Məhkəmə qərarları › İş №2(102)-1914/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1914/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1914/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, X1 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (X üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi, ekspert rəylərinin qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, X1 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı (üçüncü şəxs X) “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki i ş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-466/2024 nömrəli, 5 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1, İddiaçı3, İddiaçı2, X1 və İddiaçı5 Quba rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 nömrəli qərarı ilə Quba rayonu 1-ci Nügədi kəndində 1.10 hektar torpaq sahəsi verilmişdir. JN-324, KOD 30319018 nömrəli dövlət aktında 324M nömrəli planşetində 6572.76 kvm torpaq sahəsi, 324S planşetində 4398,96 kvşm olmaqla torpaq sahəsi iki hissədən ibarət olmuşdur. 2. 01 avqust 2003-cü il tarixli alqı-satqı müqaviləsi ilə, İddiaçı1, İddiaçı3, İddiaçı2, X3 və İ ddiaçı5 Quba rayonu AİK-nın xx.xx.1999-cu il tarixli, 7 nömrəli qərarı ilə verilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 6572.76 kvm torpaq sahəsini Cavabdeh1 satmaları, müqavilənin İddiaçı1, İddiaçı3, İddiaçı2, X3, İddiaçı5, Cavabdeh1 tərəfindən imzalanması göstərilmişdir. 3. “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 324 M nömrəli planşetində göstərilən 6572,76 kv.m torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. 4. xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0.66 ha torpaq sahəsinə ləğv edil miş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh1 adına JN-2293, kod 30319018 nömrəli “Torpağa mülkiyyət hüququna X10” işlənmişdir. “Torpağa mülkiyyət hüququna dair dövlət akt” larinın verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, X1 və İddiaçı5 məhkəməyə iddia ərizəsi və sonradan iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək, Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 6572,76 kvm pay torpaq sahəsinin alqı-satqısına dair İddiaçı1, İddiaçı3, İddiaçı2, X1, İddiaçı5 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, onlar-iddiaçılar İddiaçı1, İddiaçı3, X1, İddiaçı5 digər İddiaçı2 torpaq sahəsinə dair Torpağa Mülkiyyət Hüququna X9 əsasən yeni elektron nümunəli Çıxarışın alınması üçün DƏDRX-nın 5 saylı Xaşmaz Ərazi idarəsinə müraciət etdikdə, Torpağa Mülkiyyət Hüququna X7 göstərilən torpaq sahəsi üzərində mübahisənin mövcudluğuna istinad edilməklə Dövlət reyestrindən Çıxarışın verilməsindən imtina olunduğu bildirilmişdir. DƏDRX X6 5 saylı Xaçmaz Ərazi idarəsi xx.xx.2022-ci il tarixli cavab məktubunda Torpağa Mülkiyyət Hüququna X8 324M nömrəli planşetində göstərilən 6572.76 kvm torpaq sahəsi üzərində mübahisənin mövcudluğ u səbəsindən əmlakın müayinəsinin mövcud olması, digər 324S nömrəli planşetdə göstərilən torpaq sahəsinə isə təqdim edilən Dövlət Aktı üzrə Dövlət reyestrindən Çıxarışın verilməsindən imtina edildiyi göstərilmişdir. Bununla bağlı araşdırma aparıb səbəblərini öyrəndikdə məlum olmuşdur ki, Quba rayon Notariat Kontorunda 1 avqust 2003-cü il tarixdə 4ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 1.10 ha pay torpaq sahəsinin alqı-satqısına dair İddiaçı1 və digərləri ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin bağlanmasına paylı mülkiyyətçilərin heç birinin razılığı olmamış, torpaq sahəsi bütün vaxt ərzində və hal-hazırda da faktiki onların istifadələrində və sahibliyindədir. Bütün bu müddət ərzində də, torpaq vergiləri də tərəflərin dən ödənilmişdir. Alqı-satqı müqaviləsində torpaq sahəsinin 2-ci Nügədi kəndində yerləşdiyi göstərilmişdir. Halbuki, həmin torpaq sahəsi 1-ci Nügədi kəndi ərazisində yerləşir. Bundan sonra, Quba rayon Vəkil Bürosu ilə müqavilə bağlayıb mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinin Cavabdeh1 və digər şəxsə qadağan edilməsi ilə bağlı müvəqqəti təminat tədbirinin seçilməsi barədə qərardad qəbul edilməsi üçün məhkəməyə müraciət edilməsini xahiş etmişlər. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə ərizələri təmin edilib. JN-324 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X10 ilə İddiaçı1, İddiaçı3, X1, İddiaçı5 və İddiaçı2 məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 1,10 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrı tor paq sahəsinin özgəninkiləşdirilməsi Cavabdeh1 və digər şəxs qadağan edilməsi qərara alınmışdır. Quba rayon Notariat Kontorunda 1 avqust 2003-cü il tarixdə 4ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 1.10 ha pay torpaq sahəsinin alqı-satqısına dair İddiaçı1 və digərləri ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinə dair notariat işi vəkil sorğusu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Arxivindən tələb edilmişdir. Hesab edirlər ki, alqı-satqı müqaviləsi bağlanarkən, mübahisəli torpaq sahəsi birgə paylı mülkiyyətdə olduğundan AR Mülki Məcəllənin 213-225-ci maddələrinin tələbləri pozulmuşdur. Həmçinin, mübahisəli torpaq sahəsinə dair bağlanmış əqd Mülki Məcəllənin tələbləri baxımından da, uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmad an yalnız görünüş üçün bağlanmış uydurma əqd olmaqla əhəmiyyətsizdir. Bunu alqı-satqı predmeti olmuş torpaq sahəsinin heç vaxt alıcının faktiki sahibliyinə verilməməsi və bağlanmasından əvvəl və sonra da, yəni hal-hazıradək mülkiyyətçi kimi sahibliyində və istifadələrində olması bir daha təsdiq edir.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2023-cü il tarixli 4/1002 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 avqust 2003-cü il tarixli 4-ə-234 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş torpaq alqı-satqı müqaviləsində “İmzalar.” Qrafasında “İddiaçı1O” yazıları qarşısındakı imza – İddiaçı1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 1 avqust 2003-cü il tarixli 4-ə-234 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş Tor paq alqısatqı müqaviləsində “İmzalar:” qrafasında “İddiaçı3K” yazıları qarşısındakı imzaİddiaçı3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş İddiaçı1 adından olan 7 vərəq eksperimental xətt və imza nümunələrində, İddiaçı3 adından olan 7 vərəq eksperimental xətt və imza nümunələrində-yazıların və imzaların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmadı.

8. Quba Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 23 oktyabr 2023-cü il tarixli, 2(027)-89/2023 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia tələbi təmin edilmiş, Quba rayon Notariat Kontorunda 1 avqust 2003-cü il tarixdə 4Ə- 234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 6572,76 kvm pay torpaq sahəsinin alqı-satqısına dair İddiaçı1, İddiaçı3, İddiaçı2, X1, İddiaçı5 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, məhkəməxətşünaslıq ekspertizasının xərci olan 110 manatın Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, torpağa mülkiyyət hüququna dair JN-324 KOD 30319018 nömrəli dövlət aktına əsasən Quba rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1999-cu il tarixli 7 saylı qərarı ilə İddiaçı1, İddiaçı3, İddiaçı2, X1 və İddiaçı5 kənd təsərüfatı məhsullarının istehsalı məqsədi ilə 1,10 hektar torpaq sahəsi verilmişdir. Quba rayon Notariat kontorunda təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 4-ə-234 reyestr nömrəli alqı-satqı müqaviləsindən göründüyü ki mi, həmin torpaq sahəsi (6572,76 kv.m) İddiaçı1, İddiaçı3, İddiaçı2, X3 və İddiaçı5 adından bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1 satılmışdır. Daha sonra Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 adına 24 dekabr 2003-cü il tarixdə JN-2293 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X10 işlənmişdir. Həmin torpaq sahəsi üzrə cavabdehlə iddiaçılar arasında bağlanmış alqı-satqı müqaviləsi notarial qaydada bağlanaraq təsdiq edilmiş olsa da, iş üzrə mötəbər sübut olan ekspert rəyinin nəticəsindən də göründüyü kimi, Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2003cü il tarixli 4ə-234 reyestr nömrəli alqı-satqı müqaviləsində olan imza İddiaçı3 tərəfindən yox, başqa şəxs tərəfindən tərəfindən icra olunmuşdur. Məhkəmə tə dqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edib ki, iddia təmin edilməli, Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4-ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 6572,76 kv.m pay torpaq sahəsinin alqısatqısına dair İddiaçı1, İddiaçı3, İddiaçı2, X1, İddiaçı5 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.

10. Məhkəmə öz mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 2.3, 2.4, 21.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1, 567, 646.1, 646.2, 140, 148, 182.1, 182.2. 182.3, 139.1, 141.1, 141.2, 324.1, 324.4, 337.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə ist inad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh X2 apellyasiya şikayəti verərək birincin instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Cavabdeh Quba rayon 1-ci Nügədi kənd sakinləri İddiaçı1 və həyat yoldaşı İddiaçı3 Quba rayonu 1-ci Nügədi kəndi ərazisində 0,66 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsini Quba rayon Notariat Kontorunda dövlət notariusu Mehriban Quluyeva tərəfindən təstiq edilmiş xx.xx.2003-cü il 4-ə 234 reyestr nömrəli müqavilə əsasında almışdır. DWG–xəritədə 324M/0,66 ha nömrəsi ilə qeydə alınmışdır. Həmin alqı-satqı müqaviləsi imzalanarkən uşaqlar yetkinlik yaşına çatmadıqlarına görə onl arın varisi anaları İddiaçı3 imza etmişdir. Quba Rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanlar şöbəsindən arayış Quba rayon Notariat Kontoruna verilmişdir. Cavabdeh alqı-satqı müqaviləsinin dəyəri kimi İddiaçı1 və həyat yoldaşı İddiaçı3 üç milyon manat ödəmişdir. İddiaçılar 19 ildən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh aldığı torpaq sahəsində xx.xx.2003-cü il tarixindən etibarən 350 ədəd müxtəlif növ alma ağacları əkmişdir. Lakin xx.xx.2022-ci il tarixində Quba rayon 1-ci Nügədi kənd sakini İddiaçı1 və ailə üzvləri bu illər ərzində cavabdehin əkdiyi çoxillik alma ağaclarını kökündən çıxararaq yandırmışlar, torpağı isə şumlayıblar və ona 20000 manat miqdarda maddi ziyan vurmuşlar. Bütün bunları təstiq edən sübutları və şahid ifadələri mövcuddur. Məhkəmə yalnız iddia tələbində qeyd olunanları formal şəkildə təsdiq etmişdir. Qəbul edilmiş qətnamə işin faktiki hallarına uyğun deyildir.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonraapellyasiya instansiya məhkəməsi) 2(105)-466/2024 nömrəli, 5 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ayaz Mahmudov – sədrlik edən və məruzəçi, Səyyad Qafari və Gülnar Cabbarova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, X1 və İddiaçı5 Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4Ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 6572,76 kv.m ha pay torpaq sahəsinin alqısatqısına dair bağlanmış müqavilənin ləğv edilməsi barədə iddia tələbi t əmin edilməmişdir.

14. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, hazırki iddia tələbi əqdin (alqı-satqı müqaviləsinin) ləğv edilməsi barədədir. Lakin tələbin ifadə tərzinə nəzər saldıqda isə iddia ərizəsinin hüquqi əsaslandırması ilə tələb arasında ziddiyət müşahidə olunur. Belə ki, tələb “əqdin etibarsızlığı” ilə bağlı dəlillərlə əsaslandırılsa da, sonda müqavilənin ləğvi xahiş olunmuşdur. İşə baxmış birinci instansiya məhkəməsi isə iddia tələbinin mahiyyət və ifadə tərzinə xüsusi əhəmiyyət verməmiş, MPM-in 14.1-ci maddəsindən çıxış edərək iddia tələbini dəqiqləşdirməmiş və sonda iddianı “əqdin etibarsızlığı” istiqamətində araşdırma apararaq nəticə vermişdir. Halbuki iddia tələbinin “xahiş edirəm” hissəsi əqdin ləğvi ilə bağlıdır.

15. Kollegiya əlavə vaxt itkisinin qarşını almaq, həmçinin prosessual qənaət prinsipi baxımından apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apramazdan əvvəl tam hüquqlu və səlahiyyətli məhkəmə kimi iddia tələbinin hüquqi əsasının dəqiqləşdirilməsinə (yəni iddianın müqavilənin ləğv və ya etibarsız hesab edilməsi barədə olması) zərurət görmüş və bu məqsədlə də iddiaçı tərəfin (onların vəkilinin) mövqeyini bir daha öyrənməyə çalışmışdır. Lakin məhkəmə kollegiyası tərəfindən bir neçə dəfə təklif olunmasına baxmayaraq iddiaçıların vəkili iddianın məhz “müqavilənin ləğv edilməsi” ilə bağlı olduğunu və tələbə də məhz bu qaydada baxılmasını xahiş etmişdir. İddiaçıların vəkili mövqeyini onunla əsaslandırmışdır ki, müqavilənin etibarsızlığı ilə bağlı iddia müddəti bir il təşkil etdiyindən, tələb məhz müqavilənin ləğvi ilə bağlıdır.

16. Məhkəm ə kollegiyası hesab etmişdir ki, iddia tələbinin mahiyyəti və onun doğuracağı nəticələr iddiaçı tərəfə tam aydındır. İddiaçının hazırki tələbi müqavilənin ləğvi ilə bağlıdır. Bu baxımdan kollegiya iddia tələbinin və bununla bağlı apellyasiya şikayətinin dəlillərini məhz tələb həçmində, yəni “müqavilənin ləğv” edilməsi istiqamətində araşdırmağı zəruri hesab etmişdir.

17. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hazırki iddia tələbində Mülki Məcəllənin 421 və 422-ci maddələrində qeyd olunan əsaslara (tərəflərin razılaşması, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi və s.) deyil, rəsmiləşdirilmiş əqddən məlumatsız olduğunu, bununla bağlı cavabdehə hər hansı torpaq sahəsin satmadıqlarını, bundan yalnız torpağa dair çıxar ış almaq istədikdə məlumatlı olduqlarını bəyan edirlər.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə və yaxud həmin müqavilənin ləğv edilmiş sayılması ilə mümkündür.Tərəflərin birinin tələbi ilə müqavilənin ləğv edilməsi yalnız müqaviləni əhəmiyyətli dərəcədə pozulması, Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda mümkündür.

19. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğvinə dair tərəflər arasında razılaşma olmamış, eyni zamanda müqavilədə onun ləğv edilməsi və ya müqavilənin icrasından birtərəfli qaydada imtina edilməsi halları tərəflər arasında razılaşdırılmamışdır, həmçinin müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına da iddiada istinad edilməmişdir.

20. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd etmişdir ki, nəzərə alınsa ki, alqı-satqı müqaviləsi qarşılıqlı xarakterli əqddir. Hər iki tərəfdə qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bu müqavilənin zəruri şərtlərindən biridir. Kollegiya bildirmişdir ki, həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Belə bir sübut da iddiaçı tərəfindən təqdim edilməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstəri lən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı, xüsusən də notariat qaydasında bağlanılmış əqddən bu illər ərzində məlumatsız olmaq qənaətinə gəlinməklə müqavilənin ləğv olunması kimi nəticəyə gəlmək absurd olardı.

22. Məhkəmə mövqeyini Mülki Məcəllənin 389.1, 390.1, 390.5, 394, 398.1, 421.1, 421.2, 567, 600.1, 600.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçılar (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

24. Kassasiya şikayəti onunla əsaslandır ılmışdır ki, apelyasiya instansiyası məhkəməsi torpağın paylı mülkiyətçisi İddiaçı3 mübahisələndirdiyi əqdi bağlamağa heç bir razılıq verməməsi və müqavilədə onun adından imzanın başqa şəxs tərəfindən icra edilməsinin məhkəmə xəttşünaslıq ekspertizasının rəyi ilə təsdiqlənməsi ilə bağlı işin faktiki halını ümumiyyətlə araşdırmamış, hüquqi qiymət verməmiş, işin bu halı ilə bağlı bilərəkdən susqunluq nümayiş etdirmiş, mülki məhkəmə icraatının vəzifəsinin icrasından yayınmışdır. Qətnamə işdə mövcud olan faktiki hallara tamamilə zidd qəbul olunmuşdur. Apellyasiya məhkəməsi qətnamədə bir tərəfdən iş üzrə iddiaçının yeni tələbə şifahi münasibətinin bildirilməsinin MPM-nin 53-cü maddəsinin tələbi baxımından tələbin həcminin artırılması kimi qəbul edilə bilməməsi, digər tərəfdəndə iddiaçının nümay əndəsinin mövqeyinin öyrənilməsinə çalışması kimi bir birinə zidd olan mücərrəd mövqe nümayiş etdirmişdir. Güya məhkəmə kollegiyası tərəfindən bir neçə dəfə təklif olunmasına baxmayaraq, iddiaçıların vəkili iddianın müqavilənin ləğv edilməsi ilə bağlı olduğunu bildirməsi iddia tələbinin rədd olunması, etibarsızlığı, bağlanarkən paylı mülkiyyətçinin qanunla qorunan hüquqularının pozulması kimi halların məhkəmə ekspertizası rəyi ilə açıq aşkar təsdiq olunan müqavilənin qüvvədə qalması kimi qanuna və hüquqa zidd qətnamə qəbul etmişdir. Xüsusi ilə qeyd olunmalı işin faktiki halı ondan ibarətdir ki, əqddə göstərilən torpaq sahəsi əqdin bağlandığı vaxtdan hal-hazıradək iddiaçıların istifadəsində və sahibliyində qalmışdır. Bütün vergilər də Dövlət aktında göstərilən həddə bütövlükdə iddiaçılar tə rəfindən ödənilmişdir. Etik baxımdan iddia ərizəsində qeyd olunmasa da faktiki olaraq işin belə bir halı da mövcuddur ki, müqavilə bağlandığı anda Cavabdeh1 maye-qaz stansiyasının direktoru, İddiaçı1 isə onun tabeliyində olan fəhlə sıravi işçi olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh1 tərəfindən kassasiya şikayətinə qarşı etiraz göndərilmişdir. Etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-466/2024 nömrəli, 5 fevral 2023-cü tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

27. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

28. Maddə 390.5.Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

29. Maddə

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

30. Maddə 398.1.Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənlə şdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

31. Maddə 399.1.Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

32. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

33. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nətic əsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

34. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 3

8. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məc əllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi verilmiş tələblər üzrə qətnamə qəbul edərək, iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 421-ci maddəsinin tələblərinə cavab verən qətnamə qəbul etmişdir. Kassasiya şikayətində qeyd edilən dəlillər müqavilənin ləğv edilməsi barədə iddia tələbinin təmin edilməsi üçün əsas vermir.

48. İddiaçıların kassasiya şikayətinin müqavilənin etibarsız olması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar apelyasiya məhkəməsi tərəfindən təklif edilməsinə baxmayaraq israrla müqavilənin etibarsızlığı barədə deyil, müqavilənin ləğvi barədə iddia qaldırdıqlarını bildirmiş və məhkəmə də haqlı olaraq verilmiş tələblər üzrə qətnamə qəbul etmişdir. Buna görə də müqavilənin etibarsız hesab edilməsi ilə bağlı dəlilləri hazırki iddia çərçivəsində yoxlanıla bilməz.

49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, X1 və İddiaçı5 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2024-cü il tarixli 2(105)-466/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar