Məhkəmə qərarları › İş №2(102)-191/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-191/2021

23.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-191/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 Cavabdeh: Cavabdeh3 Cavabdeh: X.X.X. Cavabdeh: Cavabdeh5 QSC İddia tələbi: “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülüyə dair qeydiyyatın və həmin qeydiyyata dair çıxarışın ləğv edilməsi” Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1072/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Cavabdeh5 QSC ilə X3 arasında xx.xx.2013-cü ildə ipoteka müqaviləsi bağlanmış, Balakən rayonunun Mahamalar kəndində xüsusi mülkiyyətdə olan 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 109,4 m² olan 1 mərtəbəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülüklə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 01008515 nömrəli çıxarış verilmiş, ipoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinin mülkiyyətçisi olan X1 adın a müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, bankda da bu çıxarışın həqiqiliyi prezumpsiyasından çıxış edərək ipoteka müqaviləsi bağlamışdır. Hazırda həmin ipoteka müqaviləsinin düzlüyü və tamlığı prezumpsiyası qüvvədədir. İş materiallarında olan: -Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(019)1501/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, Balakən rayonunun Mahamalar kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin X2 bağışlamasına dair Balakən rayon dövlət notariat kontorunda 4Ə467 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab edilmiş, X1 adına xx xxxxxx 2012-ci ildə verilmiş RX seriyalı ******* nömrəli **********35 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Balakən rayon dövl ət notariat kontorunun 2V-111 saylı, xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və bunun əsasında Cavabdeh2 və Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli **********887-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. -Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(107)1462/2016 nömrəli qətnamənin surətindən görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(019)-1501/2016 nömrəli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. -Cavabdeh5 QSC ilə mülkiyyətçi X3 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Balakən rayonunun Mahamalar kəndində xüsusi mülkiyyətdə olan 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 109,4 m² olan 1 mərtəbəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, DƏDX-nın 18 saylı Ərazi İdarəsi və Cavabdeh5 QSC-yə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Balakən rayon Mahamalar kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,15 ha torpaq sahəsinə dair X4 ilə Cavabdeh5 QSC arasında bağlanılmış xx xxxxxx 2013-cü il tarixli, 3M-03 nömrəli ipoteka müqaviləsinin etibarsız sayılması, o cümlədən Cavabdeh5 QSC-nin qeyd olunan əmlak üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatının və həmin qeydiyyata dair RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-47/2020 saylı qətnaməsi ilə (hakim Z.C.Tahirov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Balakən rayon notoriat ofisi,X.X.X.nə və Cavabdeh5 QSC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülüyə dair qeydiyyatın və həmin qeydiyyata dair çıxarışın ləğv edilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1072/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və İ.H.Şükürov) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təm in edilməyərək, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(019)- 1501/2016 saylı qətnaməsinin qüvvədə olmasını və Cavabdeh5 QSC tərəfindən mübahisələndirilməsini nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı nümayəndəsi Nümayəndə1 Ziyəvəddinova teleqramla müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi məktubla müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh1, Cava bdeh2, Cavabdeh3 və Cavabdeh5 QSC-nin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) tələblərinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (mad. 324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (mad. 324.2). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (mad. 324.4). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkc ə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (mad. 324.5). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. İpoteka haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etiba rsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (mad. 337.2). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (mad. 337.4). Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsin də susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (mad. 339.2). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (mad. 339.3). Azərbaycan Respublikası Mülki Məcəlləsin in 140-cı madəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edil mir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır (MM-in 149.2-ci maddəsi). Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir (MM-in 148.2-ci maddəsi). Kasasiya baxışının hədləri MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisələndirdiyi iddiaçının mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin cavabdeh Həsən Uluxanovova bağışlanmasına dair bağışlama müqaviləsinin etib arsız hesab edilməsi və bununla bağlı Həsən Uluxanova verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bunun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi Həsən Uluxanovla bank arasında bağlanmış və hazırda mübahisələndirilən ipoteka müqaviləsinin ləğv edilməsi və ipoteka müqaviləsi üzrə vicdanlı tərəf qismində çıxış edən Cavabdeh5 QSC-nin hüquqlarının pozulması hesabına aradan qaldırlıa bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı madəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə re yestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1072/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar