Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-191/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı Cavabdeh qarşı “kompensasiya ödəməklə yaşayış-istifadə hüququna xitam verilməsi ” barədə ilk Cavabdeh iddiaçı İddiaçı və X1 qarşı “bağışlama vədinin ləğvi və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş sənədlərin ləğvi tələbinə” barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya verilməklə istifadə hüququna xitam, Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əziz ağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, ilkin İddiaçı nümayəndəsi vəkil Qasımov Salman Elman oğlunun, qarşılıqlı iddiaçının Cavabdehn nümayəndəsi Vəkil2 oğlunun iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “kompensasiya ödəmək yolu ilə mənzilə yaşayış-istifadə hüququna xitam verilmə” tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və cavabdeh X1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(105)-1086/2021 saylı qətnaməsindən cavabdeh qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 yanvar 2022-ci i l tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Mübahisəli Sumqayıt şəhəri, 10-cu mikrorayon, 31 saylı evin 4 saylı mənzil mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. “Mənzilin bağışlama müqaviləsi”nə əsasən X2 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 13.03.2007-ci il tarixli, Reyestr nömrəsi: **********22-05101-093003, qeydiyyat nömrəsi: 140702804, MH ******* saylı Çıxarışına əsasən ona məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən ümumi sahəsi 54.94 kv.m, yaşayış sahəsi 31.35 kv.m, yardımçı sahəsi 23.49 kv.m olan 2 (iki) otaqdan ibarət 31 saylı evin 4-cü mənzilini oğlu-İddiaçı bağışlamışdır. Ba ğışlama müqaviləsi bağlanarkən Cavabdeh əqdin bağlanmasına razılıq vermişdir. X2, Cavabdeh, X4, İddiaçı ünvan 1 ünvanında daimi qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsində icraat İlkin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, 31 saylı evin 4 saylı mənzilindən 5000 (beş min) manat kompensasiya verilməklə Cavabdeh yaşayış-istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 31 saylı evin 4 saylı mənzili 30.07.2011-ci il tarixli, ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin çıxarışına əsasən iddiaçının mülkiyyət indədir. Mənzil iki otaqdan ibarətdir. Cavabdeh iddiaçının atasıdır. 2009-cu il mart ayında Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə valideynlərinin nikah qeydi pozulmuşdur. Nikahları ləğv olunsa da, onlar ailə kimi məcbur olub bir mənzildə yaşamışlar. Lakin, bu illər ərzində cavabdeh mənzildə onlarla aqressiv rəftar etmişdir. İddiaçının anası və iddiaçı 2014-cu ildə cavabdehin hərəkətlərinə dözməyərək yaşadıqları mənzildən çıxmışlar. 2019-cu ildə isə iddiaçının qardaşı cavabdehlə mübahisə etdiyindən məcbur olub ailəsi ilə birlikdə yaşadıqları mənzildən çıxıblar. İddiaçı mülkiyyətində olan mənzildən cavabdehə görə istifadə edə bilmir. Ona görə də, hesab edir ki, cavabdehin yaşayış-istifadə hüququna kompensasiya verilməklə xitam verilməlidir. Həmçinin, cavabdeh qarşılıqlı iddia üzrə iddiaç ı Cavabdeh İddiaçı və cavabdeh X1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağışlama müqaviləsinin etibarsız hesab olunması, aparılmış qeydiyyatın, 30.07.2011-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin ilk mülkiyyətçisi Rusiya Federasiyasına köçmüş X7muşdur. 1992-ci ildə iddiaçı övladının xəstəliyi ilə bağlı Lerik rayonundan Sumqayıt şəhərinə köçməyə məcbur olmuşdur. Göstərilən mənzili X6 etibarnamə əsasında almışdır. Lakin etibarnamənin müddəti bitdiyindən yenidən Rusiya Federasiyasına gedib 20.05.1994-cü il tarixli İ 852 reyestr nömrəli etibarnamə almışdır. Etibarnamə əsasında mənzili iddiaçı öz adına rəsmiləşdirə bilmədiyindən S umqayıt şəhər 5 saylı DNK-da 29.04.1995-ci il tarixdə 3M-3/374 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən mənzili rəsmi nikahda olan arvadı X3 bağışlamışdır. Sonradan soyadını götürmüş VVVmənzilə dair mülkiyyət hüququnu qeydiyyatdan keçirərək ona çıxarış almışdır. Bir müddətdən sonra VVVVVVövladları ilə birlikdə onların təhsil alması üçün Türkiyə Respublikasına getmişlər. Türkiyə Respublikasından qayıtdıqdan sonra münasibətləri pisləşmişdir. İddiaçının məlumatı olmadan X2 aralarındakı nikahın ləğv olunması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və aralarındakı nikah ləğv olunmuşdur. 2011-ci ildə qərara gəlmişdir ki, mənzili hal hazırki cavabdeh İddiaçı oğluna bağışlasın. Belə ki, Xırdalan şəhərində biznes fəaliyyəti ilə məşğul olan YYYun maddi təminatı baxımından bu addımı atmış lar. Lakin İddiaçı həmin evdə yaşamamış, Xırdalan şəhərində mülkiyyətində olan evdə yaşamışdır. Həmin mənzildə digər övladları 000 oğlu və iddiaçı yaşamışdır. Bağışlama müqaviləsi bağlanarkən iddiaçı notarial qaydada razılıq ərizəsi vermişdir. Razılıq ərizəsinin kökündə də, qeyd etdiyi hal durur. İddiaçı övladlarını maddi cəhətdən daim təmin etmişdir. Fikirləşmişdir ki, onsuz da, onlarla birlikdə yaşayıb ömrünü onların himayəsi altında başa vurar. Hal-hazırda iddiaçıya məlum olmuşdur ki, övladları onun kimi fikirləşmirlər. Onlar iddiaçının yaşının bu vaxtında iddiaçını mənzilsiz qoymaq istəyirlər. Hal-hazırda cavabdehin iddiaçıya təklif etdiyi kompensasiya hesabına iddiaçı normal yaşamaqları üçün mənzil ala bilmir bu halda yeganə yaşayış yeri evsiz eşiksiz insanlar üçün nəzərdə tutulmuş obyektlərdə olacaq. Yeganə çıxış yolu bağışlama müqaviləsinə verdiyi razılığın və müqavilənin özünün etibarsız hesab olunmasıdır. Birinci instansiya məhkəməsində qarşılıqlı iddia tələbi üzrə cavabdeh X2 məhkəmədə iştirak edən zaman qarşılıqlı iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı onun keçmiş həyat yoldaşıdır. O, XXX lə 1988-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. 2009-cu ilə qədər bir yerdə yaşasalar da artıq iddiaçının xasiyyətləri dözülməz həddə çatdığı üçün məhkəməyə müraciət etmiş və 03.03.2010-cu il tarixdə aralarında olan nikah pozulmuşdur. Daha sonra uşaqları götürüb Türkiyə Respublikasına getmişdir. Sonradan YYYun səhhətində olan problemlərə görə onu müalicə etdirmək üçün 2011-ci ildə adına olan obyekti satmışdır. O, Türkiyə Respublikasında oğlu YYYa toy, nişan eləmiş, həmin vaxt LLLdə orda olsa da, heç bir maddi köməklik göstərməmişdi. 2013-2014-cü ildə o, YYYun adına ipoteka götürmüşdür. Bundan əlavə, o, dükan açmaq üçün biznes krediti götürmüş, LLLmal alınması üçün ona 6500 manat pul vermişdir ki, o, da həmin pulu ə qaytarmışdır. Bundan başqa, sözügedən mənzil onun adına olub və həmin mənzili bağışlama əsasında oğlu YYYa bağışlamış və həmin müqavilənin ləğvinə heç bir əsas yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Rəşad Qoşqarlı) 2(060)-2949/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddianın rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Məhkəmə iddia təl əbi üzrə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarda Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin tətbiq edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsi ni təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qərarın məzmunundan göründüyü kimi, kompensasiya institutu istifadə hüququna malik şəxsin mənzilin bölünməsi və ya onun dəyərindən payın hüquq verməsə də, onun yaşayış hüququnun təminatlı şəkildə qorunmasını təmin edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumu hes ab edir ki, yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilən şəxsə təklif edilən kompensasiya elə bir məbləğdə olmalıdır ki, istifadə hüququna malik olan şəxs bu məbləğin hesabına müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə etsin. Bu baxımdan “müəyyən müddət daxilində” ifadələrinə hüquqi müəyyənlik prinsipi nəzərə alınmaqla hüquqi aydınlıq gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, hazırkı iddia tələbi cavabdehə münasibətdə onu ehtiva edir ki, qanunvericliklə müəyyən edilmiş qaydada mənzildən istifadə hüququ əldə etmiş və kompensasiya verməklə onun hüququnun xitam verilməsinə dair iddia olmasaydı cavabdehin istifadə hüququ daimi xarakter daşıyacaqdır. Yəni mübahisəli mənzildən onun isitifadə hüququ müvvəqqəti deyil, daimi x arakter daşıyır. Məhkəmə hesab edir ki, müəyyən müddət daxilində” anlayışı onu göstərir ki, istifadə hüququna xitam verilən cavabdeh-iddiaçı Cavabdeh bu müddət bitən ana qədər özünü yaşayış sahəsi ilə təmin etməlidir və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olmalıdır. Əks təqdirdə məhkəmə tərəfindən qəbul edilən qətnamə ilə müəyyən edilən və kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra şəxsin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi, onun hər hansı bir yaşayış sahəsi olmadan mövcud olması ilə, yaxud, faktiki olaraq həmin şəxslərin yaşayış hüquqlarının məhkəmə qaydasına pozulması ilə nəticələnir. Kompensasiyanın məbləği müəyyən edilərkən cavabdehin mənafeyi ilə yanaşı iddiaçının da mənafeyi, mənzildən istifadə hüququn a xitam verildikdən sonrakı vəziyyəti, başqa yerdə yaşayış sahəsinə malik olmaması, kompensasiya aldıqdan sonra yaşayış sahəsi ilə təmin olunmaq imkanı nəzərə alınmalıdır. Ona görə də qanunvericilik bazar qiyməti ilə müvafiq kompensasiyanın verilməsi tələbini qoymuşdur ki, müəyyən edilən kompensasiya istifadə hüququna mütənasib olsun, kompensasiya alanın hüquqi vəziyyətini ağırlaşdırmasın. İddiaçıcavabdeh İddiaçı tərəfindən təklif edilən 5000 manat kompensasiya hazırki bazar iqtisadiyyatında olan tələb və təklifə uyğun deyildir. Ona görə də iddianın təmin edilərək cavabdehə həmin məbləğdə kompensasiya verilməklə yaşadığı mənzildən məhrum edilməsi ədalətsiz olardı. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, İş materiallarında olan 4Ə/56 saylı notari at işinə əlavə edilmiş Cavabdeh ərizəsinin surətindən görünür ki, o, ünvan 1-ün bağışlanmasına etirazı olmamışdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 164.1, 164.2, 165.1, 228.1, 228.2, 228.5, 666, 673, -ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan ilkin İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin rədd edilməsi qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qətnamədən narazı qalan qarşılıqlı iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin rədd edilməsi qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya icraatı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin 28.04.2021-ci il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və “B+Ş Audit” Konsaltinq MMCnin A-01/61 №li, 16 iyun 2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin orta bazar qiymətinin 38.000 manat, likvid dəyərinin 33.000 manat, aylıq kirayə haqqının 250-300 manat olduğu müəyyən edilmişdir. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Səyyad Qafari sədrlik edən və məruzəçi, Şəmşəddin Abasov, Telman Məmmədov) 22 iyul 2021-cu il tarixli 2(105)108 6/2021 nömrəli qətnaməsi ilə ilik İddiaçı apellyasiya şikayət təmin edilmiş, qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 31 saylı evin 4 saylı mənzilindən 10000 (on min) manat kompensasiya verilməklə Cavabdeh istifadə hüququna xitam verilməsi, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X1 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvinə dair qarşılıqlı iddia tələbi rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia tələbi ilkin iddianı özündən asılı etd iyindən ilk öncə qarşılıqlı iddia tələbinə daha sonra ilkin iddia tələbinə hüquqi qiymət verilməlidir. Qarşılıqlı iddiaçı Cavabdeh bağışlama müqaviləsinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışın ləğvini cavabdeh İddiaçı bizneslə məşğul olduğundan onun maddi təminatı baxımından onlarla birlikdə yaşayıb ömrünü onların himayəsi altında başa vuracağını fikirləşdiyindən mənzilin ona bağışlanmasına razılıq verdiyini, lakin övladının onun kimi fikirləşmədiyini, onu yaşının bu vaxtında mənzilsiz qoymaq istədiklərini əsas gətirərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. İlk öncə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirsə də, qə tnamə maddi və prosesual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Qarşılıqlı iddia tələblərindən bir hissəsi bağışlama müqaviləsinin (əqdin) etibarsızlığı və əsası kimi bunun aldadılma nəticəsində bağlanmış əqdlər təşkil etdiyindən, birinci instansiya məhkəməsi mübahisəyə aldatmanın nəticəsində (Mülki Məcəllənin 339.2. maddəsi) bağlanmış əqdin etibarsızlığı nəzərdə tutan maddi hüquq normasını tətbiq etməli olduğu halda, bağışlamadan imtinanın nəticəsini nəzərdə tutan Mülki Məcəllənin 673.1 və 673.2-ci maddələrini tətbiq etməklə səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası onda qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn tələbin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mübahisəli mənzil VVVnın mülkiyyətində olmuş və o, həmin mənzili oğlu İddiaçı bağışlayarkən qarşılıqlı iddiaçı Cavabdeh da razılığını almışdır. Apellyasiya instansiyası nəticəyə gəlmişdir ki, mübahisəli mənzilin bağışlama müqaviləsinin etibarsızlığı üçün əsaslar öz təsdiqini tapmadığından, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası ilkin iddia tələbinə gəldikdə isə qeyd etmişdir ki, ilkin iddia tələbi kompensasi ya verilməklə istifadə hüququna xitam verilməsi və tələbin qanuni əsasını isə Mülki Məcəllənin 228.2. maddəsi təşkil edir. Qeyd olunan maddədə nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirilməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumu 26.09.2007-ci il tarixli qərarı). Göründüyü kimi qanunverici hər hansı şəxs və şəxslər tərəfindən tanınmış, xüsusi mülkiyyət hüququ əsasında mənsub olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi qaydasını müəyyənləşdirərkən mülkiyyətçinin iradəsini əsas götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiyaifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsaiti ehtiva edir. Apellyasiya baxışında ilkin iddiaçının nümayəndəsi Salman Q asımov yazılı ərizə ilə məhkəməyə müraciət edərək, əvvəlki təklif etdiyi kompensasiyanın məbləğini artıraraq 8000 (səkkiz min) manat məbləğində kompensasiya verdiyini bildirmiş və daha sonra həmin məbləği 10000 (on min) manata qədər artıraraq təklif olunan məbləğin bazar qiymətlərinə uyğun ağlabatan hesab etmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, bu məbləği bazar qiymətlərinə uyğun olmaqla, hər iki tərəfin mənafeyinə, o cümlədən, mənzildən istifadə hüququna xitam verilən cavabdehin sonrakı vəziyyəti, yəni onun başqa yaşayış sahəsi ilə təmin olunması üçün yetərli olmaqla kompensasiyanın məbləği istifadə hüququna mütənasibdir. Kompensasiyanın da verilməsində məqsəd Cavabdeh özünə yaşayış sahəsi qurmaqdan öt rü ilkin iddiaçının hesabına müəyyən müddətə başqa ərazidə yaşayışının təmin edilməsi mümkün olsun. Odur ki, məhkəmə kollegiyası ilkin iddiaçı tərəfindən təklif edilən 10000 (on min) manat kompensasiyanın məbləğini hazırkı bazar qiymətlərinə uyğun hesab etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh 10000 (on min) manat kompensasiya verilməklə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 31 saylı evin 4 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 152.1, 157.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli 2(105)-1086/2021 nömrəli qətnaməsinin ləğv edilib, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə onunla əsaslandırmışdır ki, yaşadığı mənzilə ümumiyyətlə uşaqlarının ehtiyacı yoxdur. Doğma övladları analarının diqtəsi ilə onu ahıl yaşda öz halal pulla aldığı mənzildən məhrum etmək istəyirlər. Məhkəmə də bütün bu faktları gördüyü və bildiyi halda 10.000 manat kompensasiyanı yetərli bilmişdir.Kompensasiyada yetərli görüntüsü yaratmaq üçün heç bir həqiqəti əks etdirməyən qiymətləndirici rəyinə isti nad edilmiş, həmin rəydə mənzilin orta bazar qiyməti 33-38.000 min arası müəyyən edilmidir, halbuki mənzilə gələn müştəri ona 55.000 manat pul təklif edir. Hal-hazırki mübahisəli mənzili öz vəsaiti hesabına almış, mənzil onun iradəsi ilə bağışlanmışdır. Lakin mənzildə 1 gündə olsun yaşamağına fasilə verməmişdir. Məhkəmə işə baxarkən AR MM-nin 228.2-ci maddəsinə istinad etmişdir. Lakin hesab edir ki, oğlu ilə onun münasibəti AR MM-nin 228.3-cü maddəsi ilə tənzimlənməlidir. Bir sözlə məhkəmə kompensasiyanın məbləğindən düzgün nəticəyə gəlməməklə yanaşı maddi normaları da düzgün tətbiq etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini x ahiş etdilər. İddiaçı nümayəndəsi vəkil Qasımov Salman Elman oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (ər i, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbay can Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhk əməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyət inə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və 228.5-ci maddəsinin tətbiq edilməsi düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1086/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-191/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-191/2022
17.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver