Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1891/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçının v\kili X6, cavabdehin vəkili X5 iştirakı ilə, İddiaçı X1 Cavabdeh2, Cavabdeh1na, Cavabdeh3, Cavabdeh4 və Şəki şəhəri 1 saylı Dövlət notariat kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi barədə ilkin, Cavabdeh2 X3 qarşı borcun və dəymiş maddi-mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK -nın 11 oktyabr 2018ci il tarixli qətnaməsindən Cavabdeh2 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 fevral 2018-cı il tarixli qətnaməsi ilə (hakim H.Səfərov) iddiaçı X1 Cavabdeh2, Cavabdeh1na, Cavabdeh3, Cavabdeh4 və Şəki şəhəri 1 saylı Dövlət notariat kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi barədə ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh2 X3 qarşı borcun və dəymiş maddi-mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbi təin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Həsənov, hakimlər X.Mərdanova və İ.Vəliyev) Yasamal rayon Məhkəməsinin 14 fevral 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSA SİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, 2012-ci ildə ilk iddiaçı X1 barəsində dələduzluq, etibardan sui-istifadə etməklə mənimsəmə, vəzifə saxtakarlığı, qanunsuz pulların leqallaşdırılması və digər cinayət əməllərini törətdiyinə görə cinayət işi qaldırılmışdır. İstintaqın gedişi müddətində X1dan narazı qalan şəxslərin sayı getdikcə artmış və həmin şəxslər müxtəlif dövlət orqanlarına müraciət etmişlər. Şikayətçilərdən biri olan X2ə 6.200 ABŞ dolları məbləğində pul verməsini məhz X1 X3dən xahiş etmiş, X3 də həmin məbləği R. Mustafayevə ödəmişdir. Eyni zamanda, X1 həbsdə olduğu üçün X3 ona bağışlanmış səhmləri sataraq X1un qardaşı X4a 150.000 ABŞ dolları pul ödəmişdir. Etib arnamələrin verilməsi və bağışlama müqaviləsinin bağlanması zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Lakin işə baxan apellyasiya məhkəməsi bu hala lazımı hüquqi qiymət verməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 11 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılması haqqında qərarın qəbulunu xahiş edir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus 51.340 ədəd səhmin bağışlanmasına dair 11 oktyabr 2013-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edə rək ona məxsus 51.340 ədəd səhmin bağışlanmasına dair 11 oktyabr 2013-cü il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərdən X5 X2 qarşı borc və dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncudan onun xeyrinə 6.200 ABŞ dolları borcun və vurulmuş maddi və mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində pulun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi lə ğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. İşin mübahisəsiz hallarından aydın olur ki, “xxxx” ASC-nin hər birinin nominal dəyəri 2 manat olmaqla 51.340 ədəd adi adlı səhmi iddiaçı X1a, 22.004 ədəd adi adlı səhmi Cavabdeh4 məxsus olmuşdur. X1 Bakı istintaq təcridxanasında olarkən 18.10.2012-ci ildə Cavabdeh1 adına etibarnamə vermiş, həmin etibarnamə ilə Cavabdeh1 18.10.2013-cü ilədək X1a məxsus bütün əmlaklara dair sərəncam vermək səlahiyyəti verilmişdir. X6 6 noyabr 2012-ci ildə etibar edilmişi etibaretmə qaydasında Cavabdeh3 X1un adından etibarnamə vermişdir. Bu etibarnamə ilə də X7ə X1a məxsus bütün əmlaklara dair sərəncam vermək səlahiyyəti verilmişdir. Eyni zamanda, X8 da Cavabdeh1 adına 24 oktyabr 2012-ci ildə etibarnamə vermişdir. Həmin etibarna mədə cavabdeh X6a X8ya məxsus bütün əmlaklara dair sərəncam vermək səlahiyyəti verilmişdir. Cavabdeh X6 6 noyabr 2012-ci ildə etibar edilmişi etibaretmə qaydasında digər Cavabdeh3 X8nın adından etibarnamə vermişdir. Bu etibarnamə ilə də X7ə X8ya məxsus bütün əmlaklara dair sərəncam vermək səlahiyyəti verilmişdir. 24 sentyabr 2013-cü il tarixli Qiymətli kağızların bağışlama müqaviləsinə əsasən X1 və X8 onlara məxsus səhmləri Cavabdeh2 bağışlamışlar. Bağışlama müqaviləsini X1 və X8nın adından etibarnamə əsasında Cavabdeh3 bağlamışdır. Hazırda 73.344 ədəd adi adlı səhm X3yə məxsusdur. X3 ASC-nin səhmlərinin yeganə sahibinə çevrilmiş, onun qərarı ilə Cavabdeh3 ASC-nin direktoru təyin edilmişdir. Bundan sonra, ASC-yə məxsus olmuş daşınmaz əmlaklar üzərində sərəncamverici əqdlər bağlanmışdır. Be lə ki, ASC-yə məxsus olmuş ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 19 fevral 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X9 satılmış, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası 8 oktyabr 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən X10a bağışlanmışdır. Eyni zamanda, ASC-yə məxsus olmuş ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binası 3 noyabr 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən X11a bağışlanmışdır. ASC-yə məxsus olmuş Şəki şəhəri, M. F. Axundov prospektində yerləşən 0,09 ha torpaq sahəsi 3 noyabr 2014-cü il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh3 bağışlanmışdır. X7 həmin torpaq sahəsini 12 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X12ya satmışdır. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 6 noyabr 2012ci il tari xində verilmiş etibar edilmişi etibaretmə qyadasında verilən iki etibarnaməyə əsasən Cavabdeh3, İddiaçı və Cavabdeh4 maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və yenə onların maraqlarından çıxış etmək səlahiyyəti verildiyi halda, X7 təmsil olunanların deyil, öz maraqlarından hərəkət etmiş, balansında xeyli daşınmaz əmlak olan “xxxx” ASC-ni (onun bütün səhmlərini) əvəzsiz olaraq X3nin adına rəsmiləşdirmişdir. X3 isə X7i ASC-nin direktoru təyin etmiş, ASC-nin mülkiyyətində olan 0,09 ha torpaq sahəsi X7ə bağışlanmışdır. Beləliklə də, qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuşdur. Cavabdehlər X3 və X7 bağlanmış bütün əqdlərin, o cümlədən bağışlama müqaviləsinin X1un iradəsinə uyğun olduğunu irəli sürsələr də, onların X1dan buna dair tapşırıq almış olduqları müə yyən edilməmişdir; əksinə, adı çəkilən cavabdehlər apellyasiya şikayətlərində bütün hüquqi əməliyyatların X1un qardaşı X13un tapşırığı və göstərişi ilə məqsədyönlü şəkildə həyata keçirildiyini, əldə olunan pulların məhz ona çatdırdıqlarını göstərmiş, bununla belə X4a pul verdiklərini təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Eyni zamanda, nizamnamə kapitalının 146.688 manat, balansında isə xeyli daşınmaz əmlakın olduğu ASC-nin səhmlərinin əvəzsiz əqd – mübahisələndirilən bağışlama müqaviləsi əsasında X3yə bağışlanması və ya bunun üçün kiməsə etibarnamə verilməsi ağlabatan və məntiqli deyildir. Apellyasiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 337.1, 337.4 və 359.3-cü maddələrini tətbiq etmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, apellyasiya məhkəməsi MM-in 359.3-cü maddəsini hazırkı mübahisəyə tətbiq etməkdə haqlı olmamışdır. Ona görə ki, həmin maddəyə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göründüyü kimi, şəxsən özü barədə əqd bağlanması o halda mövcud olur ki, təmsilçi bir müqaviləni həm təmsil edilən tərəfin təmsilçisi, həm də qarşı tərəf (əqdin digər tərəfi) olaraq bağlayır. Başqa sözlə, bir müqavilədə iki tərəfin qarşılıqlı iradə ifadəsi tələb edildiyi halda, bu halda, təmsilçinin özü özü ilə əq d bağlamasından söhbət gedir, yəni müqavilə bir şəxs tərəfindən qurulur. Sözügedən maddənin daşıdığı məqsəd, təmsilçinin şəxsən özü barəsində əqd bağlayarkən öz mənafeyini təmsil etdiyi şəxsin (təmsil edilənin) mənafeyindən üstün tutma ehtimalı qarşısında təmsil olunanı qorumaqdır. Digər bir ifadə ilə, bu qadağanın əsasında təmsil edilənlə təmsilçi arasında mənfəət qarşıdurması olan hallarda, təmsil ediləni qoruma düşüncəsi dayanır. Hazırki iş materialları ilə belə bir halın mövcudluğu müəyyən edilmir. Yəni cavabdeh X7 mübahisələndirilən 24 sentyabr 2013-cü il tarixli Qiymətli kağızların bağışlama müqaviləsini həm ilk iddiaçı X1 (hədiyyə verən), həm də hədiyyə alan qismində bağlamamışdır. Çünki hədiyyə alan qismində digər cavabdeh X3 çıxış etmişdir. Odur ki, MM-in 359.3-cü maddəsinin tətbi qi üçün zəruri olan şərtlər hazırki mübahisədə mövcud deyildir. Bundan başqa, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, ilk iddiaçı X1 tərəfindən verilmiş etibarnamədə ona məxsus olan əmlaklara dair istənilən sərəncamverici əqdin, o cümlədən bağışlama müqaviləsinin bağlanması X6a (etibar edilmişi etibaretmə qaydasında isə, X7ə) etibar edilmişdir. Dolayısı ilə, X1 istintaq təcridxanasında verdiyi etibarnamədə nəinki əvəzsiz əqdlərin bağlanmasını, hətta etibar edilmişi etibaretmə qaydasında etibarnamənin verilməsini istisna etməmiş, və bu səlahiyyətləri X6a vermişdir. Bu baxımdan, mübahisələndirilən bağışlama müqaviləsinə İddiaçı təmsilçisinin etibarnamə əsasında müvafiq səlahiyyətə malik olub-olmaması baxımından hüquqi qiymət verilməlidir. Başqa sözlə, apellyasiya məhkəməsinin öz qərarınd a ifadə etdiyi mövqe, yəni hədiyyə verən X1 və hədiyyə alan X3nin qohum olmamasına görə bu şəxslərin arasında bağışlama müqaviləsinin bağlanmasının qeyri-mümkünlüyünə dair yanaşma haqlı sayıl bilməz. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, 24 sentyabr 2013-cü il tarixli Qiymətli kağızların bağışlama müqaviləsində hədiyyə verən qismində təkcə X1 deyil, həm də Cavabdeh4 çıxış etmişdir. Çünki “xxxx” ASC-nin 22.004 ədəd adi adlı səhmi Cavabdeh4 məxsus olmuşdur. X8 isə bağışlama müqaviləsini mübahisələndirməmişdir. Lakin apellyasiya məhkəməsi bağışlama müqaviləsini bütövlükdə etibarsız saymışdır. Halbuki etibarsızlıqla bağlı tələbin təmini üçün əsasların mövcudluğu halında belə, bağışlama müqaviləsi yalnız X1a məxsus səhmlərin bağışlanması hissədindəyəni hissəvi etibarsız sayıla bilərdi. Çü nki MM-in 352-ci maddəsinə görə, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, bağışlama müqaviləsinin etibarsızlığı barədə tələbə baxılarkən MM-in 354.2-ci maddəsində təsbit edilmiş kəsici müddətlərlə bağlı imperativ göstəriş nəzərə alınmalı idi. Belə ki, sözügedən müqavilənin etibarsız olması ehtimalında, MM-in 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin keçməsi ilk iddiaçının həmin əqdin etibarsız hesab edilməsi barədə tələbinin təmin olunmasını istisna edir. Həmin maddəyə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və y a hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, iddia müddətindən fərqli olaraq, 354.2-ci maddədəki 1 illik müddət kəsici xarakter daşıdığından mübahisə tərəfinin onun tətbiqi barədə ərizə verməsinə ehtiyac yoxdur, başqa sözlə, məhkəmə öz təşəbbüsü ilə həmin müddəti tətbiq etməlidir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə m addi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 oğlunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1891/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1891/2019
15.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver