Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1892/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icrasına xitam verilməsi, pul tələbi 27.05.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil1, Cavabdeh2 və vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7627/2020 nömrəli iş üzrə 23 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şika yətinə dair işə 27 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, 01 iyun 2016-cı il tarixli Kredit müqaviləsi ilə borc verən Cavabdeh2 tərəfindən borc alanlar İddiaçı və Cavabdeh1 30 000 (otuz min) manat məbləğində pul borc verilmiş, borc alanlar 01 iyun 2018-ci il tarixədək krediti qaytarmağı öhdələrinə götürmüşdülər.
2. Həmçinin iş materiallarından görünür ki, 14 iyul 2016-cı il tarixli Kredit müqaviləsi ilə Cavabdeh2 tərəfindən borc alanlar İddiaçı və Cavabdeh1 20 000 (iyirmi min) manat məbləğində pul borc verilmiş, borc alanlar 01 iyun 2018-ci il tarixədək krediti qaytarmağı öhdələrinə götürmüşdülər.
3. Eyn zamanda tərəflərin özləri tərəfindən tərtib edilmiş və əl yazısıyla ya zılmış qəbzlərdən görünür ki, Cavabdeh2 tərəfindən borc alanlar İddiaçı və Cavabdeh1 06.06.2016-cı il tarixdə 15 000 manat, 01.07.2016-cı il tarixdə 15 000 manat, 17.07.2016cı il tarixdə isə 20 000 manat borc pul verilmişdir.
4. Bundan başqa tərəflərin özləri tərəfindən tərtib edilmiş və əl yazısıyla yazılmış qəbzdən görünür ki, İddiaçı 30 000 manat olan borcdan 10 000 manatı ödəmiş və İddiaçı, həmçinin Cavabdeh2 öz imzaları ilə bunu təsdiq etmişlər.
5. X1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayonu üzrə İcra İdarəsinə ünvanlanmış 03 sentyabr 2018-ci il tarixli məktubların sürətindən görünür ki, Cavabdeh2, İddiaçı və Cavabdeh1 arasında bağlanmış 01.06.2016-cı il tarixli və 14.06.2016-cı il tarixli müqavilələrdə icra qeydinin aparıldığı bildirmiş və icraata qəbul ed ilməsi xahiş etmişdir. Müvafiq olaraq Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin 04.09.2018-ci il tarixli qərarları ilə icra sənədləri üzrə icraata başlanılmışdır.. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 və üçüncü şəxslər X və X qarşı müraciət edərək, onlarla Cavabdeh2 arasında X bağlanmış 01 iyun 2016-cı və 14 iyul 2016-cı il tarixli kredit müqavilələri üzrə öhdəliyin icrasına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılardan İddiaçı Cavabdeh2 ilə uzun müddətdir ki, tanışdır, onunla yaxşı münasibətləri vardır, 2016-cı ilin iyul ayında şəxsi ehtiyacları üçün İddiaçı Cavabdeh2 borca pul istəmişdir. 01 iyun 2016-cı il tarixdə Cavabdeh2 notariat qaydasında təsdiqlənmiş kredit müqaviləsinə əsasən 01 iyun 2018-ci il tarixədək qaytarmaq şərti ilə 30.000 manat məbləğində pul almışlar. Onlara həmin dövrdə yenidən pul lazım olduğundan, yenə də Cavabdeh2 müraciət etmişlər. 14 iyul 2016-cı il tarixdə Cavabdeh2 notariat qaydasında təsdiqlənmiş kredit müqaviləsinə əsasən 01 may 2018-ci il tarixədək qaytarmaq şərti ilə 20.000 manat məbləğində pul almışlar. Borc aldıqları həmin məbləğdə puldan 2016-cı ilin iyun ayından başlayaraq hər ay 1.800 manat məbləğinə pulu Cavabdeh2 qaytarmışdılar. Hazırda onların Cavabdeh2 hər iki kredit müaviləsi üzrə borcları qalmamışdır. Cavabdeh2 öhdəliyin məcburi qaydada icrası üçün X 03 sentyabr 2018-ci il tarixli icra sənədi almış və icra hərəkətlərinin aparılması üçün X təqdim etmi şdir. İcra sənədi icra məmuru X craatındadır. İcra məmuru tərəfindən icraata başlamaq haqqında 04 sentyabr 2018-ci il tarixdə qərar qəbul edilmiş və onlara 04 sentyabr 2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş göndərilərək İcra sənədində göstərilən tələbin icra edilməsi üçün onlara 10 gün vaxt verilmişdir. Həmin icra sənədi ilə razı deyillər. Hesab edirlər ki, icra sənədi verilərkən onların Cavabdeh2 borcu tamamilə ödədikləri nəzərə alınmamışdır.
8. Cavabdeh2 İddiaçı və Cavabdeh1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh1 ödəmədikləri 40.000 manat əsas borcu və həmin borcu bir il ərzində gecikdirdiklərinə görə 10% bank uçot dərəcəsi və əldən çıxmış fayda nəzərə alınmaqla, 4000 (dörd min) manatın, bu işlə bağlı vəkilə ödədiyi 300 (üç yüz) manatın və 30 manat dövlət rüsumunun, cəmi 44.330 (qırx dörd min üç yüz otuz manat) alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 və onun həyat yoldaşı Cavabdeh1 ilə qırx il olar ki, dostluq etmiş, gediş-gəlişləri olmuşdur. Cavabdeh İddiaçı ona Bakı şəhəri, 7-ci mikrorayon ərazisindəki 45 kv.metrlik obyektini göstərib, həmin obyektdən nə kimi istifadə etmək olduğu barədə məsləhətlər verməyi istəmiş və onunla həmin obyektdə şərikli iş görməyi təklif etmişdi. O, isə cavabında şərik olmaq istəmədiyini bildirmişdir. Bir müddət sonra, 2016-cı il aprel ayının axırlarında cavabdeh İddiaçı onun yaşadığı evə gələrək, əvvəllər ona göstərdiyi 7-ci mkr.n da olan 45 kv.metrlik obyekti Lombard e tdiyini bildirmiş və ona həmin lombardı şərikli işlətməyi təklif etmişdir. Lakin o yenə razı olmamışdır. Daha sonra may ayının ortalarında cavabdeh İddiaçı təkrar evinə gələrək ondan bir-iki illiyə borc pul istəmişdir. O cavabdehlərlə qırx illik dost olduqları üçün onlara kifayət qədər etibar edib güvəndiyindən İddiaçı və arvadına ümumilikdə 100 000 manat olmaqla, 50 000 manat notariat kontorunda, 50 000 manat isə əvvəlcədən öz evində sadə qəbz almaq yolu ilə borc pul vermişdir. Bu pulun əvəzində cavabdeh ona arvadı Cavabdeh1 adına olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsi, 13c ərazisindəki obyektin sənədini-Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, 04.12.2004-cü il tarixli Çıxarışı təqdim etmiş və bu obyektlə bağ lı ona notariat qaydasında təsdiq olunmuş iki illik etibarnamə vermişdir. O, ümumilikdə 50 000 manatı cavabdehə üç dəfəyə vermiş və hər dəfə cavabdeh X və arvadı Cavabdeh1 tərəfindən bu barədə ona yazılı qəbz verilmiş və həmin qəbzləri onların hər ikisi imzaları ilə təsdiq etmişlər. Cavabdehlər ondan birinci dəfə 15 000 manatı 06.06.2016-cı ildə götürüb 06.06.2017-ci il tarixdə qaytarmaq şərtilə, ikinci dəfə yenə 15 000 manatı 03.07.2016-cı ildə götürüb-01.07.2017- ci ildə qaytarmaq şərtilə, üçüncü dəfə isə 20 000 manatı 17.07.2016-cı ildə götürüb 17.07.2017-ci ildə qaytarmaq şərtilə razılaşıb özləri imzaları ilə təsdiq etdikləri qəbz vermişlər. Digər 50 000 manatı isə cavabdehlərə onların təklifləri ilə notariat kontorunda müqavilə əsasında iki dəfəyə vermişdir. Belə ki, cavabdehlər ondan aldıqları borcun əvəzinə girov qoyduqları yuxarıda qeyd olunan obyektlə bağlı etibarnamə verilməsi üçün notariusa getmək zərurəti yarandığından, cavabdehlərin özlərinin təklifi ilə notariat qaydasında müqavilə bağlamaqla iki dəfəyə onlara 50.000 manat (20.000 və 30.000 manat olmaqla) borc vermişdir. Cavabdehlər ondan notarat qaydasında aldıqları puldan 50.000 manatı qaytarmasalar da, sadə qəbz vermək yolu ilə üç dəfəyə aldıqları 50.000 manatdan cəmi 10.000 manat qaytarmışlar, qalan borcu isə razılaşdıqları müddət başa çatsa da, bu günədək qaytarmamışlar. Hazırda cavabdehlərin ona 90.000 manat borcu qalmışdır ki, bunun 50.000 manatı ilə bağlı artıq notarius tərəfindən icra qeydi verilmiş və cavabdehlər həmin icranı gecikdirmək məqsədilə ona qarşı belə bir iddia ilə məhkəməyə müraciət etmiş lər. Bununla bağlı həmin iddiaya etirazında münasibətini ətraflı bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Digər sadə yazılı qəbz alma yolu ilə üç dəfəyə verdiyi 50.000 manat borc pulun isə ona ödənilməmiş qalan 40.000 manat borcu ödəmələrini cavabdehlərdən tələb edir. Cavabdehlərin ona olan borclarını qaytarmağa kifayət qədər maddi imkanları olsa da, borcu könüllü olaraq qaytarmaq əvəzinə ona qarşı əsassız iddia qaldırmışlar. Cavabdehlərin qanunsuz istifadəsində qalan və tələb etdiyi pul vəsaiti onun mülkiyyətidir və həmin pul vəsaitini də cavabdehlərdən tələb etmək onun haqqıdır. Cavabdehlər ona məxsus əmlakı (pulu) qaytarmaq öhdəliyi ilə bərabər, Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsilə əlavə məsuliyyət daşıyır. Qeyd edilən maddənin tələbinə görə özgəsinin əmlakını qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Əmlak məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Cavabdehlərin ona olan borclarını o hər hansı başqa sahəyə yönəltmədən, istənilən bankın depozitinə qoysaydı, illik 10-12% gəlir əldə edərdi. Ona görə də cavabdehlərdən ona olan 40.000 manat əsas borcun, 4000 manat əldən çıxmış faydanın, 300 manat vəkilə ödədiyi 300 manatın və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq, ona ödənilməsini tələb edir.
10. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-7733/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmməd ov) ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçılar məhkəməyə borcu qaytardıqlarını təsdiq edə biləcək hər hansı bir sübut təqdim etməmişdilər. Halbuki, prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər.
12. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı Cavabdeh2 əlavə 50.000 manat məbləğində krediti 3 dəfəyə, yəni 06.06.2016-ci il, 03.07.2016-cı il və 17.07.2016-cı il tarixlərdə cavabdehlərə verdiyini iddia edir. 01 iyun 2016-cı il və 14 iyul 2016-cı il tarixdə notariat qaydada təsdiq edilmiş müqavilə bağlayaraq, 50.000 manat pulu borc verən iddiaçının elə həmin dövrdə, qalan 50.00 0 manat pulu adi kağızda cavabdehlərə imza atdırmaqla borc verməyi məhkəmə üçün inandırıcı gəlmir. Belə olduğu halda, məhkəmə hesab edir ki, hər iki tələb əsassız olduğundan rədd edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 739.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Qətnamədən cavabdehlər və iddiaçı apellyasiya şikayətləri vermişlər.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski, Z.Ə.Əliyev və R.Ə.Eyvazov, iş № 2(103)2836/2019) Bağırovların apelyasiya şikayətləri təmin edilməmiş, Cavabdeh2 apelyasiya şikayəti isə qismən təmin e dilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi qismən -qarşılıqlı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilib, qarşılıqlı iddianın təmin edilməklə İddiaçı və Cavabdeh1 40.000 manat alınaraq Cavabdeh2 verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında münasibətlər icra icraatında olan rəsmi notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi və qarşılıqlı iddiaçı tərəfindən təsdiqlənmiş sadə yazılı qəbzlərlə səciyyələnir. Notarial qaydada təsdiqlənmiş kredit müqavilələri notariusun icra qeydi əsasında icraya yönəldildiyindən və icra qeydi mübahisələndirilmədiyindən o müqavilələrə münasibət bildirilməsi mülki prosessual mənada mümkünsüzdür. Digər qəbzlərə dair isə ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinin əsası yoxdur və pulun qaytarılması (və ya götürülməməsi) barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Şahid ifadəsi yazılı sübut əsasında olmalı mülki hüquq münasibətlərində mötəbər sayıla bilməz. Qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi mövcud qəbzlərə qiymət vermədən öz mülahizəsi əsasında onları inandırıcı hesab etməmişdir. Habuki, bu qəbzləri istisna edən heç bir hal və ya sübut mövcud deyildir. Ona görə də İddiaçı və Cavabdeh1 40000 manat mənləğində əsas borc və 30 manat dövlət rüsumu alınaraq Cavabdeh2 xey rinə ödənilməlidir. Digər hissədə qarşılıqlı iddianın təmin edilməsi üçün əsaslar sübuta yetirilmir. Belə ki, borcun təminatı baxımından cavabdehin öz risk dairəsinə aid qarşılıqlı mülki münasibətlərin səciyyəsindən bu hissədə məsuliyyət həddi onun özünə də mənsubdur. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.A.Əhmədov, A.Ə.İsgəndərov və İ.K.Dəmirov, iş № 2(102)- 5288/2019) İddiaçı kasasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
19. Kassasiya instansiyası məhkəməsi qəbul e tdiyi qərarı onunla əsaslandırmışdır ki, borc müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələrinin yaranması üçün tərəflərin razılığa gəlmələri ilə bərabər borc predmetinin qarşı tərəfə verilibverilməməsi aydınlaşdırılmalıdır və bu halı da sübut etmək yükü ilk növbədə borcu alının deyil, borcu verənin öhdəsinə düşür.
20. Hazıki işdə, İddiaçı və Cavabdeh1 Cavabdeh2 notarial qaydada təsdiq edilmiş kredit müqavilələrinə əsasən 100.000 manat deyil, cəmi 50.000 manat aldıqlarını, həmin borcu da cavabdehə tam məbləğdə qaytardıqlarını göstərib qarşılıqlı iddia ərizəsinə etiraz edirlər. Cavabdeh2 isə İddiaçı və Cavabdeh1 notarial qaydada təsdiq edilməklə kredit müqavilələrinə əsasən 50.000 manat, sadə yazılı qəbzlərə əsasən 50.000 manat verdiyini, onların sadə yazılı qəbzlərə əsasən aldıqları borcdan yalnız 10.000 manat qaytardıqlarını, 40.000 manat isə borclu qaldıqlarını iddia edir.
21. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında sadə yazılı formada və notarial qaydada bağlanmış borc müqavilələrinin şərtlərini təfsir edərkən, Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrinin tələblərini pozaraq, yalnız həmin müqavilələrdəki söz və ifadələrin hərfi mənasını əsas tutumuş, həmin müqavilələr üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını tam, hərtərəfli və obyektiv araşdırmamış, işin bütün müvfiq hallarını, o cümlədən tərəflər arasındakı müqaviləyə qədərki danışıqları, yazışmaları, 2016-cı ilin iyun adından başlayaraq onlar arasında yaranmış işgüzar münasibətləri, həmçinin tərəflərin sonrakı hərəkətlərini nəzərə almamışdır.
22. Belə ki, apellyasiya instansiyası məhkəməsi, Cavabde h2 01 iyun 2016-cı il tarixli kredit müqaviləsi üzrə İddiaçı və Cavabdeh1 01 iyun 2018-ci il tarixədək qaytarmaq şərti ilə 30.000 manat borc verdiyi halda, onun həmin müqavilənin bağlanmasından 5 gün sonra onlara 06 iyun 2016-cı il tarixli yazılı qəbzə əsasən 06 iyun 2017-ci il tarixədək qaytarmaq şərti ilə əlavə olaraq 15.000 manat, 03 iyul 2016-cı il tarixli yazılı qəbzə əsasən 01 iyul 2017-ci il tarixədək qaytarmaq şərti ilə 15.000 manat borc pul verməsinə dair işin hallarını, həmçinin onun 14 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə İddiaçı və Cavabdeh1 01 iyun 2018-ci il tarixədək qaytarmaq şərti ilə 20.000 manat borc verdiyi halda, həmin müqavilənin bağlanmasından 3 gün sonra onun əlavə olaraq onlara 17 iyul 2016-cı il tarixli yazılı qəbzə əsasən 17 iyul 2017-ci il tarixədək qa ytarmaq şərti ilə 20.000 manat borc pul verməsinə dair işin hallarını, ilk və qarşılıqlı iddia ərizələrinin dəlilləri, işdə iştirak edən şəxslərin özlərinin izahatları və işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq edib araşdırmamış, həmin sübutlara MPM-nin 88, 106.1-ci maddələrinin tələblərinə uyğun olaraq hüquqi qiymət verməmiş, yalnız müqavilələrdəki söz və ifadələrin hərfi mənasına istinad edərək, qarşılıqlı iddia ərizəsini 40.000 manat əsas borcun tutulmasına aid hissədə təmin etmişdir
23. Apellyasiya instansiyası məhkəməsi, tərəflər arasında 01 iyun 2016-cı ildən 17 iyul 2016-cı il tarixədək müxtəlif məbləğlərə dair notarial qaydada, eləcə də sadə yazılı formada bir neçə borc müqavilələrinin bağlanmasının səbəblərini, həmin müqavilələrin eyni borc məbləğinə dair ba ğlanıb-bağlanmamasını, borc müqavilələrində göstərilən məbləğlərin Cavabdeh2 tərəfindən bilavasitə İddiaçı və Cavabdeh1 verilib-verilməməsini, onların həmin müqavilələr üzrə Cavabdeh2 bütövlükdə hansı məbləğdə borc pul almalarını araşdırmadan və sonuncu, qarşılıqılı iddia ərizəsində kredit müqavilələrində göstərilən cəmi 50.000 manat pulu İddiaçı və Cavabdeh1 notariatda verdiyini iddia etdiyi halda, müqavilələri bilavasitə təsdiq etmiş notariusun məhkəmə iclasında iştirakını təmin edib onun hazırki mübahisəli məsələyə münasibətini öyrənmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
24. Bundan başqa 07 iyun 2017-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh2 İddiaçı verdiyi 30.000 manatdan 10.000 manatı geri aldığını etiraf etmişdir.
25. Göründüyü kimi sözügedən qəbz İddiaçı v ə Cavabdeh1 tərəfindən imzalanmış yuxarıda qeyd olunan hər üç qəbzin verilməsindən təxminən 1 ildən sonra tərtib edilib imzalanmışdır və həmin qəbzdə Cavabdeh2 İddiaçı verdiyi 30.000 manat puldan 10.000 manatını geri aldığını göstərmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi 07 iyun 2017-ci il tarixli qəbzin həqiqiliyini yoxlamadan, Cavabdeh2 həmin qəbzdə İddiaçı verdiyi borcun məbləğini nəyə görə 30.000 manat göstərməsini, həmçinin 2016-cı ilin iyun ayından başlayaraq 50.000 manat borcdan Cavabdeh2 hər ay 1.800 manat olmaqla, hər iki kredit müqaviləsi üzrə borclarını tam məbləğdə ödəmələrinə dair İddiaçı və Cavabdeh1 apellyasiya şikayətində göstərdikləri dəlillər üzrə kifayət qədər araşdırma aparmadan və hansı dəlillərə əsasən onların apellyasiya şikayətini təmin etmədiyini qətnamədə g östərmədən və yalnız Cavabdeh2 gətirdiyi arqumentlərə əsaslanaraq qətnaməni ilk iddia ərizəsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlamışdır. Halbuki, MPM-nin 329.2-ci maddəsinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin etmədikdə hansı dəlillərə əsasən şikayəti təmin etmədiyini qətnamədə göstərməyə borcludur.
27. Bundan başqa işdən görünür ki, hər üç qəbzlə cəmi verilmiş 50.000 manat pulun son qaytarılma müddəti tərəflər arasında 17 iyul 2016-cı il tarixədək şərtləndirilsə də, Cavabdeh2 hazırki iddia ərizəsi ilə məhkəməyə qəbzlərin tərtib olunduğu tarixdən təxminən 2 il, 3 ay, borcun son qaytarılma müddətinin bitdiyi tarixdən isə təxminən 1 il 2 aydan sonra müraciət etmişdir.
28. Daha sonra Cavabdeh2 izahatında, apellyasiya şikayətində 50.000 manat pula dair kredit müqavilələrinin notarial qaydada bağlanmasının səbəblərini borcun qaytarılmasının təmin edilməsi üsulu kimi Cavabdeh1 məxsus olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair onun adına verilmiş 01 iyul 2016-cı il tarixli etibarnamə ilə əlaqələndirsə də, işdən görünür ki, sözügedən kredit müqavilələri notarial qaydada etibarnamənin verildiyi gün deyil, 01 iyun 2016-cı il və 14 iyul 2016-cı il tarixlərdə rəsmiləşdirilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi bu hala da diqqət yetirməmiş, sadə yazılı formada tərtib edilmiş müqavilələr üzrə öhdəliyin icra müddəti başa çatdığı halda, Cavabdeh2 ötən müddət ərzində həmin müqavilələr üzrə öhdəliyin icrasını tələb etməməsinin səbəblərini, eləcə də sözügedən kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməsi üç ün əsasların olub-olmamasını lazımi qaydada araşdırmadan, eləcə də ilk iddia ərizəsinin əsaslılığını Mülki Məcəllənin 527.1, 528-ci maddələrinin tələbləri baxımından yoxlamadan və işə əlavə edilmiş sübutlara obyektiv hüquqi qiymət vermədən, ilk iddia ərizəsinin tamamilə əsassız olması qənaətinə gəlmişdir.
30. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digə r sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Ə.Məhərrəmova, M.A.Məmmədov və E.Y.Şamayev) tərəflərin apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin rədd edilməsinə dair hissədə ləğv edilərək Bağırovların Cavabdeh2 və üçüncü şəxslərə qarşı öhdəliyin icrasına xitam verilməsi tələbinə dair iddiası təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
32. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni ilkin iddia təl əbinin təmin edilməməsi hissəsində düzgün əsaslandırmamış, həmin hissədə gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamışdır.
33. Halbuki, MPM-in 220.4-cü və 220.5-ci maddələrinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar, nəticə hissəsində isə məhkəmə xərclərinin hansı qaydada bölüşdürülməsi göstərilməlidir. 34. 01 iyun 2016-cı il tarixli Kredit müqaviləsinə əsasən borc verən Cavabdeh2 tərəfindən borc alanlar İddiaçı və Cavabdeh1 30 000 (otuz min) manat məbləğində pul borc verilmiş, borc alanlar 01 iyun 2018-ci il tarixədək krediti qaytarmağı öhdələrinə götürmüşdülər. Bundan sonra sadə yazılı qəbzlərə əsasən Cavabdeh2 tərəfindən borc alanlar İddiaçı və Cavabdeh1 06.06.2016-cı il tarixdə 15 000 manat və 01.07.2016-cı il tarixdə 15 000 manat məbləğində borc verilmişdir. Sonradan 14 iyul 2016-cı il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən borc alanlar İddiaçı və Cavabdeh1 20 000 (iyirmi min) manat məbləğində pul borc verilmiş, borc alanlar 01 iyun 2018-ci il tarixədək krediti qaytarmağı öhdələrinə götürmüşdülər. Həmçinin 17.07.2016-cı il tarixdə isə sadə yazılı qəbzə imza edilməklə 20 000 manat borc pul verilmişdir. Cavabdeh2 qeyd edilən sadə qəbzlərə əsasən verilən borc mə bləğlərinin notarial qaydada təstiqlənmiş borc müqavilələri ilə heç bir bağlılığının olmadığını irəli sürsə də, kollegiya bu arqumenti inandırıcı hesab etmir. Belə ki, 01 iyun 2016-cı il tarixdə 30 000 manat məbləğində borc müqaviləsi bağlandıqdan sonra 06.06.2016-cı il tarixdə 15 000 manat və 01.07.2016-cı il tarixdə 15 000 manat borcun verilməsinə dair sadə qəbzlərin imzalanması, həmçinin 14 iyul 2016-cı il tarixdə 20 000 manat məbləğində borc müqaviləsi bağlandıqdan sonra 17.07.2016-cı il tarixdə 20 000 manat borcun verilməsinə dair sadə qəbzin imzalanması həmin qəbzlərin borc müqavilələrində göstərilən borc məbləğlərinin borc alanlara verilməsini təsdiq edilməsi məqsədilə imzalandığını göstərir. Belə ki, həm həmin qəbzlər borc müqaviləsi imzalandığı tarixdən az müddət keçdikdən sonra i mzalanmış, həm də Cavabdeh2 50 000 manat məbləğində borcun notariat kontorunda borc müqaviləsi imzalamaqla verdikdən sonra, 50 000 manat məbləğində borcun isə sadə qəbzə imza atmaqla verməsi inandırıcı deyildir. Kollegiya hesab edir ki, 06.06.2016-cı il tarixdə, 01.07.2016-cı il tarixdə və 17.07.2016-cı il tarixdə imzalanmış sadə yazılı qəbzlər 01 iyun 2016-cı ilə və 14.07.2016-cı il tarixli borc müqavilələrinin tərkib hissəsidir və Cavabdeh2 tərəfindən borc alanlar İddiaçı və Cavabdeh1 ümumilikdə 50 000 manat məbləğində borc pul verilmişdir. Yuxarıda qeyd edildiyi kimi, həmin borca münasibətdə notariat kontoru tərəfindən icra qeydi verilmiş və həmin borc üzrə icra icraatına başlanılmışdır.
35. İlk iddia tələbində irəli sürülənlərə münasibətdə isə kollegiya qeyd edir ki, ilkin iddia üzrə i ddiaçılar kredit müqavilələrinə əsasən borclarını tam ödədiklərini irəli sürsələr də, iş materiallarına yalnız İddiaçı 30 000 manat olan borcdan 10 000 manatı ödəmiş olduğunu təsdiq edən sadə yazılı qəbz əlavə edilmişdir. İlkin iddia üzrə iddiaçılar borcdan hər ay 1800 manat olmaqla Cavabdeh2 ödəmiş olduqlarını qeyd etsələr də, bununla bağlı hər hansı bir sübut təqdim etməmişlər. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır və MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin nəzərə alınmalıdır ki, ilkin iddia üzrə iddiaçılar birinci instansiya məhkəməsində eyni arqumenti irəli sürmüş, lakin bunu təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, ilkin iddia üzrə iddiaçıların borcdan 10 000 manat ödəniş etdikdə qəbz imzalatdırdıqlarını nəzərə alaraq, sonradan etmiş olduqları ödənişlərə dair heç bir qəbz tələb etmədiklərini inandırıcı hesab etmir. Beləliklə də kollegiya qeyd edir ki, Cavabdeh2 tərəfindən İddiaçı və Cavabdeh1 ümumilikdə borc müqavilələrinə əsasən 50 000 manat məbləğində borc pul verilmiş, borclular tərəfindən həmin borc məbləğindən 10 000 manat ödəniş edilmiş və onların hazırda ümumilikdə 40 000 manat məbləğində borcları olmaqla, öhdəlik tam icra edilmədiyindən onun icrasına xitam verilməsi də mümkün deyildir.
36. Kollegiya xüsusilə vurğul amışdır ki, hazırda X 03.09.2018-ci il tarixli 8İ-3236 saylı və 8İ-3234 saylı icra sənədlərinə əsasən icra hərəkətləri davam etdirilərkən sözügedən icra sənədləri üzrə İddiaçı və Cavabdeh1 tərəfindən 10 000 manat məbləğində ödəniş edildiyi və onların ümumilikdə Cavabdeh2 40 000 manat məbləğində borclarının qaldığı nəzərə alınmalıdır Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
37. Qətnamədən Cavabdeh2 kassasiya şikayəti vermişdir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər: İ.Xələfov, G.Quliyev və İ.Xəlilov) kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 17 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndə rilmişdir.
39. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, işə apelyasiya qaydasında baxılarkən tərəflər arasında 01 iyun 2016cı il tarixdən 17 iyul 2016-cı il tarixədək müxtəlif məbləğlərə dair notarial qaydada, eləcə də sadə yazılı formada bir neçə borc müqaviləsinin bağlanmasının səbəbləri, həmin müqavilələrin eyni borc məbləğinə dair bağlanıbbağlanmamasını, borc müqavilələrində göstərilən məbləğlərin Cavabdeh2 tərəfindən bilavasitə Bağırovlara verilib-verilməməsi, onların həmin müqavilələr üzrə Cavabdeh2 bütövlükdə hansı məbləğdə borc pul almaları araşdırılmamış, Cavabdeh2 qarşılıqlı iddia ərizəsində kredit müqavilələrində göstərilən cəmi 50.000 manat məbləğində pulu Bağırovlara notariatda verməsini iddia etdiyi halda müqavilələri bilavasitə təsdiq etmiş notariusun məhkəmə iclasında iştirakı təmin edilib onun mübahisəyə münasibəti öyrənilməmişdir.
40. Kasasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarında həmçinin göstərmişdir ki, iş üzrə hər üç qəbz üzrə 50.000 manat məbləğində pulun qaytarılmasının son müddəti 17 iyul 2016-cı il göstərildiyi halda Cavabdeh2 tərəfindən həmin tarixdən 2 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət olunmasının səbəbləri araşdırılmamış, 07 iyun 2017-ci il tarixli qəbzin həqiqiliyi yoxlanılmamışdır. Ali Məhkəmənin həmin göstərişlərinin icrası Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən məcburi olmasına baxmayaraq, işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi həmin göstərişləri yerinə yetirməməklə qanunun göstərilən normasının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məh kəməsindəki üçüncü icraat
41. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7627/2020 nömrəli iş üzrə 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov, Ş.Məmmədova və X.Sarıyev) hər iki apelyasiya şikayəti qismən təmin olunmuş, hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 14.11.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı “öhdəliyin icrasına xitam verilməsi barədə” ilk iddiası rədd olunmuş, Cavabdeh2 İddiaçı və Cavabdeh1 qarşı “pul tələbi barədə” qarşılıqlı iddiası rədd olunmuşdur.
42. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsin üzırinə düşür, lakin kredit alanlar 40.000 manat pulun qaytarılması barədə sübut təqdim edə bil mir. Mülki Məcəllənin 528-ci maddəsinə görə öhdəliyə kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Öhdəlik lazımi qaydada (tam həcmdə) icra olunmadığına görə ilk iddia əsassızdır.
43. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, 3 qəbzdə göstərilən pul (cəmi 50.000 manat) ilə 2 kredit müqaviləsində göstərilən pul (cəmi 50.000 manat) eyni puldur. Yəni kredit müqavilələri bağlandıqdan sonra pulun verilməsi qəbzlərdə əks olunub. Belə ki, 30.000 manata dair kredit müqaviləsinin bağlandığı tarixdən (01.06.2016-cı il tarixdən) 5 gün sonra (06.06.2016-cı il tarixdə) və 32 gün sonra (03.07.2016-cı il tarixdə) müvafiq olaraq 15.000 və 15.000, cəmi 30.000 manata dair qəbzlər tərtib olunub. 20.000 manata dair kredit müqaviləsinin bağlandığı tarixdən (14.07.2016-cı il tarixdən)3 gün sonra (17.07.2016-cı il tarixdə) 20.000 manata dair qəbz tərtib olunub. Göründüyü kimi, müqavilələr və qəbzlər xronologiya və məbləğ baxımından bir-birini tamamlayır. Bu isə onu təsdiq edir ki, qəbzlər müqavilələrin icrasını təsdiq etmək üçün tərtib olunub. Bunun əksi, yəni 3 qəbzin hər birinin ayrıca kredit münasibəti kimi qiymətləndirilməsi o deməkdir ki, 5 kredit münasibəti olub: 1-ci dəfə 30.000 manat verilib, bundan 5 gün sonra 2-ci dəfə 15.000 manat verilib, bundan 27 gün sonra 3-cü dəfə 15.000 manat verilib, bundan 11 gün sonra 4-cü dəfə 20.000 manat verilib, bundan 3 gün sonra 5-ci dəfə 20.000 manat verilib. Qısa zaman kəsiyində 5 dəfə, xüsusilə 3 gün və 5 gün zaman fərqi ilə pul verilməsi ağlabatan deyil. Yalnız 50.000 manat pul verilib, pulun verilmə sinin etibarlılığının təmin edilməsi üçün kredit müqaviləsi ilə yanaşı qəbzlər də tərtib olunub. 50.000 manatdan 10.000 manat qaytarılıb, qalan 40.000 manatın tutulması ilə bağlı notariusun icra qeydi var. Göründüyü kimi, 3 qəbz kredit müqaviləsi deyil. Həmin qəbzlər daha əvvəl bağlanmış 2 kredit müqaviləsindən əmələ gələn öhdəliyin (pul vermək öhdəliyinin) kredit verən tərəfindən icra edildiyini təsdiq edən sənəddir. Ona görə də məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qarşılıqlı iddia əsassızdır.
44. Birinci instansiya məhkəməsi hər iki iddianı rədd etsə də işin faktiki hallarını düzgün müəyyən etmədiyindən, habelə maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən qətnamə ləğv edilməli və hər iki iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul o lunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
45. Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
48. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qət naməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
49. Cavabdeh2 və vəkili izahat verərək kassasiya şikyətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Kassasiya baxışının hədləri
50. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
51. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müst əsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən e dilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
54. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
55. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş va xtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
56. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)
57. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
58. Öhd əliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)
59. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)
60. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. (maddə 528) Mülki Prossesual Məcəllə
61. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
62. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
63. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq o laraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
64. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)
65. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
66. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
67. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər müla hizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
70. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7627/2020 nömrəli iş üzrə 23 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.