Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-207/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X7, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X3, 3-cü şəxs X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X2 X9 rayon şöbəsinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (3-cü şəxslər “Azərbaycan Türk Sənayeçi və X11 Cəmiyyəti” İctimai Birliyi və X8) qarşı “alqı-satqı müqaviləsinin və reyestr çıxarışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3104/2018 saylı, 11 may 2018-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X2 X9 rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X2 X9 rayon şöbəsi cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və reyestr çıxarışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Türk Sənayeçi X11 Cəmiyyəti”nə hərrac vasitəsi ilə satılmış Nobel prospekti 139C ünvanında yerləşən 15 sot torpaq sahəsi barədə bütün alqı-satqı sənədlərinin etibarsız hesab edilməsi və Bakı şəhər Ərazi İdarəsi tərəfindən mübahisələndirilən sahəyə dair verilmiş çıxarış və digər sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli 2(011)-3104/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3104/2018 saylı, 11 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, pozulmuş prosessual və maddi hüquq normalarına riayət olunmaqla yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin “Azərbaycan Türk Sənayeçi və X11 Cəmiyyəti” İctimai Birliyinin cavabdeh X5 qarşı qaldırdığı iddia tələbinə dair iş üzrə qəbul edilmiş qətnaməyə əsaslanması əsassız olmuşdur. Həmin qətnamə qəbul edilərkən tələb və tərəflər tamamilə fərqli olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli 2(103)-9105/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia rədd olunmuşdur. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.11.2019-cu il tarixli 2(102)-6942/2019 saylı qərarı ilə iddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X2 X10 rayon Şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 19.09.2018-ci il tarixli 2(103)-9105/2018 saylı qətnaməsi ləğv edilmiş və iş apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddiaçının nümayəndəsinin vəsatətinə əsasən 08.01.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında “Azərbaycan Türk Sənayeçi və X11 Cəmiyyəti” İctimai Birliyi iş üzrə 3cü şəxs qismində cəlb edilmişdir. 11.03.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında X8 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə digər cavabdeh və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər cavabdeh və 3-cü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının 28.09.1998-ci il tarixli 352 nömrəli sərəncamından çıxarışından görünür ki, Əhmədli şossesi ev 15 ünvanında yaşayan X5 Əhmədli şossesi 15 nömrəli binanın yaxınlığında, cizgidə göstərilən sahədə (25x10) ölçüdə torpaq sahəsinin ayrılması və fərdi ev tikintisinə icazə verilməsi qərara alınmışdır. Xətai Rayon Xətai Bələdiyyəsinin 13.12.2004-cü il tarixli 05/142 saylı Sərəncamının surətində qeyd olunur ki, Xətai Rayon Xətai Bələdiyyəsinə Rayon İH Başçısının 02.11.2004-cü il tarixli, 48 saylı məktubunda Əhmədli yolu, ev 15-də yaşayan X1 fəaliyyəti ilə məşğul olmaq üçün ona Nobel prospekti 2245 məhəllədə “Kasko” firmasının yaxınlığında 52 kv.m sahəsi olan xidmət bloku tikintisi üçün torpaq sahəsi ayrılmasına dair müsbət rəy daxil olmuşdur. Bakı Şəhər İcra Hakimiyyətinin 05.08.2004-cü il tarixli, 18/03- 8/5095 saylı razılıq məktubunu, Xətai Rayon İH Başçısının 02.11.2004-cü il tarixli 48 saylı rəyini, Bələdiyyə texniki imkanların mövcudluğunu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 11-ci maddəsinin 11.8 bəndini, özünün və ailə üzvlərinin iş yeri ilə təmin olunması məqsədilə, qanunla nəzərdə tutulan ödənişin təmin olunduğunu və X12 məsələləri daimi komissiyasının 25.11.2004-cü il tarixli, 25 saylı protokolunun qərarını əsas tutaraq qərara alır: Əhmədli yolu, ev 15-də yaşayan X5 Xətai Rayonu Xətai Bələdiyyəsi cizgidə göstərilən ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 52 kv.m. ölçüdə xidməti blokun tikintisinə torpaq sahəsinin ayrılmasına etiraz etmir. Qeyd edilən torpaq sahəsi 2006-cı ildə akt və protokol əsasında X7 tərəfindən iddiaçının istifadəsinə verilmişdir. İş materiallarında olan dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,15317 ha torpaq sahəsi və ümumi sahəsi 160,3 kv.m. olan tikili Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 20.06.2008-ci il tarixli, ******* saylı çıxarışı ilə Azərbaycan Türk Sənayeçi və X11 Cəmiyyəti İctimai Birliyinin mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Məhkəmə ekspertizası mərkəzinin 30.09.2020-ci il tarixli 10/66 saylı rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel pr. 139C ünvanında yerləşən torpaq sahəsi 20.08.2008-ci il tarixdə “Azərbaycan Türk Sənayeçi və X11 Cəmiyyəti” İctimai Birliyinə satıldığından Bakı şəhəri, Xətai rayonu, Nobel pr., 165 ünvanında yeləşən torpaq sahəsinin hüdudları daxilinə düşür. Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X2 X9 rayon şöbəsinin istifadəsində olan torpaq sahəsi ilə “Azərbaycan Türk Sənayeçi və X11 Cəmiyyəti” İctimai Birliyinə hərrac vasitəsilə satılmış torpaq sahəsi üst-üstə düşür. İş materiallarında olan məhkəmə qərarlarından görünür ki, iddiaçı Azərbaycan Türk Sənayeçi və X11 Cəmiyyəti İctimai Birliyi cavabdeh X5 qarşı mülkiyyətdə olan torpaq sahəsində özbaşına inşa olunan tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-217/2014 saylı, 18.07.2014-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Azərbaycan Türk Sənayeçi və X11 Cəmiyyəti İctimai Birliyinin mülkiyyət hüquqlarına müdaxilə edilməsinə son qoyulması vəzifəsi X5 həvalə edilmiş, X7 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı MH seriyalı 20.08.2008-ci il tarixli çıxarışına əsasən Azərbaycan Türk Sənayeçi və X11 Cəmiyyəti İctimai Birliyinin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 165 ünvanında inşa edilmiş özbaşına tikilinin şökülməsi qət edilmişdir. Qeyd edilən qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2014-cü il tarixli 2(103)-6000/2014 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən X7 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.04.2015-ci il tarixli 2(102)-1723/2015 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən təqdim olunmuş sərəncamdan və sərəncama əlavə olunmuş cizginin təsdiq edilmiş surətindən müəyyən edilmişdir ki, X5 tamamilə başqa bir ünvanda – yaşadığı Əhmədli şossesi 15 saylı binanın yaxınlığında 25x10 ölçüdə torpaq sahəsi ayrılmışdır. Cəmiyyətə məxsus torpaq sahəsi özbaşına olaraq zəbt edilmiş və orada tikinti işləri aparılmışdır. MPM-ə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (82.3.). Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən torpaq sahəsində inşa edilmiş və hazırda iddiaçının istifadəsində olan tikililərin qanunsuz olması və həmin tikililərin sökülməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edildiyindən hazırkı iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmə öz qərarında qeyd edir ki, iddia ərizəsində cavabdeh kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi göstərilsə də, tələb əslində müqavilə tərəfi olan “Azərbaycan Türk Sənayeçi və X11 Cəmiyyəti” İctimai Birliyinə qarşı da yönəlmişdir. Buna baxmayaraq işə baxan məhkəmələr həmin ictimai birliyi işdə iştirak etməyə cəlb etməmişlər. Halbuki, iddiaçının irəli sürdüyü tələbin “Azərbaycan Türk Sənayeçi və X11 Cəmiyyəti” İctimai Birliyinin hüquq və vəzifələrinə, mənafeyinə toxunması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası hesab edir ki, işin tam, hərtərəfli, obyektiv araşdırılmasının təmin olunması və iş üzrə düzgün nəticəyə gəlinməsi üçün “Azərbaycan Türk Sənayeçi və X11 Cəmiyyəti” İctimai Birliyi işdə iştirak etməyə cəlb edilməli və onun hazırkı iş üzrə iddia tələbinə münasibəti öyrənilməli, iddiaçının sahibliyində və istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının cavabdehlər, eləcə də “Azərbaycan Türk Sənayeçi və X11 Cəmiyyəti” İctimai Birliyi tərəfindən pozulub pozulmadığı, torpaq sahələrinin hər hansı hissədə üst-üstə düşüb-düşmədiyi müəyyən olunmalıdır. Ali Məkəmənin qərarında qeyd edilənlərə uyğun olaraq “Azərbaycan Türk Sənayeçi və X11 Cəmiyyəti” İctimai Birliyi iş üzrə 3-cü şəxs qismində işə cəlb edilmiş, məhkəmə prosesləri barədə məhkəmə bildirişi göndərilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iddiaçının istifadəsində olan torpaq sahəsinin iş üzrə 3-cü şəxs “Azərbaycan Türk Sənayeçi və X11 Cəmiyyəti” İctimai Birliyinə hərrac vasitəsilə satılmış və sonuncunun mülkiyyətində olmuş torpaq sahəsinin hüdudları daxilində olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ərizəsinə əsasən X8 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. X8 tərəfindən təqdim edilən sənədlərdən müəyyən edilmişdir ki, “Azərbaycan Türk Sənayeçi və X11 Cəmiyyəti” İctimai Birliyinin mülkiyyətində olmuş ünvan 5 ünvanda yerləşən 0.15317 ha torpaq sahəsi 160.3 kv.m tikili 24.08.2016-cı il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən X8 tərəfindən satın alınmış və sonuncuya daşınmaz əmlakın dövlət reyestrindən 27.08.2016-cı il qeydiyyat tarixli ******* saylı çıxarış verilmişdir. Kollegiya qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinin hazırda 3-cü şəxs X4 mülkiyyətində olmasının hazırkı iddiaya baxılmasına heç bir maneçilik törətmir. Kollegiya həmçinin qeyd edir ki, iddia təmin edilmədiyindən MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X2 X9 rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3104/2018 saylı, 11 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci iddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X2 X9 rayon şöbəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müəyyən etdiyi hesab üzrə ödənilsin. Azərbaycan Resoublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti tərəfindən sxemin hazırlanmasına dair çəkilən xərcin əvəzi 151.20 manat iddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X2 X9 rayon şöbəsindən tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2(103)-207/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-207/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver