Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1893/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 və digərlərinin Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi 03.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *1 fevral 2*23-cü il tarixli, 2(1*4)631/2*23 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə *3 may 2*23-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları Hazırki icraatdan əvvəl iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 cavabdehlər X2, Gəncə şəhəri, 6 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı “Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsəliyin tanınmaqla miras əmlaka payın müəyyən edilərək vərəsələr arasında bərabər qaydada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, tərəflər arasında barışıq sazişi bağlandığından, Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin 13 mart 2*19-cu il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilərək, iş üzrə icraat xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəm ə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Gəncə şəhəri 6 saylı Notariat Ofisinə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 6 saylı Notariat ofisi tərəfindən verilmiş *2 iyul 2*12-ci il tarixli “Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilərək, Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, 33 saylı evə dair X1 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsi tərəfindən 18 iyul 2*12-ci il tarixdə verilmiş 151 **9*37 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və həmin əmlaka paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh2 iddia tələbinə qarşı etiraz verərək göstərmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı mövcuddur. Hazırda barışıq sazişi icra olunması mərhələsindədir. Barışıq sazişinin iştirakçısı olan, yəni tərəf olan atası Avşari Cavanşir öldüyü üçün atasının hüquqi varisi olaraq barışıq sazişinin onun tərəfindən icra olunmasına etirazı olmadığını və bunun üçün sənədləşmə aparılması üçün notariat ofisinə müraciət etdiyini göstərərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhk əməsinin 13 dekabr 2*22-ci il tarixli, 2(125)-2967/2*22 saylı qərardadı ilə (hakim C.Tağıyev) mülki iş üzrə Mülki Prosessual Məcəllənin 261.*.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş barışıq sazişini təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi barədə qərardadının olması əsası ilə iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Prosessual Məcəllənin 167-ci maddəsinə əsasən işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilərkən müəyyən olundu ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olmuşdur. Belə ki, Gəncə Şəhəri, Kəpəz Rayon Məhkəməsinin 13 mart 2*19-cu il tarixli qərardadından görünür ki, iddiaçıların cavabdehlərə qarşı “Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsəliyin tanınmaqla miras əmlaka payın müəyyən edilərək vərəsələr arasında bərabər qaydada bölünməsi” tələbinə dair dair mülki iş üzrə tərəflər arasında barışıq sazişi təsdiq olunduğundan iş üzrə icraata xitam verilmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 167, 17*.1, 261.*.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməs ini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh X3 tərəfindən barışıq sazişinin şərtlərinə əməll edilməmiş, hətta onlar tərəfindən barışıq sazişinin icra edilməsi ilə bağlı ərizə, məhkəmə tərəfindən icra vərəqi göndərilsə də XX vəfat etdiyindən icra vərəqi icrasız qalmışdır. Hazırki iş üzrə cavabdeh isə atası X vəfatından 2 il keçməsinə baxmayaraq miras əmlakla bağlı notariat kontoruna müraciət etməmişdir. Məhkəmə, X tərəfindən barışıq sazişinin tələblərinə əməl edilmədiyini nəzərə almamışdır. Buna görə də 13 mart 2*19-cu il tarixli qərardad öz hüquqi qüvvəsini itirmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *1 fevral 2*23-cü il tarixli, 2(1*4)631/2*23 saylı qərardadı ilə (hakimlər A.H.Hüseynzadə sədrlik edən, məruzəçi, İ.T.Həsənov və Ş.Q.Rzaqul iyev) İddiaçı2 şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2*22-ci il tarixli qərardadı və həmin qərardadla bağlı 3* dekabr 2*22-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, iddiaçılar hazırda Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin icraatında olmuş 2(*43)433/2*19 nömrəli iş üzrə cavabdeh olan X1 öldüyünü əsas gətirərək eyni iddia tələbi ilə onun vərəsəsi qismində oğlu Cavabdeh2 qarşı iddia qaldırmışlar. Haıbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinin tələbinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, qanunun tələbinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş aktı həmin iş üzrə tərəflərin hüquqi varisləri üçün də məcburi qüvvəyə malik olur. Məhəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar “İcra haqqında” Qanunun 17, 19 və 31-ci maddələrinin tələbinə əsasən icra icraatı çərçivəsində hüquq varisliyi məsələsinin həllinə nail olmaqla, mübahisə həmin icraat çərçivəsində həll edilməlidir. Məhkəmə kollegiyası gəldiyi nəticəni “İcra haqqında” Qanunun 17.1.1, 19.1.1, 31-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 261.*.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın də lilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı2 kassasiya şikayəti verərək, iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 1*.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 261.*.1 Hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verir. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olu nmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindənasılı olmayaraq yoxlanılmalıdır Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməs i işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində İddiaçı2 qərardadı tam mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və he sab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə icraata xitam verilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, qanuni qüvvəyə mi nmiş Gəncə Şəhəri, Kəpəz Rayon Məhkəməsinin 13 mart 2*19-cu il tarixli qərardadı ilə iddiaçıların cavabdeh Cavanşir Avşariyə qarşı “Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsəliyin tanınmaqla miras əmlaka payın müəyyən edilərək vərəsələr arasında bərabər qaydada bölünməsi” tələbinə dair dair mülki iş üzrə tərəflər arasında barışıq sazişi təsdiq olunduğundan iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçılar, Gəncə şəhəri, Kəpəz Rayon məhkəməsinin icraatında olmuş 2(*43)-433/2*19 saylı mülki iş üzrə cavabdeh X öldüyünü əsas gətirərək eyni iddia tələbi ilə onun vərəsəsi qismində oğlu Cavabdeh2ya qarşı iddia qaldıraraq, Gəncə şəhəri, 6 saylı Notariat ofisi tərəfindən verilmiş *2 iyul 2 *12-ci il tarixli “Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilərək, Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, 33 saylı evə dair Cavanşir Avşarinin adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsi tərəfindən 18 iyul 2*12-ci il tarixdə verilmiş 151**9*37 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və həmin evdə paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə Cavabdeh2 isə iddia tələbinə qarşı etiraz verərək göstərmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı mövcuddur. Hazırda barışıq sazişi icra olunması mərhələsindədir. Bar ışıq sazişinin iştirakçısı, yəni tərəfi olan atası X öldüyü üçün atasının hüquqi varisi olaraq barışıq sazişinin onun tərəfindən icra olunmasına etirazı olmadığını və bunun üçün sənədləşmə aparılması üçün notariat ofisinə müraciət etdiyini göstərərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinin tələbinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, qanunun tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş aktı həmin iş üzrə tər əflərin hüquqi varisləri üçün də məcburi qüvvəyə malik olur. Mülki Prosessual Məcəllənin 261.*.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “İcra haqqında” Qanunun 17.1.1-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüququ münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 19.1.1-cu maddəsinə görə borclu öldüyü, ölmüş elan edildiyi və ya xəbərsiz itkin düşmüş hesab edildiyi, fəaliyyət qabiliyyəti olmayan sayıldığı, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandığı halda- müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək, məhkəmə xəbərsiz itkin düşmüş şəxsin əmlakını idarə olunmaq üçün qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin olunan şəxsə verənədək və ya fəaliyyət qabiliyyəti olmayan borcluya qəyyum təyin edilənədək yaxud iş üzrə qərar qəbul edilənədək icraat dayandırılır. Həmin Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Apellyasiya instansiyası məhkəməsi İddiaçı2 kassasiya şikayəti ilə eyni məzmunlu olan şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçılar “İcra haqqında” Qanunun 17, 19 və 31-ci maddələrinin tələblərinə əsasən icra icraatı çərçivəsində hüquq varisliyi məsələsinin həllinə nail olmaqla, mübahisə həmin icraat çərçivəsində həll edilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaş araq hesab etmişdir ki, İddiaçı2 şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, İddiaçı2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *1 fevral 2*23-cü il tarixli, 2(1*4)-631/2*23 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.