Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1910/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması, əmlakın geri qaytarılması və mirasda payının müəyyən edilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: miras kütləsi, mirasın bölüşdürülməsi, iddianın hüquqi əsası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğ lundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 2(107)19/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh1 və X4 22 iyul 2016-cı il tarixdə nikaha daxil olmuşlar.
2. X4 14 iyun 2021-ci il tarixdə vəfat etmişdir. 3. 21 iyul 2003-cü il tarixli vəsiyyətnamə ilə X4 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus bütün əmlakını, o cümlədən ünvan 1 ünvanında yerləşən mənzilini qardaşı İddiaçı vəsiyyət etmişdir. 4. ünvan 1 ünvanında yerləşən mənzil Mingəçevir şəhər DTİ və MHQİ tərəfindən verilmiş 25 may 1999-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən, X2 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmış, 26 dekabr 2013-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində təkrar qeydiyyata alınmışdır. 5. “Dodge Durango” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 dekabr 2012-ci il tarixdə X7 Hesab-arayış əsasında X2 adına rəsmiləşdirilmiş, Cavabdeh1 etibarnamə əsasında 14 iyun 2021-ci il tarixdə həmin avtomobili 21000 manata Cavabdeh2 satmışdır.
6. Cavabdeh1 19 iyun 2021-ci il tarixdə Mingəçevir ŞPŞ-yə müraciət edərək, arvadı X2 vəfat etdiyi gün evdə sonuncuya məxsus iki ədəd çəkisi 10-15 qram olan boyunbağının, iki ədəd çəkisi 4-5 qram olan üzüyün, iki ədəd çəkisi 5-10 qram olan qolbağın, bir ədəd çəkisi 4-5 qram olan sırğanın və qızıl dişlərin oğurlanması ilə bağlı şikayət etmiş, sonradan 26 iyun 2021-ci il tarixdə yenidən Polis şöbəsinə müraciət edib, qeyd edilən qızıl-zinət əşyalarını yaşadığı evdə şkafdan tapdığını qeyd edərək, şikayət və tələbinin olmadığını bildirmişdir.
7. İddiaçı 09 iyul 2021-ci il tarixdə Mingəçevir ŞPŞ-yə müraciət edərək, bacısı vəfat etdikdən sonra bacısının əri Cavabdeh1 bacısının yaşadığı ünvandan icazəsiz əşyaları götürməsi barədə şikayət etmiş, sonradan isə Cavabdeh1 götürdüyü ev əşyalarını geri qaytardığını, lakin bacısının qızıllarını isə qaytarmadığını qeyd edərək, 05 avqust 2021-ci il tarixdə müraciəti ilə bağlı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, mərhum bacısı X1 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə vəsiyyətnamə üzrə payının müəyyən edilməsi, “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, **-BH-*** saylı avtomobilin Cavabdeh2 satılması barədə 14 iyun 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, miras payının müəyyən edilməsi, həmin avtomobilin Cavabdeh2 idarəçiliyindən alınıb ona verilməsi, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 29 fevral 2012-ci il tarixli, 28 saylı sərəncamı ilə Mingəçevir şəhəri, A.Məmmədov və X.Şuşinski küçələrinin kəsişdiyi ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobillərin yuyulması məntəqəsinin təşkili üçün ayrılmış 31,5 kv.metr torpaq sahəsində inşa edilmiş tikiliyə və həmin tikilinin daxilində olan 1 ədəd dəmir darvaza, 1 ədəd işıq sayğacı, 2 ədəd divan, 1 xalça, 3 ədəd maşınyuma avadanlığı və 2 ədəd dəmir jalüzə vəsiyyətnamə üzrə əmlak payının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən mənzildə olan 121 adda, 18313 manat dəyərində əşyalara, 20 adda 35590 manat dəyərində qızıl-zinət əşyalarına vəsiyyətnamə üzrə payının müəyyən edilməsi, həmin əşyaların özünün və ya dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. İddia belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçının mərhum bacısı X2 əri olmuşdur. Onlar arasında nika h 2016-cı ildə bağlanmışdır. Bacısı 14 iyun 2021-ci ildə uzun müddət davam edən ağır xəstəlikdən sonra vəfat etmişdir. X5 21 iyul 2003-cü il tarixdə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus bütün əmlakını, o cümlədən ünvan 1 ünvanında yerləşən əmlakını ona vəsiyyət etmişdir. Sürəyya Şərifova vəfat etdikdən sonra ondan ünvan 1 ünvanında yerləşən mənzil, “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, **-BH-*** saylı avtomobil, avtoyuma məntəqəsi, əyarı 583, çəkisi 15 qram olan nazik sep, əyarı 583, çəkisi 10 qram olan sep, əyarı 583, çəkisi 4 qram olan 1 ədəd qızıl üzük, əyarı 583, çəkisi 5 qram olan 1 ədəd qızıl üzük, əyarı 583, çəkisi 5 qram olan 1 ədəd qızıl qolbaq, əyarı 583, çəkisi 10 qram olan 1 ədəd qızıl qolbaq, əyarı 583, çəkisi 5 qram olan 1 ədəd qızıl sırğa, əyarı 583, çəkisi 40 qram olan bismark sep, əyarı 583, çəkisi 70 qram olan bismark sep, əyarı 583, çəkisi 40 qram olan bismark qolbağı, əyarı 583, çəkisi 36 qram olan yolka sep, əyarı 583, çəkisi 22 qram yolka qolbağı, əyarı 583, çəkisi 30 qram olan tros sep, əyarı 583, çəkisi 20 qram olan tros sep, əyarı 583, çəkisi 12 qram bir ədəd nişan üzüyü, əyarı 583, çəkisi 18 qram, karatı 1.5 olan bir dəst qara qaşlı brilyant sırğa-üzük dəsti, əyarı 583, çəkisi 15 qram, karatı 1.2 olan bir dəst ortası yaşıl qaşlı brilyant sırğa-üzük dəsti, əyarı 750, çəkisi 12 qram, karatı 1.5 olan bir dəst tək qaşlı brilyant sırğa üzük dəsti, əyarı 583, çəkisi hər biri 6 qram olmaqla ümumi çəkisi 12 qram olan 2 ədəd qızıl üzük, 28 ədəd qızıl dişdən ibarət qızıl-zinət, həmçinin 1 ədə d paltaryuyan maşın, 2 ədəd, 82 və 102 ekran televizor, 1 ədəd 2 qapılı soyuducu, 1 ədəd kondisioner, qaz peçi, 2 ədəd divan, 2 ədəd kreslo, 3 ədəd stol, 4 ədəd mətbəx stulu, 6 ədəd stul, qorka servant, 3 ədəd termo, 1 ədəd taxt kravat, 1 ədəd tək nəfərlik kravat, 1 ədəd paltar dolabı, 2 ədəd tumba, 1 ədəd duxovka, 1 ədəd tozsoran, 1 ədəd şirəçəkən, 1 ədəd elektrik ət çəkən, 1 ədəd ütü stolu, 1 ədəd ütü, 2 ədəd elektrik samovar, 1 dəst qalaksi tava dəsti-4-lük, 1 ədəd bagema güldan, 12 nəfərlik 1 dəst madonna çay dəsti, 12 nəfərlik, 1 dəst madonna yemək dəsti, 12 nəfərlik 1 dəst Madonna kofe dəsti, 4 ədəd çilçıraq, 3 ədəd saat, 5-li 2 dəst qalaksi qazan dəsti, 8 ədəd gəvə, 2 ədəd palaz, 2 ədəd divan üstü, 2 ədəd odeyal buxovıy, 12 nəfərlik 2 dəst yemək serviz dəsti, 4 ədəd xrustal güldan, 4 ədəd xrustal vaza, 3 ədəd çaydan, 5 ədəd çaynik, 4 ədəd tefal tava, 5-li 2 dəst şirəli qazan dəsti, 5-li 2 dəst nikel qazan dəsti, 1 ədəd 50 litrlik qazan, 10 ədəd tək çaşka, 30 ədəd nəlbəki, 30 ədəd stəkan, 12 ədəd kasa kiçik, 12 ədəd kasa böyük, 12 ədəd aş buludu, 96 ədəd boşqab dəsti, 50 ədəd boşqab, 15 ədəd qənd qabı, 6 ədəd bagema qırmızı rumka dəsti, 6 ədəd bagema göy rumka dəsti, 6 ədəd bagema yaşıl rumka dəsti, 6 ədəd balaca rumka dəsti, 6 ədəd böyük rumka dəsti, bagema qrafin və 6 ədəd bakal dəsti, 20 ədəd böyük aş boşqabı, 1 ədəd böyük üçmərtəbə qab, 2 ədəd kiçik üçmərtəbə qab, 24 ədəd çəngəl, 24 ədəd qaşıq, 24 ədəd bıçaq, 24 ədəd çay qaşığı, 2 ədəd bagema qırmızı konfet qabı, 6 nəfərlik - 1 dəst mətbəx üçün çay servizi, 2 ədəd böyük qara güldan, 4 ədəd süfrə, təzə 5 ədəd hama m dəsmalı, təzə 12 ədəd əl-üz dəsmalı, təzə 20 ədəd ay dəsmalı, 1 ədəd ventilyator, “HUAWEİ P30 LİTE 128GB BLUE” markalı telefon (təzə), paltaryuyan, 4 ədəd stul, 1 ədəd taxt döşəyi, 3 ədəd tək nəfərlik döşək, 1 ədəd taxt yorğanı 3 ədəd bir nəfərlik yorğan, 8 ədəd yastıq, 2 ədəd yay yorğanı, 2 ədəd divan döşəyi, 2 ədəd divan yastığı, 2 ədəd Kapsella pərdə, mətbəx pərdəsi, 2 ədəd böyük Bagema vaz yaşıl rəngdə, 28 ədəd mürəbbə qabları, 24 ədəd duz qabı, 24 ədəd meyvə bıçağı, 24 ədəd Aş qaşığı (böyük, 1 ədəd litrlik nikel qazan, 1 ədəd 20 litrlik Nikel qazan qırmızı naxışlı, 1 ədəd Təzyiqölçən aparat, 1 ədəd Şəkər ölçən aparat, 2 ədəd tuj vedrə, 2 ədəd aşsüzən, 3 ədəd alüminium ləyən, 2 ədəd şirəli ləyən, 10 ədəd kapron ləyənlər, 6 ədəd kül qabı, 1 ədəd mikser, Termos, 10 ədəd Qoşa yataq dəst i (təzə), 5 ədəd yataq dəsti - tək nəfərlik (təzə), 5 ədəd məcməyi, 30 ədəd tum qabı, 1 ədəd kapron vanna, 2 ədəd kapron vedrə, 2 ədəd dəmir vedrə, 3 ədəd alüminium qazan, 1 ədəd DVD aparatı, 1 ədəd Krosnı aparatı, ləyəni ilə birlikdə, 1 ədəd Beşbarmaq formalı rəngli gül qabı, 1 ədəd televizor altlığı, 4 ədəd Meyvə qabı (xrustal), 6 ədəd ləpə qabı, 1 ədəd yataq örtüyü, 1 ədəd ayaqqabı şkafı, 1 ədəd Xrustal stolüstü saatdan ibarət ev əşyaları miras qalmışdır. İddiaçı mirasın qəbulu ilə bağlı Notariat ofisinə müraciət etmişdir. Ancaq Cavabdeh1 miras əmlakı evdən çıxardığına və avtomobili qanunsuz satdığına görə məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, Cavabdeh1 bacısı vəfat etdiyi gün, hətta o, vəfat etdikdən sonra mərhumun mülkiyyətində olmuş “Dodge Durango” markalı, 2012-ci il burax ılışlı, **-BH-*** saylı avtomobilin mərhumun ona verdiyi etibarnamə əsasında dostu Cavabdeh2 satılmasını sənədləşdirmişdir. Halbuki, bacısı ona müqavilənin mühüm şərtləri, satış qiyməti, satılması barədə hər hansı göstəriş verməmişdir. 14 iyun 2021-ci il tarixdə avtomobil satılarkən Sürəyya Şərifova vəfat etdiyindən, etibarnamə qüvvədən düşmüşdür və vəfat edənə qədər özündə olmamışdır ki, Cavabdeh1 onun iradəsinin nədən ibarət olmasını bilsin. Dəyəri daha yüksək olan avtomobili 21000 manata satmışdır.
10. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə, sonradan Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehdən mərhum həyat yoldaşı X2 xəstəliyi zamanı qulluğa, onun müalicəsinə görə çəkilən 7000 manat, dəfnə və ya s mərasimlərinin keçirilməsinə görə 4000 manat, qəbirüstü baş daşlarına, qəbrin ətrafının abadlaşdırılması üçün 6700 manat, dövlət tərəfindən dəfn xərci kimi ödənilmiş 780 manat pul olmaqla, cəmi 18480 manat məbləğində pulun alınıb, iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Həmin tələb onunla əsaslandırılmışdır ki, göstərilən tələb üzrə iddiaçı, 1980-ci illərdən mərhum Sürəyya Şərifova ilə faktiki nikah münasibətlərində olmuş, 2016-cı ildə isə aralarında olan faktiki nikahı rəsmiləşdirmişlər. Birgə münasibətlərindən uşaqları olmamışdır. Mərhum arvadı Sürəyya Şərifova uzun müddət onkoloji xəstə olmuş və o, onun müalicəsi üçün xeyli xərc çəkmişdir. Ona görə də, mərhuma məxsus qızıl əşyalarının çox hissəsi satılıb onun müalicəsinə xərclənmişdir. Bundan başqa, xərclə r çox olduğuna görə iddiaçıya Rusiya Federasiyasından pul göndərilmiş, həmçinin kredit götürərək müalicə xərcləri, dərman və yol xərclərini ödəmişdir. Bundan əlavə mərhumun yas mərasimlərinin keçirilməsi və qəbir daşı üçün xərclər onun tərəfindən ödənilmişdir. Eləcə də, dəfn xərci ona ödənilməli olmasına baxmayaraq, həmin pul məbləği cavabdeh İddiaçı tərəfindən alınmışdır. Bundan başqa, mərhumun sağlığında 24 ədəd qızıl dişi olmuş, lakin xəstə yatan vaxt həmin dişləri ağız boşluğunda saxlaya bilmədiyi üçün tez-tez çıxarmışdır. Vəfat edəndən sonra həmin dişlər yoxa çıxmışdır. Avtomaşın mərhumun adına olsa da, faktiki nikahda olan zaman onun tərəfindən kreditlə alınmış, aylıq kredit məbləğini o, ödəmişdir.
12. Mingəçevir Şəhər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(051)-96/2022 nömrəli q ərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması, əmlakın geri qaytarılması və miras payının müəyyən edilməsi” tələbinin “Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 28 saylı sərəncamı ilə Mingəçevir şəhəri, A.Məmmədov və X.Şuşinski küçələrinin kəsişdiyi ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobillərin yuyulması məntəqəsinin təşkili üçün ayrılmış 31,5 kv.metr torpaq sahəsində inşa edilmiş tikiliyə və həmin tikilinin daxilində olan 1 ədəd dəmir darvaza, 1 ədəd işıq sayğacı, 2 ədəd divan, 1 xalça, 3 ədəd maşınyuma avadanlığı və 2 ədəd dəmir jalüzə vəsiyyətnamə üzrə əmlak payının müəyyən edilməsi” barədə hissəsi bax ılmamış saxlanılmışdır.
13. Mingəçevir Şəhər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(051)-96/2022 nömrəli qətnaməsi ilə (hakim N.Ş.Paşayev) İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı mərhum X2 vəsiyyət üzrə vərəsəsi, Cavabdeh1 isə məcburi pay almaq hüququ olan qanun üzrə vərəsəsi tanınması, mərhum X1 miras qalmış, 26 dekabr 2013-cü il tarixdə, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ona məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzildən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh1 məcburi payı ½ hissədə müəyyən edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında 14 iyun 2021-ci il tarixdə mərhum X2 mülkiyyə tində olmuş, “Dodge Durango” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mərhum X1 miras qalmış “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilin dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh1 məcburi payı ½ hissədə müəyyən edilməsi, mərhum X1 miras qalmış əyarı 583, çəkisi 15 qram, dəyəri 1050 manat olan nazik sep, əyarı 583, çəkisi 10 qram, dəyəri 700 manat olan sep, əyarı 583, çəkisi 4 qram, dəyəri 280 manat olan 1 ədəd qızıl üzük, əyarı 583, çəkisi 5 qram, dəyəri 350 manat olan 1 ədəd qızıl üzük, əyarı 583, çəkisi 5 qram, dəyəri 350 manat olan 1 ədəd qızıl qolbaq, əyarı 583, çəkisi 10 qram, dəyəri 700 manat olan 1 əd əd qızıl qolbaq, əyarı 583, çəkisi 5 qram, dəyəri 350 manat olan 1 ədəd qızıl sırğa, əyarı 583, çəkisi 40 qram, dəyəri 2800 manat olan bismark sep, əyarı 583, çəkisi 70 qram, dəyəri 4900 manat olan bismark sep, əyarı 583, çəkisi 40 qram, dəyəri 2800 manat olan bismark qolbaq, əyarı 583, çəkisi 36 qram, dəyəri 2520 manat olan yolka sep, əyarı 583, çəkisi 22 qram, dəyəri 1540 manat olan yolka qolbaq, əyarı 583, çəkisi 20 qram, dəyəri 1400 manat olan tros sep, əyarı 583, çəkisi 15 qram, karatı 1.2, dəyəri 1050 manat olan, bir dəst ortası yaşlı qaşlı brilyant sırğa-üzük dəsti, əyarı 750, çəkisi 12 qram, karatı 1.5, dəyəri 1080 manat olan bir dəst tək qaşlı brilyant sırğa üzük dəsti, əyarı 583, çəkisi 6 qram, dəyəri 420 manat olan 1 ədəd üzük və dəyəri 2088 manat olan 24 ədəd qızıl dişdən ibarə t 17 adda qızıl-zinət əşyalarının dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh1 məcburi payı ½ hissədə müəyyən edilməsi, mərhum X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzildə olan və üzərinə həbs qoyulmuş, 1 ədəd paltaryuyan maşın, 2 ədəd, 82 və 102 ekran televizor, 1 ədəd 2 qapılı soyuducu, 1 ədəd kondisioner, qaz peçi, 2 ədəd divan, 2 ədəd kreslo, 3 ədəd stol, 4 ədəd mətbəx stulu, 6 ədəd stul, qorka servant, 3 ədəd termo, 1 ədəd taxt kravat, 1 ədəd tək nəfərlik kravat, 1 ədəd paltar dolabı, 2 ədəd tumba, 1 ədəd duxovka, 1 ədəd tozsoran, 1 ədəd şirəçəkən, 1 ədəd elektrik ət çəkən, 1 ədəd ütü stolu, 1 ədəd ütü, 2 ədəd elektrik samovar, 1 dəst qalaksi tava dəsti-4-lük, 1 ədəd bagema güldan, 12 nəfərlik 1 dəst madonn a çay dəsti, 12 nəfərlik, 1 dəst madonna yemək dəsti, 12 nəfərlik 1 dəst Madonna kofe dəsti, 4 ədəd çilçıraq, 3 ədəd saat, 5-li 2 dəst qalaksi qazan dəsti, 8 ədəd gəvə, 2 ədəd palaz, 2 ədəd divan üstü, 2 ədəd odeyal buxovıy, 12 nəfərlik 2 dəst yemək serviz dəsti, 4 ədəd xrustal güldan, 4 ədəd xrustal vaza, 3 ədəd çaydan, 5 ədəd çaynik, 5-li, 2 dəst şirəli qazan dəsti, 5-li 2 dəst nikel qazan dəsti, 1 ədəd 50 litrlik qazan, 10 ədəd tək çaşka, 30 ədəd nəlbəki, 30 ədəd stəkan, 12 ədəd kasa kiçik, 12 ədəd kasa böyük, 12 ədəd aş buludu, 96 ədəd boşqab dəsti, 50 ədəd boşqab, 15 ədəd qənd qabı, 6 ədəd bagema qırmızı rumka dəsti, 6 ədəd bagema göy rumka dəsti, 6 ədəd bagema yaşıl rumka dəsti, 6 ədəd balaca rumka dəsti, 6 ədəd böyük rumka dəsti, bagema qrafin və 6 ədəd bakal dəsti, 20 ədəd böyük aş boşqabı, 1 ədəd böyük üçmərtəbə qab, 2 ədəd kiçik üçmərtəbə qab, 24 ədəd çəngəl, 24 ədəd qaşıq, 24 ədəd bıçaq, 24 ədəd çay qaşığı, 2 ədəd bagema qırmızı konfet qabı, 6 nəfərlik -1 dəst mətbəx üçün çay servizi, 2 ədəd böyük qara güldan, 4 ədəd süfrə, təzə 5 ədəd hamam dəsmalı, təzə 12 ədəd əl-üz dəsmalı, təzə 20 ədəd ay dəsmalı, 1 ədəd ventilyator, HUAWEİ P30 LİTE 128GB BLUE markalı telefon, 1ədəd (təzə) paltaryuyan, 4 ədəd stul, 1 ədəd taxt döşəyi, 3 ədəd tək nəfərlik döşək, 1 ədəd taxt yorğanı 3 ədəd bir nəfərlik yorğan, 8 ədəd yastıq, 2 ədəd yay yorğanı, 2 ədəd divan döşəyi, 2 ədəd divan yastığı, 2 ədəd Kapsella pərdə, mətbəx pərdəsi, 2 ədəd böyük Bagema vaz yaşıl rəngdə, 28 ədəd mürəbbə qabları, 24 ədəd duz qabı, 24 ədəd meyvə bıçağı, 24 ədəd Aş qaşığı (böyük, 1 ədəd litrlik nikel qaza n, 1 ədəd 20 litrlik Nikel qazan qırmızı naxışlı, 1 ədəd Təzyiqölçən aparat, 1 ədəd Şəkər ölçən aparat, 2 ədəd tuj vedrə, 2 ədəd aşsüzən, 3 ədəd alüminium ləyən, 2 ədəd şirəli ləyən, 10 ədəd kapron ləyənlər, 6 ədəd kül qabı, 1 ədəd mikser, Termos, 10 ədəd Qoşa yataq dəsti (təzə), 5 ədəd yataq dəsti-tək nəfərlik (təzə), 5 ədəd məcməyi, 30 ədəd tum qabı, 1 ədəd kapron vanna, 2 ədəd kapron vedrə, 2 ədəd dəmir vedrə, 3 ədəd alüminium qazan, 1 ədəd DVD aparatı, 1 ədəd Krosnı aparatı, ləyəni ilə birlikdə, 1 ədəd Beşbarmaq formalı rəngli gül qabı, 1 ədəd televizor altlığı, 4 ədəd Meyvə qabı(xrustal), 6 ədəd ləpə qabı, 1 ədəd yataq örtüyü, 1 ədəd ayaqqabı şkafı, 1 ədəd Xrustal stolüstü saatdan ibarət 73 adda ev əşyalarından vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh1 məcburi payı ½ hissədə müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh (iddiaçı) Cavabdeh1 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddiaçı (cavabdeh) Cavabdeh1 iddiasının qismən təmin edilməsi, mərhum X2 qəbirüstü abidəsinə, qəbrinin ətrafının abadlaşdırılmasına Cavabdeh1 tərəfindən çəkilmiş 6700 manat məbləğində xərc, ümumi mirasın dəyərindən çıxılıb qanun üzrə vərəsə olan Cavabdeh1 verilməsi, mərhum X2 dəfn xərci üçün ödənilmiş 600 manat məbləğində pulun 300 manat məbləğində hissəsinin cavabdeh (iddiaçı) İddiaçı alınıb iddiaçı (cavabdeh) Cavabdeh1 verilməsi, iddianın qalan hissədə t əmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı (cavabdeh) İddiaçı ilkin iddia ərizəsində 12 adda qızıl əşyası və 74 adda məişət əşyası olduğunu göstərmiş və həmin əşyaların da üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmənin 13 dekabr 2021-ci il tarixli qərardadı əsasında icra məmuru tərəfindən 17 dekabr 2021-ci il tarixdə həmin əşyaların üzərinə həbs qoyulması üçün mübahisəli əşyaların olduğu yerə baxış keçirilmişdir. Həmin vaxt 1 adda məişət əşyası, 4 adda isə qızıl-zinət əşyası aşkar edilməmişdir. Ona görə də icra məmuru 8 adda qızıl-zinət və 73 adda məişət əşyalarının üzərinə həbs qoymuş və o barədə protokol tərtib etmişdir. Sonradan tələb olunan qızıl-zinət əşyaları ilə bağlı isə iddiaçı (cavabdeh) Mabudov X3 şəhər Polis Şöbəsi tərəfindən sorğu əsasında məhkəməyə göndərilmiş və iş materiallarına əlavə edilmiş materiallara istinad etmişdir. Belə ki, həmin materialda Cavabdeh1 arvadı X2 vəfat etdiyi gün evdə Sürəyya Şərifovaya məxsus iki ədəd çəkisi 10-15 qram olan boyunbağının, iki ədəd çəkisi 4-5 qram olan üzüyün, iki ədəd çəkisi 5-10 qram olan qolbağın, bir ədəd çəkisi 4-5 qram olan sırğanın və qızıl dişlərin oğurlanması ilə bağlı xx.xx.2021-ci il tarixdə Mingəçevir ŞPŞ-yə müraciət etmiş, sonradan xx.xx.2021-ci il tarixdə yenidən Polis şöbəsinə müraciət edərək, qeyd edilən qızıl-zinət əşyalarını yaşadığı evdə şkafdan tapdığını və həmin qızılların fotoşəkillərini əlavə etməklə, şikayət və tələbinin olmadığını göstərmişdir. Eləcə də, məhkəmə iclası zamanı arvadı X2 24 ədəd qızıl dişi olduğunu bildirmi ş və sonradan verdiyi ərizədə isə qızıl dişlərin evdə olduğunu göstərmişdir. Göründüyü kimi iddiaçı (cavabdeh) İddiaçı tələbinin 17 adda qızıl-zinət aid hissəsinə dair istinad etdiyi halları sübut etmişdir. Bundan başqa cehiz əşyaları ilə bağlı iddiaçı (cavabdeh) İddiaçı cavabdeh (iddiaçı) Cavabdeh1 təqdim etdiyi qiymətləndirmə rəyinə və həmin rəyə əlavə edilmiş fotoşəkillərə istinad etmişdir. Cavabdeh (iddiaçı) Cavabdeh1 oğlu da məhkəmə iclası zamanı məişət əşyalarına aid hissəni mübahisələndirməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, mərhum X1, həmçinin 17 adda qızıl-zinət və 120 adda məişət əşyaları miras qalmışdır.
15. Birinci instansiya məhkəməsi, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı hesab etmişdi r ki, mərhum X4 tərəfindən verilmiş vəsiyyətnamədə miras əmlak İddiaçı vəsiyyət edildiyindən və onun tərəfindən notariat ofisinə ərizə verilməsi ilə həmin mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyindən, İddiaçı vəsiyyət üzrə vərəsə tanınmalıdır.
16. Məcburi payın həcminin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə hesab etmişdir ki, Cavabdeh1 mərhumun birinci növbəli yeganə qanun üzrə vərəsəsi olduğuna və məcburi payın həcminin müəyyənləşdirilməsi zamanı vəsiyyət üzrə vərəsə nəzərə alınmadığına görə onun məcburi payı bütün miras əmlakın ½ hissəsində müəyyən olunmalıdır.
17. Birinci instansiya məhkəməsi İddiaçı iddiasının “Dodge Durango” markalı, 2012ci il buraxılışlı, **-BH-*** saylı avtomobilin Cavabdeh2 satılması barədə 14 iyun 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləs inin etibarsız hesab edilməsi, həmin avtomobilin Cavabdeh2 idarəçiliyindən alınıb ona verilməsi barədə hissəsi ilə bağlı hesab etmişdir ki, iddia həmin hissədə qismən əsaslıdır.
18. Belə ki, işin müəyyən olunmuş hallarına görə iddiaçı (cavabdeh) Cavabdeh1 ilə Cavabdeh2 arasında “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, **-BH-*** saylı avtomobilə dair alqı-satqı müqaviləsi etibarnamə verən şəxs, mərhum X4 ölən gün, yəni 14 noyabr 2021-ci il tarixdə miras açılan gün bağlanmışdır. Göründüyü kimi, mübahisəli avtomobilin mülkiyyətçisinin həmin alqı-satqı müqaviləsi bağlanan zaman iradə ifadəsi olmamış, həmçinin onun ağır xəstə olmasını da Cavabdeh2 bilmişdir. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh2 avtomobili alan vaxt vicdanlı olmamışdır.
19. Bununla belə, birinci insta nsiya məhkəməsi nəzərə almışdır ki, hazırda həmin avtomobil başqa şəxsə satıldığından, həmin şəxs avtomobili alan vaxt Cavabdeh2 mülkiyyətçi, avtomobil isə üçüncü şəxslərin hüquqlarından azad əşya olduğundan, əşyanı əvəzli əldə etdiyindən, o, vicdanlı olmuşdur. Ona görə də, məhkəmə iddianın avtomobilin Cavabdeh2 idarəçiliyindən alınıb ona verilməsi hissəsində əsaslı hesab etməmişdir.
20. Belə olan halda, məhkəmə hesab etmişdir ki, miras toplusuna daxil olan “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, **-BH-*** saylı avtomobil alqı-satqı müqaviləsi əsasında iddiaçı (cavabdeh) Cavabdeh1 tərəfindən Cavabdeh2 21000 manata satılmış, lakin hazırda həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bununla belə, avtomobil sonradan kənar şəxsə əvəzli əqd əsasında satılmış və həmin şəxs a vtomobili alan vaxt vicdanlı olmuşdur. Ona görə də, vəsiyyət üzrə vərəsənin miras payı və qanun üzrə vərəsənin məcburi payı avtomobilin satış dəyərindən deyil, real bazar dəyərindən ½ hissədə müəyyən edilməlidir.
21. Məhkəmə 17 adda qızıl-zinət (24 ədəd qızıl diş daxil olmaqla) əşyalarının dəyərinin müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, tərəflərin təqdim etdiyi mütəxəssis rəylərində göstərilən qiymətlər kəskin şəkildə fərqli və ziddiyyətli olduğuna görə məhkəmə öz təşəbbüsü ilə mütəxəssis dəvət etmişdir. Həmin mütəxəssis məsləhətini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, 583 əyarlı 1 qram qızılın qiyməti 70 manat, 750 əyarlı 1 qram qızılın qiyməti 90 manat, 1 ədəd (1 qram hesabı ilə) qızıl dişin qiyməti isə 87 manat məbləğində müəyyən edilməlidir.
22. Birinci instansiya məhkəməsi miras qalmış 120 adda məişət əşyalarının dəyəri ilə bağlı qeyd etmişdir ki, tərəflərin təqdim etdiyi mütəxəssis rəylərində göstərilən qiymətlər kəskin şəkildə bir-birindən fərqləndiyinə, tərəflər ümumi razılığa gəlmədiklərinə, həmçinin həmin əşyalar real mövcud olduğuna görə həmin məişət əşyalarının hər birinin dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də, məhkəmə, miras toplusuna daxil olan məişət əşyalarından vərəsələrinin payının ½ hissədə müəyyən edilməsini işin həqiqi hallarına uyğun hesab etmişdir.
23. Birinci instansiya məhkəməsi iddiaçı Cavabdeh1 iddiasının İddiaçı mərhum həyat yoldaşı X2 xəstəliyi zamanı qulluğa, onun müalicəsinə görə çəkilən 7000 manat, dəfnə və yas mərasimlərinin keçirilməsinə görə 4000 manat məbləğində pulun alınıb ona verilməsi barədə hissəsi ilə bağlı hesab etmişdir ki, iddiaçı iddianın həmin hissəsi ilə bağlı sübut təqdim etmədiyindən iddia həmin hissədə təmin olunmamalıdır.
24. Birinci instansiya məhkəməsi, həmçinin iddianın qəbirüstü baş daşlarına, qəbrin ətrafının abadlaşdırılması üçün 6700 manat və dövlət tərəfindən dəfn xərci kimi ödənilmiş 780 manat məbləğində pul tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə miras qoyanın qəbirüstü abidəsi Cavabdeh1 vəsaiti hesabına inşa edilmiş və iş materiallarına əlavə edilmiş qiymətləndirmə rəyi ilə təsdiq edilir ki, həmin qəbirüstü baş daşlarına, qəbrin ətrafının abadlaşdırılması üçün çəkilmiş xərc 6700 manat təşkil etmişdir. Ona görə də, qanun üzrə vərəsənin çəkdiyi xərc mirasın ümumi dəyərindən ödənil məlidir.
25. Bununla yanaşı, nəzərə alınmalıdır ki, təqdim edilmiş ödəniş qəbzinə görə dövlət tərəfindən ödənilmiş 600 manat dəfn xərci isə tam şəkildə vəsiyyət üzrə vərəsə İddiaçı tərəfindən alınmışdır. Ona görə də, həmin məbləğin ½ hissəsi, yəni 300 manat məbləğində hissəsi İddiaçı alınıb Cavabdeh1 verilməlidir.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 337, 1115.1, 1133.1, 1134.2, 1146, 1152, 1157, 1179, 1180, 1196, 1243.2, 1193, 1195, 1196, 1202.2, 1243.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88, 117, 217.2, 217.4, 218.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014-cü il qərarına, Azərbay can Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi əsaslandırmışdır. Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinadla b) Apellyasiya instansiyası məhkəməsində icraat
27. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın qəbirdaşının hazırlanmasına çəkilmiş xərcin 6700 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Həmçinin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkə məsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə 06 fevral 2023-cü il tarixli rəyə əsasən iddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 34080 manat müəyyən edilir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətlini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də, brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. "xxxx" MMC-nin 29 aprel 2022-ci il tarixli Əmlakın Qiymətləndirilməsinin Nəticələri Haqqında Hesabatında qeyd edilən göstəricilərə əs asən Mingəçevir şəhərinin Mingəçevir kənd qəbiristanlığında yerləşən X2 adına quraşdırılmış məzar daşının hazırkı vəziyyətə gətirilməsi üçün çəkilən xərcin real bazar dəyəri təxminən 6700 manat təşkil edir.
30. Apellyasiya məhkəməsində təyin edilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 09 iyun 2023-cü il tarixli rəyə əsasən 16 adda qızıl-zinət əşyalarının yeni vəziyyətdə orta bazar qiyməti ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 25440 manat, işlənmiş və ya lom kimi qiyməti təxminən 20049 manat müəyyən olunur. Digər bir adda (cədvəlin 17-ci qrafasında göstərilən) qızıl dişlər haqqında kifayət qədər məlumat (əyarı, çəkisi və s.) olmadığından həmin qızıl dişlər üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin qızıl-zinət əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 14-cü qrafada göstərilən qızıl zinət əşyasının üzərində olan brilyant qaşların mənşəyi, ölçüsü, sayı, keyfiyyəti və s. aydın olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İnternet (sayt: Azturbo) məlumatlarına və mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən, “Dodge Durango” markalı, 2012ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 35000 manat müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş 01 iyun 2022-ci il tarixli akta əsasən, ekspertiza təyini haqqında qərardadda göstərilən əşyaların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 18163,00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.
31. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 2(107)-19/2024 nömrəli qətnaməsi ilə (hakim M.A.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və E.M.Mehdiyevdən ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(051)96/2022 nömrəli qətnaməsi iddianın təmin edilmiş “Dodge Durango markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mərhum X1 miras qalmış “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilin dəyərindən vəsiyyət üzrə və rəsə olan İddiaçı miras payının ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh1 məcburi payının ½ hissədə müəyyən edilməsi və miras qalmış ev əşyalarının dəyərinin müəyyən edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, İddiaçı iddia ərizəsi “Dodge Durango” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mərhum X1 miras qalmış “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilin dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh1 məcburi payının ½ hissədə müəyyən edilməsi hissəsində təmin edilməmiş, mübahisələndirilən ev əşyalarının orta bazar qiyməti ekspert rəyinə uyğun olaraq 18163,00 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsаslаrlа yаrаnmış əmlаk hüquqlаrı mülkiyyətçi ilə yаnаşı digər şəxslərə də mənsub оlduqdа mülkiyyət hüquqlаrının dövlət müdаfiəsinə verilmiş kоnstitusiyа təminаtı həmin şəxslərin əmlаk hüquqlаrınа dа şаmil olunur. Bu cür əmlаk hüquqlаrı sırаsınа vicdanlı əldə edənin hüquqlаrı dа aiddir. Birinci instansiya məhkəməsi iddianı avtomobilə aid hissədə təmin edərkən Cavabdeh2 vicdanlı alıcı olmamamaqla, müqavilə bağlanarkən mərhum X2 xəstə olması barədə Cavabdeh2 məlumatlı olmasını qeyd etsə də, lakin bu halı heç bir sübutla əsaslandırmamışdır. Bundan başqa, hazırda həmin avtomobil başqa şəxsə satıldığından, həmin şəxs avtomobili alan vaxt Cavabdeh2 mülkiyyətçi, avtomobil isə üçüncü şəxslərin hüquqlarından azad əşya olduğundan, əşyanı əvəzli əldə etdiyindən, o, vicdanlı olmuşdur. Ona görə də, avtomobil miras əmlakına daxil olmadığından iddia həmin hissədə təmin edilə bilməz. Eyni zamanda apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı həmin avtomobilin satılması nəticəsində ona dəymiş ziyanla bağlı ümumi qaydada məhkəməyə müraciət edə bilər.
33. İddiaçının şikayətinin digər dəlili üzrə apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində 20 adda qızıl-zinət əşyalarının miras qalmasını bildirməsinə baxmayaraq, birinci instansiya məhkəməsində 17 adda qızıl-zinət əşyasının miras qalması sübut olunmuş, digər 3 qızıl-zinət əşya sının mövcudluğunu təsdiq edən mötəbər sübut təqdim edilməmişdir.
34. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2023-cü il tarixli rəyi ilə 16 adda qızıl-zinət əşyalarının yeni vəziyyətdə orta bazar qiyməti ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 25440 manat, işlənmiş və ya lom kimi qiyməti təxminən 20049 manat müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi hər iki tərəfin mənafeyini nəzərə alaraq, qızılzinət əşyasının qiymətini ortaq məxrəcə gələrək 22290 manat müəyyən etmişdir. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, qızıl-zinət əşyası miras əmlakı kimi hər iki tərəf arasında paylarına uyğun bölündüyü üçün onların qiymətinin müəyyənləşdirilməsinin iş üçün müstəsna əhəmiyyəti yoxdur. Çünki paylar bə rabər olmaqla qiymətlərin yuxarı müəyyən olunması onların hər hansı birinin payının artması və ya azalmasına səbəb olmur.
35. Daha sonra, apellyasiya məhkəməsi qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarına görə miras qoyanın qəbirüstü abidəsi Cavabdeh1 vəsaiti hesabına inşa edilmişdir. İş materiallarına əlavə edilmiş qiymətləndirmə rəyi ilə təsdiq edilir ki, həmin qəbirüstü baş daşlarına, qəbrin ətrafının abadlaşdırılması üçün çəkilmiş xərc 6700 manat təşkil etmişdir. Ona görə də, qanun üzrə vərəsənin çəkdiyi xərc mirasın ümumi dəyərindən ödənilməlidir.
36. Cavabdehin şikayətinin dəlilləri üzrə apellyasiya məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsinin 19 iyul 2022-ci il tarixli qərardadı ilə İddiaçı iddiası “Mingəçevir şəhər İcra hakimiyyəti başçısının xx.xx.2012-ci il tari xli, 28 saylı sərəncamı ilə Mingəçevir şəhəri, A.Məmmədov və X. Şuşinski küçələrinin kəsişdiyi ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobillərin yuyulması məntəqəsinin təşkili üçün ayrılmış 31,5 kv.metr torpaq sahəsində inşa edilmiş tikiliyə və həmin tikilinin daxilində olan 1 ədəd dəmir darvaza, 1 ədəd işıq sayğacı, 2 ədəd divan, 1 xalça, 3 ədəd maşınyuma avadanlığı və 2 ədəd dəmir jalüzə vəsiyyətnamə üzrə əmlak payının müəyyən edilməsi barədə” hissədə baxılmamış saxlanılmasına dair qanuni qüvvədə olan qərardad mövcuddur. Eyni zamanda kollegiya bildirmişdir ki, iddiaçının həmin tələb üzrə yenidən məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmamışdır. O, həmin tələbin baxılmamış saxlanılmasına əsas olmuş hallar aradan qalxdıqdan sonra ümumi qaydada məhkəməyə m üraciət edə bilər.
37. Qətnamədə ev əşyalarının dəyərinin göstərilməməsi barədə cavabdehin şikayətinin digər dəlili üzrə apellyasiya kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2023-cü il tarixli rəyi ilə əşyaların orta bazar qiyməti müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 01 iyun 2022-ci il tarixli akta əsasən, ekspertiza təyini haqqında qərardadda göstərilən əşyaların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 18163,00 manat müəyyən olunmuşdur. Ona görə də, mübahisələndirilən əşyaların dəyəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2023-cü il tarixli rəyinə uyğun müəyyən olunmalıdır.
38. Cavabdehin şikayət inin son dəlilini əsaslı hesab edən apellyasiya kollegiyası, “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilə dair iddia tələbi ilə bağlı hesab etmişdir ki, Cavabdeh1 mübahisələndirilən avtomobili etibarnamə əsasında satdığından həmin vaxt avtomobili alan Cavabdeh2 mübahisəli avtomobili alarkən Cavabdeh1 adına verilmiş etibarnaməyə etimad göstərərək üçüncü şəxslərin hüquqlarından azad əşyanı əvəzli əldə etdiyindən, o, vicdanlı olmuşdur. Ona görə də, avtomobil miras əmlakına daxil edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
39. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 2(107)-19/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın tam təmi n edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 182, 1151, 1157-ci, Mülki Prosessual Məcəllənin 76.2, 106-cı maddələrinin tələbləri pozulmuşdur.
41. Belə ki, apellyasiya məhkəməsi avtomobilə münasibətdə maddi hüquq normasını pozan qərar qəbul etmişdir. Belə ki, Cavabdeh2 Cavabdeh1 dostu olmuş, mərhum Sürəyya Şərifovanın xəstə olmasından xəbərdar olmuşdur. Məhz avtomobilin alqı-satqısı sənədləşdirilən gün Sürəyya Şərifova həm vəfat etmiş, həm də dəfn olunmuşdur. Cavabdeh1 sahibliyində Sürəyya Şərifovaya məxsus, dəyəri 30000 manatdan artıq qızıl-zinət əşyaları qalmışdır. Cavabdeh1 göstərdiyi qaydada Sürəyya Şərifovanın dəfni ilə əlaqədar vəsait tələb olunurdusa, qızıl-zinət əşyalarının satılması ilə bu realizə oluna bilərdi. Digər tərəfdən, Sürəyya Şərifovanın adından verilmiş etibarnamədə həmin avtomobilin alqı-satqısı üçün müqavilənin mühüm şərtləri - qiyməti razılaşdırılmadığından, həmçinin həmin etibarnamədə müxtəlif bir-birinə uyğun gəlməyən səlahiyyətlər qeyd olunduğundan, məhz avtomobilin satılmasına dair etibarnamə hesab edilməsi əsassız olmuş, məhz bu səbəbdən də Cavabdeh2 vicdanlı hesab edilməsinə dair Mülki Məcəllənin 182-ci maddəsinə istinad olunması qanunsuz olmuşdur. Təmir adı ilə 1 il ərzində Cavabdeh1 həmin avtomobili idarə etməsi isə bir daha onu göstərir ki, avtomobil satılmamış, yalnız bölünməməsi üçün addan-ada keçirilmişdir. Həmçinin, ünvan 1 ünvanında yerləşən mənzil Sürəyya Şərifovaya mərhum ərindən miras qalmış evin hesabına əldə olunduğundan, cavabdehə məcburi pay verilməsi əsassız olmuşdur. Əlavə olaraq, apellyasiya məhkəməsi qəbirdaşının dəyərini tutarkən nəzərə almamışdır ki, qəbirdaşına Cavabdeh1 həmin qəbirdaşının onun tərəfindən xatirə olaraq qoyulduğu qeydini yazdırmışdır. Həmçinin, 6700 manat qəbirüstü abidəyə xərc çəkilməsinə dair hər hansı qaimə təqdim etməmişdir. Keçirilmiş ekspertiza zamanı da qəbirdaşının hansı (Çin və ya Ukrayna) daş olmasına qiymət verilməmiş, yalnız mütəxəssis rəyi olduğu kimi üzü köçürülmüşdür. Qəbirüstü abidənin dəfn xərci kimi məhkəmənin qiymətləndirilməsi əsaslandırılmamışdır. Alınmış 600 manat pul da, Sürəyya Şərifovanın dəfn xərclərinə sərf olunduğundan onun yarısının İddiaçı alınıb Cavabdeh1 verilməsi də əsassızdır. 4 adda tros sep (30 qram), nişan üzüyü, qızıl üzük və 4 ədəd qızıl dişə münasibətdə iddianın təmin edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə ümumiyyətlə münasibət bildirilməmişdir. Mərhumun əmlaklarını ələ keçirən cavabdehdən qızılların tam təmin edilməməsi əsassızdır. Digər tərəfdən, işə apellyasiya qaydasında baxılarkən qızılların qiyməti düzgün müəyyən olunmamışdır.
42. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
43. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
44. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olu nan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
45. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən ilk iddianın təmin olunan, qarşılıqlı iddianın təmin olunmayan hissələrində mübahisələndirilməmişd ir. Odur ki, hazırki kassasiya baxışının hədlərini apellyasiya məhkəməsinin qətnaməsinin kassatorun kassasiya şikayətinin dəlillərinə uyğun olaraq mübahisələndirilən, yəni ilk iddianın təmin olunmayan, qarşılıqlı iddianın isə təmin olunan hissələrində qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ond an oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsub dur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1166-cü maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmu ş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərarda dının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən ilk iddianın təmin olunmayan hissəsində maddi və ya prosessual hüquq normaların pozulmasına yol verilməsə də, qarşılıqlı iddia üzrə qəbir daşının dəyərinin tutulması hissəsində maddi hüquq normaları pozulmuşdur.
49. İddiaçının kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya məhkəməsi əsaslı olaraq ilk iddiaçını miras qoyanın vəsiyyət üzrə vərəsəsi, həmin tələb üzrə cavabdehi isə məcburi pay almaq hüququ olan qanun üzrə vərəsəsi kimi tanımış və məhkəmənin bu mövqeyi Mülki Məcəllənin 1193-ci maddəsinə uyğun olmuşdur. Nəzərə alınmalıdır ki, məcburi pay almaq hüququ olan şəxslərin dairəsi müəyyən edi lərkən, miras kütləsinə daxil olan əmlakların miras qoyanın mülkiyyətinə hansı qaydada (o cümlədən ona da vərəsəlik qaydasında keçməsi) əhəmiyyət kəsb etmir. Əsas müəyyən olunmalı məsələ ondan ibarətdir ki, miras əmlak miras qoyanın ölməsi anında onun mülkiyyətində olmuş, məcburi pay almağı iddia edən şəxs isə bu hüquqa malik olsun - vəsiyyət edənin uşağı, valideyni və arvadı (əri) olsun.
50. Hazırki işdə Cavabdeh1 miras qoyanın əri olmaqla, məcburi pay almaq hüququna malikdir. Odur ki, ona miras kütləsindən payın verilməli olmamasına dair kassasiya şikayətinin dəlili əsassızdır.
51. Tələb olunan qızıl-zinət əşyaların sayının, habelə əmlakların dəyərinin düzgün müəyyən edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlili həmçinin əsassızdır.
52. Belə ki, məhkəmə kollegiyasının qənaətinə gör ə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iddianın bu hissəsi üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək miras kütləsinə daxil olan əmlakın siyahısını və dəyərini müəyyən etmişdir. Kassator bu dəlilləri ilə bağlı hər hansı sübutu ümumiyyətlə işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
53. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
54. Həmçinin miras qoyanın mülkiyyətində olmuş avtomobillə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə Mülki Məcəllənin 182-ci maddəsinə uyğun olmuş və məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə bağlı əlavə əsaslandırmanın aparılmasını prosessual qənaət prinsipinə uyğun zərurət bilmir.
55. Kassator hazırda xərcinin 300 manat hissəsinin ondan qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulmasını mübahisələndirsə də, kassasiya məhkəməsi bu dəlilə hüquqi qiymət verilməsini də mümkün hesab etmir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini bu hissədə mübahisələndirməmiş, apellyasiya şikayətindən də görünür ki, o, yalnız qətnaməni 6700 manat p ulun miras kütləsinin dəyərindən çıxılmaqla, qarşı tərəfə ödənilməsinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədlərinə daxil olmayan dəlil isə kassasiya qaydasında mübahisələndirilə bilməz.
56. Nəhayət, məhkəmə kollegiyası miras qoyanın qəbir daşının qoyulması üçün xərclənən 6700 manat vəsaitin kassatordan tutulmasının əsassız olmasına dair dəlillə razılaşır.
57. Belə ki, iddianın təmini üçün ilk olaraq irəli sürülmüş tələbin qanuni əsası tapılması və işin faktiki halların müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmasının müəyyən edilməsi zəruridir. İddianın hüquqi əsası müəyyən edilmədiyi halda, irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır və iddia rədd olunmalıdır.
58. Hazırki halda, məhkəmələr miras qoyanın qəbirüstü abidəsinə çəkilmiş xərc ləri kassatordan tutulmasına dair mövqelərini Mülki Məcəllənin 1157-ci maddəsi ilə əsaslandırmışlar.
59. Lakin, nəzərə alınmalıdır ki, həmin maddəyə görə mirasın bölüşdürülməsi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər miras kütləsindən ödənilməlidir.
60. Hazırda isə qarşılıqlı iddia üzrə iddiaçı miras qoyanın qəbir üstü abidəsinin quraşdırılmasına çəkilmiş xərcləri həmin tələb üzrə cavabdehə aid olunmasını xahiş etmişdir ki, bu iddia Mülki Məcəllənin 1157-ci maddəsinin dispozisiyası ilə əhatə olunmur. Belə ki, qəbir daşının quraşdırılması dəfndən sonra görülən iş olmaqla, bilavasitə dəfnə aid deyildir və belə abidənin quraşdırılması, buna xərcin kim tərəfindən çəkilməsi, məbləği v ə sair hallar qanundan deyil, mənəvi dəyərlərdən irəli gəlir.
61. Odur ki, milli-mənəvi dəyərlərə və adətlərə əsaslanaraq, öz istəyi və zövqü ilə miras qoyana qəbirüstü abidəsi quraşdırmış şəxsin buna xərclənmiş vəsaiti digər vərəsələrdən tələb etmək hüququ yoxdur.
62. Beləliklə, müəyyən olunur ki, apellyasiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə qeyd olunan hissədə maddi hüquq normasının tələblərini pozmuşdur ki, bu hal Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi üçün əsasdır. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 2(107)-19/2023 nömrəli qətnaməsi iddiaçı Cavabdeh1 qarşılıqlı iddiasının təmin olunmuş hissəsində ləğv edilsin və iş üzrə həmin hissədə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddiası mərhum X2 qəbirüstü abidəsinə, qəbrinin ətrafının abadlaşdırılmasına çəkilmiş 6700 manat məbləğində xərcin ümumi mirasın dəyərindən çıxılıb Cav abdeh1 verilməsi hissəsində təmin edilməsin. Qətnamə İddiaçı tərəfindən mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.