Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1907/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Sabunçu rayon İcra Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X4 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1919/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qətnaməsindən Cavab deh2 ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-470/2019 saylı, xx.xx.3019-cu il tarixli icra vərəqəsi ilə “Nikoyl” İKB ilə borclu İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, İddiaçı ümumilikdə 61.564,36 manat borc tutularaq, tutma X2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 110.*** manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə olunan pul vəsaiti hesabına İddi açı banka olan borcu ödənilməlidir;
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-35/2021 №-li iş üzrə verdiyi xx.xx.2021-ci il tarixli icra vərəqəsi ilə cavabdeh X2 hüquqi varisləri İddiaçı və X1 müştərək qaydada ümumilikdə 11037,20 manat "xxxx" ASC-yə ödənilməli, tutma X2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 59400 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, 11037,92 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-yə ödənilməli, satışdan əldə edilmiş vəsait artıq olarsa, artıq məbləğ cavabdehin hüquqi varislərinə qaytarılmalıdır;
4. Sabunçu rayon İcra Şöbəsi tərəfindən 7318-24948-3\4 №-li, xx.xx.2020-ci il tarixli məktub ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-470/2 019 saylı, xx.xx.2019cu il tarixli icra vərəqəsi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzilin ilkin satış qiyməti 110.*** manat müəyyən edilməklə açıq hərracdan satılması toplanmış materiallar "xxxx" MMC-yə göndərilmişdir;
5. Sabunçu rayon İcra Şöbəsi tərəfindən 1028-4171/-3 №-li, xx.xx.2022-ci il tarixli məktub ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-35/2021 №-li iş üzrə verdiyi xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzilin ilkin satış qiyməti 59400 manat dəyərində əmlakın hərrac vasitəsilə satılması üçün toplanmış materiallar Cavabdeh1 MMC-yə göndərilmişdir; 6. "xxxx" ASC-nin x x.xx.2022-ci il tarixli Sabunçu rayon İcra Şöbəsinə ünvanlanmış məktub ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsiin 2(008)-470/2019 saylı, xx.xx.3019-cu il tarixli qətnaməsində tərəf apellyasiya şikayəti verdiyindən icra hərəkətləri dayandırılmış, sonradan qətnamə dəyişdirilmədən saxlanılmışdır və bank hər iki icra vərəqəsinin icrasını təmin etmək üçün mənzilin açıq hərracda satılması üçün tədbir görülməsini xahiş etmişdir;
7. İlkin hərrac Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixə təyin edilmiş, bununla bağlı elan xx.xx.2022-ci il tarixində “Birjanyus” X3 dərc olunmuş, bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, ünvan 3 ünvanına bildiriş göndərilmiş, həmin bildiriş xx.xx.2022-ci il tarixdə “köçüb” qeydi ilə geri qaytarılmışdır.İlkin hərrac baş tutmamış, bu barədə Cavabde h1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. Təkrar hərrac 15% aşağı qiymətə, 50.490 manata xx.xx.2022-ci il tarixə təyin edilmiş, bununla bağlı elan xx.xx.2022-ci il tarixində “Birjanyus” X3 dərc olunmuş, bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixdə eyni ünvana bildiriş göndərilmiş, həmin bildirişin göndərilməsinə dair xx.xx.2022-ci il tarixli reyestr qovluğa əlavə edilmiş, lakin bildirişin iddiaçıya çatıb-çatmamasına dair məlumat qovluğa əlavə edilməmişdir. Təkrar hərrac baş tutmamış, bu barədə Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir;
8. Bundan sonra, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 MMC təkrar hərracdakı satış qiymətindən 25% aşağı 37867,5 manat satış qiyməti ilə mənzili almaq barədə Banka təklif göndərmiş, təklifin surəti iddiaçıya yenə eyni ünvana göndərilmiş, həmin təklifin göndərilməsinə dair xx.xx.2022-ci il tarixli reyestr qovluğa əlavə edilmiş, lakin təklifin iddiaçıya çatıb-çatmamasına dair məlumat qovluğa əlavə edilməmişdir;
9. Bank xx.xx.2022-ci il tarixli məktubunda təklifi qəbul etdiyini bildirmiş və mənzilin balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanmasını xahiş etmişdir;
10. Cavabdeh1 MMC-nin, Sabunçu rayon İcra Şöbəsinin və Cavabdeh2 ASC-nin iştirakı ilə tərtib edilmiş 148/22 №-li, xx.xx.2022-ci il tarixli X7 barədə Protokola əsasən mənzil tələbkar Cavabdeh2 ASC-yə 37867,5 manata satılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, mənzil 55 18 avqust 2022-ci ildə Cavabdeh2 ASC-nin adına qeydiyyata alınmışdır;
11. Bakı şəhəri Sabunç u rayon İcra Şöbəsi xx.xx.2023-cü il tarixdə borclulara xəbərdarlıq göndərmiş, evin satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi üçün qalıq borcu, yəni 34.734,72 manat borcu tələbkara ödəmək tələb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-35/2021 №-li, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən sifarişçi - Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsi, təşkilatçı - Cavabdeh1 MMC və tələbkar - Cavabdeh2 ASC tərəfindən tərtib edilmiş 148/22 №-li, 29 iyul 2022-ci il tarixli “X7 barədə” protokolun və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən B akı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzilin Cavabdeh2 ASC-nin adına ********** nömrə ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hərracın keçirilməsi zamanı hər iki mərhələdə bildirişlərin və məlumatların ipoteka qoyana (hüquqi varislərə) verilməməsi ilə yanaşı müddətlərin gözlənilməsində də qanunsuzluğa yol verilmişdir. Nə hərracın birinci, nə də ikinci mərhələsi ilə bağlı mülkiyyətçiyə heç bir məlumat verilməmiş, qeydiyyatda olduğu ünvana hər hansı bir bildiriş göndəri lməmiş, nə özü, nə də ailə üzvləri tərəfindən bu barədə hər hansı bir rəsmi məlumat alınmamışdır. Hərrac keçirilərkən hətta, daha öncədən – xx.xx.2021-ci il tarixdən iddiaçı Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olmaqla yaşayır, hərrac mərkəzindən əldə etdiyi birinci və təkrar hərracın keçirilməsi barədə bildirişlərin üzərində isə onun ünvanı ünvan 4min ünvan onun deyil, mərhum atasının qeydiyyatda olduğu ünvan olmuşdur. Hərracın keçiriləcəyi barədə məlumat almış olsaydı, istər hərracın birinci mərhələsində, istərsə də ikinci mərhələdə ipoteka predmetini hüquqi varis kimi elə özü əldə edə bilərdi. Bütün bu hallardan təşkil olunmuş hərracın qanunsuz şəkildə aparıldığı aşkar görünmüşdür. Nəticədə isə onun mülkiyyət hüququ əhəmiyyətli dərəcədə pozulmuşdur.
14. Cavabdeh2 ASC iddiaya et iraz və iddia müddətinin tətbiqi barədə ərizə verərək qeyd etmişdir ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Belə ki, hərracın nəticələri üzrə protokol xx.xx.2022-ci il tarixdə imzalanmış, iddiaçı isə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Halbuki, həmin kateqoriya iddialar üzrə iddia müddəti 1 il müəyyən edilmişdir.
15. Cavabdeh1 iddia tələbinə qarşı etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun Sabunçu Rayon Məhkəməsinin 2(008)-35/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən ünvanına müvafiq bildirişlərin göndərilməsi hərra cın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas olmamışdır.
16. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1137/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia təmin edilməmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hərrac təşkilatı hərracı bütün qaydalara riayət etməklə hərracı keçirmiş, lakin birinci hərraca dair bildiriş “köçüb” qeydi ilə geri qaytarıldıqdan sonra, sonrakı bildirişi və təklifi eyni ünvana göndərmiş, bu da bildirişlərin iddiaçıya çatdırılmaması ilə nəticələnmişdir və iddiaçı bu mövqeyindən çıxış edərək hesab etmişdir ki, hərracın nəticələri etibarsız hesab edilməlidir.
18. Lakin məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşmayaraq buna dair qeyd etm əyi zəruri hesab etmişdir ki, iddiaçı ünvanının dəyişdirilməsi barədə icra şöbəsinə məlumat verməli idi. Belə ki, iddiaçı qətnamə, evin hərraca çıxarılmalı olması barədə tam məlumatlı olmuş, iddiaçı bu zaman rəsmi birja məlumatlarını izləmək imkanına malik olmuşdur. Qeyd edildiyi kimi, hərracın keçirilməsi tərəflərə tək bilidiriş vasitəsilə deyil, eyni zamanda mediada və rəsmi internet saytında elan dərc etdirilməklə çatdırılır. Hazırki işdə hərrac təşkilatı icra vərəqəsində göstərilən ünvana bildirişlər göndərmişdir.
19. Birinci instansiya məhkəməsi Cavabdeh2 ASC tərəfindən iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə isə qeyd etmişdir ki, iddia müddəti cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Cavabdehin bu hüquqdan istifadə etməməsi o na qarşı irəli sürülən iddia tələbinə görə o, ümumi qaydada məsuliyyət daşıyır. Lakin hazırki mübahisədə cavabdeh ona qarşı irəli sürülən tələbə görə məsuliyyət daşımamış və onun həmin iddiadan müdafiə olunmasına zərurət yaranmamışdır.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 415.2, 416.1, 416.2-ci maddələrinə, Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 42.1, 42.3, 42.4, 42.6, 42.8, 43.7, 43.7-1, 43.8, 44-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 30 dekabr 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, təkrar hərrac 15% aşağı qiymətə xx.xx.2022-ci il tarixə təyin edilmiş, bununla bağlı elan xx.xx.2022-ci il tarixində yenə də “Birjanyus” X3 (mediyada və özünün internet saytında deyil) dərc olunmuş, bu barədə ona güya xx.xx.2022-ci il tarixdə eyni (qeydiyyatda olmadığı və yaşamadığı) ünvana bildiriş göndərilmiş, güya həmin bildirişin göndərilməsinə dair xx.xx.2022-ci il tarixli reyestr qovluğa əlavə edilmiş, lakin, bildirişin ona göndərilib-göndərilməməsi, o cümlədən çatıb-çatmam asına dair məlumat qovluğa əlavə edilməmişdir. Təkrar hərrac baş tutmamış, bu barədə Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli protokol tərtib edilsə də, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında 3 təqvim günü ərzində məlumat dərc etdirməmişdir. Həmçinin, ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə təkrar satış qiymətinin müəyyən edilməsi də düzgün olmamışdır. Çünki, 15 faiz aşağı olan qiymətlə icra sənədi üzrə tutulmalı məbləğ ödəniləcəyi təqdirdə qalan məbləğ hərracın keçirilməsi xərclərinin ödənilməsi üçün kifayət etməyəcəkdir. “İpoteka haqqında” qanunun 43.4-cü maddəsinə görə birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin qanunun 43.4-cü maddəsin ə görə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin qanunun 43.5-ci maddəsinə görə təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlay anların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bundan əlavə, mənzilin bazar qiyməti olduqca aşağı qiymətləndirilmiş, icra məmuru tərəfindən mənzilin orta bazar və likvid dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyi alınmamış, mənzilin ilkin satış qiyməti ilə razı olmamasına baxmayaraq. çox aşağı həddə qiymətləndirilmişdir ki, bu da bankın maraqlarına xidmət edir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 iyul 2024-cü il tarixli, 2(103)3988/2024 nömrəli qətnaməsi ilə (hakimlər: Azad İmanov-sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma i lə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin mövqeyinə görə, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinin mümkünlüyü bilavasitə bildirişin tələbkara və ya borcluya çatdırılması ilə şərtləndirilmir. Hazırkı işdə hərrac təşkilatı icra vərəqəsində göstərilən ünvana bildirişlər göndərmişdir. Qanunda tərəflərə bildirişin çatdırılmadığı təqdirdə hərrac təşkilatının mütləq şəkildə onların ünvanı barədə məlumatın əldə edilməsi kimi vəzifəsi nəzərdə tutulmamışdır.
25. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 319.5, 415.2, 416.1-ci, “İpoteka haqqında” Qanunun 1.0.9, 41.2, 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8, 43.5, 43.7, 43.8-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53.2, 61.1, 61.2, 62.2, 89-cu maddələrinə istinadla əsaslandırmışdır. c) Kass asiya instansiyası məhkəməsindəki birinci icraat
26. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti Mülki Məcəllənin 415.1, 415.2-ci, “İpoteka haqqında” Qanunun 42.1, 43.1, 43.2, 43.4, 43.5-ci, MPM-in 88, 106.1, 217.1, 217.2, 217.3, 217.4, 220.4 və 418-ci maddələrinə istinadən və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3649/2024 saylı, 20 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: Elşanə Vəliyeva, İspəndiyar Şəfiyev və Elşad Şamayev) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
29. Kassasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddəsinin tələblərinə əsasən, təkrar hərrac zamanı ipoteka qiymətinin 15% aşağı salınması və təkrar hərracdan sonra daha 25% aşağı qiymətlə ipoteka saxlayana təklif edilməsi bu şərtlə mümkündür ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
30. Daha sonra qeyd etmişdir ki, işdən göründüyü kimi, hərracda satılan ipoteka predmeti olan mənzil cavabdeh bankla bağlanmış 2 kredit müqaviləsi üzrə borcun təminatı olmuş və hər iki kredit mü qaviləsi üzrə məhkəmə qətnamələri əsasında icra vərəqələri verilmişdir. Eyni mənzilin ilkin satış qiyməti Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-470/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 110.*** manat, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-35/2021 №-li iş üzrə verdiyi xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən isə 59.400 manat müəyyən edilmiş, hər iki icra vərəqəsi icra edilməsi üçün Sabunçu rayon İcra Şöbəsinə göndərilmiş, birinci icra vərəqəsi üzrə xx.xx.2020-ci ildə ilkin satış qiyməti 110.*** manat olmaqla açıq hərracın keçirilməsi sifariş edilmiş, lakin onun nəticəsi barədə işdə hər hansı məlumat yoxdur. İkinci icra vərəqəsi üzrə isə mənzilin ilkin satış qiyməti 59.400 manat olmaqla xx.xx.2022-ci il tarixdə açıq hərracın keçirilməsi sifariş edilmiş və hərrac keçirilmişdir. 31. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Sabunçu rayon İcra Şöbəsinə ünvanlanmış məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-470/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində tərəf apellyasiya şikayəti verdiyindən icra hərəkətləri dayandırılmış, sonradan qətnamə dəyişdirilmədən saxlanılmışdır və bank hər iki icra vərəqəsinin icrasını təmin etmək üçün mənzilin açıq hərracda satılması üçün tədbir görülməsini xahiş etmişdir.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda qeyd edilən sənədlər iş materiallarında mövcud olsa da, məhkəmələr tərəfindən həmin sənədlər üzrə tam araşdırma aparılmamış və “İcra haqqında” Qanunun 54.1-ci maddəsinə əsasən icra qurumunda eyni borclu barəsində olan iki icra sənədinin ümumi icraatda birlə şdirilibbirləşdirilməməsi və hər iki icra sənədi üzrə ümumi borcun məbləği nəzərə alınmaqla mənzilin ilkin satış qiymətini birinci icra vərəqəsi üzrə müəyyən edilmiş 110.*** manatla deyil, ikinci icra vərəqəsi üzrə müəyyən edilmiş 59.400 manatla hərraca çıxarılmasının səbəbləri araşdırılmamış, həmçinin hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların (eyni ipotekasaxlayan olsa belə) tələblərinin ödənilməsi üçün kifayət qədər olmadığı halda, təkrar hərrac zamanı mənzilin ilkin satış qiyməti 15%, təkrar hərrac baş tutmadıqdan sonra isə daha 25% aşağı salınmış, bununla da “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddəsinin tələbləri pozulmuş, nəticədə borclu İddiaçı banka hələ 34.734,72 manat borcu ö dənilməmiş qalmışdır.
33. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən hərracın sifarişi və keçirilməsi zamanı yol verilmiş bu pozuntular ipoteka qoyanın və borclunun hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur.
34. Kassasiya kollegiyası hesab etmişdir ki, qeyd edilən halın aydınlaşdırılması üçün apellyasiya instansiya məhkəməsində təkrar araşdırma zamanı hər iki icra sənədi üzrə icra işi tələb edilərək yoxlanılmalı, yuxarıda qeyd edilən hüquqi məsələlər aydınlaşdırılmalı və iş üzrə ədalətli və obyektiv qərar qəbul edilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 iyul 2024-cü il tarixli, 2(103)3988/2024 nömrəli qətnaməsi ilə (hakimlər: Xəyal Sarıyev-sədrlik edən və məruzəçi, Fərrux Q asımov və Günay Axundova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1137/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilmiş, Sifarişçi - Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsi, təşkilatçı - Cavabdeh1 MMC və tələbkar - Cavabdeh2 ASC tərəfindən tərtib edilmiş 148/22 №-li, 29 iyul 2022-ci il tarixli “X7 barədə” protokol etibarsız hesab edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, mənzil 55 üzərində Cavabdeh2 ASC-nin mülkiyyət hüququna dair daşınmaz əmlakın reyestrində xx.xx.2022-ci il tarixində aparılmış qeydiyyat ləğv edilmiş, mənzilin alqı-satqısına dair ödənilmiş 37867,5 (otuz yeddi min səkkiz yü z altmış yeddi manat əlli qəpik) manat Cavabdeh2 ASC-yə qaytarılmaqla, mənzilin əvvəlki hüquqi statusu və borc öhdəliyi ilə bağlı əvvəlki hüquqi vəziyyət bərpa edilməsi qət edilmişdir.
36. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi, kassasiya instansiyası məhkəməsinin göstərişinə əsasən Sabunçu rayon İcra Şöbəsindən 2(008)-35/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(008)-479/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə icra materiallarını tələb edərək almışdır.
37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, hərracda satılan ipoteka predmeti olan mənzil cavabdeh bankla bağlanmış 2 kredit müqaviləsi üzrə borcun təminatı olmuş və hər iki kredit müqaviləsi üzrə məhkəmə qətnamələri əsasında icra vərəqələri verilmişdir. Ey ni mənzilin ilkin satış qiyməti Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-470/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 110.*** manat, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)35/2021 №-li iş üzrə verdiyi xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən isə 59.400 manat müəyyən edilmiş, hər iki icra vərəqəsi icra edilməsi üçün Sabunçu rayon İcra Şöbəsinə göndərilmiş, birinci icra vərəqəsi üzrə xx.xx.2020-ci ildə ilkin satış qiyməti 110.*** manat olmaqla açıq hərracın keçirilməsi sifariş edilmiş, ikinci icra vərəqəsi üzrə isə mənzilin ilkin satış qiyməti 59.400 manat olmaqla xx.xx.2022-ci il tarixdə açıq hərracın keçirilməsi sifariş edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Sabunçu rayon İcra Şöbəsinə ünvanlanmış məktubundan görünür ki, Bakı şəhəri Sabun çu rayon Məhkəməsiin 2(008)- 470/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində tərəf apellyasiya şikayəti verdiyindən icra hərəkətləri dayandırılmış, sonradan qətnamə dəyişdirilmədən saxlanılmışdır və bank hər iki icra vərəqəsinin icrasını təmin etmək üçün mənzilin açıq hərracda satılması üçün tədbir görülməsini xahiş etmişdir. Birinci icra vərəqəsi üzrə xx.xx.2020-ci ildə ilkin satış qiyməti 110.*** manat olmaqla açıq hərracın keçirilməsi sifariş edilsə də, hərrac keçirilməmiş, ikinci icra vərəqəsi üzrə isə mənzilin ilkin satış qiyməti 59.400 manat olmaqla xx.xx.2022-ci il tarixdə açıq hərracın keçirilməsi sifariş edilmiş və hərrac keçirilmişdir. 38. “İcra haqqında” Qanunun 54.1-ci maddəsinə əsasən icra qurumunda eyni borclu barəsində olan iki icra sənədinin ümumi icraatda birləşdiril məsi məsələsi həll olunmamışdır. Bu hal icra işinin materiallarından müəyyən olunmur.
39. Göründüyü kimi, hər iki icra sənədi üzrə ümumi borcun məbləği nəzərə alınmaqla mənzilin ilkin satış qiymətini birinci icra vərəqəsi üzrə müəyyən edilmiş 110.*** manatla deyil, ikinci icra vərəqəsi üzrə müəyyən edilmiş 59.400 manatla hərraca çıxarılmışdır.
40. Həmçinin ipoteka predmetinin ən aşağı satış qiymətinin hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların (eyni ipoteka saxlayan olsa belə) tələblərinin ödənilməsi üçün kifayət qədər olmadığı halda, təkrar hərrac zamanı mənzilin ilkin satış qiyməti 15%, təkrar hərrac baş tutmadıqdan sonra isə daha 25% aşağı salınmış, bununla da “İpoteka haqqında” Qanunun 43. 5 və 43.7-ci maddəsinin tələbləri pozulmuş, nəticədə borclu İddiaçı banka hələ 34.734,72 manat borcu ödənilməmiş qalmışdır.
41. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə iddianı rədd edərkən işin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə almamış, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır.
42. Beləliklə, keçirilən hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinin tələblərinin pozulması ilə bağlı işin faktiki hallarını nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, sifarişçi - Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsi, təşkilatçı Cavabdeh1 MMC və tələbkar - Cavabdeh2 ASC tərəfindən tərtib edilmiş 148/22 №-li, 29 iyul 2022-ci il tarixli “X7 barədə” protokol etibarsız hesab edilməli, Cavabdeh2 ASC-nin adına verilmiş çıxarış ləğv edilməli, hərrac etibarsız hesab edildiyindən onun etibarsızlıqdan irəli gələn hüquqi nəticələr tətbiq edilməklə tərəflərin əvvəlki vəziyyətə qaytarılması təmin olunmalıdır.
43. Məhkəmə kollegiyası iddiaçının hərracın keçirilməsindən məlumatsız olması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin mövqeyinə görə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinin mümkünlüyü bilavasitə bildirişin tələbkara və ya borcluya çatdırılması ilə deyil, göndərilməsi ilə şərtləndirilir. Hazırkı işdə hərrac təşkilatı icra vərəqəsində göstərilən ünvana bildirişlər göndərmiş, “Birjanyus” X3 məlumat dərc olunmuşdur. Qanun da tərəflərə bildirişin çatdırılmadığı təqdirdə hərrac təşkilatının mütləq şəkildə onların ünvanı barədə məlumatın əldə edilməsi kimi vəzifəsi nəzərdə tutulmamışdır.
44. Məhkəmə kollegiyası cavabdeh olan Cavabdeh2 ASC-nin iddia müddətinin tətbiqi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, hərracın nəticələrinin etibarsızlığı fərdi müəyyən əşya ilə bağlı olmaqla, əhəmiyyətsiz əqdə əsaslandığından, iddia müddəti tətbiq oluna bilməz.
45. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 319.5, 320, 337.1, 337.5, 415.2, 416, 416.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 41.2, 42.1, 42.3, 43.1, 43.4, 43.5, 43.7, 43.7-1, 43.8, 44-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayət inin dəlilləri
46. Cavabdeh2 ASC (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işin materiallarından görünür ki, 2 icra sənədi mövcuddur. Bank tərəfindən icra şöbəsinə qətnamələrin icra olunması üçün xx.xx.2022-ci il tarixli məktubda hər iki qətnamənin icra olunması xahiş edilmişdir. Yəni bank tərəfindən hər hansı bir pozuntuya yol verilməmişdir. Belə olan halda, icra məmurunun hərəkətləri (hərəkətsizliyi) səbəbindən bankın balansına keçən əmlakı itirməsi hesab edilir ki, onun hüquqlarının pozulmasına səbəb olur. Lakin məhkəmə, tərəfindən hər hansı bir qanun pozuntusu etməməsinə baxmayaraq, bu hal nəzərə alınmamış, icra məmuru və icra ş öbəsinin hərəkətləri (hərəkətsizliyi) barədə hər hansı bir tədbir görülməmişdir. Bankın yenidən hərrac keçirilməsi nəticəsində borcun ödənib-ödənməməsi sual altına düşdüyü üçün əmlak mənafeləri pozulmuşdur.
48. Apellyasiya instansiyası məhkəməsi birbaşa olaraq bank tərəfindən pozulmayan hüquq normalarına istinad edərək bankın əleyhinə, əmlak hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir.
49. Belə ki, bank tərəfindən hərrac protokolunun etibarsızlığına səbəb olacaq heç bir norma pozulmamış, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərilən hallar birinci instansiya və işin birinci apellyasiya baxışında araşdırılan hallara uyğun olaraq sübut olunmuşdur. Lakin işin ikinci apellyasiya baxışında iddia ərizəsində və apellyasiya şikayətində mübahisələndirilməyən halla r və sübutlar məhkəmə tərəfindən araşdırılmış, birbaşa olaraq istinad olunan pozulmuş hüquq normaları bank tərəfindən olmasa da, icra məmurunun hərəkətləri (hərəkətsizliyi) səbəbəbindən olsa da, bankın əmlak hüquqlarına və mənafelərinə zidd qətnamə qəbul edilmişdir.
50. Kassator şikayətini “İcra haqqında” Qanunun 54.1-ci, “İpoteka haqqında” qanunun 43.4-cü və 43.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
52. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və h əmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
53. Maddə 320.Əgər bir neçə ipoteka saxlayan vardırsa, ipoteka ilə yüklü edilmiş obyektin satışından götürülmüş xalis gəlirdən ipoteka saxlayanların tələbləri onların hüquqlarının qeydiyyat növbəliy inə uyğun ödənilir. Əgər növbəlik və ya ixtiyarlı şəxslərdən hər birinə mənsub məbləğ mübahisəlidirsə, onların növbəliyi və ya ipoteka saxlayanlardan hər birinə çatası məbləğ müəyyənləşdirilənə qədər ödəniş həyata keçirilmir. Qalıq satılmış əşyanın mülkiyyətçisinə ödənilir.
54. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
55. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
56. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərd ə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
57. Maddə
416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
58. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqınd a” Azərbaycan Respublikasının Qanununu:
59. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
60. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetini n ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
61. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.
62. Maddə 43.1.Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hə rracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın.
63. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
64. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçiril məsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
65. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
66. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka sa xlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
67. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
68. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Mad də
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədlər i
74. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
75. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
76. Məhkəmə kollegiyası hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
77. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
78. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, icra qurumunda eyni borclu barəsində olan iki icra sənədinin ümumi icraatda birləşdirilməsi məsələsi həll olunmamış, hər iki icra sənədi üzrə ümumi borcun məbləği nəzərə alınmaqla mənzilin ilkin satış qiymətini birinci icra vərəqəsi üzrə müəyyən edilmiş 110.*** manatla deyil, ikinci icra vərəqəsi üzrə müəyyən edilmiş 59.400 manatla hərraca çıxarılmışdır. Bu isə iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
79. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsas landırma ilə razılaşır.
80. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətində əks olunan dəlillər qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
82. Ona görə də kas sasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsə dəyişdirilmədən saxlanılmalıdır.
83. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1919/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissəsə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.