Məhkəmə qərarları › İş №2(102)-1905/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1905/2019

03.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1905/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi),Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh3 və vəkili Vəkil2 iştirakları ilə, cavabdehlər X2, Cavabdeh3 və onların vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust X18-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nizami rayon məhkəməsinin 19 mart X18-ci il tarixli qətnaməsi ilə (H.Y.Əhmədov, iş 2(007)-580/18) İ ddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqələrinin ləğv edilməsi, pulun tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 3 saylı evin, 10 saylı mənzilinə dair iddiaçı ilə Cavabdeh1 arasında 22 saylı notariat kontorunda bağlanmış 07.04.X17-ci il tarixli, 4Ə-59 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 3, mənzil 10-a dair Cavabdeh1 adına Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvan ski küçəsi ev 3, mənzil 10-a dair Cavabdeh1 ilə X arasında 21 saylı notariat kontorunda bağlanmış 16.04.X17-ci il tarixli, 4Ə-128 reyestr nömrəli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız sayılması və bu müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 saylı evin 14 saylı mənzilinə dair iddiaçı ilə Cavabdeh1 arasında X saylı notariat kontorunda bağlanmış 13.06.X17-ci il tarixli, 4Ə186 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 saylı evin 14 saylı mənzilinə dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyya tı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 saylı evin 14 saylı mənzilinə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında 21 saylı notariat kontorunda bağlanmış 22.06.X17-ci il tarixli, 4Ə-227 reyestr nömrəli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması və bu müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 3 saylı evin, 10 saylı və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 saylı evin 14 saylı mənzilləri üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi və həmin mənzillərin boşaldılaraq iddiaçıya təhvil verilməsi, Cavabdeh1 50.000 manat Cavabdeh3 xeyrinə və 45.000 manat Xnın xeyrinə tutularaq verilməsi, Cavabdeh1 4.298 manat, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 4.299 avro və 4.000 ABŞ dolları pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh3 Bakı şəhəri, Nizami rayon məhkəməsinin 19 mart X18-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə qismən ləğv edilməsi və qətnamə ilə onunla digər Cavabdeh1 üzərilərinə qoyulmuş mülki vəzifələrin qarşılıqlı olaraq eyni vaxtda icra edilməsini nəzərdə tutan yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X öz növbəsində Bakı şəhəri, Nizami rayon məhkəməsinin 19 mart X18-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsi, onun mübahisəli mənzili boşaldaraq iddiaçıya təhvil verilməsini, digər Cavabdeh1 onun xeyrinə 45.000 manat deyil, 62.000 manat tutulmasını və tərəflərin üzərinə qoyulan həmin mülki vəzifələrin eyni vaxtda icra edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust X18-ci il tarixli qətnaməsi ilə (M.A.Məmmədov (sədrlik edən və məruzəçi), E.E.Nağıyeva və H.Ü.Həmidov, iş 2(103)-7991/X18) Cavabdeh3 apellyasiya şikayətinin rədd edilməsi, cavabdeh X2 isə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayon məhkəməsi tərəfindən qəbul edilmiş 19 mart X18-ci il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni Cavabdeh1 X1 xeyrinə tutulacaq pulun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməsi v ə həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, Cavabdeh1 62.000 (altmış iki min) manat məbləğində pulun tutularaq X3 ödənilməsi qət edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsi tərəfindən qəbul edilmiş 19 mart X18-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilmişdir ki, Bakı şəhəri Nizami rayon məhkəməsi tərəfindən qəbul edilmiş 19 mart X18-ci il tarixli qətnamənin qalan hissəsinin, yəni iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 3 saylı evin, 10 saylı mənzilinə dair İddiaçı ilə Cavabdeh1 arasında 22 saylı notariat kontorunda bağlanmış 07.04.X17-ci il tarixli, 4Ə-59 reyestr nömrəli “Bağışlama müqaviləsinin” etibarsız sayılması, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 3, mənzil 10-a dair Cavabdeh1 adına DƏDRX Əİ-nin RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 3, mənzil 10-a dair Cavabdeh1 ilə X arasında 21 saylı notariat kontorunda bağlanmış 16.04.X17-ci il tarixli, 4Ə-128 reyestr nömrəli AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” etibarsız sayılmasını və bu müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 saylı evin 14 saylı mənzilinə dair İddiaçı ilə Cavabdeh1 arasında X saylı notariat kontorunda bağlanmış 13.06.X17-ci il tarixli, 4Ə-186 reyestr nömrəli “Bağışlama müqaviləsinin” etibarsız sayılması, Bak ı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 saylı evin 14 saylı mənzilinə dair Cavabdeh1 adına DƏDRX Əİ-nin RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın” ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 saylı evin 14 saylı mənzilinə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında 21 saylı notariat kontorunda bağlanmış 22.06.X17-ci il tarixli, 4Ə-227 reyestr nömrəli AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” etibarsız sayılması və bu müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 3 saylı evin, 10 saylı və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 saylı evin 14 saylı mənzilləri üzərində İd diaçı mülkiyyət hüquqlarının bərpa edilməsi və həmin mənzillərin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh1 50.000 manat Cavabdeh3 xeyrinə tutularaq verilməsi, Cavabdeh1 4.298 manat, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 4.299 avro və 4.000 ABŞ dolları pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi hissəsi apellyasiya baxışının predmeti olmamışdır. Cavabdehlər X4, Cavabdeh3 və onların vəkili Vəkil2 kassasiya şikayətləri verib qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil1 kassasiya şikayətlərinin dəlillərinə etiraz edib şikayətlərin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası nda Cavabdeh3 Piriverdi oğlu və vəkili Vəkil2 kassasiya şikayətlərinin məzmununa uyğun izahat verib şikayətlərin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh X2 vəkili Vəkil2 kassasiya şikayətlərinin məzmununa uyğun izahat verib şikayətlərin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, digər tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçılar iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53cü maddəsinə əsasən verilmiş iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət e dərək aşağıdakı tələblərin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər: - Bakı şəhəri, X saylı mənzilinə dair iddiaçı ilə Cavabdeh1 arasında 13.06.X17-ci il tarixdə bağlanmış və Bakı Şəhəri X saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək reyestrdə 4Ə-186 № ilə qeydə alınmış “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi; - həmin mənzilə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında 22.06.X17-ci il tarixdə bağlanmış və 21 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək reyestrdə 4Ə-227 № ilə qeydə alınmış “Alğısatqı müqaviləsinin” etibarsız hesab edilməsi; - Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 3 saylı evin 10 saylı mənzilinə dair iddiaçılar ilə Cavabdeh1 arasında 07.04.X17-ci il tarixdə bağlanmış və 22 saylı Notariat Kontoru tərəfindən rəsmil əşdirilərək reyestrdə 4Ə-59 № ilə qeydə alınmış “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi; - həmin mənzilə dair Cavabdeh1 ilə cavabdeh X arasında 16.04.X17-ci il tarixdə bağlanmış və 21 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək reyestrdə 4Ə-128 № ilə qeydə alınmış “Alğısatqı müqaviləsinin” etibarsız hesab edilməsi; - qeyd edilən müqavilələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi (bundan sonra – DƏDRX Əİ) tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışların” etibarsız hesab edilməsi; - hər iki mənzilə dair DƏDRX Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində” aparılmış qeydiyyatların ləğv olunması; - hər iki mənzilin boşaldılaraq iddiaçılara təhv il verilməsi; - həmin mənzillər üzərində iddiaçıların mülkiyyət hüququnun bərpa edilərək DƏDRX Əİ-nin üzərinə mənzillərə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” yeni “Çıxarışların” verilməsi vəzifəsinin qoyulması; - 4.299 avro, 4.298 Azərbaycan manatı və 4.000 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq iddiaçılara ödənilməsi. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehlər X4, Cavabdeh3 və onların vəkili Vəkil2 kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman işin faktiki hallarına, sübutlara düzgün hüquqi qiymət verilməmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, iddiaçının vəkili Vəkil1, Cavabdeh3 Piriverdi oğlunun və X2 vəkili Vəkil2, Cavabdeh3 dinləyib, şikayətlərin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edi b-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 3 №-li evin, 10-cu mənzilinə, habelə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 79 №-li evin 14-cü mənzilinə dair iddiaçı və Cavabdeh1 arasında bağlanması qeyd olunan 07.04.X17-ci il və 13.06.X17-ci il tarixli bağışlama müqavilələri, həbelə həmin müqavilələr əsasında bu mənzillərə dair Cavabdeh1 və X arasında 16.04.X17-ci il tarixdə, Cavabdeh1 və Cavabdeh3 arasında isə 22.06.X17-ci il tarixdə bağlanmış alğı-satqı müqavilələri etibarsız əqdlərdir. İş materiallarından görünür ki, cavabdeh X bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 3 №-li evin, 10-cu mənzilinə dair onunla Cavabdeh1 arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə mənzilin dəyəri 45.000 manat göstərilsə də, faktiki olaraq onun tərəfndən Cavabdeh1 62.000 manat pul ödənilmişdir. Belə ki, A.Yolçıyeva müqavilə üzrə 45.000 manatı satıcı olan Cavabdeh1 sonuncunun istəyi ilə bank vasitəsilə, qalan 17.000 manatı isə nağd şəkildə ödəmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 bildirmişdir ki, həqiqətən də mənzili Xya 62.000 manat pulun müqabilində satmışdır, həmin məbləğdən 45.000 manat onun istəyi ilə bank vasitəsi ilə ödəni lmiş, qalan 17.000 manat isə ona şəxsən verilmişdir; Xnın pulun məbləği ilə bağlı tələbləri əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, mənzilə görə X tərəfindən Cavabdeh1 62.000 manat pul vəsaitinin ödənilməsi tam sübuta yetirilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 Xnın xeyrinə tutulacaq pul məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin məbləğ 62.000 manat müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, qeyd edilən əqdlər etibarsız hesab edildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş üzrə restitusiya tətbiq edilməli, Cavabdeh3 əldə etdiyi mənzil iddiaçıya, mənzillərə görə Cavabdeh1 ödənilmiş 50.000 mana t isə Cavabdeh3 qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda (o cümlədən, alınanlar əmlakdan istifadədə, götürülmüş və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11.X05-ci il tarixli 4 saylı qərarının 6.10-cu bəndində qeyd edilir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə qətnamə ilə birinci instansiya məhkəməsinin gəldiyi nəticə mənzillərin boşaldılaraq İddiaçı təhvil verilməsi, habelə Cavabdeh1 Cavabdeh3 və Xnın xeyrinə mənzillərə görə ödənilmiş pul məbləğlərinin tutulmasından ibarət olmuş, yəni mübahisələndirilən qətnamədə göstərilən icra edilməli olan hərəkətlər bir əqdin tərəflərinin əqd üzrə əldə etdiklərini qarşılıqlı olaraq geri qaytarmalarından ibarət olmamışdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin pozuntusuna yol verilməmişdir. Kassasiya kollegiyası hesab edir ki, cavabdehlər X2, Cavabdeh 3 kassasiya şikayətlərində mübahisələndirilən tələblər apellyasiya baxışının predmeti olmadığından hər iki kassasiya şikayətləri əsassız hesab edilərək təmin edilməməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tut araq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 10 avqust X18-ci il tarixli, 2(103)-7991/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar