Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5842/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı X1 Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlaka payın müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7078/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Səbuhi Həmidov tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlaka payın müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Proses gedişatında tərəflər məhkəməyə barışıq sazişi təqdim etmişdilər. Barışıq sazişinin şərtlərinə görə:
1. Cavabdeh iddianı qismən qəbul edərək, 10.000 manat ödəməyi öz öhdəsinə götürür. İddiaçı da cavabdehin bu təklifi ilə razılaşır.
2. Cavabdeh barışıq sazişində nəzərdə tutulmuş 10.000 manat məbləği, iddiaçı və cavabdeh arasında hazırda baxılan “birgə nikah dövründə yaranmış borcun yarısının tələbi ilə bağlı” mülki iş üzrə icraat yekunlaşandan sonra ödəməyi öz öhdəsinə götürür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7078/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə “1. Cavabdeh iddianı qismən qəbul edərək, 10.000 manat ödəməyi öz öhdəsinə götürür. İddiaçı da cavabdehin bu təklifi ilə razılaşır. 2. Cavabdeh barışıq sazişində nəzərdə tutulmuş 10.000 manat məbləği, iddiaçı və cavabdeh arasında hazırda baxılan “birgə nikah dövründə yaranmış borcun yarısının tələbi ilə bağlı” mülki iş üzrə icraat yekunlaşandan sonra ödəməyi öz öhdəsinə götürür.” məzmunlu barışıq sazişi təsdiq edilərək mülki iş üzrə icraata xitam verilmişdir. Qərardaddan qərardadından cavabdehin nümayəndəsi və vəkili Səbuhi Həmidov şikayət verərək qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasınl xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında razılıq olmuşdur ki., “cavabdeh barışıq sazişində nəzərdə tutulmuş 10000 manat məbləği, iddiaçı və cavabdeh arasında hazırda baxılan “birgə nikah dövründə yaranmş borcun yarısının tələbi ilə bağlı” və digər əmlak və borc məsələləri ilə mülki iş üzrə icraat yekunlaşdıqdan, həmçinin tərəflər arasında əvəzləşdirmələr olduqdan sonra ödəməyi öz öhdəsinə götürür”. Lakin iddiaçının nümayəndəsi və vəkili tərəfindən əl yazması ilə yazılmış sazişdə həmin sözlər yazılmadığı üçün qərardadda öz əksini tapmamışdır. İddiaçı məqsədli şəkildə əmlak bölgüsü tələbini fərqli məhkəmələrdə verərək, birgə nikah dövründə yaranmış borclardan yayınmağa çalışır. ünvan 1 ünvanında yerləşən 13 saylı mənzili xx.xx.2016-cı il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə əldə edildiyi üçün hal-hazırda tərəflər arasında birgə nikah dövründə yaranmış borcun bölünməsinə dair Nəsimi Rayon Məhkəməsinin icraatında mülki iş var. Həmin iş üzrə iddia tələbi ondan ibarətdir ki, 2020-ci ilin iyun ayından etibarən xx.xx.2036-cı il tarixədək ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilə görə “xxxx” ASC-yə hər ay ödəniləcək 731,90 aylıq kredit məbləğinin ½ hissəsi olan 365,95 manatın İddiaçı aid olunması barədə və Cavabdeh1la İddiaçı arasında nikahın məhkəmə qaydasında pozulduğu xx.xx.2018-ci il tarixdən etibarən 2020-ci ilin may ayınadək Cavabdeh1 tərəfindən sözügedən mənzilə görə “xxxx” ASC-yə ödənilmiş 20493,2 manatın ½ hissəsi olan 10246,6 manatın İddiaçı tutularaq İlkin Əhmədddova ödənilməsi barədə qətnamə çıxarılmasıdır. Ona görə də hesab edir ki, barışıq sazişinin 2-ci bəndi Cavabdeh1 mənafeyinə ziddir. Cavabdeh1 ona görə barışığa razılıq vermişdir ki, tərəflər arasında əmlak və borc məsələləri qarşılıqlı razılıq əsasında yekunlaşsın, əvəzləşdirmələr aparılsın, yekunda qalıq məbləğlər tərəflər arasında ödənilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7078/2018 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərindən, kollegiya işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə kiAzərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır.İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə fadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir.İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflərin özlərinin tərtib edərək məhkəməyə təqdim etdiyi barışıq sazişini imzalamış, qərardad qəbul edilərək hər iki tərəfin vəkilləri məhkəmə iclasında işitrak etmiş və barışıq sazişinin məzmunu ilə tanış olmuşlar. Kollegiya xüsusilə qeyd edir ki, birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin əvvəlki vəkilinin cavabdehin adında barışıq sazişi imzalamaq sələhiyyəti olmuş, həmçinin vəkillər kollegiyasının üzvü olduğundan kollegiya hesab edir ki, onun kifayət qədər hüquqi savadı olmuş və əgər sazişin şərtlərinin onun təmsil etdiyi şəxsin mənafeyinə zidd olduğunu düşünürdüsə barışıq sazişinin məzmununa və ya onun təsdiq edilməsinə etiraz edə bilərdi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7078/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov