Məhkəmə qərarları › İş №2(102)-189/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-189/2025

30.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-189/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:əqdin etibarsızlığı 30.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2(103)4371/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabde h2 arasında Bakı şəhəri 32 saylı notariat ofisində 02 sentyabr 2019-cu il tarixdə bağlanmış və 3M-775 saylı reyestrlə təsdiq olunmuş müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən, "xxxx" Firmasının təsisçisi İddiaçı "xxxx" Firmasının nizamnamə kapitalında özünə məxsus olan 100% payı 10 manata Cavabdeh2 satmışdır. Cavabdeh2 isə həmin qiymətə almışdır.

2. Cəbrayıl Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(072)381/2023 saylı qətnaməsi ilə Cavabdeh2 X1 və İddiaçı qarşı “şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh2 barəsində yayılmış “dələduzdur...” ifadəsi həqiqətə uyğun olmayan, yalan məlumat hesab edilməsi İddiaçı mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində pulun tutularaq Cavabdeh 2 xeyrinə ödənilməsi qət edilmişdir.

3. Bakı şəhəri Xətai rayon prokurorluğunun 05 yanvar 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarına əsasən, X və Cavabdeh2 müraciətləri üzrə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, Xu təxminən 1998-ci ildən tanıyır, aralarında dostluq münasibətləri olmuşdur. X müxtəlif biznes sahələrində fəaliyyət göstərir, belə ki, X xarici dövlətlərdən balıq məhsullarını Azərbaycan Respublikası ərazisinə gətizdirərək satışını təşkil edir. Bundan başqa X məxsus “X” klinikası, “X” şadlıq evi, “X” restoranı və müxtəlif mağazaları vardır. X biznes sahələri geniş olduğundan ona tez-tez vəsait lazım olurdu. Bacardığı k öməkliyi X etmişdir. Təxminən 2019-cu ilin avqust ayının son günlərində Xv ona bildirmişdir ki, xaricdən gətizdirdiyi balıq məhsullarının pulunun ödənilməsi üçün ona təcili olaraq 1.000.000 ABŞ dolları pul lazımdır və ondan xahiş etmişdir ki, həmin məbləğdə pulu ona borca versin. O, X bildirmişdir ki, qeyd olunan məbləğdə onun pulu yoxdur. Bundan bir neçə gün sonra X ona bildirmişdir ki, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən özünə məxsus "xxxx" şadlıq evini satmaq qərarına gəlmişdir. Şadlıq evinin təcili satılması üçün X 1.620.000 manat pul istəmişdir. O, X bildirmişdir ki, qeyd olunan məbləğdə pulu tapa bilsə şadlıq evini ondan satın alar. O, qohumlarından qeyd olunan məbləğdə vəsaiti toplamış və şadlıq evini almaq qərarına gəlmiş və bu barədə X bildirmişdir. Qeyd olunan şadlıq evinə dai r mülkiyyət sənədi olmadığından şadlıq evi "xxxx" Firmasının balansında olduğundan şirkəti satın almağa razılaşmışlar. 02 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, 32 saylı notariat kontorunda onunla İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən "xxxx" Firmasını almışdır. Bundan sonra X 1-ci mikrorayonda yerləşən ofisinin qarşısında görüşərək, onun oğlu İddiaçı 950.000 ABŞ dolları (1.620.000 manat) pulu vermişdir. Bununla da "xxxx" Firması və balansında olan "xxxx" şadlıq evi onun mülkiyyətinə keçmişdir. Təxminən 2021-ci ilin noyabr ayında X bir neçə dəfə onun yanına gələrək, ona bildirmişdir ki, şadlıq evini ona ucuz qiymətə satmış və ondan əlavə 600.000 manat pul tələb etmişdir. O, X bildirmişdir ki, 2019-cu ildə satdığı qiymətə pulunu verib əmlak almış və əlavə pul vermək f ikri yoxdur. Bu münvalla X bir neçə dəfə ona hədə qorxu gələrək, ondan şadlıq evini tələb etmişdir. 01 yanvar 2022-ci il tarixdə o, "xxxx" şadlıq evini X adlı qadına icarəyə vermişdir. 28 yanvar 2022-ci il tarixdə şadlıq evinin işçisi olan X adlı şəxs ona zəng edərək bildirmişdir ki, Xv adlı vəkil təxminən 10 nəfər şəxslərlə şadlıq evinə gələrək qanunsuz Şahzadədən açarları alaraq, içəri daxil olmuş və bildirmişlər ki, şadlıq evi Xr, ona görə də işçiləri oradan qovmuşlar. Dərhal o, 34-cü polis bölməsinə zəng vurmuş və olanlara bu barədə məlumat vermişdir. O, oğlu Anarla şadlıq evinə gəlmiş və içəri daxil olarkən görmüşdür ki, müdir otağında X oturub masa arxasında, yanında isə X, X, X, Xvə bir neçə nəfər tanımadığı şəxslər vardır. Eyni zamanda o, şadlıq evinə gələrkən polis əməkdaşları da orada olmuşlar. Həmin vaxt X onun qoluna girərək onu binanın arxasına çəkmək istəmiş, lakin oğlu imkan verməmişdir. Həmin vaxt X içkili vəziyyətdə ona bildirmişdir ki, əgər o, şadlıq evini X təhvil verməsə və ya onun 600.000 manatını ödəməsə onu rahat yaşamağa imkan verməyəcək və onu təhdid etmişdir. Bundan sonra o, XX demişdir ki, şadlıq evi ona məxsusdur və heç kimə vermək fikri yoxdur. Həmin vaxt bir nəfər tanımadığı şəxs ona bildirmişdir ki, oradan uzaqlaşmasa onu vuracaqlar. Daha sonra polis əməkdaşları tərəfindən yuxarıda göstərilən şəxslər polis şöbəsinə aparılmışlar və orada onun və həmin şəxslərin izahatları alınmışdır. Daha sonra o, görmüşdür ki, bir nəticə yoxdur, ona görə də 30 yanvar 2022-ci il tarixdə DİNnin 102 xidmətinə müraciət edərək olanları bir daha anlatmışdır. Eyni za manda xx.xx.2022-ci il tarixdə şadlıq evinin əməkdaşı X ona zəng edərək bildirmişdir ki, X yenidən şadlıq evinə gəlib və onu danışığa çağırır, o, isə ehtiyat edərək görüşə getməmişdir. Hal-hazırda şadlıq evini X adlı şəxsə icarəyə vermişdir. Əlavə olaraq göstərmişdir ki, o, 2018-ci ilin əvvələrində X 350.000 ABŞ dolları borca pul vermiş, dostu olduğu üçün aralarında heç bir faiz söhbəti olmamışdır. 2018-ci ilin axırına kimi X 350.000 ABŞ dollarını tam şəkildə qaytarmış və aralarında heç bir narazılıq olmamışdır. Eyni zamanda bildirmişdir ki, X Binəqədi polis idarəsinə şikayət edərək göstərmişdir ki, güya ondan 950.000 ABŞ dollarını borc olaraq götürmüş və girov olaraq ona "xxxx" şadlıq evini vermişdir. Lakin X dediyi tamamilə yalandır, o, X "xxxx" şadlıq evini satın almışdır. Həmin qərarda n görünür ki, izahatı alınmış X bildirmişdir ki, Cavabdeh2 1993-cü ildən tanıyır, onunla dostluq münasibətləri olmuşdur. İsrafil fərdi sahibkardı və onunla dost münasibətində olduğu üçün ara bir ondan borca pul götürürmüş. Təxminən 2018-ci ildə dostu Babəkə 350.000 ABŞ dolları pul lazım olmuşdur. X həmin pulu X istəmişdir. X isə ona pulu verməmişdir və bildirmişdir ki, o, X zamin dursa pulu verər. O, da X söhbət edərək X zamin durmuşdur və 350.000 ABŞ dollarını aylıq 3% ödəmək şərti ilə götürmüş və Babəkə vermişdir, Xhər ay X faiz pullarını ödəmişdir, ümumilikdə İsrafilə 190.000 ABŞ dolları faiz ödəmişdir. Daha sonra 2019-cu ilin sentyabr ayında o, İsrafildən aylıq 2.5 faiz olmaqla 400.000 ABŞ dolları götürmüşdür. Sonuncu 400.000 ABŞ dollarını götürməmişdən öncə İsrafilə 150.000 ABŞ dollar ı borcu qalmışdır. Qeyd olunan məbləğdə pulun aylıq faizlərini ödəmişdir. Sonuncu pulu götürərkən İsrafil ona bildirmişdir ki, girov olaraq əmlak qoymalıdır. O, da özünə məxsus şirkətin balansında olan "xxxx" sarayını X girov qoymuş və şirkəti rəsmi alqı-satqı müqaviləsi əsasında İsrafilin adına keçirmişdir. Aralarında olan razılaşmaya əsasən o, X olan borcunu bağlayıb qurtarandan sonra şadlıq evini özünə qaytaracaqdır. Beləliklə, o, ümumi olaraq İsrafildən 900.000 ABŞ dolları faizlə pul götürmüş və ümumilikdə ona 650.000 ABŞ dolları pul qaytarmışdır. Buna baxmayaraq X ona məxsus dəyəri 4.500.000 manat olan şadlıq sarayını ələ keçirmiş və hal hazırda qaytarmaq istəmir.

4. Cavabdeh2 tərəfindən verilmiş ərizədə qeyd olunmuşdur ki, İddiaçı ona məxsus "xxxx" Firmasının nizamnamə kapitalıdakı 100% payın ona satılmasına dair aralarında bağlanmış, 32 saylı notariat ofisindəki Reyestrdə 3M-775 №-də qeydə alınmış 02 sentyabr 2019-cu il tarixli “Müəssisədəki payın alqı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi və "xxxx" Firması üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, guya onun aldığı və qaytara bilmədiyi borc faizlərinin müqabilində "xxxx" Firmasının girov saxlanılması adı altında formal olaraq "xxxx" firmasının nizamnamə kapitalındakı 100% payın ona satılmasına dair notarial təsdiq edilmiş “Müəssisədəki payın alqı-satqı” müqaviləsi bağlanılmışdır. O, iddia tələbini əsassız olduğunu hesab edir. Belə ki, 02 sentyabr 2019-cu il tarixdə X əvvəlc ədən danışıb razılaşdıqları kimi Bakı şəhəri Xətai rayonu, ünvan 2 ünvanda yerləşən "xxxx" firmasını və eyni adlı şadlıq evini 1.620.000 (bir milyon altı yüz iyirmi min) manata almışdır. 02 sentyabr 2019-cu il tarixdə X oğlu və "xxxx" Firmasının təsisçisi İddiaçı ilə ona məxsus "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% payı Bakı şəhəri 32 saylı notariat ofisindəki Reyestrdə 3M-775 №-də qeydə alınmış “Müəssisədəki payın alqı-satqı” müqaviləsi əsasında almışdır. İddiaçının iddia tələbində əsaslandırmağa çalışdığı kimi guya onun aldığı və qaytara bilmədiyi borc faizlərinin müqabilində "xxxx" Firmasının girov saxlanılması adı altında formal olaraq "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% payın ona satılmasına dair notarial təsdiq edilmiş “Müəssisədəki payın alqı-satqı” müqaviləsi ba ğlanılmamışdır. "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% payı nəğd ödədiyi 1.620.000 manat pulun müqabilində almışdır. Alqı-satqı müqaviləsini X oğlu İddiaçı imzalasa da, bu işlərlə X özü şəxsən məşğul olmuşdur. Təxminən 2021-ci ilin oktyabr-noyabr aylarından başlayaraq Hümbət Səfərov ondan tələb etmişdir ki, "xxxx" şadlıq evini ona ucuz qiymətə satdığına görə ona əlavə 600.000 manat pul verməlidir. O, onun tələbini rədd etdikdən sonra Xn vəkili X başının dəstəsi ilə "xxxx" şadlıq evinə onun yanına gələrək tələb etmişdir ki, ya XX 600.000 manat pul verməlidir, ya da ki, şadlıq evinin fəaliyyətindən əldə olunan gəlirin 50%-i onlara çatmalıdır. Bununla bağlı Xv, vəkili X və qeyriləri tərəfindən hədə-qorxu və zorakılığa məruz qalmağına dair şikayət ərizəsi əsasında Xətai rayon Polis İda rəsinin, Xətai rayon prokurorluğunun icraatında araşdırılmalar aparılmış, toplanılmış materiallar üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2022 və xx.xx.2023-cü il tarixli qərarlar qəbul edilmişdir. Eyni zamanda o, ərizəsində qeyd etmişdir ki, “Müəssisədəki payın alqı-satqı” müqaviləsinin xx.xx.2019-cu il tarixdə bağlandıqdan sonra İddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2024-cü il tarixdə verildiyindən və müqavilənin bağlanılmasından 3 ildən artıq vaxt keçdiyindən hazırkı iddiaya münasibətdə iddia müddəti keçmişdir. Ona görə də, o, hesab edir ki, hazırkı iddia tələbi iddia müddəti keçdiyinə görə rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq, cavabdeh ərizəsində İddiaçı ona məxsus "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% payının ona satılmasına dair araların da bağlanmış, 32 saylı notariat ofisində 3M-775 saylı reyestrdə qeydə alınmış “Müəssisədəki payın alqı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi və "xxxx" Firması üzərində mülkiyyət hüququnun bərpa edilməsinə dair iddia tələbindən imtina edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5. "xxxx" şadlıq sarayı 15 yanvar 2018-ci il tarixdə iddiaçı tərəfindən internet portalda satışa çıxarılmış və ilkin satış qiyməti 2.500.000 manat müəyyən edilmişdir. 6. "xxxx" MMC tərəfindən verilmiş 15 may 2024-cü il tarixli, 02-70/24 saylı hesabata istinadən, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 2014.87 kv.metr olan 2 mərtəbəli qeyri-yaşayış binasının (X şadlıq sarayı) 15 may 2024-cü il tarixinə bazar dəyəri 4.443.000 manat təşkil edir.

7. Cavabdeh2ov Budaq oğlu tərəfindən yazılmış 02 sentyabr 2019-cu il tarixli əlyazmada onun tərəfindən 950 ABŞ dollarının verildiyi, əvəzində X firmasını və Şadlıq evini alqı-satqı etdiyini və həmin məbləğ ödənildikdən sonra Firmanı geri qaytaracağını qeyd etmiş və əlyazmanı öz imzası ilə təsdiq etmişdir.

8. İşə "xxxx" şadlıq sarayının əvvəlki və mövcud vəziyyətini əks etdirən fotoşəkillər və Cavabdeh2 faiz məbləğlərinin qaytarılacağı təqdirdə "xxxx" şadlıq evini qaytarılacağını bildirməsinə dair səs yazısının olduğu flash-kart əlavə edilmişdir.

9. İş üzrə qəbul edilmiş məhkəmə aktları

10. Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh2 (bundan sonracavabdeh) və Bakı şəhəri, 32 saylı Notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək, "xxxx" Firmasında ona məxsus 100% payın alqı-satqısına dair cavabdehlə aralarında Bakı şəhəri, 32 saylı notariat ofisində bağlanılmış, 3M-775 saylı reyestrdə qeyd edilmiş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və "xxxx" Firması üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı, iddia ərizəsini onunla əsaslandırmışdır ki, təsisçisi olduğu "xxxx" Firması 2015-ci il tarixdən etibarən onun mülkiyyətində olmuşdur. "xxxx" Firmasına məxsus təxminən 4.500.000 manat dəyərində Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanda yerləşən "xxxx" Şadlıq Sarayı uzun müddətdir ki, qeyri-yaşayış obyekti kimi tərəfindən istifadə edilir. Həmin qeyri-yaşayış obyekti "xxxx" Firmasının sifarişinə əsasən inşa edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər bu faktı təsdiq edir. Belə ki, atası X cavabdehdən X və X iştirakı ilə 900.000 ABŞ dolları məbləğində pulu aylıq əlavə 3 faiz ödəmək şərti ilə borc götürmüşdür. Lakin, həmin məbləğ yalnız atasının şəxsi istifadəsi üçün deyil, həmçinin X və X da faiz şəklində verilmişdir. Cavabdeh isə yalnız atasını tanıdığı üçün pulu ona verdiyini bildirmişdir. Lakin pulun faizə borc şəklində X və X da verildiyini təsdiqləyən səs yazıları da mövcuddur. Həmin səs yazıları iddia ərizəsinə əlavə edilmişdir. Həmin borcun faizdən əlavə əsas borcdan 650.000 ABŞ dolları qaytarılmışdır. Lakin maddi çətinliklərlə üzləşdiyi üçün atası və digərləri yüksək məbləğdə faizi ödəsələr də, 250.000 ABŞ dolları pulun qaytarılması üçün cavabdehdən onlara vaxt verməsini xahi ş etmişlər. Cavabdeh isə bunun müqabilində onun təsisçisi və rəhbəri olduğu "xxxx" Firmasının mülkiyyətindəki 4.500.000 manatlıq "xxxx" Şadlıq Sarayını girov qoymağı tələb etmişdir. Atası X bu haqda məlumat verdikdən sonra əmlakın girov qoyulmasına razılaşmışdır. Lakin borclularla cavabdeh arasında yazılı qaydada borc müqaviləsi olmadığı üçün sonuncu əmlakın girov qoyulduğunu təsdiq etmək məqsədi ilə formal alqı-satqı müqaviləsi bağlanılmasını tələb etmişdir. Atası və o, borclu olduqları üçün onun irəli sürdüyü təkliflə razılaşmağa məcbur olmuşlar. Həmçinin cavabdeh, onları müqavilənin yalnız formal olaraq bağlandığına, qeyri-yaşayış sahəsinin istifadəsinə maneəçilik törətməyəcəyinə inandırmışdır. Buna görə də, aralarında formal şəkildə "xxxx" Firmasında ona məxsus olan 100% payın cavabdeh ə satılması barədə Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin hazırda cavabdeh tərəfindən 250.000 ABŞ dolları borcun qarşılığında təxminən 4.500.000 manatlıq şadlıq sarayı qanunsuz olaraq zəbt edilmişdir. Həmin şəxs onu aldadaraq "xxxx" Şadlıq Sarayını mülkiyyətinə keçirmişdir. Şifahi razlaşma zamanı qeyri-yaşayış obyektinin yalnız girov olaraq alındığını, tərəfindən istifadə olunacağına heç bir maneə yaradılmayacağı bildirsə də, cavabdeh onları aldadaraq, alğı-satqı müqaviləsi bağlayaraq, əmlakı mülkiyyətinə keçirtmişdir. Cavabdeh hazırda formal olaraq bağlanmış alğı- satqı müqaviləsindən istifadə edərək, əmlaka qanunsuz sahibliyi həyata keçirir. "xxxx" Şadlıq Sarayının girov olaraq verildiyini, alğı-satqı müqaviləsinin formal xarakterli olduğunu, borcunun ödənilmədiyi təqdirdə əmlakı qaytarmayacağını təsdiqləyən səs yazıları mövcuddur. Bu hallar şahidlər X3, X4, X13, X14, X9, X5, X, X15 tərəfindən də təsdiq oluna bilər. Məhkəmə zamanı qeyd etdiyi şəxslər şahid qismində ifadə verə bilərlər. Qeyd edilən hallar cavabdehlə aralarında “Whatsapp” mobil tətbiqi vasitəsi ilə aparılmış danışıqlarda da öz əksini tapmış, həmin səs yazıları tərəfindən CD elektron daşıyıcısında iddia ərizəsinə əlavə edilmişdir.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1784/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddianın rədd edilməsi qət edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, 02 sentyabr 2019-cu il tarixli Bakı şəhəri, 32 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi qanuna uy ğun həyata keçirilmiş, notarial qaydada bağlanmış alqı-satqı əqdi imzalanan zaman yol verilən qüsurların mövcudluğu, həmçinin həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyən edilməmişdir. Cavabdeh təsdiq etmişdir ki, 02 sentyabr 2019-cu il tarixdə X əvvəlcədən danışıb razılaşdıqları kimi Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanda yerləşən "xxxx" firmasını və eyni adlı şadlıq evini 1.620.000 manata almışdır. 02 sentyabr 2019-cu il tarixdə Hümbət Səfərovun oğlu və "xxxx" Firmasının təsisçisi İddiaçıla ona məxsus "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% payı Bakı şəhəri, 32 saylı notariat ofisində 3M-775 reyestr nömrəsi ilə təsdiq edilmiş “Müəssisədəki payın alqı-satqı” müqaviləsi əsasında almışdır və həmin məbləği İddiaçı ödəmişdir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı həmin müqavilənin atası Hümbət Səfərovun cavabdehdən 900.000 ABŞ dolları məbləğində pulun aylıq əlavə 3 faiz ödəmək şərti ilə götürdüyü borcun təminatı olaraq bağlanmasını, əslində həmin qeyriyaşayış sahəsinin dəyərinin 4.500.000 manat olduğunu iddia etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

16. Belə ki, mülki qanunvericiliyin tələbinə görə, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduqda mülki qanunvericiliyin imperativ tələbinə görə borc müqaviləsinin yazılı formada bağlanılması tələb olunur və hazırkı halda iddiaçının cavabdehdən 900.000 ABŞ dolları məbləğində borc almasını təsdiqləyən borc müqaviləsi məhkəməyə təqdim edilməmişdir.

17. Bununla yanaşı mülki qanunvericiliyin imperativ tələbinə görə daşınmaz əmlakla bağlı ipoteka müqa viləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın reyestr xidmətində qeydiyyata alınması şərti mövcud olduğu halda, iddiaçının atası X cavabdehdən 900.000 ABŞ dolları məbləğində borcun təminatı olaraq "xxxx" Firmasının mülkiyyətindəki "xxxx" Şadlıq Sarayını ipotekaya qoyulmasını təsdiq edən ipoteka müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı tərəflərin izahatlarından müəyyən edilmişdir ki, "xxxx" Firmasının mülkiyyətindəki "xxxx" Şadlıq Sarayının əldə edilməsi üçün cavabdeh tərəfindən iddiaçıya 950.000 ABŞ dolları (1.620.000 manat) verilmişdir.

18. Məhkəmə iclasında iddiaçı, həmin məbləğin cavabdehdən alınmasını etiraf etsə də, həmin məbləğin borc olaraq alındığını, aralarında olan razılaşmaya əsasən o, cavabdehə olan borcunu bağlayıb qurtarandan sonra şadlıq evi ni özünə qaytarılacağını bildirsə də, borc məbləğindən 650.000 ABŞ dollarını cavabdehə qaytarması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

19. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı ona məxsus Firmanın balansında olan qeyri-yaşayış sahəsinin ipoteka təminatı olaraq cavabdehə verilməsi üçün mübahisələndirilən müqavilənin bağlanmasına əsaslansa da, həmin qeyriyaşayış sahəsinə görə cavabdehdən aldığı məbləğin geri qaytarılmasını sübut edə bilməmişdir. Belə ki, iddiaçı bu dəlili sübut etmək üçün məhkəməyə şahidlər təqdim etsə də, məhkəmə Mülki-Prosessual Məcəllənin 89-cu maddəsinin tələbini nəzərə alaraq, sübut ediləcək halın təsdiqi üçün şahid ifadələrini mötəbər və mümkün sübut qismində qəbul edilməsini yol verilməz hesab etmişdir.

20. İddiaçının qeyri-yaşayış sahəsinin faktiki dəyərinin daha yüksək olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Ali Məhkəmənin Mülki kollegiyasının 07 avqust 2019-cu il tarixli qərarındakı mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı isə vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır”.

21. Məhkəmə qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlmişdir ki, iddiaçı, iddiasının hüquqi əsası kimi istinad etdiyi hallara dair qanunda nəzərdə tutulmuş sübutları (borc müqaviləsi, ipoteka müqaviləsi) məhkəməyə tə qdim etmədiyindən, həmçinin mübahisələndirdiyi əqdin etibarsızlığına əsas ola biləcək halların mövcudluğunu mötəbər sübutlarla təsdiq edə bilmədiyindən iddia tələbi təmin edilə bilməz.

22. Bununla yanaşı məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddəti ilə bağlı ərizəyə münasibətdə qeyd etmişdir ki, hazırki iddia tələbinə iddia müddəti tətbiq edilərək, iddianın rədd edilməsi qanuni olmaqla yanaşı işin faktiki hallarına uyğundur. Belə ki, tərəflər arasında mübahisələndirilən müqavilə Bakı şəhəri, 32 saylı notariat ofisində 02 sentyabr 2019-cu il tarixdə bağlanmış, iddiaçı həmin müqavilənin etibarsızlığı ilə bağlı iddia ərizəsi ilə məhkəməyə 17 yanvar 2024-cü il tarixdə müraciət etmiş və bununla iddia müddətini də ötürmüşdür.

23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 347.1, 354.1, 354.2, 372.1, 372.2, 373.2-373.4, 375.1, 375.2, 377.2, 389.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 77.1, 88, 89, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Apellyasiya instansiyası məhkəməsində icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnamənin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti işin hallarına və iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iddiaçı, "xxxx" Firmasının nizamnamə kapitalının 100% sahibi olmaqla Firmanın tək təsisiçisi olmuşdur. Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən “X”adlı şadlıq sarayı (qeyri-yaşayış sahəsi) "xxxx" Firmasının balansında olmaqla iddiaçı tərəfin dən inşa edilmiş və onun tərəfindən də idarə olunmuşdur. Tərəflərin məhkəməyə bildirdiklərindən həmçinin məlum olur ki, iddiaçının atası X cavabdeh arasında borc (sələmlə, faizlə verilən borc) münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçının atası X, X və X borc pul lazım olmuş və bu səbəbdən Hümbət Səfərov cavabdehdən borc istəmişdir. Sonuncu Hümbət Səfərovu tanıdığı üçün borcu ona verəcəyini bildirmişdir. Bundan sonra cavabdeh, Xv və X iştirakı ilə iddiaçının atası X 900.000 ABŞ dolları məbləğində pulu aylıq 3 faiz ödəmək şərti ilə sələmlə borc vermişdir. Bir daha qeyd edirik ki, cavabdehin iddiaçının atasına verdiyi həmin borc sonuncu ilə yanaşı, həm də X və X aid olmuşdur. Qeyd olunan bu faktın, yəni cavabdehin faizə iddiaçının atası X faizə borc verməsi, həmin borcun eyni zamanda X və X aid olması məhkəməyə təqdim olunmuş səs yazıları ilə tam təsdiq olunur (iş materiallarına əlavə olunmuşdur). Cavabdehdən alınmış 900.000 ABŞ dolları məbləğində borcun 650.000 ABŞ dolları hissəsi (faizdən əlavə) cavabdehə qaytarılmışdır. Lakin maddi çətinliklərlə üzləşdiyi üçün atası və digərləri, yəni Amil Həşimov və Babək Məhərrəmov yüksək məbləğdə faizi ödəsələr də, 250.000 ABŞ dolları pulun qaytarılması üçün cavabdehdən möhlət istəmişlər. Cavabdeh isə bunun müqabilində iddiaçının təsisçisi və rəhbəri olduğu "xxxx" Firmasının balansında olan 4.500.000 manat dəyərində "xxxx" şadlıq sarayını girov qoymağı tələb etmişdir. İddiaçının atası X bu haqda məlumat verdikdən sonra iddiaçı əmlakın girov qoyulmasına razılaşmışdır. Lakin borclularla cavabdeh arasında yazılı qaydada borc müqaviləs i olmadığı üçün sonuncu əmlakın girov qoyulduğunu təsdiq etmək məqsədi ilə formal şəkildə alqı-satqı müqaviləsi bağlanılmasını təklif etmiş, həmin müqavilənin formal, heç bir hüquqi nəticə doğurmayacağını, borc qaytarıldıqdan sonra girov əmlakın da iddiaçıya qaytarılacağını bildirmişdir. Cavabdeh, iddiaçı və sonuncunun atası X müqavilənin yalnız formal olaraq bağlandığına, şadlıq sarayının istifadəsinə maneəçilik törətməyəcəyinə inandırmağa nail olmuşdur. İddiaçının atası X borclu olduğu üçün, habelə X uzun müddət bir-birlərini tanıdıqları və aralarında normal münasibətlər olduğu üçün iddiaçı cavabdehə inanmış və onun irəli sürdüyü bu təkliflə razılaşmağa məcbur olmuşdur. Buna görə də, "xxxx" Firmasında ona məxsus olan 100% payın cavabdehə satılması barədə Bakı şəhəri, 32 saylı notariat ofisində xx.xx.2019-cu il tarixli formal alqı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən alqı-satqı müqaviləsi formal olaraq bağlandıqdan sonra "xxxx" şadlıq sarayı, əvvəlki dövrlərdə olduğu kimi iddiaçının sahiblik və istifadəsində qalmış, həmin obyekt cavabdeh tərəfindən idarə olunmuş, o cümlədən işçilərin işə qəbulu, işdən çıxarılması, əmək haqqının verilməsi və sair hərəkətlər iddiaçı tərəfindən həyata keçirilmiş, obyektdən gələn gəliri də iddiaçı götürmüşdür. Qeyd olunan bu faktlar, hazırki iş üzrə şahidlərin ifadələri, habelə rəsmi sənədlərlə təsdiq olunur. Belə ki, iş üzrə dindirilmiş "xxxx" şadlıq sarayında administrator işləyən X13 ifadəsində bildirmişdir ki, şadlıq sarayına 2021-ci ilin noyabr ayının 20-dən sonra cavabdehin oğlu X nəzarət etməyə başlamışdır. Şahid həmçinin göstərmi şdir ki, X cavabdehdən faizə 950.000 ABŞ dolları borc almış, qarşılığında isə şadlıq sarayını girov qoymuşdur. İş üzrə şahid qismində dindirilmiş "xxxx" şadlıq sarayının əvvəlki sahibi X15 ifadəsində göstərmişdir ki, o, cavabdehin təşəbbüsü ilə onunla iki dəfə telefon vasitəsilə danışmış, sonuncu ona X ondan faizə borc götürdüyünü, müqabilində isə şadlıq sarayını girov qoyduğunu, borcun 650.000 ABŞ dolları hissəsini ödədiyini, ödənilməmiş qalan məbləğə hesablanmış faizlərinı şişməsini, bunu üçün şadlıq sarayının ona qalması istəyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 və X4 ifadələrində Hümbət Səfərovun əsas və faiz borcundan cavabdehə hər ay pul vəsaitləri ödədiklərini, şadlıq sarayının isə satılmadığını, borc əvəzinə girov qoyulduğunu göstərmişlər. Bunlardan başqa, "xxxx" şadlıq sarayına dair iş üzrə tərəflər arasında formal alqı-satqı müqaviləsi bağlandığı gün, yəni 02 sentyabr 2019-cu il tarixdə cavabdeh öz xətti ilə yazdığı əlyazmada 950 (texnik səhv olaraq əsas borcun məbləğini tam göstərməmişdir, əslində 950.000) ABŞ dollarının verildiyini, əvəzində Mirana firmasını və Şadlıq evini alqı-satqı etdiyini, məbləğ ödəniləndə Firmanın geri qaytarılacağını göstərmişdir. Sözügedən əlyazma cavabdeh tərəfindən imzalanmışdır. Bundan əlavə iddiaçı tərəfindən “faiz məbləğləri qaytarıldığı təqdirdə sözügedən Restoranın qaytarılacağını” əks etdirən cavabdehin səsyazısı məhkəməyə təqdim olunmuşdur. Belə ki, 44 saniyəlik cavabdehin səs yazısında deyilir: “Gecən xeyrə, indicə Hümbət zəng eləmişdi, güya mən sizə demişəm ki, o pullar heç biri faiz zad hesablanmır. Mən ke çən illəri mart ayında X Xçağırıb demişəm sizə iki ay vaxt verilir ki, faiz hesablanması pulları qaytarın camaatın pulun verin. Bizdə bilirik pandemiyadı. O da X yalvarıb yaxarıb ki, 2 ay olmasın 3 ay olsun. Mən də 3 ay danışmışam. Ondan sonra danışıq olmayıb. Tak şto bu 3 aydan sonra bütün faizlər verilməlidir. X tanıyıram. X girovu var məndə. Əgər o pullar qəpiyinə kimi stolun üstünə qoyulmasa sənin girovun qaytarılmayacaq. Bundan əlavə 10 saniyəlik cavabdehin səs yazısında deyilir: “Ay qardaş sən bu neçə ayda 3%-dən vermirsən 2,5 %-dən verirsən. Bu bir. İkincisi mən sənə dedim X denən ki, pulunu versin qaytarsın da. İki aylıq alıb, budu neçə aydı saxlayıb” Göründüyü kimi, cavabdeh özünün göndərdiyi səsli mesajında faiz verdiyi borcun qaytarılmasının təminatı kimi Hümbət Səfərova aid gir ovu saxladığını etiraf etmişdir. Bundan başqa, "xxxx" Firmasına (balansında olan “Xe” şadlıq sarayı) dair xx.xx.2019-cu il tarixdə formal olaraq alqı-satqı müqaviləsi bağlandıqdan sonra, həmin obyektlə bağlı dövlət orqanları ilə bütün yazışmalar da iddiaçı tərəfindən həyata keçirilmişdir. Belə ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş Fövqəladə Hallar Nazirliyi, X11 Xidmətinin "xxxx" Firmasının direktoru İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətinə daxil olmuş xx.xx.2020-ci il tarixli təkrar müraciətinizə baxılmışdır. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 3 B-də inşa olunmuş bir ədəd zirzəmili (avtodayanacaq), iki mərtəbəli restoran binasının “Yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt” Sizə göndərilir. Bundan əlavə, iddiaçı tərəfindən "xxxx" Firmasının balansında olan iaşə obyektinin (“Xe” şadlıq sarayı) istismarına dair Fövqəladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nazarət X8 Qrupunun xx.xx.2020-ci il tarixli, 1070 saylı texniki müayinə rəyi alınmışdır. Həmçinin iddiaçının müraciəti əsasında Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən iaşə obyektinin istismarına xx.xx.2020-ci il tarixdə 04 saylı icazə alınmışdır. Göründüyü kimi iddiaçı, “X” iaşə obyektinin özəlləşdirilməsi ilə bağlı qanunvericiliyin tələb etdiyi hərəkətləri etməyə başlamış, müvafiq sənədləri toplamışdır. Həmin sənədlərin tarixlərinə diqqət yetirsək isə müəyyən edilir ki, iddiaçı dövlət orqanlarına müraciətləri və həmin müraciətlər əsasında verilmiş sənədlər (rəylər, icazələr və s.) xx.xx.2019-cu il tari xdən sonra, yəni alqı-satqı müqaviləsi bağlandıqdan sonra edilmişdir. Göründüyü kimi, iddiaçının "xxxx" Firmasının balansında olan iaşə obyektinin (X” şadlıq sarayı) cavabdehə satmaq niyyəti olmamışdır. Belə bir niyyəti olan şəxs həmin əmlakın özəlləşdirilməsi ilə bağlı nə vaxtını, nə də vəsaitini sərf edərdi. Göründüyü kimi, iddiaçı, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin formal əqd olduğunu, əslində həmin əqdin girov müqaviləsini pərdələdiyini, yəni müqavilənin bağlandığı andan əhəmiyyətsiz əqd olduğunu təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim etmişdir. Lakin işə baxan məhkəmə, bu sübutların heç birinə əhəmiyyət verməmiş, iddiaçı tərəfin sübutlarına ümumiyyətlə hüquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən tam, hərətərfli və obyektiv araş dırma aparılmamışdır. Başqa sözlə, borcun verilməsi və onun qaytarılması ilə bağlı iddiaçının atası X və cavabdeh arasında inamlı münasibətlər olmuşdur. Daha sonra, mübahisəli əmlak- "xxxx" Firması (Firmanın balansında olan “XX” şadlıq sarayı) iddiaçının mülkiyyətində olduğundan, eyni zamanda iddiaçı öz mülkiyyət hüququnun pozulduğunu bildiyi an dərhal səlahiyyətli dövlət orqanlarına, o cümlədən məhkəməyə müraciət etdiyindən, məhkəmə əsassız olaraq hazırkı mübahisəyə kəsici müddəti tətbiq etmişdir.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2(103)-4371/2024 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, M.A.Məmmədov və F.Ş.Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdiril mədən saxlanılmışdır.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı, "xxxx" firmasında ona məxsus olan 100 faiz payının cavabdehə satılması barədə notarial qaydada təsdiq edilməklə 02 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. İşin halları ilə müəyyən olunur ki, sözügedən alqı-satqı müqaviləsinin bağlanması qanuna uyğun həyata keçirilmiş, alqı-satqı müqaviləsinin imzalanması zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Həmçinin həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

29. Belə ki, cavabdeh, 02 sentyabr 2019-cu il tarixdə iddiaçının atası X əvvəldən danışıb razılaşdıqları kimi Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən "xxxx" firmasını və eyni adlı şadlıq evini 1.620.000 manata almışdır. Yəni, iddiaçı 02 sentyabr 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən "xxxx" firmasının nizamnamə kapitalındakı 100 faiz payını cavabdehə satmış, sonuncu isə payın qeyd olunan dəyərini iddiaçıya ödəmişdir.

30. İddiaçı, qeyd olunan müqavilənin atası X cavabdehdən aylıq 3 faiz ödəmək şərtilə götürdüyü 900.000 ABŞ dollarının qaytarılmasının təminatı olaraq bağlandığını iddia etsə də, bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki qanunverciliyin tələblərinə görə borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin iddiaçı, atası X cavabdehdən 900.000 ABŞ dolları məbləğində borc almasını təsdiqləyən belə bir mü qaviləni məhkəməyə təqdim etməmişdir.

31. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki qanunverciliyin imperativ tələbinə görə daşınmaz əmlakla bağlı ipoteka müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınması şərti nəzərdə tutulduğu halda, iddiaçı atası Hümbət Səfərovun cavabdehdən 900.000 ABŞ dolları məbləğində borcun təminatı olaraq "xxxx" firmasının mülkiyyətindəki "xxxx" şadlıq sarayının ipoteka qoyulmasını təsdiq edən ipoteka müqaviləsinin surətini məhkəməyə təqdim etməmişdir.

32. İddiaçı qeyd olunan məbləği cavabdehdən aldığını etiraf etsə də, həmin məbləği borc olaraq aldığını, aralarında olan razılaşmaya görə cavabdehə olan borcunu bağlayıb qurtardıqdan sonra şadlıq evinin özünə qaytarılacağını, habelə borcda n cavabdehə 650.000 ABŞ dolları qaytardığını bildirsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmiş və işin bu hallarını qanuna əsasən müəyyən sübutetmə vasitələri ilə deyil, başqa sübutlarla təsdiq etməyə çalışmışdır.

33. Məhkəmə kollegiyası eyni zamanda iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin dəyərinin daha yüksək olması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin qeyri-yaşayış sahəsinin real bazar qiyməti ilə satış qiyməti arasında fərq müəyyən edilmiş olsa belə, həmin hal da müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Çünki, satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır. Ona görə də birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərinə əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tələbinin hüquqi əsası kimi istinad etdiyi hallara dair qanunda nəzərdə tutulmuş sübutları (borc, ipoteka müqavilələrini) məhkəməyə təqdim etmədiyindən, həmçinin mübahisələndirdiyi əqdin etibarsızlığına əsas ola biləcək halların mövcudluğunu mötəbər sübutlarla təsdiq edə bilmədiyindən iddia tələbi təmin edilə bilməz.

34. Məhkəmə kollegiyası həmçinin cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə dair yanaşmanı qəbul etməyərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən əqdlərə dair müəyyən edilmiş müddətin kəsici müddət olmasını nəzərdə almamışdır. Halbuki, Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər kəsici müddətlər olduğundan kəsici müddətlərin tətbiqi üçün ayrıca ərizə verilməsinə lüzum yoxdur. Lakin məhkəmə kollegiyası bu halı faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Çünki Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Həmin Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Bu mənada əqdlərin etibarsızlığına dair qanunla müəyyən edilmiş müddətlər də ötürülmüş və əqdin notariusda imzalanan zaman hüqu qlarından xəbərdar olmalı olan iddiaçının mücərrəd və ziddiyyətli dəlilləri müddətin ötürülməməsinə əsas yaratmır.

35. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 347.1, 354.1, 354.2, 372.1, 372.2, 373.2-373.4, 375.1, 375.2, 377.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 77.1, 88, 89, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

36. Kassasiya instansiyası məhkəməsində icraat

37. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlil lərinə uyğun olaraq eyni məzmunda əsaslandırılmışdır.

41. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

43. Tətbiq edilən hüquq

44. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

46. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə müna sibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

47. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

48. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

49. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərəalınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

50. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

51. Maddə 354.2. Bu Məcəll ənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

52. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir

53. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündün başlanır.

54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sür ülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Kassasiya baxışının hədləri

61. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalət li məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

62. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.

63. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

64. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən müqavilənin etibarlılıq şərtlərini tam, hərtərəfli araşdırmamaqla maddi və prosessual hüquq normalarının tələblərini pozub.

65. Belə ki, işdən görünür ki, "xxxx" firması 23 mart 1993-cü il tarixdə dövlət qeydiyyatına alınıb və 30 mart 2015-ci il tarixdə hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 7yişiklik edilib. İd diaçı, firmanın nizamnamə kapitalının 100 faiz payçısı olmaqla, firmanın tək təsisçisi olub. Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən “X” adlı şadlıq sarayı (qeyri-yaşayış sahəsi) "xxxx" firmasının balansında olmaqla iddiaçı tərəfindən inşa edilib və onun tərəfindən idarə olunub. 02 sentyabr 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş “firmadakı payın alqı-satqısı haqqında” müqaviləyə əsasən iddiaçı, "xxxx" firmasının nizamnamə kapitalında ona məxsus olan 100 faiz payını 10 manata cavabdehə satıb, sonuncu isə həmin payı qeyd olunan qiymətə alıb.

66. Hazırda iddiaçı, sözügedən müqavilənin yalan əqd olmaqla, başqa əqdi, yəni atası X cavabdehdən hər ay əlavə 3 faiz ödəmək şərti ilə aldığı 950.000 ABŞ dollarından ödənilməmiş qalan 250.000 ABŞ dolları məbləğində borcu pərdələmək məqsədi ilə bağlandığını, həmin müqavilənin əhəmiyyətsiz əqd olmaqla iradəsini ifadə etmədiyini və mülki qanunvercilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığını göstərib, müqavilənin və onun nəticələrinin etibarsız sayılaraq ləğv edilməsini iddia edir.

67. Cavabdeh isə qeyd olunan müqavilənin etibarlı əqd olmaqla, mülki qanunvericiliklə müəyyənləşdirilmiş şərtlərin pozulmamaqla bağlandığını, iddiaçının həmin müqavilə üzrə "xxxx" firmasının nizamnamə kapitalında olan 100 faiz payını onun mülkiyyətinə verdiyini, onun isə həmin payı, faktiki olaraq isə “X” adlı şadlıq sarayını qəbul edib əvəzində müəyyənləşdirilmiş 950.000 ABŞ dollarını (qiymətini) iddiaçıya ödədiyini göstərib, iddiaya etiraz edir.

68. Əvvəla, mülki qanunverciliyə görə, əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasında n ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər.

69. Belə ki, mülki qanunvercilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni, əqdi bağlamış şəxslər fəaliyyət qabiliyyətli olmalıdırlar); əqdin məzmununa aid olan şərt (yəni, əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir); əqdin iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər); əqdin formasına aid edilən şərt (yəni, əqdin şifahi, sadə yazılı və ya notarial qaydada təsdiq olunmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda ba ğlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin, göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

70. Əqdin etibarsızlığı dedikdə- Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır.

71. Göründüyü kimi, sözügedən müqavilənin etibarlılığı üçün onun Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanması və həmin müqavilənin etibarlılığını özündə ehtiva edən bütün şərtlərin olması tələb olunur.

72. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, sözügedən müqavilə bağlandıqdan sonra da "xxxx" şadlıq sarayı faktiki olaraq iddiaçının sahibliyində, istifadəsi ndə olub, həmin obyekt məhz onun tərəfindən idarə olunub və sair. Qeyd olunan bu faktlar birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Xv, Xv, X və X ifadələri ilə istisna olunmur.

73. Cavabdehin sözügedən müqavilə bağlanan gün öz dəsti xətti ilə yazıb, imzaladığı 02 sentyabr 2019-cu il tarixli qəbzlə də müəyyən olunur ki, o iddiaçının atası Hümbət Səfərova 950.000 ABŞ dolları verib, əvəzində "xxxx" firmasını və ona məxsus olan "xxxx" şadlıq evini alqı-satqı edib, məbləğ ödənildikdən sonra firmanı geri qaytaracıqdır. Bu fakt, “faiz məbləği qaytarıldıqdan sonra restoranı qaytaracağına və Hümbətin onda girovunun olmasına dair” cavabdehin işə əlavə edilmiş səs yazısı ilə də təsdiq olunur.

74. Daha sonra, apellyasiya şikayətinin dəlillərindən görünür ki, sözügedən müqavilə bağland ıqdan sonra da “X” şadlıq sarayı ilə bağlı dövlət orqanları ilə bütün yazışmalar iddiaçı tərəfindən həyata keçirilib. Bu fakt apellyasiya şikayətinə əlavə edilmiş Az.Res. Fövqəladə Hallar Nazirliyi, X11 tərəfindən "xxxx" firmasının direktoru kimi İddiaçı ünvanlanmış 25 fevral 2020-ci il tarixli məktubla, 24 avqust 2020-ci il tarixli, 1070 saylı texniki müayinə rəyi ilə, habelə iddiaçının müraciətinə əsasən Xəzər rayon İcra Hakimiyyəti tərəfindən sözügedən iaşə obyektinin istismarına alınmış 03 sentyabr 2020-ci il tarixli, 04 saylı icazə ilə də təsdiq olunur.

75. Göründüyü kimi, iddiaçı apellyasiya şikayətində sözügedən müqavilənin yalan əqd olmaqla, başqa əqdi, yəni iddiaçının atası X cavabdehdən hər ay əlavə 3 faiz ödəmək şərti ilə aldığı 950.000 ABŞ dollarından ödənilməmiş qalan 250.000 ABŞ dolları məbləğində borcu pərdələmək məqsədi ilə bağlandığını iddia etdiyi halda, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbləri baxımından onun bu dəlilləri üzrə lazımi araşdırma aparmadan, müqavilənin etibarlılıq şərtlərini işə əlavə edilmiş digər sübutlarla, o cümlədən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı yoxlayıb, qiymətləndirmədən, müqavilə üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını araşdırmadan, tərəflər arasındakı müqaviləyə qədərki danışıqları, yazışmaları, habelə tərəflərin müqavilə bağlandıqdan sonrakı hərəkətlərini nəzərə almadan, yalnız cavabdehin formal mülahizələrinə əsaslanaraq müqavilənin mülki qanunverciliklə müəyyənləşdirilmiş şərtləri pozmamaqla dağlandığı nəticəsinə gəlib. Halbuki, Mülki Məcəllənin 340.2-ci maddəsinə ə sasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

76. Normanın mənasına görə, yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə də razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələləyirlər. Beləcə, tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Bu səbəbdən, pərdələyən əqd əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır. O da nəzərə alınmalıdır ki, pərdələnən (gizli) müqavilə etibarlılıq şərtlərinə (fo rma, səlahiyyətli orqanın təsdiqi və sair) cavab vermirsə həmin əqd də etibarlı sayılmır (Mülki Məcəllənin 340.2-ci maddəsinin sonuncu cümləsi).

77. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 354.2ci maddəsinin tələblərini hazırkı mülki mübahisəyə tətbiq edərkən də lazımi araşdırma aparmayıb.

78. Belə ki, sözügedən normanın tətbiqi üçün əvvəlcə əqdin etibarsız sayılmasına əsas verən faktiki hallar dəqiq müəyyən edilməli, bu hallara uyğun gələn (etibarsızlıq şərtini nəzərdə tutan) qanunun norması müəyyən edilməli, eləcə də etibarsızlığın növü təsbit edilməli, əgər tərəf mübahisə edilən əqdə istinad edirsə, mübahisələndirmənin Mülki Məcəllənin 337.2-ci və 354.2-ci maddələrinə uyğun şəkildə və kəsici müddətlərdə edilib-edilmədiyinə qiymət verilməlidir.

79. Nəzərə alı nmalıdır ki, yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır və etibarsız əqdlər isə mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər olmaqla iki qrupa ayrılır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

80. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə sözügedən müqavilənin etibarlılıq şərtləri yoxlanılmalı, müqavilə üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənası araşdırılmalı, həmin müqavilənin mübahisə edilən və ya əhəmiyyətsiz əqd olubolmadığı bir daha dəqiqləşdirilməli, iddiaçının apellyasiya şikayətinin dəlilləri (müqavilənin bağlanmasından sonra da mübahisəli obyektin iddiaçının sahibliyində qalması, həmin obyektə dair yazışmaların iddiaçının adınadan aparılması və sair) işə əlavə edilmiş digər sübutlarla yanaşı yaxlanılıb qiymətləndirilməli, və bundan sonra iddiaçının əsaslılığına düzgün hüquqi qiymət verilməlidir.

81. Eyni zamanda işdən görünür ki, tərəflər arasındakı hazırkı mübahisə "xxxx" firmasının təsis, iştirak payının alqı-satqısı ilə bağlıdır.

82. Həmçinin işə əla və elilmiş Bakı şəhəri, Xətai rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 05 may 2023-cü il tarixli, 2(011)-3877/2023 saylı qərardadı ilə İddiaçı, məhkəmə aidiyyətini pozmaqla iddia ərizəsi ilə kommersiya məhkəməsinə deyil, ümumi məhkəməyə müraciət etdiyi üçün, onun Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb. 83. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranın fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında göstərilir ki, mübahisə tərəflərinin subyek tiv tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı kooperativ tələblərə (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblərə) kommersiya məhkəmələri baxır.

84. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir.

85. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən bu hala da diqqət yetirməyib və mübahisənin ümumi məhkəməyə aidiyyətinin olub-olmaması məsələsinə aydınlıq gətirməyib.

86. Həmin Məcəllənin 418.4.9-cu maddəsində göstərilir ki, işə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalırının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.

87. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq edilməli və aidiyyət qaydalarının pozulmasına yol verilməməlidir.

88. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyab r 2005-ci il tarixli, 04 saylı Qərarında da ifadə olunub.

89. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

90. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qal dırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

91. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2(103)-4371/2024 saylı qətnaməsi ləğv edilsin, mülki yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar