Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1894/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Ələsgər Əliabbas oğlundan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, üçüncü şəxslər x5 və x6 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 2(008)7666/2017 saylı qətnaməsi ilə (hakim A.Qasımov) iddiaçı x1 mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilərək həmin müddətin bərpa edilməsi və ünvan 1 evdən ibarət miras əmlaka dair x1, x2, x3nın hər birinin həmin mülkiyyət üzərində ¼ hissədə payının müəyyən edilməsi və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri 4 saylı Dövlət notariat kontoruna həvalə edilməsi barədə iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-481/2018 saylı, 01 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Cəmilova, A.Hüseynov və İ.Xəlilov) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qətnaməsinin qismən - x3nın iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi, iddianın həmin hissədə qismən təmin edilməsi, ünvan 1 evin ½ hissəsinə x3nın, ½ hissəsinə isə üçüncü şəxs x5 vərəsəlik payı müəyyən edilərək, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri 4 saylı Dövlət notariat kontoruna həvalə edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, üçüncü şəxslər x5 və x6 apellyasiya şikayətinin təmin edilməməsi, hər iki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun şikayət verən şəxslərin özlərinə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4105/2018 saylı, 22 iyun 2018-ciil tarixli qərarı ilə (hakimlər İ.Dəmirov, A.İsgəndərov və Ə.Əhmədov) Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-481/2018 saylı, 01 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-9539/2018 saylı, 17 sentyabr 2018ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev, R.Qurbanov və A.İmanov) Bakı şəhəri Sa bunçu Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar x2 və x3nın iddia tələblərinin qismən təmin edilməsi, ünvan 1 evin 1/3 hissəsinə x2nın, 1/3 hissəsinə x3nın, 1/3 hissəsinə isə üçüncü şəxs x5 vərəsəlik payı müəyyən edilərək, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 4 saylı Dövlət notariat kontoruna həvalə edilməsi, iddiaçı x1nın iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Üçüncü şəxs x5 və x6 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-9539/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçılar x1, x2, x3 cavabdeh Bakı şəhəri 4 sayl ı Dövlət Notariat Kontoruna qarşı “vərəsəliyin qəbulu üçün buraxılmış müddətin bərpa edilməsi və miras əmlakın bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03 fevral 2002ci il tarixdə vəfat etmiş anası x4 qalmış mirasın x1 tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilərək həmin müddətin bərpa edilməsi, ünvan 1 evdən ibarət miras əmlaka dair x1, x2, x3nın hər birinin həmin miras üzərində ¼ hissədə paylarının müəyyən edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri 4 saylı Dövlət notariat kontoruna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, ünvan 1 07 iyul 1967-ci il tarixdən mülkiyyət hüququ ilə anaları - mərhum x4 adına qeydə alı nmışdır. x4 01 noyabr 1991-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamə ilə həmin evi öz övladlarına, hər birinin payı ¼ hissəyə bərabər olmaqla vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə sonradan dəyişdirilməmişdir. x1 19 dekabr 1974-cü ilədək qeyd olunan evdə daimi qeydiyyatda olmuş, bundan sonra isə ailə quraraq ərinin evinə köçdüyünə görə pasport qeydiyyatından çıxmışdır. İddiaçı x2 isə 1993-cü il tarixinə kimi həmin evdə qeydiyyatda olmuşdur. Lakin qeydiyyatdan çıxmalarına baxmayaraq iddiaçılar mütəmadi olaraq həmin evə gəlib-getmişlər, valideynlərinə baş çəkmişlər, onların qulluqlarında durmuşlar. Həmin evdə onlara da məxsus əşyalar olmaqla yanaşı, evdən müxtəlif əşyaları da götürüb istifadə etmişlər, anaları və qardaşının yas mərasimlərində yaxından iştirak etmişlər. Valideynlərinin yası on ların vəsaiti hesabına həyata keçirilmişdir. Qardaşları x7 14 oktyabr 2016-cı il tarixində vəfat etdikdən sonra analarından qalmış miras əmlakı qəbul etmək məqsədilə notariat kontoruna müraciət etsələr də, notariat kontoru vərəsəliyin qəbul edilməsi müddətinin ötürüldüyünü əsas gətirərək vərəsəlik hüququ əsasında şəhadətnamənin verilməsindən imtina etmişdir. Halbuki, iddiaçılar x2 və x3 03 fevral 2002-ci il tarixdə vəfat etmiş x4dan miras qalmış əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə, yəni 01 avqust 2002-ci il tarixində 4 saylı notariat kontoruna müraciət etmişlər. Buna baxmayaraq, hüquqi savadsızlıqlarına görə evi adlarına keçirə bilməmişlər. Düşünmüşlər ki, vəsiyyətnamə mövcüd olduğuna görə istənilən vaxt onun rəsmlə şdirilməsini həyata keçirə bilərlər. x1 xarici ölkədə olduğuna görə qanunla müəyyən olunmuş qaydada miras əmlakla əlaqədar qanunla müəyyən edilmiş qaydada müraciət edə bilməmişdir. Belə olduğu halda onun üçün bu müddətin bərpa edilməsinə zərurət yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Üçüncü şəxs x5 və x6 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-9539/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Prosesiştirakçılarının izahatları: İddiaçılar x2, x3 və üçüncü şəxs x5 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onların iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan ölüm haqqında şəhadətnaməyə əsasən x4 03 fevral 2002-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri 4 saylı notariat kontoru tə rəfindən verilmiş 34V saylı 01 avqust 2002-ci il tarixdə başlanmış vəsiyyət üzrə vərəsəlik işinin materiallarından görünür ki, 01 noyabr 1991-ci il tarixdə miras qoyan x4 ölümündən sonra ünvan 1 bərabər paylarla qızları x3, x2, x1 və oğlu x7 vəsiyyət etmişdir. Həmin notariat işinin materiallarına görə x1 Bakı şəhəri 4 saylı Dövlət Notariat Kontoruna mübahisəli əmlaka dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət etmiş, lakin mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti buraxdığına görə və mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim etmədiyinə görə vərəsəlik haqqında şəhadətnamə verilməsindən ona imtina edilmişdir. Həmin notariat işinin materiallarından görünür ki, x2nın müraciətinə də eyni məzmunlu cavab verilməklə vərəsəlik haqqınd a şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş «yaşayış yeri üzrə qeydiyyat haqqında» 775985 saylı 18.05.2017-ci il tarixli arayışla və apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən şəxslərin nümayəndəsi x8 izahatı ilə x3nın qeyd olunan ünvanda miras mənzildə qeydiyyatda olmaqla, hal-hazırda da həmin mənzildə yaşadığı faktı bir daha təsdiq olunur. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların qardaşı x7nun 1967-ci ildən mübahisəli mənzildə qeydiyyatda olmaqla, vəfat edənədək, yəni 15.10.2016-cı il tarixədək həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşaması, onun vəfatından sonra isə ailəsinin, yəni arvadı- x5 və oğulları x6 və x9 həmin mənzildə yaşaması fak tı da iş materialları ilə təsdiq olunur, eyni zamanda işin bu halını tərəflər mübahisələndirmir. Beləliklə, iş materiallarında olan sənədlər və işdə iştirak edən şəxslərin izahatlarından birmənalı qaydada müəyyən olunur ki, ünvan 1 evdə x3 1969-cu ildən, x7 isə 1967-ci ildən qeydiyyatda olmaqla, anaları vəfat etdikdən sonrakı dövrdə də həmin ünvanda yaşamış və bununla da mərhum anaları x4 tərəfindən miras qoyulmuş əmlaka sahiblik edərək və əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Məhkəmə kollegiyası eləcə də qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinin 24.06.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 6 (altı) ay ərzində mirası qəb ul edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, iddiaçılardan x3 və x2 01 avqust 2002-ci il tarixdə (miras qoyan x4 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir) mirası qəbul edilməsi barədə ərizə ilə notariat orqanına müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələblərini əsas götürərək hesab edir ki, x2 tərəfindən də miras əmlak vaxtında qəbul edilmiş sayılmalıdır. A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x5 və x6 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1894/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1894/2019
14.03.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver