Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-19/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı ilk, Cavabdeh1nın İddiaçı oğluna qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-19/2023 Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, hərbi quluqçuların dövlət icbari sığortası üzrə sığorta ödənişinin ailə üzvləri arasında bölünməsi Bakı şəhəri 01 fevral 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair ilk, Cavabdeh1nın İddiaçı Məhəmməd oğluna qarşı məcburi pay alma hüququndan məhrum etmə barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-794/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 01 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 25 yanvar 1998-ci il tarixdə İddiaçı Məhəmməd oğlu ilə rəsmi olaraq ailə həyatı qurmuş və birgə nikahdan 18 mart 1998-ci il təvəllüdlü X9 və 10 iyul 1999-cu il təvəllüdlü X7 adlı iki övladları doğulmuşdur.
2. Tərəflər arasındakı nikah xx.xx.2002-ci ildə pozulmuşdur.
3. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə 18 mart 1998-ci il təvəllüdlü X5 və 10 iyul 1999-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanədək saxlanılması üçün İddiaçı Məhəmməd oğlundan cəmi 60 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəyə minmiş və icra yönəldilmişdir. İddiaçı Məhəmməd oğlu alimenti ödəmədiyindən 1400 manat borcu yaranmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir.
4. Tərəflərin birgə nikahdan anadan olmuş övladları 18 mart 1998-ci il təvəllüdlü X9 xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda n gedən döyüşlərdə (2-ci Qarabağ müharibəsi zamanı) Xocavənd rayonunda şəhid olmuşdur.
5. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X5 vərəsələrinə 11000 manat sığorta ödənişi hesablanmışdır.
6. İddiaçı Məhəmməd oğlunun adından etibarnamə əsasında çıxış edən X2 Eşqin Asif oğlundan miras qalmış əmlaklardan İddiaçı Məhəmməd oğlunun imtina etməsi barədə xx.xx.2020-ci il tarixli ərizə vermişdir.
7. Cavabdeh1 Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında Cavabdeh1 11000 manat sığorta ödənişi ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Məhəmməd oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı məhkəməyə müraciət edərək, Cava bdeh2 tərəfindən verilmiş 28 dekabr 2020-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunsuz və əsassız olduğuna görə ləğv edilməsi, mərhum oğlu X4 qalan miras əmlakın, yəni, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ayrılmış 36420,0 ( otuz altı min dörd yüz iyirmi ) manat pul kompensasiyasının cavabdeh və onun tərəfindən qəbul edilməsi barədə hər birinə ayrıayrılıqda vərəsəlik hüququ haqqında şəhadətnamə verilməklə mirasın qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X9 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 2-ci Qarabağ müharibəsi zamanı 30 oktyabr 2020-ci il tarixdə şəhid olmuşdur. Oğlu şəhid olduqdan sonra oğlunun iki vərəsəsi- o (atası, iş üzrə iddiaçı) və anası (iş üzrə cavabdeh) Cavabdeh1 qalmışlar. O, oğlundan qalan mirası qəbul etmək üçün qızı X6 26 dekabr 2020-ci il tarixdə etibarnamə vermişdir. Cavabdeh oğlu X4 qalan mirası, yəni ona verilməli olan 11000 (on bir min) manat kompensasiyanı tək almaq üçün qızına verdiyi etibarnamədən sui-istifadə edərək onu aldatmış və ondan mirası qəbul etməkdən imtina barədə ərizə almışdır. Cavabdeh2 tərəfindən 28 dekabr 2020-ci il tarixdə Cavabdeh1 oğlundan qalan miras əmlaka tam hissədə pay hüquqlu şəxs kimi vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik şəhadətnaməsinə əsasən miras əmlak Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 24 dekabr 2020-ci il tarixli 122 nömrəli məktuba əsasən mərhum X5 adına ayrılmış 11000 (on bir min) manat sığorta pulundan ibarət olmuşdur. Sonradan məlum olmuşdur ki, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən Müdafiə Nazirliyi tərəfindən mərhum əsgər (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu) X5 ailəsinə 36420 (otuz altı min dörd yüz iyirmi) manat pul kompensasiyası ödənilməsi nəzərdə tutulmuşdur. Lakin mirasın hazırki hissəsinə dair vərəsəlik şəhadətnaməsi verilməmişdir. Cavabdeh etibardan sui-istifadə edərək oğluna verilməli olan pul kompensasiyasını mənimsəmək istəyir. Miras qoyan həm onun, həm də cavabdehin oğludur və miras hər ikisinin arasında ikidə bir hissədə müəyyən olunmalı və ya hər birinə ayrılıqda vərəsəlik şəhadətnaməsi verilməli idi.
10. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddian ın təmin edilməməsinə, İddiaçı oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, 2-ci Qarabağ müharibəsi zamanı 30 oktyabr 2020-ci il tarixdə şəhid olmuş 18 mart 1998-ci il təvəllüdlü X4 miras qalmış əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhəmməd oğlu istər evli olduqları müddətdə, istərsə də, ayrıldıqdan sonrakı dövrdə ailəsi ilə maraqlanmamış, uşaqların saxlanılması üçün ona maddi cəhətdən köməklik göstərməmişdir. İddiaçı oğlu mərhum övladı X1 onunla maraqlanmamış, bir valideyn kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, əksinə öhdəsinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçırmış və bu hal məhkəmə tərəfindən təsdiq ed ilmişdir. Belə ki, İddiaçı oğlu aliment tələbinə dair məhkəmə aktı ilə nəzərdə tutulan aliment borcunu qərəzli olaraq icra etməməsinə görə məhkəmə qərarı ilə on gün müddətinə həbs edilmişdir. Ona görə də, İddiaçı Məhəmməd oğlu 2-ci Qarabağ müharibəsi zamanı 30 oktyabr 2020-ci il tarixdə şəhid olmuş 18 mart 1998-ci il təvəllüdlü X5 qanun üzrə vərəsəsi ola bilməz.
12. Cavabdeh2 xüsusi notariusu X10 izahatında bildirmişdir ki, 11000 manat sığorta ödənişinin alınması üçün Cavabdeh1 verilmiş vərərsəlik hüququ haqqında şəhadətnamə qanunidir. Belə ki, iddiaçının qızı X7 etibarnamə əsasında iddiaçının adından mirasdan anasının xeyrinə imtina etmişdir. Sonradan verilən 36420 manat pulla bağlı heç bir müraciət daxil olmamışdır.
13. Kəlbəcər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkə məsi) 2(040)-462/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Həsən Qəniyev) həm ilkin, həm də qarşılıqlı iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qızı atasının ona verdiyi etibarnamə əsasında tam anlaqlı formada və heç bir təsir göstərilməyərək mirasdan anasının xeyrinə imtina etmişdir və qanunvericiliyə əsasən vərəsə mirasdan imtina barədə ərizəni geri götürə bilmədiyindən ilkin iddia əsassızdır.
15. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür və hazırkı işdə belə hallar mövcud omadığından, bu barədə məhkəməyə sübut təqdim edilmədiyind ən iddia əsassızdır, təmin edilmməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1146, 1151.1, 1203.1, 1243.1, 1243.2, 1245, 1256, 1261, 1268.1, 1268.2, 1271-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-3532/2021 nömrəli iş üzrə 7 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Loğman Süle ymanov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Afiq Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi qətnaməsinin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Məhkəmə kollegiyası Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)522/2016 saylı, 07 noyabr 2016-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarına istinad edərək iddiaçının alimenti ödəməməsinin onun maddi vəziyyətinin ağırlığı ilə əlaqəli olduğunu, onun öhdəsinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçırması faktının təsdiqini tapmadığını, həmçinin mərhum X1 atasının mirasdan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət etmədiyini qeyd edərək hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı mərhum oğlunun qanun üzrə birinci növbədə vərəsələr i sırasına daxil olmaqla, mərhum tərəfindən əmlak digər şəxslərə vəsiyyət edilmədiyindən, onun mirasda məcburi pay almaq hüququ yaranmır, digər tərəfdən iddiaçının iddia tələbləri tamamilə rədd edilmişdir ki, belə olan halda hazırki qarşılıqlı iddianın təmin edilməsi üçün zərurət də yoxdur.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1139, 1203.1, 1203.2, 1203.3-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Birinci instansiya məhkəməsinin qətnaməsindən həmçinin iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib ilkin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Şikayət iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiy a məhkəməsi prosessual hüquq normalarını pozmuş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
23. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-794/2022 nömrəli iş üzrə 14 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Ədil Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsi qətnaməsinin ilkin iddianın təmin edilməməsi hissəsində qismən – Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 11000 manat sığorta ödənişinin ½ hissəsinin ilkin iddia üzrə iddiaçıya aid olunmasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə ilkin iddianın təmin olunması, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ilkin iddia üzrə cavabdehə verilmi ş 11000 manat sığorta ödənişinin ½ hissəsinin, yəni 5500 manatın ilkin iddia üzrə iddiaçıya aid edilərək cavabdehdən alınıb iddiaçıya ödənilməsi, ilkin iddianın təmin edilməyən qalan hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ilkin iddiaçı iddia ərizəsində oğlunun şəhid olması ilə əlaqədar Cavabdeh1 36420 manat ödəniş olunmasını qeyd etsədə, lakin məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, ilkin iddia üzrə cavabdehə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 11000 manat, X13 tərəfindən 11000 manat, "YAŞAT" Fondu tərəfindən isə 2500 manat ödəniş olunmuş, qarşılıqlı iddiaçı Cavabdeh1 həmin məbləğdən 5000 manat İddiaçı verdiyini bildirsədə, bu barədə məhkəməyə sübut təqdim etməmiş, o cümlə dən sonuncu iki Fond tərəfinden Cavabdeh1 verilmiş 13550 manat hədiyyə hesab olunduğundan, həmin məbləğ hədiyyə olunana məxsus hesab edilməlidir.Bu baxımdan kollegiya hesab etmişdir ki, iddia tələbi qeyd olunan hissələrdə əsassızdır və təmin olunması üçün heç bir hüquqi əsas yoxdur.
25. İddia tələbinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 11000 (on bir min) manat sığorta ödənişinin 1/2 hissəsinin ilkin iddiaçıya verilməsi hissəsinə münasibətdə kollegiya hesab etmişdir ki, həmin hissədə iddia əsaslıdır və sığorta ödənişinin 5500 manat hissəsi ilkin iddiaçıya aid edilməlidir.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, ilkin iddiaçı tərəfindən mərhumun öldüyü məqamadək malik olduğu miras payından imtina edilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Sığorta K ommersiya Şirkəti tərəfindən verilmiş 11000 manat sığorta ödənişi MM-in 1151.1-ci maddəsində nəzərdə tutulan miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusuna daxil olma kimi qiymətləndirilməməlidir. Bu da onu deməyə əsas verir ki, 11000 manat sığorta ödənişinin 5500 manatı İddiaçı payına düşən hissədir və həmin məbləğ Cavabdeh1 alınıb İddiaçı verilməlidir. Bunun üçün Cavabdeh1 adına verilmiş 28 dekabr 2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ laqqında şəhatətnamənin ləğv edilməsinə də zərurət yoxdur.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666, 1134.1, 1151.1, 1159.1-ci, “Hərbi qulluqçuların statusu” haqqında Qanunun 2-ci, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqıda” Qanunun 4.1, 5-ci maddələrinə ist inadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(104)-794/2022 nömrəli iş üzrə 14 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsini və ya işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı şəhid oğluna nə maddi nə də mənəvi dəstək olmamış, təhsili ilə maraqlanmamış, onun yas mərasimində iştirak etməmiş, aliment ödəməkdən belə yayınmışdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hər tərəfli araşdırmamışdır. b)
30. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxi l olmamışdır. Prossesual məsələlər
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 21.5-ci maddəsinin Azərbaycan Respublikası Mülk Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri ilə əlaqəli şəkildə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsinin tələbi baxımından şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda baxılıb, müvafiq qərar qəbul edilənədək dayandırılmışdır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarı dərc edildikdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsi nin MK-nın xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə
928. Şəxsi sığorta üzrə sığorta ödənişi onu almaq hüququ olan şəxsə sosial sığorta, həmçinin icbari və ya könüllü sığortalar üzrə nəzərdə tutulan ödənişlərdən asılı olmayaraq icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən olunmuş qaydada ödənilməlidir.
34. Maddə 926.1. Sığorta ödənişi dedikdə, sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası başa düşülür.
35. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
36. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
37. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında
38. Maddə 2.1.5. Sığorta ödənişini almaq hüququ olan şəxs qismində sığortaolunan və ya onun vərəsələri göstərilmişdir.
39. Maddə 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir.
40. Maddə
5. Sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ö lmüş elan edildikdə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin 100 faiz nisbətində verilir. 41. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 21.5-ci maddəsinin Azərbaycan Respublikası Mülk Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri ilə əlaqəli şəkildə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsinin tələbi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı: “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində “vərəsə müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkə mənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı qətnamə ilə ilkin iddia qismən təmin edildiyindən cavabdehin kas sasiya şikayəti əsasında qətnamə yalnız ilkin iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddianın təmin edilən hissəsində maddi hüquq norması düzgün tətbiq edilmədiyi üçün qətnamə həmin hissədə əsaslı və qanuni sayıla bilməz. 54. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 21.5-ci maddəsinin Azərbaycan Respublikası Mülk Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri ilə əlaqəli şəkildə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsinin tələbi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqelərə əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrinin, həm də sığorta hüququna dair digər qanunvericilik normalarının təhlili belə nəticəyə gəlməyə imkan verir ki, on bir min manat məbləğində olan birdəfəlik pul vəsaiti icbari sığorta hüquq münasibətləri çərçivəsində ödənilən sığorta ödənişidir. 55. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1.5-ci maddəsində, həm də Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanında sığorta ödənişinin sığortaolunanın vərəsələrinə ödənilməsi barədə müddəaların olması bu ödənişin məqsədini dəyişmir.
56. Sığorta ödənişi hər bir halda sığortaolunanın ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Dövlət tərəfindən ver ilən on bir min manat məbləğində birdəfəlik ödənişin hüquqi təyinat və məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının birgə təsərrüfat şəraitində yaşadıqları ailə üzvlərinin məhrum olduqları mənəvi və maddi zərərin qismən də olsa azaldılmasıdır. Əks yanaşma, yəni hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları üçün nəzərdə tutulan birdəfəlik ödənişin onların miras əmlakı olaraq dəyərləndirilməsi vərəsəlik institutunun hüquqi təbiətinə və mahiyyətinə zidd olardı.
57. X11 müəyyən etmişdir ki, on bir min manat məbləğində birdəfəlik ödəmə isə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əl aqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz.
58. Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi 11000 manat sığorta ödənişinin miras əmlak olmamas ı barədə düzgün qənaətə gəlsə də, həmin məbləğin ailə üzvü kimi iddiaçıya verilməli olması barədə qənaəti yanlış olmuşdur.
60. Belə ki, yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun qərarında əks olunmuş sığorta ödənişinin təyinatının sığortaolunanın ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlməsi, ödənişin hüquqi təyinat və məqsədinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının birgə təsərrüfat şəraitində yaşadıqları ailə üzvlərinin məhrum olduqları mənəvi və maddi zərərin qismən də olsa azaldılması olması mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mərhumun atası olsa da, uzun müddət onunla birgə təsərrüfat şəraitində yaşamadığından, mərhuma münasibətdə valideyn kimi öhdəliklərini yerinə yetirmədiyindən onun ölümünə görə verilən sığorta ödənişini almaq hüququ olan ailə üzvü hesab edilə bilməz.
61. Cavabdehin kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onu əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır.
62. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi hüquq normaları düzgün t ətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur.
63. Göstərilənlərə əsasən, qətnamə qismən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ilkin iddia üzrə cavabdehə verilmiş 11000 manat sığorta ödənişinin ½ hissəsinin, yəni 5500 manatın ilkin iddia üzrə iddiaçıya aid edilərək cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərərk, iddia həmin hissədə rədd edilməli, kassasiya şikayəti təmin edilməlidir.
64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 14 mart 2022-ci il tarixli qətnaməsi qismən, ilkin iddianın qismən təmin edilərək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ilkin iddia üzrə cavabdehə verilmiş 11000 manat sığorta ödənişinin ½ hissəsinin, yəni 5500 manatın ilkin iddia üzrə iddiaçıya aid edilərək cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin və iddia həmin hissədə rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.