Məhkəmə qərarları › İş №2(102)-220/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-220/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-220/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iAçar sözlər: barışıq sazişi iş üzrə icraata xitam 25.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X5 oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5842/2019 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qəra rı qəbul etdi. İşin halları

1. X3 Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlaka payın müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir.

2. Proses gedişatında tərəflər məhkəməyə barışıq sazişi təqdim etmişlər.

3. Barışıq sazişinin şərtlərinə görə: 4.

1. Cavabdeh iddianı qismən qəbul edərək, 10.000 manat ödəməyi öz öhdəsinə götürür. İddiaçı da cavabdehin bu təklifi ilə razılaşır. 5.

2. Cavabdeh barışıq sazişində nəzərdə tutulmuş 10.000 manat məbləği, iddiaçı və cavabdeh arasında hazırda baxılan “birgə nikah dövründə yaranmış borcun yarısının tələbi ilə bağlı” mülki iş üzrə icraat yekunlaşandan sonra ödəməyi öz öhdəsinə götürür İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-7078/18 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə (hakim A.Məmməıdov) iddiaçı X3 ilə Cavabdeh1 arasında bağlanmış barışıq sazişi təsdiq olunmuşdur. Barışıq sazişinin şərtlərinə görə: 1.Cavabdeh iddianı qismən qəbul edərək, 10.000 manat ödəməyi öz öhdəsinə götürür. İddiaçı da cavabdehin bu təklifi ilə razılaşır.

2. Cavabdeh barışıq sazişində nəzərdə tutulmuş 10.000 manat məbləği, iddiaçı və cavabdeh arasında hazırda baxılan (Şəki Apellaysiya Məhkəməsində) “birgə nikah dövründə yaranmış borcun yarısının tələbi iəl bağlı” mülki iş üzrə icraat yekunlaşandan sonra ödəməyi öz öhdəsinə götürür. İddiaçı X1 cavabdeh Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlaka payın müəyyən edi lməsi tələbinə dair” mülki iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir..

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 191.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Qərardaddan cavabdeh apellyasiya şikayəti vermişdir.

9. Apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, tərəflər arasında razılıq olmuşdur ki., “cavabdeh barışıq sazişində nəzərdə tutulmuş 10000 manat məbləği, iddiaçı və cavabdeh arasındahazırda baxılan “birgə nikah dövründə yaranmş borcun yarısının tələbi ilə bağlı” və digər əmlak və borc məsələləri ilə mülki iş üzrə icraat yekunlaşdıqdan, həm çinin tərəflər arasında əvəzləşdirmələr olduqdan sonra ödəməyi öz öhdəsinə götürür”. Lakin iddiaçının nümayəndəsi və vəkili tərəfindən əl yazması ilə yazılmış sazişdə həmin sözlər yazılmadığı üçün qərardadda öz əksini tapmamışdır. İddiaçı məqsədli şəkildə əmlak bölgüsü tələbini fərqli məhkəmələrdə verərək, birgə nikah dövründə yaranmış borclardan yayınmağa çalışır.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər Ş.Məhərrəmova-sədrlik edən və məruzəçi, M.Məmmədov və R.Həsənov, iş № 2(103)5842/20) apelyasiya şikayəti təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qə rardadı onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəflərin özlərinin tərtib edərək məhkəməyə təqdim etdiyi barışıq sazişini imzalamış, qərardad qəbul edilərək hər iki tərəfin vəkilləri məhkəmə iclasında işitrak etmiş və barışıq sazişinin məzmunu ilə tanış olmuşlar. Kollegiya xüsusilə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin. əvvəlki vəkilinin cavabdehin adında barışıq sazişi imzalamaq sələhiyyəti olmuş, həmçinin vəkillər kollegiyasının üzvü olduğundan kollegiya hesab edir ki, onun kifayət qədər hüquqi savadı olmuşdur. Əgər sazişin şərtlərinin onun təmsil etdiyi şəxsin mənafeyinə zidd olduğunu düşünürdüsə barışıq sazişinin məzmununa və ya onun təsdiq edilməsinə etiraz edə bilərdi.

12. Qərardaddan cavabdeh kassasiya şikayəti vermişd ir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 13.Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 14.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, barışıq sazişinin imzalanması üçün tərəflər arasında əvvəlcədən razılıq olmamışdır.. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 16.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Mə hkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri 17.MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 18.MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). 19.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki ha lları araşdırması kimi qiymətləndirilməməlidir. 20.Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə 21.İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır.İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə fadə olunmalıdır. (maddə 191.1) 22.Hakim iddiaçının iddiadan imtina etməsin i, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir.İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir (maddə 191.2) 23.Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi 24.Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq m ünasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 25.Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflərin özlərinin tərtib edərək məhkəməyə təqdim etdiyi barışıq sazişini imzalamış, qərardad qəbul edilərək hər iki tərəfin vəkilləri məhkəmə iclasında işitrak etmiş və barışıq sazişinin məzmunu ilə tanış olmuşlar. 26.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 27.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5842/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar