Məhkəmə qərarları › İş №2(102)-1894/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1894/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1894/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “İddiaçı1t” MMC-nin (əvvəlki “xxxx” Lizinq Şirkəti QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi tələbinə dair iş üzrə Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı “İddiaçı1t” MMC-nin (əvvəlki “xxxx” Lizinq Şirkəti QSC) vəkili Osmanov Zaur Məzahir oğlunun, Cavabdeh1 vəkili Nümayəndə i ştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-30/2020 nömrəli iş üzrə 16 dekabr 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 13 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiаçı “xxxx” Lizinq Şirkəti QSC (hazırki “İddiaçı1t” MMC) iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cаvаbdeh Cavabdeh1 ilə aralarında bağlanmış 17.06.2014cü il tarixli, **** saylı X2 Müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borca görə 46.585,26 ABŞ dolları, lizinq mükafatı məbləği üzrə 51.888,00 ABŞ dolları, cəriməyə görə 23.948,00 ABŞ dolları, cəmi 122.421,26 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutul araq “xxxx” Lizinq Şirkəti QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(035)-654/2018 nömrəli qətnaməsi ilə (hakim T.M.Qubadov) iddiа təmin edilərək, 17.06.2014-cü il tarixli, **** saylı X2 Müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas məbləğdən gecikməyə görə 73.032,87 manat, lizinq mükafatına görə 41.302 manat, dəbbəyə görə 13.146 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 127.510,87 manat pulun müştərək qaydada tutularaq İddiaçı1 MMC-yə (əvvəlki “xxxx” Lizinq Şirkəti QSC) verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyаsının 19 fevral 2020-ci il tarixli 2(107)30/2020 nömrəli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov– sədrlik edən və məruzəçi, M.A.Əsədli və A.A.Mahmudov) cаvаbdeh Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməyərək, Zərdab Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(035)-654/2018 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmış, iş üzrə keçirilmiş ekspertiza tədqiqatını dəyəri olan 145 (bir yüz qırx beş) manatın cаvаbdeh Cavabdeh2ndаn tutularaq dövlət büdcəsinə verilməsi (AZ34CTRE**********0002088501; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyаsının 19 fevral 2020-ci il tarixli, 2(107)- 30/2020 qətnаməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilmişdir. Şəki Apel lyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-30/2020 nömrəli iş üzrə 16 dekabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər Ə.T.Məcidov– sədrlik edən və məruzəçi, M.A.Əsədli və A.A.Mahmudov) Şəki Apellyasiya Məhkəməsinin 19 fevral 2020-ci il tarixli, 2(107)-30/2020 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi, həmçinin vəkili Nümayəndə tərəfindən verilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyаsının 19 fevral 2020-ci il tarixli, 2(107)-30/2020 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi, həmçinin vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığı ndan geri qaytarılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ərizəni təmin etməklə kassasiya şikayətinin mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayətində qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qərardadı qəbul etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı “İddiaçı1t” MMC-n in (əvvəlki “xxxx” Lizinq Şirkəti QSC) vəkili Osmanov Zaur Məzahir oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -403.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məh kəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. -405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. -130.1-ci mаddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. -133.1-ci mаddəsinə görə, məhkəmə qаnunlа müəyyən edilmiş müddətin burаxılmаsının səbəbini üzrlü hesаb edərsə, işdə iştirаk edən şəxsin ərizəsinə əsаsən burаxılmış müddəti bərpа edir. -133.3-cü mаddəsində göstərilmişdir ki, müddətin bərpаsı hаqqındа ərizə verilməklə eyni zаmаndа müddəti burаxılmış zəruri prоsessu аl hərəkət edilməlidir (ərizə, şikаyət verilməli, sənədlər təqdim оlunmаlıdır). Kasasiya instansiyası məhkəməsinin mövqeyi Ərizənin təmin edilməli olmaması və kassasiya şikayətinin geri qaytarılmalı olmasına dair apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə kassasiya qaydasında mübahisələndirilən qərardadı onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayəti verməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhz Cavabdeh2 şikayətinə baxılmışdır. Bu hal ona dəlalət edir ki, prosessual baxımdan Cavabdeh1 Sahib oğlunun apellyasiya instansiyası məhkəməsində rədd edilmiş tələbi mövcud deyil. Buna görə onun kassasiya şikayəti vermək hüququ yoxdur. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməs inin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə cəmi 127.510,87 manat pulun hər iki cavabdehdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. Yəni hüquqi cəhətdən cavabdehlərin mənafeləri və mülki hüquqi məsuliyyəti eyni olduğundan, onlardan əvvəl birinin apellyasiya şikayəti verməsi, sonrada digərinin kassasiya şikayəti ilə müraciət etmək hüququnun qarşısını almır. Azərbaycan Respublikası MPM-nin 418-1.1-ci maddəsinə görə Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi ape llyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 418.6-cı maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadının əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli, 04/2020 №-li qərardadı ilə aşağıdakılar qərara alınmışdır:

1. Apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasib ətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

2. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

3. Məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir.

4. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. Həmin qərardadın 52 və 53-cü bəndlərində aşağıdakılar qeyd olunmuşdur:

52. MPM-in 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Məhkəmə tərkibi xüsusi olaraq qeyd edir ki, istinad edilən maddə, bu Qərardadın 43-cü bəndində qeyd edilən əsaslarla apellyasiya şikayətinə baxılması yolverilməz hesab edilən şəxsin apellyasiya şikayəti vermədən kassasiya şikayəti vermək hüququna maneə kimi qiymətləndirilməməli və kassasiya şikayətinin icraata qəbulundan bu əsasla imtina edilməməlidir.

53. Belə ki, aşağı instansiya məhkəmələrində məhkəm ə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlandırılmaması, yaxud da qəbul edilmiş məhkəmə aktının lazımi qaydada verilməməsi səbəbindən apellyasiya şikayət vermək imkanı olmamış şəxslərin, habelə apellyasiya şikayəti versə də, artıq qətnamənin həmin hissəsinin yoxlanılması əsası ilə şikayəti qeyri-mümkün hesab edilmiş şəxslərin kassasiya şikayəti vermək hüququ tanınmalıdır. Həmin şəxslərin şikayətləri üzrə kassasiya icraatı, bu şikayətlər üzrə mübahisələndirilən hissələrin digər tərəfin şikayəti üzrə kassasiya qaydasında yoxlanılmadığı halda mümkün olacaqdır. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, prosessual hüquq normaları pozulduğundan kassasiya şikayəti qismən təmin olunmaqla apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin olunsun. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-30/2020 nömrəli iş üzrə 16 dekabr 2020-ci il tarixli qərardadı ləğv olunsun və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar