Məhkəmə qərarları › İş №2(102)-190/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-190/2021

01.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-190/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh4 M oğlu, Cavabdeh3, Cavabdeh1 və üçüncü şəxslər x 1 Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Komitəsi yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması və hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan i barət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı2 və iddiaçıların vəkili Vəkil qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-925/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xx xxxxxxxx 2006-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən x 1 DNK-ru tərəfindən verilmiş xx xxxxxx 2006-cı il tarixli 7E-041620 reyestrli etibarnaməyə əsasən Cavabdeh3 və X5 qızının səlahiyyətli nümayəndəsi Cavabdeh4 M oğlu Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin x 1 şöbəsi tərəfindən xx xxxxxx 2000-ci il tarixdə verilmiş J№0020 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən x 1u Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli 15 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 1.42 hektar torpaq sahəsini 1320 manat müqabilində Cavabdeh2 satılmışdır. Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən verilmiş 1132 saylı arayışdan görünür ki, x 1u X5ində yerləşən torpaq sahəsi Cavabdeh3 ilə Cavabdeh1 hər birinin ½ hissədə mülkiyyətindədir və dövlət notariat kontoruna alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün verilmişdir. xx xxxxxx 2006-ci ildə x 1 X4 rəsmiləşdirilmiş 7e-04-1620 № ilə reyestrdə qeyd edilmiş etibarnamə ilə Cavabdeh3 və Cavabdeh1 x1 torpaq sahəsini sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka. qoymağı, p ulunu almağı, buna dair müqaviləni imzalamağı bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi Cavabdeh4 N oğluna 3 il müddətinə etibar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və Cavabdeh1 adından Cavabdeh4 M oğlu ilə Cavabdeh2 arasında 1.42 ha torpaq sahəsinin alqı-satqısına dair x 1 X4 bağlanmış xx xxxxxxxx 2006-cı il tarixli, AN- 1№0093102 saylı alqı-satqı müqavilənin etibarsız sayılması, Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, JN N00020 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının cizgisində göstərilən torpaq sahəsinin sərhədləri hüdudundan cavabdehlər Cavabdeh4 M oğlu və Cavabdeh2 çıxarılması, torpaq sahə sinin istifadələrinə qaytarılması barədə qətnamə, Cavabdeh4 M oğlu və Cavabdeh2 dövlət aktındakı məlumatları dəyişdirmələri ilə əlaqədar törətdikləri hərəkətlərlə bağlı x 1 Prokurorluğuna məlumat verilməsi barədə xüsusi qərar çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar doğma qardaşdır. x 1u X5indəki təsərrüfatı valideynləri Cavabdeh3 və x1birgə idarə ediblər. x 1u X5ində torpaq islahatı aparılarkən x 1 Aqrar İslahatı Komissiyasının xx xxxxxx 1999-cu il tarixli, 15 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 1.42 hektar torpaq sahəsi onların ailəsinə verilmişdir. Bu barədə Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir: JN-0020, KOD ********. Həmin torpaq sahəsindən bir müddət istifadə etdikdən sonra qazanc məqsədilə Rusiya Federasiyasında olduqları müddətdə torpaqdan valideynləri istifadə etmişdir. Rusiya Federasiyasından qayıtdıqdan sonra torpaqdan istifadə etmək istədikdə onlara məlum olmuşdur ki, torpaq sahəsini Cavabdeh2 adlı şəxs zəbt etmişdir. Belə ki, valideynləri öz paylarını satmaq məqsədilə x 1 və Cavabdeh4 qardaşları ilə sövdələşdiklərini, Cavabdeh4 onlardan etibarnamə aldığını, razılaşdıqları pulun yalnız 800 dollarını verdiyini, 600 dolları isə aldadaraq vermədiyini bildirmişlər. Həmin vaxt valideynləri torpağa mülkiyyət hüququna dair dövlət aktının əslini cavabdehlər Cavabdeh2 və Cavabdeh4 M oğluna verdiklərini, alqı-satqı ilə bağlı notariat kontorunda olmadıqlarını bildirmişlər. Hesab edirlər ki, valideynləri yalnız özlərinə aid hissələrini satmışlar. Ancaq xx xxxxxxxx 2017-ci il tarixdə DƏDRX nin 17 saylı Ərazi idarəsindən ünvanlanmış torpağın alqı-satqı müqaviləsinin surətini aldıqdan sonra bizə məlum olmuşdur ki, xx xxxxxxxx 2006-cı ildə AN-l№0093102 saylı Daşınmaz Əmlakın (Torpağın) Alqı-Satqı Müqaviləsinə əsasən bütün torpaq sahəsi x 1 M oğlunun mülkiyyətinə keçmişdir. 1.42 ha torpaq sahəsi 5 nəfər biz ailə üzvünə verildiyindən, DƏDRX-nin Yevlax Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********23 saylı məktubuna əsasən də ərazi idarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin x 1 şöbəsindən qəbul edilmiş arxiv sənədlərinə əsasən JN-0020 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunmuş 1.42 hektar torpaq sahəsi x 1u X5inin elektron xəritə (DMG) bazasında öz əksin i tapmış və elektron adlı siyahıda Cavabdeh3, Cavabdeh1 ilə bərabər İddiaçı1, X6 və İddiaçı2 adlarına qeyd edildiyindən və bizim ümumi birgə mülkiyyətlərində olduğundan Cavabdeh3 və Cavabdeh1 tərəfindən satıla bilməzdi. Cavabdeh2 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, torpaq sahəsinin alqı-satqısı üçün 1200 dollar pul vermişdir. Pulları şəxsən X və X2 vermişdir. Buna görə də ona, həmin şəxslər tərəfindən etibarnamə verilmişdir. O, həmin etibarnamə ilə həmin torpaq sahəsini qardaşının adına alqı-satqı etmiş, alqı-satqı notariat kontorunda həyata keçirilmişdir. xx xxxxxxx 2018-ci il tarixdə x 1 X1 məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, notariata təqdim olunmuş x 1 Torpaq Şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutunun xx xxxxxx 2000-ci il tarixli JN 0020 nömrəli kod 90307018 qeydiyyat kitabinda 12785 nömrə ilə qeydiyyata alınmış Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktina əsasən alqı-satqı predmeti olan 1.42 ha torpaq sahəsi x 1 X3 1999-cu il tarixli 25 noyabr tarixli, 15 saylı qərarı ilə Cavabdeh3 və Cavabdeh1 X3 qızının mülkiyyətinə verilmişdir. Həmin torpağa dair Azərbaycan Respublikası Əmlak Komitəsi yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin xx.xx.2006-ci il tarixli 1132 nömrəli məhdudiyyət və yüklülüyünə dair arayışında da mülkiyyətçilər kimi yalnız Cavabdeh3 və Cavabdeh1 yazıldığından müqavilə rəsmiləşdirilmişdir. Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 17 sayli Ərazi idarəsi tərəfindən məhkəməyə göndərilmiş JN 00xx xxx 90307018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətinə əsasən x 1 Aqrar İslahat Komissiyasının 1999-cu il 25 noyabr tarixli 15 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 1.42 hektar torpaq sahəsi x 1u X5 sakini Cavabdeh3 və Cavabdeh1 verilmişdir. Dövlət aktı iki nüsxədən ibarət tərtib edilmiş, bir nüsxəsi Cavabdeh3 verilmiş, ikinci nüsxəsi x 1 Torpaq şöbəsində saxlanılıb, dövlət aktı qeydiyyat kitabında 12785 nömrə ilə xx xxxx 2001-ci ildə qeydiyyata alınmışdır. x 1 Məhkəməsinin (hakim Nizam Əliyev) xx xxxx 2019-cu il tаrixli, 2(014)-101/2019 saylı qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh3 və Cavabdeh1 adından Cavabdeh4 M oğlu ilə Cavabdeh2 arasında 1.42 ha torpaq sahəsinin alqı-satqısına dair x 1 X4 bağlanmış xx xxxxxxxx 2006-cı il tarixli, AN- 1 № ******* saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilsin, JN N0 0020 KO D ******* nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının cizgisində göstərilən torpaq sahəsinin sərhədləri hüdudundan cavabdehlər Cavabdeh4 M oğlu və Cavabdeh2 çıxarılması, torpaq sahəsinin iddiaçıların istifadəsinə verilməsi tələbinin təmin edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, x 1 X4 xx xxxxxxxx 2006-cı il tarixdə 4Ə-02-214 ilə qeydə alınmış alqı-satqı müqaviləsi iki qardaş Cavabdeh4 M oğlu və Cavabdeh2 arasında bağlanmışdır. Bu zaman Cavabdeh4 M oğlu digər cavabdehlər X və X2 təmsil etmişdir. İş materiallarından görünür ki, 1.42 ha torpaq sahəsi 5 nəfər Ailə üzvünə verilmişdir. Onların birgə mülkiyyətindədir. İş materiallarında olan şəhadətnamələrin surətlərində şəhadətnamə nömrələri JN 0020 KƏD903 0718, akt qeydiyyat kitabında nömrələri-12785 uyğun, qeydiyyat tarixləri fərqlidir. Dövlət Notariat arxivində saxlanılan şəhadətnamədə qeydiyyat tarixi xx xxxxxx 2000-ci il göstərilsə də, 17 saylı Yevlax Ərazi İdarəsindən göndərilən nüsxədə xx xxxx 2001-ci il qeyd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ümumi birgə mülkiyyətdə olan əmlak üzərində sərəncam verilməsi üçün bütün birgə mülkiyyətçilərin notarial qaydada verilmiş razılığı alınmalı olduğundan, bu razılıq isə notarial qaydada alınmadığından iddia təmin edilməlidir İddiaçı iddia tələbində “cavabdehlər Cavabdeh4 M oğlu və Cavabdeh2 dövlət aktındakı məlumatları dəyişdirmələri ilə əlaqədar törətdikləri hərəkətlərlə bağlı xüsusi qərardad qəbul edilərək x 1 Prokurorluğuna məlumat verilməsinin təmin edilməsini” göstər sə də, məhkəmə hesab edir ki, həmin hissəyə iddia tələbi kimi qiymət verilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2, 213.3, 215.5, 222.2, 225.6, 11.1, 337.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 oğlu tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Ayaz Mahmudov) xx xxxx 2020-ci il tarixli qətnaməsi 2(107)925/2020 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiy a şikayəti təmin edilmiş, x 1 Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(014)-101/2019 saylı qətnаməsi ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə iddianın təmin edilməsi ilə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 hazırki tələblə bağlı iddia qaldırmağa subyektiv hüquqları yoxdur. Belə ki, iddiaçıların alqı-satqı müqaviləsini mübahisələndirmək hüququna ma lik deyil. 1-cisi, onlar, həmin müqavilənin tərəfi deyil; Ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur. Mülki Məcəllənin 337.2-ci maddəsinin 2-ci cümləsində qeyd olunub: ”Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir”. Bu maddədə ”müqavilənin digər tərəfinə” ifadəsinin işlədilməsi ona işarə edir ki, müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəflərinə aiddir. Xüsusi qaydaya görə isə müqavilənin tərəfi olmayan şəxs müqaviləni o halda mübahisələndirə bilər ki, müqavilə hər hansı formada onun hüquq və vəzifələrinə təsir edə bilsin. İş materiallarında olan KOD 90307018 JN-0020 nömrəli dövlət aktından görünür ki, Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli 15 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 1.42 hektar torpaq sahəsinin mülkiyyətçiləri Cavabdeh3 və Cavabdeh1dır. İş materiallarında olan xx xxxxxxxx 2016-cı il tarixli AN-İN-0093102 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, alğı-satqı mülkiyyətçilərin nümayəndəsi Cavabdeh4 M oğlu ilə alıcı Cavabdeh2 arasında bağlanılmışdır. Bundan başqa kollegiya hesab edir ki, apelyator mübahisəli torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada aldığından vicdanlı alıcı statusunu daşıyır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxx 2004-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi g östərmişdir ki: “Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. B elə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.” Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 452-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçılar kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıların ın izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, dəfələrlə həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsinin diqqətinə çatdırılmışdır ki, alqı-satqı müqaviləsində istinad olunan, Notariat Kontoruna təqdim olunmuş J№ 0020 90307018 kod saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı saxtalaşdırılmışdır. Birinci instansiya məhkəməsi DƏDRX-nin Yevlax Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********23 saylı məktubuna istinad edərək elektron adlı siyahıda iddiaçıların adlarının olmasına hüquqi qiymət verərək həmin alqı-satqı müqaviləsini mübahisələndirmək üçün subyektiv hüquqlarının olmasını qəbul etmişdir. Həmçinin dəfələrlə Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə sorğu verərək notariat işinin əslini tələb etsə də, əldə edə bilməmişdir. Ancaq iş materiallarına əsasən müəyyən olunmuşdur ki, notariat işindəki Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının qeydə alınma tarixi ilə DƏDRX-nin Yevlax Ərazi İdarəsinə təqdim olunmuş alqı-satqı müqaviləsinə əlavə olunmuş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının qeydə alınma tarixi üst-üstə düşmür. Məhkəməyə əlavə olaraq arayışlar təqdim edilmişdir ki, x 1 X5i üzrə vətəndaşlara adambaşına 28 sot pay torpaq sahəsi verilmişdir. İşə baxan Şəki Apellyasiya Məhkəməsi isə bu dəlillərə baxmayaraq mötəbərliyi şübhə doğuran J№ 0020 90307018 kod saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətində iddiaçıların adlarının olmamasına istinad edərək hesab etmişdir ki, müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqları yoxdur. Lakin apelyasiya instansiyası məh kəməsi iddiaçıların subyektiv hüquqlarının olub-olmaması ilə bağlı hər hansı araşdırma aparmamış, dəlillərin heç birini qətnaməyə daxil etməmiş, elektron adlı siyahıda adlarının olmasına dair DƏDRX-nin Yevlax Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********23 saylı məktubunda göstərilən halları hansı səbəbdən nəzərə almadığını əsaslandırmamış, əsaslı dəlillərə düzgün hüquqi qiymət vermədən qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2, 337.3, 337.5-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2008-ci il tarixli qərarı ilə əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı məhz elektron adlı siyahı torpaq islahatı aparılarkən tərtib olunmuş, məhz həmin Siyahı əsasında vətəndaşların adlarına Dövlət Aktı çap olunub paylanılmışdır. Məhz işin bu halı məhkəmənin qanunsuz qətnamə qəbul etməsilə nəticələnmiş və biz iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuşdur. Halbuki, torpaq islahatı aparılarkən iddiaçılar x 1 X5inin kolxoz üzvü olduqlarından torpaq payı almışlar və adlı Siyahıya adları daxil edilmişdir. Həmin adlı Siyahı əsasında tərtib olunmalı olan Dövlət Aktına adlarının daxil edilməməsi məhkəmə araşdırmasının predmeti olmalı, hüquqlarına müdaxilənin qanuni olub-olmaması, sənədlərin saxtalaşdırılması s əbəbindən adlarının Dövlət Aktına daxil edilib-edilməməsi araşdırılmalı, məhz bundan sonra iddia tələbinə məhkəmə kollegiyası onların subyektiv hüququnun olmaması kimi qiymət verməli idi. Halbuki, «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikası qanunun 3-cü maddəsinin 2-ci bəndinə əsasən Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Həmin qanunun tələblərinə əsasən tərtib olunmuş adlı Siyahıya iddiaçılarında adları daxil edilmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamı şdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı2 və iddiaçıların vəkili Vəkil qızı tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlə r və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassız dırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. “İ.Şabanovanın şikayəti ilə əlaqəd ar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfi ndən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, mübahisəli torpaq sahəsinə dair verilmiş J№ 0020 90307018 kod saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında iddiaçıların adları göstərilməmiş, Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli 15 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 1.42 hektar torpaq sahəsinin mülkiyyətçiləri kimi Cavabdeh3 və Cavabdeh1 adı göstərilmişdir. İddiaçıların istinad etdiyi iş materiallarında olan hər iki (verilmə tarixləri müxtəlif olan) J№ 0020 90307018 kod saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında da iddiaçılar mülkiyyətçi kimi göstərilməmişdirlər. Belə olan halda, iddiaçıların həmin torpaq sahəsinin birgə mülkiyyətçiləri kimi həmin alqısatqı müqaviləsini mübahisələndirmək hüquqları yoxdur. Kassasiya şikayətində göstərilən torpaq islahatı aparılarkən iddiaçıların x 1 X5inin kolxoz üzvü kimi torpaq payı alanların adlı Siyahısında adlarının olması dəlili də hazırki əqdin etibarsız hesab edilməsinə əsas vermir. Çünki alqı-satqı müqaviləsinin bağlanması zamanı torpaq sahəsinə dair mülkiyyət hüququnun satıcılara məxsus olması barədə təqdim edilmiş Dövlət Aktında iddiaçıların adları mülkiyyətçi kimi göstərilməmiş, həmin şəxslərin torpaq sahəsinə hər hansı hüququnun olması nə notariusa, nə də alıcıya məlum olmamışdır. Buna görə də, Mülki Məcə llənin 140, 149.2 və 182.1-ci maddələrinin tələblərinə əsasən alıcı vicdanlı alıcı hesab olunur. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini” təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 2 7 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Buna görə də, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-925/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar