Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1906/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinə, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-******/21 (Açar sözlər: əqdin etibarsızlığı, işə mülki məhkəmə icraatı qaydasında baxılmasının yolverilməzliyi) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil1, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin nümayəndəsi X4 və Cavabdeh2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-*****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikası X7 Komitəsinə və Cavabdeh2 qarşı “əqdin etibarsızlığı və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 230,8 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası X7 Komitəsi tərəfindən təşkil edilmiş hərracın nəticələrinin, xx xxxx 2019-cu il tarixli hərrac protokolunun, həmin qeyri-yaşayış sahəsinin xx xxxx 2019-cu il tarixli ******** sa ylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına mübahisəli qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyatı və sonuncuya verilmiş xx xxxx 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, həmçinin dəyişdirilmə barədə ərizədə Cavabdeh3 MMC-ni də cavabdeh qismində göstərərək, ünvan 2 ünvanında yerləşən 230,8 kv.m qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi ilə əlaqədar xx xxxxxx 2016-cı il tarixli auditor rəyinin, həmin qeyriyaşayış sahəsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası X7 Komitəsi tərəfindən təşkil edilmiş hərracın nəticələrinin, xx xxxx 2019cu il tarixli hərrac protokolunun, həmin qeyri-yaşayış sahəsinin xx xxxx 2019-cu i l tarixli ******** saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına mübahisəli qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyatının və sonuncuya verilmiş xx xxxx 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında binanın zirzəmisində yerləşən 230,8 kv.m olan qeyri-yaşayış sahəsi 1995-ci il tarixdən icarə müqaviləsi əsasında onun istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsinin təmirinə onun tərəfindən külli miqdarda vəsait xərclənmişdir. O, dəfələrlə qeyri-yaşayış sahəsini icarəyə verən cavabdeh Azərbaycan Respublikası X7 Komitəsinə özəlləşdirmə ilə bağlı müraciət etsə də, cava bdeh tərəfindən bununla əlaqədar hər hansı rəsmi hərəkətlər edilməmişdir. 2016-cı ildə cavabdehin əməkdaşlarından biri telefon vasitəsilə onun icarəsində olan qeyri-yaşayış sahəsinin 230.000 manata dəyərləndirildiyini qeyri-rəsmi olaraq ona bildirmişdir. O, bu rəqəmlə razılaşmadığını həmin əməkdaşa bəyan etmişdir. Bundan sonra baş verən proseslərdən cavabdeh Azərbaycan Respublikası X7 Komitəsi ona qarşı iddia ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edənə qədər xəbəri olmamışdır. Səbail Rayon Məhkəməsində iddiaçının qeyri-yaşayış sahəsindən çıxarılması barədə iddia tələbləri üzrə mülki işə baxılarkən iddiaçıya məlum olmuşdur ki, iddiaçının icarəsində olan qeyri-yaşayış sahəsi digər Cavabdeh2 hərrac vasitəsilə satılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)****/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası X7 Komitəsinin iddiası təmin olunmamışdır. Cavabdeh Azərbaycan Respublikası X7 Komitəsi tərəfindən mübahisəli qeyri-yaşayış sahəsi rəsmi olaraq heç bir vaxt ona təklif olunmamışdır. Bununla əlaqədar hər hansı rəsmi sənəd mövcud deyildir. Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinin 100 faiz dəyərinin 230.000 manat dəyərində müəyyən edilməsini təsdiq edən hər hansı rəsmi sənəd də ona təqdim etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-****/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbində iddiaçının onun üstün lük hüququnun təmin edilməməsi ilə bağlı dəlilinə qiymət verərək belə hesab edir ki, dəlil əsassızdır. “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1ci bəndinə görə də icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının X7 Komitəsi arasında alğı-satqı müqaviləsi bağlanılır. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alğı-satqı müqaviləsi bağlamadıqda obyekt Azərbaycan Respublikasının X7 Komitəsi tərəf indən “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirilir. Yuxarıda qeyd olunan qanunvericilik normasına əsaslanaraq məhkəmə belə hesab edir ki, iddiaçı ilk olaraq iddia ərizəsində özünün də qeyd etdiyi kimi telefon vasitəsilə məlumatlandırılmışdır. Daha sonra iş materiallarına əlavə olunan xx xxxxxx 2016-cı il tarixli məktub Azərbaycan Respublikası X7 Komitəsi tərəfindən onun ünvanına göndərilmişdir. İddiaçı əmlakın qiyməti ilə razı olmadığına görə əmlakı almaqla bağlı hər hansı iradə ifadəsini bildirməmişsusmuşdur. Tərəflər arasında icarə münasibətlərinin bitməsindən sonra o, qeyd edilən əmlakla bağlı hər hansı icarə haqqı ödəməmiş, aidiyyəti quruma əmlakla bağlı müraciətlər etməmişdir. Eyni zamanda, əmlakın ona nəyin əsasında 230.000 manata təkli f olunmasını və bu qiyməti hər hansı qaydada mübahisələndirməmişdir. Daha sonra məhkəmə hesab edir ki, iddiaçıya telefon vasitəsilə məlumat verilən zaman ona icarəsində olduğu əmlakın özəlləşdirilməsi ilə bağlı sərəncamın mövcud olması aydın olmuş və iddiaçı yenə də bu sərəncamı hər hansı qaydada mübahisələndirməmişdir. Mübahisələndirilən əmlak yalnız xx xxxxx 2017- ci il tarixdə ilk olaraq hərraca çıxarılmışdır. İddiaçının iddia etdiyi kimi pozulmuş hüquqlarının bərpası ilə bağlı müvafiq qurumlara müraciət etməsi üçün kifayət qədər vaxtı olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı yalnız ünvanına məktub göndərilməklə məlumatlandırılmış olsa idi məktubun ona çatmaması ethimal edilsə iddiaçının istinad etdiyi əsaslar haqlı olardı. Lakin iş materiallarından da göründüyü kimi iddiaçı həm də telefon vasitəsi ilə məlumatlandırılmış və o ona təklif olunan qiymətlə bağlı narazıçılığını da ifadə etmişdir. İddiaçı ərizəsində əmlakla bağlı qiymətləndirməni mübahisələndirir və qeyd edir ki, qiymətləndirmə qanunauyğun keçirilməmişdir, qeyd olunan əmlak iddiaçının istifadəsində olmasına baxmayaraq qiymətləndirmə keçirilən zaman qiymətləndiricilərin əmlaka baxış keçirmədən qiymətləndirməni aparması qanunauyğun olmamışdır. Məhkəmə qeyd edilən dəlilə qiymət verərək belə hesab edir ki, mübahisələndirilən dövr üçün əmlakın balans saxlayıcısı Dövlət olmuşdur. Dövlət qurumu tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq əmlakın qiymətləndirilməsi həyata keçirilmiş, iddiaçının üstünlük hüququ təmin olunaraq əmlak ilkin olaraq ona təklif olunmuş, qeyd olunan dövlət qurumu tərəfind ən iddiaçı ilə alğısatqı müqaviləsinin bir nüsxəsi də hazırlanmış, hətta həmin qurumun rəhbərliyi tərəfindən imza da edilmişdir. Lakin iddiaçı ona təklif edilən qiymətlə razı olmadığı üçün əmlakın alqı-satqısı baş tutmamışdır. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, mülkiyyətçi ona mənsub olan əmlakdan istədiyi qaydada (qanuna zidd olmamaq şərti ilə) istifadə etməsi və əmlakla bağlı sərəncamlar verməsi onun qanunla qorunan mənafeyidir və mülkiyyətçi əmlakını istədiyi qiymətə realizə etməkdə haqlıdır. Hazırkı iş üzrə iddiaçı tərəf əmlakın qanunvericiliyin tələblərinə uyğun olaraq 100% dəyəri ilə icarəçiyə təklif olunmalı olduğu halda daha yüksək qiymətlə təklif olunmasının qanunsuz olması ilə bağlı iddiasına nəzərən məhkəmə qeyd edir ki, bu hala aydınlıq gətirilməsi üçün “Azərbaycan R espublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4-cü maddəsinin mətninə nəzər salınmalıdır. Beləliklə qeyd edilən sənəddə deyilir ki, icarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla X7 Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. Qeyd edilən mətndə əmlakın 100% dəyəri dedikdə əmlakın bütövlükdə, yəni hansısa payının və ya bir hissəsinin təklif olunması deyil 100% təklif olunması nəzərdə tutulur. Bu müddəanın əmlakın qiyməti ilə bağlı hansısa məhdudiyyəti təsbit etməsi qanunvericiliy in digər normaları ilə ziddiyət yaratmaqla bərabər mülkiyyətçinin hüquqlarının pozulmasıma gətirib çıxarardı ki, bu da mümkünsüzdür. Beləliklə iddiaçının əmlakın ona yüksək qiymətə təklif edilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə hesab edir ki, yuxarıda da qeyd olunan kimi o qiymətlə bağlı vaxtında mübahisə açmalı, müvafiq quruma müraciət etməli, özünə uyğun qiyməti aidiyyəti quruma təklif etməli idi. İddiaçı bunu etməmiş və daha sonra əmlakın hərracda qat-qat aşağı qiymətə satışa çıxarılması prosesində belə əmlakı əldə etməklə bağlı hər hansı hərəkətlər etməmişdir. Məhkəmə hesab edir ki, hərrac açıq şəkildə təşkil olunmuşdur və 5-ci hərracdan sonra əmlakın qiyməti iddiaçının hazırkı məhkəmə prosesinə təqdim etdiyi qiymətləndirmə rəyində əks olunan qiymətə yaxın realizə edilmişdir. E yni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nda ilkin olaraq icarəçiyə təklif olunan əmlakın onun tərəfindən alınmaması səbəbilə hərraca çıxarılmasından sonra baş verən proseslər barədə icarəçiyə məlumat vermək öhdəliyi nəzərdə tutulmamışdır və hərraclar barədə icarəçinin məlumatlı olub-olmaması da fərqli nəticəyə gəlmək üçün hər hansı əhəmiyyət kəsb etmir. Ümumiyyətlə qeyd olunmalıdır ki, hərrac açıq keçirilmiş və icarədə olmuş Dövlət əmlakı hərraca çıxarıldıqdan sonra hərracda əmlakın qiymətinin aşağı düşməsi barədə icarəçiyə məlumat verilməli olması iddiasının məntiqi mövcud deyildir; çünki əmlakın hərraca çıxarılması onun hərracda i ştirak edən istənilən şəxs tərəfindən alına biləcəyi mənasına gəlir; beh ödəyərək hərraca qatılan şəxsin özünə münasib hesab etdiyi qiymətlə əmlakı almaq iradəsini ifadə etdikdən sonra bununla bağlı icarəçiyə məlumat verilməli olması isə hərrac institutunun mahiyyətinə uyğun hesab oluna bilməz. Məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsi dövlət əmlakının özəlləşdirilməsi və hərraclar vasitəsi ilə satılması qaydalarına uyğun olaraq hərraca çıxarılmış və satılmışdır. Hərrac zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş və əmlak qanuni əsaslarla alğı-satqı müqaviləsi əsasında hərracın qalibi Cavabdeh2 satılmışdır. Odur ki, iddiaçının bu dəlilləri hərracın etibarsız hesab edilməsi üçün əsas deyildir. Məhkəmə iddia tələbinin “mübahisəli qeyri-ya şayış sahəsinin xx xxxx 2019-cu il tarixli ******** saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də əsassızdır və rədd edilməlidir. Belə ki, müqavilənin bağlanmasına əsas olmuş hal Cavabdeh2 əmlakı hərracdan alması olmuşdur. Nə qədər ki, yuxarıda qeyd olunduğu kimi hərrac qanunauyğun olaraq keçirilmişdir və müqavilənin etibarsızlığı üçün qanunvericilikdə nəzərdə tutulan hallar məhkəmə tərəfindən aşkar edilməmişdir, iddia tələbi bu hissədə təmin oluna bilməz. Məhkəmə həmçinin iddia tələbinin “Cavabdeh2 adına mübahisəli qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyatı və sonuncuya verilmiş xx xxxx 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi”nə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi h əmin hissədə də əsassızdır. Ona görə ki, Cavabdeh2 adına verilmiş çıxarış törəmə hüquq münasibəti olub, mübahisəli qeyri-yaşayış sahəsinə dair bağlanmış xx xxxx 2019-cu il tarixli alğı-satqı müqaviləsindən törənmişdir. Alğı-satqı müqaviləsi isə qanuni olduğundan, bununla da alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilməli olduğundan, iddianın mübahisəli qeyriyaşayış sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsinə dair hissəsi də əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndi və Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 88, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ziya Şirinov - sədrlik edən və məruzəçi, Fuad Talışinski, Rafael Eyvazov) 2(103)-*****/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)400/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, ƏMDK mübahisəli qeyri-yaşayış sahəsinin özəl ləşdirilməsi zamanı ilkin olaraq əmlak 100% dəyəri ilə icarəçi İddiaçı təklif edərək (həm telefon vasitəsilə, həm də rəsmi qaydada), öz üzərinə düşən vəzifələri lazımınca icra etmişdir. İddiaçı, həmçinin bildirir ki, mübahisəli əmlakın qiymətləndirməsi qanunauyğun keçirilməmiş, onun istifadəsində olmasına baxmayaraq, qiymətləndirmə əmlaka baxış keçirilmədən aparılmış və düzgün olmayan qiymət müəyyən edilmişdir. Kollegiya, iddiaçının bu dəlilini də əsaslı saymır. Ona görə ki, mübahisələndirilən dövr üçün əmlakın balans saxlayıcısı dövlət olmuş və müvafiq dövlət qurumunun sifarişi əsasında əmlak Cavabdeh3 MMC-nin auditor rəyinə əsasən 230.000 manat məbləğində qiymətləndirilmişdir. Göründüyü kimi, mülkiyyətçinin özünə məxsus olan əmlakdan istədiyi qaydada (qanuna zidd olmamaq şərti ilə) istif adə etməsi və əmlakla bağlı sərəncamlar verməsi onun qanunla qorunan mənafeyidir. Bu hal isə ona dəlalət edir ki, mülkiyyətçi əmlakını istədiyi qiymətə realizə etməkdə haqlıdır. Kollegiya, həmçinin vurğulayır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xa rakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam ve rmək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür.” Hazırkı işin halları baxmından isə, mülkiyyətçinin sərəncam vermək səlahiyyətinin məhdudlaşdırılması üçün qanunla nəzərdə tutulan əsaslardan heç biri mövcud deyil. Odur ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlillər i İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin mübahisəli və mübahisələndirilməyən hallarını düzgün fərqləndirməmiş, mübahisələndirilən halların nədən ibarət olduğunu müəyyən etmədən, onları işin mübahisəsiz halları kimi nəzərdən keçirmişdir. Məsələn, apelyasiya instansiyası məhkəməsi, xx xxxxxx 2016-cı il tarixdə Əmlak Komitəsindən çıxması qeyd edilən bildirişin İddiaçı göndərilməsini və sonuncuya çatmasını təsdiq edən hər hansı sənədin (poçt qəbzinin) - sübutun təqdim edilməməsinə baxmayaraq, həmin bildirişə istinad etmişdir. Məhk əməyə dəfələrlə həmin bildirişin ona göndərilməməsini və onun həmin bildirişi almadığını bildirsə də, məhkəmə cavabdehdən bu halları təsdiq edən sübutların məhkəməyə təqdim edilməsini tələb etməmiş, cavabdeh Əmlak Komitəsi isə bu sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərdən əlavə, apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mübahisəli daşınmaz əmlakın qiymətləndirilməsi zamanı icarəçi olan o, dəvət edilməmiş, ona bu barədə hər hansı rəsmi məlumat verilməmişdir. İş üzrə qiymətləndirməni həyata keçirmiş cavabdeh “X10'” MMC-nin səlahiyyətli nümayəndəsi məhkəməyə qiymətləndirmə ilə əlaqədar əmlaka yerində baxış protokolunu, qiymətləndirmə zamanı istifadə edilən digər sənədləri təqdim edə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi də diqqət yetirməmişdir ki, daşınmaz əmlaka baxış keçirilmədən onun obyektiv qiymətləndirilməsindən söhbət gedə bilməz. Daşınmaz əmlakın açarları isə həmin vaxt ona sahiblik edən onda olmuşdur. Qəribədir, apelyasiya instansiyası məhkəməsi işdə qiymətləndirmə ilə bağlı bildirişin və qeyd edilən Sərəncamın rəsmi qaydada İddiaçı təqdim edilməsini təsdiq edən heç bir sənəd olmadığına da diqqət etməmişdir. Halbuki, hər hansı rəsmi sənədi, o cümlədən qərar və sərəncamı rəsmi qaydada almadan onun mübahisələndirilməsi mümkün deyildir. Telefon vasitəsilə hər hansı məlumatın verilməsi isə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən sənədin və ya aktın rəsmi qaydada təqdim edilməsi kimi qəbul edilə bilməz. Məhkəmə araşdırmaları zamanı hakim tərəfindən tələb edilməsinə baxmayaraq, yuxarıda qeyd olunan Sərəncamın əsli və ya təsdiq edil miş surəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin qeyd etdiyi lakin iş materiallarında olmayan Sərəncamın cavabdehin nümayəndəsi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə qəbul edildiyi bildirilmişdir. Yəni bu tarixə kimi özəlləşdirmə barədə hər hansı bir sərəncam olmamışdır. Belə olduğu təqdirdə iş materiallarında olan xx.xx.2016-cı il tarixli qiymətləndirmə barədə müqavilə və audit rəyinin hansı əsaslarla rəsmiləşdirildiyi anlaşılan deyildir. Məhkəmə diqqət yetirməmişdir ki, həmin əmlakla bağlı guya onunla bağlanılması nəzərdə tutulan və cavabdeh tərəfindən tərtib edilərək, imzalanmış alqı-satqı müqaviləsi xx.xx.2016-cı il tarixdə tərtib edilmişdir. Lakin, bununla bağlı bildiriş isə üzərində qeyd edildiyi kimi xx.xx.2016-cı ildə göndərilmişdir. Deməli, bildiriş xx.xx.2016-cı ildə göndər ildiyindən, onun xx.xx.2016-cı ildə tərtib edilmiş həmin müqavilədən, habelə xx.xx.2016-cı il tarixli Sərəncamdan və xx.xx.2016-cı il tarixli qiymətləndirmədən əvvəlcədən məlumatının olması mümkün deyildi. Məhkəmə isə məhz üzərindəki ştampda xx.xx.2016-cı il tarixdə göndərildiyi göstərilən bildirişin həqiqətən iddiaçıya göndərilməsini və ona çatmasını təsdiq edən sübutları cavabdehdən tələb etməmiş, cavabdeh isə qeyd edilən sənədləri məhkəməyə təqdim etməmişdir. Beləliklə, apelyasiva instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, ədalət mühakiməsi həyata keçirilməmiş və qanunsuz qətnamə çıxarılmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, və Cavabdeh3 MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X6 və Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onların izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzə rdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 230,8 kv.m. təşkil edən və Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olan qeyriyaşayış sahəsi X7 Komitəsi tərəfindən xidmət məqsədilə xx.xx.2016-cı il tarixədək İddiaçı icarəsinə verilmiş, bununla əlaqədar onunla Komitə arasında xx.xx.2016-cı il tarixli “Dövlət əmlakının (qeyriyaşayış sahəsinin) icarəyə verilməsi haqqında” icarə müqaviləsi bağlanmış, Dövlət Əmlak Komitəsinin xx.xx.2016-cı il tarixli sərəncamı ilə isə, əmlakın özəlləşdirilməsinə və onun 100% dəyəri ilə İddiaçı satın alınmaq üçün təklif edilməsinə qərar verilərək, xx.xx.2016-cı il tarixli icarə müqaviləsi qüvvədən düşmüş hesab olunmuşdur. Sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh3 MMC-nin xx.xx.2016-cı il tarixli auditor rəyinə əsasən, 230.000 manat məbləğində qiymətləndirilmiş, xx.xx.2016-cı il tarixdə İddiaçı əmlakı 100% dəyəri ilə alması təklif olunaraq 30 gün müddətində əmlakı almaqdan imtina edəcəyi, yaxud alqı-satqı müqaviləsi bağlamayacağı, habelə təklifə münasibət bildirməyəcəyi halda əmlakın hərraca çıxarılacağı bildirilmiş, İddiaçılə bağlanacaq müvafiq alqı-satqı müqaviləsi də hazırlanaraq, Komitənin səlahiyyətli şəxsi tərəfindən imzalanmışdır. Sözügedən qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən əldə edilmədiyindən 230.000 manat ilkin satış qiymətilə açıq hərraca çıxarı lmış, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 tərəfindən 115.000 manata alınaraq onunla müvafiq müqavilə bağlanmış və əmlak daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyata alınmışdır. Baxılan iddia tələbi üzrə cavabdeh qismində cəlb edilmiş Azərbaycan Respublikası X7 Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X7 Xidməti) inzibati orqandır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən həmin orqan inzbati orqanlar kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual M əcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli qərarına əsasən, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. X11 əsasən, Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçının hazırkı iş üzrə nəticələrini mübahisələndirdiyi hərrac Cavabdeh3 MMC tərəfindən keçirilmişdir. Bu cür hərracların keçirilməsi əsasları və qaydaları, onların satılmasının rəsmiləşdirilməsi publik hüquq münasibətlərinə aid olmaqla "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyriyaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarına; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnaməyə; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydalarına; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının (müəssisə və obyektlərinin) satılmasının rəsmiləşdirilməsi” Qaydalarına uyğun olaraq həyata keçirilir. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının özəlləşdirilməsi və hərrac vasitəsilə satılması) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. İş üzrə iddiaçı həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (hərracın nəticələrinin) qanunsuz o lduğunu iddia edir. Eyni zamanda iddiaçının etibarsızlığını tələb etdiyi mübahisəli torpaq sahəsinə dair digər inzibati orqan olan X7 Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X7 Xidməti) ilə bağlanmış alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş çıxarış da qanunvericiliyə əsasən özəlləşdirilən dövlət əmlakının hərracdan satılmasının rəsmiləşdirilməsi qaydalarına əsasən bağlandığı və ya tərtib edildiyi üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, xx xxxxx 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməs i üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslə r arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında b axılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). Həmin qərarın 15.4-cü bəndinə göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olu nması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, h abelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ü mumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin mülkiyyətə verilməsi ilə bağlı hərracların və onlrın hüquqi nəticələrinin mübahisələndirilməsinə dair iddiaların inzibati mübahisə olduğunu nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.2-ci maddəsinə əsasən izah edir ki, iddiaçı əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı lazımi sənədlərlə müvafiq icra hakimiyyəti orqanına müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(103)*****/2020 saylı qətnaməsi ləğv olunsun. İddiaçı cavabdehlər Azərbaycan Respublikası X7 Komitəsinə, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “əqdin etibarsızlığı və sair” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.