Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1905/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Bakı Şəhəri 11 saylı Dövlət Notariat Kontoruna və Bakı Şəhəri 15 saylı Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7999/2021 nömrəli iş üzrə 11 noyabr 2021-ci il tarixli qət naməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********80 saylı 31.05.2019-cu il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, müraciətdə göstərilən torpaq sahəsi digər torpaq sahəsi ilə ümumi daş hasar daxilindədir, ara sərhədləri metal torla ayrılmışdır. Həmçinin təqdim edilmiş sənədlərdə qeyd olunmuş torpaq sahəsinin mülkiyyət hüququna dair № 1217H saylı şəhadətnamə əsasında digər ərazidə fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bundan əlavə torpaq sahəsi yol tərəfdən hasar boyu keçən 35 kV-luq yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağına düşür. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir, torpaq sahəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüqu qların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. Bakı şəhər İcra Hakimiyyətinin başçısının 14.08.1996-cı il tarixli 1114 saylı Torpaq sahəsinin ayrılması haqqında Sərəncamından görünür ki,
1. Nizami rayon İcra Hakimiyyəti Başçısının 22.05.1996-cı il tarixli, 02/313 №li məktubu nəzərə alınaraq, Şərifli küçəsindəki 2593-cü məhəllədə fərdi yaşayış evlərinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılsın. 1.1. Fərdi evl ərin tikintisi üçün ayrılacaq torpaq sahələrinin sənədləşdirilməsi Bakı İcra Hakimiyyəti ilə razılaşdırılmış siyahı əsasında aparılsın. Sərəncam əsasında ayrılmış torpaq sahəsi naturada ölçülərək ona təhvil verilmiş və tərəfindən hasara alınmışdır. Bakı şəhər İcra Hakimiyyətinin başçısının 30.07.1997-ci il tarixli 716 saylı Sərəncamından görünür ki, Torpaq sahəsinin ayrılmasına dair Nizami rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 14.08.1996-cı il tarixli 1114 nömrəli Sərəncamına istinad edərək, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə fərdi yaşayış evi tikintisi üçün 600 kv.metr torpaq sahəsi (yer № 27) İddiaçı ayrılmışdır. Torpağın mükiyyətə verilməsinə dair JN-1217H, Kod 00900003 saylı Şəhadətnamədən görünür ki, Bakı şəhə r İcra Hakimiyyətinin başçısının 30.07.1997-ci il tarixli 716 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 06.11.2002-ci il tarixli 169117 saylı müqavilədən görünür ki, Cavabdeh1 19.04.2002-ci il tarixli, 30/17056 nömrəli /kit.№246, səh.№17056/ qeydiyyat vəsiqəsinə və 19.06.2002-ci il tarixli, 30/1377 nömrəli arayışa əsasən İddiaçı məxsus olan ünvan 2 ünvanda 600 kv.m sahədə yerləşən 2001-ci ildə tikilmiş, ümumi sahəsi 403,1 kv.m, yaşayış sahəsi 156,2 kv.m, köməkçi sahəsi 246,9 kv.m olan 6 otaqdan ibarət yaşayış evini Cavabdeh2 satmışdır. Evin dəyəri 98000 manat müəyyən edilmişdir. Bu müqavilə 2 saylı Dövlət notariat kontorunun Dövlət notarisus İ.X.Mütəllimov tərəfindən təsdiq edilmişdir. Bu müqavilə 15 saylı Dövlət notariat kontorunun Dövlət notariusu İ.X.Mütəllimov tərəfindən təsdiq edilmiş 18.08.2001-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh1 Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 716 saylı 30.07.1997-ci il tarixli sərəncamına əsasən ona məxsus olan Bakı şəhəri, 2593-cü məhəllədə 27 №-li, 600 kv.m sahədə evini (mənzilini, bağını, torpaq səhəsini) satmağı, bağışlamağı, dəyişməyi, bu barədə müqaviləni imzalamağı, pulunu almağı və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar edir. Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxslərə verilə bilər. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların ın Qeydiyyat İdarəsinin seriya FM № 012129 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.m torpaq sahəsindən ibarət 9/27 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 246 saylı reyestr kitabında 17056 səhifəsində 30/17056 № ilə 19.04.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının 14.03.2002-ci il tarixli sərəncamından görünür ki, Şərifli küçəsi, ev № 9/27 ünvanlı fərdi yaşayış evi, tikinti altındakı torpaq sahəsi 600 kv.m həddində qanunlaşdırılmaqla, İddiaçı adına şəxsi mülkiyyət hüququndan keçirilməsi qərara alınmışdır. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mə rkəzi tərəfindən keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 30 dekabr 2019-cu il tarixli 29107 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 18 avqust 2001-ci il tarixli reyestrdə E29-10031 nömrəsi ilə qeyd olunan etibarnamənin üz tərəfinin aşağı hissəsində “İmza” qrafasında olan imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********63 saylı 15.12.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qərardadda mütəxəssis qarşısına qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəfin və mütəxəssisin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinə yerində baxış keçirilib torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdı rma Arxiv materiallarına, mülki iş materialına və elektron baza materiallarına əsasən aparılmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətindən verilmiş sorğulara cavab olaraq bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-1217H (kod ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” vətəndaş İddiaçı adına tərtib olunmuşdur. "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin arxivində olan məlumata əsasən vətəndaş İddiaçı adına 600 kv.m torpaq sahəsinə JN-1217H nömrəli Şəhadətnamə işlənərkən həmin torpaq sahəsinin üzərində 150 kv.m ərazidə yaşayış evi olmuşdur. MMC-nin arxivində olan və şəhadətnamə verilərkən mövcud vəziyyəti əks etdirən 335A nömrəli plan-xəritə materiallarında qeyd edilmiş 600 kv.m torpaq sahəsi koordinatları MMC-nin mühəndisi tərəfindən ölçülmüş 1294 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisə predmeti olan torpaq sahəsi ilə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları və onlar arasındakı məsafə təqdim edilən sxemdə öz əksini tapmışdır. Sxemdən görünür ki, sahəsi 1294 kv.m olan torpaq sahəsi və onun üzərinə olan fərdi yaşayış evi ilə sahəsi 720 kv.m olan torpaq sahəsi arasında 99,10 metr məsafə vardır. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2020-ci il tarixli 10/1836 nömrəli rəyindən görünür ki, A zərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 dekabr 2020-ci il tarixli, **********63 №-li mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətindən verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-1217H (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" vətandaş İddiaçı adına tərtib olunmuşdur. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin arxivində olan məlumata əsasən vətəndaş İddiaçı adına 600 kv.m torpaq sahəsinə JN-1217H nömrəli Şəhadətna mə işlənərkən həmin torpaq sahəsinin üzərində 150 kv.m ərazidə yaşayış evi olmuşdur. MMC-nin arxivində olan və şəhadətnamə verilərkən mövcud olan vəziyyəti əks etdirən 335A nömrəli plan-xəritə materiallarında qeyd edilmiş 600 kv.m torpaq sahəsi koordinatları MMC-nin mühəndisi tərəfindən ölçülmüş 1294 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatları olmadığından və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və sonradan AR MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri 15 saylı Notariat Kontorunun Dövlət notariusu Mütəllimov İ.X. tərəfindən təsdiq edilərək, reyestrdə 29-10031 nömrə ilə qeydə alınıb Cavabdeh1 adına verilmiş 18 avqust 2001-ci il tarixli etibarnamənin, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinə dair daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 19.04.2002-ci il tarixli, seriya FM № 012129 saylı Qeydiyyat Vəsiqəsinin və həmin ünvanda fərdi yaşayış evinin satılmasına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 06.11.2002-ci ildə Bakı şəhəri 11-ci Dövlət Notariat Kontorunda bağlanılaraq reyestrdə 4Ə-295 nö mrə ilə qeydə alınmış 169117 nömrəli Müqavilənin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi və mülkiyyət hüququna maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 30 iyul 1997-ci il tarixli 716 nömrəli Sərəncamına əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə fərdi yaşayış evi tikintisi üçün 600 kv.metr torpaq sahəsi (yer № 27) ayrılmışdır. Torpaq sahəsinin ayrılmasına dair Nizami rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 14.08.1996-cı il tarixli 1114 nömrəli Sərəncamı əsasında verilmişdir. Sərəncam əsasında ayrılmış torpaq sahəsi natu rada ölçülərək ona təhvil verilmiş və tərəfindən hasara alınaraq giriş qapısı quraşdırılmışdır. Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının 30 iyul 1997-ci il tarixli 716 №li Sərəncamının əslinin nüsxəsi iddiaçıdadır və sənədin əsli Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı Filialında saxlanılır. Dövlət Arxivinin Bakı filialından verilmiş 13.02.2019-cu il tarixli 357 nömrəli məktubla da həmin sənədin əslinin arxivdə saxlanıldığı təsdiq olunur. Mütəmadi olaraq iddiaçı tərəfindən torpaq sahəsinə baş çəkilmiş, hər hansı bir problem olmamış, maddi çətinlik səbəbindən torpaq sahəsindən fərdi yaşayış evi və ya digər tikili inşa edilməmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsindən verilmiş JN-1217H (KOD ******** ) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və həmin Şəhadətnaməyə əlavə edilmiş mülkiyyətə verilmiş torpaq sahəsinin yerləşdiyi yerin sxemi ilə də həmin torpaq sahəsinin İddiaçı mülkiyyətində olması təsdiq olunur. Torpaq sahəsinə dair mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətindən imtina edilməsi barədə həmin İdarənin rəis müavini Fərid Bağırovun imzası ilə göndərilmiş 31.05.2019-cu il tarixli **********80 nömrəli bildirişdə göstərilir ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmas ı ilə bağlı 10.05.2019-cu il tarixli ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi digər torpaq sahəsi ilə ümumi daş hasar daxilindədir, ara sərhədləri metal torla ayrılmışdır. Həmçinin təqdim edilmiş sənədlərdə qeyd olunmuş torpaq sahəsinin mülkiyyət hüququna dair JN 1217 H saylı Şəhadətnamə əsasında digər ərazidə fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Məsələ ilə bağlı vəkillik qurumu tərəfindən aparılmış araşdırma və Dövlət Notariat Arxivindən alınmış Bakı şəhəri 11 saylı Dövlət Notariat Kontorunda 06.11.2002-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-295 reyestr nömrəli notariat işində olan sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 19.04.2002-ci il tarixdə verilmiş 30-17056 qeydiyyat nömrəli, seriya FM № 012129 saylı Qeydiyyat Vəsiqəsi ilə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsindən ibarət 9/27 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və onun tərəfindən Cavabdeh1 verilmiş və 15 saylı Bakı Notariat Kontorunda reyestrdə 29-10031 nömrə ilə qeydə alınmış 18 avqust 2001-ci il tarixli etibarnamə əsasında 06 noyabr 2002-ci ildə Cavabdeh1 ilə atası Cavabdeh2 arasında bağlanılmış 169117 nömrəli müqavilə ilə sonuncuya satılmışdır. Həmin etibarnamənin onun tərəfindən imzalanmadığını göstərən iddiaçı Cavabdeh1 adlı şəxsi heç vaxt tanımadığını, onunla heç bir əlaqəsi olmadığını və ona etibarnamə vermə diyini, həmçinin fərdi yaşayış evi inşa etmədiyini qeyd edərək həmin etibarnamənin əsassız və qanunazidd olaraq verildiyini, onun əsasında aparılmış bütün hərəkətlərin etibarsız hesab edilməli olduğunu bildirmişdir. Notariat işində olan 18 avqust 2001-ci ildə 15 saylı Bakı şəhəri Notariat Kontorunun notariusu Mütəllimov İ.X. tərəfindən təsdiq edilmiş və reyestrdə 29-10031 nömrə ilə qeydə alınmış İddiaçı tərəfindən Cavabdeh1 verildiyi göstərilən etibarnamədəki imzanın iddiaçıya aid olmaması mübahisələndirildiyindən məhkəmə tərəfindən məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2019-cu il tarixli 29107 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş 18 avqust 2001-ci il tari xli, reyestrdə E29-10031 nömrəsi ilə qeydə alınan etibarnamənin üz tərəfinin aşağı hissəsində “İmza” qrafasında olan imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırması zamanı zərurət yarandığından məhkəmə tərəfindən 19 iyun 2020-ci il tarixli Qərardadla Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Məhkəmə Tikinti-Texniki Ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspertlər qarşısında sual qoyulmuşdur ki, 06 noyabr 2020-ci il tarixli, 169117 saylı, reyestrdə 4Ə-295 nömrəsi ilə qeyd edilmiş müqavilə əsasında Cavabdeh2 mülkiyyətinə verilmiş ünvan 4 ünvanda yerləşən fərdi y aşayış evi Nizami rayon İcra Hakimiyyətinin 30 iyul 1997-ci il tarixli 716 saylı Sərəncamı ilə JN-1217H nömrəli, KOD 00900003 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi əsasında İddiaçı mülkiyyətində olan ünvan 4 ünvandakı 600 kv.m olan torpaq sahəsində yerləşirmi, yerləşib-yerləşmədiyi müəyyən edilərkən torpaq sahəsi ilə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi arasındakı məsafə və onların koordinatları dəqiq göstərilsin. Məhkəmə qərardadı əsasında Məhkəmə Ekspertiza Mərkəzinin eksperti və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən iddiaçı və cavabdehlərin iştirakı ilə tədqiqat obyektinə yerində baxış keçirilərək İddiaçı mülkiyyətində olan ünvan 4 ünvandakı 600 kv.m olan torpaq sahəsində hər hansı bir tikilinin olmaması müəyyən edilm işdir. 06 noyabr 2020-ci il tarixli, 169117 saylı, reyestrdə 4Ə-295 nömrəsi ilə qeyd edilmiş müqavilə əsasında Cavabdeh2 mülkiyyətinə verilmiş ünvan 4 ünvanda yerləşdiyi göstərilən fərdi yaşayış evi həmin ünvanda İddiaçı mülkiyyətində olan torpaq sahəsində deyil, digər ərazidəki torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Keçirilmiş ekspertizanın nəticəsi olaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən məhkəməyə daxil olmuş 30 dekabr 2020-ci il tarixli, 10/1836 nömrəli Ekspert Rəyində və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən məhkəməyə və Məhkəmə Ekspertiza Mərkəzinə daxil olmuş 15 dekabr 2020ci il tarixli mütəxəssis rəyində göstərilir: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyy ətli Cəmiyyətindən verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-1217H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” vətəndaş İddiaçı adına tərtib olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin arxivində olan məlumata əsasən vətəndaş İddiaçı adına 600 kv.m torpaq sahəsinə JN1217H nömrəli Şəhadətnamə işlənərkən həmin torpaq sahəsinin üzərində 150 kv.m ərazidə yaşayış evi olmuşdur. MMC-nin arxivində olan və şəhadətnamə verilərkən mövcud olan vəziyyəti əks etdirən 335A nömrəli plan-xəritə materiallarında qeyd edilmiş 600 kv.m torpaq sahəsi koordinatları MMC-nin mühəndisi tərəfindən ölçülmüş 1294 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Ekspert rəyində fərdi yaşayış evinin yerləşdiyi to rpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsi arasında olan məsafə göstərilməsə də, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisi B.İsgəndərov tərəfindən tərtib edilərək mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə görə sxemində torpaqlar arasında ara məsafəsi 99,1 metr göstərilir. Həmçinin, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 1294 kv.m, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 720 kv.m göstərilir. Məhkəmə daxil olmuş ekspert rəyi və mütəxəssis rəyi hissəvi olaraq real həqiqəti əks etdirmədiyindən iddiaçı tərəfin vəsatəti ilə məhkəmə tərəfindən proses iştirakçılarının iştirakı ilə mübah isəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və İddiaçı mülkiyyətində olan torpaq sahəsinə yerli baxış keçirmiş və müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin ‘'Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş sxem reallığı əks etdirir. Məhkəmə tərəfindən mütəxəssis rəyini imzalamış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin aparıcı məsləhətçisi R.Heydərov və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisi B.İsgəndərov məhkəməyə dəvət edilərək verilmiş mütəxəssis rəyi onların iştirakı ilə araşdırılmışdır. R.Heydərov verilən sualları cavablan dırmaqdan yayınsa da B.İsgəndərov tərtib etdiyi sxemi müdafiə etmiş və sxemdə göstərilən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının aparılmış ölçüyə uyğunluğunu bir daha təsdiq etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə tərəfindən dəvət edilmiş və məsələ ilə bağlı rəis müavinləri vəzifəsində 07.05.2019-cu il tarixli və 31.05.2019-cu il tarixli məktubları imzalamış Eldar Mirzəyev və Fərid Bağırov məhkəmə iclasına gəlməmişlər. Yuxarıda da qeyd edildiyi kimi Dövlət orqanının göstərilən vəzifəli şəxsləri tərəfindən imzalanmış məktublarda İddiaçı məxsus torpaq sahəsində fərdi yaşayış evinin olmaması, həmçinin torpaq sahəsinin sxemdə göstərilən ölçüsü öz təsdiqini tapmışdır. Belə ki, İddiaçı göndərilmiş, 1 saylı Bakı Ərazi İda rəsinin rəis müavini Eldar Mirzəyev tərəfindən imzalanmış 07.05.2019-cu il tarixli məktubda göstərilir ki, təqdim etdikləri Sərəncam əsasında onun adına keçmiş DTXK tərəfindən 600 kv.m torpaq sahəsinin mülkiyyət hüququna dair Şəhadətnamə verilmişdir və fərdi yaşayış evi qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Həmçinin sənəd üzrə torpaq sahəsi 600 kv.m olsa da, faktiki 730 kv.m təşkil edir. Həmin İdarədən rəis müavini Fərid Bağırovun imzası ilə iddiaçıya göndərilmiş 31.05.2019-cu il tarixli məktubda göstərilir ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 10.05.2019-cu il tarixli ərizəyə baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi digər torpaq sahəsi ilə ümumi daş hasar daxilindədir, ara sərhədləri metal torla ayrılmışdır. Həmçinin təqdim edilmiş sənədlərdə qeyd olunmuş torpaq sahəsinin mülkiyyət hüququna dair JN 1217 H saylı Şəhadətnamə əsasında digər ərazidə fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Göründüyü kimi İddiaçı mülkiyyətində olan ünvan 4 ünvandakı 600 kv.m olan torpaq sahəsində fərdi yaşayış evi yoxdur, torpaq sahəsi daş hasar daxilində olmaqla digər torpaq sahəsindən metal torla ayrılmışdır və ayrıca giriş qapısına malikdir. Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış fərdi yaşayış evi isə digər torpaq sahəsində, İddiaçı məxsus torpaq sahəsindən 99,1 metr aralıda yerləşir. Yuxarıda qeyd olunanlardan müəyyən edilir ki, Cavabdeh1 tərəfindən İddiaçı məxsus olan ünvan 6 ün vanda 600 kv.metr torpaq sahəsində yerləşən 2001-ci ildə tikilmiş ümumi sahəsi 403,1 kv.m, yaşayış sahəsi 156,3 kv.m, köməkçi sahəsi 246,9 kv.m olan 6 (6) otaqdan ibarət yaşayış evinin Cavabdeh2 satılmasına dair 06 noyabr 2002-ci il tarixdə Bakı şəhəri 11-ci Dövlət Notariat Kontorunda bağlanılmış və reyestrdə 4Ə-295 nömrə ilə qeydə alınmış 169117 nömrəli müqavilə həmin fərdi yaşayış evinin qeyd edilən torpaq sahəsində satılması hissəsində real həqiqətə uyğun deyildir və həmin müqavilənin və müqavilənin bağlanması üçün əsas olmuş 18 avqust 2001-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar mövcuddur. Eyni zamanda İddiaçı həmin torpaq sahəsi üzərində hüquqları bərpa edilərək mülkiyyət hüququna dair maneələr aradan qaldırılmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəmə sinin 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim B.Qasımov, iş № 2(007)-78/2021) iddia təmin edilərək, Bakı şəhəri 15 saylı Notariat Kontorunun Dövlət notariusu İ.X.Mütəllimov tərəfindən təsdiq edilmiş və reyestrdə 29-10031 nömrə ilə qeydə almış Cavabdeh1 adına verilmiş 18 avqust 2001-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 19.04.2002-ci il tarixli, seriya FM № 012129 saylı Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinin satılmasına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 11-ci Dövlət Notariat Kontorunda bağlanılmış və reyestrdə 4Ə-295 nömrə ilə qeydə alınmış 06.11.2002-ci il tarixli 169117 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 600 kv.metr torpaq sahəsi (yer № 27) üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi və mülkiyyət hüququna yaradılan maneələrin aradan qaldırılması, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul və məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) ma nat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 11 saylı Notariat ofisindən və Bakı şəhəri 15 saylı Notariat ofisindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, Kod 21005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi, iş üzrə verilmiş mütəxəssis rəyinin dəyəri olan 207,60 (iki yüz yeddi manat, altmış qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 11 saylı Notariat ofisindən və Bakı şəhəri 15 saylı Notariat ofisindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (VÖEN **********, "xxxx" ASC-nin Xətai filialı, Kod 200 071, Müxbir hesab AZ37NABZ********************, SWİFT. kod: AİİBAZ2X) ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mövqeyinə görə hazırda mübahisəndirilən etibarnamədəki imza ona aid deyil, o, Cavabdeh1 tanımır və ona heç vaxt etibarnamə verməmişdir. Yaranmış halla bağlı məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspert rəyi ilə razılaşaraq bu qənaətə gəlir ki, 18 avqust 2001-ci il tarixli etibarnamədəki imza iddiaçı tərəfindən deyil, başqası tərəfindən icra edilmişdir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Nəticədə, məhkəmə hesab etmişdir ki, iddia tələbi mübahisələndirilən hissədə təmin edilməli, Bakı şəhəri 15 saylı Notariat Kontorunun Dövlət notariusu Mütəllimov İ.X. tərəfindən təsdiq edilmiş və reyestrdə 29-10031 nömrə ilə qeydə alınmış Cavabdeh1 adına verilmiş 18 avqust 2001-ci il tarixli etibarnamə etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh2 nümayəndəsi və vəkili X4 bildirmişdir ki, etibarnamədəki imza iddiaçı tərəfindən deyil, Abdullayev Məcid tərəfindən icra olunmuşdur və hazırkı iddia onlara qarşı yönəlməməlidir. İddiaçı tərəf isə qeyd olunan halı təkzib etmişdir. Bu hissə ilə bağlı cavabdeh tərəf iddialarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da buna dair hər hansı sübut aşkar edilməmişdir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, ümumiyyətlə iddiaçı tərəfindən nə Cavabdeh1, nədə ki, Abdullayev Məcid adlı şəxsə hər hansı etibarnamə və ya onu təmsil etmək səlahiyyətinin verilməsinə dair sənədin olması təsdiq olunmur. Bu səbəbdən də məhkəmə yuxarıdakı mövqeyinə əsaslanaraq etibarnamənin etibarsız hesab edilməsi qənaətinə gəlmişdir. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinin satılmasına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 06.11.2002-ci ildə Bakı şəhəri 11-ci Dövlət Notariat Kontorunda bağlanılaraq reyestrdə 4Ə-295 nömrə ilə qeydə alınmış 1 69117 nömrəli Müqavilənin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 06.11.2002-ci il tarixli 169117 saylı müqavilədən görünür ki, Cavabdeh1 19.04.2002-ci il tarixli, 30/17056 nömrəli /kit.№246, səh.№17056/ qeydiyyat vəsiqəsinə və 19.06.2002-ci il tarixli, 30/1377 nömrəli arayışa əsasən İddiaçı məxsus olan ünvan 2 ünvanda 600 kv.m sahədə yerləşən 2001-ci ildə tikilmiş, ümumi sahəsi 403,1 kv.m, yaşayış sahəsi 156,2 kv.m, köməkçi sahəsi 246,9 kv.m olan 6 otaqdan ibarət yaşayış evini Cavabdeh2 satmışdır. Evin dəyəri 98000 manat müəyyən edilmişdir. Həmin müqavilə 2 saylı Dövlət notariat kontorunun Dövlət notariusu İ.X.Mütəllimov tərəfindən təsdiq edilmişdir. Həmin müqaviləni satıcı qismində İddiaçı nümayədəsi kim i Cavabdeh1 imzalamışdır. Məhkəmənin yuxarıda qeyd edilən nəticəsinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 verilmiş 18 avqust 2001-ci il tarixli etibarnamə etibarsız hesab edilmişdir ki, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında 06.11.2002-ci il tarixdə bağlanmış müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, Cavabdeh1 ünvan 2 ünvanda 600 kv.m sahədə yerləşən 6 otaqdan ibarət yaşayış evinə münasibətdə evin alqısatqısını hətaya keçirmək, evi satmaq, ümumiyyətlə həmin evlə bağlı hər hansı əqd bağlamaq səlahiyyəti yoxdur. Məhkəmə, iddia tələbinin sözügedən hissəsinə qeyd edilən aspektdən yanaşaraq bildirir ki, iddiaçının mülkiyyət hüququ əsasında özünə məxsus olan yaşayış evini Cavabdeh2 satmasını əks etdirən 06.11.2002-ci il tarixli müqaviləni satıcı qismində səlahiyyəti olmayan şəxs tərəfindən, yəni Cavabdeh1 tərəfindən bağlanmışdır. Əqdin səlahiyyəti olmayan şəxs tərəfindən bağlanması onun etibarsız hesab edilməsinə əsas verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinin satılmasına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 06.11.2002-ci ildə Bakı şəhəri 11-ci Dövlət Notariat Kontorunda bağlanılaraq reyestrdə 4Ə-295 nömrə ilə qeydə alınmış 169117 nömrəli Müqavilənin etibarsız hesab edilməsi” hissəsində də təmin edilməlidir. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edi lmiş 9/27 saylı fərdi yaşayış evinə dair daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 19.04.2002-ci il tarixli, seriya FM № 012129 saylı Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsi ilə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.m torpaq sahəsindən ibarət 9/27 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 246 saylı reyestr kitabında 17056 səhifəsində 30/17056 № ilə 19.04.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının 14 mart 2002-ci il tarixli sərəncamında qeyd edilmişd ir ki, İddiaçı müraciət edərək İcra hakimiyyəti başçısının 30 iyul 1997-ci il tarixli 716 tarixli sərəncamı ilə ona fərdi yaşayış evinin tikinti üçün ayrılmış 600 kv.m torpaq sahəsində tikinti işlərinin başa çatdırıldığını bildirərək evin hüquqi qeydiyyata alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf bildirmişdir ki, İcra hakimiyyəti başçısının 30 iyul 1997-ci il tarixli 716 tarixli sərəncamı ilə iddiaçıya verilmiş iddiaçı Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısına Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 600 kv.m torpaq sahəsində heç bir tikinti işi aparılmamış və sərəncamda qeyd edildiyi kimi qeyd edilən evin hüquqi qeydiyyata alınması üçün Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısına müraciət etməmişdir. Ona məxsus olan torpaq sahəsi hazırkı vaxtda da hasara alınmış boş torpaq sahəsidir. Həmçinin qeyd edilmişdir ki, 06.11.2002-ci il tarixli alqı-satqı müqavilənin predmeti olan fərdi yaşayış evi İddiaçı məxsus olan torpaq sahəsində deyil, ona yaxın məsafədə yerləşən torpaq sahəsində yerləşmişdir. Qeyd edən anlaşmazlığın araşdırılması məqsədi ilə məhkəmə tərəfindən əmlakın tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15.12.2020-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətindən verilmiş sorğulara cavab olaraq bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəri təçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-1217H (kod ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” vətəndaş İddiaçı adına tərtib olunmuşdur. "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin arxivində olan məlumata əsasən vətəndaş İddiaçı adına 600 kv.m torpaq sahəsinə JN-1217H nömrəli Şəhadətnamə işlənərkən həmin torpaq sahəsinin üzərində 150 kv.m ərazidə yaşayış evi olmuşdur. MMC-nin arxivində olan və şəhadətnamə verilərkən mövcud vəziyyəti əks etdirən 335A nömrəli plan-xəritə materiallarında qeyd edilmiş 600 kv.m torpaq sahəsi koordinatları MMC-nin mühəndisi tərəfindən ölçülmüş 1294 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisə predmeti olan torpaq sahəsi ilə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları və onlar a rasındakı məsafə təqdim edilən sxemdə öz əksini tapmışdır. Sxemdən görünür ki, sahəsi 1294 kv.m olan torpaq sahəsi və onun üzərinə olan fərdi yaşayış evi ilə sahəsi 720 kv.m olan torpaq sahəsi arasında 99,10 metr məsafə vardır. Həmçinin məhkəmə iclasında mütəxəssis X3 bildirmişdir ki, araşdırma obyektləri olan İddiaçı məxus olan 600 kv.m torpaq sahəsi ilə üzərində fərdi yaşayış evi yerləşən torpaq sahəsi üst-üstə düşmür və onlar arasında 99,10 metr məsafə vardır. Nəticədə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, mübahisələndirilən qeydiyyat vəsiqəsində qeyd edilən fərdi yaşayış evi iddiaçıya məxsus olan torpaq sahəsində yerləşmir. Həmçinin iddiaçı ona məxsus olan torpaq sahəsində olan hər hansı bir torpaq sahəsinə qeydiyyat vəsiqəsi verilməsi üçün müraciət etməmiş, iş materiallarına bun a dair heç bir sübut aşkar olunmamışdır. Həmçinin iddiaçı ona məxsus olan torpaq sahəsinə dair mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdikdən sonra onun əmlakı üzərində əslində başqa yerdə yerləşən fərdi yaşayış evinin qeydiyyatının olduğunu öyrənmişdir. Məhkəmə şərh edilənləri ümumiləşdirərək qeyd edir ki, araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 30 iyul 1997-ci il tarixli 716 nömrəli Sərəncamına əsasən iddiaçıya ayrılmış Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə fərdi yaşayış evi tikintisi üçün 600 kv.metr torpaq sahəsində (yer № 27) heç bir tikint i aparılmamış, həmin torpaq sahəsi ilə bağlı heç kimə etibarnamə verilməmiş, 06.11.2002-ci il tarixli müqavilədə göstərildiyi kimi İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 600 kv.metr torpaq sahəsində mövcud olmayan evinin alqı-satqısı üçün Cavabdeh1 heç bir hüquq verilməmiş, mübahisələndirilən qeydiyyat vəsiqəsində göstərilən fərdi yaşayış evi də iddiaçıya məxsus olan torpaq sahəsində deyil, başqa bir ərazidə, iddiaçının sahəsindən 99,10 metr məsafədə yerləşən torpaq sahəsində yerləşir. Nəticədə, qeydiyyat vəsiqəsində iddiaçıya məxsus olan əmlakın səhv qeydiyyata alınması nəticəsində iddiaçının hüquqları pozulmuş, onun əmlakında olmayan fərdi yaşayış evinin alqı-satqısı həyata keçirilmişdir və hazırda iddiaçı öz əmlakına müstəqil şəkildə sərənc am verə, mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Nizami rayonu, 8ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 19.04.2002-ci il tarixli, seriya FM № 012129 saylı Qeydiyyat Vəsiqəsi etibarsız hesab edilməli, həmçinin İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən 600 kv.metr torpaq sahəsindən (yer № 27) İddiaçı mülkiyyət hüquqları bərpa edilməli və onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Ca vabdeh2 nümayəndəsi və vəkili X4 ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 11 saylı Dövlət Notariat Kontoru və Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbindən iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbində qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) heç bir tikinti aparmamış, sadəcə torpaq hasara alınmışdır. Özü müntəzəm olaraq torpaq sahəsinə baş çəkmişdir və heç bir problemi də olmamışdır. Daha sonra isə torpaq sahəsinə dair mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Əmlak Məsələlər i Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdikdən və buna dair imtina məktubu aldıqdan sonra ona məxsus olan əmlak üzərində hüquqlarının pozulması haqqında məlumatlı olmuş, bundan sonra isə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 31.05.2019-cu il tarixli məktubundan da görünür ki, müraciətdə göstərilən torpaq sahəsi digər torpaq sahəsi ilə ümumi daş hasar daxilindədir, ara sərhədləri metal torla ayrılmış və digər ərazidə fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və ərizənin icrasından imtina edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırda iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş, iddiaçı hüquqlarının pozulduğu haqqında məlumat aldıqdan sonra 02 iyul 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh2 nümayəndəsi və vəkili X1 ərizəsi əsassızdır və təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı iddia etdiyi və hazırda mübahisələndirdiyi torpaq sahəsinə onun tərəfindən dövlət qeydiyyatına alınmasında təşəbbüskar olmadığını bildirir. Belə ki, Bakı şəhəri Nizami rayon İcra hakimiyyəti Başçısı tərəfindən 14.08.1996-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şərifli küç əsi, 2593 məhəllədə iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılmışdır. 19.04.2002-ci il tarixdə həmin torpaq sahəsinə və üzərində inşa edilmiş tikiliyə mülkiyyət hüquqları iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Lakin iddiaçı bununla bağlı məlumatsız olduğunu bildirmiş və yalnız 2019-cu ildə özünə məxsus torpaq sahəsinə hüquqlarını qeydiyyata aldırmaq üçün müraciət etdikdə bu məsələ ilə üzləşmişdir. Belə çıxır ki, iddiaçı ümumiyyətlə ona ayrılmış torpaq sahəsində fərdi ev inşa etdirməmiş və torpaq sahəsi də bugünədək boş sahə olaraq qalmaqdadır. Onun bildirdiyi kimi, mütəmadi olaraq torpaq sahəsinə baş çəkmiş və hər hansı bir problem olmamışdır. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən cavabdehin mülkiyyətində olan tikilinin onun torpaq sahəsində inşa edilmədiyi iş üzrə aparılmış ekspertiza rəylərində öz təsdiqini tapır. Belə ki, 15.12.2020-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, İddiaçı məxsus 600 kv.m torpaq sahəsi ilə üzərində fərdi yaşayış evi yerləşən torpaq sahəsi üst-üstə düşmür və onların arasında 99,10 m. məsafənin olduğu təsdiq edilir. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilir ki, mübahisələndirilən qeydiyyat vəsiqəsində qeyd edilən fərdi yaşayış evi (yəni Cavabdeh2 məxsus) iddiaçıya məxsus olan torpaq sahəsində yerləşmir. Əqdin imzalanmasından 20 il müddətin keçməsi və bu günədək heç kim tərəfindən mübahisələndirilməməsi cavabdehin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını əsaslı edir. Faktiki olaraq mülkiyyət obyektinin iddiaçıda qaldığının və onun mülkiyyət hüququnun pozulmadığının şahidi oluruq. Beləliklə, bunlar iddiaçının cavabdehin mülkiyyətində olan torpaq sahəsinin və fərdi yaşayış evinin hüquqi mövcudluğunu mübahisələndirməyə subyektiv hüququnun olmamasına dəlalət edir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 noyabr 2021-ci qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), V.İbayev və Ş.Məhərrəmova, iş № 2(103)-7999/2021) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(007)-78/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin araşdırılan hallarından, o cümlədən iddiaçının adından verilmiş etibarnamənin saxta olmasını və onun tərəfindən imzalanmamasından bu qənaətə gəlmək olur ki, iddiaçının əmlakla bağlı mübahisələndirdiyi əqdlərdə n 2019-cu ildə xəbər tutması barədə dedikləri əsaslıdır və işin həqiqi halını əks etdirir. Belə olan halda, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1 və 354.2-ci maddələri ilə müəyyən edilmiş müddət ötürülməmiş hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ayrılmış və onun mülkiyyətində olan torpaq sahəsi üzərində yaşayış evinin mövcud olmadığı, habelə ekspert rəyi ilə iddiaçının torpaq sahəsi və cavabdehlərin istifadəsində olan yaşayış evinin faktiki olaraq ayrı-ayrı ərazilərdə yerləşdiyi məhkəmə araşdırması zamanı müəyyən edildiyindən, həmin evin iddiaçıya məxsus torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi kimi təqdim edilməklə, bu barədə dövlət reyestrində qeydiyyatın aparılması həmin torpaq sahəsinin mülkiyyətçisinin iradəsinə zidd ola raq həyata keçirilmişdir. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində mövcud olmayan daşınmaz əmlakla bağlı təqdim edilmiş sənədlər əsasında dövlət reyestrində qeydiyyat aparılmışdır. Bu qeydiyyatın aparılmasında məqsəd Cavabdeh1 istifadəsində olan özbaşına inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququna dair sənəd əldə edilməsi olmuşdur. İddiaçının mübahisələndirdiyi digər məsələ onun adından verilmiş saxta etibarnamə əsasında onun adından çıxış edən Cavabdeh1lə digər Cavabdeh2 arasında əmlakın alqı-satqısına dair bağlanmış 01.11.2002-ci il tarixli müqavilə olmuşdur. Qeyd edildiyi kimi, həmin alqı-satqı İddiaçı adından tərtib edilmiş saxta etibarnamə əsasında, iddiaçının xəbəri və razılığı olmadan həyata keçirildiyindən bu müqavilənin bağlanması iddiaçının iradə ifadəsini əks etdirməmişdir. Həmçinin müəyyən edilir ki, iddiaçının özünə məxsus olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədləri əldə edə bilməməsi onun həmin torpaq sahəsi üzərində sərbəst şəkildə sərəncam vermək, həmin əmlakla bağlı əqdlər bağlamaq və digər mülki münasibətlərə daxil olmaq imkanlarını məhdudlaşdırır. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 (Vəkil3) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və pro sessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)7999/2021 nömrəli iş üzrə 11 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7999/2021, 11 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kassa siya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin q ətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətdə olan dəlillər əsasında yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən mübahisə edilən əqd məhkəmə tərəfindən etibarsız sayılmasına görə etibarsız olan əqddir. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Mübahisə etmək hüququ maraqlı şəxsə mə nsubdur. Mübahisə edilən əqdin etibarsız sayılması tələbini bu Məcəllədə göstərilən şəxslər irəli sürə bilərlər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pu lla ödəməlidir. 339.3.-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 377.1-ci və 377.2-cü maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 390.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2004-cü il tarixli Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Plenum qərarına əsasən “Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Konstitusiya Məhkəməsinin Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli digər qərarında Məhkəmə qeyd edir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin forma sına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüv vəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən ası lı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olm aqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlilləri işin halları ilə birlikdə tədqiq olunaraq düzgün olaraq qiymətləndirilmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 2(103)-7999/2021 nömrəli iş üzrə 11 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.