Məhkəmə qərarları › İş №2(102)-1895/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1895/2023

12.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1895/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, müqavilədən sonra mülkiyyət hüququnun dövlət qeydiyyatının ləğv edilərək evin ilkin hüquqi vəziyyətinə qaytarılması” tələbinə iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2(104)2814/2022 nömrəli qətnaməsində n iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Daşkəsən rayonu, Quşçu qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 102,1 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuş və sonuncu həmin daşınmaz əmlakı 03 fevral 2021-ci il tarixli müqavilə ilə nəvəsi Cavabdeh1 bağışlamışdır. Hədiyyə alan yetkinlik yaşına çatmadığından müqavilə onun adından valideynləri Cavabdeh2 və Cavabdeh3 tərəfindən imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət e dərək, 03 fevral 2020-ci il tarixdə bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, bu müqaviləyə əsasən üzərində Cavabdeh1 mülkiyyət hüququ qeydiyyata alınmış olan Daşkəsən rayonu, Quşçu qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 102,1 kv.metr təşkil edən fərdi yaşayış evinin dövlət qeydiyyatını ləğv edərək, evin ilkin hüquqi vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və arvadı uzun illər mübahisəli evdə yaşamışlar. Cavabdeh2 iddiaçının qızıdır. Sonuncu 2008-ci ildə ailə qurmuş, həmin vaxtdan ailəsi ilə birlikdə Göygöl rayonunun Qızılca kəndində yaşayır. İddiaçının arvadı X2 uzun illər onkoloji xəstəlikdən əziyyət çəkmiş, sonuncunun səhhətinin ağırlaşdığı vaxt cavabdehlər onun evində yaş amağa başlamış, qızı iddiaçıya və sonuncunun arvadına (öz anasına) nəvaziş göstərmişdir. X2 02 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Bundan sonra qızı Günay iddiaçı ilə birlikdə qalmaq istədiyini, ona tək qalmağın çətin olacağını bildirərək, evi nəvəsi Yusifin adına keçirməsini bildirmişdir. İddiaçı evdən oğlunun da payının olduğunu bildirərək dəfələrlə bundan imtina etsə də, cavabdeh onun arvadının vəfatından sonra keçirdiyi dərin stressdən, kədərdən istifadə edərək evi azyaşlı oğlu Cavabdeh1 bağışlamağa razı salmışdır. Arvadının qırx mərasimindən 20 gün sonra Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş 03 fevral 2021-ci il tarixli 4Ə242 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Daşkəsən rayonu, Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı t orpaq sahəsi və həmin torpaq sahəsində olan ümumi sahəsi 102,1 kv.metr-dən ibarət fərdi yaşayış evini nəvəsi Cavabdeh1 bağışlamışdır. Bu müqaviləyə əsasən, Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alınmışdır. Həmin vaxt artıq iddiaçının oğlu da ailəsi ilə birlikdə həmin evdə yaşamışlar. Əmlak üzrə nəvəsinin adına hüquq müəyyənedici sənəd alındıqdan sonra cavabdehlərin iddiaçıya və oğluna qarşı rəftarları dəyişmiş, Cavabdeh2 onlardan evdən dərhal çıxmalarını tələb etmişdir. Bununla bağlı, Cavabdeh2 ilə iddiaçının oğlu arasında narazılıq, mübahisə yaranmış, bir-birilərinə qarşılıqlı olaraq xəsarət yetirmişlər. Hər ikisinin müraciəti əsasında Daşkəsən rayon Polis Şöbəsinin təhqiqat qrupunda araşdırma aparılmışdır. Bununla da iddiaçı, qızının əsl məqsədinin onu alda tmaqla evi ələ keçirmək və onu oradan çıxarmaq olduğunu başa düşmüşdür. Cavabdeh2 övlad kimi evdən payının olduğunu bildirərək, evin iddiaçının adına keçirməsi üçün 10000 manat məbləğində pul tələb edir. İddiaçının isə həmin məbləğı ödəməyə imkanı yoxdur. Cavabdeh məqsədli şəkildə iddiaçının keçirdiyi ağır stressdən sui-istifadə etmiş və onu aldadaraq evi oğlunun adına keçirtmişdir.

4. Daşkəsən Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(030)-191/2022 nömrəli qətnaməsi ilə (hakim M.Ə.Mustafayev) iddia təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tam mülkiyyət hüququ üzrə ona məxsus olan mübahisəli torpaq sahəsi və fərdi yaşayış evini qızı Cavabdeh2 onu aldadaraq nəvəsi Cavabdeh1 bağışladığını qeyd etsə də, mübahisəli evin onun mülk iyyətində olması və həmin evi Cavabdeh1 bağışlamasını təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən Cavabdeh2 onu aldadaraq mübahisəli evi oğlu Cavabdeh1 adına rəsmiləşdirdiyini qeyd etsə də, həmin halları da, təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

6. Məhkəmə iddia tələbinin bağışlama müqaviləsinə əsasən üzərində Cavabdeh1 mülkiyyət hüququ qeydiyyatda alınmış olan Daşkəsən rayonu Quşçu qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 102,1 kv.metr təşkil edən fərdi yaşayış evinin dövlət qeydiyyatının ləğv edərək evin ilkin hüquqi vəziyyətinə qaytarılması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsızlığı hissəsində əsassız olduğundan, həmin fərdi yaşayış evinin dövlət qeydiyyatının ləğv edilərək evin ilk in hüquqi vəziyyətinə qaytarılması hissəsində də, əsassızdır və təmin edilməməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 149.2, 337.1, 337.2, 337.3, 666, 668.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 89.3, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. İddiaçı apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(030)-191/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2(104)-2814/2022 nömrəli qətnaməsi ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.T.Həsənovun və A.H.Hüseynzadənin iştirakı i lə) apellyasiya şikayəti təmin edilməmiş, Daşkəsən Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(030)-191/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı bağışlama müqaviləsinin aldatma yolu ilə bağlanmasına dair hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində 4Ə-242 sayla təsdiq edilmiş 03 fevral 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən də göründüyü kimi, müqaviləni tərəflər, o cümlədən iddiaçı notariat kontorunda şəxsən imzalamış, ona notarius tərəfindən müqavilədən irəli gələn hüquq və vəzifələri izah olunmuş, nəticələri barədə xəbərdar edilmişdir. Digər tərəfdən, həmin müqavilənin etibarlı olm ası üçün qanunda nəzərdə tutulmuş bütün şərtlərə riayət edilmiş, müqavilənin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuş, müqavilə bağlanılarkən heç bir pozuntuya yol verilməmişdir.

11. Bağışlama müqaviləsinin aldatma yolu ilə bağlanmasına dair iddiaçının dəlili hər hansı sübutla öz təsdiqini tapmamışdır. Əksinə, iddiaçı öz iddiasında əslində öz iradə ifadəsini sərbəst və azad şəkildə həyata keçirərək, müqaviləni bağladığını göstərmişdir ki, belə olan halda müqavilənin etibarsızlığından söhbət gedə bilməz.

12. İddiaçının iddiasının məzmunundan belə görünür ki, sözügedən bağışlama müqaviləsinin bağlanmasından sonra iddiaçının övladları arasında mübahisəli evlə bağlı narazılıq yaranmış və iddiaçı məhz bundan sonra iddia ilə məhkəməyə müraciət etmişdir.

13. Apellyasiya instansiy ası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin ləğvindən bəhs edən 421.2 və 673.1-ci maddələrinə istinad etsə də, tələbində aldadıldığını göstərməklə bağışlama müqaviləsinin etibarsızlığını xahiş etdiyindən məhkəmə araşdırılması məhz dispozitivlik prinsipi baxımından onun tələbi istiqamətində aparılmışdır.

14. Göründüyü kimi, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək, özünə məxsus əmlakı cavabdehə bağışlamışdır. Bu isə bağışlama müqaviləsinin iddiaçının razılaşdırılmış iradə ifadəsi əsasında bağlanılmasına dəlalət etməklə, müqavilənin bağlanması zamanı h ər hansı aldatmanın olmasını istisna edir.

15. Nəhayət, apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfindən Daşkəsən rayonu, Quşçu qəsəbəsində yerləşən mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 102,1 kv.m olan fərdi yaşayış evinin nəvəsi Cavabdeh1 bağışlanmasına dair xx.xx.2021-ci il tarixdə bağlanmış və Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində 4Ə-242 sayla təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarlı müqavilə olduğundan və həmin müqavilə əsasında bağışlanmış Daşkəsən rayonu, Quşçu-Körpü ünvanında 0,05 ha torpaq sahəsində yerləşən və 102,1 kv.m sahədən ibarət fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydə alındığından bu barədə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə də heç bir əsas yoxdur. Belə ki, tərəflər arasında bağışlanma müqaviləsi qanuni əsaslarla bağlandığından onun yaratdığı hüquqi nəticələrin və əldə edilmiş hüquq müəyyənedici sənədlərin də ləğv edilməsi istisna olunur.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 337.1, 339.2, 666.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovun şikayəti üzrə” 12 aprel 2021-ci il, “Ə.İbrahimovun şikayəti üzrə” 01 dekabr 2020-ci il, “B.Qasımovun şikayəti üzrə” 09 dekabr 2019-cu il tarixli qərarlarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

17. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2(104)-2814/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 337.1, 339.1-ci maddələri düzgün tətbiq olunmamış, Mülki Prosessual Məcəllənin 14.1, 88-ci maddələri pozulmuşdur.

19. Belə ki, iddiaçı bağışlama müqaviləsinin bağlanmasına səbəb psixi vəziyyətinin ağır olması, evinə yiyələnmək istəyən övladlarının ayrı-ayrılıqda onu incitmələri olmuşdur. O, oğlu Poladdan daha çevik davranıb, onu notariat orqanına aparan və bağışlama müqaviləsinə imza etdirmiş qızı Günayın əsirinə çevrilmi şdir.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağ lanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana b ilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olun ur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində bax ır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyildir.

28. İzah olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi.

29. İddiaçı müqavilənin aldadılma nəticəsində bağlandığını, yəni iradə ifadəsinin qüsurlu olduğunu iddia edir.

30. Bununla bağlı qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

32. İşin faktiki hallarını obye ktiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

33. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın və müvafiq olaraq iddiaçının şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilmiş və müəyyən etmişdir ki, müqavilənin etibarsızlığı üçün əsas ola bilən sübutlar iş materiallarında mövcud deyildir.

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, mübahisələndirilən müqavilə imzalandıqdan sonra iddiaçının övladları arasında müqavilənin predmeti olmuş əmlak la bağlı mübahisələr baş vermişdir. Bu səbəbdən iddiaçı əmlakı öz mülkiyyətinə qaytarmaq istəyir. Göründüyü kimi, kassasiya şikayətində, müqavilənin aldatma ilə bağlanması qeyd olunsa da, faktiki olaraq müqavilənin bağlanmasından sonra baş veriş hadisələrə istinad olunmuşdur. Bu isə iddiaçının cavabdehlər tərəfindən aldadılmasını istisna edir.

35. İşin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə dair məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassas iya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2(104)-2814/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar