradan həmin tikiliyə faktiki sahibliyi cavabdeh etmişdir. Həmin sərəncam, verilməsindən 23 il keçməsinə baxmayaraq mübahisələndirilməmiş, cavabdeh məhkəməyə həmin sərəncamı təqdim edərək, tikilinin özbaşına olmasını təkzib etmiş, iddiaçı isə qeyd edilən faktın əksini sübuta yetirə bilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsindən müəyyən olunur ki, bina və qurğular m üvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında o halda sökülə bilər ki, həmin bina və qurğular tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun. Qanunverici həm özbaşına tikili anlayışını, həm də özbaşına tikilinin sökülməsi şərtlərini konkret olaraq müəyyən etdiyindən, yalnız həmin şərtlərin mövcud olması tikilinin özbaşına hesab edilməsi və sökülməsi ilə nəticələnə bilər.

15. Bundan başqa, apellyator şikayətin dəlillərində göstərmişdir ki, sərəncamda mübahisələndirilən tikilinin 3 il müddətinə başa çatdırılması qeyd olunsa da, xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, cavabdeh qanunsu z tikinti işlərini davam etdirməkdədir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların tikintisinə icazə tələb olunmur. xx.xx.2021-ci il tarixli aktda isə hasarın üstünə üç mişar daşı hörülməsi göstərilsə də, həmin hasarın hündürlüyü barədə məlumat göstərilməmiş, habelə iddiaçı tərəfindən həmin hasarın hündürlüyünün 2 metr 20 santimetrdən çox olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

16. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, ekspert rəyinə əsasən mübahisəli tikilinin mühafizə zonası daxilində yerləşdiyi müəyyən edilsə də, yerli icra hakimiyyəti başçısının sərəncamı hüquq müəyyənedici sənəd kimi qiymətləndirildiyindən, i lk növbədə həmin sərəncamın qanuniliyi mübahisələndirilməli idi. Lakin iddiaçı tərəfindən hazırkı vaxtadək sözügedən sərəncam mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyə əsaslanaraq yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmiş, iddiaçı isə tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Nəticədə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmış və iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.4-cü maddələri, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1, 79.1.3-cü maddələri, MPM-in 14.2, 77. 1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə2) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işdə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan yerüstü neft kəmərindən 43 metr aralı məsafədə qanunsuz tikinti işlərinin aparmışdır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

20. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü il tarixdə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarına əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu Qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında qeyd olunan işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol v ə ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması; heyvan saxlamaq; balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2023-cü il tarixli 10/7312 saylı ekspert rəyindən görünür ki, mübahisə predmeti olan hasar tikilisi ilə neft kəməri arasındakı məsafənin 42,3 metr təşkil etdiyi müəyyən olu nur. Tədqiq olunan ünvanda neft kəmərinin mühafizəsi zonasında başqa tikili aşkar edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

22. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

23. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

24. Maddə 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla). Mülki Prosessual Məcəllə

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaf iq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gəl ərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mü bahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4555/2023 nömrəli mülki iş üzrə 01 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar