Məhkəmə qərarları › İş №2(102)-1891/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1891/2022

12.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1891/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-150/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsindən 3-cü şəxslər Azərbaycan Respublikası Mərkəzi Bankı və "xxxx" ASC tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə 12 aprel 2022- ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı (üçüncü şəxslər AR Mərkəzi Bankına və "xxxx" ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 02.12.2011-ci il tarixli mənzil tikintisi və alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 15.01.2010-cu il tarixdə Cavabdeh2 MMC ilə bağladığı alqı-satqı müqaviləsi əsasında E nömrəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsini 4.500.000 manat müqabilində həmin şirkətdən satın alıb. Müqav ilənin dəyərini hissə-hissə olmaqla 31.03.2011-ci il tarixədək ödəyib və bundan sonra həmin əmlaka görə şirkətə hər hansı borcunun olmaması barədə Cavabdeh2 MMC tərəfindən ona 02/04 nömrəli maliyyə arayışı verilmişdir. Sözügedən qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə əlaqədar bütün danışıqlar Cavabdeh2 MMC-nin direktoru olan Cavabdeh1 ilə aparılmış, sənədləşmə işləri onun tərəfindən həyata keçirilmiş, müqaviləni və maliyyə arayışını Cavabdeh1 imzalayaraq ödənişləri o, qəbul etmişdir. Həmin vaxtdan bu günə kimi qeyri-yaşayış sahəsi onun sahibliyində olmuşdur və qeyriyaşayış sahəsini tam təmirsiz vəziyyətdə alıb. 2016-cı ilin yay aylarından həmin qeyri-yaşayış sahəsində təmir işləri aparmağa başlayıb. Təmir işləri 2017-ci ilin dekabr ayında başa çatmışdır və o, obyektin təmirinə külli miqd arda vəsait xərcləyib. Obyekt istifadəyə verildiyi gündən bu günə kimi restoran kimi fəaliyyət göstərir. Şirkətlə onun arasında olan razılaşmalara əsasən qeyri-yaşayış sahəsinin sənədləşmə işləri Cavabdeh2 MMC tərəfindən həyata keçirilməli, bina istismara qəbul edildikdən sonra bu barədə ona müvafiq sənədlər təqdim edilməli və bundan sonra o, DƏDRX-ə müraciət edib çıxarış almalı idii. Bununla əlaqədar olaraq Cavabdeh1lə dəfələrlə əlaqə saxlasa da o, kifayət qədər pul olmadığına görə binanın istismara qəbul edilməsinin hələki mümkün olmadığını bildirmiş, lakin tezliklə bu məsələni həll edəcəyinə dair vədlər versə də, sənədləşmə işi hələ də həll edilməmişdir. 2018-ci ilin aprel ayında "xxxx" ASC-nin (əvvəlki adı “X14” ASC) əməkdaşları sözügedən qeyri-yaşayış sahəsinə gələrək obyektə baxış ke çirmək istədiklərini bildirdi. O isə əmlakın ona məxsus olduğunu onlara bildirmiş və buna görə də obyektə baxış keçirilməsinə etiraz etmişdir. Həmin şəxslər isə ona bildirdi ki, onların əlində olan sənədlərə əsasən bu əmlak ona yox, Cavabdeh1 adında şəxsə məxsusdur və Cavabdeh1 tərəfindən bu əmlak "xxxx" ASC-də ipoteka ilə yüklü edilmişdir. Bundan sonra isə dərhal bu məsələyə aydınlıq gətirmək üçün Cavabdeh2 MMCnin direktoru Valehlə əlaqə saxlayaraq onunla görüşüb. Həmin vaxt Cavabdeh1 hər şeyi ona etiraf edərək bildirib ki, onun yüksək məbləğdə pula ehtiyacı olub. Təminatsız heç bir bank ona pul vermədiyinə görə məcbur qalıb Cavabdeh2 MMC ilə sözügedən qeyri-yaşayış sahəsinə dair formal olaraq müqavilə bağlamış və sonra məhkəmə qərarı əsasında həmin əmlaka Çıxarış almışdır. Bundan sonra i sə yenidən "xxxx" ASC-yə müraciət edərək və həmin obyekti adıçəkilən bankda ipoteka ilə yüklü edərək bankdan yüksək məbləğdə kredit götürməyə nail olmuşdur. Bankın əməkdaşları da bu məqsədlə girovda olan əmlaka baxış keçirməyə gəlmişdir. Bu danışıqların sonunda isə Valeh Kərimov ona söz verib ki, qısa müddət ərzində krediti ödəyib borcu bağlayacaq, obyekti girovdan çıxarıb onun adına keçirəcək. Lakin 2018-ci ilin noyabr ayında yenidən qiymətləndirmə şirkətinin əməkdaşları obyektə gələrək əmlaka baxış keçirmək istədi. Həmin vaxt ona məlum oldu ki, Cavabdeh1 hələ də banka olan kreditini ödəməmiş, hətta bank buna görə məhkəməyə də müraciət etmişdir. Cavabdeh1 tərəfindən bu qanunsuzluqlar aradan qaldırılmadığına görə o, hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etmək məcburiyyətində qal ıb. Hesab edir ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 02.12.2011-ci il tarixli mənzil tikintisi və alqı-satqısına dair müqavilə etibarsız əqddir. Buna görə də həmin müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 02.12.2011-ci il tarixli mənzil tikintisi və alqı-satqısına dair müqavilənin etibarsız əqd olmasını təsdiq edən hallardan biri də həmin müqaviləni formal olaraq hər iki tərəfdən eyni şəxsin (Cavabdeh1) imzalaması və real bazar dəyəri 4.500.000 manat olan əmlakın qiymətinin mübahisələndirilən müqavilədə 367.000 manat göstərilməsidir. Yəni MMC-nin direktoru olan Cavabdeh1 hər iki tərəfdən müqaviləni imzalamaqla daha əvvəl satılmış və dəyəri 4.500.000 manat olan əmlakı 367.000 manata yenidən öz adına sənədləşdirmişdir. Müb ahisə predmeti olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 02.10.2013-cü il tarixli, ******* seriya nömrəli Çıxarışın alınmasına əsas olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.08.2013-cü il tarixli. 2-in(82)-2370/2013 nömrəli qərarı onun şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.1 1.2018-ci il tarixli, 2-1(102)-2688/2018 nömrəli qərarı ilə ləğv edilmiş və həmin əsas aradan qalxmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22.05.2019-cu il tarixli, 2(006)-1950/2019 saylı qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia tələbi təmin edilərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 02.12.2011-ci il tarixli mənzil tikintisi və alqı-sat qısına dair müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı ilə «Aqana Servis” arasında bağlanmış 15 yanvar 2010-cu il tarixli müqaviləyə əsasən «Aqana Servis” İddiaçı E küçəsi ünvanında inşa edilən, çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 864 kv.m qeyriyaşayış sahəsi “Sifarişçi”-yə verməyi, “Sifarişçi” isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda 31.03.2011-ci il tarixli maliyyə arayışına əsasən E ünvanında inşa edilən yaşayış binası binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 864 kv.m olan qeyri-yaşayış sahəsinə görə İddiaçı Cavabdeh2 MMC-yə maliyyə bor cu yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC-nin direktoru Cavabdeh1 qeyd olunan qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçı ilə 15.01.2010-cu il tarixdə müqavilə bağladıqdan və şərtləşdirilmiş məbləği tam aldıqdan sonra, həmin qeyri-yaşayış sahəsinin satılması ilə bağlı 02.12.2011-ci il tarixdə yeni müqavilə bağlamışdır. Eyni zamanda müqavilə formal olaraq hər iki tərəfdən eyni şəxs (Cavabdeh1) tərəfindən imzalanmış və real bazar dəyəri 4.500.000 manat olan əmlakın qiymətinin mübahisələndirilən müqavilədə 367.000 manat göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 386.1, 390.1, 448.1, 452.1-ci, Azərbaycan Res publikası Mənzil Məcəlləsinin 112.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin 22.05.2019-cu il tarixli, 2(006)-1950/2019 saylı xüsusi qərardadı ilə (hakim Səməd Cəfərov) Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 02.12.2011-ci il tarixli mənzil tikintisi və alqı-satqısına dair müqavilə ilə əlaqədar Cavabdeh1, habelə digər şəxslərin əməllərinin araşdırılması və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi və bu məqsədlə qərardadın Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan 3-cü şəxs "xxxx" ASC apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan 3-cü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Elşad Şamayev) 11.12.2019-cu il tarixli, 2(103)12550/2019 saylı qərardadı ilə iş üzrə icraatın Cavabdeh1 və X1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri, X2 isə CM-nin 313-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə qəbul olunacaq yekun qərar qanuni qüvvəyə m inənədək dayandırılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) 22.05.2021-ci il tarixli, 2(103)-150/2021 saylı qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Vəfaddin İbayev) 25.06.2021-ci il tarixli, 2(103)-150/2021 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli, 2(006)-1950/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, rəsmi sənədlərə bilə-bilə saxta məlumatlar da xil etmək və xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlüklər əldə edilməsi faktı və digər faktlar ilə bağlı X4 və Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri, X2 isə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirləndirilmələrinə dair tərtib edilmiş, 30.05.2019-cu il tarixdə müvafiq prokuror tərəfindən təsdiq edilmiş ittiham aktının surətindən görünür ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.3.2. 308.2 və 313-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 2008-ci ildən 2019-cu ilin fevral ayının 1-dək "xxxx" MMC-nin direktoru vəzifəsində işləmişdir. Həmin MMC-nin təsisçiləri özü və qaynı Azad Nağıyev olmuşlar. "xxxx" MM C-nin ünvan 2 ünvanında çoxmənzilli yaşayış binası var. Azad Nağıyev eyni zamanda "xxxx" MTK-nın təsisçisi və faktiki sahibidir. 2011-ci ildə "xxxx" MMC tərəfindən tikilmiş çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 864 m2 sahəli qeyri-yaşayış sahəsini satışa çıxarmışlar. Rasim Kərimov adlı şəxs qeyd edilən 864 m2 sahəli qeyri-yaşayış sahəsini satmaq barədə Rasimə fikirlərini bildirdikdə sonuncu həmin obyekti almaq istədiyini bildirmişdir. Elə həmin ildə əmlakın Rasimin qardaşı İddiaçı satılmasına dair müqavilə bağlamışlar. Obyekti 4.500.000 manata satmışdır. Rasim həmin pulu hissə-hissə ödəyib qurtarmışdır. 2013-cü ildə Azad Nağıyev 5.000.000 manat pul lazım olduğunu, həmin məbləğdə pulu bankdan kredit olaraq götürülməsi üçün girov qoymaq lazım olduğunu bildirmişdir. Təxminə n 2013-cü ilin sentyabr-oktyabr ayları ərzində “Silk Way” X6 adına 2.500.000 manzat, "Deka” Bankdan isə 2.500.000 manat kredit pul götürmüşlər və həmin ildə aldıqları 864 m2sahəli qeyri-yaşayış sahəsini hər iki banka girov qismində qoymuşlar. Qeyriyaşayış sahəsini banklara girov qoyarkən bu barədə Rasim və onun qardaşı Nazimə məlumat verməmişlər. Nə özü, nə də ki, Azad Nağıyev yuxarıda qeyd olunan məbləğləri bankdan götürməmişlər. Sadəcə sənədlərə imza etmişlər, bildiyinə görə isə həmin pullar Azadın şərikinin qohumunun hesabına köçürülmüşdür. Elman Rüstəmov söz vermişdi ki, 1 il müddətinə kredit pulu bağlayıb qeyriyaşayış sahəsini girovdan azad edəcək. Lakin indiyədək həmin kredit borcunu ödəməmişdir. Buna görə “Silk Way” girovun öz adlarına keçirilməsi üçün Yasamal Rayon Məhkəməsinə müra ciət etmişdir. İttiham aktından görünür ki, şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 558/566-cı məhəllə, H.Cavid prospekti, 54D ünvanında yerləşən 1 girişli, 16 mərtəbəli 3-cü yaşayış binasının 1-ci mərtəbəsində olan 485 m2 sahəli qeyri-yaşayış sahəsini 2010-cu ildə aldıqdan sonra 5 il ərzində həmin obyekt boş vəziyyətdə qalmışdır. 2015-ci ildə həmin obyektdə rəhbərlik etdiyi şirkətin kabellərini, kommunikasiya şkafları və sair avadanlıqları yerləşdirmişdir. Həmin obyekt gündəlik olaraq fəaliyyət göstərmişdir. Həmin dövrlərdə kimsə, o cümlədən Məhəmməd adlı şəxs obyektə gəlməmişlər və heç bir müdaxilə olmamışdır. Yalnız 04.02.2019-cu il tarixdə obyektdəki mebelləri çıxarıb çölə qoyanda Məhəmməd və bir neçə nəfər gəlib bildirmişlər ki, həmin oby ekt Azad tərəfindən onlara satılıb. Dava düşəcəyindən ehtiyat edərək DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Eyni zamanda Azad da onların yanına gəlmişdir. Orada toplaşan şəxslərin yanında Azada sual verib soruşmuşdur ki, bu nə məsələdir. Azad isə bildirmişdir ki, “obyekti sənə satmışam, sənindir”. Bundan sonra 27-ci polis bölməsinə gedib ərizə yazmışdır. Daha sonra Azad və Məhəmmədlə “Green park” adlı kafedə görüşüb onlara demişdir ki, obyekti satır. Həmin obyekti almağı onlara təklif etmiş və hətta bildirmişdir ki, ona təcili olaraq 200.000 manat pul lazımdır, həmin pulu ödəsinlər, notarial qaydada rəsmi müqavilə bağlansın, qalan məbləği isə hissə-hissə ödəsinlər. Lakin həmin şəxslər təkliflə razılaşmamışlar. Bundan sonra onlara obyekti satacağını bildirərək çıxıb getmişdir. Bundan sonra həmin şəxsləri bir daha görməmişdir. İttiham aktından görünür ki, şahid qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, Rasim Kərimov onun doğma qardaşıdır. Qardaşı Rasim 2010cu ildə ünvan 4 ünvanında yerləşən 864 m2 sahəli qeyri-yaşayış sahəsini almaq qərarına gəlmişdir. Buna görə də həmin obyekti tikmiş "xxxx" MMC-nin direktoru Cavabdeh1lə danışıqlara başlamışdır. Dediyinə görə həmin MMC-nin faktiki sahibi Azad Nağıyevdir. 15.01.2010-cu il tarixdə qeyri-yaşayış sahəsini almışdır. Həmin qeyri-yaşayış sahəsini 4.500.000 manat pula almışlar. Pulu qardaşı X12 Əliyevə hissə-hissə tam ödəmişdir. Bununla bağlı MMC tərəfindən onlara 15.01.2010-cu il tarixli müqavilə və 31.03.2011-ci il tarixdə borcu tam olaraq ödədikləri üçün həmin tarixli, 02/04 nömrəli maliyyə arayışı ver ilmişdir. "xxxx" MMC tərəfindən inşa edilmiş həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmənzilli bina təhvil verilmədiyi üçün həmin sahə üçün çıxarış ala bilməmişlər. 2014-cü ildə həmin sahədə təmir işləri aparmağa başlamışlar. 2017-ci ilin dekabr ayında həmin qeyri- yaşayış sahəsində “Metropol KN” restoranı fəaliyyətə başlamışdır. 2018-ci ilin aprel ayında restoranda olan zaman bir neçə nəfər restorana daxil olaraq “Silk Way” bankın əməkdaşları olduqlarını, obyektin yerləşdiyi sahənin onlara məxsus olduğunu, çəkiliş aparacaqlarını bildirmişlər. Lakin onlara obyektin özlərinə məxsus olduğunu bildirib çəkiliş aparmalarına icazə verməmişdir. Sonradan qardaşı Rasimlə birlikdə həmin məsələni aydınlaşdıranda məlum olmuşdur ki, Azad Nağıyev dələduzluq edərək qeyri-yaşayış sahəsini onlara satmış olduğu halda, 2013-cü ildə çıxarış alaraq həmin sahəni onlardan xəbərsiz “Silk Way’’ banka girov qoymaqla kredit pul götürüb. Bu barədə Azad Nağıyev və Cavabdeh1 bildirdikdə, onlar öz səhvlərini etiraf etməklə yanaşı tezliklə bankın pulunu ödəyəcəklərini və sahəni girovluqdan çıxaracaqlarını bildirərək möhlət istəmişlər. Həmin şəxslərə inanmışlar. Lakin 2018-ci ilin noyabr ayında bankın nümayəndələri yenidən restorana gələrək Azadın ödəniş etmədiyini bildirmişlər. Həmçinin əlavə etmişlər ki, həmin girovu bank öz adına keçirmək qərarına gəlib və tələb etmişlər ki, qeyd edilən qeyri-yaşayış sahəsini boşaltsınlar. Bunu bildikdən sonra qardaşı və özü məhkəməyə iddia ilə müraciət etmişlər. Bakı Apellyasiya Məhkəməsini Cinayət Kollegiyasının 07.05.2021-ci il tarixli (İş № 1(103)300/2021) qəra rından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.10.2020ci il tarixli hökmü (İş № 1(101)-91/2020) ilə X4 və Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək müəyyən müddətlərdə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunmuşlar. Qeyd edilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsinin alğı-satqısına dair iddiaçı ilə cavabdeh MMC arasında 15.01.2010-cu il tarixdə müqavilə bağlamış, müqavilə üzrə iddiaçı əmlakın dəyərini MMC-yə tam ödəmiş, onun həmin müqavilə üzrə MMC-yə heç bir borcu qalmamışdır. Bundan sonra isə cavabdeh MMC ilə Cavabdeh1 arasında həmin qeyri-yaşayış sahəsinə dair 02.12.2011-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçının etibarsız hesab edilməsini tələb etdiyi 02. 12.2011-ci il tarixli müqavilə qanunsuz olaraq bağlanmışdır; həmin müqavilə etibarlı hesab oluna bilməz. Yuxarıda qeyd edilən ittiham aktının və hökmün surətindən görünür ki, Cavabdeh1 özü də etiraf etmişdir ki, 02.12.2011-ci il tarixli müqaviləni, o, MMC ilə formal olaraq bağlamışdır. Məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı ilə bağlanmış müqavilə əsasında yalnız iddiaçıya məxsus olmuşdur. İddiaçıya məxsus əmlaka dair bağlanmış həmin müqavilə ləğv edilmədən MMC ilə digər şəxslər arasında həmin qeyri-yaşayış sahəsinə dair müqavilə bağlana bilməzdi. Belə olan halda, Məhkəmə hesab edir ki, mübahisəli sahəyə dair MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Üçüncü şəxs "xxxx" ASC-nin apellyasiya şikayətinin dəlili onda n ibarətdir ki, iddiaçı MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Belə ki, 2016-cı il tarixdə mübahisəli qeyri-yaşayış sahəsində monitorinq keçirilmiş, sahənin fotoşəkilləri çəkilmiş, bankın əməkdaşları həmin sahəyə baxış keçirmişlər. Belə olduğu halda hesab edilməlidir ki, iddiaçı əmlakla bağlı hüquqlarının pozulmasından həmin tarixdən məlumatlı olmuş, lakin 1 illik müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin bu dəlilinin araşdırılması ilə bağlı Məhkəmə qeyd edir ki, iddiaçı bildirir ki, əmlakla bağlı mübahisənin olduğunu 2018-ci ilin aprel ayından bilmişdir. Belə ki, qeyri-yaşayış sahəsi alındıqdan sonra bir müddət təmirsiz qalmış, 2014-cü ildə təmir işləri aparmağa başlamışlar. 2017-ci ilin dekabr ayından isə həmin qeyri-yaşayış s ahəsində “Metropol KN” restoranı fəaliyyətə başlamışdır. 2018-ci ilin aprel ayında “Silk Way” bankın əməkdaşları obyektə daxil olaraq bildirmişlər ki, obyektin yerləşdiyi sahə onlara məxsudur və çəkiliş aparmağa gəlmişlər. 1 illik müddətin tətbiq edilməsini xahiş edən Bank dəlilini onunla əsalandırır ki, qeyri-yaşayış sahəsinə 29.09.2016-cı il tarixdə baxış keçirən zaman iddiaçı bundan məlumatlı olmuşdur. Lakin Bank iddiaçının məlumatlı olmasına dair sübutları məhkəmələrə təqdim etmir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa, Məhkəmə qeyd edir ki, “Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli qərarında qeyd olunur ki, “.... əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmi ş müddətdir.” Həmin qərarda həmçinin qeyd olunur ki, “Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.” Hazırki iş üzrə etibarsızlığı tələb olunan müqavilə üzrə icra olunmuş heç bir nəticə yoxdur, həmin əqd əhəmiyyətsiz əqddir. Cavabdeh1 müqaviləni formal bağlamış, müqavilə üzrə hüquq və öhdəliklər yaranmamışdır. Məhkəmə, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında göstərilənlərə əsaslanaraq bildirir ki, iddiaçı bankın əməkdaşlarının qeyri-yaşayış sahəsinə 2016-cı ildə baxış keçirməsindən məlumatlı olsa belə 1 illik kəsici müddətin tətbiq edilməsi üçün əsaslar yenə də yarana bilməzdi. Çünki həmin müqavilə üzrə icra olunmuş heç bir nəticə mövcud deyil. Beləliklə, hesab edilməlidir ki, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə dair mübahisə olduğundan məlumatlı olması barədə apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır. Üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankın apellyasiya şikayətinin dəlili isə ondan ibarətdir ki, üçüncü şəxslər vicdanlı əldə edəndir və Mərkəzi Bank "xxxx" ASC ilə 07.10.2013-cü il tarixdə və Mərkəzi Bankın 10.10.2013-cü il tarixdə ipoteka saxlayan kimi hüquqları rəsmiləşdirilərkən digər şəxslərin həmin sahəyə hüquqlarının olmasından məlumatı olmamışdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən ipoteka müqavilələri etibarsız hesab olunan 02.12.2011-ci il tarixli alğı-satqı müqaviləsi əsasında bağlanmışdır. Alğı-satqı müqaviləsi etibarsız hesab edildiyi təqdirdə sonrakı əqdlərin hamısı etibarsız sayılır. Belə ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllə; maddə 337.4.). Həmin ipoteka müqavilələri 02.12.2011-ci il tarixli alğı-satqı müqaviləsinin nəticəsi kimi çıxış edir. Alğı-satqı müqaviləsi etibarsız olduğuna görə onun heç bir qanuni nəticələri ola bilməz. Məhkəmə, üçüncü şəxs olan Bankın vicdanlı əldə edən olması ilə bağlı dəlilinə əsasən qeyd olunur ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeyd (alğı-satqı müqavilələrinin) vicdanlılıqla bağlı məsələni dəyişmir. Çünki iddiaçının hüququ daha əvvəl pozulduğuna görə ilk əvvəl onun hüquqları qorunmalıdır. Bank bu vəziyyətin yaranmasında təqsirkar olan şəxslərə qarşı zərərin əvəzinin ödənilməsi barədə iddia verə bilər. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri for mal mülahizə xarakteri daşıyır. Apellyasiya şikayətlərinə münasibətdə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 3-cü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankı (vəkili X5) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mərkəzi Bank ilə “X14” ASC arasında nə kredit münasibətləri yaranarkən (07.10.2013), nə də mübahisəli əmlak üzrə Mərkəzi Bankın ipoteka saxlayan kimi hüquqları rəsmiləşdirilərkən (10.10.2013) Mərkəzi Bank həmin əmlakla əlaqədar üçüncü şəxslərin hər hansı hüquqlarının olduğunu bilməmiş, dövlət qeydiyyatı reyestrində olan məlumatlara əsaslanmış və dövlət qeydiyyatının qeyri-dəqiqliyinə şübhə etməsinə heç bir əsas olmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası qəbul etdiyi qətnamədə Mərkəzi Bankın qeyd etdiyi məsələlərə, xüsusilə dövlət reyestrinin məzmununa inanaraq hazırki iş üzrə mübahisə predmeti olan əmlak üzərində ipoteka hüququ əldə edən Mərkəzi Bankın vicdanlı üçüncü səxs kimi hüquqlarının dövlət tərəfindən qorunmalı olmasına heç bir qiymət verməmiş, qətnamənin əsaslandırıcı hissəsində heç bir mövqe ifadə etməmişdir. Məhkəmə kollegiyası işə baxarkən ciddi prosessual pozuntulara da yol verərək Mərkəzi Bankın apelyasiya şikayətindəki dəlillərə, xüsusilə Azərbaycan Respublikası Konstit usiya Məhkəməsinin "xxxx" ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azıərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18.07.2018-ci il tarixli qərarındakı mövqeyə hər hansı qiymət verməmiş və apelyasiya şikayətinin dəlillərinin ümumi cümlələrlə formal mülahizə xarakteri daşıdığını qeyd etmişdir. 3-cü şəxs "xxxx" ASC (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi işi araşdırarkən mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaş dırılmamış, qətnaməni qəbul edən zaman maddi və prosessual hüquq normalarına riayət etməmiş, iş üzrə təqdim edilmiş sübutları tam və ətraflı şəkildə araşdırmamış və özündə ziddiyyətli nüanslar əks olunan qətnamə qəbul etmişdir. Qeyri-yaşayış sahəsi Bank tərəfindən yüklü edilməmişdən əvvəl 10.10.2013-cü il tarixli, İBO131545/2 saylı ipoteka müqaviləsi əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Öhdəliklərin lazimi qaydada icra edilmədiyi səbəbindən Azad Nağıyev tərəfindən "xxxx" ASC-yə borcun qaytarılması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və qeyri-yaşayış sahələrinin boşaldılması tələbinə dair Yasamal rayon məhkəməsində iddia qaldırılmışdır. Həmin işə Yasamal rayon məhkəməsində baxılan zaman 29.09.2016-cı il tarixli monitorinq aktı təqd im edilmiş və iddiaçının yuxarıda göstərilən əqdin mübahisələndirilməsi hüququnun həmin andan tanınması və Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq iddia müddətinin hesablanmasını məhkəmədən xahiş etmişdir. Belə ki, həmin tarixdə əmlakın monitorinqi aparılmış, fotolar çəkilmişdir. Həmin vaxtı aparılmış monitorinqdən, foto çəkilişlərdən iddiaçının məlumatsız olması inandırıcı deyil. Buna görə də, hesab edilməlidir ki, iddiaçı 29.09.2016-cı il tarixdən iddia etdiyi hüquqların pozulmasından məlumatlı olmuş, lakin uzun müddət məhkəməyə müraciət etməmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi əqdlərin etibarsızlığı barədə bir illik iddia müddətinin iddiaçı tərəfindən ötürülmədiyini əsaslandırmaq üçün bildirmişdir ki, iddiaçı həmin əmlakı aldığı zaman təmirsiz olduğu üçün bankın əməkdaş ları həmin obyektə monitorinq aparılması üçün gələn zaman təmir işləri görüldüyü səbəbindən iddiaçının monitorinqdən guya xəbəri olmamışdır. Məlumdur ki, iddiaçı həmin qeyri-yaşayış sahəsinə 2011-ci ildə sahib olmuşdur. Həmin vaxtdan 2016-cı ilə qədər 5 ildən artıq vaxt keçmişdir ki, bu uzun müddət ərzində kiçik həcmli obyekt üçün təmir işlərinin görülməsi heç inandırıcı deyildir. İddiaçı özü də iddia ərizəsində etiraf etmişdir ki, qeyri-yaşayış sahəsinin "xxxx" ASC qarşısında yüklü edilməsindən xəbərdar olduğu vaxt, yəni bankın əməkdaşları obyekti qiymətləndirilməsi üçün gəldikdən sonra, 2018-ci ilin aprel ayında Cavabdeh1 Mövsüm oğlu ilə əlaqə saxlamış və qarşı tərəf ona kredit götürməyə məcbur olduğunu və bir müddət gözləməyi xahiş etmiş, krediti ödədikdən sonra əmlakı onun adına keçirə cəyini bildirmişdir. Lakin, Cavabdeh1 sözünü yerinə yetirmədiyini gördükdə Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmişdir. Daha sonra 2018-ci ilin may ayında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh1 adına reyestrdən çıxarış verilməsinə səbəb olmuş Qərarın ləğv edilməsini xahiş etmişdir. Bununla da hesab edir ki, iddiaçı özü obyektin ipoteka ilə yüklü olmasını 2018-ci ilin aprel ayında bildiyi halda buna razılıq vermiş, gözləməklə təsdiqedici hərəkətlər etmişdir. Digər tərəfdən, əgər iddiaçı restoran fəaliyyətinə həqiqətən də 2017ci ilin dekabr ayında başlamışdırsa və 29.09.2016-cı il tarixdə “X15” ASC-nin əməkdaşlarının monitorinq aparmasından xəbəri olmamışdırsa, necə ola bilər ki daşınmaz əmlaka görə vergi vermədən sahibkarlıq fəaliyyəti ilə məşğul olsun? Həmçinin, vergi orqanı həmin şəxsin fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsinə dair səyyar və ya kameral vergi yoxlaması apara bilərdi ki, 1 ildən çox müddət ərzində vergi hesablanması və sair işlər görülən zamanı iddiaçının qeyri-yaşayış sahəsinə dair reyestrdən çıxarışın alınıb-alınmamasından xəbəri olmasın. Hesab edir ki, birinci və ikinci instansiya məhkəmələri formal mülahizələrə əsaslanaraq, iddia müddətinin başlanğıcını, yəni bank nümayəndələri tərəfindən 29.09.2016-cı il tarixli monitorinq aktının tərtib edilməsidən sonrakı gündən başlanmalı olduğunu, nəzərə almamış və iddiaçı tərəfindən etibarsız əqdlərə dair bir illik müddətin ötürülməsinə əhəmiyyət verməmişdir. Hesab edir ki, birinci və ikinci instansiya məhkəmələri Azərbaycan Respublikası Mülki Mə cəlləsində daşınmaz əmlak üzərində hüquqların yaranma əsaslarına da diqqət edərək, nəzərə almalı idi ki, "xxxx" ASC qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun kimdə olması əsasında ipoteka müqaviləsi imzalamışdır. Apelyasiya instansiyası məhkəməsi "xxxx" ASC-nin vicdanlı alıcı kimi hüquqlarının olmasını nəzərə almamış, iddiaçının ifadələri və hakimin formal mülahizələri əsasında qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25.06.2021-ci il tarixli, 2(103)-150/2021 saylı qətnaməsi cavabdeh olaraq "xxxx" ASC-nin mülkiyyət hüququnu, maddi maraqlarını, xüsusilə də, ipoteka müqaviləsi bağlanan zaman ipoteka obyektinin həqiqi sahibinin kim olmasını bilmədiyi və bilmək imkanı olmamamasını nəzərə almadan qətnamə qəbul edildiyi üçün ləğv edilmə lidir. Qeyd olunan qeyri-yaşayış sahəsinə dair iddiaçının adına dövlət reyestrindən çıxarış verilmədiyi üçün vicdanlı əldə edən qismində "xxxx" ASC, həmçinin ipoteka müqaviləsini təsdiq edən notariat orqanı həmin daşınmaz əmlak barəsində əvvəllər qeydə alınmamış hər hansı bir əqdin olmasından xəbəri ola bilməzdi. Yuxarıda qeyd olunan faktlardan görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin, kredit öhdəliklərinin təminatı olaraq qeydiyyata alındırarkən, ipoteka saxlayanlar olaraq "xxxx" ASC və AR Mərkəzi Bankı həmin əmlaka dair hər-hansı digər şəxslərin hüquqlarının olması barədə məlumatsız olmuş, daşınmaz əmlakın dövlət reyestrindəki məlumatları əsas tutmuş və sözsüz ki, bu halda hər hansı pozuntunun olmasına dair şübhələr yaranmamışdır. Qeyd olunanlardan əlavə, məhkəmə nəzərə almalı id i ki, daşınmaz əmlakın alqı-satqısı notarial qaydada təsdiq edilməmiş adi alqı-satqı müqaviləsi ilə həyata keçirilmişdir. Həmçinin, maliyyə arayışı adi əllə yazılmış formada olub. Əgər daşınmaz əmlak üzərində iddiaçı kommersiya fəaliyyəti ilə məşğul olubsa, bu qeyri-yaşayış sahəsinin əldə edilməsinə dair mədaxil qəbzlərinin olub-olmaması məsələsi də araşdırılmayıb. Ümumiyyətlə hesab edir ki, nə birinci instansiya məhkəməsi, nə də ki apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının öz sahibi kimi təqdim etdiyi “Metropol NK” restoranının hansı vaxtdan fəaliyyətə başlaması, sahibinin kim olması, vergi uçotuna nə zaman düşməsi, kimin tərəfindən vergi qeydiyyatına düşməsi və sair məsələləri araşdırmalı olduğu halda bunu etməmişdir ki, bununla da ədalət mühakiməsinin həyata keçirilməsinin prinsiplərinə riayət etməmişdir. Daha sonra 3-cü şəxs "xxxx" ASC-nin vəkili Vəkil2 məhkəməyə kasasiya şikayətinə əlavə ünvanlamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə kasasiya şikayətinə və kasasiya şikayətinə əlavəyə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.06.2021-ci il tarixli, 2(103)-150/2021 saylı qətnaməsindən "xxxx" ASC tərəfindən kasasiya şikayəti verilmişdir. Daha sonra "xxxx" ASC 14.03.2022-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə kasasiya şikayətinə əlavə təqdim etmişdir. Kasasiya şikayətinə əlavədə göstərilmişdir ki, Cavabdeh1 Ali Məhkəməyə 10.03.2022-ci il tarixli izahatını göndərərək guya bəzi həqiqətləri etiraf etmişdir. Kassasiya şikayətinə əlavəyə Cavabdeh1 həmin izahatı əlavə edilmişdir. İzahatda isə qeyd edilmişdir ki, "... 2014-cü ilədək nə İddiaçı və onun qardaşı Rasimi tanımamışam. Onlarla hər hansı bir şəxsi və ya işgüzar münasibətim olmayıb. Dolayısı ilə 2010-cu il tarixdə İddiaçı ilə hər hansı bir müqavilə bağlamağımız qeyri-mümkündür...", “... Azad Nağıyevin tapşırığı (Rasim və Nizaminin istəyi) ilə mən 2014-cü ildə köhnə tarixə (yəni 15.01.2010-cu il tarixə) müqavilə tərtib edərək ünvan 6 ünvanında yerləşən 5 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən İddiaçı 4.500.000 manata satılması ilə bağlı müqavilə və maliyyə arayışını A.Nağıyevə verdim. İddiaçı tərəfindən nə mənə, nə də ki, Cavabdeh2 MMC-yə hər hansı pul vəsaiti ödənilməyib...”. İzahatda qeyd edilənlər qətiyyən doğru d eyil. Valeh Ağayevin bu izahatı və Ali Məhkəmənin Cinayət Kollegiyasına ünvanlanmış kasasiya şikayətində qeyd olunanlar sırf müdafiə xarakterli olmaqla cinayət məsuliyyətdən azad olmaq məqsədi daşıyır. Həmçinin, açıq-aşkar görünür ki, bu izahatın yazılmasında bankın da təsiri vardır və bankın maraqlarına uyğun tərtib edilərək onun da müdafiəsinə yönəlmişdir. Halbuki, iş materiallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməsində işə baxılarkən Cavabdeh1 cəzaçəkmə müəssisəsindən məhkəmə iclasına gətirilərək şəxsən izahatı alınmışdır. Cavabdeh1 həm o izahatında, həm də cinayət işi üzrə ibtidai istintaqda və keçirilən məhkəmə iclaslarında verdiyi izahatlarında mübahisə predmeti olan qeyri-yaşayış sahəsini 15.01.2010-cu il tarixli müqavilə əsasında 4.500.000 manata İddiaçı satdığını, həmin pulun hissə-hissə ödənildiyini təsdiq etmiş və həmin işlərdə izahatı ilə bağlı protokollara qeydlər də verməmişdir. Cavabdeh1 İzahatında 2014-cü ilədək guya İddiaçı tanımadığını, onunla hər hansı bir şəxsi və ya işgüzar münasibətinin olmadığını bildirsə də, hazırkı etiraza əlavə edilən və bu işlə əlaqəsi olmayan İddiaçı ilə ‘‘Aqana Servis” MMC-nin direktoru Cavabdeh1 arasında bağlanmış qeyri-yaşayış sahəsinin alqı-satqısına dair” müqavilədən görünür ki, həmin müqavilə 25.02.2013-cü il tarixdə bağlanmışdır. Göründüyü kimi, Cavabdeh1 İddiaçı 2014-cü ilədək tanımaması barədə izahatında qeyd etdiyi həqiqətə uyğun deyil və izahatda göstərilənlər ancaq mülahizələrdən ibarətdir. Bundan əlavə, Cavabdeh1 qeyriyaşayış sahəsi ilə əlaqədar İddiaçı tərəfindən ona və "Aqana Servis” MMC-yə ödəniş e dilmədiyini qeyd etsə də, iş materiallarına əlavə edilmiş 15.01.2010-cu il tarixli şəxsi vərəqədən görünür ki, 15.01.20210-cu il tarixdən başlayaraq 30.03.2011-ci il tarixədək hissə-hissə olmaqla İddiaçı tərəfindən müxtəlif məbləğlərdə ödənişlər edilmiş, bu ödənişlərin qəbul edilməsi Cavabdeh1 tərəfindən şəxsən imza edilməklə və şirkətin möhürü ilə təsdiq edilməklə qəbul edilmiş, ödənişlər başa çatdıqdan sonra 31.03.2011-ci il tarixdə isə iddiaçının "Aqana servis” MMC-yə hər hansı borcunun olmaması barədə ona maliyyə arayışı verilmişdir. Bundan başqa, təqim olunan izahat ümumiyyətlə sübut qismində qəbul edilməsi qanunvericiliyin tələbləri baxımından da yolverilən deyildir. Belə ki, qanunvericiliyə əsasən, məhkumların məktubların göndərilməsi cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən h əyata keçirilir. X9 izahatı kimi kasasiya şikayətinə əlavə edilmiş sənəddən göründüyü kimi, bu çatdırılma cəzaçəkmə müəssisəsi tərəfindən həyata keçirilməmiş və bu izahatın məhz Valeh Ağayev tərəfindən tərtib edilməsi də müəssisə tərəfindən təsdiq edilməmişdir. Halbuki, Cəzaların icrası Məcəlləsi 83.4-cü maddəsinə görə, məhkumların adına gəlmiş məktubların verilməsi, habelə ünvan sahiblərinə məhkumların məktublarının göndərilməsi məktubun gəldiyi və ya məhkum tərəfindən verildiyi gündən ən geci üç gün müddətində cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən həyata keçirilir. Bundan başqa, iş materillarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış 15.10.2020ci il tarixli hökmündən göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsinin alqı-satqısına dair iddiaçı ilə cavabdeh MMC arasında 15.01.2010-cu il tarixdə müqavilə bağlanmış, müqavilə üzrə iddiaçı əmlakın dəyərini MMC-yə tam ödəmiş, onun həmin müqavilə üzrə MMC-yə heç bir borcu qalmamışdır. Bundan sonra isə cavabdeh MMC ilə Cavabdeh1 arasında həmin qeyri-yaşayış sahəsinə dair 02.12.2011-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Bu səbəbdən Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək müəyyən müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Belə olan halda, Cavabdeh1 özünü və bankı müdafiə xarakterli verdiyi izahatının heç bir əhəmiyyəti yoxdur. Bundan başqa, Mülki Prosessual Məcəllənin 416.1-ci maddəsində qeyd edilmişdir ki, kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmü ş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Normanın dispozisiyasından göründüyü kimi Ali Məhkəmə kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Göründüyü kimi prosessual qanunvericilik kasasiya instansiya məhkəməsi mərhələsində yeni sübutların qəbul edilməsini, işin faktiki hallarının arşaşdırılmasını və sübutların qiymətləndirilməsini istisna edir. Odur ki, yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq, apelyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını, kasasiya şikayətlərinin isə təmin edilməməsini xahiş edir. c) Məhkəmə icraatı iştirak çılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Haz ırkı kasasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25.10.2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli qərarına əsasən, “.... əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldı rılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.” Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səb əb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətlərinin dəlilləri üzrə ilk ön cə qeyd edilməlidir ki, hər iki kasasiya şikayətinin dəlilləri onlar tərəfindən verilmiş apelyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı hazırki mübahisə üzrə özünün vicdanlı olmasına, bu hala əhəmiyyət verilməməsinə, Premium Bank ASC isə həm müddətin ötürülməsinə, həm də özünün də vicdanlı olmasına istinad etmiş və dəlilləri qeyd edilən istiqamətlər üzrə əsaslandırmağa çalışmışlar. İlk öncə Azərbaycan Respublikası Mərkəzi Bankının dəlili üzrə qeyd edilməlidir ki, Mərkəzi Bank kasasiya şikayətində onun vicdanlı üçüncü şəxs kimi hüquqlarının dövlət tərəfindən qorunmalı olmasına heç bir qiymət verilməməsi, qətnamənin əsaslandırıcı hissəsində heç bir mövqe ifadə edilməməsini göstərmiş olsa da, kasasiya yoxlaması nəticəsində mü əyyən edilmişdir ki, apelyasiya kollegiyası Mərkəzi Bankın göstərilən dəlilinə münasibət olaraq bildirmişdir ki, ipoteka müqavilələri etibarsız hesab olunan 02.12.2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında bağlanmışdır. Alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi təqdirdə sonrakı əqdlərin hamısı etibarsız sayılır. Daşınmaz əmlakın dövlət reyestrindəki qeyd (alqı-satqı müqavilələrinin) vicdanlılıqla bağlı məsələni dəyişmir. Çünki iddiaçının hüququ daha əvvəl pozulduğuna görə ilk əvvəl onun hüquqları qorunmalıdır. Buradan göründüyü kimi, Mərkəzi Bankın kasasiya şikayətindəki mövqeyinin əksinə olaraq apelyasiya kollegiyası onun dəlilinə qiymət vermiş, Bankın nəzərinə hazırki iddiaçının ona münasibətdə daha əvvəl vicdanlı alıcı olaraq hüquqlarının pozulmasını, bu xüsusda ilk öncə o nun hüquqlarının müdafiə olunub bərpa edilməli olmasını çatdırmış, Bankın vicdanlılığını inkar etməmiş, iddiaçıya münasibətdə növbəlilikdə onun daha sonra vicdanlılıq prinsipinin qorunmalı olduğunu ifadə etməklə, Banka hazırki vəziyyətin yaranmasında təqsirkar olan şəxslərə qarşı zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırmaq hüququnu izah etmişdir. Mərkəzi Bankın nəzərə alınmadığını hesab etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azıərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18.07.2018-ci il tarixli qərarındakı mövqe üzrə isə bildirilməlidir ki, adıçəkilən qərarda daşınmaz əmlakın döv lət reyestrinin həqiqliyi və tamlığı prezumpsiyasından çıxış edilərək, vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmalı olduğu göstərilmişdir ki, apelyasiya kollegiyası da Bankın hüquqlarının qorunmalı olduğunu qəbul etdiyi qətnamədə vurğulamış, iddiaçıya münasibətdə Bankın vicdanlılığının daha sonra yaranmasını nəzərə alıb ona dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnu izah etmiş, bu zaman nə adıçəkilən Plenum qərarının və nə digər maddi hüquq normasının pozuntusuna yol verməmişdir. Digər tərəfdən o da qeyd edilməlidir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.06.2019-cu il tarixli Qərardadı (İİ cild, səh 29) ilə adıçəkilmiş qeyri-yaşayış sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququnun dövlət qeydiyyatı ləğv olunmuşdur. Qüvvədə olan məhkəmə qərarı əsasında həqiqil iyinə və tamlığına istinad edilən daşınmaz əmlakın dövlət qeydiyyatı ləğv edildiyi üçün hazırki vəziyyətdə bu xüsusa istinad edilməsi də öz əhəmiyyətini itirmiş hesab edilməlidir. 3-cü şəxs "xxxx" ASC-nin dəlillərinə gəldikdə isə ilk öncə ASC-nin müddətin ötürülməsi barədə dəlili üzrə qeyd edilməlidir ki, 3-cü şəxs bu dəlili apelyasiya şikayətində də irəli sürsə də kasasiya yoxlaması nəticəsində işin halları ilə müəyyən və təsdiq olunmuşdur ki, həqiqətən də hazırda etibarsız hesab edilməsi tələb edilən əqd əhəmiyyətsiz əqd olmuşdur. Apelyasiya kollegiyası da düzgün olaraq “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli qərarına istina d etməklə kassatorun müddətin ötürülməsi barədə dəlilinin əsassız olmasını vurğulamışdır. Belə ki, adıçəkilən qərarda Mülki Məcəllənin 354.1-ci maddəsində müəyyən edilmiş 1 illik müddətin əhəmiyyətsiz əqdin etibarsızlığı üzrə deyil, onun nəticələrinin tətbiqi üçün müəyyən edilmiş müddət olması aydın şəkildə göstərilmişdir. Kasasiya şikayətinin vicdanlılıq ilə bağlı digər dəlili üzrə isə bildirilməlidir ki, yuxarda vicdanlılıq prinsipinin tətbiq edilməsi üzrə iddiaçının ilk öncə hüquqlarının bərpa edilməli və qorunmalı olması kasasiya yoxlaması nəticəsində işin müəyyən edilmiş hallarına əsasən öz təsdiqini tapdığından, kassator da eynilə Mərkəzi Bank kimi ona zərər dəyməsini hesab edirsə, təqsirkar şəxslərə qarşı ziyanın ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququna malikdir. Ha zırki halda onun özünə münasibətdə vicdanlılıqla bağlı dəlilləri iddiaçının hüquqlarının pozulmasına və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas verə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya yoxlaması nəticəsində hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilmədiyinə görə kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: 3-cü şəxslər Azərbayc an Respublikası Mərkəzi Bankı və "xxxx" ASC tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-150/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar