Məhkəmə qərarları › İş №2(102)-1905/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1905/2023

13.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1905/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:bağışlama müqaviləsinin etibarsız hesab edilməsi 13.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 2(103)544/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları Bakı Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni “mənzildən Cavabdeh1 tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də Cavabdeh1 tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq 74.550 manat pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 15 saylı evin 10 saylı mənzilindən Cavabdeh1 tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq cəmi 52.862,80 manat pulun Cavabdeh1 İddiaçı xeyrinə tu tulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 may 2016-cı il tarixli qərarı ilə İddiaçı və X1 əlavə kassasiya şikayətləri təmin edilmiş, ünvan 1 ünvanda yerləşən 24 saylı və ünvan 2aylı mənzillərə aid əqdlərin ləğv və etibarsız sayılması hissəsində və həmin mənzillərin Cavabdeh1 sahibliyinə və istifadəsinə qaytarılması hissəsində Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 noyabr 2014-cü il tarixli qətnaməsi və həmin hissələrdə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 noyabr 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 23 aprel 2015-ci il tarixli qərarı ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmi ş, qərarın "xxxx" KB QSC-yə qarşı əmanətçi hüquqlarının bərpa edilməsi hissələrində dəyişdirilmədən saxlanılması, "xxxx" KB QSC-nin əlavə kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə görə Cavabdeh1 09 mart 2016-cı ildə 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində qeydiyyat X2 (Əliyeva) ilə nikaha daxil olduğu müəyyən edilmişdir. “Hədiyyə verən” Cavabdeh1lə “hədiyyə alan” Cavabdeh3 əvəzinə X3 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən hədiyyə verən Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən 32 saylı evin 4 otaqlı ümumi sahəsi 90,0 kv.metr olan 43 saylı mənzilini hədiyyə alan Cavabdeh3 bağışlamışdır. “Hədiyyə verən” Ca vabdeh3 ilə “hədiyyə alan” Cavabdeh2 arasında bağlanmış 20 avqust 2016-cı il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən hədiyyə verən Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən 32 saylı evin 43 saylı mənzilini hədiyyə alan Cavabdeh2 bağışlamışdır. “Hədiyyə verən” Cavabdeh1lə “hədiyyə alan” Cavabdeh2 arasında bağlanmış 11 iyun 2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, hədiyyə verən Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən 84 saylı evin 3 otaqlı ümumi sahəsi 94,9 kv.metr olan 59 saylı mənzilini hədiyyə alan Cavabdeh2 bağışlamışdır. “Hədiyyə verən” Cavabdeh1lə “hədiyyə alan” Cavabdeh2 arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasə n hədiyyə verən Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsi, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini hədiyyə alan Cavabdeh2 bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1lə Cavabdeh2 arasında notarial qaydada bağlanmış 20 avqust 2016-cı il tarixli; cavabdehlər Cavabdeh1lə Cavabdeh2 arasında notarial qaydada bağlanmış 11 iyun 2017-ci il tarixli; cavabdehlər Cavabdeh1lə Cavabdeh2 arasında notarial qaydada bağlanmış 06 oktyabr 2021-ci il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi ni xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən mənzildən qanunsuz götürülmüş ev əşyalarının dəyəri və mənzilin təmir-bərpa dəyərinin əvəzi olaraq dəymiş maddi zərərin məbləği cəmi 74.550 manat qiymətləndirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin müəyyən etdiyi maddi zərərin məbləği azaldılaraq 52.862,8 manat müəyyən edilmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının 21 sentyabr 2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 məhkəməyə müraciət edərək, icra icraatı zamanı qəbul ed ilmiş Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərardadının ləğv edilərək təqdimatın rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərardadına əsasən şikayət təmin edilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilmiş, həmin qərardadla Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi b/y-nın 40 saylı, 0,12 ha bağ sahəsinin, Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, 84 saylı evin 59 saylı mənzilinin və Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 32 saylı evin 43 saylı mənzilinin üzərinə qoyulmuş 50 % miqdarında həbsin götürülməsi qərara alınmışdır. 14 mart 2022-ci il tarixdə sözügedən qərardadla t anış olarkən 20 avqust 2016-cı il, 11 iyun 2017-ci il və 06 oktyabr 2021-ci il tarixli bağışlama müqavilələrinin mövcudluğundan xəbər tutmuş və 18 mart 2022-ci il tarixdə həmin müqavilələrin surətini əldə etmişdir. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi” barədə məhkəmədə iddia qaldıraraq həmin müqavilələri mübahisələndirir. 11 iyun 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən, hədiyyə verən Cavabdeh1 hədiyyə alan Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi 84 saylı evin 59 saylı mənzilin paylı mülkiyyət üzrə ona məxsus olan hissəsini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişdir. 06 oktyabr 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh1 hədiyyə alan Cavabdeh2 Bakı şəhəri, Binəqəd i rayonu, Göradil kəndi, “Rabitəçi b/y-nın 40 saylı, 0,12 ha bağ sahəsinin paylı mülkiyyət üzrə ona məxsus olan hissəsini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişdir. 20 avqust 2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh1 hədiyyə alan Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 32 saylı evin 43 saylı mənzilinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişdir. Ali Məhkəmənin 23 aprel 2015-ci il tarixli qərarından Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayəti verildikdən sonra 20 avqust 2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 32 saylı evin 43 saylı mənzilinin paylı mülkiyyət üzrə ona məxsus olan hissəsini, 11 iyun 2017-ci il tarixl i bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi 84 saylı evin 59 saylı mənzilinin paylı mülkiyyət üzrə ona məxsus olan hissəsini hədiyyə verən Cavabdeh1 hədiyyə alan Cavabdeh2 bağışlamışdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 20 may 2016-cı il tarixli qərarına əsasən “Bakı şəhəri, Süleyman Rüstəm küçəsi 15 saylı ünvanında yerləşən 10 saylı mənzilə aid əqdlərin ləğv və etibarsız sayılması hissəsində və həmin mənzilin Cavabdeh1 sahibliyinə və istifadəsinə qaytarılması hissəsində” Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 noyabr 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 23 aprel 2015-ci il tarixli qərarı ləğv edilmiş, iş həmin hiss ələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının 21 sentyabr 2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 06 oktyabr 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh1 hədiyyə alan Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y- nın 40 saylı, 0,12 ha bağ sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus olan hissəsini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişdir. Əslində, 09 mart 2016-cı il tarixdən Cavabdeh1lə Cavabdeh2 birgə nikahdadırlar və təsərrüfatı birgə idarə edirlər. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin və gələcəkdə ehtimal qanuni qüvvəyə minəcək məhkəmə ak tlarının icrasından yayınmaq məqsədilə sözügedən bağışlama müqavilələrini bağlamaqla Cavabdeh1 yuxarıda qeyd olunan əmlaklarda ona məxsus olan paylarını arvadı Cavabdeh2 bağışlamışdır. Göründüyü kimi, qeyd olunan bağışlama müqavilələri uydurma əqdlərdir. Cavabdeh1 öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirir, belə halları isə qanunvericilik, o cümlədən Mülki Məcəllə qadağan edir. Bundan başqa qanuni qüvvəyə minmiş sözügedən qətnamə hazırki mübahisəyə baxan məhkəmə üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Daha sonra iddiaçı, iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 32 saylı evin 43 saylı mənzili üzrə cavabdehlər Cavabdeh1lə Cavabdeh3 arasında notarial qaydada bağlanmış 30 iyul 2015-ci il tarixli bağışlama müqaviləsinin, həmin mənzil üzrə cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında notarial qaydada bağlanmış 20 avqust 2016-cı il tarixli bağışlama müqaviləsinin, habelə Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi 84 saylı evin 59 saylı mənzilinin ½ hissəsi üzrə cavabdehlər Cavabdeh1lə Cavabdeh2 arasında notarial qaydada bağlanmış 11 iyun 2017-ci il tarixli bağışlama müqaviləsinin, eləcə də Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsi üzrə cavabdehlər Cavabdeh1lə Cavabdeh2 arasında notarial qaydada bağlanmış 06 oktyabr 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Reyestr Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 32 sa ylı evin 43 saylı mənzili üzrə Cavabdeh3 adına verilmiş 18 avqust 2015-ci il tarixli Çıxarışın, həmçinin həmin mənzil üzrə Cavabdeh2 adına verilmiş 01 oktyabr 2016-cı il tarixli Çıxarışın, habelə Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, 84 saylı evin 59 saylı mənzili üzrə 14 iyun 2017-cı il tarixli Çıxarışın, eləcə də Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsi üzrə Cavabdeh2 adına verilmiş 14 oktyabr 2021-ci il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, 30 iyul 2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 32 saylı evin 43 saylı mənzilini hədiyyə alan Cavabdeh3 mülkiy yətinə vermişdir. Həmin mənzil üzrə Cavabdeh3 adına 18 akvqust 2015-ci il tarixli Çıxarış verilmişdir. 20 avqust 2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 32 saylı evin 43 saylı mənzilini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişdir. Həmin mənzil üzrə Cavabdeh2 adına 01 oktyabr 2016-cı il tarixli Çıxarış verilmişdir. 11 iyun 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi 84 saylı evin 59 saylı mənzilinin ona aid olan ½ hissəsini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişdir. Qeyd olunan mənzilin ½ hissəsi üzrə Cavabdeh2 adına 14 iyun 2017-cı il tarixli Çıxarış verilmişdir. 06 oktyabr 2021-ci il tarixli bağışlama müqaviləsin ə əsasən hədiyyə verən Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişdir. Həmin bağ sahəsi üzrə Cavabdeh2 adına 14 oktyabr 2021-ci il tarixli Çıxarış verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2(005)1833/2022 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbləri bağışlama müqavilələrinin etibarsızlığı ilə bağlı olduğundan, müqavilələrin, ümumilikdə isə əqdlərin bağlanması və etibarsızlığı ilə bağlı qanunvericilik müddəalarının təhlilinin aparılması və bu konteksdə mübahisələndirilən bağışlama müqavilələrinə hüquqi qiymətin verilməsi zəruridir. Odur ki, bağ ışlanma müqavilələrinin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulması halı məhkəmə tərəfindən araşdırılmış, belə bir hüquq pozuntusunun olması aşkar edilməmiş, eyni zamanda iddiaçı tərəfindən sübut edilməmişdir. Bundan başqa məhkəmə iddianı rədd edərkən, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmadığını da qeyd etmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 331.1, 337.1, 339, 354.2, 666.1, 668.1, 667-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəllənin 337, 339.6 və 354-cü maddələrinin əlaqəli şəkildə ş ərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apelyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının bağışlama müqavilələrini mübahisələndirmək üçün subyektiv hüququnun olmağını qeyd etməklə qanuni qüvvəyə minmiş Bakı Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsinə əsasən gələcəkdə Cavabdeh1 əmlakının açıq hərracda satılması və satış pulundan iddiaçının xeyrinə 52.862,8 manat pulun tutulmasına mane olmuş, bununla da iddiaçının Mülki Prosesesual Məcəllənin 4.1-ci maddəsində nəzərdə tutulmuş qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirməyə mane olmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi dövlət hakimiyyəti və vəzifəli şəxsləri üçün məcburi olduğu halda, birinci instansiya məhkəməsi qeyd olunan məcburiyyəti “heçə sayaraq” Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi il ə ziddiyyət təşkil edən hazırki iş üzrə mübahisəli qətnaməni qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının bağışlama müqavilələrini mübahisələndirmək üçün subyektiv hüququnun olduğunu aydınlaşdırmamışdır. Belə ki, iddiaçının xeyrinə olan qanuni qüvvəyə minmiş və ya gələcəkdə qanuni qüvvəyə minəcək məhkəmə aktının icrasından yayınmaq üçün Cavabdeh1 bağışlama müqavilələri bağlaması ilə həmin müqavilələrin maraqlı şəxs olan iddiaçı tərəfindən mübahisələndirilməsi üçün zərurət meydana gəlir və beləliklə, iddiaçının subyektiv hüququ olduğu sübut edilir. Birinci instansiya məhkəməsi bağışlama müqavilələrinin bağl anması zamanı qanunvericiliyin tələblərinin pozulduğu, eyni zamanda belə bir hüquq pozuntusunun olmasının iddiaçı tərəfindən sübut edildiyi halda, bu sübutları pərdələyərək tamamilə zidd qənaətə gəlmiş, bununla da iddiaçının xeyrinə olan qanuni qüvvəyə minmiş və ya gələcəkdə qanuni qüvvəyə minəcək məhkəmə aktının icrasından yayınmaq məqsədilə cavabdehin əmlakını bağışlamasını qanuni hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 2(103)544/2023 saylı qətnaməsi ilə (hakimlər C.Musayeva sədrlik edən, məruzəçi, M.Məmmədov və R.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2(005)-1833/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlillə ri ilə əlaqədar Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının “məhkəmə aktının icrasından yayınmaq məqsədilə cavabdehlərin mübahisəli bağışlama müqaviləri bağlamasına, bununla da onun tərəf olduğu mülki iş üzrə çıxarılmış məhkəmə aktının icrasına olan hüququnun pozulmasına” dair irəli sürdüyü dəlili heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Halbuki, işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilm əsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri saymışdır ki, mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsinin, iddia tələbinin bağışlama müqavilələrinin etibarsızlığı ilə bağlı olduğundan həmin müqavilələrə hüquqi qiymətin verilməsinin zəruri olmasına dair sərgilədiyi mövge isə yalnışdır. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən ilk növbədə iddia qaldırmış şə xsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı, iddiaçının iddia tələbi üzrə subyektiv hüquqa malik olmaması öz təsdiqini tapdığı təqdirdə isə hüquqi dəyərləndirməni artıq bitirməlidir, çünki işin həlli üçün bunun heç bir əhəmiyyəti yoxdur Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 337.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəki l) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyi 21 sentyabr 2021-ci il tarixdən 15 gün sonra Cavabdeh1 mübahisəli əmlaka dair 06 oktyabr 2021-ci il tarixli bağışlama müqaviləsi bağlayıb. Bağışlama müqaviləsi sözügedən qətnamənin icrasından yayınmaq məqsədi ilə bağlanıb. Bu səbəbdən də sözügedən əmlaklara dair bağlanmış bağışlama müqavilələri etibarsız əqdlərdir. Cavabdeh1 09 sentyabr 2022-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında bağışlama müqavilələrinin bağlanmasının əsl səbəbinin onun iki b öyük qızının üç əmlak üzrə vərəsə olmamalarını təmin etmək olduğunu- söyləməklə dolayısı yolla həmin bağışlama müqavilələrinin etibarsız əqdlər olduğunu ifadə etmiş və bununla da əslində iddianın əsası olan halları qismən etiraf etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırki mülki iş üzrə subyektiv hüququnun olmadığına dair yanlış qənaətə gəlmişdir. Belə ki, iddiaçının hazırki mülki iş üzrə subyektiv hüququnun, o cümlədən öz hərəkətlərinə hüquqi ixtiyarın əsasını Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsi təşkil edir. Qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qətnaməsinin icrası dövlət hakimiyyət orqanları və vəzifəli şəxsləri üçün məcburi olduğu halda, apellyasiya instansiyası məhkəməsi qeyd olunan məcburiyyəti “heçə sayaraq”, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız dır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsi z, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y- nın 40 saylı, 0,12 ha bağ torpaq sahəsinə münasibətdə istisna olmaqla, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bu hissə də əlavə araşdırma aparmağa lüzum görmür. Belə ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsi ilə “mənzildən Cavabdeh1 tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də onun tərəfindən yararsız yala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq cəmi 52.862,80 manat pul vəsaiti borclu Cavabdeh1 tutulub kreditor İddiaçı verilməlidir. Hazırda iddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nikahda olmaqla ər-arvad olduqlarını, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün borclu Cavabdeh1 bağışlama müqavilələrinə əsasən mübahisəli əmlaklarda olan paylarını arvadı Cavabdeh2 bağışladığını, həmin müqavilələrin uydurma əqdlər olmaqla hüquqi nəticələr yaratmaq niyyəti olmadan yal nız görünüş üçün bağlandığını göstərib, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 32 saylı evin 43 saylı mənzilinə dair borclu Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli; həmin mənzilə dair sonuncu ilə Cavabdeh2 arasında bağlanmış 20 avqust 2016-cı il tarixli; Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi 84 saylı evin 59 saylı mənzilinin ½ hissəsinə dair borclu Cavabdeh1lə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2017-ci il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsini, habelə Reyestr Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 32 saylı evin 43 saylı mənzilinə dair Cavabdeh3 adına verilmiş 18 avqust 2015-ci il tarixli; həmin mənzilə dair Cavabdeh2 adına verilmiş 01 oktyabr 2016-cı il tarixli və Bakı şə həri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, 84 saylı evin 59 saylı mənzilinə dair sonuncunun adına verilmiş 14 iyun 2017-cı il tarixli Çıxarışların ləğv edilməsini iddia edir. Göründüyü kimi, sözügedən daşınaz əmlaklara dair bağışlama müqavilələri qununi qüvvəyə minmiş məhkəmə aktından əvvəlki tarixlərdə bağlanıb və Cavabdeh1 iddiaçının xeyrinə 52.862,80 manat pulun tutulmasına dair məhkəmə aktı isə bağışlama müqavilələrinin bağlanmasından xeyli sonra qəbul edilib. Ona görə də kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin bu hissədə dəllilərini əsassız hesab edir və belə qənatə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Digər, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y- nın 40 saylı, 0, 12 ha bağ-torpaq sahəsinə dair borclu Cavabdeh1lə arvadı Cavabdeh2 arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin bağ-torpaq sahəsinə dair sonuncunun adına verilmiş 14 oktyabr 2021-ci il tarixli Çıxarışın ləğv edilməsi tələbinə gəlincə isə, kassasiya instansiyası məhkəməsi hesab edir ki, bu hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Əvvəla, işin mübahisə olunmayan hallarına görə, borclu Cavabdeh1 iddiaçının xeyrinə 52.862,80 manat pulun tutulmasına dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən 15 gün sonra borclu Cavabdeh1 sözügedən bağ-torpaq sahəsini arvadı Cavabdeh2 bağışlayıb. Apellyasiya instansiyası məhkəməs i, Mülki Məcəllənin 337.2-ci maddəsinin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etsə də, həmin normanın təfsirində səhvə yol verib. Belə ki, sözügedən norma müqavilə üzrə tərəf olmayan şəxslərə də müqaviləni mübahisələndirmək hüququ verir və nəzərə alınmalıdır ki, müqavilə əqddir, bəzi hallarda əqdin tərəfi olmayan şəxsin də əqdi mübahisələndirmək hüququ vardır. Lakin, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o, halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; vəzifənin icrasını çətinləşdirə bilər. Əqdin, şəxsin hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunub- toxunmadığını müəyyən edərkən ilk növbədə əqdin yaratdığı nəticə əsas götürülməlidir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə üç yerə bölünür: hüquq münasibəti əmələ gəlir; hüquq münasibəti dəyişir və hüquq münasibəti xitam olunur. Eyni zamanda əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna üç element daxildir: münasibətin subyekti; münasibətin obyekti və münasibətin məzmunu. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan üç elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar- əqdin əmələ gətirdiyi, dəyi şdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır. Apellyasiya instansiyası məhkəməsi qətnamədə, sözügedən hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç birinin iddiaçıya aidiyyətinin olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, işin mübahisə olunmayan hallarına görə sözügedən bağışlama müqaviləsi üzrə tərəflər ər-arvaddırlar və qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən borclu Cavabdeh1 kreditor İddiaçı 52.862,80 manat pul ödəməlidir. Göründüyü kimi, borclu Cavabdeh1 sözügedən əmlakını satıb kreditor İddiaçı olan borcunu ödəmək əvəzinə, yuxarıda qeyd olunan qətnamənin qanuni qüvvəyə minməsindən dərhal, yəni 15 gün sonra məhkəmə aktının icrasından yayınmaq ü çün açıqaşkar uydurma əqd bağlayaraq mübahisəli bağ-torpaq sahəsini öz arvadı Cavabdeh2 adına keçirib. Halbuki, Mülki Məcəllənin 340.1-ci maddəsinin mənasına görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünür üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.3-cü maddəsində göstərilir ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hazırki halda, sadalanan normaların tələbləri baxımından sözügedən əqdin uydurma əqd olmaqla, iddiaçının qanuni mənafeyinə toxunması mülki iş materi alları ilə istisna edilmir. Belə ki, borclu Cavabdeh1 qanuni qüvvəyə minmiş məhkəmə aktını icra edərək 52.862,80 manat pul vəsaitini iddiaçıya ödəmək öhdəliyi vardır və o, bu öhdəlikdən yayınmaq üçün həmin qətnamənin qanuni qüvvəyə minməsindən dərhal sonra mübahisəli bağ-torpaq sahəsini bağışlama müqaviləsi üzrə arvadı Cavabdeh2 adına keçirib. Bütün bunlar isə iddiaçının sözügedən bağışlama müqaviləsinin etibarsızlığını tələb etmək üçün müvafiq subyektiv hüquqa malik olmadığı nəticəsinə gəlməyə əsas vermir. Çünki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüqu qi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki Proses sual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bununla yanaşı, nəzərə alınmalıdır ki, hər hansı fiziki və ya hüquqi şəxslər digər şəxslərə yaranmış əmlak öhdəliklərini yerinə yetirməkdən yayınmaq və ya ödənilməsinə maneələr yaratmaq məqsədilə uydurma əqdlər tərtib edərək, əmlaklarını üçüncü şəxslərin adına qeydə alınmasına nail ola bilərlər. Belə olan halda həmin şəxslərin kreditorlarının qanuni mənafelərinin müdafiə edilməsi üçün onların qeyd olunan əqdlərin əhəmiyyətsiz olduğunun məhkəmə qaydasında təsbit edilməsini tələb etməklə bağlı subyektiv hüquqları tanınmalıdır. Sözsüz ki, bu yanaşma kreditorların borcluların öz əmlaklarına dair istənilən sərəncamları barədə və istənilən əsaslarla mücərrəd mübahisə etməklə bağlı geniş imkanı kimi başa düşülməməlidir. Lakin, əgər kreditor borclunun ona olan borcunu ödəməkdən yayınmaq və ya ödənilməsinə maneələr yaratmaq üçün uydurma əqdlərlə özünə məxsus əmlakları özgəninkiləşdirdiyinə əsaslanaraq həmin əqdlərin etibarsızlığı barədə tələb irəli sürürlərsə məhkəmə iddiaçının bununla bağlı subyektiv hüquqa malik olmaması əsası ilə iddianı rədd edə bilməz. Həmçinin, bu əsaslarla iddianın irəli sürülməsinə subyektiv hüququn tanınması da həmin iddiaların birmənalı təmin olunması mənasına gələ bilməz. Həmin iddiaların təmin olunması üçün ilk növbədə həqiqətən də cavabdehin iddiaçı qarşısında əmlak öhdəliyinin olduğu barə də ilkin qənaətə gəlməyə imkan verən mötəbər sübutlar olmalı və cavabdehin məhz öhdəliklərini yerinə yetirməkdən yayınmaq və ya buna maneələr yaratmaq məqsədilə öz əmlaklarını üçüncü şəxslərin adına keçirmək üçün uydurma əqd bağladığı sübuta yetirilməlidir. Hazırki işdə də iddiaçı məhz tələbini borclu Cavabdeh1 tərəfindən ona qarşı irəli sürülmüş və barəsində məhkəmə aktları qəbul edilmiş 52.862,80 manat pul vəsaitinin ödənilməsini çətinləşdirmək üçün uydurma əqd əsasında mübahisəli bağ-torpaq sahəsini arvadı Cavabdeh2 bağışladığı ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, işə əlavə edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət vermədən, yalnız cavabdeh tərəfin formal mülahizələrinə əsaslanaraq etibarsızlığı tələb olunan bağışlama müqaviləsinin uydurma əqd olmadığı və həmin müqavilənin iddiaçının hər hansı qanuni mənafeyinə toxunmadığı, başqa sözlə hazırki tələbi irəli sürmək üçün iddiaçının müvafiq subyektiv hüquqa malik olmadığına dair işin halları barədə səhv nəticəyə gəlib. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilmə li, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- mübahisəli bağ-torpaq sahəsinə aid hissədə ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 2(103)-544/2023 saylı qətnaməsi qismən- iddianın X bağ sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 1 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisində bağlanmış, X saylı reyestrdə qeyd edilmiş 06 oktyabr 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin, həmin bağ sahəsinə dair Cavabdeh2 adına verilmiş 14 oktyabr 2021-ci il tarixli Çıxarışın ləğv edilməsinin rədd edilməsi hissələrində ləğv edilsin, mülki iş həmin hissələrdə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar