Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1902/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 qarşı borcun etirafı haqqında müqavilənin etibarsız hesab olunması tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, məhkəmə qərarıın preyudisiallığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-2782/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qayd asında baxaraq aşağıdakıları müəyyən etdi; İşin halları 1. 18 sentyabr 2014-cü il tarixli notarial qaydada təsdiqlənmiş “Borcun etirafı müqaviləsi”nə görə İddiaçı Cavabdeh1 18.09.2014-cü il tarixdən 300000 (üç yüz min) ABŞ dollarının ekvivalenti olan 234900 (iki yüz otuz dörd min doqquz yüz) manat məbləğində borcun olmasını etiraf etmiş və 18 sentyabr 2016-cı il tarixə kimi həmin borcun qaytarılmasını öhdəsinə götürmüşdür.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı 18 sentyabr 2014-cü il tarixli borcun etirafı haqqında müqavilə üzrə 300000 ABŞ dolları və birgə fəaliyyət haqqında tərəflərin şifahi razılaşması üzrə 290000 ABŞ dolları olmaqla, cəmi 590000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü manata məzənnə ilə alınaraq Cavabdeh1 qaytarılması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.03.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2017-ci il tarixli qətnaməsi tutulan pulun məbləğ hissəsində dəyişdirilmiş, cavabdeh İddiaçının xeyrinə tutulmalı olan məbləğ ümumilikdə 260000 ABŞ dolları müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5442/18 nömrəli, 18 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Əliyev, V.İbayev və G.Quliyev) həmin qətnamədən iddiaçı Cavabdeh1 və cavabdeh İddiaçı tərəfindən verilmiş kassa siya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19.03.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. İddiaçı 18.09.2014-cü il tarixli “Borcun etirafı müqaviləsi”nin yalançı əqd olması əsası ilə etibarsız hesab olunmasına dair hazırki məhkəmə mübahisəsini başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 2 saylı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış və cavabdeh Bakı şəhəri 2 saylı “Asan Xidmət” Mərkəzinin Notariusu tərəfindən təsdiqlənmiş 18 sentyabör 2014-cü il tarixli (reyestrə 3M01-524 nömrəli) borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Sonradan iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə verərək tərəflər arasında bağlanmış 18 sentyabr 2014-cü il tarixli borcun etirafı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcun etirafı müqaviləsi başqa əqdi pərdələmək məqsədilə bağlanmış yalançı əqddir. Tərəflər müqavilə bağlanmamışdan əvvəl ticarət sahəsində birgə fəaliyyətlə məşğul olmuş, cavabdehin birgə fəaliyyətə qoyduğu pulu tam qaytarsa da, o, qayytarılan pulun qazanc olduğunu irəli sürərək hazıkı iş üzrə mübahisənin predmeti olan müqavilənin bağlanmasına nail olmuşdur. Cavabdehdən borc almamışdır, əgər həqiqətən borc almış olsaydı borcun etirafı müqaviləsi deyil, borc müqaviləsi bağlanmış olardı. Bağlanmış müqavilə yalançı əqd olduğuna görə etiarsız sayılmalıdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(001)-184/2020 nömrəli qətnaməsi ilə (hakim G.Abbasova) iddia rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə tərəflər arasında birgə fəaliyyətlə bağlı münasibətlərin olması, bu münasibətlər çərçivəsində Cavabdeh1 tərəfindən İddiaçı ortaq biznes fəaliyyətinin təşkili və genişləndirilməsi məqsədilə müxtəlif vaxtlarda ümumilikdə 300000 ABŞ dolları məbləğində pul verilməsi müəyyən edilmişdir.
9. Həmin məhkəmə aktlarına görə İddiaçı həmin məbləğdən 40000 ABŞ dolları qaytarmışdır. Cavabdeh1 əlavə olaraq 330000 ABŞ dolları məbləğində cavabdehə pul verdiyini, cavabdeh Emin Qabiyev isə, aldığı pulun hamısın ı qaytardığını sübuta yetirə bilməmişdir. Cavabdeh1 tələbinin əsası kimi 18.09.2014-cü il tarixli borcun etirafı haqqında müqaviləyə istinad etmişdir. Həmin müqavilə ilə X1 Süleymanova 300000 ABŞ dolları məbləğində borcu olduğu öz təsdiqini tapmışdır. Nəzərə alınmışdır ki, həmin müqavilə MM-nin 739-cu və davamındakı borc müqaviləsinə aid müddəalar çərçivəsində deyil, MMnin 882-ci maddəsi baxımından qiymətləndirilmişdir. Çünki Cavabdeh1 və Emin Qabiyev arasında MM-nin 739-cu maddəsi baxımından hər hansı borc müqaviləsi bağlanmamışdır. Əksinə, yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında ortaq biznes əlaqələri olmuş, bu çərçivədə qarşılıqlı hesablaşmalar aparılarkən yaranmış pul öhdəliyinin 300000 ABŞ dolları olduğu müəyyənləşdirilmiş, nəticədə 18.09.2014-cü il tarixli borcun etirafı haq qında müqavilə bağlanmışdır. 18.09.2014-cü il tarixli müqavilə əsasında Cavabdeh1 Emin Qabiyevə 300000 ABŞ dolları məbləğində borc verməmişdir, həmin müqavilə tərəflər arasında əldə olunmuş şifahi birgə əməkdaşlıq razılaşması çərçivəsində cavabdehin iddiaçı qarşısında yaranmış 300000 ABŞ dolları məbləğindəki pul öhdəliyinin etirafı üçün bağlanmışdır. Emin Qabiyev etiraf etdiyi 300000 ABŞ dolları məbləğində pul öhdəliyi üzrə 40000 ABŞ dolları məbləğində ödəniş etməsi işin mübahisəsiz halıdır. Ona görə də, borcun etirafı haqqında müqavilə üzrə Emin Qabiyevdən 260000 ABŞ dolları məbləğində pul tutulmuşdur.
10. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara qiymət verərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərini rəhbər tutmaqla, iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir.
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-2782/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(001)-184/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, eyni tərəflərin iştirak etdiyi mübahisə ilə bağlı qüvvədə olan məhkəmə qərarları ilə 18.09.2014-cü il tarixli (reyestrə 3M-01-524 nömrəli) borcun etirafı müqaviləsinə hüquq i qiymət verildiyi halda, iddiaçı tərəfindən həmin müqavilə yenidən mübahisələndirilə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallar hazırkı mübahisənin həllində üstün hüquqi qüvvəyə malikdir.
14. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarına, İnsan Haqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinad edərək əsaslandırmışdır.
15. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayəti nin dəlilləri
16. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmiş, kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın predmeti ilə bağlı irəli sürdüyü dəlillər tam və hərtərəfli tədqiq edilməmiş, tərəflər arasında əvvəllər olmuş mübahisələr üzrə məhkəmə aktları ilə müəyyən edilmiş faktlara istinad etməklə kifayətlənməklə məsələnin həllində qərəzli olmuşdur. Borcun etirafına dair müqavilənin psixioloji təzyiq altında bağladığnı nəzərə almamış, məhkəmələr ədalətli məhkəmə araşdırması hüququnun pozmuşdur. Borcun etirafı müqaviləsinə dair norma mülki qanunvericilikdən çıxarılmışdır. Qüvvədə olan qanunvericilikdə mövcud borcun etirafı haqqında mü cərrəd müqavilə mövcuddur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqavilə yə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
21. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxd ıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
24. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş h allarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. 25. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarı: Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülk i iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyud isiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasə n və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayət təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2782/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.